Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə13/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Sororat (lat.”soror”-bacı) ailə adəti arvadı vəfat etmiş cavan kişinin subay baldızı ilə evlənməsinə icazə verirdi. Bu, anasız qal- mış uşaqların qayğısına qaymaq məsələsi ilə bağlı idi. Belə hesab olunurdu ki, vəfat etmiş bacınm uşaqları üçün hamıdan yaxşı ana onların xalası ola bilər.

Azərbaycan ailə məişətində nikah münasibətləri mühüm yer tuturdu. Qədim tarixə aid yazılı qaynaqlann az olması səbəbindən qədim Azərbaycanda nikah formaları haqqında təsəwürlər çox sət- hidir. Yalnız Strabonun (e.ə.l əsrin sonu -eramızın əvvəlləri) əsərlərində əcdadlarımızdan biri sayılan midiyalılarda poü-qamiya - (çoxarvadlılıq) kimi nikahın olması haqqında məlumat vardır.

Poliqam nikah -Azərbaycanda qədim dövrdə mövcud olmuş, sonralar aradan çıxmış və orta əsrlərdə yalmz qalıq şəklində möv- cud olmuşdur. Poüqamiya, əsasən ikiarvadülıq şəklində təzahür et- mişdir. Poliqam nikahlar müəyyən səbəbdən (sonsuzluq, qız uşaqla- rınm doğulması) nəticəsində baş verirdi. “Levirat” və “sororat” adətləri də poliqam nikahı yaradan səbəblərdən idi.

Ailə - nikah münasibətləri ilə bağü məsələlərdə qohumla ev- lənmə xüsusi yer tuturdu. Lakin bu, qəbilə-tayfa quruluşu üçün xa- rakterik olan “endoqam” nikah deyildi, çünki qohum olmayanlarla evlənməyi qadağan etmirdi. Azərbaycanda “ekzoqam” nikahı, yəni yalnız qohum olmayanlarla evlənməyə icazə verib qohumlarla evl- ənməyi qəti qadağan edən nikah adəti olmamışdır. Sonralar İslam dini Azərbaycanda qohumla evlənmə adətini tənzimləmişdir.

Azərbaycanda qohum ilə evlənmə səbəbindən ən çox kuzen nikahlar yaranmışdı. Kuzen nikahlar iki qrupa bölünürdü: kuzen nikahlar (əmioğlu ilə əmiqızmm və xalaoğlu ilə xalaqızınm nikahları) və krosskuzen nikahlar (dayıoğlu ilə bibiqızımn və bi- bioğlu ilə dayıqızının nİkahları). Təsadüfı deyil ki, qardaş Türkiyə dövlətinin ədəbi dil tərkibində ən yaxın qohumlara “kuzenim” deyə müraciət edilir ki, bu da kuzen nikahlarm tarixiliyindən xəbər verir. Keçmişdə ortokuzen nikahlara, xüsusilə, əmioğlu ilə əmiqızının nikahma daha çox üstünlük verilirdi ki, “onların nikahını göydə mə- ləklərin kəsmişdir”- fıkri zərb-məsəl kimi indi də işlədilir.

Ailə-nikah məsələlərindən biri də nikah yaşı normalarının müəyyənləşdirilməsidir. Azərbaycanda ənənəyə görə, nikah yaşı normaları oğlanlar üçün 16-18, qızlar üçün 14-16 yaş idi. Keçən əsrlərdə oğlanlar əksər hallarda 18 yaşdan sonra evlənirdiJər. Müəy- yən səbəblərdən oğlanlar bəzən 25-30 yaşlarında evlənir, qızlar isə 12-13 yaşlanndan da ərə gedirdilər.

Azərbaycanda ər ilə arvad arasında yaş fərqi məsələsinə müna-

sibət müxtəlif olmuşdur. Qızlann özündən böyük oğlanlara ərə getməsi ailənin mölıkəmliyinin təminatı kimi qiymətləndirilirdi. Keçmişdə Azərbaycanda ər arvaddan əksər hallarda i 0-15 yaş böyük olurdu. İslam dini hüququnda ərin arvaddan 10-12 yaş böyük olması məqsədəuyğun sayılırdı. Müasir dövrdə isə elmi fikirdə Azərbaycanda ərin arvaddan 3-7 yaş böyük olması ən yaxşı seçim hesab edilir. Psixo- loqlann fikrincə, 20 yaşh qızın düşüncə tərzi, 30 yaşlı oğlanm düşüncə tərzinə bərabərdir. Bu cür yaş fərqi xalq müdrikliyində aşağıdakı deyimlə təsdiqlənirdi ki, kişilər elmi kitablardan, qadınlar həyatdan öyrənirlər. Hətta bu günkü həyati təcrünə sübut edir ki. ailənin əsas sevinc payı olan qız övladı dünyaya gələrkən müəyyən yaş dövründə “ay mənim şeytan balam” müraciəti ilə də əzizlədilir. Oğlan uşaqlanrun oxşadılması üçün isə belə əzizləmə səciyyəvi deyildir.


  1. Yüklə 0,8 Mb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin