Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə7/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Ailə problemlərinin öyrənilməsində obyektiv nəticələrin əldə edilməsi məqsədilə tətbiq olunan metod və metodikaların öyrənilən pa- rametrlərə uyğunluğu, həmçinin nəticələrin etibarlılığı və validliyi baş- lıca şərt kimi qiymətləndirilir. Hər hansı metod və metodikanın tətbiqi zamanı istifadə olunan vasitələr subyektin öyrənilən parametrlərinə uyğun olmalı və aşağıdakı prinsiplərə əsaslanmahdır:

  • seçilən metodikalar tədqiqat obyektinin bütün mümkün pa- rametrlər kontekstində kompleks səviyyədə maksimal öyrənilməsi- nə təminat verməli;

  • aşkar edilmiş faktlarm diaqnostik vasitələrlə kəmiyyət-key- fiyyətcə və müqayisəli təhlili aparılmah;

  • əldə edilən nəticələr obyektiv olmalı və tədqiqatın qarşıya qoyulmuş məqsəd və vəzifələri ilə ciddi şəkildə determinləşməlidir;

Təqidqat prosesində psixodiaqnostik məqsədlə bir sıra məlum metodikalardan (psixi inkişafda geridə qalan uşaqlann ailədə şəxsiyyət- lərarası münasibətləri) istifadə oluna bilər. Ümumi psixologiyada olduğu kimi, ailə psixologiyasında da ən geniş yayılmıış emprik metodlardan biri müşahidədir.

Müşahidə daha qədim psixodiaqnostik metodlardan biridir. Mü- şahidə insanlar arasında qarşılıqlı təsirin müxtəlif aspektləri haqqmda obyektiv məlumat əldə etmək üçün tətbiq olunan uzunmüddətli proses- dir. Onun nəticələri o halda qəbul edilir ki, onlar psixoloq tərəfındən dəfələrlə qeydə alına bilsin, fərdi və ya tipik hal kimi qiymətləndiril- məyə əsas vermiş olsun. Müşahidənin başlıca üstünlüyü qaydalarm standartlaşdınlmadan tətbiqi və sınamlan şəxsin bu metodun tətbiqinə razılğmın və zərurətin olmasıdır. Müşahidə metodu vasitəsilə psixoloq ailə şəraitində adamlann davranışını izləyir, müşahidə faktlannı qeydə alır, lakin onların davranışma müdaxilə ertmir. Bu metodun əsas prin- sipləri XX əsrin 20-ci illərində rus psixoloqu M.Y.Basov tərəfındən aşağıdakı kimi müəyyən edilmişdir:

  • müşahidə prosesi tədqiq edilən subyektin davramşının ob- yektiv xarici təzahürlərini maksimum izləməyə təminat verməlidir;

  • müşahidə fasiləsiz və müxtəlif situasiyalarda subyektin izlə- nilməsinə yönəldilməlidir;

  • müşahidə faktları məqsəddən asılı olaraq seçmə yolla qeydə alınmalıdır.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin