Ailənin spesifik funksiyaları- uşaqların doğulması (repro- duktiv fiınksiya), təminatı (ekzistensial fiınksiya) və tərbiyəsi (so- siallaşma funksiyası) əsasən sabit xarakter kəsb edir, cəmiyyətdə baş verən dəyişikliklərdən asılı deyildir. Lakin ailə ilə cəmiyyət ara- sındakı əlaqələrin xarakteri tarixi inkişafm gedişində dəyişə bilər.
Ailənin qeyri-spesifik funksiyalarınamülkiyyətin əldə edil- məsi və ötürülməsi, status, istehsal və istehlakın təşkili, istirahət və asudə vaxt, ailə üzvlərinin rifahı və sağlamlığına qayğı, ailədə mik- roiqlimin yaradılması, ailədaxili gərginliyin zəiflədilməsi və s.- daxildir. Qeyd olunan həmin funksiyalar ailə ilə cəmiyyətin əlaqələ- rinin tarixi xarakterini əks etdirir, ailədə uşaqların doğulması, təmi- natı və tərbiyəsinin necə baş verdiyinin keçici tarixi mənzərəsini aç- mağa imkan verir. Ailədə mülkiyyətin toplanması və ötürülməsi, onun statusu, istehsal və istehlakın, ev təsərrüfatmın, istirahət və asudə vaxtın təşkili, ailə üzvlərinin sağlamlığı və rifahı, gərginliyin aradan qaldırılması və hər kəsin öz “mən”inin özünümühafizəsi ilə bağlı mikroiqlimin yaradılması və s. hər bir normal ailənin üzərinə düşən əsas səciyyəvi funksiyalardır. Ailənin qeyri-spesifik funksi- yaları ailə ilə cəmiyyət arasında əlaqənin tarixi xarakterini əks etdi- rir. Odur ki, ailənin həyatında baş verən dəyişikliklər müxtəlif qey- ri-spesifık funksiyaları tarixi inkişafla müqayisədə nəzərə çarpan şə- kildə aşkara çıxarır; yeni şəraitdə onlar modifıkasiya olur, məhdud- laşır və ya genişlənir, tam və ya qismən yerinə yetirilir, hətta tama- milə yox olur.
Q.Havaytis ailənin ən vacib funksiyalarından birini komp- lekslilik adlandırır. Onun fikrincə, ailənin təlabatlarının təmin edil- məsi kiçik sosial qrup kimi onun saxlamlmasının əsas şərtidir. Uğu- ra və ya kədərə şəriklik, məişət və tale ümumiliyi hissi ailənin kompleks bir sistem kimi dəyərləndirməyə əsas verir. Həmin müəl- lif ailənin təlabatlarından çıxış edərək ailəni təmin edən bir sıra funksiyalarım sadalayır:
atalıq və analıq təlabatlarından irəli gələn funksiyalar;
ailənin maddi həyatımn təmin edilməsi və saxlanılması ilə bağlı funksiyalar;
fıziki və psixi -intim təlabatlarla bağlı funksiyalar.
Sosioloqlar hesab edirlər ki, XXI əsrdə ailənin funksiyalarınm
genişlənməsi baş vermiş və o digər sosial institutların (təhsillən- dirici, hüquqi, xidmət, asudə vaxtın təşkili və s) bir sıra funksiya- larını da mənimsəmişdir. Məhz buna görə də, ailənin mülkiyyətin əldə edilməsi və sonrakı nəsillərə ötürülməsi, istehsal və istehlakın təşkili, ev təsərrüfatının idarə edilməsi, asudə vaxtm təşkili və s. ki- mi qeyri-spesifık fünksiyaları meydana gəlmişdir.
Ailənin funksiyalarım başlıca və ikinci dərəcəli olmaqla iki qrupa bölmək doğru deyildir. Bu funksiyaları spesifık və qeyri-spe- sifık olmaqla təsnif etmək daha düzgün hesab edilə bilər. Ailənin spesifik funksiyalan onun mahiyyəti və sosial təbiəti ilə, müəyyən olunduğu halda, qeyri-spesifık funksiyaları cəmiyyətdə sosial-tarixi şəraitin təsiri altmda təşəkkül tapır.
Ailə cəmiyyətin özəyi, şəxsi mövcudluğun təşkilinin , ər-ar- vad ittifaqına və qohumluq əlaqələrinə, valideynlərlə uşaqlar, bacı və qardaşlar və digər birlikdə yaşayan qohumlarla ümumi təsərrü- fatda birləşməsidir. Beynəlxalq statistikaya əsasən Yer kürəsi əhali- sinin 88,4%-i ailələrdə yaşayır.