Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


Xüsusi qayğıya ehtiyacı olan və məhdud imkanlı



Yüklə 0,8 Mb.
səhifə26/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Xüsusi qayğıya ehtiyacı olan və məhdud imkanlı uşaqlarm valideynlərinin yaşadıqlan uzunmüddətli streslər onların özləri kimi uşaqların da psixi inkişafmm normal gedişinə neqativ təsir göstərir. Onlarda əsəbilik və qorxu, özünəinamsızlıq və özünügünahlandır- ma, daxili ziddiyyətlərin kəskinləşməsi müşahidə olunur. Belə va- lideynlər qəmgin və gərgin görünür, nadir hallarda gülür, öz uşaq- ları ilə ardıcıl ünsiyyətdə olmurlar. Bu cür münasibətin nəticəsində xəstə, fəaliyyət qabiliyyəti məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlarda çox keçmədən inkişafda normadan kənaraçıxmanın ikin- cili nevrotik reaksiyaları təzahür etməyə başlayır: onlar əsəbi, ağ- lağan olur, inkişafda, xüsusilə, nitq və metorikanın inkişafında lən- gimələr özünü göstərir.

İnkişaf qüsurları olan uşaqların tərbiyəsi prosesində problemli uşağa valideynin düzgün münasibəti mühüm şərtdir. Bəzi valideyn- lər öz xəstə uşağını hədsiz himayə edir, onun hər cür şıltaqlıqlarına etinasızlıq göstərirlər. Əlbəttə, valideynlərin belə münasibəti nəinki xəstə, hətta normal uşaqlarda da inadkarlıq, tərslik, höcətlik, neqativizm, şıltaqlıq, passivlik, ətrafmda baş verən hadisələrə qarşı etinasızlıq kimi arzuedilməz xarakter əlamətlərinin formalaşması üçün zəmin yaradır. Belə hallarda uşaqlarda nitqli (verbal) ün- siyyətə təlabat zəifləyir, özünəxidmət vərdişlərinin mənimsənilməsi, oyun, təlim və digər fəaliyyət növlərinə qarşı seyrçi münasibət yaramr.

Valideynlərin bir qrupu isə əksinə, xəstə, inkişaf qüsuru olan uşaqlara münasibətdə hədsiz kəskin mövqe nümayiş etdirirlər. On- lar xəstə və fəaliyyət qabiliyyəti məhdud uşağm psixi və fıziki im- kanlarını nəzərə almadan bütün tapşırıqları, tələb və göstərişləri tam şəkildə yerinə yetirməyi tələb edirlər. Uşaq bu tələbləri yerinə yetirə bilmədikdə isə cəzaya əl atırlar. Valideynlərin bu cür davranışı nəticəsində uşaqlarda hədsiz əsəbilik, qorxu, yorğunluq və s. kimi psixoemosional vəziyyətlər yaranır ki, bu da öz növbəsində onlarda yuxu pozğunluğu, sidikburaxma,(enurez) bədənin müxtəlif nahiyə- lərində qızartıların, hətta qıcolmaların baş verməsinə gətirib çıxarır.

Ailədə valideynlərin tərbiyə üçün əlverişli şərait yaratmasın- dan ötrü onların hər şeydən əwəl uşağın inkişafı və xəstələnməsi xüsusiyyətlərini, habelə bu və ya digər tapşırıqları yerinə yetirmək imkanlarını bilməsi zəruridir. Burada gün rejiminin xüsusi əhə- miyyəti vardır. Qida və yuxu rejiminin ciddi şəkildə gözlənilməsi, məşğələlərin istirahəf və gəzinti ilə növbələşdirilməsi, kompyuter oyunlarına və televiziya verilişlərinə ayrılan vaxtın nəzərə alınması vacib şərtdir. Uşaqların ailədə tərbiyəsində nitq inkişafi, hərəki ba- carıq və vərdişlərin inkişaf etdiriJməsi üzrə sistematik və məqsəd- yönlü məşğələlər heç də az rol oynamır. Müəyyən qaydalara ciddi əməl edilmədikdə uşağın tələblərə tabe otmaqdan imtina etməyə, şıltaqlığa heç bir əsası qalmır. Tədricən oniar öz davranışlarını tənzim etmək bacarıqları əldə etmiş oluriar. Uşaqların qaydaya salmmış həyatı onların dünyagörüşiinü genişləndirir, hafızəsini zən- ginləşdirir, müşahidəçilik bacarıqlannı formalaşdırır. Hər gün uşa- ğın qarşısına yalnız özünün fəal əqli və fıziki imkanları vasitəsilə həlli mümkün olan çoxsaylı problemlər çıxır.

Uşaq üçün onun təlim uğurlarından, davramşından və ya id- man naliyyətlərindən asılı olmayaraq valideynlərin onu sevdiyini bilməsi vacib məsələdir. Biz yaşlılar, valideynlər hər addımda uşaq- larımızı sevdiyimizi söyləyirİk. Uşaqlar isə bunun sübutunu tələb edirlər. Körpə bütün gücü, inadkar hərəkətləri, tərsliyi və höcətliyİ ilə bizim diqqətimizi özünə yönəltmək istəyir. Hər bir valideyn an- lamalıdır ki, ailədə uşaqlann tərbiyəsində birinci yerdə hisslər və emosiyalar durur. Buraya sevgi, nəvaziş, tərif və s. kimi müsbət emosiyalar aiddir. Lakin hədsiz sevgi uşağı korlamamalıdır. Əgər valideynlər, həqiqətən, uşaqlarını sevirlərsə, onların şıltaqlıqlanna boyun əyməməli, axmaq meyllərinin inkişafmı təsdiq edən təriflərə yol verməməlidirlər. “'Müasir psixologiyada mənəviyyat problemi- nin aktuallığı, hər şeydən əwəl, cəmiyyətdə meydana gələn yeni ic- timai-iqtisadi münasibətlər, təfəkkür tərzi və gənc nəslin tərbiyəsi- nin yeni məzmunda təşkili zərurəti ilə bağlıdır. Azərbaycanda mə- nəviyyat probiemi dövrün ictimai, iqtisadi və siyasi təsirindən yara- nan özünəməxsus məzmunu ilə səciyyələnir” [9,s.42-43]

Ailə uşaq üçün ilk tərbiyə ocağı, valideynlər isə ilk təbii tərbi- yəçidirlər. Ailədə həyata keçirİlən tərbiyə işİ uşağa gələcəkdə bütün həyatını yaşayacağı dünya haqqında ilk biliklərin və təsəwürlərin mənbəyidir. Psixoloqların qənaətinə görə, həyatın ilk 6 ilində uşaq həyat hadisələri, ətraf aləm haqqında bütün həyatı boyu mənimsəyəcə- yi biliklərin və davranış mədəniyyətinin 90%-nə salüb olur. İlk ünsiy- yət vərdişləri və kollektivdə qarşüıqlı münasibətlər, həyata baxış və s. kimi hər bir şeyə uşaq ilk dəfə ailədə yiyələnir. Bu cəhətdən çoxuşaqb ailələrin zəngin ailə mühiti, onların “həyat məktəbi” gələcəkdə belə aİIətərdən çıxan uşaqların müstəqil olaraq həyata və cəmiyyətə daha yaxşı daxil olmasına və uyğunlaşmasına etibarlı təminat yaradır. Uşağın ailənin müxtəlif yaş kateqoriyasına daxil olan üzvləri ilə ünsiyyəti ailə tərbiyəsinin mühüm şərtlərindən biridir. Bu uşağa eyni xarakterli adamlarla deyil, həm də müxtəlif xarakterli və yaşlı adamlarla qarşılıqlı münasibətlərə daxil olmaq bacanqları aşılayır.

Hər bir ailənin xüsusiyyətləri, ailə tərbiyəsinin üslubu yaş və kəmiyyət tərkibindən, sosial-mədəni inkişaf səviyyəsindən asılıdır. Burada hamı üçün etalon hesab edilə biləcək universal qaydalar ol- masa da, aşağıdakı cəhətlərin nəzərə alınması məqsədəuyğundur:

  • valideynlər uşağı olduğu kimi qəbul etməli, onun qabiliy- yətlərini, yaxşı hesab edilən bütün xüsusiyyətlərini inkişaf etdir- məyə çalışmalıdırlar;

  • ailə tərbiyəsi uşağın xüsusiyyətlərini (yaş, fərdi, gender) nəzərə almalı və tərbiyə işinin bu xüsusiyyətlər əsasında qurmasına nail olunmalıdır;

  • ailədə uşaqların tərbiyəsi qarşılıqlı hörmət üzərində qurul- malı, hörmət və düşünülmüş tələbkarlıq bir-biri ilə düzgün uzlaş- dırılmalıdır;

  • ailə tərbiyəsindəki problemlər, adətən, uşağın deyil, vali- deynlərin şəxsiyyəti ilə bağlı meydana gəlir. Uşaqlar davramş modelini təqlid etməyə meylli olurlar.

  • ailə tərbiyəsi işində istənilən fəaliyyət növü, o cümlədən təlim və əmək vərdişlərinin formalaşdırılması oyun vasitəsilə həyata keçirilməlidir;

  • ailə tərbiyəsinin ümumi tonu pozitiv və optimist olmalı, avtoritarizmə, uşaqlara qarşı fıziki, emosional və psixoloji zorakılıq hallarma qətiyyən yol verilməməlidir;

  • ailə qalmaqalları, kəskin mübahisələr, dava-dalaş uşaqlara hədsiz dərəcədə neqativ təsir göstərir və bunların gələcəkdə psi- xoloji problemlərin mənbəyi ola biləcəyini nəzərdə saxlamaq la- zımdır.

Uşaqda idraki qüwələrdən əvvəl utanmaq, həya əlamətləri özünü göstərir. “Əgər uşaq həyalıdırsa, əksər hallarda başını aşağı salıb sırtıqlıq etmirsə, bu onun nəcibliyinə sübutdur; bu, o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir.

Belə isə həmin uşağın təıbiyəsinə xüsusi fıkir verilməli, heç bir şeyi ondan əsirgəməməii, istedadının sönüb getməsinə yol verilmə- məlidir” [26,s.l68].

Aİlə tərbiyəsi dedikdə, ailədə uşaqların valideynləri, qohum- ları və ya valideynləri əvəz edən himayəçilərin həyata keçirdikləri tərbiyə işləri nəzərdə tutulur. Aİlə tərbİyəsinin spesifık xüsusiyyəti ondan ibarətdir ki, o, məhz ailənin özünün həyatı kontekstində, ailə- daxili münasibətlər, əmək və hamiIİk öhdəlikləri və ailə -məişət mə- dəniyyəti sistemində lıəyata keçirilir. Onun həlledici rolu lap kiçik yaşlarından uşaqlann fıziki və mənəvİ aləminə dərin kompleks tə- sirlə şərtlənir. V.A.Suxomlinskinin qeyd etdiyi kimi “ailə hisslərin və əqidənin axmının başladığı, böyük çayın ilk mənəyidir”. Ailə tərbiyəsinin məqsədi İnsanın həyat yolunda qarşılaşa biləcəyi maneə və çətinlikləri ləyaqətlə aradan qaldırmağa kömək edən şəxsiyyət keyfıyyətləri və xüsusiyyətlərinin formalaşdırılmasından ibarətir. Çoxsaylı nəsillərin həyat yolu göstərir ki, fıziki sağlamlıq, inkişaf etmiş iııtellekt, əməksevərlik, mənəviyyat və s. kimi amillər həmişə ailə həyatına hazırhqda əsas amillər olmuşdur. Məhz bütün bunlar bu gün də ailə tərbiyəsinin dəyişməyən məqsədləridir.

Ailədə tərbiyənin məzmunu demokratik cəmiyyətdə iimumi tərbİyənin və ailə tərbiyəsinin özünəməxsus məqsədləri ilə şərtiənir. Ona görə də, onun komponentləri tərbiyənin-fiziki, intellektual, əx- Iaqi, bədii-estetik əmək, ekoloji və cinsi kimi əsas tərkib ünsürləri ilə sıx bağlıdır. Ailədə uşaqlarm fiziki tərbiyəsi sağlamhğın prio- ritet olduğu müasir dövrdə xüsusi aktual vəzifədir. Uşaqların fiziki tərbiyəsi sağlam həyat tərzinin yaradıiması, gün rejiminin düzgün təşkili, idman oyunları və orqanizmin möhkəmləndirilməsinə xidmət edən müxtəlif tədbirlər vasitəsilə təmin edilir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin