Xəzər Universiteti
PhD tələbələr üçün fənn
Elm və fəlsəfə tarixi. Qədim dövr (HSP 01)
Proqram/Syllabus
Yaz semestri, 2014.
Sinif otağı və cədvəl (təyin olunacaq)
Müəllim: Hamlet İsaxanlı
hamlet@khazar.org
www.hisaxanli.org
Fənnin qısa təsviri
Əsasən yunan və hellenistik dövrü olmaqla qədim dünya elm və fəlsəfə tarixinin əsasları. Elmi düşüncənin formalaşması.
Fəlsəfi sistemlərin yaranması və inkişafı. Fizika, riyaziyyat, astronomiya, biologiya, tibb və digər mücərrəd və praktik zəka fəaliyyətləri.
Elm, fəlsəfə, mədəniyyət, siyasət və xeyriyyəçilin bir-birinə qovuşması və qarşılıqlı təsiri.
Fənnin məqsədi
Fənni uğurla bitirən aşağıdakı (və başqa) bilik və üstünlüklərə sahib olacaq):
1. Qədim dünyada əldə olunmuş elmi və fəlsəfi uğurları mənimsəmək.
2. Elm və fəlsəfənin inkişafı üçün zəruri olan daxili və xarici amillərin, mühitin rolunu anlamaq.
3. Ayrı-ayrı elm sahələrini, fəlsəfi sistemləri öyrənmək, aparıcı alim və filosofların uğurları ilə tanış olmaq.
4. Qədim dünyanın elmi və fəlsəfi uğurları ilə çağdaş dünyam arasındakı bağlantıları görmək.
Kitab və oxu materialları
1. George Sarton. Introduction to the History of Science, vol 1. Krieger Pub Co, 1975. 2. Bertrand Russell. The History of Western Philosophy. Simon & Schuster/Touchstone , 1967 (Ruscaya tərcüməsi var).
3. W.K. Guthrie. A History of Greek Philosophy, 6 volumes.
4. Ahmet Arslan. İlkçağ Felsefe Tarihi, 5 cild. 2008-2010.
5. Specific book chapters and articles (combination of primary and secondary sources; offered by instructor). Oxu materiallarının bir hissəsi vebsaytda olacaq/Part of reading will be available on the website. Dərslərin təşkili Mühazirələr, layihələr (tək tələbə və qrup tələbələr üçün), müzakirələr. Mühazirədə qeydlər götürməniz məsləhətdir. Qiymətləndirmə Təkbaşına layihələr 15-20% Qrup layihələr 15-20% Müzakirələrdə fəallıq 10% Yazılı imtahan 30-40% Dərsdə iştirak 20% Qaydalar 1.Dərsə davamiyyət mühümdür. Əks halda öncədən müəyyən imtahan ballarını itirmiş olacaqsınız, daha mühüm olan isə fənni mənimsəmək çətin olacaq. 2. Mobil telefonlar söndürülmüş olacaq. 3. Laptop gətirdiyiniz halda onu ancaq dərslə əlaqəli işlədəcəksiniz. 4. Köçürmə və plaqiarizm qəti qadağandır, imtahandan kəsilməklə cəzalandırılır.
Fənnin məzmunu
Misir və Mesopotamiyada elm. Yunanlara təsiri.
Yunanlar. Yazı və rəqəm.Elmi və fəlsəfi məktəblər.
Fizik-filosoflar. Milet və Kiçik Asiya.
Magna Graecia. Pifaqor məktəbi.
Elea məktəbi. Abdera Atom məktəbi
Empedokles.
Anaksaqoras. Afina məktəbləri
Sofistlər. Sokrates və onun fəlsəfəyə təsiri
Platon. Platon Akademiyası.
Aristotel. Aristotel Liceumu.
Yeni Platonçuluq.
Fizika. Riyaziyyat. Astronomiya. Biologiya. Kimya.
Epikuros və «Bağ»
Stoaçılıq (Stoisizm).
Aleksandriya Akademik dünyası.
Riyaziyyatın inkişafı. Evklid. Arximed. Apollonius.
Astronomiyanın inkişafı. Aristarx. Hipparxus. Klaudius Ptolomaeus.
Tibb məktəbləri. Hippokrat. Galen.
Roma dövrü. Elm və fəlsəfə.
Dostları ilə paylaş: |