Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə21/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Şəkıl 4.
Müasir Şəki ədəbi mühitinin istedadh qələm sahiblərindən olan Ələsgər Davudoğlunun iki hekayəsi psixi travmatik aspektdə yazılmışdır. Hekayələrdən biri “Xoşbəxt pisik balaları”, digəri isə “Urvatsız”adlanır. XX əsr Şəki ədəbİ mühitiniıı tədqiqatçısı, Kamil Adışirinov lıər iki əsərin nəinki bədii, hətta psixoloji baxımdan da mühüm aktuallıq kəsb etdiy-

ini qeyd edərək təhlillərində yazır:... Hekayədə yazıçısı Əkrəm adlı balaca bir uşağın timsalında valideyn himayə- sindən məhrum olan uşaq- ların uşaq evlərindəki inti- zarlı, hərəkətli psixotravmatik həyatını ümumiləşdirmişdir. Yazıçı tərbiyəçi Anaxanım ilə

balaca Əkrəm arasında ya- ratdığı dialoqla valideyn qəl-

binin puçluğunu, övlad məhəbbətinin saxta, şəhvani hisslərə qurban verildiyini əks etdirmişdir”. “Urvatsız” hekayəsində müəllif “Qo- cälar evi”nin təsviri ilə övlad məhəbbətindən məhrum olan valideynlərin faciəsini göstərmişdir.

Hekayənin baş qəhrəmanı Əsgər kişi namuslu həyat sür- müşdür. O, oğlu İsrafıli və qızı Bəstini öz halal ruzisi ilə böyüdərək evləndirmiş, ev-eşik sahibi etmişdir. Lakin həyat yoldaşı, “dağlar marälı" adlandırdığı Nisəxanımın ölümündən sonra Əsgər kişiyə öz qabarlı əlləri ilə tikib yaratdığı evi zindana çevrildi. Gəlininin təsiri ilə oğlu İsrafıl və nəvələri ondan soyudular. Səhv tərbiyə almış, meşşan təbiətli gəlininin təkidi ilə o, evdə “urvatsız” bir şəxsə çevrildi. Gəlin, nədənsə, onunla yola getmədi. Hər şeyi söz elədi. Heç nəyin üstündə deyinməyə, evdə dava-dalaş salmağa başladı. Oğlu da, nəvələri də get-gedə kişidən soyudular. “Bura, “Qocalar evi”nə gəlməyi də məhz oğlu ona təklif elədi”. Pedaqoji və psixoloji araşdırmalar göstərir ki, müasir şəraitdə yuxarıdakı psixatravmatik hallar çoxalmışdır.

Aşağıdakı hallar ailədə psixi travmanm başlıca mənbəyi kimi nəzərdən keçirilə bilər:

  • ər-arvadlıq həyatma hazırlığm olmaması;

  • işsizlik və qaneedici məişət şəraitinin olmaması;

  • valideynlərin gənc ailənin həyatına daimi müdaxiləsi;

  • mənəvi-emosional yaxınlığın soyuması;

  • yeniyetmənin ailədə problem yaratması, sədaqətsizlik, zə- rərli vərdişlərin baş qaldırması, ailədə yeganə uşağm ölümünün boşanmaya səbəb olması;

  • ailə quran və işləyən gənc ailənin həyatma müdaxilənin valideynlərə qarşı müqavimətə çevrilməsi;

  • yeni sosial rollar -baba və nənə rollarınm meydana çıxma- sından yaranan münaqişələr;

  • qocalıq dövründə qüwələrin və imkanlarım itirən valideyn- lər övladları tərəfındən hörmətə daha çox ehtiyac duyur. Onlarda öz əhəmiyyətliliyini hiss etmək təlabatı artır, buna əhəmiyyət verən ol- madıqda, onlarda küskünlük, inciklik yaranmağa başlayır;

  • ağır xəstəlik, mənzil-məişət problemləri, sosial əhatə ilə konfliktlər, iş yerindəki problemlər, müharibə, sosial böhranlar, təbii fəlakətlər və uzunmüddətli ayrılıq, həbs;

  • ailədə hədsiz yüklənmədən yaranan yorğunluq, bezikmə, psixi və fiziki yüklənmə;

  • davamlı, şiddətli konfliktlər;

  • həyat tərzinin kəskin dəyişməsi, evin, avtomobilin satıl- ması, müflisləşmə; bank asılılığı sindromu;

  • bir mərhələdən digərinə keçid, ailədə uşaqların doğulması, onların psixoloji uyğunsuzluğu;

  • sonsuzluq, somatik xəstəliklər, ölüm və həyatm boş şey olması duyğusu, böyük əmlak itkisi, bədxərclik, xəyanət və s.

Gənclik psixiatriyası üzrə mütəxəssislərin qənaətinə görə, 14- 18 yaşlar özündə psixopatriyaların meydana çıxması riskini daşıyan böhranlı dövrdür. Bundan başqa, bu yaşlarda xarakterin bir sıra əla- mətləri aksentuasiyalaşır və xüsusilə kəskin təzahür etməyə başla- yır. Məsələn, bu xüsusiyyətlər hipertimliyə, yüksək fəallıq və həs- saslıq kimi əlamətin güclənməsinə səbəb olur ki, bu da gənci tanış adamlar içərisindən seçim aparmaq imkanlarını məhdudlaşdırır, onu riskli hərəkətlərə təhrik edir.

Gənclərin şəxsi həyatda uğursuzluqları onları məyus edir, ümidsizləşdirir, qeyri- adekvat aşağı özünüqiymətləndirməyə, dün- yadan təcrid olunmağa gətirib çıxarır ki, bu da gənclik depressiyası adlanır. Gənclik depressiyası vəziyyətində olanlar darıxdırılıcılıq- dan əzab çəkir, aqressiv və nadinclikləri, şıltaqlıqlan, ipoxondrik şi- kayətlənmə və narazılıqları bir çox hallarda isə hüquqa zidd delik- vient davranışları ilə ailə münasibətlərinin korlanmasına, qal- maqallara səbəb olurlar. Psixoloqların qənaətinə görə, bu yaşlarda insanların 20%-i intihar barədə düşünür. Ətrafdakı yaxın və doğma adamlar gənclərin nə istədiyini, nə barədə düşündüklərini ya anla- mır, ya da anlamaq istəmirlər, onların potensial imkanlarını düzgün qiymətləndirə bilmirlər. Qarşılaşdıqları həyati mürəkkəb problem- lərin alternativ həlli ybllarmı tapmaqda aciz olan yeniyetmə və gənclərin əksəriyyətində gərəksizləşmə duyğusu (“Mən heç kimə gərək deyiləm”) əmələ gəlir.

Umumdünya Səhiyyə Təşkilatımn məlumatına görə, son onil- likdə gənclər arasında intihar halları 3 dəfə artmışdır. Hər il 15-19 yaşlarında olan 12 yeniyetmə və gəncdən biri intihara cəhd edir. Bu statistikada Rusiya Federasiyası dünyada birinci yerdə durur. Ye- niyetmə və gənclərdə suisidal təzahürlər onların özlərinə yönəlmiş (avtoaqressiya) deviant davranış forması kimi yaşlılann bu tipli davramş formalarından fərqlənir. Psixoloji tədqiqatlara görə, 90% hallarda yeniyetmə və gənclərdə belə destruktiv hərəkətlər “kömək üçün haray” siqnalıdır. Yalnız 10% hallarda isə bu həqiqətən öz hə- yatına son qoymaq motivi ilə bağlıdır. Intihar cəhdlərinin sayı real intihar faktları ilə müqayisədə 50 dəfə çoxdur. Suisid cəhdləri psi- xogen, kəskin affektiv reaksiyalar, sürəkli reaktiv vəziyyətlərlə çul- ğalaşmış olur və bu halların kəskinləşməsi nəticəsində meydana gə- lir. Yeniyetmə və gənclərin impulsivliyi, emosional davamsızlığı, səbrsiz və höcət olması, konfliktli situasiyalar zamanı yaranan dal- ğınlıq kimi şəxsiyyət keyfiyyətləri və əhvalın ümumi depressiv və- ziyyəti suisidal fon yaradır. Yeniyetmə roman oxuyur, o həyat və ölüm haqqında düşüncələrə rast gəlir. Odur ki, onun şüurundan ildırım sürəti ilə belə bir fikir keçir: “Mən də öləcəyəm”. Bu hə- yəcan bir çox hallarda isə iztirab yaradır. Tanmmış rus tədqiqatçısı A.E.Liçkonun araşdırmalarına görə, yaş artdıqca, yeniyetmə və gənclər arasmda özünəqəsd hallarınm da statistikası artır. 12-13 yaş- larda bu 4%, 14 yaşda 12%, 15 yaşda 21%, 16 yaşda 31%, 17 yaşda isə 32% təşkil edir.

Yeniyetmə və gənc oğlanlarda özünəqəsd hallanna qızlarla müqayisədə ən azı iki dəfə çox təsadüf olunur. Lakin qızlarda intihar cəhdlərinə daha çox rast gəlinir ki, bunun da əksəriyyəti nümayiş- karanə xarakter daşıyır. Uğursuz intihar cəhdləri əsasən təkrarlanmasa da, bir dəfə belə cəhd etmiş 10-20 yaşlı 10% oğlanların, 3% isə qızlar sonrakı iki il ərzində bu cəhdləri təkrarlayaraq öz həyatlan ilə vida- laşırlar. “Yeniyetmə və gənclərdə özünəqəsd hansı psixoloji problem- lərlə bağlıdır?” sualı ciddi sual olaraq hamını düşündürür.

Psixoloji tədqiqatlarm (M.İ.Rojkov və b.) nəticələrinə görə, real özqnəqəsd hallarına əsasən sensitiv və tsikloid xarakterli yeni- yetmə-gənclərdə depressiv fazada təsadüf olunur. Bunun yaran- masınm başlıca səbəbi müxtəlif mənşəli depressiv vəziyyətlərdir.

Bütün psixi və fiziki təzahürlərində məyusluq əlamətləri daşıyan depressiya yeniyetmə və gənclərdə yaşlılardan fərqli cəhət- ləri ilə seçilir. A.E.Liçko bu yaş dövrü üçün səciyyəvi olan depres- siyanın delinkvent, ipoxondrik, astenoapatik və melanxolik depres- siya olmaqla 4 əsas tipini fərqləndirmişdir.

Yeniyetmə - gənclərdə suisidal davramşın geniş yayılmış ti- pik motivləri aşağıdakılardır:

  • inciklik duyğusu, tənhalıq, yadlaşma;

  • valideyn məhəbbətinin itirilməsi, qısqanclıq;

  • valideynlərdən birinin ailəni tərk etməsi, onların vaxtsız və faciəvi ölümü;

  • günah və utancaqhq hissi, istehza, alçaldılma, təhqir;

  • cəza qorxusu, üzr istəməkdən imtina;

  • məhəbbət uğursuzluğu, seksual acizlik hissi, qızlarda nikahdankənar hamiləlik;

  • öz taleyinə diqqəti cəlb etmək istəyi;

  • xoşagəlməz nəticələrdən, çətinlikdən və təhlükədən qaçmaq təşəbbüsü;

  • film və ya bədii əsər qəhrəmanlarınm təqlid edilməsi.

  1. Ailə və uşaqlar

Uşaqlar cəmiyyətdə yal- nız demoqrafik kateqoriya, yəni yaşca kiçik, böyüməkdə olan nəsil deyil, həm də sosi- allaşma prosesində ictimai münasibətlərə daxil olan xü- susi sosial qrupdur.

Fransız demoqraf və ta- rixçisi F.Aries təsviri incəsə- nət materialları əsasında uşaq- lıq dövrünün tarixini yaratma-

ğa çalışmışdır. Onun tədqi- şəkil 5

qatları göstərmişdir ki, XIII əsrə qədər rəssamlar uşaq obrazlarına, ümumiyyətlə, müraciət et- məmişdir. XIII əsrdən başlayaraq uşaq rəsmlərinə yalnız dini rəsmlərdə (mələklər, körpə İusus və s.) rast gəlinir ki, bunlar da real uşaq obrazlarından fərqlənir. Görünür, həmin dövrlərdə uşaqlıq az əhəmiyyətli və ötəri bir dövr hesab olunmuşdur, uşaqlara qeyri- ciddi münasibət vardır. Alimin fikrincə, XIV əsrdən başlayaraq incəsənət tarixində ölmüş uşaq rəsmlərinə tez-tez təsadüf olunur. Görünür, bu uşağın ölməsinin adi hadisə kimi deyil, böyük itki kimi qavranılması ilə bağlıdır. Real uşaq rəsmlərinə yalnız XVII əsrdən sonra təsadüf olunur. Aries belə nəticəyə gəlir ki, uşaqlıq bir yaş dövrü kimi XIII əsrdə kəşf edilsə də, onun əhəmiyyəti məhz XVII əsrdən sonra üzə çıxmışdır.

Uşaqlara qarşı münasibətin dəyişməsi, uşaq paltarlarında yeni elementlərin meydana çıxması ilə bağlıdır. Orta əsrlər dövründə uşaq müstəqil olduqdan sonra, ona yaşlılara məxsus paltarlar geyindirirdilər. Yalnız XVI-XVII əsrdən başlayaraq uşaqlar üçün spesifik paltarlar meydana gəlmişdir. 2-4 yaşlı uşaqların paltarları cinsi fərqlər nəzərə alınmadan eyni formalı idi. Aries qeyd edir ki, müasir tipli uşaq geyimləri XX əsrin əvvəllərindən hazırlanmağa başlanmışdır.

L.Demos müxtəlif dövrlərdə cəmiyyətdə uşaqlara münasibətin müqayisəli - tarixi təhlilini aparmış və bir neçə mərhələni müəy- yənləşdirmişdir.

  1. Uşaqlarm qətli (ən qədim dövrlərdən b.e.-nm IV əsrinədək) dövrü adlanan bu dövr zorakılıq və uşaqların kütləvi qətli ilə xarak- terizə olunur. Bu dövrdə ailənin uşağı təmin etməsində maddi amil əsas amil hesab edilirdi. Valideynlər uşaqları bəsləməkdə çətinlik- lərlə qarşılaşdıqda onları öldürürdülər.

  2. Uşaqların tərk edilməsi (IV-XIII əsrlər). Cəmiyyətdə uşağın ruha malik olan bir varlıq hesab edilməsi ilə diqqəti cəlb edir. Bu dövrdə uşağın şərin təcəssümü olması haqqında rəy formalaşır. Uşaqların yad ailələrə, monastrlara verilməsi geniş yayıhr. Ailədə iqlim emosional soyuqluğu və ciddiliyi ilə fərqlənir.

  3. Ambivalent üslub (XIV-XVII əsrlər). Uşaqlara valideyn- lərin emosional aləminə daxil olmasına icazə verilir, onlara diqqət yetirilir, lakin onların müstəqil ruhi varlıq olması qəbul edilmir.

Uşağa bu cür yanaşma gildən incəsənət əsərləri yaradan heykəltəra- şın işinin anoloqudur. Əgər uşaq böyüklərə müqavimət göstərirdisə, onun bədənindəki şəri çıxarmaq üçün damğalayırdılar.

  1. Bağlılıq üslubu (XVIII əsr). Bu dövr valideynlərin öz uşaq- ları ilə psixoloji yaxınlığı ilə səciyyələnir. Valideynlər uşağın yalnız davramşına deyil, həm də daxili aləminə, düşüncə və iradəsi üzərin- də tam nəzarətə can atmaları ilə səciyyələnir.

  2. Sosiallaşdırıcı üslub (XIX əsr XX əsrin əwəlləri). Bu dövr- də tərbiyənin məqsədi uşağı gələcək həyata hazırlamaqdan ibarət idi. Məşqlər və təmrinlər prosesi tərbiyəvi təsirin əsas vasitəsi hesab olunur. Bu münasibət üslubunun əsasında XX əsrdə psixologiyada mövcud olan bir çox modellərdə - Z.Freydin psixoanalitik yanaş- masından tutmuş, C.Uotson və E.Torudaykın biheviorizminə qədər bütün psixoloji nəzəriyyələr dururdu.

  3. Yardımçı üslub (XX əsrin ortaları). Bu üslub əsaslandırır ki, valideynləri uşaqlar qədər tanıyan başqa bir kimsə yoxdur. Odur ki, həyatın bütiin mərlıələlərində valideynlər uşaqların fərdi inkişafı- na kömək göstərməli, doğmalığı və yaxın münasibətləri itirməmək üçün uşağı anlamağa can atmalıdırlar.

XX əsrdə uşaqların hüquqlannın qorunması və müdafiəsi sa- həsində etibarlı hüquqi baza yaradılmışdır. Beynəlxalq əhəmiyyətli bir sıra sənədlər qəbul edilmiş və sivil dövlətlərin əksəriyyəti həmin sənədləri razifikasiya etmişdir. Bu baxımdan “Uşaq Hüquqları haq- qında Millətlər Liqasınm Cenevrə Deklarasiyası” (1924), “Rorna Avropa Sosial Xartiyası”, (maddə 7-17) (1950), “Uşaq hüquqları haqqında Deklarasiya” (1959), “ Uşaq hüquqları haqqmda Konven- siya” (1989), “Byaka Deklarasiyası Fəaliyyət Proqramı” bir hissəsi (1993), (maddə 45-53), “Pekin Deklarasiyası: Fəaliyyət Platforma- sı,” (2002), (bir hissəsi), kimi beynəlxalq əhəmiyyətli sənədlərin ad- larmı qeyd etmək olar.

Bütün ölkələrin alimləri qeyd edirkər ki, müasir dövrdə uşaq və yeniyetmələrin sosial fəallığı artmış və onun təzahür formaları rəngarəng olmuşdur.

Uşaq yaşının təbii tələbatlarından biri də müxtəlif qeyri-for- mal qruplara, komanda və kompaniyalara, təşkilat və assosiasiyalara daxil olmaq cəhdləridir. Uşağa inam, onun şəxsiyyətinə hörmət olan belə qrup və biliklərdə uşaqlar öz maraqlarmı təmin edir, qabiliyyət- lərini nümayiş etdirir, özünü reallaşdırmaq imkanı qazanırlar. Gör- kəmli rus psixoloqu L.S.Viqotski (1896-1934) yazırdı ki, şəxsiyyə- tin şüuru və davramşı onun hissləri və emosional yaşantıları ilə güc- lü asılılığa malikdir. Heç bir davramş forması emosiyalarla bağlı ol- duğu kimi, heç bir digər amillə möhkəm bağlı ola bilməz. Odur ki, siz uşaqda sizə lazım olan davramş forması yaratmaq istəyirsinizsə, onda bu reaksiyaların uşaqda emosional iz qoyması qayğısına qalmağa çalışm.

Hər bir adamın özünəməxsus mədəniyyəti, ünsiyyət üslubu, dəyərlərə və ideyalara münasibət sistemi vardır. Ailə uşağm sosial- laşmasmda ilk vasitə, sosial təsisatdır.

Müasir dövrdə ailədə uşaqların tərbiyəsi işində ünsiyyət ça- tışmazlığı, uşaqlarla avtoritar-komanda ünsiyyət üslubu, cəzalandır- manın dəstək və rəğbətləndirməyə nəzərən geniş yayılması diqqəti cəlb edir. Uşaqlara etinasız münasibət onlarda assosial və destruktiv davranışa səbəb olur.

Zəmanəmizdə “çətin” və destruktiv davranışh uşaqlann sa- yının artması ciddi narahatlıq doğurur və sosial-pedaqoji problemə çevrilmişdir.

Ailə münasibətlərinin xarakteri uşaqlann təlim-tərbiyəsinə də həlledici təsir göstərir. Unutmaq iazım deyil ki, uşaq özünün dav- ranış tərzini ilk növbədə valideynlərdən əxz edir. Ailə istənilən problemi konfliktə çevinnəyə adət edibsə, burada böyüyən uşaq da eyni hərəkəti edəcək. Uşaqlartn davranışmı adekvat qiymətləndirə bilməyən və ya onlan ailədaxili konfliktlərin hədəfmə çevirən vali- deynlər sonradan davamlı olaraq onların “gözlənilməz” və aqressiv davranışı ilə üzləşirlər. Belə uşaqlarda ifrat özünütəsdiqə olan təla- bat hissi kifayət qədər böyük olur. Əgər uşaqlıqda onların qayğıya, sevgiyə və təhlükəsizliyə olan tələbatı ödənilməyibsə, belə arzu- oluıımaz, patoloji davranış riski kifayət qədər böyük olur. Oğru, quldur və cibgirlər məhz belə uşaqların arasından çıxır. Çünki cina- yət xarakterli olub-olmamasından asılı olmayaraq istənilən davranış üsulu oıılar üçün özünütəsdiqin bir formasıdır.

N.Nərimanov yazırdı: “Uşaqların bir parası zehnli, fəhmli, zə- kavətli, bir parası, zehnsiz, fəhmsiz, bir parasınm qüvveyi - hafı- zəsi qüwətli, bir parasınınkı naqis, bir parası müdhiş hekayələr sevən, bir parası gülünc və fərəhli nağıllardan həzz alan olur”.

Uğursuz həyat tərzi uşaqlar üçün davamlı vərdişlərin və stereo- tiplərin mənbəyi kimi sonralar dəf edilməsi xeyli çətin olan fərdi dav- ranış üslubuna çevrilir. Bu çərçivədən çıxmaq isə, heç də hamıya müyəssər olmur. Bir qədər paradoksal görünsə də, oxşar həyat tərzi və ya yetkinləşən övladların öz valideynlərinin davramş stereotip- lərini təkrarlaması və ya çox zaman buna uyğun hərəkət etmələri bir qayda olaraq, ailədaxili konfliktlərin mənbəyinə çevrilir. Övladına diqqət və qayğı göstərməyi bacarmayan, emosional, mənfı təmayüllü həyat tərzi keçirərək ardıcıl səhvlərə yol verən valideynlər bunun ağrı-acısını öz övladlarının timsahnda çəkməli olurlar. Bu səhvlər nə qədər çoxdursa, onda konfliktin mənbəyi bir o qədər dərindir.

Müasir ailə, müasir sosial-iqtisadi münasibətlər sistemi müqa- yisəyə gəlməyəcək dərəcədə inkişaf etmiş və xeyli mürəkkəbləşmiş- dir. Kiçik yaşlarından uşaqlara belə bir fıkir aşılamaq lazımdır ki, insamn nəcib əməyi bütün sosial inkişafın əsasıdır. Bu əmək nə qədər məhsuldar olarsa, cəmiyyət bir o qədər sürətlə tərəqqi edər. Hər bir uşaq öz əməyinin cəmiyyətin əsas vəzifələri ilə bağlı olduğunu bilməli, cəmiyyətin xeyrinə olan sərvətlərin qoruyucusu olmalıdır. Belə olduqda, o, yalnız öz ailəsi, məktəbi və ya kəndi miqyasında düşünməyi deyil, habelə öz müvəffəqiyyətini, öz vəzifə- sini və nöqsanlarmı dövlət və ümumxalq nöqteyi-nəzərindən qiy- mətləndirməyi də bacarır. Belə olduqda, uşaqlar şəxsi nailiyyətlərini artırmaq üçün ciddi səy göstərir, qüsurlarım aradan qaldırmağa çalı- şır, işgüzar və təşəbbüskar olurlar. Müasir uşaq və yeniyetmələrin fərdi şüurunun formalaşmasında mülkiyyətə münasibəti tərbiyə etməyin də böyük əhəmiyyəti vardır. Kiçik yaşlı məktəblilərin fiziki və mənəvi qüvvələrinin bir hissəsini maddi və mənəvi sərvətlərin qorunmasına və artırılmasına sərf etmələri nəinki ata-ananı, habelə cəmiyyət üzvlərini razı salır. Belə uşaqlar nəinki ailədə, məktəbdə, məktəbdənkənar yerlərdə özlərini intizamlı aparır, insan əməyi ilə yaranan hər şeyə qayğı göstərir, təbii sərvətlərin qədrini bilirlər.

Kişilər müxtəlif yaşlı uşaqlarm tərbiyəsində, hətta ata-ana ara- sındakı münasibətlər xoşagəlimli olmasa belə, tam ailəyə üstünlük verirlər. Qadınlar isə əksinə, uşaq üçün əlverişsiz ailədənsə, vali- deynlərin biri ilə yaşamasını daha məqsədəuyğun hesab edirlər. Bu- nunla belə, istimai şüurda natamam ailədə uşağın tərbiyəsinə neqa- tiv münasibət geniş yayılmışdır.

Qərb sosioloqlarının tədqiqatlarınm birində boşanmanın nəti- cələrinin xoşbəxt, bədbəxt və dağılmış ailədən olan uşaqlara təsiri öyrənilmiş və müəyyən edilmişdir ki, bütün meyarlar üzrə “xoşbəxt ailə”dən olan uşaqların vəziyyəti daha üstün göstəricilərə malikdir. Xoşbəxt olmayan və dağılmış ailələrdən olan yeniyetmə qruplarında psixi xəstəliklərə, hüquq pozuntularına daha çox təsadüf olun- muşdur. Digər göstəricilər üzrə də (məktəbə münasibət, axmaq kompaniyalara qoşulma və s.) həmin iki qrupa aid edilən uşaqlar əhəmiyyətli dərəcədə xoşbəxt ailədə yaşayan uşaqlardan kəskin fərqlənmişlər. Qeyd olunan sosioloji tədqiqatın gedişində iki uşaq qrupunun - boşanmadan sonra ananın təkrar nikaha daxil olduğu ai- lənin və uşağın yalnız ana ilə birgə yaşadığı ailələrdəki uşaqların bir sıra sosial-psixoloji xarakteristikaları müəyyənləşdirilmişdir. Bu əsasda aşkar edilmişdir ki, “ana-uşaq” münasibətləri uşağın yalmz ana tərəfindən tərbiyə edildiyi ailələrdə daha yaxşıdır. Boşanmış cütlüklərin uşaqları psixi xəstəliklərə qarşı daha davamsızdır. Boşanmanm uşaqların psixikasına təsiri bir sıra amillərdən asılıdır:

  • boşanmayaqədərki dövrdə uşağın xoşbəxt ailə haqqmda tə- səwürlərinin subyektivliyi;

  • uşağın və ananın yaşı;

  • ailənin mənsub olduğu sosial qrupda boşanmaya qarşı neqativ münasibətin ifadəlilik səviyyəsi;

  • uşaqla tək qalmış ata və ya ananın uşağın təhlükəsizliyini təmin edə bilmək qabiliyyəti.

Psixoloqlann qənaətinə görə, boşanma hadisəsi 3 yaşdan aşağı olan uşaqlara daha az, yuxarı yaşlı uşaqlara isə daha güclü təsir göstərir.

Ailədə qarşılıqlı münasibətlər sisteminin təşəkkülü çoxölçülü pa- rametrlərlə şərtlənir. Hər bir şəxsiyyətin sərvət meyli və ya şəxsiy- yətinin istiqaməti ilə şərtlənən subyektiv məkanı var. Bu məkan çox vaxt onun obyektiv surətdə daxil olduğu ictimai münasibətlər məkanı ilə uyğun gəlmir. Ailədə formalaşan münasibətlər bir tərəfdən intel- lektuallaşır, digər tərəfdən özlərinin emosionallıq dərəcəsi ilə seçilir.

Ailədə formalaşan real münasibətlər sistemi və dəyərlər psixoloji iqlimin, sosial ab-havanm etalon keyfiyyətlərini formalaşdınr.

Ailənin pedaqoji xarakteristikası baxımından yanaşdıqda iki əsas cəhətin -valideynlərin təhsil -peşə səviyyəsi və uşaqların sayı tərbiyə işinin məzmununu şərtləndirən amillər kimi önəmli əhə- miyyət kəsb edir. Uşaqların valideynlərə münasibətlərinin formalaş- masında ailədaxili münasibətlərin, tərbiyə üslubunun təsiri başlıca amillər kimi diqqəti cəlb edir. Psixoloqlara görə, ata ilə yaşayan uşaqlar arasında ana ilə yaşayan uşaqlarla müqayisədə pozulma, mənəvi deqradasiya və deviant davranış hallarına daha çox təsadüf olunur. Son illər boşanma nəticəsində dağılan ailələrdə (2012-ci ildə Azərbaycanda 12,0% boşanma olub. Bu, 2009-cu illə müqayisədə 2,1% çoxdur) uşaqlann psixi inkişafı məsələsi yalnız pedaqoq, sosioloq və psixoloqların deyil, həm də psixiatır və nevropotoloqla- rın da diqqətini cəlb edir. Ailənin mənəvi- affektiv həyatı uşaqlarla bağlıdır. Uşaqsız ailə quşu uçan quru budağa bənzəyir. Tam ailə ilə müqaisədə natamam ailənin tərbiyə imkanları məhduddur. Məsələyə tipoloji xüsusiyyətlər baxımından yanaşdıqda qeyd etmək olar ki, tam ailənin mənəvi həyatı natamam ailə ilə müqayisədə daha zəngindir.

Ailədə hər şeyin qaydasında olduğuna baxmayaraq, müəyyən dövrdən sonra neqativ dəyişkənliklər müşahidə olunur. Ölüm, sosial statusdakı dəyişkənlik, iş yerini itirmə, meydana çıxan maddi prob- lemlər, övladların ali təhsil alması, evdə xəstə və ya şikəst adamın, həbsdə olanın olması, tez-tez ezamiyyət, xaricə səfərlər ailənin sosi- al qayğılarım artırır. Biz həmişə yanlış olaraq inkişafda təbii amil- lərin rolunu şişirdir, sosial şərtləri isə kölgədə buraxırıq. Darısqal mənzildə yaşayan çoxuşaqlı ailənin asudə vaxtını necə səmərəli təşkil etmək olar? Bir çox ailələrdə uşaqlar vaxtınm çoxunu həyət- bacada, küçədə keçirirlər. Ailənin yaxın qohumlarınm uzun müddət ailə ilə birgə yaşaması (baldız, qaym) müxtəlif formalarda açıq və ya gizli ixtilaflara səbəb olur. Ailədə uşağın sosial inkişaf şəraiti, valideynlərin ailəni düzgün təşkil edilə bilməməsi, məsuliyyətsizlik, pedaqoji baxımsızlıq və s. kimi amillər ailədə uşaqların tərbiyəsini əngəlləyən səbəblərdir.

Məşhur Çin deyimlərinin birində valideynlərə xitabən deyilir: “Uşaqlarla elə davranm ki, ele bil əllərinizdə quş tutmusunuz. Onu əlinizdə bərk sıxmayın, çünki ölə bilər, amma çox boş da tutmayın, uça bilər.” Adətən, yüksək təhsilli qulluqçu ailələrində uşaqlann yaxşı oxu- ması üçün normal şərait, maddi təminat, qayğı və nəzarət güclü olur. Odur ki, ailədəki mənəvi-psixoloji iqlimi və formalaşan münasibətləri həyatm sosial şəraiti ilə şərtlənən dərin qatlardakı güzli laylarda axtarmaq lazımdır. Ailənin tərbiyə mühiti bir yandan mənəvi-psixoloji, (ata, ana, ailə üzvlərinin arasındakı münasibətlərlə) digər tərəfdən maddi (mənzil şəraiti, ailənin maddi rifahi və s.) amillərlə şərtlənir.

Uşaq şəxsiyyət kimi çoxcəhətli ailə münasibətlərinin qovşa- ğında formalaşır. Ailənin tipoloji xüsusiyyətləri ailə münasibətləri- nin xarakterini müəyyən edir. Ailədə hansı amillər uşaq şəxsiyyəti- nin formalaşmasına neqativ təsir edir? Təlimdə geridəqalma, asso- sial davranış, mənfı meyllər, valideynlərin pis vərdişləri, sərxoşluq, narkomaniya, vaxtaşırı baş verən kəskin ixtilaflar, uşaqlara qarşı zo- rakılıq və baxımsızlıq - bunlarm sırasım genişləndirərək müasir dövrdə ailənin mənəvi-psixoloji iqliminə mənfı təsir göstərən amil- lərə aşağıdakıları aid etmək olar:

  • ailə daxilində və yaxın qohum-qonşular arasındakı mü- naqişə və çəkişmələr, gərginlik;

  • ərlə-arvadın öz münasibətlərindəki gərginliyə uşaqları cəlb etməsi,, onları öz tərəflərinə çəkmək meyli. Bu halda uşaq ailə qiyamımn iştirakçısına çevrilir və onun psixi sağlamlığı zərbə altma düşmüş olur;

  • qohumların ailənin işinə qarışması, münaqişənin alovlan- masında katalizator rolunu oynaması, lağ edib, ələ salmaqla, isteh- zalı münasibət bəsləməsi;

  • ailədə valideynlərdən və ya ailə üzvü olan övladlardan biri- nin əxlaqsızlığa, yüngül həyat tərzinə, alkoqolizmə, narkomaniyaya, qumar oyunlarına meyl etməsi.

Ailədə yeniyetmə və gəncin problemlərinə etinasızlıq çox keçmədən onun valideynlərə qarşı müqavimət göstərməsinə səbəb olur. Yeniyetmə ailədən soyuyur, özgələşmə, yadlaşma başlayır, o, öz həmyaşıdları qrupunda mövqe və nüfiızunu itirir, istehza hədəfinə çevrilərək sarsılır, küçə qruplarmın təsirinə düşür. Ailədəki yadlaşma mühitinin qurbanı olan uşaq və ya yeniyetmə ünsiyyət tələbatını təmin etmək üçün küçə qrupuna meyl etməyə başlayıb, küçə qrupunun sərvət və normalarmı qəbul edir, özünütəsdiq üçün fürsət axtarır. Tədricən küçə qrupu yeniyetmənin qeyri-formal qru- puna çevrilir və o, öz rahatlığmı burada tapır. Belə qruplar bəzən güclənərək, hətta mütəşəkkil kriminogen qruplara da çevrilir. Kri- minogen qrupların isə öz strukturu vardır: burada qrup üzvlərinin qrup başçısmdan tam asılılığı yaranır.

Müasir dövrdə “çətin”, mürəkkəb və ya destruktiv davranışh, ipə-sapa yatmayan uşaq və yeniyetmələrin sayının artması ciddi so- sial problemə çevrilmişdir.

Hazırda cəmiyyətdə belə uşaq və yeniyetmələrin sayı 5-15% həddindədir. Sosial və psixoloji xarakteristikaya görə “çətin” uşaq və yeniyetmələrin meydana gəlməsinin bir sıra səbəbləri vardır. Bunların sırasında hüquqi və əxlaqi şüurdakı qüsurlar, irsi meyllilik şəxsiyyətin tələbatlarınm məzmunu (sərvət meyli), xarakterin xüsu- siyyətləri, iradi-emosional xüsusiyyətlər, uşağın və ya yeniyetmənin sosial əhatəsi və s. aid edilir.

ABŞ psixoloqu V.Klayn “çətin” uşaqları “valideynlərin qənimi”, “korlaşmış uşaq”, “orqanik” (psixi xəstə) , “psixotik” (əqli cəhətdən qüsurlu, xəstə, maniya) və “axmaq ailənin uşağı” kimi tiplərə bölmüşdür. Uşaqların evdən qaçması problemi müasir dövrdə özünü qabarıq şəkildə göstərən problemlərdən biridir. Evdən gedən uşaqlar şəhərlərdə oğurluq, dilənçilik edir, gündəlik pul qa- zanmaq üçün hər cür vasitəyə əl atırlar.

Ailədə norma və patologiyanın nədən ibarət olması ailəni öy- rənən şəxslərin qarşılaşdığı ən çətin suallardan biridir. Bu cəhətdən diada-ər-arvad münasibətlərinin və triada - ər-arvad-övlad münasi- bətlərinin etik standartlara, rəftar və davramş tərzinə görə uşaqları şərti olaraq üç əsas tipə bölmək olar:

  1. Ana uşaqları”-ərköyün, tez küsən, hər şeydən tez inciyən, dəymədüşərlər;

  2. Kələkbaz uşaqlar” -yaşından qabağa getmiş, fəndgir və gözüaçıqlar;

  3. Zirək uşaqlar”- diribaş, cəld, çevik və itiağıllılar.

Görkəmli Ukrayna pedaqoqu V.A.Suxomlinski yazırdı ki, uşaqlar öz hərəkət və davramşlarmı, arzularım insanlann mənafelə- rinə uyğunlaşdırmağı bacarmalıdırlar. Arzu və istəyi idarə edə bil- mək mədəniyyəti isə iradi akta bağlıdır. Bu çox vacib insani vərdiş- dir, həssaslığın, xeyirxahlığın, səmimiliyin daxili özünüintizamın mənbəyidir. Əxlaqi əqidələr, baxışlar, vərdişlər və hisslər olmadan insan ruhsuz bir bədəndir. Həssaslıq və tez təsirlənmək hissi isə uşaqlıqda formalaşır. Qarayaxalıq, sırtıqlıq fərdiyyətçiliyin uşaq va- riantıdır ki, bunun da mənbəyində hər şeyi bağışlamaq, əzizləmək və cəzasız qoymaq kimi yanlış əməllər durur.Yaşlı adamın uşaq ki- mi damşmasına təcrübəsiz uşaq qəlbi şıltaqlıqla cavab verir. Uşaq başqa adamı qəlbi ilə duymalıdır: hiss etməyi öyrənmək, başqaları- nın taleyi üçün narahatlıq. Şəxsiyyətin əxlaqi siması onun uşaqlıq illərində öz sevincini hansı mənbələrdən alması çox önəmli məsələ- dir. Uşaq qəlbinə yol tapan həyəcanlandırıcı hisslər, elementar əxla- qi mədəniyyət və şəxsi həyat üslubu məhz uşaq yaşlarında təşəkkül tapır.

Ailə tərbiyəsində yol verilən nöqsanlardan biri də uşaqlara üzvermədir. Uşaqlara üzvermə hər şeydən əwəl onlann yol verdik- ləri xoşagəlməz hərəkətləri bağışlamaq, onlara güzəştə getmək de- məkdir. Belə olduqda, uşaqda belə bir fikir yaranır ki, onun hər bir hərəkəti bağışlana bilər. Uşaqlara üzvermək onların hər cür şıltaq və dəcəl hərəkətlərinə güzəştə getmək kimi bir şeydir. Ardıcıl güzəştlər uşaqda yeni neqativ hərəkətlərə yol verir. Onda belə bir rəy for- malaşır ki, hamı onu çox istəyir, əzizləyir. Odur ki, ondan heç nəyi əsirgəməyəcəklər. Onda bahalı paltarlar, mobil telefonlar, velosi- ped, daha sonralar ehtiraslı oyunlar, tez-tez evdə və ya kənarda kef məclisləri təşkil etmək istəkləri baş qaldırır. Uşağın məktəbdə inti- zamı pozmasına görə məzəmmət edərkən ona himayədarlar tapılır. Bə- zi uşaqlar isə öz uğursuzluqlan ilə valideynləri tez-tez məyus edirlər. Uşağın hiss və arzulan, maraq və meyli, xarakterinin əsaslan ailədə inkişaf edib formalaşır. Onun hər cür tələblərini dərhal ödəmək, daim əzizləmək, pula, bahalı hədiyyələrə şimikləndirmək və s. uşaqların tərbiyəsinə zərərli təsir göstərir, xarakterində ərköyünlük əlamətlərinin kök salmasma səbəb olur. Ərköyün uşaq xaraktercə, küsəyən, ağlağan və nadinc olur. Ona görə də, uşaqla şıltaqlıq etdiyi, küsdüyü, ağladığı vaxtlarda düzgün rəftar etmək lazımdır. Adətən, uşaq istədiyinə nail olmaq üçün şıltaqlıqdan bir vasitə kimi istifadə edir.

Böyük fransız mütəfəkkiri J.J.Russo demişdir ki, uşağın göz yaşları onun xahişidir. Əgər onlar yerinə yetirilərsə, həmin xahişlər sonralar əmrə çevrilər.

Valideynlər uşaqlara nə üçün üz verir? Axı, onların həyat təc- rübəsi var, yaxşı ilə pisi ayırd etməyi bacarırlar. Sadəcə olaraq dü- şüncəsiz məhəbbət, liberal münasibət burada öz işini görmüş olur. Ailə tərbiyəsində uşaqlara üzvermə bir sıra fəsadlara yol açır:

  • hədsiz əzizləmə uşaqların xaraktersiz, iradəsiz, daşürəkli və xudbin böyüməsinə səbəb olur;

  • müstəqil həyata qədəm qoyanda belələri aciz olur. Çünki həyat güzəştə getmir;

  • valideyn məhəbbəti düşüncəli olmahdır;

  • mərifət və ölçü hissi daim gözlənilməlidir;

  • uşağm əsaslandırılmış arzusunu və istəyini başa düşüb əməl etmək lazımdır;

  • hər şeyi uşağa qadağan etmək olmaz;

  • ailədə qarşılıqlı hörmət və tələb mühiti olmalı, uşağın gələcəyi düşünülməlidir.


  1. Yüklə 0,8 Mb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin