Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə4/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Ailə sistemi psixoloji cəhətdən bütövlük, qarşılıqlı münasibət- lərin təkrarlanan obrazları, xarici şəraitdən asılı olmadan şəxsi mən- tiqə əsaslanan subyektiv mühakimələr kimi xüsusiyyətlərlə səciyyə- lənir. Ailədaxili şəxsiyyətlərarası qarşılıqlı təsirlər şəxsiyyətin strukturunda cəmiyyətin mədəni sxemlərinin assimilyasına və fərdin daxili aləminin cəmiyyətin mədəni sxemlərinə uyğunlaşmasına im- kan yaradır. Psixologiya elminin bu sahəsi ailəyə psixoloji yardım məqsədi daşıyır. Ailəyə psixoloji yardım isə o deməkdir ki, ailəda- xili qarşılıqlı münasibətlər pozitiv istiqamətdə tənzimlənsin, ailə özünün hər bir üzvünə səmərəli inkişaf mühiti yaratsın. Funksional (sağlam) disfunksional (qeyri-sağlam) ailənin psixoloji xüsu- siyyətlərinin öyrənilməsi ailədaxili münasibətlər psixologiyasımn ən önəmli problemidir.

Bir sıra müasir elmlər cəmiyyətin inkişafı gedişində insan mü- nasibətlərinin xarakteri haqqında geniş və etibarli informasiya təq- dim edir. Bu məlumatlar ailə sosiologiyası, ailə pedaqogikası, ailə psixologiyası, habelə, iqtisadiyyat, tibb, hüquq, fəlsəfə, etnoqrafıya və s. kimi elmlərdə öz əksini tapmışdır. Ailə psixologiyası fənləra- rası elmi istiqamət olmaqla, qeyd olunan elm sahələrində apaıalmış elmi tədqiqatlardan əldə olunan nəticələrə istinad edir və həmin elmlərlə sıx qarşılıqlı olaqədə inkişaf edir.

Ailə kiçik qapalı sosial qrup kimi hər şeydən əwəl onu təşkil edən fərdlər və ailədaxili münasibətlər kontekstində nəzərdən keçi- rilir. Bu baxımdan yanaşdıqda sosial - psixoloji tədqiqatlar ər-arvad münasibətlərinin dinamikasını, valideynlərlə uşaqlar arasında mü- nasibətlərin xarakterini, habelə boşanmanın səbəbləri və motivlərini müəyyənləşdirmək imkanı verir. Ailədə şəxsiyyətlərarası qarşılıqlı təsir probleminin öyrənilməsİndə həmin ailənin mövcud olduğu konkret cəmiyyətdə üstün qəbul edilən normaları, dəyərləri və dav- ranış nümunələri etalon kimi qəbul edilməlidir. Cəmiyyətin digər sosial strukturlan ilə xarici əlaqələri ailəni sosial institut, ailədaxili münasibətlər kontekstinə isə kiçik sosial qrup kimi xarakterizə et- məyə əsas verir.

Ailənin spesifık sosial-psixoloji sistem kimi tədqiqi bir neçə mərhələyə ayrılır:

Bırinci ınərhələ -Antik dövrdən XIX əsrin ortaiarına qədər olan dövrü əhatə edir. Q.Kriatensen bu mərhələni “sosial darvi- nizm nıərhələsi” adlandırmışdır. Bu dövrdə ailənin əsas forması nıonoqram ailə hesab olunur, ailə cəmiyyətin çox kiçik, miniatür nümunəsi, cəmiyyətin özü isə genişlənməkdə olan ailə kimİ nəzər- dəıı keçirilirdi. Bu mərhələdə ailə haqqında təsəvvürlərdə sırf nəzəri konsepsiyalar üstünlük təşkil edirdi.

İkinci mərhələdə - (XIX əsrin ortaları -XX əsrin əwəli) antro- poloqlar və etnoqraflar ailəni aktiv surətdə öyrənməyə başlamışdılar. Bu mərhələdə onlar çöl tədqiqatlarındaıı və ibtidai cəmiyyətlər üzərin- də aparılmış müşaltidələrdən almmış geniş empirik materiallara və mü- qayisəli -tarLxi təhlilin nəticələrinə əsaslanırdılar. Qohumluğun müxtə- lif sistemlərinin öyrənilməsi patriarxatla matriarxatın nisbəti barədə nə- zəri diskussiya ilə nəticələndi. Ailənin tarixinin və matriarxat problem- lərinin öyrənilməsinin əsasını isveçrəli tarixçi İ.Y.Bahovfen (1815- 1887) qoymuşdur. Onun fıkrinə görə, cinslər arasmda poliqam münasi- bətlər monoqram nikahdan əwəl mövcud olmuşdur.

Sosioloq -vəkil C.Mak-Lennan hesab edirdi ki, öz inkişafında ailə üç pillədən keçmişdir: proıniskuitetdən (cinslər arasmda heç bir şeylə məhdudlaşmayan miinasibətlərdən) analıq hüququndan və onun vasitəsilə atalıq hüququna doğru. C.Mak-Lennan həmçi- nin elmə endoqamiya ekzoqamiya anlayışları kimi fundamental anlayışları daxil etmişdir.

O dövrün sosiologiya elmində patriarxal ailə nəzəriyyəsi ha- kim idi. E.Giddensin rəyincə, antropoloji tədqiqatların əksəriyyəti sübut edir ki, kifayət qədər öyrənilmiş bütün cəmiyyətlər patriarxat cəmiyyətlər idi. Lakin kişiləriıı hökmdarlığının dərəcəsi və mahiy- yəti hər yerdə fərqli olmuşdur. E.Dürkheymin, M.Veberin, F.MüI- ler-Lierin, U.Qudsedlin əsərlərində Avropa və xüsusilə, amerikan sosiologiya elmində ailənin konkret-tarixi idarə edilməsinə doğru çəkilmə qəti olaraq möhkəmləndi. Dürkheym ailənin qohumların böyük dairəsindən “ər-arvad ailəsi” deyİIənə doğru “kontraksiyası” (sıxılması) qanununu formulə etdi. Fransız metodoloqu, nəzəriyyəçi və tədqiqatçı F.Le Ple ailənin tipologiyasını işləyib hazırladı.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin