Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


Demokratik tərbiyə üslubu



Yüklə 0,8 Mb.
səhifə23/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Demokratik tərbiyə üslubu ailədə uşağa qarşı münasibətdə fəal əməkdaşlığa əsaslanır. Demokratik valideynlər ailədə öz uşaqla- rma, sərbəstlik verir, onlann şəxsiyyətinə hörmətlə yanaşır, isti mü- nasibət bəsləyirlər. Onlar uşaqlara qarşı tətbiq edilən cəzalardan mak- simum dərəcədə uzaq olmağa çalışırlar. Demokratik tərbiyə mühitin- də uşaqların azad inkişafi, fəallıq və yaradıcı qabiliyyətlərinin inkişafı üçün əlverişli şərait təmin olunduğundan, belə ailələrdə böyüyən uşaqlarda başqa adamlarla əməkdaşlıq etmək qabiliyyətləri yüksək səviyyədə inkişaf edir, onların başqa adamlarla münasibətlər qur- maqda ünsiyyət çətinlikləri olmur. Bu tərbiyə üslubunun hakim ol- duğu ailələrdə uşağa və ailənin digər üzvlərinə qarşı humanist dəyər- lər, qarşılıqlı hörmət, sevgi və məhəbbət hissləri daha üstün mövqeyə malik olur.

Müasir cəmiyyətdə avtoritar tərbiyə üslubunun hökm sür- düyü ailələrə daha çox təsadüf olunur. Avtoritar valideyinlər uşaqlar- dan onların tələblərini sözsüz və qeyri-şərtsiz, qeyri-məntiqi olaraq qəbul edilməsini, “qayda-qanuna” tam əməl edilməsini, ailə ənənə- lərinə və valideynlərin nüfiızuna tabe olmalarmı tələb edirlər. Av- toritar tərbiyə ciddi surətdə məcburi intizama yönəlmiş tərbiyədir. Belə ailələrdə avtoritar tərbiyə üsulları eyni vaxtda valideynlərin üşaqlara qarşı soyuq münasibəti ilə çulğalaşdıqda, uşaqlarda aqres- sivliyə və konfıliktlərə cəhd daha tez-tez müşahidə olunur. Avtoritar ailələrdən çıxmış uşaqlar yeni həyat şəraitinə uyğunlaşmaqda çətinlik çəkirlər. Elə avtoritar ailələrə də təsadüf olunur ki, orada valideynlər uşağın gələcəyi üçün hədsiz narahatlıq keçirdiklərindən bir tərəfdən övladlarına isti münasibət göstərir, digər tərəfdən isə onların hər addımmı izləyir və nəzarət edirlər. Belə ailələrdən çıxmış uşaqlarda təşəbbüskarlıq olmur, onlar qapalı, qətiyyətsiz, müti, ünsiyyətsiz, infantil və eqosentrik təbiətli olurlar. Bir çox ailələrdə uşaqlarm gün rejimi düzgün planlaşdınlmadığından onlar yaşlarına uyğun olmayan televiziya verlişlərinə, kompyuter oyunlarına və seriallara hədsiz maraq göstərir və onlardan ayrıla bilmirlər. Ailədə yeniyetmələrin həyat fəallığımn və təşəbbüslərinin yaşlılar tərəfindən boğulması, fə- aliyyətin zorakı vasitələrlə digər istiqamətlərə yönəldilməsinə təhrik- etmə və təzyiqlər, iradi azadhğa qarşı yönələn sanksiyalar onlarda asanlıqla stress və aqressiyalara, bəzən isə daha ağır formalı psixi pozulmalara və hətta intiharlara gətirib çıxara bilər.

Yeniyetmələrin davranışında, fəaliyyət və ünsiyyətində, ətraf- dakı adamlarla qarşılıqlı münasibətlərində özünütəsdiqetmə motivi aparıcı amildir. Özünütəsdiqetmə cəhdi çox zaman maneələrlə, qa- dağanlarla üzləşdikdə yeniyetmə öz mühiti və onun qadağaları ilə açıq və ya gizli ziddiyyətə daxil olur. Açıq ziddiyyətlər konfliktlərə, gizli ziddiyyətlər isə əksər hallarda özünəqapanmaya səbəb olur ki, bu da əhvalın ümumi psixoastenik və depressiv fonunu yaradır.

Psixoloqlar liberal tərbiyə üslubuna malik olan valideynləri xüsusi olaraq fərqləndirməklə yanaşı, belə tərbiyə üsulubunun da zə- rərli olduğu qənaətinə gəlmişlər. Uşaqlara qarşı laqeyd və etinasız olan valideynlər övladlarına heç bir isti nəfəs, lazimi diqqət, qayğı və nəzarət göstərmədiyindən, onlar necə deyirlər, “özbaşına” böyüyürlər. Onlarda bu baxımsızlıq və valideyn səhlənkarlığı hüquqa zidd əməllərə qədər ciddi davranış pozğunluqlanmn yaranmasma gətirib çıxara bilər. Təsadüfı deyildir ki, azyaşlı cinayətkarlar və qanunpozanlar arasmda məhz belə ailələrdən çıxmış uşaqlar çoxluq təşkil edir.

Uşaqiann aİlə tərbiyəsi işində valideynlərin qarşılaşdığı əsas çətinliklər yeniyetmələrin böyüdüyü ailələrdə özünü biruzə verir. Tərslik, hövsələsizlik, sözəbaxmazhq və kobudluq “çətin” yeni- yetmə yaşlı uşaqların tipik xüsusiyyətləridir. Yeniyetmələrin bu cür davranışı öz - özlüyündə təbii olaraq meydana gələn normal yaş böhranının simptomlarıdır. Çox vaxt isə belə qarşıdurma halları və konfliktlər yaşlıların yeniyetmənin müstəqillik cəhdlərini anlama- dıqlarından, onun şəxsiyyətinə qarşı hörmətsiz münasibətlərindən törəyir. Yeniyetmə nə qədər böyükdürsə, o, bir o qədər maksimalist- dir, azadlığınm məhdudlaşdırılmasma qarşı bir o qədər dözümsüz- dür. Məlumdur ki, bir çox valideynlər yeniyetmənin dostluq etdiyi yaşıdları haqqında öz rəylərini avtoritar formada bildirərək, onun maraqlarına təsir göstərməyə çalışırlar. Bəzən isə valideynlər yeni- yetmə övladlarınm məktub və gündəliklərini, telefon mesajlarım xəlvət oxuyur, buna haqları olduğunu söyləyirlər. Yeniyetmələr isə, onların sirlərini öyrənməyə cəhd edən, həyatlarma müdaxilə edən adamları heç də xoşlamırlar. Ailədə yeniyetməyə qarşı belə mü- nasibət onun valideynlərdən ruhən uzaqlaşmasına, ünsiyyət və əla- qələrin itirilməsinə gətirib çıxarır. Aydındır ki, ailədəki bütün uşaq- lara, o cümlədən yeniyetmənin hərəkətlərinə nəzarət valideynin yal- nız hüququ yox, həm də vəzifəsidir. Bəs yeniyetməyə necə nəzarət etməli, onun qarşısında hansı tələbləri qoymalı, ona necə optimal tə- sir göstərməli? Şübhəsiz ki, valideyn olan hər bir kəsi məhz bu sual- lar daim düşündürür. Yeniyetmənin valideyni üçün əsas problem uşağa qarşı münasibətin, adət edilmiş müraciət formalarının dəyiş- dirilməsindən, tərəflər arasında dialoqun qurulmasından ibarətdir. Valideyn yeniyetmə övladı ilə münasibətdə hər şeydən əwəl psixoloji məsafəni gözləməli, “üz açmamalı”, “pərdə saxlamağı” bacarmalıdır. Övladı ilə münasibətdə optimal məsafəni tapan vali- deynlər xeyirxah məslətəhçi olmaqla yanaşı, eyni zamanda öz nüfuzlarını qoruyub saxlayaraq tələblərinin yerinə yetirilməsinə nail olmağı bacarırlar. Belə münasibətlər uşaq və yeniyetmənin şəxsiy- yətinə hörmət üzərində qurulmalıdır. Yeniyetməni öz maraq və meyillərindən, ehtiraslarından avtoritar tərzdə məhrum etmək, onu yaşıdlarından təcrid etmək heç də arzu edilən nəticənin əldə edil- məsinə yol aça bilməz. Müasir ailə tərbiyəsi psixologiyasında opti-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin