Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə43/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Ailənin təşkil olunması dərk olunmuş motivlərdən başlanır. Burada ailə həyatı ilə bağlı dəyərlər sisteminin, ustanovka və stereo- tiplərin çox böyük rolu vardrr. Nİkalı ali, əvəzedilməz sosial və mənəvi-psixoloji dəyərlərdən biridir. Ailənin təşkilində birinci yerdə mənəvi-emosional təhrik və ehtiraslar (sevgi), ikinci yerdə isə qarşılıqlı simpatiya, dünyagörüşü və maraqların ümumilİyi, hörmət, zahiri cəlbedicifik, tənhalıqdan qaçış, nəsli davam etdirmək instink- ti, başqaları qarşısında borc və məsuliyyət hissi, valideynlərin ar- zusu kimi mühüm motivlər durur. İslam Peyğəmbəri evlənmədə qa- dının dini və imanına üstün dəyər vermiş, “zibilliklərdə bitən qızıl- güllərdən uzaq olun”-deyərkən isə pis mühitdə, azğın ailədə böyü- yən gözəl qızlardan çəkinməyi məsləhət görmüşdür.

Psixoloqlar normal ailənin təşkili üçün 3 şərti əsas hesab edir-

lər:

  1. Gələcəyə yönəlmiş planlar: gələcək ailənin optimal və real modelinin fıkrən qurulması. Bunun üçün ailə ənənələri, real həyat tərzi və iqtisadi imkanlar ciddi nəzərə alınmalıdır.

  2. Ailənin mənəvi-psixoloji iqlimini formalaşdıran amillərin dərk edilməsi.

  3. Ailədə və cəmiyyətdə vəzifələrin düzgün uzlaşdırılması.

Adətən, ər-arvad cütlüyü ailənin özəyi hesab edilir və ailələrin tərkibinin bütün statistik təsnifatları bu «özəyə» uşaqların, qohumla- rın, qaynana və qaynataların əlavə olunmasından asılı olaraq apa- rılır. Sosioloji baxımdan ailənin əsas tipini - əhali arasında daha çox yayılmış, sadalanan münasibətlərin üçlü vəhdəti kimi bərqərar olan ailəni etalon olaraq əsas götürmək düzgündür. Üçtərkibli münasi- bətdən biri olmadıqda, yaranan ailəvi birlikləri isə, ailə deyil, ailə qrupları adlandırmaq məqsədəmüvafıqdir. Bu cür təyinat onunla əlaqədardır ki, son zamanlar Qərbdə və bəzi hallarda isə ölkəmizdə də ailənin mahiyyətini üç əlamətdən hər hansı biri ilə, əsasən ər-ar- vadlıq, yaxud hətta portnyorluqla bağlamaq meylləri nəzərə çarpır. Təsadüfı deyildir ki, ABŞ sosioloqları M. Sasmen və S. Stenmetsin ailənin «alternativ formaları»,«ailə qrupları» adlı anlayışlara istinad edirlər ki, bu da faktiki olaraq ər-arvadlığa və ya daha çox partnyorluğa və birgəyaşayışa aiddir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin