İkinci ailə tipində aparıcı rol kişiyə məxsusdur. Onun şəxsiy- yət keyfiyyətləri, dünyagörüşü və həyata münasibəti bütün ailə üzv- ləri üçün həlledici təsir gücünə malikdir. Belə ailələrdə qadının rolu hiss olunacaq dərəcədə az əhəmiyyətlidir, əsasən, “qadın vəzifələri” ilə məhdudlaşır. Ailənin üçüncü tipində həlledici rolu qadın oy- nayır. Lakin kişinin əhəmiyyəti heç də azaldılmır, o, yalnız xalis “kişi öhdəliklərini” deyil, həm də bir çox hallarda qadın vəzifələrini də yerinə yetirir. P.Xerbstə görə, dördüncü ailə tipi “sinkretik ai- lə”dir. Belə ailələrdə rollar bərabər bölüşdürülür, qərarlar kompro- mis əsasında deyil, cütlüklərin hər biri tərəfindən müstəqil şəkildə qəbul edilir. Ailədə tərbiyə işinin kökündə ailə tipləri və burada for- malaşmış münasibətlərin xarakteri, tərbiyə üslubu durur.
Uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafi üçün onun ailədə xoşbəxt, qayğı və nəvaziş, mehribanlıq və təşviq mühitində bö- yüməsi uşağın şəxsi ləyaqət, qürur, qeyrət və şərəf hissi ilə tərbiyə- lənməsi, müdafıə olunması onun normal inkişafı üçün zəruri şərtdir. Ailə canlı sosial-psixoloji sistem, cəmiyyətin hüceyrəsi, tərbiyəedici qapalı kiçik qrupdur. İki nəfərin ailə qurması, evlənməsi hələ tam ailə demək deyil. Cütlüklərin tam ailə yaratması üçün ailədə uşaq- ların doğulması, onların valideynlik hissləri ilə yaşaması zəruri şərtdir.
Cəmiyyətin ictimai münasibətləri sistemində ailənin rolu nədən ibarətdir?
Aiə-nikah münasibətlərinə aid ilk əsərlər hansılardır?