Müasir ailənin demoqrqafiyası və inkişaf xüsusiyyətləri
Ailənin funksiyaları və strukturu onun həyat fəaliyyətinin mərhələlərindən asılı olaraq dəyişə bilər. Müasir sosial psixologiya- da ailənin həyat tsiklİnin əsas mərhələlərinin fərqləndirilməsinin müxtəlif sistemləri mövcuddur. Bunların sırasında ailədə uşaqlann olub-olmaması və onların yaşı faktına söykənən əlamətlərə görə mərhələlər diqqəti xüsusi cəlb edir. Ailə öz inkişafında müxtəlif mərhələlərdən keçir. ABŞ sosioloqu E.M.Dynval hələ 1957-ci ildə ailənin həyat tsiklinə aşağıdakı mərhələləri aid edirdi: Cütlüklərin görüşməsi, onların bir-birini emosional cəlbetməsi;
Yeni valideynlik rollarınm qəbul edilməsi və inkişafı;
Ailəyə yeni -şəxsiyyətin-övladın qəbul edilməsi. Ər-arvad cütlüyü arasındakı diad (ikili) münasibətlərin triad (üçlü) münasi- bətlərlə əvəz olunması;
Uşaqlarm ailədənkənar institutlara daxil olması;
Yeniyetməlik yaş dövrü ilə hesablaşma;
Müstəqilliyə canatma və onun sınaq mərhələsi;
Uşaqların ata evindən köçüb getməsinə hazırlıq;
Uşaqların ailədən getməsi və bu gedişlə barışmaq, ər- arvadın “üz-üzə” həyatı;
Təqaüdə çıxma və qocalıq faktmın qəbul edilməsi; [54,8.40]
Müasir sosial-psixoloji tədqiqatlarda ailənin həyat tsiklinin daha mükəmməl müəyyənləşdirilmiş aşağıdakı mərhələləri ayıd edilmişdir: Ailə həyatma hazırlıq. Nikahın motivləşməsi. Həyəcan, inamsızlıq, ümidlər;
Ailənin doğulması -nikaha yeni daxit olanların psixoloji simbiozu, müstəqillik və asılılıq problemi (“Biz” və “mən”);
Ailə uşaqgözləmə ərəfəsində. Uşağın doğulması;
Uşağın ailədənkənar institutlara daxil olması. Valideynlik səriştəliliyinin yoxlamlması;
Uşağm öz həyat yolunu seçməsi və onun ailədən getməsi mümkünlüyü.
Yaşlı qohumlarm ölümü;
Ailənin ölümü (Cütlüklərdən birinin ölümü)
2013-cü ilin hesablamalarına görə, Azərbaycanda 1 mln 870 min ailə vardır ki, onlardan da 5 mini sonsuzdur. 2012-ci ildə 500 mindən çox Azərbaycan ailələsində uşaqlarm sayı kəskin şəkildə azalmağa başlamışdır. Bu tendensiya 25 il əwəl başlanmışdır və müxtəlif səbəblərlə bağlıdır:
şəhər həyat tərzinin xüsusiyyətləri-mənzil problemi, qadmla- rın işləməsi, təhsil-peşə səviyyəsinin artırılması zərurəti ilə;
şəhər əhalisinin artması (indi əhalinin təxminən yarısı şəhər- lərdə yaşayır), kəndlərin sosial-iqtisadi inkişafi və şəhərləşmə pro- sesinin sürətlənməsi ilə;
valideynlərin müəyyən səviyyədə (ən azı orta təhsilli ol- ması) tibbi bilgilərə malik olması, arzuolunmaz hamiləlikdən qorunma vasitələrindən istifadə etmək bacarığı ilə;
ər-arvadm psixoloji yetkinliyi ilə;
çoxuşaqlı ailədə uşaqların tələb və arzu olunan səviyyədə tərbiyə edilib böyüdülməsində meydana çıxan maddi problemlərlə.
Sosioloq, psixoloq və demoqraflar 3-4 uşaqlı ailəni optimal ailə hesab edirlər. Dörd il əwələdək respublikamızda 3-4 uşaqlı ai- lələrə, xüsusən, təqaüd yaşına çatmış qadınlara (49-51 yaş) güzəşt- lər vardı. İndi bu güzəşt 5 və daha çox uşaqh ailələrə şamil olunur, qadınların təqaüd yaşı 60-a qaldırılmışdır. Ənənəvi Azərbaycan aİlələri çoxuşaqlı olmuşdur və bunun bir sıra üstünlükləri vardır:
çoxuşaqlı ailələrdə böyüyən uşaqlar ərsəyə çatdıqdan sonra valideynlərə və bir-birinə arxa-dayaq olurlar;
belə ailələrdə boşanma hallarına daha az rast gəlinir.
çoxuşalı ailələrdə böyüyən uşaqlar daha sərbəst olur, hə- yatda öz yerlərini daha asan tapır, ünsiyyət qabiliyyətli, səmimi və qayğıkeş olurlar. Cəmiyyəti formalaşdıran ailələrdə uşaqlarm az ol- masmın digər ən mühüm amili fikrimizcə, iqtisadi-maddi təmino- lunmasınm aşağı səviyyəsi ilə bağlıdır ki, ailənin planlaşdırılmasın- da hazırda ər-arvad tərəfındən əsas çətinlik kimi qarşılanır. Əgər XX əsrin ortalarınadək olan tarixi inkişaf dönəminə nəzər salsaq, hər ailədə ən azı 5-6 uşağm olmasını görərik.
Uşaqlarm ailədə sayı, ailə planlaşdırması məsələsi köklü və ciddi sosial problemdir. Maddi baxımdan təminath və ziyalı ailələr- də əwəllər olduğu kimi, yenə də çoxuşaqhlığa nadir hallarda təsa- düf olunur. Əhalinin təbii artımının zəif tempdə olması bu məsələ ilə də bağlıdır. Müasir ailə demoqrafiyasında ciddi problemlərdən biri çoxuşaqlı ailələrdə boşanma və ya valideynlərin ölümünün ya- ratdığı yetimlik problemidir.
Azuşaqlı, xüsusən təkuşaqlı ailədə övlad ata-ananm gözünün ağı-qarası kimi hədsiz əzizlənir. Belə uşaq evin affektiv mərkəzində olduğu üçün ərköyün olur. Onu qoruyur, peşəni və həyat yoldaşım da valideynlərin özləri seçirlər. Belə uşaqlarda eqoizm, infantilizm kimi mənfı xarakter əlamətləri formalaşır. Çoxuşaqh ailədə isə uşaq ailənin təsərrüfat həyatınm iştirakçısıdır. Belə ailənin böyük uşaqla- rı kiçiklərə yardım-göstərir, onları tərbiyə edirlər. Onlarda əməkse- vərlik, kollektivçilik, qayğıkeşlik, həssashq yüksək olur. Demoqraf- lara görə, iki uşaqdan ibarət olan ailələrin çox olduğu ölkələr 30 il sonra əhalisinin 1/3 -ni itirəcəkdir. Dünya miqyasında qəbul edil- miş nontıaya əsasən, hər bir ölkədə bağlanan hər 100 nikaha 258 uşaq düşərsə, bu normal demoqrafik göstərici hesab edilir.
Hər bir cəmiyyətdə ailə həmin cəmiyyətin tarixi, inkişaf spesi- fikası, sosial -iqtisadi və mədəni şərtlərdən asılı olaraq öziinəməx- sus xarakterik əlamətlərə malik olur. Ailənin uşağa göstərdiyi tərbi- yəvİ təsİr bütun digər təsirlərdən güclüdür. Uşaq böyüdükcə bu təsir get-gedə zəifləyir və bəzən də yoxa çıxır. Ailədə elə keyfiyyətlər formalaşır ki, bunlan kənarda förmalaşdırmaq mümkün olmur. Bunlara insan xarakterinin baza əlamətlərini aid etmək olar. Ailə fərdin sosiallaşmasını həyata keçirir, əxlaq, fiziki, əmək, estetik, əqli tərbiyənİn əsaslan ailədə qoyuIur.Ailə ənənələrin varisliyini təmin edir.Vətəndaş, gələcək ailə başçısı yetişdirmək ailənin sosial funksiyasıdır.Ailə uşağı həyata və peşəseçməyə hazırlayır.
Müasir dövrdə uşaqların aiiə tərbiyəsinə mənfi təsir göstərən amillərə aşağıdakıları aid etmək olar: Yoxsul və kasıb ailələrdə iqtisadi və maddi təminatm aşağı olması tərbiyə üçün vaxt ayırmağa imkan vermir. Valideynlər vax- tın çoxunu dolanışıq üçün vəsait əldə etməyə sərf edir;
İctimai həyatın mədəni səviyyəsinin aşağı olması, pozucu, neqativ mühitin təsiri İkili əxlaq, sosial gərginlik, sabaha inamsızlıq, işi itirmək, xəstələnmək qorxusu, stress və sinir-psixi gərginliklərə səbəb olur;
Ailədə qadının həm işdə, həm də evdə işləməsi onun ikiqat yüklənməsinə səbəb olur;
Sosial -məişət və əxlaqi səbəblər üzərindən boşanmalarm sayı sürətlə artır;
Ailədə nəsillər arasında münaqİşələrin kəskinləşməsi müşahidə olunur;
Ailə ilə məktəb arasında əlaqələr zəifləyir. Nə məktəblər, nə də digər sosial təsisatlar ailəyə təsirli kömək göstərə bilmir;
Əksər ailələrdə sosial təzyiq və təhqir əsas ünsiyyət tipinə çevrilir.
Müasir cəmiyyətdə nikalun bağlanması və ləğvi üçün hüquqi, etik, dini və sosial -psixoloji əngəllər minimuma endirilmişdir. Ailədə valideynlik əsas amildir. Uşağa şəxsiyyət kimi münasibətdə, onun hüquqlarma hörmətdə və sərbəst seçimində prinsipcə yeni, humanist mövqe yaranmışdır. Bu gün valideyn-övlad münasibətlərində emo- sional və mənəvi yaxınlıq, empatiya, uşaqlara qulluq və onlann tərbiyəsində atanın ana ilə bərabər iştirakı xarakterik hala çevrilmişdir. İndi ata məhəbbəti ana məhəbbəti qədər önəmli rola malikdir, atalar uşağını daha çox qucağına götürür, onu əyləndirir, ünsiyyətdə olur, tərbiyəsinə vaxt ayırır. Bununla belə, müasir ailə özünün əsas fiınk- siyalarmı yerinə yetirməkdə bir sıra ciddi problemlərlə üzləşir və sosial institut kimi böhran vəziyyətindədir.
İsveçrə alimi, məşhur psixoanalitik K.Q.Yunq (1875-1961) XX əsrin ortalarında qeyd edirdi ki, bizim mövcud olduğumuz ger- cəkliyimiz sarsılmışdır. Xarici aləmin keşməkeşləri, ziqzaqları bi- rinci növbədə psixikada özünü göstərir. Buna görə də, hər yerdə təhsilin səviyyəsi aşağı düşür, insanların yaradıcılıq enerjisi azalır. Müasir elmi, texniki inqilab maddi nemətlər bolluğu yaratmış, bu- nula paralel ruhu parçalanmış “şizoid cəmiyyəti” formalaşdırmışdır.
Müasir ailənin özünəməxsus inkişaf xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərə ailənin maddi vəziyyətinin pisləşməsi, əhali arasında ölüm və boşanma hallarmın artması, doğum səviyyəsinin aşağı düş- məsini və s.aid edilə bilər. Son 10-15 ildə gənc ailələrin əksəriyyə- tində doğum və nəslartırma qabiliyyətinin mütləq göstəricilərinin sistematik olaraq aşağı düşməsi, 1-2 uşaqlı ailələrin sayının çoxal- ması və sonsuzluğun artması müşahidə olunur ki, bu azalmalar da bilavasitə yuxarıda qeyd etdiyimiz sosial-iqtisadi durumla daha çox bağlıdır. Sosioloqların qənaətinə görə, müasir dövrdə kişi ilə qadı- mn razılığı ilə nikahdankənar, və ya vətəndaş nigahlı natamam ailələrin, tənha anaların sayı get-gedə çoxalır ki, bunun da nəticəsində nəzarətsiz, sosial və bioloji cəhətdən yetim uşaqlara daha çox rast gəlinir. Müasir ailənin həyatında özünü göstərən ciddi problemlərdən biri münaqişələrin və onunla bağlı şiddət və ailə- məişət zorakılıqlarının çoxalmasıdır. 2013-cu ilin statistikasma gö- rə, müasir Azərbaycan ailələrində psixoloji yadlaşma, kəskin konf- liktlərin artması dinamikası müşahidə olunur. Kəskin xarakterli bu mü- naqişələr qadınlara və azyaşlı uşaqlara qarşı zorakılıqla, xüsusən fiziki zorakılıqla, bəzi hallarda isə onlarm ölümü ilə nəticələnir. Uşaq, ye- niyetmə və gənclərin təlimi və tərbiyəsi ilə bağlı köhnə təsir formalan və sosiallaşma institutlarmm səmərəli fəaliyyəti xeyli aşağı düşmüş, qloballaşmanın təsiri nəticəsində yeni dəyərlər sisteminin, həyat ideallarmm yaranması qarşısıalınmaz olmuşdur. Amerika sosioloqu Robert Bibinin fikrincə, müasir dövrdə yeni qurulan ailələrdə ərlə arvadın çətinliklərə dözməməsi, bir-birinİ başa düşməməsi, güzəştə getməməsi münaqişələrə və əksər hallarda boşanmalara səbəb olur ki, bunun da kökündə kapitalizm cəmiyyətinin ağır iqtisadi sarsıntılan və eybəcərlikləri durur.
Müasir dövrdə hər iki cütlüyün öz qarşısına peşə karyerası, in- kişaf və özünüreallaşdırma kimi məqsədlər qoyduğu “ikikaryeralı” adlandırılan yeni ailə tipi meydana gəlmişdir. Belə ailələrdə rollarm bölünməsi və ailədə hakimiyyət, liderlik məsələsi, şəxsi və ailə də- yərlərinin ümumiliyi, habelə, uşaqların tərbiyəsi, məişət -təsərrüfat sahəsində qüvvələrin cəmləşdirilməsi, ailə büdcəsinin birgə forma- laşdınlması və s. kimi vəzifələr aktuallaşmışdır. İndikİ reallıqda ailə qurmaq üçün nikaha daxilolma yaşında da qütbləşmə müşahidə olu- nur. Gənclərin, xiisusən, qızların əksəriyyəti ya çox erkən 16-17 yaşlarda, oğlanların əksəriyyəti isə bir qədər gec -30 yaşmda nikaha daxil olurlar. Bu, ailə quran gənclərin (oğlanlar nəzərdə tutulur- N.Ç.) normal mənzil-məişət şəraitinin olmaması və ya darısqallıq, həmçinin maliyyə-iqtisadi cəhətdən təminatın zəif olması ilə bağlı- dır. Bu məsələ son illərin ən ağır sosial probleminə çevrilmişdir. Ailə qurmaq üçün iqtisadi təminatı olmayan gənclər maddi qazanc ardınca yad ölkəyə-Rusiyaya gedir, orda Anya, Sonyaların, Nataşa- ların təsiri altına düşərək geri qayıtmırlar. Dahi M.Ə.Sabir de- mişkən:
Sevməyirik bir para nadanları,
Neyləyirik Fatma, Tükəzbanları.
Anyaları, Sonyaları yanlarıq,
Ay bərəkallah, nə gözəl canlarıq!
Nəticədə nikah yaşı uzanan qızların bir çoxu ailə qura bilmir, əbədi olaraq tənha həyat yaşamağa məhkum olurlar. Müasir ailə qu- ran gənclər arasında kəskin yaş fərqi bəzən 15-20 yaş, bəzən isə qa- dının kişidən yaşca böyük olması halları nəzərə çarpır. Bu isə ailə quran kişilərin əksər hallarda qadınlardan 8-10 il əwəl həyatdan getməsi ilə nəticələnir. Müasir ailənin spesifik xüsusiyyətlərindən biri də təkrar ııikahların çoxalmasıdır. İlk nikahda öz həqiqi “yarı- sını” tapmadığına əmin olan və buna görə də boşanmaya üz tutan insanlar yeni nikahlar vasitəsilə sevgi boşluğunu doldurmağa çalışırlar. Təkrar nikahlar əsasında yaranan ailələrin əksəriyyətində isə aliment və uşaqların ogey-doğmalığı problemi baş qaldırır, məhkəmə çəkişmələri artır.
Uşaq evlərində ikən yeni doğulmuş körpədən imtina edən və ya sonralar uşaqlarım atan valideynlərə müasir cəmiyyətdə heç də az rast gəlinmir. Nəticədə uşaq evlərinin, intematların və nəzarətsiz küçə uşaqlarmın sayı artır, uşaq dilənçiliyi, uşaq qarətləri kimi hallar cəmiyyəti ciddi düşündürən problemə çevrilir. Sərxoşluq və narkomaniya zəminində ailə-məişət cinayətləri çoxalır. Uşaqsız, sonsuz, əcnəbi, etnik cəhətdən qanşıq nikahlann sayı durmadan artır. Yuxarıda qeyd etdiyimiz kimi, xarici ölkələrdə ailə xoşbəxtliyi axtaran insanlar orada bu xoşbəxtliyi tapmadıqda uğursuz bir tale yaşamalı olur, bəzi qadmlar isə insan alverinin qurbanma çevri- lərək cinsi istismara məruz qahrlar.
Müasir cəmiyyətdə nikahın qeyri-rəsmi olan tənhalıq, “və- təndaş” nikahı və “ana ailələri” kimi altemativ formaları meydana gəlmiş və cəmiyyətdə onlara liberal münasibət formalaşmaqdadır. İndiki cəmiyyətdə “ana” və “uşaqlar” adi hadisədir. Müasir qadınla- rın bəziləri, hətta bir neçə uşağı atanın himayəsi olmadan böyütmə- yə nail olurlar.
Beləliklə, boşanmaların, sonsuzluğun, nikah yaşı ötmüş və ai- lə qura bilməmiş yetkin insanların artması, eynicinslərin nikahı əsa- smda “ekzotik” ailələrin yaranması və s. kimi artan neqativ hallar və ailə münasibətlərinin kəskinləşən formaları ailənin məhvi haq- qında nəzəriyyənin tərəfdaşlarına bədbin proqnozlar irəli sürməyə müəyyən əsaslar vermiş olur. Bütün qeyd olunan problemlərlə yanaşı, son illər ailə qurmaq üçün optimal tərəfdaş seçimində dü- şüncəli müsbət sıçrayışlar ailənin sosial institut kimi yenidən dirçəl- məsinə güclü təkan verməkdədir.
Sosioloqlar ailəyə canlı ictimai orqanizm, cəmiyyətin ilkin özəyi, sosial tərbiyə institutu kimi baxırlar. Cəmiyyətin sosial-iqti- sadi həyatında baş verən bütün dəyişikliklər öz təsirini ailədə əks et- dirir. Lakin digər sosial kollektivlərdən fərqli olaraq, ailənin əxlaqi və psixoloji yeniləşməsi uzun vaxt tələb edən, ziddiyyətli və mürək- kəb prosesdir. İqtisadi sahədə yeni münasibətlər daha sürətlə bərqə- rar olduğu halda, yeni əxlaq normaları ailədə daha yavaş tempdə özünə yer tapır. Bu, ailənin qapalı sosial qrup olmasından və müha- fızəkar xarakterindən irəli gəlir. Ailənin qurulmasında və mövcud- luğunda əsas sosial-iqtisadi amillərlə yanaşı, bioloji, psixoloji və de- moqrafık amillər də iştirak edir. Bu isə ailədə köhnə və davamlı ste- reotiplərin mövcudluğunun əsas səbəbidir.
Müasir ailəli kişi və qadınların bir qismi öz vaxtlarınm çox hissəsini öz ailəsi ilə real ünsiyyətdə deyil, sosial şəbəkələrə qoşulmaqla virtual ünsiyyət keçirirlər. Onlar virtual tanış olduqları adamlarla intin yazışmalara qoşulur, şəxsi və ailə həyatlarının sirlə- rini onlarla bölüşürlər. Müasir statistikaya görə, hər 5-6 ailədən biri məhz sosial şəbəkələrdən xəlvəti istifadə nəticəsində yaranan xəya- nət şübhəsi və ya qısqanglıq səbəbindən dağılır. Sosial şəbəkələr zə- manəmizin böyük texnoloji nailiyyəti olsa da, onun geniş kommuni- kativ imkanları sui istifadə nəticəsində ailələrə fəlakət və bədbəxt- liklər gətirir, “deviant davranış”mformalarmdan biri olan “komp- yuter addiksiyası” və ya “İnternet asılılığı”na səbəb olur.
Müasir ailələr bir çox cəhətdən öz inkişafı və qarşılıqlı əlaqə- lər baxımından bəzi xarakterik cəhətlərə malikdir. Onların dərk edil- məsi müəllim və valideynlərə ailənin tərbiyə imkanlarını daha sə- mərəli şəkildə reallaşdırmaq imkanı verə bilər. Müasir ailənin məx- susi xüsusiyyətlərinə aşağıdakılar daxildir:
şəhər və kənd ailələrinin sosial ukladmın müxtəlifliyi; Kənd ailələrində böyüyən uşaqlar daim öz üzərlərində həmkəndlilərinin ciddi nəzarətini hiss etdikləri halda, böyük şəhərlərdə uşaqlar üzə- rində yaşlıların belə nəzarəti praktik olaraq mövcud deyildir;
valideynlərin təhsil səviyyəsi ilə uşaqlann təlim göstəriciləri arasmda birbaşa asılılıq mövcuddur. Valideynlərin təhsil səviyyəsi nə qədər yüksəkdirsə, onlann uşaqlan məktəbdə, adətən daha müvəffəq qiymətlərlə oxuyurlar. Müasir valideynlər fəal əməkçi olduqlanna gö- rə, çox vaxt uşaqlar baba və nənənin və ya dayalərinin himayəsində tərbiyə olunurlar. Bir sıra belə hallarda uşaqların təhsil səviyyəsi zəif- ləyir. Çox vaxt baba Və nənənin tərbiyə üsulları ilə gənc valideynlərin tərbiyə üsullan arasında uyğunsuzluqlar və ziddiyyətlər özünü göstərir.
cəmiyyətdə baş verən təbəqələşmə ayrı-ayrı sosial qrupların maddi həyat səviyyəsində kəskin fərqlərin yaranmasına səbəb olur ki, bu da uşaqlarla valideynlər arasında qarşılıqlı münasibətlərin xa- rakterinə öz mənfi təsirini göstərir. Yüksək təminatlı ailələrin bir çoxunda lap kiçik yaşlarından uşaqlarda hər şeyə qarşı istehlakçı münasibəti formalaşır. Belə ailələrin uşaqları insan əməyi ilə yara- dılmış maddi və mənəvi sərvətlərə qarşı etinasız olur, milli-mənəvi dəyərlərə hörmətsiz yanaşır, moda aludəçiliyi xəstəliyinə tutulur, başqalarmdan fərqli və cəlbedici görünməyə çalışırlar.
müasir ailələrin çoxu nuklear tipli (ata-ana və uşaqlar) olduğuna görə, belə ailələrdə valideynlər uşaqların tərbiyəsində, ailə problemlərinin həllində, uşaqların bağçaya və məktəbə aparılmasın- da çətinliklərlə qarşılaşırlar. Belə problemlər daha çox azyaşlı uşaqları olan işləyən analann ailə həyatında özünü göstərir. Şübhəsiz, müasir ailədə belə halların olması cəmiyyətin proble- midir;
ailə üzvlərinin doğum göstəriciləri hesabına azalması həm şəhər, həm də kənd ailələrində müşahidə olunan əsas demoqrafik problemdir. Bunun səbəbləri çoxcəhətli və mürəkkəbdir: valideyn- lərin işləməsi, məktəbəqədər uşaq-tərbiyə müəssisələrinin azlığı, uşağın tərbiyəsi və ona qulluq üçün maddi xərclərin yüksək olması, qadın-ananm qayğılarmın çoxluğu, ailənin mənzil- məişət şəraitinin əlverişsiz olması, valideynlərin “özü üçün yaşamaq” və s. kimi eqoistik meylləri;
boşanma hallarınm artması. Psixoloq və sosioloqlarm fikrin- cə, səbəbindən asılı olmayaraq bütün hallarda boşanma uşağın psi- xikasına sarsıdıcı zərbə vurur. Statistik məlumatlara görə, boşanma- nın 90%-ə qədəri ailə cütlüyünün birinci üç ilində baş verir. Bunun əsas səbəbi cütlüklərin ailə həyatına hazır olmaması, məişət həyatım qura bilməməsi və nəticədə ailə münaqişələrinin yaranması ilə bağ- lıdır. Qədim ərəb məsəllərinin birində qeyd olunur ki, ailə quran gənclər-cütlər arasmda səmimi, isti münasibətlərin müddəti bir ildir. Belə ki, evləndikdən şonra keçən birinci altı ayda qız nə deyirsə oğ- lan eşidir, ikinci altı ayda oğlan nə deyirsə qız eşidir, bir ilin tama- mında hər ikisi deyir, qonşular eşidir, yəni ailə münaqişəsi başlayır.
• təkuşaqlı ailələrin sayının artması. Təkuşaqlı ailə uşağı ün- siyyət və kollektiv fəaliyyət təcrübəsinin əldə edilməsi baxımından böyük çətinlik qarşısında qoyur. Belə uşaqlar böyük bacı və qarda- şin himayəsindən məhrumdur, uşaq ailənin mərkəzi fıqurudur, ailə- nin bütün diqqəti, qayğı və nəvazişi ona yönəldildiyindən belə uşaq- larda infantil əlamətlər, eqoizm, kollektivçilik hisslərinin olmaması özünü göstərir.
Müasir dövrdə işləyən qadınların əksəriyyəti qadın və ana rol- larını yerinə yetirməkdə ciddi problemlərlə qarşılaşırlar. Bu isə hə- min qadınlarda qeyri-adekvatlıq hissinin yaranmasınm başlıca sə- bəbidir. Əmək fəaliyyəti ilə bağlı işləyən qadınlarda bu hissin ya- ranmasına səbəb olan başlıca amillər aşağıdakılardır: Ailədaxili və peşə rollarını uğurla reallaşdırmaqla bağlı ob- yektiv çətinliklər (məsələn, az əməkhaqqı ilə ev təsərrüfatım idarə edə bilməmək);
Xarakter və şəxsi keyfıyyətlərdəki qüsurlar;
Sağlamlıqla bağlı problemlər;
Ər və uşaqlarla pis münasibətlər;
Vaxt çatışmazlığı.
Müasir Azərbaycan ailələrində özünü göstərən neqativ meyllər- dən biri də yeni doğulan oğlan uşaqlannın sayının qız uşaqlarina nəzərən artım tendesiyasidir. Hazırda dünyada hər yeni doğulan 100 qız uşağma düşən oğlanlann sayınm bioloji norma göstəricisi 105- 107-dirsə, respublikamızda bu norma 116-ya çatmışdır. Bımun da başlıca səbəblərindən biri valideynlər tərəfindən ana bətnində içən uşağın cinsinin seçimi ilə bağlı qərar və tədbirlərlə (seliktiv abortlar) izah olunur.
Müasir dövrdə insanların psixologiyasında fərdiyyətçilik me- yillərinin güclənməsi təkcə depressiya, boşanma və intihar kimi so- sio-neqativ halların sayının artması ilə deyil, eyni zamanda sosial təcid olunma, psixoloji yadlaşma sosial dezadaptasiya əlamətlərinin artımı ilə də müşayət olunur. Demokratiya, insanların genişlənən hüquq və azadlıqları bir tərfdən onların sosial statusunun yüksəl- məsinə, hüquq və azdlıqlarınm genilənməsinə meydan açır, digər tərəfdən milli-mənəvi dəyərlərin deformasiyasına səbəb olur. Ailənin insan həyatmda rolu
Cəmiyyətin sosial strukturu özündə yalnız bir-biri ilə qarşılıqlı əlaqədə olan sosial qrupları deyil, həm də sosial institutları və onlar arasındakı münasibətləri də əks etdirir. Sosial institut dedikdə, cə- miyyətdə müəyyən funksiyalrı yerinə yetirən insanların birgə fəaliyyətinin təşkilinin tarixən formalaşmış dayanıqlı formaları başa düşülür. Sosial institutlar insanların konkret sosial təlabatlarmın tə- min edilməsi məqsədi ilə təsis edilən təşkilati quruluşa malik struk- turlardır. Ailə vacib sosial institut formalarından biridirvə o, bəşər cəmiyyətinin formalaşması gedişində meydana gəlmiş və onunla birgə inkişaf etmişdir. Ailənin hüquqi əsasını hər hansı cəmiyyətdə qadınla kişi arasındakı ailə-nikah münasibətlərinin həmin cəmiyyətdə mövcud olan qanunlar əsasında qeydə alınması təşkil edir. Ailə ər-arvad cütlüyünü və onların övladlarını özün- də birləşdirən cəmiyyətin sosial birliyinin ilkin formalarından biridir.Ailə cəmiyyət üçün vacib əhəmiyyətə malik reproduktiv, tərbiyəedici, iqtisadi, psixoloji funksiyaları yerinə yetirir. Bu funksiyaların yerinə yetirilməsi prosesində ailə cəmiyyətdə mövcud olan digər sosial institut və birliklərin köməyinə arxalanır, ailənin, atalığın, analığın və uşaqlığın dövlət tərəfındən sosial müdafiəsinə yönəldilmiş xidmətlərindən faydalanır. Dövlət tərəfindən ailənin sosial müdafiəsi və möhkəmləndirilməsi məqsədi ilə müxtəlif döv- lət qrumları-müəssisə və təşkilatlar (ailə planlaşdırılması mərkəz- ləri, məktəbəqədər uşaq tərbiyə müəssisələri, uşaq xəstəxanaları, uşaq kitabxanaları, uşaq sanatoriyaları və düşərgələri, vətəndaşlıq vəziyyəti aktlarınm dövlət qeydiyyatı (VVADQ) şöbələri, qadın məsləhətxanaları, doğum evləri və s.) yaradılır. Dövlət çoxuşaqlı ai- lələrə və valideyn himayəsindən məhrum olmuş uşaqlara müavi- nətlər təyin edir, onların sosial müdafiəsini həyata keçirir.
Demoqraf, sosioloq, psixoloq və etnoqraflar XX əsrin 90-cı illərindən başlayaraq dünyada baş verən siyasi, iqtisadi, sosial və mənəvi proseslərin təsiri nəticəsində ənənəvi ailənin böhran dövrü- nə daxil olması barədə əsaslandınlmış fikirlər irəli sürürlər. Ənə- nəvi ailə kişinin ailə başçısı olması faktına əsaslanan ailə tipidir.
Cəmiyyətdə tarixən qadının tabe vəziyyətdə olması ailədə də onun qeyri-bərabərliyinə səbəb olmuşdur. Ənənəvi ailədə ailə başçısı ro- lunu icra edən kişi ev sahibi, ailənin bütün təlabatlarını təmin edən və mühüm qərarları verən başlıca fıqur hesab edilir. Bu tipli ailələr- də qadın ailə ocağının qoruyucusu olmaqla ev təsərrüfatım idarə edir, uşaq doğur və tərbiyə edir. Uzun əsrlər boyu qadınların əsas fəaliyyət sahəsi ev və ailə hesab olunurdu. Yaxın keçmişə qədər ailə həyatı quran qadınlann əksəriyyəti ərə getdikdən sonra iş yerlərini tərk etməli olurdular. İndinin özündə də qadın ərinin razılığı olma- dan işləmək hüququnu qoruyub saxlaya bilmir. Ənənəvi ailələrin üstünlük təşkil etdiyi cəmiyyətlərdə kişilərin peşə və karyera maraq- ları, adətən, qadınlardan yüksək olurdu. XX əsrin sonlarından baş- layaraq kişi və qadının hüquq bərabərliyi uyğunda aparılan gender dəyişiklikləri qadınların ailədə olduğu kimi, cəmiyyətdə də iqtisadi rolunu yüksəltmişdir. Yükək məişət texnikalarınm meydana gəlməsi ailədə qadınların əməyini əhəmiyyətli dərəcədə yüngülləşdirmiş, onlara öz peşə karyeralarmı yüksəltmək üçün daha çox vaxt qazan- maq imkanı yaratmışdır.
Cəmiyyətdə həyata keçirilən gender siyasəti və bunun nəticə- si olan kişilərlə qadınların sosial statuslarınm bərabərləşdirilməsi öz təsirini ailə münasibətlərinə də göstərmişdir. Patriarxal ənənəvi ailə zaman keçdikcə öz yerini eqalitar-tərəfdaş ailə tipinə vermişdir. Eqalitar-tərəfdaş ailə ər-arvad cütlüyünün hüquq bərabərliyi, ev tə- sərrüfatınm bərabər əsaslarda birgə idarə edilməsi, uşaqların tər- biyəsində valideynlərin birgə iştirakı və ailə büdcəsinin formalaş- masında ərlə arvadın hər ikisinin iştirakı kimi əlamətlərlə sə- ciyyələnir. Lakin cəmiyyətdə dəyərlər sistemində baş verən dəyişik- liklər, ailədənkənar intim münasibətlərin liberallaşması ailə müna- qişələrinin kəskinləşməsinə, boşanmaların sayının artmasına, nəti- cədə natamam ailələrin sayının çoxalmasına səbəb olmuşdur.
Ailənin insanın fiziki və mənəvi sağlamlığında oynadığı əhə- miyyətli rol haqqında çoxsaylı elmi araşdırmalar aparılmışdır. Cə- miyyətdə ailə mühüm sosial təsisatlardan biri olduğu üçün, buradakı münasibətlər ailə hüququ tərəfindən tənzimlənir. Azərbaycanda ailə hüququnun əsas mənbəyi “Azərbaycan Respublikasının Ailə Mə- cəlləsi”dir. Bu məcəllə nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanun- vericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi (qeyri- əmlak) müna- sibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların himayəyə götürülməsi qaydalarım müəyyən edir. Ailə mü- nasibətlərinin hüquqi tənzimi qadmla kişinin nikahımn könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onla- rın rifahma və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafıəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
Birgə fəaliyyətin gedişində öz məqsəd və hərəkətlərini başqa adamlarla müəyyən münasibətlərin qurulması məqsədi ilə uzlaşdı- rılması qabiliyyəti və bacarıqları inkişaf edir. [48,s.l63]
Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hör- mət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının şəxsiyyət kimi yetiş- mələri üçün əlverişli şərait yaratmalı və onların sağlamlığınm qay- ğısına qalmalıdırlar.
Məşhur fransız y’azıçısı A. Düma ailədən bəhs edərək yaz- mışdır: “Evlilik zənciri o qədər ağırdır ki, onu ikilikdə daşımaq lazım gəlir”.
Müdriklər çox doğru deyiblər: “Toxumun dəyəri onun məhsul- darlığı ilə, insanın dəyəri isə başqalan üçün gərəkliliyi ilə ölçülür”. Bu baxımdan qeyd etmək yerinə diişər ki, insan cəmiyyət üçün dəyərli olan ilkin keyfıyyətləri məhz ailədə qazanır. Aiiə İlk tərbiyə institutu olmaqla insanın dünyaya göz açdığı iik günlərdən daimi və təbii təsir yoiu iiə onun xarakterinin baza əlamətlərinin, əqidə və inammın, dünyagörüşünün fonnalaşdırılmasının vacib amili rolunda çıxış edir. Ona görə, ailənin funksiyalından biri kİmi onun “tərbiyəedici funk- siyası”mn fərqləndirilməsi İctimai məna kəsb edir. Ailə ocağının isti və rahat olması, insanın təlabatlannın etibarlı təminatı, dərdə şərikük, psixoloji və mənəvi dəstək müasir naralıat dünyada hər bir insan Liçün olduqca vacib amillərdir. Hər bir insan üçün ailə emosional və rek- reaktiv baxımdan stresslərdən, ekstremai vəziyyətlərdən müdafiəyə olan ehtiyacların təmin edilməsi üçün ən etibarlı sığınacaq yeridir. Ailənin xoşbəxtlik formulumaddi fıravanlıqla sağlam mənəvi münasibətlərin məcmuyundan ibarətdir.
Yalnız “ər-arvadlıq-valideynlik-qohumluq” kimi üçlü müna- sibətlərin mövcudluğu artıq ailənin yaradılmasından ciddi formada danışmağa imkan verir. Bu münasibətlərdən birinin, yaxud ikisinin olmaması haçansa məhz ailə olmuş qrupların fraqmentarlığını səciy- yələndirir.
Müasir ailə öxünəməxsus keçid dövrünü yaşayır. Köhnə, ənə- nəvi davranış normaları, ər-arvad, valideynlərlə uşaqlar arasında qarşılıqlı münasibətlərin xarakteri dəyişir. Müasir ailənin insan həyatmda məxsusi rolunu qiymətiəndirmək o qədər də asan deyil. İnsan dünyaya gəldikdən sonra onun bir çox həyati vacib prob- lemləri ailə səviyyəsində həll olunur: uşaqların sosial oryentasiyası, yaşayış yerinin dəyişdirilməsi, ailədə uşaqların sayı, peşə və sosial mobillik və s. əsasən aiiə-nikah münasibətlərinin vəziyyətindən və ailənin tipindən asılı olaraq müəyyən edilir. Yeni nəsillərin isteh- salında, nəsilartımı və tərbiyəedici funksiyaları yerinə yetirməklə ailə həm də generator, baxışların, əxlaq normalarınm, psixoloji us- tanovka və davranış nümunələrİni qoruyub saxlamaq rolunu yerinə yetirir.”Azərbaycan ailəsinİn bənzərsiz dəyərlərində uşaqların tutumlu yeri var. Evin bərəkəti ağsaqqalında, nuru körpəsindədir - deyib ata-babalarımız. Ailənin affektiv mərkəzi uşaqlarla bağlıdır.
Ana da onlar üçün yaşayır, ata da. “Səni görüm, övladından yarı- yasan” - alqışı elin-obanın ən böyük alqışlarından biridir. Səni gö- rüm, övladından yanmayasan-el-oba bu qarğışa dözmür, əlini göy- lərə açıb qarğış edənə “dilin-ağzm qurusun”, -deyirlər”. [14,s.225]
Ailə fıziki və mənəvi sağlamlığın, səadət və xoşbəxtliyin mənbəyi olduğu kimi, sosio- neqativ ustanovkaların: spirtli içki- lərə,qumar oyunlarına, narkomaniyaya alidəçiliyin, uşaqlara və qa- dınlara qarşı zorakı münasibətin, psixi travmaların mənbəyi rolunda da çıxış edə bilər. Cəmiyyətdə sosial sabitliyin pozulmasında, ci- nayət hallarımn artmasında əlverişsiz, disfunksional və natamam ai- lələrdən çıxmış şəxslərin sayı daha çoxdur. Valideynlərin şəxsi nü- munəsi və nüfuzu, ailədaxili münasibətlərin xarakteri və ailə tərbiyəsinin üslubu və modeli ailədə tərbiyə işinin psixoloji əsasını təşkil edir. Digər sosial institutlardan fərqli olaraq, ailə hər bir insana onun bütün həyatı boyu təsir etmək qabiliyyətinə malikdir. Uşaqların yaşlaşması və onların müstəqil həyata başlaması ailəni bir qədər zəiflədərək “boş yuva”ya çevirsə də, onun tam yox olmasına gətirib çıxarmır. Yaşından asılı olmayaraq hər bir kəs həyatmm ən çətin məqamlarmda öz doğmalarına sığınır, onlardan psixoloji dəs- tək və qohumluq hissləri alır. Gənclər ailənin heç nə ilə əvəz edil- məsi mümkün olmayan keçici həyati dəyər olduğunu daim anlamalı və bu dəyərə hörmətlə yanaşaraq yaşlı nəslə qarşı qayğı və nəvaziş göstərməlidirlər.
Ailədə harmoniyanın olması hər bir ailə üzvünün iş yerində məhsuldar işləməsinə, diqqətini işinə cəmləşdirməsinə, başının qal- maqal xarakterli gərəksiz informasiya ilə yüklənmədən azad olma- sma, qayğı və problemsiz dolğun həyat yaşamasma yol açır. Yalnız məhəbbət və cütlüklərin bir-birinə dərindən bağlı olması, səadət, etibar və məsuliyyət xoşbəxt birgəyaşayışa təminat verir. Ailə spesifik sosial-psixoloji sistem kimi
Sosiologiya ailəyə bütöv ictimai orqanizmin bir hissəsi, cə- miyyətin hüceyrəsi, sosial tərbiyə kollektivi kimi baxır. Cəmiyyətin sosial-iqtisadi və mənəvi həyatında baş verən bütün dəyişikliklər ai- lədə öz izini buraxır. Lakin istehsalat, peşə, siyasi kimi sosial kol- lektivlərdən fərqli olaraq, yeniləşmə təsirləri ailədə birbaşa öz əksini tapmır. Ailənin əxlaqi və psixoloji baxımdan yeniləşməsi və dəyiş- məsi üçün uzun dövr tələb olunur. Bu proses ailə üçün daha kəskin ziddiyyətlərlə və mürəkkəbliklərlə müşayət olunur. Bütün bu xüsu- siyyətlər isə ailəyə spesifık sosial-psixoloji sistem kimi yanaşmağa əsas verir. Cəmiyyətin iqtisadi həyatından fərqli olaraq, ailədə yeni münasibətlərin, yeni əxlaq normalarımn bərqərar olması yavaş tempdə baş verir. Ailə həyatmdakı dəyişikliklərin baş verməsində əsas sosial-iqtisadi amillərlə yanaşı, bioloji, psixoloji, demoqrafık və s. kimi digər amillər də iştirak edir. Ailə psixologiyasında köhnə stereotiplərin yaşamasını, mühafızəkar baxışların davamlı və daya- nıqlı olması səbəblərini məhz bununla izah etmək lazım gəlir. Ailə- nin inkişafının proqnozlaşdırılmasında meydana çıxan çətinliklərin də səbəbini məhz bunda görmək doğru olardı. İlkin sosial qrup kimi ailənin səciyyəvi xüsusiyyətləri aşağıdakı əlamətlərdə əks olunur: Ailə qarşılıqlı münasibətlərin nisbi sıxlığı ilə fərqlənən və müəyyən sərhədlərlə məhdudlanan qapalı sosial qrupdur ',
Ailə özü-özünü yaradan, təkrar istehsal edən assosiasi-