Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə40/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Müasir ailə dedikdə, ilk növbədə məhəbbətə, emosional sim- patiyaya və qarşılıqh dəstəyə əsaslanan ailə tipi nəzərdə tutulur. Bu heç də ailənin məhz bu meyarlar əsasında yaradıldığını inkar etmir. Lakin müasir dövrdə ‘qeyd olunan bu amillər əsas meyara çevrilmiş- dir. Zəmanəmizdə hər hansı qızı öz rəyi olmadan, onun iradəsinə zidd olaraq ərə vermək heç də mümkün olan bir iş deyildir. Müasir dövrdə cəmiyyətdə genişlənmiş, yəni mürəkkəb ailədən sadə, miklear ailə tipinə keçid tendensiyası diqqəti cəlb edir. Bu vəziy- yətin yaranması müasir gənclərin müstəqilliyə olan təlabatınm nə- ticəsidir. Lakin gənc ailənin ayrı yaşaması onun həyatına bir sıra çə- tinliklər gətirir, nəvələrin tərbiyəsində baba və nənənin iştirakım ya məhdudlaşdırır, ya da mümkünsüz hala salır. Nuklear ailə tipinin üstünlüyü fonunda müasir ailə kifayət qədər qapalı həyat yaşayır. Bununla belə, müasir ailə sistemi həm də müəyyən mənada açıqdır -bu gün nikaha daxilolma və boşanmaq xeyli asanlaşmış, cə- miyyətin boşanmaya loyal münasibəti formalaşmışdır. İndi boşan- maya adi sosial hadisə kimi baxılır.

  1. Məhəbbət mənəvi-estetik hiss kimi. Məhəbbətin növləri

Ailənin yaradılması üçün ən başlıca mənəvi şərt sevgidir. Sev- gi hər bir kəsin başqa birisi üçün özünü fəda etmək cəhdlərində əks olunan fərdi-seçici, dərin və davamlı, mənəvi -estetik hiss, ailə-ni- kah münasibətlərinin əsas amilidir. Tarix boyu məhəbbəti uca tutan xalqımız sevgini insanı həyata bağlayan ecazkar qüvvə hesab etmiş “Tarir-Zöhrə”, “Əsli-Kərəm”, “Aşıq Qərib”, “Abbas- Gülgəz”, “Leyli-Məcnun”, Valeh-Zəmigar”, “Soltan-Qəndab” və s. kimi on- dan artıq məhəbbət dastanları yaratmışdır. Məhəbbət - elmi təhlilə gəlməyən, insan idrakınm hüdudlarından da kənara çıxan ruhi- mənəvi hiss, həyati vacib təlabatların və maraqların ifadəsi olan ob- yektlərə qarşı seçici münasibətin yüksək emosional ifadəsidir. Dahilər məhəbbət anlayışına ümumi və fərdi qütbdən yanaşmışlar. XII əsr Azərbaycan ədəbiyyatının qüdrətli siması, ölməz Nizami Gəncəvi məhəbbət anlayışına bəşəri kontekstdən yanaşaraq yazmışdır:

Eşqdir mehrabınca uca göylərin

Eşqsiz ey dünya, nədir dəyərin?

Məhəbbətin obyekti çoxcəhətlidir. Onun konkret fərdə yönəl- miş təzahür forması sevgi adlanır. Sevgi həm də insanı həyata bağ- layan ecazkar bir qüvvədir. Bu baxımdan qeyd etmək olar ki, sevgi yaşamaq, yanmaq, başqa biri üçün təmənnasız fədakarlıq, empatiya- dır. O, bir çox digər emosiyalarla - zəriflik, məftunluq, heyranlıq, riqqətlə çulğalaşır. V.Şekspir “Venera və Adonis poemasında yazır: məhəbbətin hökmran olduğu yerdə qısqanclıq onun əbədi keşikçi- sidir”. Məhəbbət nifrətin qılıncı, nifrət isə məhəbbətin zəhəridir. Məhəbbət haqqında tarix boyu çoxsaylı dastanlar, nağıl və əfsanələr minlərlə ədəbiyyat və incəsənət əsərləri yaradılmış, fılmlər çəkil- mişdir. Lakin indiyədək məhəbbətin əsil mükəmməl fəlsəfəsini ya- ratmaq heç kəsə nəsib olmamışdır. Şərqdə “Leyli və Məcnun”, Qərbdə “Romeo və Cülyetta” kimi onlarla məhəbbət dastanları ya- radılmışdır. Məhəbbət həyatın bəzəyidir. O, təbiəti çiçəklənməyə, rənglərlə oynamağa, sehrli mahnılar oxumağa, məharətli rəqslər etməyə məcbur edir. Məhəbbət haqqında zaman-zaman bir çox mütəfəkkirlər, dahilər, şair və yazıçılar dəyərli fıkirlər söyləmişlər. Homer, Platon, Nizami, Füzuli, Puşkin, Hote, Stendal, S.Vurğun, M.Müşfiq, B.Vahabzadə, Ə.Kərim, L.Tolostoy və daha kimlər, kimlər...

Qədim fəlsəfi təlimlərdə məhəbbət cazibə qüwəsinə bənzər kosmik bir qüwə hesab olunur, dünyanm qurucu, birləşdirici, qo- vuşdurucu və hərəkətverici enerjisi kimi təqdim edilirdi. Qədim yu- nan filosofiı Platona görə, məhəbbət bir tərəfdən gözəl cismə (bə- dənə) qarşı hissi aşıqlik və estetik heyranlıq, digər tərəfdən isə müt- ləq səadət və mütləq gözəllik, insanın mənəvi yüksəlişinin ali pil- ləsidir. Sipinozaya görə, məhəbbət sadəcə olaraq başqa insana müs- bət, xeyirxah münasibətdir və bu hissin qüvvətli olması mütləq de- yil. Bir çox filosofların fikrincə, məhəbbət məhəbbət obyektini əldə etmək və saxlamaq, onu razı salmaq və narahatlıq gətirəcək şeylər- dən qorumaq arzusunu yaradır.

Müasir insana xas olan məhəbbət hissi, cəmiyyətin və insan şəx- siyətinin özünün uzunmüddətli tarixi inkişafinın nəticəsidir. [55,s.73]

Fransız yazıçısı Ann Filip “Bir göz qırpımı” adı hekayəsində ya- zır: “İllər keçdikdə duyuruq ki, məhəbbətimiz sayəsində hər şeyə qadir olacağıq. Uşaqlarımız olacaq, sənətimiz, dostlarmıız olacaq, evlər tikəcəyik, bəlkə daha yaxşı bir dünya yaradılmasında da xidmətimiz olacaq. Biz cuşa gəlmiş inşaatçılar kimi hey qurub yaradmq”.

Qədim yunan əfsanəsinə görə yer üzərində nə vaxtsa, ilk insan ikicinsli varlıq olmuşdur. Güclü və yenilməz olan bu varlığın haki-

miyyətdən başqa heç nəyə ehtiyacı yox idi və o, Allahlann özləri üzərində belə hakimiyyətə can atırdı. Ən ali olan Allah ilk insan olan bu varlığın istəyindən qəzəblənir və onu iki hissəyə bölərək bir -birindən çox uzağa yerləşdirir. O vaxtdan bəridir ki, bu “yarımin- sanlar” dünyanı dolaşaraq öz itmiş yarısım axtarmaqdadırlar. Əfsa- nə öz-özlüyündə əfsanə olaraq qalır. Lakin həyatda yalnız “öz yarı- sım” tapmış insanlar, həqiqətən, ailə şəklində vahid harmonik ittifaq yaratmaq qabiliyyətinə malikdir. 1000 il əwəl yaranmış yunan əfsa- nəsinə görə eşq ilahəsi qızılsaçlı Afrodita dəniz köpüyündən yara- nıb. Ö, günlərin birində gənc Adonisə vurulur. Onun naminə allah- larm məskəni olan Olimp dağım tərk edib Adonislə birgə meşələrdə və dağlarda ovçuluq edir. Onun incə ayaqlarını daş-qaya parçaları kəsir, tikanlar didik-didik edir. Lakin Afrbdita öz məhəbbətindən dönmür. Afroditamn yaralarından axan qan damcıları qızılgülə-mə- həbbətin, gözəlliyin, incəlik və ismətin simvoluna çevrilir. Qızılgü- lün məhəbbət rəmzi olmasmın Şərq versiyası daha maraqlı və ibrə- tamizdir. Əfsanələrimizin birində qeyd olunur ki, bir əyalətdə Qızıl adlı yoxsul bir oğlan, varlı bir şəxin Gül adlı bir qızı yaşayır. Gül Qızılı yoxsul olmasına baxmayaraq dərin bir məhəbbətlə sevir. La- kin qızını yoxsul bir oğlana vermək istəməyən varlı ata bu sevgiyə qarşı çıxaraq Qızılı öz qızından ayırmaq için yeddi illik xərrac ar- dınca yad bir məmləkətə göndərir. Gül öz sevgilisinin yolunu səda- qətlə gözləyir. Nəhayət, yeddi ilin tamamına az qalmış zalım ata Gülü varlı bir şəxsə ərə vermək qərarına gəlir. Bu ədalətsizliyə döz- məyən Gül Ağrı dağmın başma çıxaraq Tanrıya yalvarır ki, yaşadığı əyaləti dağıtsm. Birdən yer-göy lərzəyə gəlir. Əyalət dağılır. Gülün ailə üzvləri də daxil olmaqla əksər insanlar məhv olur. Gül sevgili- sinin yaşadığı həyətə gələrək yenidən Tanrıya yalvarır ki, onun hə- yətin bir küncündə gül ağacına döndərsin. Birdən-birə bu məsum el gözəli üzərində gülləri ağ rəngdə olan qızılgül oğlana çevrilir. Qızıl yaşadığı əyalətə gələndə bir viranəlik görür. O, bunun səbəbini sağ qalmış insanlardan soruşduqda cavab verirlər ki, bu müdhis hadi- sənin səbəbini heç kəs bilmir. Qızıl öz yaşadığı həyətə girəndə sanki öz sevgilisinin ətrini duyur. Diqqətlə baxdıqda həyətin küncündəki gül ağacını görür. Sevgilisinin həsrətinə dözməyən gənc xəncərini çıxarıb ürəyinə vurur. Sinəsindən fəvvarə kimi çıxan qan bir anda

ağ gülləri qırmızı rəngə boyayır. Həmin gündən etibarən qızılgül sevgi, məhəbbət rəmzinə çevrilir.

İslam Peyğəmbəri də qadınlara xüsusi məhəbbət bəsləmiş və buyurmuşdur: “Mən sizin dünyanızdan qadından və ətirdən savayı bir şey sevmədim” [26,s.63] Elmi kommunizmin banilərindən biri F.Engels yazırdı: “...cinsi məhəbbət sadəcə cinsi meyldən, qədim insanların erosundan olduqca fərqlidir. Əwələn, bu məhəbbət sevi- lən şəxsdə qarşılıqlı məhəbbət olmasmı tələb edir; bu cəhətdən qa- dın kişi ilə bərabərdir, halbuki antik eros üçün qadının razılığı heç də həmişə tələb olunmurdu. İkincisi, cinsi məhəbbət o qədər şiddət- li və davamh olur ki, kam almamaq və hicran dərdi hər iki tərəf üçün böyük, bəlkə də ən böyük bədbəxtlik kimi görünür; onlar bir- birinə məxsus olmaq üçün çox qorxulu addım atırlar, hətta öz həyat- larım təhlükəyə salırlar. Bu isə qədim dövrdə yalnız ər-arvad səda- qəti pozulduğu hallarda olurdu. Nəhayət, cinsi əlaqəni pisləmək və ya ona haqq qazandırmaq üçün yeni mənəvi meyar meydana çıxır: cinsi əlaqənin nəinki yalnız nikahlı və ya nikahsız olduğunu soru- şurlar, həmçinin bunu da soruşurlar ki, əlaqə qarşılıqlı məhəbbətdə meydana gəlmişdir, yayox” [33, s.286].

Məhəbbət haqqmda söhbət düşəndə ilk növbədə kişi ilə qadm arasındakı sevgi başa düşülür. Bu baxımdan məhəbbətin uşaqlara, va- lideynlərə, peşəyə, vətənə olan digər növləri də az əhəmiyyətli deyildir. İnsanda haradasa, on dörd yaşmda hər şeyə üstün gələ biləcək bir seksual eneıji axmı başlayır. Belə bir təəssürat yaranır ki, sanki insanm bütün bəndləri açılır. İnsan özündə indiyə qədər tammadığı, bilmədiyi bir eneıji qaynağı aşkarlayır... Təbii prosesdir. Bu enerjiyə özünü tamamilə verəndə, onun qarşısım almağa çalışmayanda 40 yaşında eyni eneıji axını, eyni hal baş verir. Təxminən 42 yaşmda geri çəkilmə prosesi başlayır. Eneıji axını yavaş-yavaş azalır.[38, s.70]

Kişi ilə qadm arasındakı məhəbbətdən söhbət gedərkən onun da çox fərqli növlərindən söz açmaq mümkündür. Bu mənada mə- həbbətin sevgi, yetkin məhəbbət, sevgi-ehtiras, sevgi-adət, istehlak- çı məhəbbət və s. kimi növlərini fərqləndirmək olar.

Antik dövrün fəlsəfi sistemlərində məhəbbət anlayışı əsas an- layışlardan biri kimi diqqət mərkəzində olmuşdur. Empedoml mə- həbbəti insanı şadlandıran əsas amil, ümumdünya vəhdətinin baş-

lanğıcı, Platon isə varlığın kamilliyə çatması və oradan gözəllik ya- ratmağın mənbəyi hesab edirdi. O, özünün “Pir” (“Ziyarət”) adlı əsərində məhəbbətlə idrakın əlaqəsini formulə etmiş, onu fasiləsiz proses adlandırmışdır. Platonik eros dərketmə erosudur.

Aristotelin fıkrincə, məhəbbətin məqsədi hissi həzzalma yox, dostluqdur. O, məhəbbət anlayışını belə müəyyən etmişdir: “sevmək özünə yox, başqa birinə onun xoşbəxtliyi naminə nə isə ar- zulamaq, onun bu xoşbəxtliyə çatması üçün qüvvə sərf etməkdir”. Orta əsrlər dövründə Qədim Şərqin sufı fılosof və ədibləri məhəb- bətə fərqli mövqedən yanaşmışlar. Ömər Xəyyam və Əlişir Nəvai- nin poeziyasında məhəbbət sufı ənənələri ruhunda şərabla eyniləşdi- rilir, nəşə gətirən qüwə hesab edilirdi.

Böyük Nizami eşqi ilahi qüwə kimi ucalara yükəldir, onu “uca göylərin mehrabı”, M.Füzuli isə “sehr”, “ilahi qüwə” adlandı- rırdı. Şərqin böyük şairi Sədi Şirazi “məhəbbəti arzuya qovuşmağın vasitəsi” adlandırır və yazırdı:

Kimə yar olubsa, incə bir nigar,

Onun ürəyində qalmaz arzular.

M.Füzuliyə görə məhəbbət aşiqlərin həyat yolunu işıqlandıran bir qüwədir, ülvi və müqəddəs hissdir. Məhəbbət elə bir kamil nəşədir ki, şərab öz hərarətini, musiqi sədası təsir qidasım ondan almışdrr.

Fransız yazıçısı Sent-Ekzüperi yazırdı: “Sevmək bir-birinə baxmaq deyil, hər ikisi eyni tərəfə baxmaq deməkdir”. Məşhur rus yazıçısı L.N.Tolstoy yazırdı ki, “Sevgi insan həyatınm daxili qanu- nu və insanın arzu etdiyi xoşbəxtliyə çatmasının yeganə vasitəsidir”

Azərbaycan fılosofu Asif Əfəndiyev “Müdriklik səlahiyyəti” adlı əsərində məhəbbəf ’ anlayışınm məzmun - semantik quruluşunu aşağıdakı kimi açıqlayırdı:

  • məhəbbət - müdriklikdir, mənəvi emosional bağlıhq, səc-

dədir.

  • məhəbbət-sevilən insanın idealizə edilməsi, ilahi varlıq sə- viyyəsinə qaldırılmasıdır.

  • məhəbbət-xəstəlikdir, lakin bu xəstəlik insana verilən ən böyük nemət, ən böyük səadətdir.

  • məhəbbət -şirin, dadlı əzablar, işıqlı qüssədir.

  • məhəbbətdə alov mövcuddur, o, ədalətsiz cəmiyyətlə kəs- kin konflikdədir.

  • məhəbbət -heyrətdir. İnsana şairanə təbiət bəxş edir.

  • məhəbbət- enişli-yoxuşlu yoldur. Bu yolu yalnız qəhrə- manlar axıradək başa vura bilərlər.

  • məhəbbət ruhi-mənəvi yaxınlıq, şəxsi intim ünsiyyət fo- nunda yaramr.

Avropa ölkələrində orta əsrlər dövründə məhəbbət dini misti- kanm predmeti olmuş, qadın kultuna həsr edilmiş ideallaşdırılmış cinsi məhəbbət mövzusu poeziyada dərin kök salmışdır. Sitayiş, səfqət və utancaqlıq harmonik məhəbbətin üç elementİ kimi fərq- ləndirilmişdir.

Qərbi Avropada dirçəliş dövründə MarsiIİo Fiçino, Françesko Kattani, Cordano Bruno və b.əsərlərində neoplatonizm ideyaları güclənməyə başlayır. Fransız yazıçısı Anatol Frans yazırdı ki, insa- mn varlığına əbədi bir ehtiras-sevmək təlabatı qoyulmuşdur.

Orta əsrlər dövrünün məhəbbət fəlsəfəsində gözəllik amili ön plana çəkilir, məhəbbət gözəliiyə çatmaq üçün fədakarlıq adlandırı- lır. Bu konsepsiya etika və estetikanı bir-birinə bağlamış və dirçəliş dövrünün incəsənətinə əhəmiyyətli təsir göstərmişdir. Benedikt Spi- noza məhəbbəti xarici səbəblərin ideyası ilə müşayət olunan nəşə adlandırırdı. O, məhəbbəti mütləq ideya ilə eyniləşdirir və təsdiq edirdi ki, fılosofluq etmək Allahı sevməkdən başqa bir şey deyildir. Məşhur fransız yazıçısı O.Balzak yazırdı ki, “məhəbbət keçmiş və gələcəyi tanımayan yeganə ehtirasdır”. A.Düma isə qeyd edirdi ki, “hörmətsiz məhəbbət uzağa gedə, yuxarı qalxa bilməyən tək qanadlı məlakədir. “Valter Skot yazmışdır ki, “məhəbbət mütləq hakimdir, ona çarlar da sərkərdələr də, sadə çobanlar da, yerdə insanlar da, göydə mələkiər də boyun əyməli olur”. A.Bakıxanov eşqi “insan tə- biətinin başlıca tələbi”, “məhəbbətin ən yüksək dərəcəsi”, “özündən başqa hər şeyi yandıran od” adlandırmışdır. Yeni dövr fəlsəfəsində Alman fılosofu Şopenhauerin cinsi məhəbbət nəzərivvəsinin ma- hiyyəti diqqəti xüsusi cəlb edir. İnsanda belə ehtirasların fərdiləşdi- rilməsini o, həyat iradəsi ilə izah edirdi. Onun fikrincə, heyvanlarda olduğu kimi, insanlarda da öz nəslinin yeni “nüsxələrini” yaratmaq instinkti vardır. Əgər bir kişi ehtirasla məhz bir qadmı sevirsə, bu, o deməkdir ki, həmin şəxs məhz həmin qadınla (kişi ilə) indiki şəraitdə daha yaxşı nəsil törədə bilər.

Psixoloqlarin qənaətinə görə, qadınlar simpatiya bəslədikləri ki- şiləri cəlb etmək üçün şirinikləndirici impulslar buraxmaq qabiliy- yətinə malikdirlər: gülüş və təbəssüm, eyham, gözlərə zillənən baxış- lar, yüksək mülayim səs, yüngül toxunma, naz-qəmzə və şıltaqlıq, dəb- də olan geyim və cəledici görünüş və s. buna misal ola bilər.

Cinsi instinkt, nəslin davamı instinkti çox güclü təbii istəkdir. Məhz bu instinkt incə münasibətlərlə nəcibləşdirmə tələb edir, ona görə də ona, instinktin oyanmasından əwəl başlamaq lazımdır. Uşaqlıq illərində oğlanlar və qızlar arasındakı münasibətlərdə nə qə- dər çox incəlik, mənəvi həssaslıq səmimilik olarsa, cinsi instinkt bir o qədər dərindən nəcibləşər. [5,s.78]. Məşhur əxlaq nəzəriyyəçisi Braun məhəbbəti musiqi ilə müqayisə edib göstərirdi ki, “məhəbbət həyatın musiqisidir və hətta məhəbbətin lal notu da hər hansı musiqi alətinin çıxardığı səsdən daha xoş səslər çıxardır”.

Psixologiya elmi çərçivəsində sevgi probleminin sistematik şəkildə araşdırılmasına XX əsrin 40-cı illərindən başlanılmışdır. Sevgi haqqında ilk tədqiqatlar əsasən nəzəri xarakter daşımış, zəma- nəmizdə isə əhəmiyyətli dərəcədə empik məzmun almağa başlamış- dır. Fəlsəfə ensiklopediyasında “sevgi” anlayışı “öz obyektinə qarşı yönəlmiş təmənnasız və fədakar can atmada ifadə olunan mənəvi- estetik hiss kimi” nəzərdən keçirilir. Filosofların nöqteyi-nəzərincə, bu hissin spesifık məzmunu bu zəmində meydana çıxan mənəvi ya- xınlıq əsasında özünü fədaetmə, qurban verməkdən ibarətdir. Psixo- loqlar sevgini əks cinsdən olan obyektə unikal dəyərli varlıq kimi seçici münasibət hesab edirlər. Məhşur ffansız yazıçısı Anatol Frans qeyd edirdi ki, həyatm məşəqqətlərinə dözmək üçün onu mütləq bir qadınla bölüşmək lazımdır. Məhəbbət obyektinə yönəlişlik birtərəfli eqoist məzmunlu olmamalı, sevən fərd kimi fərdiyyətini itirmədən məhəbbət obyekti ilə eyniləşdirməyə, “məni”, “biz”lə əvəz etməyə əsaslanmalıdır. Müasir psixologiyada şərti olaraq “pessimistik”“optimistik” olmaqla iki məhəbbət modeli mövcuddur.

Pessimistik istiqamətin tərəfdarları qeyd edirlər ki, sevənin sevgi obyektindən asılılığı anı və sevginin mənfı yaşantılarla əlaqəsi hər şeydən əvvəl sevgi qorxusu ilə bağlıdır. Pessimistik məhəbbət modelinə görə, sevgi insanı qorxaq və asılı vəziyyətə salır, onun şəxsi inkişafına mane olur (Məcnun və ya Romeo sindromu). Dünyanm əksər xalqlarınm məhəbbət dastanlarmda nakam sevginin yanğılı bir hiss olduğu, insam bəlalara düçar etdiyi qeyd edilmişdir. Nakam sevgi pessimistliyə yol açır, tərəflərdən biri öz fərdiyyətini itirərək digərində əriyib yoxa çıxır. Belə cütlüklərin sevgisində vü- sal yoxdur, çoxlu iztirab və əzablar vardır, onlar qovuşa bilmir, yəni iki “mən”in bir “biz”ə çevrilməsi mümkünsüz olur. Müəyyən hal- larda sevgi şəxsiyyət psixologiyası simptomuna, melanxologiya xəstəliyinə, obrazlı desək, “məcnunluğa” gətirib çıxarır.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin