Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


Məhəbbətin “optimistik” modelləri



Yüklə 0,8 Mb.
səhifə41/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Məhəbbətin “optimistik” modelləri ABŞ psixoloqu A.Mas- lou (1908-1970) və humanistik psixologiyamn digər nümayəndələri tərəfindən irəli sürülmüşdür. Bu modellərdə məhəbbət qorxunun aradan qaldırılması və tam psixoloji komfortun yaradılması amili kimi səciyyələndirilir. “Optimistik” modellərin güşə daşı sevənin sevgi obyektindən asılı olmadığı haqqında təsəwürlərdən ibarətdir. A.Maslounun tərtib etdiyi “insan təlabatlarının piramidasında” mə- həbbətə mənsub olmaya təlabat üçüncü pillədə qərar tutmuşdur. Ab- raham Maslounun nöqteyi-nəzərincə, “Xoşbəxtlər” təhlükəsizliyə, olan təlabatlarını uşaqlıq illərində, mənsub olmaya və məhəbbətə olan təlabatlarını isə yeniyetməlik illərində təmin edirlər. Özünü aktuallaşdırmaya olan təlabat isə 50 yaşlarında təmin edilir. “Opti- mistik” nəzəriyyələrin tərəfdaşlarmm fikrincə, belə məhəbbət insam xoşbəxt edir və onun şəxsi inkişafma stimul verir. Rus psixoloqu L.M.Pankova məhəbbətin üç mərhələsini fərqləndirir: a) Birinci- maraq, simpatiya, həzz. Bu halda sevən şəxs “O, mənim xoşuma gəlir”-deyə sevgi obyektinə münasibətini etiraf edir. Bu ilk yaxın- laşma, oğlanla qız arasında dostluq üçün kifayət qədər yetərli amildir. İlk tamşlıq və dosrluq əsasmda qurulan bu münasibətlər uzunmüddətli, şərtləndirilməmiş, romantik və ya maraqsız ola bilər. Bu münasibətlər həmişə xoşagəlimlidir, insanın əhval-ruhiyyəsini yüksəldir, lakin hələlik heç nə vəd etmir. Əgər kim isə sənin xoşuna gəlirsə və bu qarşı tərə.fdən də qəbul edilirsə, insanm həyat tonusu, yaşamaq eşqi artır, şəxsi özünütəkmilləşdirmə təlabatları aktuallaşır. b) İkinci -mərhələdə valeh olma, vəcdə gəlmə, vurulma və ehti- raslar baş qaldırır. Bu hisslər artıq müəyyən gərginlik və közərmə yaradır, onlar insanı daim həyəcanlandırır, lakin yorur,əldən salır və öz qarşılığım tələb edir. Ehtiraslı vəziyyətdə yaşamaq insan üçün çətinlik yaradır. Ehtiraslar ya sönməli, ya da həzzalma ilə əvəzlən- məlidir. Əgər sevən gənclərdən birinin hissləri hədsiz alovlanır, də- rinləşərək və qarşı tərəfin hisslərindən, qarşılıqlı simpatiyadan özü- nün gücü ilə fərqlənirsə, tamşlıq və ya dostluq münasibətləri real məhəbbət romanına çevrilmiş olur. Bu halda sevən oğlan və ya qı- zın davranış mədəniyyəti onların tərbiyəsindən, iradi keyfiyyətlərin- dən, mənəvi yetkinlik və s. yəni, şəxsiyyət keyfiyyətlərindən asılı- dır. c) Üçüncü mərhələdə pərəştişetmə, hörmət və sədaqət ön plana çıxır. Məhəbbəti, ehtirası sirr, müəmma, yolunuazma kimi sı- naqdan keçirmək olar, lakin insana hörmət etmədən onu sevmək ol- maz. Bu mərhələdə məhəbbət sevən şəxsləri nikaha daxil olmaq haqqında qərar qəbul etməyə gətirib çıxarmış olur. Qeyd olunan bu üç mərhələdən keçən məhəbbət həm də həyat boyu davam edən fər- di intim hissdir. “Kişi və qadın bir-birinə müxalif qüwədir. Adına pozitiv-neqativ də deyə bilərsən, nə istəsən deyə bilərsən. Kişi-qa- dın iki fərqli varlıqdı, həmişə rəqabətdədirlər. Ancaq sevişən zaman onlar birləşib gözəl, əvəzsiz duyğular yaradırlar. İki fərqli cərəyanm birləşib böyük enerji qüvvəsi yaratması kimi”. [38,s.82]

Rus psixoloqu L.Y.Qozmanın fikrincə, emosional münasibət- lərin, o cümlədən məhəbbətin meydana gəlməsini şəxsiyyətlərarası attraksiya (birinin digəri üçün cəlbedici olması) ilə izah etmək olar. O, şəxsiyyətlərarası attraksiyanm emprik səviyyədə öyrənilməsinin nəticələrinə istinad etməklə, seçdiyi obyektə öz müsbət münasibə- tini ifadə edir. Lakin bir sıra psixoloji tədqiqatların nəticələri belə qənaətə gəlməyə əsas verir ki, məhəbbət əsasında qurulan nikahlar heç də stabil nikahlar sırasında liderlik təşkil etmir. Məsələn,

S.V.Kovalev belə hesab edir ki, tamşlıq əsasında qurulan ailələr sevgiyə əsasən qurulan ailələrlə müqayisədə daha davamlıdır. Onun fikrincə, məhəbbəti gözləmək, hətta ailədə onun mövcudluğu ər-ar- vad münasibətlərinin məhv olmasına gətirib çıxanr. Müəllif öz fik- rini onunla əsaslandırır ki, insan yaşlaşdıqca uşaqlara və heyvanlara xas olan ətraf aləmi emosional qiymətləndirmək xüsusiyyətini itirir. Məhəbbət və nikahı eyniləşdirmək olmaz. Məhəbbət nikah olmadan, nikah isə məhəbbət olmadan da mümkün ola bilər. Mə- həbbətlə nikah arasında tam uyğunluq və tam fərqlilik yoxdur, uzunmüddətli tarixi dövr ərzində onlar ayrılıqda mövcud olmuşlar. Z. Freyd yazırdı ki, məhəbbət, seksuallıq məsələlərində mədəniyyət, sosiallaşma demək olar ki, heç şey etməmişdir. Sivilizasiya bu mü- nasibətlərə bəzək-düzək vursa da, mahiyyət dəyişməz qalmışdır.

Maddi təminat, uşaqlara qulluq və s. problemlər ailədə “xəyal qırıqlığına”, “sevginin ölümünə” səbəb olur ki, bu da müəyyən şəxslərdə nikahdan kənarda sevgi tərəfdaşı axtarmağa, ər-arvad sə- daqətsizliyinə, xəyanətə səbəb olur. “Məhəbbətin fetişləşdirilməsi, sevimli olmaq istəyi və sevmək bizi səbrsizliklə bu gözəl hissi axt- armağa sövq edir”- S.V.Kovalevin bu fıkri ilə tam yox, qismən razı- laşmaq olar. Həyat təcrübəsi bir çox hallarda bu fıkirləri təsdiqləyir, lakin bəzi hallarda nikahaqədərki ehtiraslı sevgi heç də gələcəkdə uğurlu ailə həyatına zamin ola bilmir. Güclü emosiyalar tərəfdaşla- rın şəxsi xüsusiyyətlərinə uyğun seçim aparmalarına mane olur və ya onlan ikinci dərəcəli mövqeyə sıxışdırır, qarşılıqlı anlama və qarşılıqlı münasibətlərin dəqiqliyini azaldır, tərəfdaşların ideallaş- dırılmasına yol açır. Disfunksional ailələrdə nikaha daxil olmanm motivləri sahəsində tədqiqatlar aparmış tanmmış psixoterapevtlər E.Q.Eydemiller və V.Yustickis belə qənaətə gəlmişlər ki, belə ailə- lərdə valideynlərdən-qaçma zərurət, tənhalıq, valideynlərin təşəbbü- sü, məhəbbət, nüfuz, maddi rifah axtarışı və s. amillər aparıcı yer tu- tur. “Valideynlərdən qaçma” motivi adətən valideynlərin hakimiy- yətinə qarşı passiv qiyamın, həyatı bütün reallığı ilə qavramaq qabi- liyyətinin olmamasınm təzahürüdür. “Zərurət” motivi adətən onu əks etdirir ki, qız hamilə qalmış və ya cinsi yaxınlıq günah hissinə səbəb olmuşdur. “Tənhalıq” motivi əsasında nikaha daxilolma hal- larına əsasən yaşayış yerini dəyişən insanlarda təsadüf olunur. Yeni yaşayış yerində tənha yaşayan insanlar ya özlərinin əwəllər tanıdığı qız və ya oğlanlar, ya da xidmətçi və ya qız sahibəsi olan qadının təklifi ilə intim münasibətlər qururlar. (“Sən tənha yaşayırsan, qonşuluğunda evin yeganə övladı olan bir qız var. O, da sənin kimi çox yaxşı və tənhadır, bax...”).

XX əsrdə məhəbbətlə seksuallığın vəhdəti və qarşıhqlı əlaqəsi Avstriya psixiatrı Ziqmund Freydin əsərlərinin əsasını təşkil etmiş- dir. Freydə görə, məhəbbət ruhi başlanğıcı istisna edən irrasional anlayışdır. “Süblimasiya nəzəriyyəsi”ndə o, ibtidai cəmiyyətdəki seksuallığı bəşəriyyətin inkişafımn əsas stimuJlarından biri hesab et- mişdir. Freydin nəzəriyyəsini inkişaf etdirən neofreydistlər, sonralar məhəbbəti xalis bioloji instinktdən fərqli oJaraq, sosial və mədəni hadisə kimi dəyərləndirmişlər.

Amerikan psixoloqu Dorotti Tennov “JMəhəbbət və məftun- luq” adlı lcitabmda ehtiraslı romantik məhəbbəti, sələflərimizin ço- xalma qabiliyyətini ümumi uşaqların tərbiyəsini təmin edən kor bio- loji mexanizm kimi təqdim edir. O, məftunluğu əsil sevgi hesab et- mir, əksinə, bİr sıra simptomları olan xəstə hal kimi səciyyələndirir. Onun fıkrincə, belə vəziyyətdə insanın beynində daim sevgi obyekti haqqında anlaşılmaz fıkirlər dolaşır, qarşı tərəfın cavab hissinə kəs- kin təlabat yaranır, qarşılıqlı İntim əlaqə zamanı eyforik duyğular baş qaldırır, obyektin təhrif olunması müşahidə olıınur. Belə sevgi anında iıısan qarşı tərəfın müsbət keyfiyyətlərini hədsiz şişirdir, onun neqativ, qüsurlu xüsusiyyətlərini ya görmür, ya da onları əhə- miyyətsiz hesab edir, sevgi obyektinə qarşı güclü seksual oyanma baş qaldırır. V.A.Suxomlinski yazırdı: “Əgər oğlan qızda yalmz on- un zahirindəki dəyişiklikləri kəşf edirsə, əgər onun gözünə yalnız ikinci cinsiyyət əlamətləri dəyirsə, bu, artıq boş qəlbə abırsızlıq zə- hərinin daxil olduğu yarıqdır”. [42,s.86]

D.Tennov seksual həzzalmanı bu cür məhəbbətin əsası oldu- ğunu vurğulayır və “məhəbbət xəstəliyini” sağalmaz xəstəlik hesab edir. Müəllifə görə, sevgidən xilas olmağm iki dərmanı var: obyekt- lə hər cür əlaqələri qəti şəkildə kəsmək və ya münasİbətlərə başla- maq. Birinci üsul olduqca çətin və ağrılı bir üsuldur, adətən mümü- künsüzdür və depressiyaya səbəb olur, lakin normal, öz hisslərinə hakim olmağı bacaran və iradəli adamlar bu üsulun üstünlüyündən bəJırələnə bilirlər. “Məhəbbət xəstəliyi” belə halda adətən 1-4 il ər- zində “sağalır”. Təsadüfi deyil ki, insanlarm əksəriyyəti məhz 4 il ərzində bir-birilərindən soyumağa və ayrılmağa nail ola bilmirlər. Bununla belə, Tennov “məhəbbət xəstəliyi”ndən qurtuluşun heç də mümkün olduğuna pessimist yanaşmır, sevgini və intim münasibət- ləri pessimistcəsinə proqnozlaşdırmır. O, məhəbbətin “sadiq məhəb- bət’’ kimi növünü də fərqləndirərək qeyd edir ki, məhz bu cür mə- həbbət nadir hallarda monoqam cütlüklərə müyəssər olur və onlar bütün həyatları boyu birgə xoşbəxt həyat sürməyə nail olurlar. Belə məhəbbət daha “sabitdir”: onun üçün mübtəla olmaq səciyyəvi de- yildir və o, dəlicəsinə sevgiyə bənzəmir. Məşhur Şərq həkimi, riya- ziyyatçı və fılosofiı Əbu Əli İbn Sinanı yataq xəstəsi olan gənc şah- zadənin yanına gətirirlər. Heç bir həkim bu gəncin dərdinə çarə tapa bilmirmiş. İbn Sina oğlanın yeməyinin, yuxusunun necə olması ba- rədə suallar verir. Cavab verirlər ki, nə yeyir, nə yatır, gözümüz gö- rə-görə günü-gündən şam kimi əriyir. İbn Sina gənc şahzadənin nəbzini tutub ona bir neçə sual verir. Nəticədə məlum olur ki, gənc oğlan bir qıza vurulubmuş. İbn Sina onu tez evləndirməyi məsləhət görür. Belə də edirlər və çox keçmədən oğlan tam sağalır. Əbu Əli İbn Sina qeyd edir ki, sevgi melanxoliyaya oxşar bir xəstəlikdir: yə- ni o, əksər halda güzli saxlanılır. Sevgi predmetinin təyin edilməsi müalicə vasitələrindən biridir.

Alimlərin bir çoxu romantik məhəbbəti adi, bayağı fızioloji nöqteyi- nəzərdən tədqiq etməyə təşəbbüs göstərmişlər. Onlar ro- mantik duyğuların insanlarda hansı biokimyəvi proseslərə səbəb ol- duğunu araşdırarkən maraqlı nəticələr əldə etmişlər. Məsələn, eks- perimentlərin birində gənc jurnalist qız gənclərə yaxınlaşmış və mü- sahibədən sonra öz telefon nömrəsini onlara vermişdir. Romantik maraq kişiləri həmin qıza dəfələrlə zəng etməyə təhrik etmişdir. Bu zaman romantik oyanmanın emosional gücü o qədər yüksək olmuş- dur ki, bu, dağ çayından keçmək üçün tələb olunan fiziki yiikə bə- rabər tutula bilər. Bir çox hormonlar və maddələr məhz sevgi ilə bağlıdır.

Romantik ehtiras zamanı insan beynində olduqca az miqdarda feniletilamin adlı maddə hasil olur. Məhz həmin maddə “ağılsız” məhəbbət hissinin baş qaldırmasını situmullaşdırır. Bu maddənin tə- siri o qədər güclüdür ki, onu kakoin və ya stimulyatorlar sinfınə aid edilən digər narkotiklərlə müqayisə etmək olar. Onun təsiri ilə in- sanda sevgi zamanı eyforik və seksual oyanma ehtirtası və cinsi əl- aqə arzusu baş qaldırır. Feniletilaminin təsiri müvəqqətidir və insan ona alışdığmdan sonralar əwəlki təsirə malik “kimyəvi reyaksiya” doğurmur.

Həm kişilərdə, həm də qadınların beynində cinsi oyanma və həzzalmaya səbəb olan oksitoksin adlanan hormon hasil olunur.

Bu hormon körpə uşaqları əmizdirən qadınlarda südün yaranmasım stimullaşdırır. O, toxunma zamam cinsi hissiyatın baş qaldırıl- masına, erotik həvəsin yüksəlməsinə səbəb olur. stresslərə qarşı güclü müqavimət qabiliyyətinə malikdir. Yaxın adamlarda ünsiyyət zamanı taktil əlaqə olduqda (əllə, dodaqla) qanda oksitoksinin miq- dar artır.

Mütəxəssislərin fıkrincə, feniletilaminin təsir gücü itdikdə, oksitosin insanı başqasına bağlamaq və intim münasibətləri saxla- maq qabiliyyətinə malikdir.

Psixoloq Zik Rubin romantik məhəbbətin bağlılıq, qayğı və intimlik olmaqla üç elementdən ibarət olduğu fikrini irəli sürmüş- dür. Onun qənaətinə görə, bağlılıq başqa adamla fıziki yaxınlığa, bəyənilməyə və qayğıya təlabatla şərtlənir. Məsələn, insan tənha ol- duqda və ya əhvalı pisləşdikdə dərhal dərdini bölüşmək sevdiyi insanın dəstəyinə, ehtiyac duyur, onunla görüşmək,dərdini bölüş- mək arzusunda olur.

Qayğı öz şəxsi təlabatlarından daha artıq başqa adamların xoşbəxtliyinə və təlabatlarına həssaslıq göstərmək və yardım əlini uzatmaqdır. Qayğı hissi bizi başqa adamların maraq və ehtiraslarım ön plana keçirməyə məcbur edir, ona kömək göstərməyə təhrik edir. İntimlik iki insanı birləşdirən ümumi fıkirləri, istək və hissləri ifadə edir. Intim münasibətlər nə qədər dərin olarsa, inasanlar arasında etibar, inam, ideya və emosiyaları bölüşmək təlabatı bir o qədər çox olar. Zik Rubin qeyd olunan 3 element əsasında test tərtib etmişdir ki, həmin test vasitəsilə insanlar arasında “məhəbbətin gücü”nü ölçmək və qiymətləndirmək mümkündür.

Tanmmış Kanada sosioloqu Con Alan Li özünün “Məhəbbə- tin rəngləri” kitabında romantik məhəbbətin mahiyyətinə deyil, onun rəngarəngliyinə diqqət yetirmişdir. O, məhəbbəti rəngli dairə ilə müqayisə edir. Bu dairədə üç əsas rəng vardır ki, bu da üç əsas məhəbbət üslubunu əks etdirir. Li bu rəngləri yunanca Eros, Ludos və Storge adlandırır. Eros- ideal insana məhəbbəti, Ludos -məhəb- bəti oyun, əyləncə kimi, Storge isə -onu dostluq kimi ifadə edir. Məhəbbətin rəng çalarlan ilə anologiyasım axtaran Li üç əsas rən- gin kombinasiyası vasitəsilə əlavə rənglər yaratmağın mümkünlüyü fikrini irəli sürür. Məsələn, məhəbbət palitrasında Eros və Ludosu qarışdırsaq, sırtıq məhəbbət-Manuya alınar. Əgər Ludos və Storgeni qarışdırsaq, praktik və realist məhəbbət- Praqma, əgər Eros və Stor- geni qarışdırsaq, onda Aqape - mərhəmətli və təmənnasız məhəbbət alınar.

Məhəbbət psixologiyası”nm klassiklərindən biri Eleyn Hitfıld öz həmkarları ilə birgə iki tip məhəbbəti fərqləndirirdi: mərhəmətli və ehtiraslı. Ehtiraslı məhəbbət güclü və idarəolunmaz emosiyalarla bağlıdır. Hitfıldə görə, ehtirash, coşğun məhəbbət bizim tərbiyəmiz- dən və təsadüfı şəraitdən asılıdır. Yaranmış şərait və ya insanın hər hansı şəxsiyyət xarakteristikası ona bu şəraitin “romantik” olduğu ba- rədə siqnal verir və beyin “vurulmaq” siqnalı alır.

Mərhəmətli və rəhmli məhəbbət keyfıyyətcə başqadır. Idealda ehtiraslı məhəbbət mərhəmətli məhəbbət mərhələsindən keçməlidir. Belə məhəbbət ümumi dəyərlərə əsaslamr və onu məhəbbət -dost- luq da adlandırmaq olar. Bu zaman insanlar sadəcə olaraq ünsiy- yətdə olmaqdan, vaxtlarım birlikdə keçirməkdən həzz alırlar. İdeal məhəbbətdə ehtiraslı və stabil məhəbbət-dostluğu birləşdirmək is- təyi mümkün olan, lakin çox nadir bir haldır. Məhz buna görədir ki, ehtiraslar söndükdən sonra həyati xoşbəxtliyi davam etdirmək yal- mz mədəni - mənəvi dəyərlər ümumiliyinə və dünyaya ümimi baxışlan olan cütlüklərə müyəssər olur.

Məhəbbətin dialektik və mürəkkəb bir fenomen olması bəşər cəmiyyətinin bütün inkişafı tarixi boyunca müxtəlif xalqların dillə- rində çoxsaylı adlandırılmalarına gətirib çıxarmışdır. Məhəbbətin ayrı-ayrı tiplərinin fərqli izahına hələ qədim yunan dilində rast gəli- nir. “Eros”- səcdə formasında coşğun, məftunluq məhəbbət obyek- tinə “aşağıdan yuxarıya” doğru yönəlmiş şikayət və ya mərhəmətə yer olmayan məhəbbətdir. “Filia”-sosial əlaqələr və şəxsi seçimlə şərtlənmiş məhəbbət-dostluq və ya məhəbbət-mərhəmət, “Storge”- məhəbbət -zəriflik. (xüsusən ailədə), “Aqape”-özünü qurbanvermə, şərtsiz məhəbbət, xristianlıqda Allahın insana məhəbbətdir.

Yunanlar məhəbbətin “Lyudus”, “Manuya”, “Praqma” ol- maqla üç tipini də fərqləndirirlər:

  • Lyudus” - cinsı həzzalmaya əsaslanan məhəbbət-oyun;

  • Manuya” - kəskin ehtiras və sevgidən yaranan qısqançlıq- dır. Qədim yunanlar Manuyam “Allahdan gələn ağılsızlıq” hesab edirdilər.

• “Praqma” - ürək bağlılığma deyil, ağıl və məntiqə əsasla- nan, fayda və rahatlıq əldə etmək təlabatı ilə şərtlənmiş məhəb- bətdir.

Rus psixoloqu V.S.Solevyev məhəbbəti hər bir canlı varlığm həyatı qarşılıqlı davam etdirmək üçün başqa bir varlıqla həzzalma məqsədilə yaxmlaşması kimi mənalandırır.

Ürək və ağıl insanm dünyaya açılan qanadlarıdır. Dünya isə insan üçün nə mərhəmətli dayə, nə də qəddar və hiyləgər iblisdir. Ən böyük özünütəsdiq ətrafmda gözəl mühit yaratmaqdır. İnsanm həyat və başqaları qarşısında mənəvi öhdəlikləri çox böyükdür.

Dünyanın heç bir ölkəsinin Konstitusiyasında sevgi azadhğı hüququndan söhbət getmir. Azadlıq dərk olunmuş zərurət kimi müəyyən psixoloji proseslərə, konplekslərə malik olan anlayışdır. O, insanm iradi keyfıyyətlərini, intellektual inkişaf səviyyəsini əks etdirir.

Z.Freydə görə, insanın davranışı ictimai inkişaf qanunları ilə deyil, irrasional, yəni şüursuz psixi qüvvələr tərəfındən idarə olu- nur. Şüurdankənar sfera öz enerjisini onun əsasında duran ehtiras, şəhvət və arzulardan, başlıcası isə, cinsi və məhvermə instinktlə- rindən alır. Təhtəlşüurun I prinsipi məmnunluq, razılıq prinsipidir. Bu da ağrı və əziyyətdən qaçmaq, nəşəyə və keyfə can atmaqdır. Hər bir canlı orqanizmdə cinsi aclıq enerjisi var. Onun təmin edil- məməsi psixi-əsəb xəstəliklərin yaranmasının əsas səbəbidir.

Avropada ötən əsrin 60-cı illəri iııgilis gəncləri arasında Xippi hərəkatı- ibtidai həyat tərzinə qayıdış kimi xatırlanır. Meşələrə, mağa- ralara çəkilən bıı gənclər 1964-cü ildə İngiltərənin Liverpul şəhərində təsis qurultayı keçirdilər. Onlarda cünsi əlaqə heç bir qohumluq nəzərə almmadan həyata keçirilirdi. Psixatrların fıkrincə, psixi xəstəliklərin əsas mənbəyi sevgi azadlığı qarşısında duran maneələrdir. Çünki insan daim həzz axtarışmdadır.

Platon hissi və mənəvi məhəbbəti fərqləndirir, hissi aşağı, mənə- vini isə yuxan pillə adlandırırdı. Birinci pillədə ehtiras və həvəs, ikinci pillədə isə platonik, yəni maksimum mənəvi məhəbbət yaranır. İntellektual məhəbbətdə hisslə ağıl birləşir, affektlər tənzim olunur.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin