Dərk edilən narazılıq adətən ər və ya arvad cütlüyü tərəfin- dən bu narazılığın açıq etirafı ilə müşayət olunur. Ailə həyatından qlobal narazılıqda ailə, onun minimal səviyyədə normal ailə hə- yatına uyğun olmadığı vurğulanır. Məsələn, “Bizim ailə həyatımız gecə də, gündüz də eyni dərəcədə dözülməzdir”, “Ailə məsələsində mənimki gətirmədi”, “Biz tamamilə başqa dünyanm adamlarıyıq” və s. kimi fıkirlərə, ailə həyatından narazılığın əsas göstəriciləri kimi tez-tez təsadüf olunur. Dərk olunan narazılıqlar əksər hallarda cütlüklər arasında tez-tez baş qaldıran konfliktlərlə müşayət olunur. Bu zaman narazılıqlara qarşı tərəfı günahlandırma ilə müşayət olunan aqressiv notlar da birləşir.