Ailə psixologiyası psixologiya elminin ailə və nikah problemlərini öyrənən fənlərarası istiqamətlərindən biri olub, sosioloji, iqtisadi, etnoq- rafık, tarixi, hüquqi, pedaqoji, demoqrafık və s. tədqiqatlara əsaslamr.
Ailə və nikah problemlərinin ilk dəfə elmi-psixoloji aspektdə sistematik araşdırılmasına XX əsrin 20-ci illərinin sonu, 30-cu illə- rinin əvvəllərindən ABŞ-da başlanılmışdır. Bu problemin tədqiqinə artan maraq, XX əsrin 60-70-ci illərində ailə və nikah məsələlərinə həsr olunmuş tədqiqatlarm nəticələri bu sahənin müstəqil elm sahəsi kimi fərqləndirilməsi mümkünlüyünü reallaşdırdı. Lakin bununla belə ailə və nikah problemləri tədqiqat obyekti kimi müxtəlif elmlər tərəfindən spesifik nöqteyi-nəzərdən izah edilirdi. XX əsrin sonları- na doğru ailə və nikahın psixoloji aspektdə tədqiqi aşağıdakı əsas məsələləri əhatə etməyə başladı: nikahm keyfiyyətinə təsir göstərən amillərin öyrənilməsi; ailənin inkişaf mərhələləri; ailənin rol struk- turu; ailə üzvləri arasmda hakimiyyətin bölünməsi; ər-arvad arasın- da ünsiyyət; ailə və nikahı şərtləndirən motivlər; ailədaxili psixoloji iqlim və uyuşma; valideynlər və uşaqların psixoloji xüsusiyyətləri; boşanmanı şərtləndirən psixoloji amillər, onun nəticələri və s.
Ailə psixologiyası insanın ailə mühitində inkişafını, ailəda- xili qarşılıqlı münasibətlərin psixoloji xüsusiyyətlərini, ailənin sosiuma adaptasiyasınm psixoloji mexanizmlərini öyrənən elm sahəsidir.O, ailə pedaqogikası, ailə sosiologiyası, psixoloji bilik- lərin müxtəlif sahələri, o cümlədən ailə psixoterapiyası, psixoloji konsultasiya, ailələrlə aparılan psixoprofılaktik və sosial işdən əldə edilən təcrübə və faktlara əsaslanır. Psixologiyanın bu sahəsi sağlam ailənin və ailə patologiyasının psixoloji xarakteristikasını verir, həmçinin ailələrə praktik psixoloji yardımın gedişində əldə edilən təcrübəni təhlil edib ümumiləşdirir. Ailə psixologiyasına aid qa- zanılmış nəzəri və emprik biliklər ailəyə köməyə yönəlmiş müxtəlif tipli sosial və psixoloji proqramların işlənib hazırlanmasına və tətbiqinə xidmət edir.
Ailə psixologiyasının predmetini ailənin şəxsiyyətlərarası qarşı- lıqlı təsir sistemi kimi strukturu və fiınksiyalarının öyrənilməsinə spesi- fık psixoloji yanaşma, obyektini isə ailədaxili münasibətlər təşkil edir.