Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə42/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Cinsi məhəbbət eros-həzz almaq ehtirasıdır. Cinsi instinktin subliamasiyasmı alman fılosofu Şopenhauer məhəbbət, “fızoloji

instinkt” adlandırmışdır. Onun qənaətinə görə bu instinkt insanı xoşbəxt olmaq xülyası ilə əyləndirir, əsir və köləyə çevirir, öz pən- cəsində saxlayır. Həzz almaq ehtirası ər-arvad sədaqətini pozmağa yönəlmiş güclü meyldir.

İnsan məhəbbəti -ruhların, qəlblərin, cismin, ağlın, idealların, borc və xoşbəxtliyin ittifaqıdır. Əsil məhəbbət böyük, müqəddəs borc, bütün həyat boyu başqasınm taleyi qarşısında məsuliyyətdir.




Şəkil 7
Məhəbbət dostluq. zə- riflik. tərəfdaşın fərdiyyətini anlama və qəbuletmə, onun daxili ləyaqətini tamma de- məkdir. E.Fromm məhəb- bətə bacarıq, hiss və iradi akt kimi baxır, “məhəbbəti öyrənmək, onun nəzəriyyə və təcrübəsinə tədricən yi- yələnmək lazımdır” - deyir- di. Yetkin məhəbbət ən mühüm insan emosiyalardan biridir. Mə- həbbət başqa adam haqqmda qayğım, səmimiliyi, hörməti və anlamam səciyyələndirən fəal qüvvədir.

Erotik məhəbbətin əsl, həqiqi məhəbbət olması üçün insan öz varlığım sevdiyi kimi, başqasmın da varlığını sevməli və onun ləya- qətinə dəyər verməyi bacarmalıdır. Məhəbbət yalmz hiss deyil, həm də qərar, əhd-peyman, mühakimədir. Aşiq olma seçilən tərəfdaşın xarici görünüşünə, məsələn, gözlərinə vurulmaq, ictimai vəziyyətinə diqqətin cəmləşməsi ilə xarakterizə olunur. Qismən məhəbbət situa- siyasında cütlüklər arasında münasibətlər əsasən tərəfdaşların bir- birindən seksual həzzalması əsasında qurulur. Bu halda əsl məhəb- bətdən deyil, neqativ cinsi meyldən bəhs etmək yerinə düşərdi. “Məhəbbət hiyləsi” adlandırılan bu hal əsl məhəbbətə heç də aid edilməyən aşiqanə vurğunluq hesab edilir. Buna bir neçə misal göstərmək olar: a) Natamamlıq hiyləsi. Özünə inamı itimiş, şəxsiy- yətlərarası münasibətlər qurmaqda uğursuz olan adam ona xoş mü- nasibət bəsləyən, qayğı və diqqət göstərənləri onu sevən adamlar ki- mi dəyərləndirir. b) Mərhəmət hiyləsi. Bu hiylənin toruna adətən himayəçi qadın və kişilər “düşürlər”. c) Seksual komfort. Bu hiylə

seksual harmoniyam ər-arvad harmoniyasmın əsas determinantı he- sab edənlərin əlində bayraqdır. Intim münasibətlərdə harmoniyanı onlar yanlış olaraq sevgi kimi izah edirlər. Xüsusən, əhəmiyyətli fəaliyyət növlərində maraqlann ümumiliyi də məhəbbət kimi qəbul edilə bilər. Ailə qurmaqla insanlar sevgiyə, uşaqlara, ümumi sevinc və kədəri bölüşməyə, ünsiyyətə olan kompleks təlabatlarını təmin etməyə cəhd göstərirlər.

Ailə münasibətləri qadın və kişi, oğlan və qız arasındakı qarşılıqlı seçimlə bilavasitə bağlıdır. Belə ki, insanları şəxsi müna- sibətlər zəminində qarşılıqlı seçim zamanı yaranan problemlər, bu münasibətlərin uğurlu olub-olmaması, yaranan uğursuzluqların sə- bəbləri düşündürür. [35,s.230]

Ailənin təşkil olunması gələcək cütlüklərin yalnız nikah haq- qında ideal təsəwürlərinin reallaşması deyil, həm də əwəlcə iki nə- fərin, sonra bir neçə müxtəlif xarakterli, rəngarəng xasiyyətli insanlar arasında fasiləsiz danışıqlar, ümumi rəyə gəlmək, çətinlikləri, mü- naqişə və mübahisələri aradan qaldırmaq deməkdir. Nikahdakı uğur- suzluqlann kökündə bir çox cəhətdən düzgün seçilməmiş, bir-birini tamamlamayan tərəfdaşlar dayanır. Nikaha daxil olan tərəfdaşlar bir- birinə yalnız yaşına, ictimai vəziyyətinə və mənşəyinə görə deyil, həm də dini, bİoloji, mədəni baxışlan, dəyərlər sistemi, sərvət meylləri, zövq və təlabatları baxımından da uyğun olmalıdırlar. İslam dinində aiiə qurmaq və evlənmək Allah yanında qoyulacaq layiqli təməl hesab olunur, evlinin qıldığı iki rükət namazın subaym qıldığı yetmiş rükət namazdan üstün olduğu bildirilir.

N.Tusi “Əxlaqi-nasiri” əsərində yazırdı: “Qadını gözəlliyi xa- tirinə almaq doğru deyildir. Gözəlliklə iffət az halda bir yerdə olur- lar, çünki gözəl qadına gözü düşən çox olar, ağıllarının zəifliyindən davam gətirə bilməyib gönü suya verərlər. Belə evlənmələrin aqi- bətləri ya qeyrətsizliklə yaşayıb rüsvayçılıqla ölmək, hər iki dün- yada biabır olmaqla, ya da mal-dövlət sərf edib müxtəlif tədbirlərə əl atmaq, qəm və kədərə batmaqla nəticələnir [37,s. 164]

Yetkin gənclik dövründə romantik sevgi realistik sevgi ilə əvəz olunur, iki “mən” bir “biz”ə çevrilir. Nikahın bağlanması ilə iki müxtəlif fərdi talelər birləşir. “İlkin sevgi hissinin itirilməsi, hə- yata fərqli baxışlar, kobudluq, qısqanclıq, şübhələr, inamsızlıq zə- minində yaranan şəxsi ziddiyyətlər ailə həyatına olduqca mənfı təsir göstərir” [35}s.34]

Gənc ailələr yarandıqdan sonra nikahın başlanğıc mərhələsi qarşılıqlı adaptasiya və inteqrasiya iiə səciyyəiənir. Bu dövrə qar- şılıqlı ünsiyyət üslubuna uyğun olaraq şəxsi mövqeləri uzlaşdırmaq bacarığı mühüm şərtdir. Gəlin köçən qızın yeni ailənin iıəyatına uy- ğunlaşmasında xeyli çətinliklər meydana çıxır. Dözümliiiük, ailənin yaşlı üzvlərinə səmimi hörmət, başqasımn ləyaqətinə həssashq, qar- şılıqlı güzəşt və səbr, real birgəyaşayış şəraitində cütlüklərin psixo- logiyasına və daxili vəziyətinə ciddi təsir göstərir.

Məlumdur ki, ər-arvad münasibətləri əhəmiyyətli dərəcədə ailənin digər üzvləri və qohumların təsirİ ilə bağlıdır. Burada gənc xantmın daxil olduğu yeni ailədə qaynana, baldız kimi yeni qo- humlarla münasibətlərə həssas yanaşmaq tələb olunur. Qaynanalar gənc ərlə arvadın arasına girməməli, özlərinə aid hər bir şeyi özləri həll etməlidir. Gənc xanımın qohumlarınm da yeni qurulmuş ailənin həyatma yersiz müdaxilələri sonda xoşagəlməz və ağır nəticələrə səbəb olur.

  1. Nikaha daxil ohrıanın risk amilləri

Ailənin hüquqi əsası olan nikah kişi və qadın arasında əlaqələ- rin, birgəyaşayışın, seksual portnyorluğun və uşağın dünyaya gəl- məsi ilə nəticələnən intim miinasibət formalarının legitim etirafıdır. Nikah -kişi və qadın arasında cəmiyyət tərəfındən təsdiqlənən, on- lann bir-birinə və uşaqlarma nəzərən hüquq və vəzifələrini tənzim- ləyən münasibətlər formasıdır. Azərbaycan Respublikasınm “Ailə Məcəlləsi”ndə qeyd olunur ki, nikah kisi ilə qadının ailə quntıaq məqsədİlə müvafıq icra hakimivvəti orqanında qeydivvata alınan könüllü ittifaqıdır [l,s.4]. Ailənin mahiyyətinin daha dolğun anlaşıl- ması üçün onun müəyyən məkanda lokallaşmasını (yaşayış yeri, ev, mülkiyyət və s.) və ailənin iqtisadi bünövrəsini - valideyn və uşaq- ların məhdud məişət və iaşə hüdudlarından kənara çıxan iqtisadi əsaslarım nəzərə almaq lazımdır. Son illər nikaha daxil olanlar ara- sında “nikah müqaviləsinin” bağlanması təcrübəsi genişlənmək- dədir. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağ- lanan, nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hü- quqlarını və vəzifələrini müəyyən edən sazişdir. [1 ,s. 13]

2014-cü ildə Azərbaycan Respublikasının “Ailə Məcəlləsi”nin 13-cü maddəsinə dəyişiklik edilərək nikahdan öncə tərəflərin könüllü tibbi müayinədən keçməsi könüllülükdən məcburililiyə doğru də- yişdirilmişdir. Bu dəyişikliyə əsasən nikaha daxil olmaq istəyən şəxs- lər qeydiyyat şöbələrinə (VVADQ) öz ərizələri ilə bərabər tibbi müa- yinədən keçdiklərini təsdiq edən arayış da təqdim etməlidirlər.

Ailə münasibətləri qadın və kişi, oğlan və qız arasındakı qar- şılıqlı seçimlə bilavasitə bağlıdır. Belə ki, insanların şəxsi münasi- bətləri zəminində qarşılıqh seçim zamam yaranan problemlər, bu münasibətlərin uğurlu olub-olmaması, yaranan uğursuzluqlarm sə- bəbləri çoxlarını düşündürür. Əgər məsələyə “insanın ümumi təlabatları” nəzəriyyəsinin tərəfdarı olan tədqiqatçıların mövqeyin- dən yanaşsaq, burada da fıkirlər kifayət qədər şaxələnir. Tanınmış ABŞ psixoloqu Abraham Maslou (1908-1870) şəxsi qarşılıqlı mü- nasibətləri insan təlabatlarının mürəkkəb ierarxiyasına müncər edir, tərtib etdiyi “İnsan təlabatlarmın ierarxik diaqramı”nda məhəb- bətə təlabatı, fızioloji təhlükəsizliyə olan təlabatlardan sonra üçüncü səviyyədə yerləşdirir. O insanların çoxsaylı təlabatlarını 5 əsas qrupda cəmləşdirir və 7 əsas prioritetini qeyd edir. A.Maslounun fıkrincə “Xoşbəxtlər fızioloji və təhlükəsizliyə olan təlabatlarmı uşaqlıq dövründə, məhəbbətə olan təlabatlarmı isə yeniyetməlik yaşı dövründə təmin edirlər. Digərləri (məsələn, Z.Freyd) insanın qeyri-şüuri yaşantılarım bütün fəsadların səbəbi kimi təqdim edirlər. Nəhayət, müasir psixoloqların əksəriyyəti qarşılıqlı seçim və ailə münasibətləri məsələlərinə dəqiq müəyyənləşdirilmiş meyarlar əsa- sında kompleks qiymətləndirmə və çoxölçülü parametrlər sistemi çərçivəsində yanaşırlar. İndiki şəraitdə belə yanaşma kifayət qədər rasionaldır və real praktikada özünü əhəmiyyətli şəkildə doğruldur.

Psixoloqlann bir məsələdə mövqeyi yekdildir: sevgidə, ailədə, şəxsi münasibətlərdə harmoniyamn yaranması üçün konformizm və anlaşma başlıca şərtdir. Vəziyyətə uyğunlaşmağı bacarmaq, necə yozulmasından asılı olmayaraq, ailədə xoşbəxtliyin dayağıdır. Bu zaman hər kəs başlıca diqqəti tərəfmüqabilinin onu cəlb edən xüsu- siyyətlərinin qorunub saxlanılmasına yönəltməli, bu zaman, özünü də yaddan çıxarmamalıdır. Böyük və saf sevgi arzusunda olan şəxs- lərin tərəfrnüqabilini təmin edən ən azı bİr xüsusiyyəti inkişaf etdir- mək məsləhət görülür. Əgər siz ckstrovert, həyat yoldaşınız isə int- rovertdirsə, onu axıradək səbrlə dinləməyi öyrənin. Səliqə-səhmam bacarmayan irrasional şəxslər özlərini, heç olmasa, ev işlərindən bi- rini görməyə məcbur etməlidirlər. Belə ki, onlar, adətən, bütün işləri sabaha saxlamağı xoşlayırlar.

Ailə həyatında tərəfmüqabilin “xoşagəlməz” cəhətlərindən öz xeyrinə faydalanmaq yüksək peşəkarlıq səviyyəsi hesab edilir. Tə- rəfmüqabilin seçilməsində şəxsi qiymətİəndirmə həlledici amil kimi çıxış edir. Müasir sosial-psixoloji tədqiqatlar göstərir ki, rəyi soru- şulanların əksəriyyəti öz tərəfmüqabilini normal və təvazökar bir adam kimi görmək arzusundadır. Əgər sizin qarşınıza tanınmış bir şəxs və ya fərqfi bir peşənin sahibi, məsələn, şair, rəssam, alim, mu- siqiçi çıxıbsa, onda daha çox düşünməyiniz gərəkdir. Belələri ailə həyatmı qəbul etsələr də, öz yaradıcıhqlarına daha çox aludə ofurlar. Digər tərəfdən, araşdırmalar onu göstərir ki, impulsiv xarakterli, həddən artıq həssas və neqativ emosiyalar üzərində köklənmiş şəxs- lərin tənha qalmaq “şansı” kifayət qədər yüksəkdir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin