Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə30/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Ədəbiyyat

  1. Azərbaycan etnoqrafıyası, 3 cilddə, II cild. Bakı., “Şərq-Qərb”, 2007, 384 səh. 297-307.

  2. Bayramov Ə.S., Əlizadə Ə.Ə.Sosial psixologiya. Bakı.,”Qapp- Poliqraf’, 2003, 356 səh.

  3. Çələbiyev N.Z. Uşaq psixologiyası. Bakı, ADPU, 2005, 341

səh.

  1. Əlizadə H.Ə.Tərbiyənin demoqrafık problemləri. Bakı, “Ma- arif’, 1993, 232 səh.

  1. Mirzoyev İ.Ə. Ailənin praktik psixologiyası. Bakı., “Adiloğlu”, 2005, 312 səh.

  2. AHtıpeeBa T.B. CeMeÜHaa ncHxojıoraH. M., «Penb», 1999, 248

CTp.

  1. ,Hpy>KHHHH B.H.ricHXOJioran ceMbH. M., «nHTep»,2006.176

CTp.

  1. ƏHfleMHJiJicp 3., IOcthukhc B. IlcHxojıoraa h ncHXOTepanHH ceMbH. 4-e H3flaHHe. M., «nHTep», 2009, 672 CTp.

  2. KoBajıeB C.B. ncHxojıoran coBpeMeHHOH ceMbH. M., «IIpocBe- meHHe» 1988, 208 CTp.

IIFƏSİL

AİLƏ VƏ NİKAH

  1. Ailənin funksiyaları və onların təkamülü

Ailənin başlıca mahiyyəti ictimai, qrup və fərdi təlabatların tə- min edilməsi ilə müəyyən olunur. Cəmiyyətin sosial özəyi və canlı təsisat olan ailə özünün bir sıra vacib həyati tələbatlarım təmin edir, habelə insanlarm təkrar istehsah prosesini həyata keçirir. İnsanların sosial birliyinin ilk formalarından biri olmaqla ailə ərlə arvadı, onla- rın uşaqlarını özündə birləşdirərək cəmiyyət üçün zəruri olan bir sıra vacib həyati funksiyaları yerinə yetirir.

Ailə üzvlərinin müəyyən tələbatlarının bilavasitə təmin edil- məsi ilə bağlı həyat və fəaliyyəti ailənin funksiyası adlanır. N.Y.Solovyevin fıkrincə, ailənin funksiyaları onun davamlı, təkrar- lanan təlabatlarınm sayı ilə müəyyənləşir. Ailənin funksiyalarmın təmin edilməsi yalnız onun üzvləri üçün deyil, həm də bütövlükdə cəmiyyət üçün əhəmiyyət kəsb edir.

Rus psixoloqu İ.V.Qrebennikov ailənin reproduktiv, iqtisa- di, tərbiyəedici, kommunikativ, asudə vaxtın və istirahətin təşki- li kimi beş əsas fiınksiyasının olduğunu qeyd edir və göstərir ki, ai- lənin bu funksiyaları arasında sıx qarşılıqlı əlaqə və tamamlama mövcuddur.[64,s. 10]

Psixoloji ədəbiyyatlarda ailənin müxtəlif təsnifat meyarlarına əsaslanan bir çox funksiyalarından bəhs olunur. Sosioloq A.Q.Xar- çiyev reproduktiv funksiyanı ailənin başlıca ictimai funksiyası ad- landırır, onun əsasında fərdin öz nəslini davam etdirmək instinktinin durduğunu qeyd edir. Onun fıkrincə, ailənin bu funksiyası heç də özündə “bioloji”fabrik məzmunu daşımır. Reproduktiv funksiyam yerinə yetirməklə ailə doğumu özünəməxsus şəkildə tənzimləyir, uşaqların fıziki, psixi və intellektual inkişafını təmin edir.

Ailənin həyat tərzi sosial-bioloji, təsərrüfat-iqtisadi, mənə- vi, psixoloji və demoqrafik olmaqla çoxcəhətli münasibətlərlə sə- ciyyələnir. Ailə cəmiyyətə və insana münasibət baxımından çox mühüm, ictimai cəhətdən əhəmiyyətli funksiyaları yerinə yetirir.

Cəmiyyətə münasibətdə ailənin əsas funksiyaları aşağıda- kılardır:

  • fiziki baxımdan əhalinin təkrar istehsalı: nəsillərin əvəz- lənməsi üçün müəyyən dövlət çərçivəsində müvafiq sayda uşağın olması;

  • tərbiyəedici funksiya - yeni nəslə biliklərin, bacarıq və vərdişlərin, norma və dəyərlərin, mənəvi sərvətlərin ötürülməsini əks etdirir;

  • istehsalat - təsərrüfat funksiyası ailənin əmək və məişət- təsərrüfat həyatım əks etdirir. Ailə təsərrüfatmm idarə edilməsi, əmək qabiliyyətli ailə üzvlərinin işləməsi; ailə büdcəsinin idarə edilməsi, yeməyin hazırlanması, mənzilin yığışdırılması, paltarların yuyulması və s;

  • asudə vaxtın təşkili və ya reproduktiv funksiya. Ailənin vaxt büdcəsinin əhəmiyyətli hissəsi işdənkənar sahələrə - ailə ünsiyyəti, istirahət və gəzintiyə sərf olunur.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin