Ailənin strukturu onun üzvlərinin sayı, tərkibi, həmçinin onlar arasındakı qarşılıqlı münasibətlərin məcmuyudur. Ailənin strukturu habelə bir sosial institut kimi onun mövcudluğu və vahid- liyinin təmin olunmasım şərtləndirən amillərin məcmuyunu əks et- dirir. Ailənin strukturunun təhlili onun funksiyalarınm həyata keçi- rilməsi ilə əlaqədar ailəyə kimin rəhbərlik etməsi, kimin icraçı ol- ması, ailə üzvləri arasında hüquq və vəzifələrin necə bölünməsi və s. kimi suallara cavab tapmaq imkanı verir. Bu nöqteyi - nəzərdən məsələyə yanaşdıqda rəhbərliyin bir ailə üzvünün əlində cəmləşdiyi və bütün üzvlərin idarəetmədə bərabər iştirakınm təmin olunması baxımından iki ailə tipini fərqləndirmək olar.
Yaşadığımız müasir cəmiyyətə yaşlılardan (ər-arvad, bəzən onların valideynləri) və daha tipik 2-3 uşaqdan ibarət ailə geniş ya- yılmışdır. Qərb ölkələrində əksər hallarda ailədə vəzifələr bərabər paylaşdığı, həmçinin bütün ailə problemlərinin həllində onun üzv- lərinin bərabər iştirakı təmin olunduğu halda, bir çox müsəlman ölkələrində olduğu kimi, azərbaycanlı ailələrində də ailənin idarə edilməsində ailə başçısı kimi atanın ənənəvi üstün rolu hələ də özü- nü göstərməkdədir.
Ailənin həyat fəaliyətinin müxtəlif mərhələlərində özünü gös- tərən sosioneqativ təzahürlərdən biri onun strukturunun pozulma- sıdır. Ailədə baş verən struktur pozulması dedikdə, onun funksiyala- rının yerinə yetirilməsinə mane olan əngəllərin yaratdığı fəsadlar
nəzərdə tutulur. Məsələn, ailədə ərlə arvad arasında təsərrüfat-məi- şət öhdəliklərinin qeyri-bərabər bölgüsü qarşılıqlı münasibətlərin strukturunun pozulmasıdır ki,daha çox yüklənən ər (fıziki qüwəni bərpa edə bilməmək, mədəni və mənəvi zənginləşmədən məh- rumolma və s.) və ya ərlə-arvaddan birinin özünün bir sıra təlabat- larını normal şəkildə təmin edə bilməməsinə gətirib çıxarır.
Ailədə nəyin norma, nəyin pozulma kimi qiymətləndirilməsi müasir dövrdə ailə haqqında elmlərin, xüsusən, sosiologiya və so- sial psixologiya elmlərinin qarşısında duran çətin suallardan biridir. Bir sıra ailə psixoterapevtləri (Salvador, Minuxin) əsil ailənin necə olması probleminə aydınlıq gətirərkən ərlə arvad cütlüyü arasında münasibətlərin “necə ola bilməsi” və “necə olmalıdır” kontekstin- dən yanaşmış, müasir ailə haqqında ən çətin məsələlərdən birinə ay- dınlıq gətirməyə çalışmış, nəyin norma, nəyin normadankənar hal olduğunu müəyyən etməyə səy göstərmişlər. Ailədə uşaqların öz qabiliyyətlərini tam inkişaf etdirməsi və reallaşdınlması üçün onlar qayğıkeş sosial əhatədə yaşamalıdırlar. Normal ailə şəraitində yaşa- yan uşaqlarm uğurları ilə uşaq evlərində böyüyən uşaqları müqayisə etdikdə, ailə amillərinin əvəzsiz rolu bir daha öz təsdiqini tapmış olur. Əlverişsiz inkişaf mühiti təbii olaraq uşağın bir çox cəhətdən normal inkişafdan geridə qalmasına səbəb olur. Uşaqlıq illərində ai- lə və valideyn himayəsi altında böyüyən uşaqlarda inam və etibar, güvənclik hissləri yüksək, uşaq evlərində tərbiyə olunanlarda isə hə- yatdan küskünlük, kədər, gələcəyə inamsızlıq hissləri güclü olur.
Rus sosioloqu İ.S.Kon qeyd edir ki, uşaqların formalaşmasın- da cəmiyyətin ilkin özəyi, sosializasiya amili kimi ailənin rolu həd- sizdir. Ailənin dağılması haqqında söhbətlərdə, adətən üç mühüm cəhət nəzərə alınmır. Birincisi, yalnız vasitəsiz, birbaşa valideyn nəvazişi və qayğısı uşağın öz həyatınm, xüsusilə, ilk illərində böyük ehtiyac duyduğu emosional istiliyi təmin edə bilər. İkincisi, ailə yalnız valideynlərlə övladlar arasında deyil, həm də müxtəlif yaşlı övladların öz aralarında müsbət emosional əlaqələrin yaranmasını təmin edən ilkin qrupdur. Ailədə uşaqlar tədricən yaşlılarm mürək- kəb ailəminə daxil olmaqla ilk sosial təcrübəyə yiyələnirlər. Ən yaxşı uşaq evlərində böyüyən kiçik yaşlı uşaqların özləri belə, ailə- də böyüyən öz həmyaşıdlarından bir çox cəhətdən geridə qahrlar.
Yaşlıların açıq söhbətlərindən təcrid olunan uşaqlar sonralar həyatın bir çox məsələlərindən baş çıxarmaqda, xüsusən yaşlılarla ünsiyyət- də, pul qazanmaqda və xərcləməkdə çətinlik çəkirlər. Üçüncüsü, uşaqlara qarşı valideynlik hissləri və qayğısı fərdi şəxsiyyət kimi zənginləşdirən təbii insani hisslərdir.
Ailənin tərkibi və ya strukturu ilə əlqədar sosial psixologiyada müxtəlif təsnifatlar mövcuddur:
“Doldurulmuş ailə”-öz tərkibinə görə genişlənmiş ittifaq; ər-arvad cütlüyü və onların uşaqları, onlarla birgə və ya sıx əlaqədə yaşayan və ailənin strukturunu təşkil edən başqa nəsildən olan vali- deynlər və qohumlar (məsələn, baba, nənə, dayı,xala, bibi.)
“Qarışıq ailə”-yeni nikah və boşanma nəticəsində yenidən təşkil olunmuş ailədir. Qarışıq ailə öz tərkibində doğma olmayan valideynləri və əwəlki nikahdan olan ögey uşaqları da birləşdirir.
“Valideyn ailəsi-tənhalıq”.Belə ailələrdə boşanma, ailəni tərketmə, cütlüklərdən birinin ölümü və ya rəsmi nikahın bağlanma- ması səbəbindən uşaqlar valideynlərdən biri ilə yaşayırlar.
Rus sosioloqları A.İ.Antonov və V.M.Medkov tərkibinə görə ailənin aşağıdakı tiplərini fərqləndirirlər: