Dərk edilməyən narazılıqlar isə, adətən, ifadəli təzahürə ma- lik olmur və cütlüklər ailə həyatından nisbi razı olduqlarını bildirir- lər. “Normal yaşayırıq”, “Başqalarından pis yaşamırıq” və s. belə hallarda narazılıq birbaşa deyil, dolayı yolla ifadə olunur. Cütlüklər bir-birindən narazı olmasalar da, nikahaqədərki subay həyatları haq- qında nostalji xatirələri dilə gətirir, həyatın darıxdırıcı olmasından, monotonluğundan, fərəhsizliyindən gileylənirlər. Belə ailələrdə əsas davranış motivi rolunda “Gərək lazım olan kimi yaşamağı bacara- san” fıkri aparıcı rol oynayır. Tez -tez təkrarlanan şikayətlənmələr narazılığın əsas təzahürlərindən biri kimi diqqəti daha çox cəlb edir. Cütlüklər bütövlükdə ailədən deyil, onun ayrı-ayrı sahələrindən - ayrıca mənzilin olmaması və ya dansqalhğı, sağlamlıq, uğursuzluq, uşaqların davranışı, asudə vaxtın təşkili və s. kimi problemlərdən şikayətlənir və onlar asanlıqla həll edildiyindən onlara uyğunlaşmaq nisbətən asan olur. Belə ailələrdə dərk edilməyən narazılıqlara səbəb olan kiçik problemlər həll edilmədikdə “kristallaşır” və yeni narazıhqlar zamanı qabarmağa başlayır. Ailə psixologiyasında belə narazılıqlar “közərən” narazılıqlaradlanır.
Dərk edilən narazılıqlar fonunda özünü göstərən spesifık fe- nomenlərdən biri cütlüklərdən birində və ya hər ikisində frustrasiya- nın güclənməsidir. Bu zaman onlardan biri və ya hər ikisi etiraf edirlər ki, obyektiv səbəblər (hamiləlik, gündəlik həyatda tez-tez qarşılaşdıqları müxtəlif çətinliklər və s.) ucbatından əsəbi olmuşlar, onları başa düşmək lazımdır. Belə ailələrdə baş qaldıran emosional partlayışlı, affektiv mübahisə və konfliktlər bəzən kəskin xarakter alaraq ailənin dağılmasma da səbəb olur. Öz ailə həyatını təkrar nikah əsasmda yenidən təşkil edən ər ya arvad tamamilə gözlənil- mədən belə qənaətə gəlir ki, ötən dövr ərzində əslində o, əsl ailənin nə olduğunu bilmədən yaşamış və xoşbəxt olmamışdır. Təkrar ni- kah əsasmda xoşbəxtlik arzusu ilə yeni həyata başlayan cütlük və ya onlardan biri qurduqları yeni xəyalları real həyatda gerçəkləşdirmək üçün öz səfərbərliklərini artırmış olurlar.
Ailə üzvü olan fərdlərə, xüsusən nikaha daxil olmaq ərəfəsin- də olan cütlüklərə psixotravmatik təsir göstərən amillərdən biri kimi “ailə qorxusu”sindromu özünün kəskin təzahürləri ilə fərqlənir. Həyəcanlanmanm bu tipi üçün xarakterik əlamətlər hər şeydən əv- vəl ailə, onun üzvlərinin sağlamlığı, gözlənilən konfliktlər və sair ilə bağlı real və ya xəyali şübhələrdə, qorxu və təhlükələrdə təzahür edir. Bu cür qorxu və həyəcanlar fərdin ailə həyatınm ona əlavə problemlər, yeni qayğılar gətirəcəyi ilə bağlı inamsız yanaşmaları ilə şərtlənir. Bu, fərdin ya özünə, ya da ailə quracağı tərəfdaşın rəf- tar və davramşında şübhə oyadan hallarla bağlı ola bilər. “Ailə hə- yacanı”nm vacib tərkib hissələri içərisində müstəqil olaraq ailəni idarə edə bilməmək qorxusu, köməksizlik hissi və ailədə baş verəcək hadisələrə müdaxiə etməkdə acizlik duyğusu və s. əsas yer tutur. Öz ailə münasibətlərini xarakterizə edən cütlüklərin həyəcan və narahatlıqları onların “Hiss edirəm ki, ne- cə hərəkət etməyimdən asılı olmayaraq, onsuz da bu işlər pis sonluqla başa ça- tacaq”, “Elə ki, evə gəlirəm, nədənsə hə- yəcan keçirirəm”, “Mən, adətən, kiminlə isə məsləhətləşmək istəyirəm, ancaq bil- mirəm kiminlə”. Ailə həyəcanı ilə yaşa- yan şəxsdə, adətən, aşağı özünüqiymət- ləndirmə baş qaldırır və o, özünü ailədə mövqeyindən asılı olmayaraq əhəmiy- yətli bir adam olmadığı qənaətində olur.
Şəkil 3 Ailədə faktiki olaraq bütün ev işlərini yerinə yetirən və onun həyatım təmin edən qadın ailədəki rolunun nədən ibarət olması barədə suala “Hərdən mənə elə gəlir ki, mən qəfıldən yoxa çıxsam, bunu heç kim hiss etməz” -deyə pessimist ruhda cavab verir. Belə gərəksizləşmə duyğusu ilə yaşayan qadınlarda həyat ruhu sönür və onlar psixoastenik hisslərlə yaşamaqla yanaşı, fobik nevroza yolux- maq riski altına düşmüş olurlar. Bu hisslər gücləndikdə, və dərinləş- dikdə, ailə cütlüklərində və ya onların birində kəskin reaktiv psi-
xozlarm və reaktiv depressiyaların meydana çıxması üçün zəmin yaranır.
Sinir -psixi gərginlik psixotravmatik təəssüratlara səbəb olan əsas amillərdən biridir. İnsanlann sosial birliyi forması olan ailə və orada bərqərar olmuş qarşılıqlı münasibətiərin xarakteri, xüsusilə neqativ mənəvi-psixoloji iqlim aitə üzvlərinin sinir-psixi gərginliyə məruz qalmasında güclü təsirə malikdir.
Ailədə fərdin psixoloji travmatik vəziyyətə düşməsinə səbəb olan bəzi zorakı davramşlara nəzər yetirək: Fərdin daimi psixoloji gərginlik altında saxlanılması va- sitəsilə onun çətin, hətta çıxılmaz vəziyətə salınması.
Məsələn, alkoqol düşkünü olan ər dava-dalaşla arvadmı daimi qorxu altında saxlayır, evdəki bütün pulları ələ keçirir, əşyaları də- yər-dəyməz qiymətə satır. Qadın öz xarakterinə görə ona müqavi- mət göstərə bilmir və müdafiəsiz vəziyyətdə qalır. Ailə üzvlərinin müəyyən həyati vacib hissləri və tələbat- larının təmin edilməsi qarşısında maneələr yaratmaq. Məsəiən, gəlin öz qaynanasına qarşı hədsiz nifrət bəsləyir, lakin qorxudan bu- nu böyük səylə gızlətməli olur. Əri ilə münasibətlərinin pozulacağı təhlükəsi ona öz narazılığını ifadə etməsinin qarşısını alır. Ərlə-ar- vad arasında yalmz ailədə təmin edilməsi mümkün olan Iıəyati vacib tələbatlardan biri kimi seksual-erotik və şəxsi-emosional təlabatların təmin edilməsi qarşısında əngəl ola biləcək maneələrdən qaçmaq üçün susmalı və ya münaqişədən qaçmalı olur.
Ailə üzvü olan fərddə daxili konfliktiıı baş qaldırmasına səbəb ola biləcək vəziyyətin yaradılması. Ailə, xüsusən, onun yaş- lı üzvləri fərd qarşısında yerinə yetirilməsi çətiıı olan ziddiyyətli tə- ləb və öhdəliklər qoyur ki, bu da fərdin özünün özü ilə daxili konf- liktli vəziyyətə düşməsinə səbəb olur. Məsələn, qadın ərini ev təsər- rüfatınm idarə edilməsindən boyun qaçırmaqda günahlandırır, eyni zamanda ərinin bu sahədə göstərdiyi kömək cəhdlərini kəskin tən- qid edir, onu iş bacarmamaqda, fərsizlikdə suçlayır. Belə təsirlərə vaxtaşırı məruz qalan ailə üzvündə kardioloji (ürək xəstəliyi qorxu- su), potoloji qısqanclıq və nevrasteniya hallarına tutulmaq riski yük- sək olur.
Aüə və onun digər üzviəri qarşıstnda günah hissi qarşıliqlı münasibətlər fonunda inlensiv xarakter daşımaqla fərdin xarakterik xüsusiyyətləri ilə çulğalaşaraq psixotravmatik amil təsirİ göstərə bi- lər. Bu halda ailə üzvü olan şəxs ailədə baş verən bütün uğursuzluq- ların səbəbkarı kİmi öiäingünahlandırma həddinə çatmış oiur. Ailə- nin digər üzvlərinin həmin şəxslə münasibətlərinin xaraktercə qismən pisləşməsi onda yüksək özünügünahlandırma mövqeyinin yaranmastna səbəb ola bilər. “Bilirəm, ailədə heç kitn məndən razı deyil”, “Hərdən özümü evdə artıq adam hesab edirəm”, “Hİss edi- rəm ki, hamıya maneçilik törədirəm”. Belə hallarda tez-tez ailədə eşidilən tənqidi fıkirlər fərdin ailədən uzaqlaşmasına, evdən getmə- sinə səbəb olur. Çox vaxt ailənin yaşlı üzvlərinə qarşı ailədə hörmət və qayğınm olmaması, övladların onlara etinasız yanaşması qocalıq yaş dövründə müşahidə olunan əsas xüsusiyyətlərdən biridir. Təqaüdçü olan 70 yaşlt qoca deyirdi: “Elə ki, gənc iclim, işləyir, evə yaxşı maaş gətirirdim, uşaqlartm yolumu gözləyir, mənə hər cür qayğı və məhəbbətlə yanaşırdılar. Elə ki, təqaiidə çtxdım, gəlirlərim azaldı, mənə münasibət get-gedə dəyişməyə başladı. Arttq bu evdə yaşamaq istəmirəm. Qocalar evinə getmək qərarına gəlmişəm