Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə11/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Statistik metodlar ailə psixologiyası sahəsində tədqiqatlarda önəmli əhəmiyyətə malikdir. Bu metodlar psixoloqa aiklədaxili mü- nasibətlərdə baş verən dəyişmələrə səbəb olan amilləri müəyyən et- məyə, müxtəlif amillər arasında səbəb-nəticə asılılıqlarım aşkara çı- xarmağa imkan verir.

  1. Ailə və nikahm meydana gəlməsinin tarixi şərtləri və inkişafı

Cəmiyyətin təkamülünün ayrı-ayrı mərhələlərində ailənin struk- turunda, fiınksiyalarında və ailə münasibətlərinin xarakterində əhə- miyyətli dəyişikliklər baş vermişdir. Bu dəyişikliklər ibtidai insan şü- rüsü üçün səciyyəvi olan prosmiskuitetdən (ibtidai insan cəmiyyətinin aşağı pilləsində cinsi əlaqənin tamamilə nizamsız olması N.Ç.), qrup nigahı, matriarxat, patriarxat monoqamiyaya qədər milyon illər davam edən təkamül yolu keçmişdir. Cəmiyyətdə baş verən ictimai tərəqqi və təkamül ailəni də ən bəsit, ibtidai formalardan tədricən yüksək, ali təşkilati formalardan yüksəltmişdir. Etnoqrafik mənbələrə istinad edərək bəşər tarixinin öz inkişafmda keçmiş olduğu üç əsas mərhələni —vəhşilik, barbarhq və sivilizasiyanı fərqləndirmək olar. Bu mərhələlərin hər birində qadınla kişi arasındakı münasibətləri tənzimləyən müəyyən ictimai institutlar mövcud olmuşdur.

Cəmiyyətin inkişafının ilkin mərhələlərində cinsi münasibət- lərin nizamsız olması adi və səciyyəvi hal idi. Tayfanın meydana gəlməsi ilə insanlar arasmda bu münasibətlər qrup nikahı normala- rı ilə tənzimlənməyə başlandı. Qrup şəklində yanaşı yaşayan kişilər və qadınlar “kommunal nikah” münasibətləri ilə bir-biriləri ilə sıx əlaqədə idilər. Belə həyat tərzində yaşayan hər bir kişi özünü bütün qadmlarm əri hesab edirdi.

Bir çox etnoqraf alimlər qeyd edirlər ki, poliqam nikahlar dövründə fahişəlik açıq, monoqam nikahlar dövründə isə gizli xa- rakter daşımağa başlamışdır. Bir sıra cəmiyyətlərdə “dini fahişəlik” adlandırılan fahişəlik geniş yayaılmışdı: qəbilə başçısı, keşiş və ya digər hakimiyyət sahibi gəlinlə ilk nikah gecəsini birgə keçirmək hüququna malik idi. İnsanlarda belə bir dini inanc hakim idi ki, “ilk gecə” hüququna malik olan keşiş ər-arvadlılığı müqəddəsləşdirmiş olur. Gəlinin ilk gecəni kralla birgə keçirməsi bir çox ailə quran gənclər üçün böyük şərəf hesab edilirdi.

Fəlsəfə, sosiologiya, tarix, psixologiya, pedaqogika və etnoq- rafiya sahəsində tədqiqatlar aparan mütəxəssislərin əksəriyyəti ailə- yə canlı sosial sistem və ictimai orqanizm kimi yanaşırlar. Qədim fılosof və mütəfəkkirlərin təsəvvürlərinə görə, fərdlər arasında nikah və ailə, yəni kişi, qadın və uşaqlardan ibarət qrup həmişə mövcud olmuşdur. Bir çox mütəxəssislərin fıkrincə, belə nikah və ailə insanın bioloji çoxalma instinkti ilə bağlıdır və belə ailə növü və institutlar insanlara canlı əcdadlarından keçmişdir. Bu qənaət, əl- bəttə, doğru hesab edilə bilməz. Ailə və nikah heç də bioloji mahiy- yət kəsb edə bilməz, onlar yalnız insan cəmiyyəti üçün xarakterik olan sosial təsisat və hadisələrdir. Insanların bioloji olaraq çoxal- ması və “istehsalı” üçün nikah deyil, cinsi münasibətlər kifayətdir. Nikahı cinsi münasibətlərlə eyniləşdirmək olmaz, onlar fərqli müna- sibətlərdir. Cinsi münasibətlər, xüsusilə uşaqlann doğulması nikah olmadan, nikahdan kənar da mümkündür. Nikah cinslər arasında münasibətlərin sosial təşkilinin xüsusi sistemidir. O, bu münasi- bətlərlə bir-birinə bağlanan tərəflərin müəyyən hüquq və vəzifə- lərinin məcmuyunu özündə əks etdirir. İnsanlarm sosial müna- sibətlərini əks etdirən cəmiyyətdən fərqli olaraq, heyvanlar alə- mində cinslər arasmda münasibətləri tənzimləyən normalar mövcud deyil. Ona görə də, heyvanlar aləmində ailə münasibətlərini əks etdirən ailə və nikahdan deyil, ən yaxşı halda oniarın bioloji anolo- giyasından söhbət gedə bİlər. Təkamül təliminə istinad əsasında de- yə bilərik ki, insanlarm ən yaxın “qohumlan” olan oranqutanlar nəs- lində erkək oranqutanlar tənha yaşadıqları halda, dişilər öz balaları ilə birgə yaşayırlar. Bu cəhət böyüyüb nəsilvermə yaşına çatan er- kək oranqutanlar üçün də xarakterikdir. Qorilla və şimpanze sürülə- rində ailə mövcud deyil. Yalmz təkamüldə itısanlardan geridə qalan bütün antropoidlərdən fərqlİ olaraq, hipbbonlarda erkək, dişi və ba- lalardan ibarət qruplar yaranmağa başlamışdır. Lakin onlar vahid təşkilati formaya malik geniş birliklər şəklində həyat yaşamırdılar.

Bəşər cəmiyyətiniıı inkişafında başlanğıc mərhələ olan ibtidai icma cəmiyyətində nikahın ilk formaları olan poliqamiya (çoxni- kahlıq), poliqniya (çoxarvadlılıq), poliandriya (çoxərlilik) mey- dana gəlİr. Nikahın bu formalarmm fərqli cəhətləri ilə yanaşı, ümu- mi olan cəhəti də vardır ki, bu da nikahm fərdlər arasmda mövcud oimast idi. Poliqam nikahlar zamanı bir kişi eyni vaxtda bir neçə qadınla yaşayırdısa, monoqam nikahlarda bir kişi bir qadınla in- tim həyat yaşayırdı. Poliqniyada nikahların sayı kişinin arvadlarının sayı ilə, poliandirayada isə qadının ərlərinin sayı ilə müəyyənləşdiri- lirdi. Avropa miitəfəkkirlərinin fıkrincə, fərdlərarası cinsi münasi- bətlərin tənzimlənməsinin ən ideal forması olan monoqamiya məhz ibtidai insan cəmiyyətində meydana gəlmiş ən mütərəqqi nikah for- masıdır. Avropa cəmiyyətində bütün əsrlər boyu məhz ərlə arvad arasında cinsi münasibətlərin tənzimlənməsində monoqam nikah forması norma kimi qəbul edilmişdir. Nikaha daxil olmadan cinsi münasibətlərin qurulması mövcud qaydaların pozulması kimi məh- kum edilirdi. Lakin bu cəmiyyətlərdə nikahaqədər və nikalıdankənar cinsi münasİbətləri tənzimləyən normalar mövcud deyildi və ola da bilməzdi. İbtidai icma cəmiyyətinə aid etnoqrafık tədqiqatlar bu cə- miyyətdə az və ya çox dərəcədə fərdlər arasında nikahaqədər cinsi münasibətlərin mövcudluğu fikrini irəli sürməyə əsas verir. Sinifli cəmiyyətə qədər mövcud olmuş bütün sosial- tarixi sistemlərdə ni- kahaqədər cinsi əlaqələrə loyal münasibət mövcud olmuşdur,

Nikah cinslərarası münasibətlərin hüquqi tənzimlənməsində əsas amildir. Nikahın meydana gəlməsi ilə ailənin təşkilinin və cins- lərarası əlaqələrin ilkin hüquqi bazası yaranmış oldu. O, nəinki fərq- li cinsdən olan insanlar arasında cinsi münasibətləri nizama saldı, həm də bu əlaqələrin yalnız fərqli cinsdən olan insanlar arasında mümkünlüyünü hüquqi cəhətdən əsaslandırdı. Bununla da ekzoqa- miya, yəni, nikahın qəbilədən kənarda, başqa qəbilənin digər cins- dən olan üzvü ilə mümkünlüyü qəti şəkildə qaydaya salınmış oldu. Cinsi tərəfdaşın qəbilədən kənarda axtarılması tələbi qəbilə daxilin- də cinsi münasibətlərin qadağan edilməsi və yolverilməz bir hal ki- mi qiymətləndirilməsi ilə nəticələndi. Aqamiya adlanan bu qayda qəbilə daxilində nəinki eyni qəbilə üzvləri, qan qohumları, həm də əks cinslər arasında nikah və nikahdankənar münasibətləri ciddi şə- kildə qadağan edirdi. Aqam qadağası sinifli cəmiyyətdən əvvəlki, ibtidai icma dövründə cinslərarası münasibətləri tənzimləyən əsas norma oldu. Bu normanın pozulması ibtidai cəmiyyət tərəfındən yalnız əxlaqi qəbahət kimi deyil, həm də mümkün cinayətlərdən ən qorxulusu kimi qiymətləndirilirdi. Aqamiyanm pozulması ölüm cəzası ilə nəticələnirdi. Ona görə də, ibtidai icma cəmiyyətində fərdi (dual-iki fərqli cins arasında) nikah cinslər arasmda münasibətlərin tənzimlən- məsində nəinki yeganə, həm də ən əsas formaya çevrilmiş oldu.

İbtidai cəmiyyət daxilində nikah münasibətlərinin tənzimlən- məsinin “dual -cinsi ittifaqlar” adlanan forması da mövcud idi. Et- noqrafik tədqiqatların nəticələrinə görə, dual ittifaqlar qədim bəşə- riyyətin həyatında cinslərarası münasibətləri nizamlayan geniş ya- yılmış və universal bir təsisat idi. Bu cinslər arasında münasibətlərin sosial təşkilinin elə bir forması idi ki, bu, ittifaqda birləşən tərəflərə müəyyən hüquqlar verilməklə yanaşı, onların üzərinə bir sıra öhdə- liklər də qoyurdu. Nikahın yeni forması kimi dual -cinsi ittifaqlar cinslər arasında fərdi nikahı deyil, onların qrupları arasında nikahın sosial təşkilini nəzərdə tuturdu ki, bu da qrup nikahı adlanır. “Qrup nikahı” anlayışı sosial psixologiya və etnoqrafıya elmlərində çoxdan işlədilən anlayışlardan biridir. Qrup nikahına daxil olanlar fərdi nikahların özünəməxsus məcmusu kimi çoxərlilik və çoxar- vadhlığm mahiyyətini anlayırdılar. Reallıqla qrup nikahı fərdi ni- kahdan keyfiyyətcə fərqli bir hadisə idi. Qrup nikahı əslində öz-öz- lüyündə fərdi olaraq seçilmiş cinslər arasında deyil, onların müəy- yən qrupları və fərqli cinsləri arasında idi. Belə ki, qrup ittifaqına daxil olan cinsiəriıı qarşılıqiı olaraq miiəyyən hüquq və Öhdəlikləri vardı. Qrup nikahı ibtidai icma cəmiyyətinin ilkin mərhələlərində cinslər arasında münasibətləri tənzimləyən başlıca deyil, həm də ye- ganə nikah forması idi. Tbtidai insan sürüsünün fərdləri arasında cin- si münasibətiər bu dövrdə öz daxilində ciddi təhlükə daşıyırdı. Bu dövrdə insanların cinsi instinkləri sosİal çərçivəyə salınmadığından tənzimlənməyən münasibətlər kimi nəzərdən keçirilir. Tənzimlən- məyən cinsi instinklər qəbilə və icma daxilində tez-tez açıq toqquşmalara səbəb olurdu ki, bu da formalaşma mərhələsində olan ilk insan cəmiyyətinin təsərrüfat həyatına dağıdıcı təsir göstərirdi. Qəbilə daxilində parçalanmalar ibtidai insanların ilk məşğuliyyət növü olan ovçuluqda qəbilə üzvlərinin sıx birliyi uğurun əsas şərti idi. Ovçuluq və yığıcılıqda payı, qəbilənin təsərrüfat həyatında fəallığı olmayan qəbİlə iizvü daim qəbilə ağsaqqalının təpkiləri ilə üzləşir, amansız cəzalandırılır və ya qəbiləyə yük olduğu üçün qovulurdu. Yaşayış uğrunda mübarizə aparan ibtidai cəmiyyətin adamlan üçün ərzaq toplamaq, yemək ehtiyatına malik olmaq ölüm-dirim məsələsi idi. Odur ki, ova hazırhq və ov dövriində qəbilə üzvləri arasında cinsi münasibətlərə ciddi qadağalar qoyulurdu. İbtidai icma cəmiyyəti insanlarının inanclarma görə cİnsi münasibətlə əlaqədar qəbilənin qa- dağalarının pozulması ov zamanı uğursuzluqlara səbəb olurdu. İbtidai insanlar ov mövsümündə bir gündən başlamış bir neçə həfb, hətta aylar ərzində onlara uğursuzluq gətirə biləcək cinsi əlaqələrdən uzaq olmağa məhkum idilər. Bunun nəticəsində ibtidai insanlann cinsi həzz mənbəyi olan təlabatlarımn qarşısına qoyulan qadağalar genişlənərək cirısi əlaqə dövrlərini get-gedə məhdudlaşdınr, onun mövsümü xarak- ter aimasına səbəb olurdu.

Qəbilənin sərt tabuları qəbilə üzvlərini öz cinsi instinklərini təmin etmək üçün cinsi tərəfdaşı digər qəbilələrdə axtarmağa təhrik edirdi. Bu isə öz növbəsində bir qəbilə daxilində cinsi əlaqətərə qo- yan məhdudiyyətlərin genişlənməsi və digər qonşu qəbilələrə yayıl- ması ilə nəticələnirdi. Yeni qaydanm meydana gəlməsi ibtidai insan cəmiyyətinin əıı aşağı pilləsində cinsi əlaqənin tamamilə nizamsız və qaydasız olması ilə nəticələndi. İbtidai cəmiyyətin sonrakı inki- şafı dövründə insanların cinsi instinklərini nizama salmaq lazım gə- lirdi. Odur ki. bu münasibətləri tənzimləyən yeni sosial çərçivə kimi dual —cinsi nikah forması meydana gəldi. Nikahın yeni olan bu forması nikah quran tərəflər - cinslər arasında müəyyən hüquq və öhdəlikləri müəyyənləşdirməli idi. Dual ittifaqa daxil olan hər bir cinsin öz ittifaq üzvü olan həmcinsi ilə cinsi əlaqələr yaratması cid- di surətdə qadağan olunur, hər kəs yalnız belə münasibətləri digər cinsin üzvü ilə qura bilərdi. Bu çox ciddi qayda idi və fərdlər ara- sında cinsi münasibətlərin sosial tənzimlənməsində mütərəqqi bir hadisə hesab olunur. Cinsi münasibətlər yaratmaqda qəbilə üzvü olan hər bir fərdə müəyyən hüquqlar verilsə də, o, tam sərbəst deyil- di. Qəbilə üzvü cinsi münasibətləri qəbilənin səlahiyyətli adam- larının göstərişi ilə yalnız hüququ olduğu cinsi tərəfdaşlarla qura bilərdi. Seçilmiş adamın əks cinsli tərəfdaşı ilə cinsi münasibətlərə razı olması və onun müddəti isə seçilən qarşı tərəfın iradəsi və razılığından asılı idi. Dual cinsi münasibətlərə daxil olan tərəflərin heç biri qarşı tərəf qarşısında məsuliyyət və öhdəliyə sahib deyildi. Odur ki, onların fərdi cinsi əlaqələrini nikah hesab etmək olmaz. Nikah əsasında əlaqələr yalnız qrup və iki cins arasında mövcud idi. Qəbilə üzvü olan kişilər və qadınlar icmanın iqtisadi həyatında tamamilə müstəqil idilər. Dual-cinsi nikah forması qəbilə icmasını xeyli möhkəmləndirirdi. Bu konkret olaraq hər bir fərdin mənsub olduğu insan kollektivində onun ana nəsli ilə başlanan inkişaf yolunun başlanğıcım qoydu. Yeni doğulan qəbilə üzvü olan uşaq öz anasını tanımaqla həm də mənsub olduğu kollektivi tammış oldu. Bəşər tarixinin təkamülündə uzunmüddətli dövr olan bu dövr mat- riarxat və ya ana xaqanlıq dövrü adlamr.

Yunan tarixçiləri Strabon və Herodotun fıkrincə, ana xaqanlı- ğın mövcud olduğu qəbələlərdən biri qədim Azərbaycan ərazisində, Araz çayı sahillərində yaşamış massaget tayfaları olmuşdur. İlk Azərbaycan qadın hökmdarı Tomirisin də məhz bu qəbiləyə mənsub olması barədə miflər mövcuddur. Amazonka qadınlann qəhrə- manlığı, döyüşkənliyi və bu cəhətdən kişilərdən heç də geri qalma- dığı barədə antik tarixçilərin əsərlərində məlumatlara təsadüf olunur.

Cinslər arasındakı münasibətlər kimin kim üzərində hakimiy- yətinə yox, əmək bölgüsünə əsaslanırdı və burada heç kim bir-birinə təzyiq göstərmirdi. İbtidai insanların inancları içərisində, qadın ayini var idi və insanlar bəşər tarixinin lap başlanğıcında qadına sitayiş edirdilər. Sitayiş edilən bu varlıq ana idi və onun övladları, - həm qadınlar, həm də kişilər ana qarşısında bərabər idilər. Bu, anaxaqanlığı dövrü idi, yəni nəsil ana xətti ilə ötürülürdü, qadınlar tayfanm həyatının bütün sferalarında aparıcı rola malik idilər. Lakin bu dövrdə kişilərin vəziyyəti sonrakı ataxaqanlığı dövründə qadın- ların malik olduqları tabeçi vəziyyətinə tamamilə bənzəmirdi. Hətta lap qədim dövrlərə aid olan mifoloji anlamda qadın və kişi bölümü yox idi, hər iki başlanğıc yanaşı yaşayırdı.

Azərbaycan tarixinin qədim dövrlərini gender aspektindən təhlil etsək, görərik ki, bizim tariximizdə qadın bərabərliyinin aşı- lanması baxımından geniş imkanlar açılır. Bunlardan ən möhtəşəmi massaget tayfalarının qadın hökmdarı Tomirisin adı ilə bağlıdır. Prof. Eəlibəyzadə yazır ki, “Tomris qədim Azərbaycan torpağınm, hələlik bizə məlum olan ilk qüdrətli qadın hökmdarıdır. Bu mənada Tomrisə “ana” deməyə və ondan “Tomris ana” deyə bəhs açmağa mənəvi haqqımız çatır”.

Yeri gəlmişkən qeyd edək ki, müasir dövrdə də dünyada yaşa- yan çoxsaylı qəbilələrin bəzilərində hələ də matriarxat ənənələrinə təsadüf olunur. Məsələn, İndoneziyanm Sumatra adasında sayı təx- minən 4,5 milyon nəfər olan minanqabao adlı qəbilədə ailə mat- riarxat qaydaları ilə təşkil olunur. Toydan sonra ər xammının evinə köçür, onun soyadım daşıyır. Qadın ərini boşadıqda o, dövlət tərə- findən təşkil olunan xüsusi sığınacaqlara yerləşdirilir.

Dünyanın bir çox xalqlarında sinifli cəmiyyətdən əvvəlki dövrdə cinslərin nikahaqədərki fərdi münasibətlərində azadlıq möv- cud olmuşdur. Lakin bu heç də bu cəmiyyətdə sosial tənzimləmənin olmasım inkar etmirdi. Burada da nikahaqədərki cinsi münasibətlər aqam qadağaları ilə nizamlanırdı. Bir qəbilə daxilində qan qohumlu- ğu olan insanlar arasında cinsi əlaqə qadağan idi. Digər bütün mü- nasibətlərdə isə qəbilə üzvü olan fərdlər azad idilər. Ayrı-ayrı adam- lar arasında əlaqələr çoxcəhətli xarakter daşıyırdı. Cinsi həyatın baş- lanğıcında gənclər arasında əlaqələr qısamüddətli və epizodik məzmuna malik olurdu. Sonralar qarşılıqlı cinsi həzzalma və simpatiya zəminində cütlüklər arasında kifayət qədər davamlı və daimi əlaqələr yaranırdı. Bu əlaqələrin qurulmasmda gənclər seçim hüququna malik idilər. Gənc oğlan və qızlar arasında uzun müddət davam edən intim münasibətlər onların nikaha daxil olması ilə başa çatırdı. Lakin bu məcburi deyildi. Nikah bağlanana qədər öz arala- rında cinsi əlaqələr yaradan cütlüklər biri-biriləri qarşısında heç bir hüquq və öhdəliklər daşımırdı. Cəmiyyət tərəfindən cinşi mü- nasibətləri sanksiyalaşdıran normalar və qaydalar mövcud deyildi. İbtidai cəmiyyətdə cinslər arasında mövcud olmuş bu cür bioloji xarakterli instinkti sosioloq və etnoqraflar “cütləşmə” adlandınrlar. Cütləşmə qarşılıqlı həzzalma təlabatından yaranırdı və tərəflərdən birinin istəyi ilə istənilən anda dayandırıla bilərdi.

Fərdlər arasmda nikahın meydana gəlməsi ibtidai insan cə- miyyətinin iqtisadi həyatınm təşkili və burada baş verən də- yişikliklərlə sıx bağlı olmuşdur. Tarixdən məlumdur ki, ibtidai icma quruluşunun matriarxat dövrü adlanan ilk mərhələsi “ibtidai kom- munizm” adlandınlırdı. Xüsusi mülkiyyətin mövcud olmadığı bu dövrdə bütün istehsal vasitələri və istehlak şeyləri bütün icma üzv- lərinin ümumi mülkiyyətinə daxil idi. Mülkiyyətin ictimai xarakteri onun qəbilə üzvlərinin təlabatlarına uyğun bölünməsində ifadə olunurdu. Lakin ibtidai cəmiyyətin inkişafınm sonrakı gedişində bu bölgü forması da dəyişikliyə məruz qalırdı. Nə qədər ki, ictimai məhsul fiziki mövcudluğun saxlanılması üçün vacib sərvət idi, kol- lektivin hər bir üzvü öz payını istehlak ehtiyacına uyğun olaraq alır- dı. Lakin heç kəs artıq məhsula sahib ola bilməzdi. Cəmiyyət belə şəraitdə heç bir üzvünə ümumi sərvət olan ərzaqdan təbii ehtiyacdan artıq götürməyə razılıq verə bilməzdi. Ibtidai insanlar üçün qorxu və təhlükə altında əldə edilən ərzaq onların ölüm-dirim məsələsi idi. Sonralar, ibtidai cəmiyyətdə məhsul istehsalı gedişində daim artıq məhsul yaranmağa başladı və get-gedə bölgüyə qoyulan məhdudiy- yət öz əhəmiyyətini itirdi. Kollektiv tərəfindən əldə edilmiş artıq ər- zağm başqa məqsədlər, xüsusən digər icma üzvlərinə bağışlanması və ya mübadilə edilməsinə real imkanlar yaranmış oldu. Beləliklə də, bəşər cəmiyyətinin inkişafında mübadilənin ilk forması —məhsul mübadiləsi, yəni natural mübadilə meydana gəldi. Hər hansı bir şeyi bağışlamaq və ya dəyişmək isə ona sahib olmaq demək idi. Kollek- tivin mülkiyyətində olan artıq məhsulun bir hissəsinin mübadiləsi ilə yanaşı, digər hissəsinin nəinki istehlakına, həm də onun ayrı-ayrı üzvlərinin mülkiyyətinə keçməsinə real imkan yaratmış oldu. Kol- lektivin hər bir yaşlı üzvünün artıq məhsul üzərində payı və onun sərəncamçısı olmaq hüququ vardı. Qəbilənin ümumi mülkiyyətində olan sərvət üzərində isə həmin qəbilənin yaşlı olan hər bir üzvünün payı vardı. Öz payını alan yaşlı qəbilə üzvü mülkiyyətində olan ərzaqdan yalnız öz ehtiyacları üçün istifadə hüququna deyil, həm də uşaqları yedizdirmək hüququna malik idi.

Qəbilədə qidalandıncı və qidalananlardan ibarət qruplar yarandı ki, bu da himayədə olan qəbilə adlanırdı. Qəbilədə yeni doğulan hər bir uşağın ilk təbii qida mənbəyi onun anası idi. O, öz uşağım əwəlcə öz südü ilə qidalandınr, sonra isə uşağını ərzaqla qidalandırmaq və zəruri olan hər bir şeylə təmin etmək öhdəliyini öz üzərinə götürürdü. Uşaqları və kişiləri cəlb etmək cəmiyyətin zəruri amilinə çevrildi. Çünki onlar qadından asılı idilər. Ananın qardaşları olan kişilər də anamn başçılıq etdiyi bir təsərrüfat kollektivinin üzvü olurdular. Get- gedə bir qəbilə daxilində bir neçə qardaş, bir neçə bacı və uşaqlardan ibarət himayədə olan özəklər meydana gəldi. Özəklərin meydana gəlməsi nəticəsində qəbilənin hər bir yaşlı qadını digər qəbilədən olan bir yaşlı kişi ilə az və ya çox dərəcədə intim əlaqələrə malik olurdu. Beləliklə də, ibtidai icma cəmiyyətində fərdi nikah münasibətləri meydana gəlmiş oldu. Sinifli cəmiyyətdən əwəlki dövrdə məhsul mübadiləsi cinsi əlaqələrin stabilləşməsi üsulu kimi böyük təsir gücünə malik olmuşdur. Nikaha daxil olma zamanı qiymətli əşya verilməsi sonrakı tarixi dövrlərdə də mövcud idi. Cütlük təşkil edən kişi və qadmlar arasında iqtisadi əlaqələrin yaranması ilə əlaqədar kişi qadına daha çox pay ayırırdı. Bu isə qadına uşaqlar üçün daha çox pay ayır- maq imkam verirdi. Nəticədə kişi, qadın və uşaqlardan ibarət himayədə olanlann özəyi, yəni ailə yarandı. İndinin özündə də bəzi Cənubi Afrika ölkələrində ailə qurmaq üçün gələni düşmən qəbilələrindən oğurlamaq adəti hələ də qalmaqdadır. Qonşu qəbilədən qız qaçı- ranlar bu addımı “qanı qəzələmək” və daha sağlam uşağa sahib ol- maq məqsədilə atırlar.

Qədim Yunanıstanda azyaşlılar arasında nikahlar geniş yayıl- mışdı. 9-10 yaşlı qızlar gəlin köçür və bu münasibətlə Artemida mə- bədində öz uşaqlıq oyuncaqlarını yandırırdılar.

Erkən Tunc dövründə (e.ə.IV minilliyin sonu, III minilliyin əwəli) Azərbaycan ərazisində xüsusi mülkiyyət, sinifli cəmiyyət və dövlət qrumlannın təşəkkülü haqqındakı qədim şumer kitabələrində məlumatlar vardır. E.ə.2104-cü ilə aid olan bir şumer kitabəsində xəbər verilir ki, Uruk şəhərinin hökmdan Ensi Utuhenqal Kuti hökmdan En Tirikanı hakimiyyətdən devirmək üçün onu “arvadı ərindən, övladı valideyndən ayırmaqda” ittiham edərək, əhalini ona qarşı qiyama qaldınr. Qaynağın verdiyi məlumatdan aydın olur ki, qədim Mesopota- miya və Azərbaycan ərazisində ailə cəmiyyətin mənəvi dəyərlərindən biri kimi qiymətləndirilirdi. Azərbaycanın qədim soylanndan olan ku- tilər ailəni cəmiyyətin müqəddəs kiçik özəyi hesab edirmişlər.

Azərbaycan ailəsi və ailə məişəti haqqında mənbələrdə, yazılı abidələrdə və qaynaqlarda, XIII əsrin böyük Azərbaycan alimi Nəsi- rəddin Tusinin, müxtəlif dövrlərində yaşamış Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərində, şifah xalq ədəbiyyatı inciləri olan dastan- larda dəyərli məlumatlar vardır. Azərbaycanlılann ailə və ailə məi- şətinə dair maraqlı materiallar XI-XVIII əsrlərə aid mənbələrdə də öz əksini tapmışdır. Azərbaycanda ailə və ailə məişəti məsələləri XVIII əsrin sonundan başlayaraq XIX əsr və XX əsrin başlanğıcında yazılmış etnoqrafik səpkili rusdilli ədəbiyyatda da əks olunmuşdur.

Həmin materiallarm müqayisəli təhlili aydın surətdə göstərir ki, Azərbaycanda orta əsrlərin ailə məişəti ilə yeni dövrün ailə məi- şəti arasmda kəskin fərqlər olmamışdır, yəni Azərbaycan xalqınm ailə məişətində varislik ənənələri müşahidə edilir. Deməli, Azərbay- can xalqı ailə və ailə məişəti ilə bağlı olan adət -ənənələrini əsrlər boyu qoruyub saxlaya bilmiş, onları təkmilləşdirmiş, inkişaf etdir- miş və bu ənənələr tarixin sınaqlarından keçərək zəmanəmizədək gəlib çatmışdır.

Azərbaycan ailəsi dünyanın əxlaqi cəhətdən ən təmiz və möh- kəm ailələrindən biridir. Ailə üçün səciyyəvi olan bu xüsusiyyətlə- rin dərin kökləri vardır. Həmin köklər Azərbaycan ailəsinin inkişaf yolu ilə bağlıdır. Dünyanm bütün xalqlarında olduğu kimi, azərbay- canlılarda da tarixi inkişaf prosesində ailənin həcmi və strukturu ilə müəyyən edilən iki forması -böyük ailə kiçik ailə mövcud olmuşdur.

Böyük ailələr ailə icması, yaxud patriarxal ailə, nəsli ailə, bölünməmiş, birləşmiş və ya mürəkkəb ailə və s. adlarla məlum- dur. Ailə İcması üç, dörd və bəzən beş nəslin nümayəndələrindən ibarət olub, ata, oğul, nəvə, nəticə və eləcə də qardaşların ailələrini birləşdirən kiçik ictimai kollektiv, təsərrüfat özəyi idi. Bu kollektivə onun ağsaqqalı başçılıq edirdi. Ailə icması üçün səciyyəvi cəhət onun üzvlərinin torpaqdan, əmək alətlərindən, ev heyvanlanndan, digər mülkiyyət və əmlakdan birlikdə istifadə etməklə, birgə isteh- sal və birgə mənimsəmədir. Bu xüsusiyyətlər ailə icmasımn təsərrü- fat və ictimai mahiyyətini müəyyənləşdirməklə onun təbii əsasını təşkil edir.

Ailənin tarixi förması olan böyük ailəniıı təşəkkülü xüsusi mül- kiyyətin meydana çıxması, ata nəslinin qərarlaşması və nəticədə qəbilə icmalarının dağılması, kənd icmalannın yaranması ilə əlaqədardır. Qan qohumluğu prİnsipi ilə təşəkkül tapmış qəbilə icmalarındaıı fərqli ola- raq, kənd icmalarında böyük patriarxal ailələr qonşuluq, ərazi prinsip- ləri ilə birləşirdilər. Kənd icmaları daxilində mövcud məhsuldaı-qüvvə- lərin inkişaf səviyyəsi, təbii olaraq, ailə icmalannın həcmini məhdud- laşdınrdı. Böyük ailələr müəyyən lıəddə çatdıqda parçalanaraq kiçik ailə icmalanna bölünürdülər. Bu icmalar da böyüyərək müəyyən həd- də çatdıqdan sonra öz növbəsində daha yeni ailə icmasma bölünürdü.

Azərbaycanda qəbilə icmalarınm nə vaxt kənd icmaları ilə əvəz olunması və onların tərkibində ailə icmasının nə vaxt yaranma- sı haqqında dəqiq məlumat yoxdur. Ailə icmalarının yaranması və dağılması tarixini dəqiq müəyyənləşdirmək mümkün deyildir. Qon- şu İran və Orta Asiyada ailə icmalarının dağılması və böyiik ailələ- rin kiçik ailələrə parçalanmasını rus alimləri eraımzın V əsrinə aid edirlər. Azərbaycan etnoqrafı Q.Qeybullayev də həmin materiallara əsaslanaraq Azərbaycanda böyük ailələrin V əsrdən başlayaraq ki- çik ailələrə bölünməsini ehtimal edir. Bu fərziyyə orta əsr Azərbay- can xalq dastanlarının materialları ilə də təsdiq oiunur. Dastanlarda böyük ailələr haqqında demək oiar ki, heç bir məlumat verilmir və təsvir olunan ailələrin hamısı kiçik ailələrdir.

XIX əsrin sonundan başlayaraq XX əsrin 30-cu illərinədək Azərbaycanda ailə icmaları dağılaraq, yerini patronomik qruplara verir. Patronomik qruplar Azərbaycanda “nəsil”, “övlad”, “toxum”, “əqrəba”, “kürək” və s. adlandırılırdı.

XIX əsrin sonunda Rusiyada kəndli islahatları, kapitalist mü- nasibətlərin Azərbaycan kənd təsərrüfatına yol tapması, kənddə əm- təə-pul münasibətlərinin formalaşması böyük ailələrin parçalanması üçün zəmin yaratdı. Böyük ailə daxilində kiçik ailələrin xüsusi mül- kiyyətə meyli artmağa başladı. Evli qardaşların hər biri uşaqları böyüdükdə müstəqilliyə can atırdılar ki, ata mirasını öz varislərinə ötürə bilsinlər. Böyük ailələrin dağılması prosesi XX əsrin 30-cu illərinədək davam edir. XX əsrin 30-cu illərində ailənin təsərrüfat özəyi funksiyasını itirməsi nəticəsində “qaUqlar” halında mövcud olan tək-tək ailə icmaları da dağılaraq aradan çıxdı.

Ailə icmaları parçalanan zaman böyük ailəyə məxsus torpaq sahəsi bir neçə yerə bölünməli idi. Bu isə təsərrüfatm dağılmasına səbəb ola bilərdi. Ona görə də, bir ailə icmasmın dağılması nəticə- sində yaranmış yeni ailələr bir-biri ilə əlaqələri kəsmir, bir həyət da- xilində, yaxud bir-birinə yaxın yerlərdə, bir məhəllədə, ayn-ayrı ev- lərdə yaşasalar da, torpaq faktiki olaraq bölünmür, yenə birgə əki- Iib- becərilirdi. Yeni kiçik ailələr müstəqil təsərrüfatlara malik olsa- lar da, əksər hallarda təsərrüfat əlaqələrində və ictmai münasibətlə- rində birliyi, ideoloji ümumiliyi müəyyən müddət qoruyub saxlıyır- dılar. Böyük ailələrdə mövcud olmuş vahid təsərrüfatın yerini imə- cilik, əvrəz, hoy, mödgəm və s. qarşlıqlı yardım formaları, bir-birinə kömək edən kiçik ailə təsərrüfatları tuturdu. Belə qohum ailələr qru- pu patronimiya adlanır.

Azərbaycamn müxtəlif bölgələrində patronimik qruplar uşağı, əqrəba, nəsil, övlad, toxum, tirə, kürək, törəmə və s. adlarla mövcud olmuşdur. Patronimiyaya daxil olan ailələr çox vaxt bir-birinə yaxın yerlərdə yurd salıb kənd daxilində məhəllə təşkil edirdilər.

Azərbaycanda orta əsrlərdən başlayaraq, bu günədək ailənin əsas forması kiçik ailələrdir. Böyük ailə ilə kiçik ailə arasındakı fərq yalnız ailə üzvlərinin sayında deyildi. Onların arasında kəmiyyət fərqi ilə yanaşı, əsas iki keyfıyyət fərqi də vardı. Böyük ailənin vari- datı bütün ailəyə məxsus olduğu halda, kiçik ailədə mülkiyyətin sa- hibi yalnız onun başçısı olan kişi hesab edilirdi. İkinci fərq, nəsillə- rin durumu ilə bağlı idi. Böyük ailə 3-5 və daha çox nəsildən ibarət olmaqla, şaquli istiqamətdə, baba, ata, oğul və nəvələrdən, üfuqi is- tiqamətdə isə qardaşların ailələrindən təşkil olunduğu halda , kiçik ailələr üçün xarakterik cəhət onun yalnız şaquli istiqamətdə iki və üç nəsildən ibarət olması idi. Kiçik ailə üçün səciyyəvi cəhətlərdən biri “levirat” adəti idi.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin