Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə25/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Birinci tip - tərbiyənin obyektiv şəraitin əlverişsiz təsiri nə- ticəsində yarandığı ailələrdir. Valideynlərdən birinin, çox vaxt ata- nın olmaması, böyüklərin xəstə və ya çox məşğul olması, mənzil şə- raitinin darısqallığı və s. Bununla bağlı uşağa baxımsızlıq səbəbin- dən onun təhsildə geri qalması və intizammın pozulması.

Ikinci tipə elə ailələr aid edilir ki, onlarda normal münasibət- lər böyüklərin qeyri-əxlaqi davranışı nəticəsində (sərxoşluq, narko- manlıq, tüfeylilik və s.) pozulur. Belə ailə - bədbəxtlik mənbəyi və cəmiyyət üçün bəladır. Bu tip ailələr uşağın psixikasını korlayır, cə- miyyətdə qanun pozanların sayını artırır.

Uğursuz ailənin üçüncü tipi - elə ailədir ki, orada ərlə arvad arasında uzun münaqişələr uşaqların əxlaqi hisslərinə ağır təsir edir. Cəmiyyətimizdə elə “çətin” ailələr vardır ki, orada meşşan əhvali- ruhiyyə, uşağın mənəvi maraqlarınm inkişafma mane olan əşyapə- rəstlik hökm sürür. Uşaqları cansıxıcı ailə şəraitinin doğurduğu duy- ğularla tək-tənha qoymaq olmaz. Uğursuz ailədə olan məktəbliyə tə- limdə daim kömək göstərmək, onu uşaq kollektivinin həyatına fəal cəlb etmək, müxtəlif kurslarda, dəməklərdə, idman bölmələrində, bədii studiyalarda iştirakı üçün geniş imkanlar yaratmaq lazımdır. Şərqin XIII əsr fıkir dahisi Nəsirəddin Tusi uşaqların tərbiyəsində ən mühüm amil kimi onları müdriklər məclisinə aparmağı, onların tərbiyəvi söhbətlərinə qulaq asdırmağı məsləhət bilirdi. Alimə görə, valideynlər uşaqların geyim mədəniyyətinə xüsusi diqqət yetirməli, oğlan uşaqlarına qırmızı, sarı rəngli paltarlar geydirilməkdən qaçılmalı, onları daha çox göy rəngli paltar geydirilməlidir. Bütün bunlar müəyyən dərəcədə uşağın vəziyyətini yüngülləşdirir zərərli təsirlərdən qoruyur.

Valideynlər uşağın həyatınm ilk günündən öz başlıca vali- deynlik borcunu yerinə yetirməyə başlayırlar, tərbiyəçi olurlar. On- lar böyüməkdə olan insam sevinc və sınaqdan keçirərək, onu öz mə- nəvi və fiziki qüwələrinin inkişafı yolu ilə mənəvi və fiziki kamilli- yə doğru apanrlar.

Həyat hər addımda valideynlərin qarşısında müxtəlif məsələ- lər qoyur. Onlar bir tərbiyəçi kimi, həmişə, hər an bu məsələləri həll etməli olurlar. Uşaq şıltaq və qəmgindir, - ağlayır, onun yenidən sa- kitləşməsi və çöhrəsində xoş bir təbəssüm yaranması üçün nə etmək lazımdır? Budur, uşaq böyümüşdür, inadkardır, ədəbsizlik edir, pis oxuyur. Bunun səbəbi nədir? Qız həmişə düzünü demiş, bu dəfə isə yalan damşmışdır. Onu necə cəzalandırmalı? Yaxud uşaqda mobil telefona, kompyuterə hədsiz aludəçilik yaranmışdır, onu bunlardan ayırmaq olmur, o, hava üzü görmür, dərsləri də vecinə almır. Belə olan tərzdə nə etmək lazımdır? Bütün bu pedaqoji məsələləri həll et- məyə valideyn məhəbbəti, həyati təcrübə və sezmə, duyma bacarığı kömək edir. Görkəmli pedaqoq-tərbiyəçi K.D.Uşinski bu suala belə cavab verir: “Tərbiyə sənətinin belə bir xüsusiyyəti vardır: demək olar ki, bu sənət hamıya tanış və aydın bir iş kimi, bəzən isə, hətta yüngül iş kimi görünür; adam onunla nəzəri və ya əməli cəhətdən az tanış olduqca, bir o qədər aydın və asan görünür. Demək olar ki, ha- mı tərbiyənin səbr tələb etdiyini qəbul edir; bəziləri bunun üçün fitri qabiliyyət və bacanq, yəni vərdiş lazım olduğunu düşünürlər; lakin çox az adam bu qənaətə gəlmişdir ki, səbr, fitri qabiliyyət və vərdiş- dən başqa, bir də xüsusi bilik lazımdır”.

A.S.Makarenko isə valileynlərə xitabən deyirdi: “....siz oğlu- nuzu və ya qızınızı heç də təkcə valideyn sevinci üçün doğub tər- biyə etmirsiniz. Sizin ailənizdə və sizin rəhbərliyiniz altında gələcək vətəndaş, gələcək xadim və gələcək mübariz yetişir. Əgər siz tərbi- yə işini korlasanız, pis adam tərbiyə etsəniz, bunun bəlasını təkcə siz deyil, həm də bir çoxları və bütün ölkə çəkəcəkdir”. Bu münasi- bətlə dahi M.Ə.Sabir çox doğru yazırdı:

Ümmətin rəhnüması tərbiyədir,

Millətin pişivası tərbiyədir.

Burada söhbət uşağa ətrafdakı şeyləri fərqləndirməyi, hərəkət etməyi, danışmağı öyrədən yaşlıların uşaqla daim ünsiyyətdə olma- sını tələb edən, uşağın səhhətinə, xüsusilə, böyük qayğı tələb edən məktəbəqədər yaşdan gedir; Bu yaşda uşaq dünyanm onun qarşısında açılan ardı-arası kəsilməz kəşflərini öyrənməyə olduqca böyük həvəs göstərir; bu yaşın özünəməxsus, təkrarolunmaz özəl- likləri vardır. Burada “gözlənilməz” dəyişikliklər olan yeniyetməlik yaşı da vardır. Bu dövrdə “uşaqlar coşğun, inadkar və yöndəmsiz olurlar. Bir Şərq nağılında deyildiyi kimi, kimsə bu zaman uşaqlara uzun əl-ayaq verir, bu əl-ayaqların vasitəsilə onlar hər şeyə toxunur- lar və onların ətrafındakı hər şey uçur, dağılır, tullanıhr, sındırılır.

Yeniyetmə yaşı şəxsiyyətin təşəkkülündə olduqca mühüm dövrdür. Bu dövrdə uşağın ictimai fəallığı artır, onun özünü dərketmə qabiliyyəti və adamlarla olan qarşılıqlı münasibətlərində yeni mövqe tutmaq cəhdi inkişaf edir. Nəhayət, gənclik yaşı gəlir. Bu zaman demək olar-ki, insan şəxsiyyətinin təşəkkülü başa çatır. O, fiziki cəhətdən yetişir, onun dünyagörüşünün əsası yaramr, həyati həvəsi müəyyənləşir, dostluq, ülfət başlamr ki, bəzən bu ülfət bütün həyat boyu davam edir, ilk məhəbbət meydana çıxır. Uşaqlar öz valideynlərinin gündəlik əmək həyatına nüfuz edirlər; valideyn- lər isə uşaqların gündəlik sevinc və kədərindən çox yaxşı xəbərdar olurlar. Beləliklə, ailə kollektivinin möhkəm əsasını təşkil edən mənəvi maraq birliyi, ümumiliyi yaranır.

Ailə üzvlərini qarşılıqlı dostluq və qayğı ilə yanaşı ev işlərin- dəki birgə iştirak da birləşdirir. Üşaqların məişət əməyi ata və ana- nm həyatını yüngülləşdirmək üçün səmimi arzu və istəyin olması, uşağın öz qüwəsinə, ailənin bütün həyatında böyüklərlə yanaşı iştirak etmək üçün öz qabiliyyətinə inamın olması zəruridir.

Əmək, əmək tərbiyəsi, uşaqların hədsiz dərəcədə nərmənazik böyüdülməsinin, onlarda xudbin, həyata hazırlanmamış nərməna- ziklər yetişdirilməsinin yolverilməzliyi məsələsi ciddi məsələdir. Uşaqları əmək tərbiyəsi onlann əməkdə: məişət əməyində, tədris əməyində, cəmiyyətin faydasına olan əməkdə tərbiyə etmək demək- dir. Əməkdə uşağın dünyagörüşü genişlənir, onun mənəvi keyfıy- yətləri təşəkkül tapır, əxlaqi və fiziki qüwələri möhkəmlənir.

Uşağın mənəvi inkişafının əsasları ailədə qoyulur, lap erkən yaşdan təbiət haqqında, adamlar arasındakı münasibətlər haqqında, ətraf aləm haqqında təsəvvür də məhz ailədə yaradılır. Bu təsəvvür- lərin nə qədər geniş olması, bunların nə qədər sürətlə inkişaf etməsi məsələsi valideynlərdən, onlarm uşaqlarla rəftarından və ünsiyyətin- dən asılıdır.

Valideynlər uşağın mənəvi aləminə heç də həmişə lazımi qədər hörmətlə yanaşmırlar. Onların həyəcanlanna, romantika ilə zəngin arzu və maraqlarına hörmət etmək lazımdır. Valideynlər yalnız qeyd-şərtsiz qəbul edilən həqiqətləri uşaqlara söyləməklə kifayətlənməməli, onlar həqiqət və ədalət axtaran, xeyir və şərə çox həssas olan uşaqlarm əql və qəlbinin tərbiyəsi üçün də məsuliyyət hiss etməlidirlər.

Erkən yaşda uşaqlar valideynləri təqlid edir, onlara hədsiz də- rəcədə inanırlar. Ata və ananın gündəlik hərəkətləri uşağın qəlbində dərin iz buraxır. Uşaq böyüyəndə məyus olmasın deyə, bu iz yaxşı olmalıdır.

Ailə, onun bütün həyat tərzi, valideynlərin əxlaqi etiqad və hissləri, onların bir-birinə, yaşadıqları mühitdə olan adamlara, cə- miyyətə münasibətləri - bütün bunlar uşaqlıq illərinin ən dərin təəs- süratlarıdır. Uşağın şüurunun və hissələrinin inkişaf etdirilməsi əx- laq tərbiyəsində böyük əhəmiyyət kəsb edir. Uşaqlar hər hansı bir hadisəni düzgün qiymətləndirə, həmin hadisələri hiss edə bilər, eyni zamanda, pis hərəkətlər edə bilər, ədalətsiz və xudbin olar, zəruri, ancaq maraqsız işlərdən boyun qaçıra bilərlər. Uşağın fıkri və his- sləri onun təcrübəsi ilə birləşməli, onun rəftarında təcəssüm etməli- dir. Uşaqlar yaşa dolduqca, həyatın onların qarşısında qoyduğu mə- sələlər daha da mürəkkəbləşir. Hər cür çətin şəraitdə belə, uşaq öz qarşısında düzgün yollan görməlidir. Tərbiyə funksiyası ailənin üzərinə cəmiyyətin və dövlətin qoyduğu əsas vəzifələrdən biridir.

Ailə şəxsiyyətin inkişafı, tərbiyəsi və formalaşmasında əhə- miyyətli rol oynayan özünəməxsus xüsusiyyətləri olan kiçik qapalı qrupdur. Ailə uşaqların tərbiyəsində, bağçaya, məktəbə və müstəqil həyata əməyə hazırlanmasında əsas, uzunmüddətli və vacib rola ma- likdir. Inam və qorxu, sakitlik və həyəcan, ünsiyyətdə mehribanlıq və kobudluq, doğmalıq və yadlaşma və s. bu kimi bütün keyfiy- yətləri şəxsiyyət ailədə əldə edir. Onlar uşaqlarda anadan olduqdan sonra uzun müddət ərzində formalaşır və həyatm bütün mər- hələlərində onun inkişafına davamlı təsir göstərir.

Ailədə insanlar arasındakı münasibətlər bütün insan münasi- bətlərindən özlərinin davamlılığı və dərinliyi ilə fərqlənir. Onlara dörd əsas münasibət növü aid edilir: psixofizioloji, bioloji qohum- luq mənəvi - estetik və cinsi münasibətlər. Psixoloji aşkarlıq, inam, etibar, bir-birinə qayğı və qarşılıqlı mənəvi və emosional dəstək; sosial-ailədə sosial rolların bölünməsi, maddi asılılıq, habelə status münasibətləri-nüfuz, rəhbərlik, tabeçilik və s. mədəni ailədə adət və ənənələrlə şərtlənən ailədaxili əlaqə və münasibətlərdir. Bütün bu münasibətlərin mürəkkəb sistemi uşaqların ailə tərbiyəsinə güclü təsir göstərir. Ailədə birgə həyat ailə yaratmış cütlüklərdən qeyd olunan münasibət növlərinin hər birində daim güzəştə hazılıq, öz şəxsi maraq və təlabatlarmı tərəfdaşın maraq və təlabatları ilə uzlaşdırmaq bacarığı, bir-birinə hörmət, bir-birini anlama, etibar tələb edir. Boşanma prosesinin statistikası göstərir ki, ən böyük çə- tinliklər ailədaxili mədəniyyətlə bağlı olan münasibətlər sahəsində meydana çıxır. Belə boşanma hallarına ən çox bir ildən beş ilədək nikahda olan cütlüklər arasında təsadüf olunur.

Normal tərbiyə münasibətləri cütlüklərin bir-birindən qarşılıq- lı razılığı, bütün ailədaxili münasibət növlərində onların bir-birinə uyğunluğu zəminində formalaşır. Ailənin kiçik üzvləri olan uşaq- ların tərbiyəsinə ailədəki etibarlı münasibət, ər-arvadın ailə həyatına sosial-psixoloji hazırlığı, bir-biri qarşısındakı vəzifələri dərk etməsi, xüsusilə önəmli rol oynayır.

Uşaqlann ailədə tərbiyəsində anomaliyalarm meydana gəl- məsinin səbəbləri içərisində ərlə-arvadın sistematik olaraq ailədaxili münasibətlər etikasım pozması, qarşılıqlı etibarın, hörmət, qayğı və diqqətin itməsi, psixoloji dəstək və müdafıənin olmaması xüsusi tə- sirə malikdir. Çox vaxt belə anomaliyaların səbəbləri sırasında ərlə arvadın öz təbii rollarım- ailənin başçısı, sahibi rollarını anlamama- sı, bir-birinə hədsiz yüksək tələbkarlıq göstərməsi ilə əlaqədar olur. Uşaqların tərbiyəsinə əhəmiyyətli mənfı təsir göstərən amillər sıra- sında ər-arvadın mənəvi normaları və mövqelərinin uyğunsuzluğu, ailə qarşısında ləyaqət, borc, şərəf, əxlaqa əsaslanmayan məsuliy- yətsiz davranışları üstünlük təşkil edir.

Ailədə tərbiyə məqsədlərinə nail olmaq üçün valideynlər müxtəlif təsir vasitələrinə əl atır, uşağı rəğbətləndirir, cəzalandırır, onun üçün nümunə olmağa can atırlar. Adətən, soyuq və ladeyd va- lideynlər tərəfındən uşağın təriflənməsi onu ailədə mehriban və sə- mimi davranışa alışdıran tərbiyə metodu kimi dəyərləndirlilə bilər. Nəticədə rəğbətləndirmənin düşünülmüş şəkildə tətbiq edilməsi cə- za və qadağanlardan fərqli olaraq şəxsiyyət kimi onun inkişafına təkan verə, daha çox uğurlar əldə etməyə ruhlandıra bilər.

Cəza bir tərbiyə metodu kim o halda zəruridir ki, uşağın dav- ranışını praktik olaraq digər üsullarla dəyişmək mümkünsüz hala gəlmiş olsun. Əgər cəzaya zərurət yaranmışsa, mümkün qədər tərbi- yənin səmərəsi naminə bu üsulu bütövlükdə uşağm şəxsiyyətinə deyil, etdiyi xoşagəlməz hərəkətinə qarşı tətbiq etmək lazımdır. Cə- za qəddarcasına və amansızlıqla yox, ədalətlə və qeyri-zorakı üsul- lara istinad etməklə verilməlidir. Çox sərt cəza uşaqda qorxu və qəddarlaşma, nifrət oyada bilər. Belə hisslər oyadan sosial davranış qaydalarım və onlarm doğurduğu hissləri uşaqlar çox pis mənimsə- yirlər. Cəza o halda daha səmərəli ola bilər ki, işağm cəzalanmasına səbəb olan əməli ağıl və səbrlə ona izah edilmiş olsun.

Müəyyən edilmişdir ki, uşağa nə üçün məhz belə hərəkət et- məli olduğu anladıldıqda o, daha tez güzəştə gedir, səhvini anlamış olur. Tez-tez, yerli-yersiz cəzalandırılan və ya üstünə qışqırılan uşaq valideynlərinə qarşı yadlaşır, emosional baxımdan laqeyd olur və ya yüksək aqressivlik nümayiş etdirir. Ailədə birinci və sonuncu doğ- lan uşaqlar psixoloji yanaşma baxımından fərqli tərbiyə olunmama- lıdır. Bir sıra ailələrdə ilk uşaq hədsiz əzizlənir, bütün qayğı və diq- qət ona qarşı yönəldilir, onunla başqa cür rəftar edilir. Ailədə ikinci uşağın doğulması, adətən, böyük bacı və ya qardaşa qarşı diqqət və qayğmın, əzizləmənin bir qədər məhdudlaşmasma səbəb olur. Bu halla barışmaq istəməyən ailənin böyük uşağı əksər hallarda yeni- dən valideyn diqqətinə, hədsiz qayğı və nəvazişə sahib olmaq üçün uğursuz təşəbbüslər göstərməyə məcbur olur ki, bu isə çox vaxt tə- min olunmur.

Bacı və qardaşlar ailədə oğlan və qızların tərbiyəsinə müxtəlif cür təsir göstərirlər. Ailədə böyük qardaşı olan oğlanlarda qızlara nisbətən daha çox kişi xarakterinin əlamətləri və maraqları, əksinə, böyük bacıları olan qızlarda isə daha çox qadın maraqlan və xüsu- siyyətləri formalaşmağa başlayır.

Valideynlərdən birinin olmadığı natamam ailələrdə tərbiyənin özünəməxsus xüsusiyyətləri meydana gəlir. Belə ailələrdə oğlanlar atanın olmamasmı qızlarla müqayisədə daha ağrılı yaşayırlar. Atasız oğlanlar, adətən, höcət və inadkar olur, narahat görünürlər. Belə xü- susiyyətlər kiçik yaşlı oğlan uşaqlarınm olduğu ailələrdə daha çox müşahidə olunur. Bu cür ailələrdə böyüyən 2-3 yaşh oğlanlar, adə tən, özlərinin sərbəst olmamaları, daha çox qorxaq və aqressivlikləri ilə seçilirlər. Natamam ailələrdə böyüyən qızların davranışı isə tam ailədə böyüyən qızların tərbiyəsindən o qədər də fərqlənmir. Ailənin bütün üzvləri kimi, xüsusilə də, uşaqlar üçün də boşanma ailə at- mosferini pozan böyük itki, sarsıdıcı zərbədir. Boşanmamn nəticələ- ri, adətən, qızlardan fərqli olaraq oğlanlara daha güclü təsir göstərir. Valideynlərin boşanmasından sonra oğlanlar çox vaxt idarəolunmaz bir hala gəlir, özünəqəzarəti itirir, yüksək dərəcədə həyəcanh və qorxaq olurlar.

Ailənin süqutu valideynlərlə, xüsusən ana ilə oğlan uşaqları və övladlar arasmdakı münasibətlərin pozulmasına səbəb olur. Bu ağrı-acını eyni ilə tənha qalmış valideynlər də yaşayırlar. Onlarda ruhi müvazinət pozulur və uşaqların həyatının, xüsusən, sevgi və dəstəyə ehtiyacı olan dövrlərində onların problemlərinin həllində aciz vəziyyətdə qalırlar.

Uşaqların tərbiyəsi və inkişafınm ayrı-ayrı sahələri ailədaxili münasibətlərin müxtəlif təzahürləri ilə bağlıdır. Uşaqların koqnitiv (idraki) inkişafı bilavasitə onların təliminə valideynlərin hər birinin ayrı-ayrıhqda münasibəti ilə bağlıdır. Uşaqlarm davranış təzahürləri daha çox valideynlərin onlara və biri-birilərinə olan münasibətlərin- dən əhəmiyyətli dərəcədə asılı olur. Valideynlərin şəxsi nümunəsi, ünsiyyət və davranış üslubu onların xarakteri ilə şərtləndiyindən bu amillər uşaqların tərbiyəsində güclü amil hesab olunur. Beləliklə, qeyd etmək olar ki, uşaqlann tərbiyəsi və inkişaf səviyyəsi yalnız onların fərdi şəxsiyyət keyfıyyətləri ilə deyil, ailənin mövcud- luğunun ilk illərindən orada formalaşmağa başlamış qarşılıqlı mü- nasibətlərin xarakterindən də asılıdır.

Ailə tərbiyəsində inkişaf qüsurları olan uşaqlarm tərbiyəsi və inkişafı xüsusi əhəmiyyətə malikdir. Belə uşaqların savadlı tərbiyəsi yalnız o halda uğurla həyata keçirilə bilər ki, onların problemlərini valideynlər və müəllimlər başa düşsünlər və onunla əlaqədar, xüsu- sən, valideynlər özlərinin ruhi müvazinətlərini saxlamağı bacar- sınlar. Yalnız sakit təbiətli, öz övladlarım sevən valideynlər həm müəllimin, həm də öz uşaqlarının fəal köməkçiləri ola bilərlər. Bu- rada uşağın davramşmın formalaşmasmın əsas amili kimi ana ilə ünsiyyətin mühüm rolu vardır.

Zəif və xəstə uşağın doğulması bir qayda olaraq ailədə psixo- loji iqlimə və həyat tərzinə təsir göstərir. Ailənin bütün üzvləri, xü- susilə, ana daim emosional stress keçirir. Uzunmüddətli stresslər ai- lə üzvləri arasında gərginliyə, əsəbiliyə, bəzən isə ər-arvad arasında qarşılıqlı münasibətlərin pisləşməsinə gətirib çıxarır ki, bu da öz növbəsində uşaqların psixi sağlamlığına mənfı təsirsiz ötüşmür.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin