Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə16/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

1. Ər-arvadlıq (ərlə arvad arasında nikah münasibətləri);

  1. qohumluq (valideynlə uşaqlar və ər-arvadın qohumları arasında- kı qohumluq münasibətləri)

Ailənin təşkil olunmasında bir sıra amillər motivləşdirici tə- sirə matikdir. Bunların sırasında tənhalıqdan qaçmaq cəhdi, uşağa sahib olmaq istəyi, emosional-cinsi əlaqəyə olan təlabatın reallaşdı- rılması, psixoloji “biz” hissiııin yaradılması, psixoloji müdafiə me- xanizmləri və üsullarının axtarışı əsas yer tutur. Ailənin fərdi mo- dellərinin diapazonavə ailə münasibəti tiplərini formalaşdıran feno- menlər kifayət qədər çoxcəhətli və genişdir.

Ailə hər bir insanm həyatmda ilk növbədə böyük enerji mən- bəyidir. Öz ailəsinə qarşı çıxan, onu tərk edən hər bir insan uğur- suzluğa məhkumdur. Həyatda uğursuzluqlarla üz-üzə qalanda hər bir insamn köməyinə yetişən onun əzizləri olur, baş vermiş kədəri bölüşür. Öz ailə üzvləri ilə ümumi dil tapan, onun ahəngdarhğma xələl gətirmədən həyat sürən, ailənin ortaq mənafelərinə toxunma- dan fıravanlıq və səmimiyyətə öz kiçik töhfəsini bəxş edən hər kə- sin ailə ocağınm istisindən pay almaq haqqı var.

Yer üzərində hər il on minlərlə uşaq ata və ya anasını itirərək yetim kimi acı həyat yaşamağa məhkum olur. Ata-ananm qayğısı, sevgisi və nəvazişindən məhrum olaraq qohum-əqrabanm, ogey ata və ya ananın himayəsində, uşaq evlərində tərbiyə olunaraq böyüyən uşaqlar psixi travma alır və onların keçmiş haqqında həmişə silin- məz acı xatirələri olur.

Sosioloqlar ailəni “sosial qrup”, “sosial institut”, “sosial təşkilat” kimi tədqiq edib öyrənirlər. Ailə kiçik sosial qrupun və so- sial institutun əlamətlərini özündə birləşdirən nadir sosial sistemdir. Sosial institut kimi ailənin spesifıkliyi bundan ibarətir ki, ailə, birincisi, qan qohumluğu, nikah telləri ilə bir-biri ilə bağlı olan iki və yaxud daha çox adamdan ibarət sabit, strukturlaşmış təşkilə malikdir; ikincisi, ailə özünütənzimləyən sistem kimi çıxış edir: üçüncüsü, cəmiyyət tərəfindən sanksiyalaşmış birlikdir. Ailənin məzmununun, tiplərinin struktur və formasınm təhlili onu tarixən dəyişməkdə olan sosial qrup adlandırmağa imkan verir. Bu qrupun da universal əlaməti heteroseksual əlaqə, qohumluq əlaqələri sis- temi, şəxsiyyətin sosial və fərdi keyfiyyətlərinin təmin edilməsi və inkişafi, müəyyən iqtisadi fəaliyyətin həyata keçirilməsidir. Ailə ölkənin sosiomədəni təcrübəsini özündə əks etdirməklə ictimai quruluşun özünəməxsus mikromodeli rolunda çıxış edir və bununla da bir-biri ilə bilavasitə şəxsi ünsiyyət və qarşılıqlı təsirdə olan insanların kifayət qədər dayanıqlı əlaqələrini əks etdirir.

Ailə sosioloqlar tərəfindən o halda sosial institut kimi təhlil edilir ki, onun həyat tərzi və mövcudluğu müasir ictimai təlabatlar sisteminə nə dərəcədə uyğun gəlir?

Sosial institut kimi ailənin fəaliyyət göstərməsi yalnız o za- man mümkündür ki, ailə digər institutlarla, hər şeydən əvvəl dövlət- lə, hüquqla, ictimai rəylə, dinlə, təhsillə, mədəniyyətlə qarşılıqlı əla- qədə olsun. Cəmiyyətin struktur-funksional və normativ sisteminə daxil olmaqla ailə öz üzvlərinin davranışını tənzimləyir, onlara xas olan sosial rollan və strukturları müəyyən edir. Sosial psixologiyanı hər şeydən əwəl ailə davranışı nümunələri, sosial rollann yerinə yetirilməsi vəziyyəti maraqlandırır. Bu halda ailəyə qulluq, nikah üçün gələcək tərəfdaşın seçilməsi, seksual davranış, gələcək ər- arvadm valideynləri ilə qarşıhqlı münasibətlər və s. kimi norma və standartların formalaşması prosesinin məcmuyu kimi baxılxr.

Ailə və cəmiyyət, ailə və şəxsiyyət münasibətləri hakim isteh- sal üsulunun, həyat tərzinin və ictimai münasibətlərin təsiri altında bütün tarix boyunca dəyişmişdir. Cəmiyyət inkişaf edərək kişinin və qadının qarşılıqlı münasibətlərini xeyli dərəcədə tənzimləmiş, qadınların istehsalatda, sosial və mənəvi sferalarda diskriminasiya- sını aradan qaldırmışdır.

Ailədə ərlə arvad arasmdakı münasibətlər nikah institutu tərəfm- dən xüsusi işlənib hazırlanmış norma və saksiyalarla tənzimlənir. On- ların bir-biri qarşısında bəzi hüquq və vəzifələri hüquqi xarakter da- şıyır, ailə və nikah haqqında məcəllə və qanunvericiliklə (məsələn, ər- arvadın bir-birinə və uşaqlara münasibətdə maddi öhdəlikləri, əmlaka sahiblik, habelə nikahın ləğv edihnəsi ilə bağlı normalar və s.) tən- zimlənir.

Ailəni öyrənərkən sosial-psixologiya qadına daha çox önəm verir. Axı, ailənin əxlaqi və sosial bazası məhz qadmdan asılıdır. Buna görə də, qadından xüsusi istedad- ailəni təşkil etmək qabiliy- yəti tələb olunur. Bu qabiliyyət küsülülüyü aradan qaldırmaq, evdə ahəngdarlığı və sülhü, dincliyi təmin etmək bacarığında öz təzahü- rünü tapır, öz fəaliyyətində qadın ailə funksiyalarım və ictimai-is- tehsalat funksiyalarmı birləşdirməli olur. Bunun nəticəsində də qa- dının işi və məsuliyyəti xeyli artır.

Ailədə dəyər, qeyri-hüquqi davranış normalarınm tənzimlən- məsində əxlaq, adət və ənənələrə əsaslanan qaydalar (məsələn, qulluq, nikahaqədərki davranış, ərlə arvad arasmda hakimiyyət və vəzifə bölgüsü, ailənin asudə vaxtınm təşkili və s.) mühüm rol oy- nayır. Normalar kimi adət- ənənələr də zaman keçdikcə dəyişir və onlar arasındakı fərqlər ailənin həyat tsikli mərhələlərindən asılı olaraq özünü daha aydın biruzə verir.

  1. Ailə xoşbəxtlik və psixi travma mənbəyidir

Ailə həyatında ər-arvad cütlüyü arasında hər hansı bir səbəbdən tərəflərdən birinin mövqeyinin dəyişməsi halına, əsasən, nikahın ilkin mərhələlərində təsadüf olunur. Bu mərhələ birgəyaşayış şəraitində tərəflərin bir-birini daha yaxından tanıması və qarşılıqlı uyğunlaşma üçün real imkanlar açır. Bu əsasda formalaşan davranış modeli demək olar ki, həyatın sonrakı mərhələlərində də sabit qalır. Birgə həyat təcrübəsi çox olmayan cütlüklər üçün öz tələbatlan ilə qarşı tərəfin təlabatları arasmda balans yaratmaq və bu tarazlığı daim qoruyub sax- lamaq o qədər də asan olmur. Əksər hallarda yaranan dizbalans həlli o qədər də asan olmayan tipik ər-arvad konfliktlərinə səbəb olur. Hər cür ruhi pozulmalara, əsəbi xəstəliklərə, psixozlara, nevrozlara səbəb olan ailələrdə nə sevgi, nə sayğı, nə sədaqət, nə dürüstlük, nə də rahatlıq və azadlıq var. Hamı bir evdə bədbəxtdir. [39,s. 133]


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin