mal valideyn movqeyi haqqında təsəwürlər geniş yayılmaqdadır. Uşaqlann tərbiyəsində valideynlərin mövqeyi o halda optimal hesab edilə bilər ki, onlar uşağı başa düşsün, ona isti münasibət bəsləsin, onu obyektiv qiy-mətləndirsin və tərbiyə işini bu qiymətləndirməyə adekvat qurmağı bacarsm. Əgər valideynlər tərbiyə işinin forma və metodlannı uşağın həyatında baş verən dəyişikliklərlə düzgün uzlaşdıra bilsələr və tərbiyə səyləri uşağın gələcək həyatı ilə bağlı perspektivlərə əsaslanan tələbkarlığa və uşaq şəxsiyyətinə hörmətin optimal uzlaşdırılmasına əsaslansa, valideynlərin tərbiyə işində optimal mövqeyindən danışmaq olar.
Şəkil 6. Optimal valideyn mövqeyi uşağın xoşbəx- tliyinə yönəlmişdir. O, valideynlərdən tərbiyə işində yol verilmiş səhvlərə tənqidi müna- sibət, demokratik prin- siplərə və uşağın hü- quqlarına hörmətlə ya- naşmağı tələb edir. Bu isə öz növbəsində uşağa olan əsil məhəbbət de- məkdir.
Hər bir uşaq lap erkən yaşlarmdan valideynlərin emosional rəğbət və stimullarına ehtiyac hiss edir. Nəvaziş, bəyənmə, təqdiret- mə və tərif uşaqlarda öz qüwəsinə inam yaradır. Danlaq və qadağa- lar isə əksinə, uşaqda ruh düşkünlüyü, bacarıqsız və fərasətsiz olma- sı haqqmda təsəwürlərin yaranmasma səbəb olur. Ailədə valideyn nəvazişi almayan, sevgidən doymayan uşaqlar bu boşluğu tərbiyə- çi və müəllimdən əldə etdiyi qayğı və sevgi ilə “doldurmağa” çalı- şırlar. Uşağın özünə inamsızlığı yalnız qorxaqlığın deyil, həm də utancaqlığın əsas səbəbidir. Adətən yüksək iddialı olması ilə tanı- nan uşaqlarda təkəbbür və özündənrazılıq halları müşahidə olunur. Bu cür uşaqlarm davrämşı psixoloji terminologiyada “affektiv dav- ranış”adlanır. Affektiv uşaqlara elə gəlir ki, valideynləri onları sevmir. Məktəbdəki uğursuzluqlar, yoldaşlarınm təlimdə onları qa-
baqlaması, ədalətsizliklər onlarda dərin sarsmtılara səbəb olur. On- lar hər vasitə ilə öz sinif yoldaşlarınm diqqətini cəlb etməyə, müəl- limlərin rəğbətini qazanmağa çalışsalar da, buna nail ola bilmirlər. Affektiv davramşlı uşaqlar, əsasən, valideyn məhəbbətinin və qay- ğısının çatışmadığı, hədsiz tələbkarlıq və ciddi münasibətin olduğu ailələrdə yetişirlər. Belə ailələrdə valideynlər həmişə özlərini haqlı hesab edir, hətta ailədə uşaqlara qarşı münasibətin dəyişdirilməsinin zəruriliyi haqqmda psixoloqlarm və müəllimlərin tövsiyələrini qə- bul etmirlər. Onlar müəllimlərlə dialoji ünsiyyətlərdən qaçır, heç ki- min məsləhətlərinə ehtiyaclarımn olmadığıüı söyləyirlər. Uşaqlara qarşı etinasızlıq çox vaxt ata və ananm şəxsiyyətinin fərdi xüsusiy- yətləri, özünə və öz şəxsi problemlərinə münasibəti ilə bağlı olur. Valideynlərin uşaqlara qarşı etinasız və mənfı münasibətinin bir sıra səbəbləri vardır: boşanma nəticəsində ailənin tamlığının pozulması; valideynlərin uşağın şəxsiyyətinə hörmət qoymaması, uşağa yaşına uyğun olmayan hədsiz tələbkarhqla yanaşılması; gücü çatmayan işlərə sövq edilməsi nəticəsində uşağm əldə etdiyi səviyyə ilə qane olmamaq; daim uşağa qabiliyyətsiz və bacarıqsız olduğu barədə tənqidlər ünvanlamaq və s. Valideyn məhəbbəti mühitində böyüyən uşaqlarda müdafıə, özünə və öz qüwəsinə inam hissi yüksək olur. Ailədə mövqeyi qəbul edilən uşaqlarda ədalətlilik, qərəzsizlik və qəbahətli hərəkətlərinə görə günah hissi formalaşır. Əksinə, istehza və gülünc hədəfinə çevrilən uşaqlar daim sıxıntı içində olur, qəmgin görünürlər. Onlar daim pərt edildiyindən utancaq və kinli olur, bö- yüyüb sərbəstlik əldə etdikdən sonra, uşaq vaxtı ona edilmiş haqsızlıqlara görə valideynlərinə qarşı soyuq və etinasız münasibət göstərirlər. Tanınmış pedaqoq alim H.Ə.Əlizadə yazır: “Bu gün cinəyatkalıq, həm də onun sosial-psixoloji portreti yeni bəlalarla- uşaq alkoqolizmi, narkomaniyası və s. ilə daha dəhşətli xarakter kəsb etmişdir”. [16,s.215-216]
Ailədə tərbiyə işi uşağın mənafelərinə yönəlməli, onun hü- quqlarına və şəxsiyyətinə hörmət mühitinə əsaslanmalıdır. Çox vaxt ailədə uşağın qəbahətli hərəkətlərinə görə cəzaların seçilməsində valideynlər arasmda fikir ayrılıqları olur. Tərəflərdən biri daha kəs- kin, digəri isə daha yumşaq, uşaqlarda incikliyə səbəb olmayacaq cəzaya üstünlük verirlər. Bəzi qadınlar yanlış olaraq belə düşünürlər ki, atalar uşağın tərbiyəsi işinə mane olmasalar, onlar bu işin öhdə- sindən layiqincə gələ bilərlər. Tərbiyə üsulu kimi cəza problemi indi də pedaqoji cəhətdən fıkir ayrılığına səbəb olan problemlərdən biri- dir. Hətta dünyanm elə ölkələri vardır ki, orada uşaqlara qarşı heç bir cəza tədbiri tətbiq olunmur.
Tərbiyə üsullarından biri kimi cəzanın formasınm düzgün se- çilməsi, onun uşağın yaş səviyyəsinə və qəbahətli hərəkətlərinə adekvat olması əsas məsələdir. Sinif yoldaşınm ad gününə getmək- dən məhrum etmək kiçik məktəblidə inciklik hissi doğurduğu halda, yeniyetmədə kobudluğa səbəb ola bilər. Anaya qarşı kobudluq etdi- yinə görə ata oğlunu onun üçün marağı olan televiziya verilişlərinə baxmaqdan məhrum edərək cəzalandırdıqda bu kobudluq daha sərt şəkildə ataya qarşı yönələ bilər. Bu halda yeniyetməyə qarşı ən tə- sirli cəza ananın oğluna qarşı soyuq, incik görünməsi, “yadlaşması” ola bilər. Çox vaxt bəzi ailələrdə uşaqlara, xüsusən oğlanlara qarşı fıziki cəzanın verilməsinə haqq qazandırılır. Valideynlər öz uşaq- lıqlarım xatırlayaraq onları da valideynlərinin fiziki cəhətdən cəza- landırdıqlarını, döydüklərini söyləyir. “Döyülməyən düyüdən aş ol- maz”, “Ata şapalağı dərmandır” kimi zərb məsələlərə, atalar söz- lərinə istinad edirlər. Psixoloqlar isə, ailədə uşaqların fiziki baxım- dan ağır cəzalandırılmasına və döyülməsinə, başqa sözlə, fiziki zo- rakılığa fərqli mövqedən yanaşırlar. Onların fikrincə, fıziki cəza yolverilməzdir, əgər valideynlər uşaqlarım döyürlərsə, deməli, onlar tərbiyə məqsədlərinə çatmamışlar. Yaşlılar güclü olmaq imkanların- dan istifadəyə əl atırsa, deməli, tərbiyə işində ciddi problemlər var- dır. Belə cəza yaşlı ilə uşağın bir-birini anlamaq imkanlarına olan son ümüdi də məhv etmiş olur. Fiziki cəza alan uşaqda cəzaverən qarşısında qorxu əmələ gəlir. Onun yanında özünü ədəbli aparsa da, ətrafdakılara qarşı münasibətdə etinasız və saymaz olur. Uşaq üçün ən böyük cəza onun hərəkətlərinə görə valideynlərin qəmgin və mə- yus görünmələridir.
Alman psixoloqu İ.B. Hippenreyter valideynlərə uşaqla ünsiy- yət zamanı aşağıdakı-qaydalara əməl etməyi tövsiyə edir:
• bütövlükdə uşaqdan deyil, onun ayrı-ayrı hərəkətlərindən narazı olduğunuzu bildirin;
nə qədər yolverilməz olsa belə, onun hisslərini deyil, əməllə- rini məzəmmət edin;
heç vaxt uşaqdan mümkün olmayan və ya yerinə yetirilməsi çətin olan işlər tələb etməyin. Yaxşısı budur, fikir verin, ətrafda nəyi dəyişdirmək mümkündür;
uşağm hərəkətlərindən närazı olduğunuzu tez-tez üzə vur- mayın. Əks halda o, düşünmək imkanını itirmiş olar;
uşağın emosional problemlərini öz üzərinizə köçürməyə və onunla yüklənməyə çalışmayın;
uşağa öz mənfi hərəkətlərinin nəticələri ilə üzləşmək imkanı verin. Bu, ona öz səhvlərini anlamaqda kömək edər;
uşaq yardım istəmədikdə, onun işlərinə müdaxilə etməyin. Əgər uşaq çətinliklə rastlaşmışsa və sizdən kömək istəyirsə, bunu əsirgəməyin;
əgər uşağın hərəkətləri sizi hövsələdən çıxarırsa, bu barədə onu xəbərdar edin;
problem və konfliktlərdən uzaq olmaq üçün öz imkanlarmı- zın uşağınkından üstün olduğunu göz önünə gətirin;
tədricən, lakin durmadan uşağmızın şəxsi əməllərinə görə məsuliyyətindən uzaq olmağa çalışın. Qoy uşağımzın özü hərəkətlə- rinə görə məsulyyət daşıdığmı anlasm;
öz hisslərinizi uşaqdan gizlətməyə çalışmayın. Uşağmız haqqmda fikir və hisslərinizi bildirməkdə ehtiyatlanmayın. Onun davranışı və hərəkətləri haqqında uzunçuluqdan çəkinin.
Şəxsiyyətin münasibətlər sisteminin formalaşmasında cəmiy- yətdə bərqərar olmuş ictimai münasibətlərin güclü təsiri vardır. Məhz buna görə də, tamamilə eyni irsi xassələrə malik olan əkizlər, ictimai vəziyyəti müxtəlif olan ailələrdə müxtəlif xarakter əlamətiəri kəsb edirlər. Maddi ehtiyac və ya maddi rifah, İşsizlik və ya gələcə- yə inam, asılılıq və ya sosial bərabərsizlik - bütün bunlar kompleks halda nəinki şəxsiyyətin sosial-tipik xassələrinə, eləcə də, insan xa- rakterinin fərdi xassələrinin formalaşmasına dərin təsir göstərir.
Xarakterin spesifık xassələri və baza əlamətləri qayğıların yeganə bir uşaq üzərində cəmləşdiyi, bir-birindən yaşca az və ya çox fərqli olan çoxuşaqlı ailələrdə, eyni zamanda valideynlərin daİm münaqişədə olduğu, yaxud mehriban olduğu ailələrdə daha da asanlıqla inkişaf edir. Uşaq bağçasmda və məktəbdə yaranmış şəxsiyyətlərarası münasibətlər də xarakterin eynilə bu cür bir sıra spesifık xassələrini formalaşdınr.
Xarakterin xassələri və ya əlamətləri daha çox fenotip səciyyə daşıdığına görə, yalnız uşaq yaşlarında deyil, bütün ömür boyu inki- şaf edir və tərbiyə olunur. Psixoloqlann qənaətinə görə, adamların 73 faizi öz xarakterlərində 25-55 yaşlar arasında müəyyən dəyişik- liklərin baş verdiyini qeyd edirlər. Bu dəyişikliklər, əsasən, gənclik və yaşlı həyat dövründə çətin şəraitdə baş verən hadisələr nə- ticəsində baş qaldırır. Şikəst olmuş insan böyük ədalətsizlik və haq- sızlıqla qarşılaşdıqda onda qəzəb, qisas, mənəvi sarsıntı, ruh düş- künlüyü kimi halların yaranma riski daha yüksək olur.
Ailə - cəmiyyətin ilkin özəyi olmaqla uşağa həyat verir, bu- rada uşaq ətraf aləm haqqında ilk təsəwürləri alır, burada anlayış- larm, baxışların, hisslərin, adətlərin elə bir əsas təməli qoyulur ki, bu, məktəbli şəxsiyyətinin əxlaqi təşəkkülünün və strukturunun əsa- sında durur. Ailənin həyat tərzi, onun əxlaqi - psixoloji iqlimi xeyli dərəcədə cəmiyyətin sosial-iqtisadi bünövrəsindən asılıdır.
Müasir cəmiyyətdə ailə yeni ictimai münasibətlər üzərində qurulur, cəmiyyətdə baş verən dəyişikliklər əsasında inkişaf edir. Xalqm maddi və mədəni həyat səviyyəsinin yüksəlməsi, şəhərlərin artması, əhalinin bir yerdən başqa yerə köçməsi, yaşayış - məişət şəraitinin yaxşılaşması, kütləvi informasiya vasitələrinin artması - bütün bunlar həm ailənin maddi rifahınm yaxşılaşmasına təsir edir, həm də tərbiyənin ictimai məqsədini — böyüməkdə olan nəsillərin hərtərəfli inkişaf etdirilməsini həyata keçirməkdə onun iştirak hüdudlarım genişləndirir. Bununla yanaşı, müasir ailənin formalaş- ması prosesi valideynlərin tərbiyə funksiyasını mürəkkəbləşdirən ziddiyyətlərsiz keçmir.
Müasir ailə keçmişdəki on və daha çox uşaqlı ailələrdən fərqli olaraq az uşaqlıdır, cəmisi bir-iki uşaq olur. Belələri şəhər ailələri- nin təxminən 75%-ni təşkil edir. Bu isə böyüklərlə kiçiklər arasında mənəvi münasibətləri formalaşdırmaq üçün heç də əlverişli şərait yaratmır. Ailədə əlverişli münasibətlərin yaradılması: birgə dostluq, ailə üzvlərinin həyatında canlı, səmimi iştirak etmək, ata ilə ana arasında qarşıhqlı anlaşma, uşaqlar arasında əsil qardaşlıq-uşağın əxlaqi təşəkkülünə kömək edir. Ailədə xoş mikroiqlimin yaradıl- ması tərbiyənin müasir təcrübəsinin ən mürəkkəb məsələlərindən bi- ridir. Valideynlər heç də həmişə artan ehtiyaclan, imkanları nəzərə almırlar. Uşaqlarsa, qısqanclıqla bunu izləyirlər, onlar get-gedə da- ha çox öz atasında, anasmda onların müstəqilliyi ilə hesablaşan ya- xın dost, onlara hörməl edən bir şəxsiyyət görmək istəyirlər. Əgər bu yoxdursa, münasibətlərdə pozulma labüddür. Burada maksimum həssashq, nəzakətlik, uşaq psixologiyasını, onun yaşca böyüməsinin xüsusiyyətlərini bilmək, məhəbbət və tələbkarhq ölçülərinə riayət edilməsində çox vaxt mənəvi yanaşmanın zəruriliyi tələb olunur. Uşağın narahatlığım başa düşən, yaşıdları ilə ünsiyyətini təmin edən əylənməsinə şərait yaradan valideyn onun sosial inkişaiinın sürət- lənməsinə kömək göstərmiş olur. Uşaqlarla tərbiyə işinin forma və metodlarını yalnız psixoloji əsasda, yaşın, cinsiyyətin, fərdiliyin özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq müəyyən etmək olar.
İnsanın həyatının bütün dövrləri ailədə keçir. Məktəbli şəxsiy- yətinin inkişafmın bu dövrləri çox müxtəlifdir. Ailə tərbiyəsində yaş dəyişikliklərini nəinki hiss etmək lazımdır, yaş imkanlarma istinad edərək uşaq şəxsiyyəti təşəkkülünün xoş keçməsinə qayğı və nə- vaziş göstərilməsi olduqca vacİbdir.
Erkən gəncliyin mürəkkəb dövründə onun adamlarla ünsiyyəti xüsusi aktuallıq kəsb edir. Oğlunun və ya qızının kollektivdə yerini, həmyaşıdlar dairəsini, sinfin ictimai lıəyatında onların iştirakını valideynlərin bilməsi olduqca əhəmiyyətli bir məsələdir. Yeniyetmə qəlbinin kövrəkliyini nəzərə alaraq ona inam, hörmət göstərmək zəruridir. Yeniyetmə ilə mümkiin ola biləcək münaqişədə valideyn- lər özlərİ təmkinlilik, sakitlik, nəzakət göstərməkdə nümunə olma- lıdırlar.
Böyük yaşlı məktəbliyə özünü təyin etməkdə, həyat yolunu, peşə seçməkdə, bələdçilik göstərilməlidir. Burada tərbiyə taktikasını dəyişdirmək lazımdır. Yaşlıların böyük uşaqlarla əlaqələrində mə- nəvi yaxınlıq, bir-birinə etibar çox əhəmiyyətlidir. Gənc oğlanın, qı- zm nədən narahat olduğunu başa düşmək, mürəkkəb şəraitdən, mü- nasibətlərdən, hətta əhval-rihiyyə dəyişməsindən düzgün çıxış yolu tapmaqda kömək göstərmək vacibdir. Gənclik dostluğa, məhəbbətə münasibətdə valideynlərin yaxından iştirakını, diizgün yanaşmasını tələb edir. Böyük məktəbli də öz növbəsində valideynlərin ailə qay- ğılarına aid həyəcanlarına şərik olmalı, ailə təsərrüfatında, ev işlə- rində və xoş münasibətlərin yaranmasmda iştirak etməlidir.
Cinsiyyətin fızioloji və psixi xüsusiyyətləri ilə şərtlənən fərqi oğlanın və qızın tərbiyəsində nəzərə almaq lazımdır. Oğulun tərbiyə edilməsində atanın rolu əvəzedilməzdir, o, oğluna kişi fədakarlığı, fıziki möhkəmliyi, texniki bacarıqlan öyrədə bilər. Qızın əxlaqi tər- biyəsində ananın rolu olduqca əhəmiyyətlidir: o, qadın iftixarı, təva- zökarlıq, ləyaqət öyrədir, yaxşı ev sahibi olmağa kömək edir. Ulula- rımız “Tərbiyə anadan, çörək atadan”, “Anasına baxıb qızını al, arşınma baxıb bezini al”, “Analı qızını özü böyüdər, anasız qızın sö- zü böyüyər”, “Anası çıxan ağacı, balası budaq-budaq gəzər” kəlam- larını nahaqdan deməyiblər.
Şəxsiyyətin formalaşdırılmasına ailənin tərbiyəvi təsirinin sə- mərəliliyi xeyli dərəcədə valideynlərin ümumi və pedaqoji mədəniy- yət səviyyəsindən, şəxsi nümunəsindən asılıdır. Görkəmli Ukrayna pedaqoqu, humanist tərbiyəçi V.A.Suxomlinski yazirdi ki, valideyn- lər öz uşaqlarında özlərini görməsinə, uşağm inkişaf dialektikasım başa düşmələrinə nail olmağı bacarmalıdırlar. Bunun üçün onları mü- hüm pedaqoji qanunauyğunluqlarla, yaş psixologiyası, fiziologiya, pedaqoji etika bilikləri ilə silahlandırmaq lazımdır. [55,s.l 12]
Xüsusi tədqiqatlar və ailə tərbiyəsi təcrübəsi göstərir ki, uşağa ailənin müsbət təsir imkanları bir çox amillərdən asılıdır. Hər iki va- lideynin olduğu, sağlam əmək və mənəvi- psixoloji mühitin üstün- lük təşkil etdiyi ailələrdə uşaqların tərbiyəsi üçün şərait daha əlve- rişlidir. Lakin məktəbin tərbiyə işini çətinləşdirən, uşağın təşək- külünə mənfı təsir göstərən uğursuz ailələr heç də az deyildir. So- sioloqlar uğursuz ailələri bir neçə tipə ayırırlar.