Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə5/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Üçüncü mərhəIə-XX əsrin əvvəllərindən ortalarına qədər da- vam etmişdir. Krestensen bunu “spontan elmi mərhələ” adlandır- mışdır. Bu mərhələdə elmdə nikah münasibətlərinin pillələri, forma- ları, tipləri haqqında emprik məlumatlar toplanmış, bir çox sosio- loqlarm səyləri sosial mühəndislik və ailə münaqişələrinin həllinə kömək göstərilməsi üzərində cəmlənmişdir.

Dördüncü mərhələ- XX əsrin ortalarından indiyə qədər da- vam edən dövrdür ki, Krestensenə görə bu mərhələ “mənlik şüuru mərhələsi” kimi xarakterizə olunur. Bu mərhələ üçün ailə sosiolo- giyası və psixologiyası nəzəriyyəsinin planauyğun qaydada yaradıl- ması və kollektiv emprik tədqiqatların aparılması səviyyəsidir.

Keçmiş SSRİ-də ailənin öyrənilməsi 1960-cı illərin ortalanndan başlayaraq fəal surətdə həyata keçirilməyə başlanmışdır. Reproduktiv davranış, işləyən qadmların peşə və ailə rollarının uyğunlaşdırılması, ailədə hakimiyyət və vəzifələrin bölgüsü ınəsələləri tədqiq olunurdu. 1980-cı illərin əwəllərindən ailənin həyat tərzinə, ər-arvadın emo- sional münasibətlərinə, münaqişələrə, vəzifələrin bölgüsünə, hakimiy- yət və nüfuz münasibətlərinə, ailəyə dövlət köməyinə, nəzəri və meto- dik problemlərə, gənc ailələrə, uğursuz ailələrdə uşaqların tərbiyəsinə, seksual və nikahaqədərki davranış məsələlərinə daha artıq diqqət yeti- rildi. Bu problemlə bağlı rus psixoloq və sosioloqlan olan İ.V.Qrebennikov, İ.V.Dubrovina, İ.S.Kon, V.İ.Sısenko, A.Q.Xripkova, V.İ.Smimov, T.M.Afanasyeva, Q.P.Razumixina, S.V.Kovalyev, A.Q.Xarçiyev və başqalan geniş tədqiqatlar apanrdılar.

Sosioloq və demoqraflar çoxdan belə nəticəyə gəlmişlər ki, müasir hadisə və prosesləri hərtərəfli kontekstdə araşdırmaq lazım- dır. Sosioloji fıkrin klassikləri və müasir nümayəndələri O.Kont, K.Marks, M.Veber. E.Dhürkheym, R.Merton, P.Ştompka və b. qeyd etmişlər ki, müasir dövrdə mövcud olanlar əwəlki tarixi keçmişin bir hissəsidir. Ailə problemlərinin sosial-psixoloji elmi tədqiqatların müstəqil bir sahəsi kimi fərqləndirilməsi XIX əsrin ikinci yarısında sosial-humanitar biliklərin meydana gəlməsi ilə əlaqədardır. Bu dövrdə ailənin sosial institut kimi tarixi keçmişi ilə bağlı nəzəri problemlər ilk növbədə antropoloq və sosioloqlann diqətini cəlb et- məyə başladı. Antropoloqlar C.F.Mak-Lennan(1827-1881), İ.Y.Bahofen(1815-1887), L.Q.Morqan (1818-1881) və başqaları tədqiqatlar nəticəsində belə qənaətə gəlmişlər ki, ailə institutu donuq törəmə deyil, təkamül prosesində uzun inkişaf yolu keçmiş və indi də inkişaf edən sosial sistemdir.

XIX əsrin ortalarmda sosioloji tədqiqatlarda ailə dəyişkənliyi və inkişaf məsələləri daha da aktuallaşmağa başladı. F.Engels dia- lektik materialist təlimin prinsiplərinə istinad edərək cəmiyyətin iq- tisadi inkişafının ailə transformasiyasına təsirini tədqiq etməyə səy göstərmişdir. Bu dövrdə fransız sosioloqu F.Le-Ple (1806-1882) isə əksinə, qeyd etmişdir ki, ailə dinamikası cəmiyyətdə sosial-iqtisadi proseslərə təsir göstərir.

Ailənin sosioloji aspektdə tədqiqinə rus sosioloqları M.M.Kova- levski (1916-1951) P.Sorokin (1889-1968) əhəmiyyətli töhfə ver- mişlər. Cəmiyyətin çoxfaktorlu təhlili və genetik sosiologiyanın me- todlan ilə yanaşı, M.Kovalevski cəmiyyətin inkişafının tədqiqində so- sial institutlarm mənşəyinin öyrənilməsinin əhəmiyyətini də sübut et- mişdir. Cəmiyyətdə tıikah institutunu təhlil edən rus sosioloqu P.Soro- kin isə belə nəticəyə gəlmişdir ki, onun təkamülündə geniş seksual azadlığm normativ məhdudlaşdırılmasınm böyük təsiri olmuşdur. Ailə institutunu tarixi-müqayisəli təhlil edən və ənənəvi ailə ilə XIX əsrin sonu, XX əsrin əwəlləri üçün xarakterik olan ailəni qarşılaşdıran P.Sorokin sosiologiyaya “ailənin böhranı” anlayışmı gətirmişdir. O, bu mücərrəd anlayışın empirik indikatorlan sırasına həmin dövrdə nikah və doğumun aşağı düşməsini, boşanmalann sayının artmasını, valideyn nüfiızunun zəifləməsini aid edirdi. Sosioloq alimlər ailə institutunda destruktiv xarakterli dəyişikliklərin səbəblərini sənaye cə- miyyətinin inkişaf qanunlarında görürdülər.

Ötən XX əsr ərzində ailə institutunda baş verən ciddi dəyiş- mələrə elmi maraq heç də zəifləməmişdir. F.Le-Ple-dən sonra al- man sosioloqu Karl Simmerman ailədə baş verən institutsional də- yişmələri cəmiyyətin sosial-tarixi inkişafı üçün zəruri və həlledici amillərindən biri hesab edirdi.

XX əsrin ikinci yarısında Qərb sosiologiyasında ailə dəyişik- likləri ilə bağlı elmi problematik sosiologiya sosial psixologiya, ta- rix və antropologiya elmlərinin qovşağında inkişaf etməyə və fənlə- rarası tədqiqatların obyektinə çevrilməyə başladı.

F.Ares “uşaqlıq konsepsivası vasitəsilə ailə münasibətlərinin transformasiyası”, P.Laslett, E. Şorter, İ.Stoun “ailə strukturunun transformasiyası və ailənin ölçüləri”, İ.Dyubi “orta əsrlər cəmiyyə- tində nikah institutu” və s. kimi mövzularda əhəmiyyətli tədqiqatla- ra başladılar. 1975-ci ildə ABŞ-da “Ailənin tarixi” adlı jumal nəşr olunmağa başladı.

Müasir, XXI əsrdə də Qərb sosial fıkrində ailə institutunda baş verən dəyişmələrə maraq heç də azalmamışdır. İngilis sosioloqu P.Tompson (1924-1993) belə qənaətə gəlmişdir ki, cəmiyyətdə iqti- sadi, sosial və siyasi hadisələrin gedişi tendensiyasının öyrənilməsin- də ailə strukturunun dinamikasındakı dəyişikliklər önəmli amildir. Cəmiyyətdə baş verən sosial dəyişikliklərdə ailənin nə kimi rola ma- lik olması haqqmda sosiologiyada vahid baxış mövcud deyildir. Mo- demist və feminist konsepsiyalar (A.Q.Vişnevski, S.İ.Qolod, T.A.Qurko, M.S.Maskovski və b.) ictimai inkişafda ailənin passiv ro- luna üstünlük verirlər. “Ailə böhranı” nəzəriyyəsinin tərəfdarları olan rus alimləri A.İ.Antonov, U.H.Arxangelski, V.A.Borisov, A.İ.Kuz- min, V.M.Medkov və b. cəmiyyətin mövcudluğu üçün ailədə baş ve- rən institutsional dəyişmələrin vacib rol oynadığmı qeyd edirlər. Ai- lənin gələcəyi barədə qeyri-optimist mövqedə duran müəlliflərdən bi-

ri Oşho yazır: “Ailənin gələcəyi yoxdur. Elələri vardır ki, bunu artıq başa düşüb. Gələcəkdə yalnız və yalnız sevgi hökmranlıq edəcək. “ər”, “arvad” çirkin, qadağan olunmuş sözlər sayılacaq”. [39 s.142]

Müasir etnoqrafiya, sosial psixologiya və sosial antropologiya elmləri ailənin həyat və fəaliyyətinin ayrı-ayrı məsələlərinə dərin ma- raq göstərir. Ənənəvi tarixi yanaşmalarla yanaşı, XX əsrdə ailə sosiolo- giyası və psixologiyasında yeni tədqiqat istiqamətləri meydana gəl- mişdir. XX əsrin ikinci yansında demoqrafiya və tarix elmlərinin qovşağında yaranan “tarixi etnoqrafiya” elmi ailənin sosial tarixi problemlərinin tədqiqində bir sıra nailiyyətlər qazanmışdır. Bu sahədə rus alimləri A.A.Avdeyev, M.S.Averbux, Y.L.Bessmertnı, A.Q.Viş- nevski, B.H.Mironov və başqalannm əvəzsiz xidmətləri vardır.

Ailə problemlərinin tədqiqatçılarmdan biri rus psixoloqu İ.V.Dubrovina gənclərin ailə həyatına hazırlanmasınm metodoloji müddəalarından birini müəyyən etmişdir. Onun qənaətinə görə, gənclərin ailə həyatına hazırlığı hər şeydən əvvəl onların mənəvi səviyyəsinin yüksəldilməsi ilə bağlıdır. Bunsuz insanı ailə, istehsal, təlim və asudə vaxtın təşkili kimi həyatın ayrı-ayn sahələrinə hazır- lamaq olmaz.

Böyüməkdə olan gənc nəslin mənəvi tərbiyəsini onların şəxsiy- yətinin formalaşdınlmasınm əsas amili hesab edən rus pedaqoqu A.S.Makarenko (1888-1939) yazırdı ki, “əgər uşaq böyüdükcə öz va- lideynlərini, bacı və qardaşlarmı, öz Vətənini, məktəbini sevməyi öyr- ənməmişsə, əgər onun xarakterində dərin eqoizm baş qaldırmışsa, onun seçdiyi qadını dərindən sevmək qabiliyyətinin olacağım zənn et- mək çox çətindir” [61,s.9]. Görkəmli Ukrayna pedaqoqu V.A.Suxom- linski (1818-1970) haqlı olaraq təsdiq edirdi ki, “məhəbbət elmi” adlı hər hansı xüsusi elm yoxdur, insanlıq elmi vardır [42, s.87].

Rus psixoloqu V.E.Çudnovski isə şəxsiyyətin kompleks key- fiyyətlərini tədqiq edərkən “xoşbəxt nikah” üçün zəruri şərtlər sıra- sına başqa adama yönəlmə, ətrafdakı insanları anlamaq bacarığı və istəklərini, onların maraqlarmı, zövq və adətlərini nəzərə almağı vacib hesab edirdi.

Ailə problemlərinin məşhur tədqiqatçılarından biri olan rus sosioloqu V.A.Sısenko ailə psixologiyası elminə “nikaha qabillik” anlayışmı daxil etmiş və onun bir sıra komponentlərini müəyyənləş- ItESPUBLİKA ELMt-PEDAQOJİ K1TAANASI MMC

Inv. M İA&AL

dirmişdir. Bu komponentlər sırasına o, “başqa adama qayğı göstər- məyi, ona fədakarlıqla xidmət etməyi, xeyrxahlığı, tərəfdaşın emo- sional aləminə daxil olmağı, onun yaşantılarına, kədər və uğursuz- luqlarına, qələbəsinə şərikliyi, kooperasiya, əməkdaşlıq, insanlarara- sı ünsiyyət qabiliyyətini, əməyin bir çox növləri üzrə bacarıqlarını, ev işlərini planlaşdmnağı, tərəfdaşm nöqsan və çatışmazlıqlarına qarşı səbrli və dözümlü münasibəti, şəxsi eqoizmdən uzaq olmağı və s.” aid etmişdir [61 s.10].

Ailə psixologiyası probleminə həsr olunmuş dəyərli tədqiqat- lardan biri rus psixoloqu S.V.Kovalevin “Müasir ailənin psixologiy- ası” (1988) adlı əsəridir. Müəllif gələcək ata və anaların tərbiyəsi mə- sələlərini etik-psixoloji planda tədqiq etmiş, cinsi yetişmə, ailə rifahı, nikah tərəfdaşı seçimİnin motivlərini, məhəbbət, birgəyaşayış və qar- şılıqlı uyğunlaşma və s. problemlərə geniş yer ayırmışdır. Bu münasi- bətlə alim yazır: “ Sevmək və sevimli olmaq arasındakı fərqlərin mü- zakirəsi qanunauyğun olaraq əsl məhəbbət haqqında məsələnin həl- lini təmin edir. Əsl məhəbbətin mənəvi təbiətində uyğun olaraq məhz iki tərkib var: “sevmək arzusu” “sevimli olmaq arzusu”. Rus psixoloqu İ.V.Qrebennikovun “Ailə həyatmın əsaslan” (1991) adlı əsəri ailə psixologiyası problemlərinə həsr olunmuş dəyərli əsərlər- dən biridir. Ailəni “sivilizasiyanm nəticəsi və yaradıcısı” |64,s.3]. adlandıran müəllif həmin əsərində ailə-nikah münasibətlərinin inkişa- fi, ailənin funksiyaları, nikaha və ailə həyatına hazırhq, lıabelə intim münasibətlərə aid problemlərə geniş yer ayırmış, artan boşanmaların kökündə gənclərin nikaha və ailə həyatına hazır olmadıqlarımn dur- ması faktını əsaslandırmağa çalışmışdır.

Azərbaycanda ailə problemlərinin sosial-psixoloji və pedaqoji aspektdən araşdırılması sahəsində sistemli tədqiqatlara XX əsrin 70-ci illərindən başlanılmışdır. Bu sahədə Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, Z.B.Göyüşov, Ə.M.Məmmədov, O.Ə.İsmayılov, R.İ.Əliyev, A.N.Ab- basov, Ə.Ə.Ağayev, H.Ə.Əlizadə, H.İ.Quliyev, O.İ.VəIiyev, S.F.Şaba- nov, L.Əliyeva, İ.Ə.Mirzəyev və b. tədqiqatlarında ailə psixologiyası və pedaqogikasmın bir sıra aktual məsələlərinə həsr olunmuş çoxşaxəli elmi araşdırmalar diqqəti cəlb edir. Bu sahədə diqqətəiayiq tədqiqatla- nn müəllifı professor Ə.Əlizadənin xidmətləri xüsusi qeyd edilməlidir. Onun “Ailədə uşaqların cinsi tərbiyəsi (1968), adlı əsəri bu sahədə respublikamızda ilk elmi təşəbbüslərdəndir. Alimin 1975-ci ildə uğurla müdafıə etdiyi “Cinsi dimoqfizm və şəxsi qarşılıqlı müna- sibətlərinin formalaşmasımn psixoloji problemləri” mövzulu dok- torluq dissertasiyası bu sahədə ən böyük elmi uğur kimi qeyd olun- malıdır. Professor Ə.Əlizadənin 1986-cı ildə nəşr etdirdiyi “Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi” adlı əsəri bu mövzunun uğurlu ehni davamı kimi diqqəti cəlb edir. Ə.Ə.Əlizadə cinslərarası münasibət- lər, həmİn münasibətlərin müxtəlif yaş dövrlərində təzahür xüsusiy- yətləri, valideyn və müəllimlərin bu sahədə mövqeləri, sosial-cinsi status, dostluq və məhəbbət hissi və s. haqqında geniş elmi araşdır- malar aparmışdır. O, oğlanlarla qızlar arasmda spesifik münasibətlə- rin formalaşması şəraitini, bu münasibətlərin struktur və tiplərinin əsas xüsusiyyətlərini, cinsi fərqlənmənin oğlan və qızların maraqla- rıııda necə qiymətləndirməsi, cinsi qruplann identifikasiyası və bu prosesə təsir göstərən etnopsixoloji amilləri eksperimental yolia təd- qiq etıniş və əhəmiyyətli nəticələr əldə etmişdir.

Şəxsiərarası qarşılıqlı münasibətlərdə cinsi meylin yaranması və inkişafının xüsusiyyətlərini araşdıran psixoloq yazır: “Cinsi meyl ana- dangəlmə olub cinsi yetişmə dövründə meydana çıxır və cinslərarası münasibətlərdə onun təbii cəhəti kimi təzahür edir”. [13,s.249]

2005-ci ildə L.Əliyeva tərəfındən “Tələbə - gənclərin ailə hə- yatına hazırlanmasının psixoloji xüsusiyyətləri” mövzusunda fəlsəfə doktoru proqramı üzrə dissertasiya işi müdafıə olunmuşdur.

Son dövrlər ailə psixologiyası problemlərinə həsr olunmuş əsərl- ərdən biri İ.Ə.Mirzəyevin 2005-ci ildə çap olunmuş “Ailənin praktik psixologİyası” əsəridir. Dərs vəsaiti kimi tərtib edilmİş bu kitabda aİlə mühitinin sosial-psbcoloji xüsusiyyətləri, ər-arvad, valideyn- övlad, gə- lin-qaynana münasibətlərinin psixoloji məqamlan təhlil edilmiş, ailə həyatına dair praktik tövsiyələr öz əksini tapmışdır.


  1. Yüklə 0,8 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin