Şəkil 2. Inciklik, qüssə və kədər, sub- depressiv vəziyyətlər, həyəcan, qor- xu, narahatçılıq, inamsızlıq, müda- fıəsizlik, emosional gərginlik, ha- belə fərdin qarşısmda aciz qaldığı maneə və əngəllərlə toqquşmada ya- ranan daxili konfliktlər psixotrav- matik zərbənin əsas mənbələridir. Psixotravmatik təəssüratların mü- hüm əlamətləri şəxsiyyətin struktu- runda mərkəzi mövqeyə malikdir. Sarsıdıcı təəssüratlar özündən sonra dərin izlər qoyur. Onların yaranma- sında ətraf aləmdə olan insanlarla
qarşılıqlı münasibətlərin pozulması ən güclü amildir. İş və yaşayış yerinin itirilməsi, vədin, əhd-peymanm pozulması, ərin (arvadın) xəyanəti, uşağm ölümü, uğursuzluqlar və s.xəstə təəssüratların mən- bəyinə o vaxt çevrilir ki, onlar şəxsiyyət üçün münasibətlər siste- mində mərkəzi və ya hədsiz dərəcədə əhəmiyyətli olsun. Onlar af- fektiv gərginlik və reaksiyaların əsas şərtidir.
Psixi travma haqqında təlimdə psixotravmatik təəssüratlarla birbaşa şərtləndirən amillərin məcmuyu kimi “patogen situasiya- lar”anlayışı mühüm yer tutur. Bu anlayış şəxsiyyəti çıxılmaz və- ziyyətə salan daxili və xarici çətinlikiəri özündə əks etdirir. Patogen situasiyaiar fərdin həyat və fəaliyyəti ilə bağlı olan ən müxtəlif qar- şılıqlı münasibətlər sistemində -xidməti, əmək, təlim və s. meydana gələ bilər. Ailə münasibətləri bir qayda olaraq fərd üçün daha mü- hüm və əhəmiyyətli münasibətlərin mürəkkəb və sinxron qarşılıqlı təsir sistemidir. Burada potogen situasiyalann və psixi pozğunluqla- nn yaranması və intihar riski daha yüksək göstəricilərə malikdir. Məşhur psixoterapevtlər E.EydemiIler və V.Yustiskis ailədə pa- togen situasiyaların və psixotravmatik təəssüratlarm meydana gəl- məsini şərtləndirən aşağıdakı amilləri müəyyən etmişlər:[54] Şəxsiyyətin qarşılıqlı münasibətləri sistemində ailə münasibətlərinin aparıcı rola malik olması.Ailə fərdin həyatmın ilkin mərhələlərində onun gələcək inkişafı üçün yeganə və vacib, daha sonralar isə onun cəlb edildiyi daha vacib sosial qrupdur. Ailə- də baş verən hadisələr bir qayda olaraq əmək fəaliyyəti, qonşuluq münasibətlərindən fərqli olaraq fərdin “ürəyinə daha yaxın” hadisə- lər kimi qəbul olunur.
Ailə münasibətlərinin çoxcəhətliliyi və onların bir-birin- dən asılılığı.Ailədə məişət-təsərrüfat həyatı, asudə vaxt, emosional və seksual-erotik qarşılıqlı münasibətlər sıx şəkildə bir-biri ilə əla- qəlidir. Bu münasibətlərdən hər hansı birində baş verən az və ya çox dərəcədə əhəmiyyətli dəyişikliklər digərlərində “zəncirvari reak- siya”ya səbəb olur. Məhz buna görə, ailə travması qaçılmazdır və ondan qaçış cəhdi daha mürəkkəb təzahürlərə səbəb olur.
Hər bir ailə üzvü üçün ailənin açıq olması və müxtəlif ailədaxili, o cümlədən psixotravmatik təsirlərə məruz qalması riski.Ailədə fərd digər ailə üzvləri tərəfındən fərsiz, bacanqsız və yarıtmaz olduğuna görə psixoloji travmatik təsirlərə və zorkılıqlara daha çox məruz qalır. Ailə üzvü olan fərd zəif cəhətlərinə və qüsurla- rına görə digər ailə üzvlərinin təsir ilə təpkiləri ilə daha çox qarşılaş- mış olur.
Ailə etiologiyasına görə, psixi travmalar birdəfəlik, təkrarla- nan, uzunmüddətli və qısamüddətli ola bilər. Ailə münasibətləri uzunmüddətli olması qanunauyğun və təbii olaraq tez-tez təkrarla- naraq sürəkli psixi travmalar üçün əlverişli şərait yaradır. Şəxsiy- yətə psixi travmatik təsirdə bu və ya digər ailədə formalaşmış da- vamlı patogen situasiyaların xüsusilə güclü təsiri vardır. Aşırı və da- vamh münaqişə və çəkişmələr, dedi-qodu və söz-söhbətlər, açıq ifa- dəli inciklİk, küskünlüklər qarşılıqh günahlandırmalar və s.patogeıı situasiyalara misal ola bilər. Lap kiçik yaşlanndan bu cür qeyri-sağ- lam ailə mülıitində yaşayan fərd ailəni sadət ocağı, xoşbəxtlik yu- vası kimi deyil, psixi zərbə amili kimi qavrayır. Sonralar onun təsə- vvüründə ailənin neqativ obrazı formalaşır və onun təsəwüründə ailə “qəm-qüssə” yuvası kimi canlanır. Güzəran psixologiyasmda “subaylıq sultanlıqdır” atalar sözü ta qədimdən ailənin qayğı, prob- lemlə dolu bir həyat olduğuna işarədir. XIX əsrdə qadm hüquqsuz-
luğunun toplusu kimi, məşhur folklorşünas Eynəlibəy Sultanovun təqdim etdiyi:
- bayatısmda da ailə həyatınm insan üçün problemlə dolu olan yeni bir həyat kimi imici formalaşdırılmışdır və bu spereotiplər bu gün də mövcuddur.
Həmçinin psixi travma mənbəyində gəlin-qaynana, qaynana- gəlin, naldız-gəlin münasibətləri də özünü göstərə bilər. Bildiyimiz kimi, gəlin-qaynana münasibətləri bəşəriyyətin əzəli və ədəbi psixi travma mənbəyidir. Bəzi köhnəfıkirli, köhnə düşüncəli qaynanalar gəlinin evə gəldiyi gündən qısqanclıq hissləri ilə yaşayırlar. Bu cür hisslərin təzahürü folklorda aşağıdakı kimi bayatılaşır:
Hər gün qaynam danlağına məruz qalan gəlinin də psixi sar- sıntıları xalq müdrikliyindən yan keçmir:
Damda dirək qaynana,
Tövlədə kürək qaynana,
Oğlu evə gələndə,
Hamıdan zirək qaynana.
Bu cür münasibətlərin xoş və acı təzahürləri jumalist - yazıçı- mız Nürəddin Balayevin əsərlərində öz bədii əksini parlaq şəkildə tapmışdır. İstedadlı yazıçı “Qızlar söz istəyir”, “Qızlar sözüm sizə- dir” və digər əsərlərində psixatrovmatik məsələlərin düyününü mə- harətlə əks etdirib açmağı bacarmışdır.
Müasir dövrdə psixotravmatik təəssüratlar və həyəcanlar əksər ailələrdə özünü göstərir və risk altında olan qadınlar və uşaq- lar bundan daha çox əziyyət çəkirlər. Psixotravmatik təsirlər şəxsiy- yətin harmonik inkişafına əngəl törətməklə yanaşı, patopsixoloji də- yişikliklərə, xüsusilə nevrotik dalğınlıqlara, nevrastaniyalara, ağır- laşdırıcı hallarda isə ailə üzvlərindən bəzilərinin şəxsiyyət dəyiş- mələri sindronuma məruz qalmasına səbəb olur. Ailədə psixoloji travma yaradan amillər sırasında seksual-erotik narazılıqla şərtlənən məyusluq, asudə vaxtı birgə keçirməkdə ümumi maraqların olma- ması, normal şəxsiyyətlərarası münasibətlər qurmaqda uğursuzluq, qarşılıqlı hörmət, sevgi və simpatiyanm çatışmaması və s. kimi amillər başlıca yer tutur. Davamlı, tez-tez təkrarlanan və ailənin mə- nəvi-psixoloji iqlimini korlayan belə münasibətlər dərinləşərək ək- sər hallarda ailənin dağılmasına, nikahın iflasma səbəb olur.
Qeyri-normal ailə münasibətlərinin formalaşmasında fərdin nikahdan əwəlki gözləmələri ilə real ailə həyatı arasındakı kəskin təzadların xüsusi təsiri vardır. Belə uyğunsuzluqlar dərk olunan və ya dərk olunmayan frustrasiya vəziyyətinin yaranmasında əsas amil kimi qiymətləndirilir. Ümumpsixoloji qanunauyğunluğa görə, frustrasiya “aldanış”, “nahaq gözləmə” effektinin əsas mənbəyidir və o, hər bir insanın şəxsiyyət xüsusiyyətlərindən asılı olaraq müx- təlif təzahürlər doğura bilər. Onların sırasında müxtəlif psixogen xəstəliklərin yaranması faktı inkaredilməzdir. Travmatik təsir nəti- cəsində yaranan narazılıq və asimpatiya əhəmiyyətli dərəcədə hə- min təsirin dərk edilməsi səviyyəsindən asılıdır.