Elmin idarə olunması
267
li alimlər, ixtiraçılar, habelə hadisələrin real gedişi
ilə daha çox kontaktda olan iqtisadçılar yaranmış
situasiyadan baş çıxarmağa çalışır və konkret praktik
ehtiyaclardan çıxış edərək Elm–Texnika–İstehsalat
kompleksinin daha səmərəli surətdə idarə olunması
üçün təkliflər irəli sürürlər.
Elmi-texniki tərəqqini sürətləndirmək xətti –
strateji bir vəzifə kimi qarşıya qoyulduqdan sonra bu
məsələyə diqqət artdığından elmin və elmdən isteh-
salata gələn yolun optimal təşkili sahəsindəki praktik
çətinliklər, ziddiyyətlər, irəliləyişə mane olan müxtə-
lif amillər getdikcə daha çox aşkar olur, elmi-texniki
tərəqqinin optimal təşkilati formasına uyğun gələn
yeganə düzgün yola getdikcə daha çox işıq düşür.
Lakin bu yeganə yola gətirib çıxardan külli miqdar-
da müxtəlif cığırlar var ki, onlar bir-biri ilə çarpaz-
laşdığından labirintdən çıxa bilməmək, yaxud onla-
rın ən qısasını seçə bilməmək və son mətləbə uzun-
uzadı fırlandıqdan sonra gedib çıxmaq təhlükəsi ya-
ranır.
Hər halda bu problemə yönəldilmiş «sağlam
fikir» axınının, praktik təkliflərin, məhdud dairələrdə
artıq həyata keçirilən konkret tədbirlərin, sosial eks-
perimentlərin vahid bir istiqaməti, yeganə məqsədi
vardır ki, bu da elm ilə istehsalat arasındakı əlaqəni
möhkəmləndirmək, elmdən istehsalata gedən yolu
qısaltmaqdan ibarətdir.
Elmşünaslığa giriş
268
Bu tələb həyatın qoyduğu tələbdir, ictimai
praktikanın qanunauyğun nəticəsidir.
Hələ 1941-ci ilə böyük sovet alimi P.L.Kapitsa
iqtisadi tərəqqinin ən mühüm amilini və bu sahədə
ən zəif halqanı çox düzgün göstərərək yazırdı:
«Sovet hakimiyyəti elmə böyük diqqət və qayğı
göstərir. Nəticədə bizim indi ən qabaqcıl və çətin
problemləri həll edən elmimiz vardır. Bizim həm də
ən incə və mürəkkəb mexanizmlər düzəldən səna-
yemiz vardır. Lakin elm və texnikanın əlaqəsi bizdə
hələ zəifdir, bu isə bizə ölkəmizin yaradıcı qüvvə-
lərinin bütün zəngin ehtiyatından istifadə etməkdə
mane olur».
1
Ayrılıqda elm var, ayrılıqda istehsal var, hər
birinin nisbi müstəqil inkişafı üçün şərait var; bəs
çatışmayan nədir? Çatışmayan bu iki tərəfin vəhdəti,
üzvi surətdə əlaqələndirilməsi, elmin nailiyyətlərinin
texnikada maddiləşməsi və istehsalata tətbiq olun-
ması və tərsinə, texnikanın, mövcud texnoloji prin-
siplərin elmi tədqiqat obyektinə çevrilməsi – texniki
elmlərin, ümumiyyətlə, fundamental tətbiqi tədqiqat-
çıların inkişaf etdirilməsidir. Və bütün bunlar üçün
adekvat təşkilati forma tapıla bilməməsidir. Özü də
çarənin təşkilati strukturla bağlı olması təzə kəşf
olunmamışdır. Akademik P.L.Kapitsa hələ o vaxt
elmi-texniki və iqtisadi tərəqqinin ən zəif halqasını,
1
П.Л. Капица. Эксперимент, теория, практика. М.,
1987, c. 154.
Elmin idarə olunması
269
bu tərəflər arasında əsaslı körpünün çatışmadığını
qeyd edərkən bunun səbəbini də çox düzgün göstər-
mişdi: «Elmin ən geniş miqyasda tətbiq olunması
üçün heç yerdə SSRİ-dəki kimi zəmin yoxdur. Ona
görə də elm və texnikanın hələ zəif birləşməsini
yalnız bununla izah edə bilərik ki, bu, əlaqənin ən
səmərəli təşkilati forması hələ tapılmamışdır. Şübhə-
siz ki, elm və texnikanın artıq əldə edilmiş səviyyə-
sində, hələ qalmaqda olan qüsurlara baxmayaraq,
xeyli böyük texniki yaradıcılıq nailiyyətləri əldə edi-
lə bilərdi».
1
Çətinlik isə yalnız müvafiq təşkilati for-
manın tapılmaması və ya yeni təşkilati formalara
keçmək təşəbbüsü göstərilməməsi ilə bağlıdır. Niyə?
Necə olur ki, çox mürəkkəb elmi və texniki məsələ-
lər həll edildiyi halda təşkilati məsələ yenə də bir
problem olaraq qalırdı?
Nəzərə almaq lazımdır ki, bu deyilənlər icti-
mai-siyasi quruluşdan asılı deyil. Kapitalizm, sosia-
lizm və postsosializm cəmiyyətlərində elm və texni-
ka heç də konseptual məzmununa görə deyil, sosial
məzmununa görə fərqlənirlər. Yəni ayrı-ayrı elmi və
texniki yeniliklərin məzmunu və hətta onların əldə
olunması üçün zəruri olan fərdi yaradıcılıq prosesi-
nin məntiqi-qnoseoloji mexanizmi ictimai-iqtisadi
quruluşdan asılı deyil.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, elm və
1
Yenə orada.
Elmşünaslığa giriş
270
texnika arasında əlaqənin yeni, optimal təşkilati for-
masının tapılıb həyata keçirilməsi sahəsində hələ də
bir süstlük, gerilik vardır. Başlı-başına buraxıldıqda
proses yaxınlaşma deyil, ayrılma istiqamətində ge-
dir. Doğrudan da, paradoksal və ziddiyyətli görünür.
Lakin bu ziddiyyət nə kimi bir ziddiyyətdir və onu
aradan qaldırmaq üçün nə kimi imkanlar vardır?
Elm ilə texnika arasındakı halqanın təşkilati
strukturu məsələsi ilk baxışda ənənəvi məsələ kimi
görünsə də, mahiyyəti etibarilə yenidir, elm və tex-
nikanın inkişafının yeni mərhələsini şərtləndirən ən
mühüm problemlərdən biridir. Belə olduğu təqdirdə
köhnəni təkmilləşdirməklə heç nəyə nail olmaq
mümkün deyil. Məsələnin əsl həlli tamamilə yeni
təşkilati formaya keçilməsini tələb edir. Belə bir
yeniliyə doğru mücərrəd səylər müasir dövrdə həqi-
qətən vardır, lakin görünür, köhnəni təkmilləşdirmək
cəhdi, ənənəvi yollardan çıxa bilməmək, ətalətlilik
hələ də üstünlük təşkil edir. Beləliklə, yuxarıda da-
nışdığımız ziddiyyətin həll olunması yolu aydındır:
bu yol elmin bir epistemologiya və sosial sistem
kimi mahiyyətinin müəyyənləşdirilməsini və Elm–
Texnika–İstehsalat zəncirinin, elmi-texniki tərəqqi-
nin daxili məntiqinə, təbii meyllərinə uyğun olaraq
təşkil edilməsini nəzərdə tutur.
Yeni tələblərə uyğun olan təşkilati forma necə
olmalıdır? Məsələ burasındadır ki, elm və istehsalat
arasında əlaqə həmişə mövcud olmuş, elmin yaran-
Elmin idarə olunması
271
masında və formalaşmasında iqtisadi tələbat müstəs-
na rol oynamışdır. Lakin müasir dövrdə ikinci bir
hadisə – elmin texnika və istehsalatdan getdikcə da-
ha çox ayrılması, daha çox müstəqillik kəsb etməsi
hadisəsi baş verir ki, onun mahiyyətinin dərk olun-
ması və ona uyğun təşkilati tədbirlər görülməsi istər-
istəməz ləngimişdir. Doğrudan da, «sağlam fikrə»
heç cür aydın ola bilməyən paradoksal vəziyyətdir.
Bir tərəfdən texnika, istehsalat getdikcə daha çox də-
rəcədə yeni elmi nailiyyətlərin tətbiqinə ehtiyac hiss
edir, o biri tərəfdən də, elm getdikcə konkret texniki
tələbatdan irəli gələn mövzulardan uzaqlaşır, öz
problemlərini çox vaxt özü qoyur, və daha çox müs-
təqil fenomen olmağa «can atır».
İlk baxışda bir-birinə əks görünən bu iki pro-
sesin vəhdətini başa düşmək, məsələnin dialektik yo-
lunu tapmaq, «sağlam fikrin», hadisələrə ənənəvi
münasibətin buxovundan yaxa qurtarmaq – bu gün
qarşıda duran vəzifədir, elmi-texniki tərəqqinin yeni
tələblərə uyğun olaraq yeni formada idarə olunması
problemi buradan başlanır. Elmlə istehsalı ən opti-
mal şəkildə əlaqələndirmək, aradakı məsafəni mak-
simum qısaltmaq tələbi qarşıya qoyulduqda «sağlam
düşüncə» elm və istehsalın mikrobirliklərini yarat-
maqdan səmərəli heç nə görə bilməz. Belə ki, birləş-
dirmənin ən qabarıq və nəzərəçarpan forması ərazi
birliyi, inzibati birlik və maliyyə birliyidir. Lakin bu
cür birləşdirmə hesabına təşkilati və iqtisadi prob-
Elmşünaslığa giriş
272
lemlər nəinki həll oluna bilməz, hətta üstəlik yeni
problemlər, təkrarçılıq, artıq israf və s. ortaya çıxar.
Ölkəmizdə sovet dövründə elm-istehsalat bir-
likləri yaratmaq sahəsində müəyyən addımlar atıl-
mışdı. Təcrübə göstərdi ki, bu birliklərin işi düzgün
təşkil edilmədikdə, «birləşdirmə» formal xarakter
daşıdıqda gözlənilən müsbət nəticələr alınmır. Ona
görə də elm-istehsalat birliklərinin yaradılması sahə-
sindəki iş bir çox aspektlərdə ilkin nəzəri tədqiqat
aparılmasını tələb edir. Bu sahədə qoyulan təc-
rübələr, məhdud miqyaslı tədbirlər də məsələyə bö-
yük məsuliyyətlə yanaşılmasını, hər şeyin qabaqca-
dan ölçülüb-biçilməsini tələb edir. Müasir mərhələdə
özəlləşmə nəticəsində belə böyük birliklər xüsusi
mülkiyyətə çevrildikdə elmin texnikaya və istehsala
tətbiqi sahəsində vahid dövlət siyasəti yeritmək daha
da çətinləşir. İndiki mərhələdə bu xüsusiləşmiş bir-
liklərin nə dərəcədə elmi əsaslarla idarə olunmasın-
dan çox şey asılıdır.
Hələlik mülkiyyət formasından asılı olmadan
mümkün təşkilati formaları təhlil edək. Görək, elm-
istehsalat birliklərində elm nə dərəcədə iştirak edə
bilər. Başqa sözlə, istehsal müəssisəsinin konkret tə-
ləbatını ödəmək üçün hansı xarakterli tədqiqat iş-
lərinə ehtiyac vardır? Elmi tədqiqatlara, yoxsa mü-
həndis-konstruktor fəaliyyətinə? Sözün əsl mənasın-
da elmi tədqiqatlarla mühəndis-konstruktor işi ara-
sında, idraki fəaliyyətlə ixtiraçılıq fəaliyyəti arasında
Elmin idarə olunması
273
əlavə bir halqa, fəaliyyət növü də varmı və əgər var-
dırsa onlar hansı müəssisələrdə həyata keçirilir?
Tədqiqat göstərir ki, sahə institutları və elm-
istehsalat birliklərinə daxil olan elmi tədqiqat böl-
mələri (onlar çox vaxt elə sahə institutlarının baza-
larında yaradılır) akademik elmi institutlardan fərqli
olaraq daha çox dərəcədə fundamental tədqiqatlarla
deyil, necə deyərlər, tətbiqi tədqiqatlarla məşğul
olurlar. Tətbiqi tədqiqatların sərhədləri çox genişdir.
Yeni elmi ideyalardan, onların tətbiq variantlarından
başlayaraq, ixtiraçılıq, konstruktorluq fəaliyyəti də
daxil olmaqla ilk texniki nümunələrin hazırlanma-
sına qədər bütün fəaliyyət formaları çox vaxt tətbiqi
tədqiqatlar adı altında əhatə olunur. Bir sıra hallarda
isə tamamilə haqlı olaraq bu fəaliyyət zənciri mü-
rəkkəb adla – ETTKİ (Elmi Tədqiqat və Təcrübə
Konstruktor İşləri) ifadə edilir.
Elm-istehsalat birliklərində də elmi bölmələrin
işi məhz bu zənciri əhatə edir. Burada elmi fəaliy-
yətlə yanaşı və daha çox dərəcədə digər fəaliyyət
sahələri, elmi-texniki fəaliyyət, ixtiraçılıq fəaliyyəti
və s. nəzərdə tutulur.
Kiçik miqyaslı elm-istehsalat birlikləri yaradı-
larsa, burada əslində elmi bölmə deyil, Konstruktor
bölməsi (KB) əhatə oluna bilər. Zavod daxilində,
onun konkret, cari tələbatını ödəmək üçün əsasən ix-
tiraçılıq və səmərələşdiricilik işi yeni – daha mü-
kəmməl konstruksiyalar yaradılması işi, həqiqətən
Elmşünaslığa giriş
274
əhəmiyyətli ola bilər. Hansı isə cari tələbləri ödəmək
naminə bütövlükdə elmin müəyyən bir sahəsini in-
kişaf etdirmək təşəbbüsü yalnız təəccüb doğura bi-
lər. Hər bir sahibkar, hər zavod, hər istehsal müəssi-
səsi özü üçün elmi tədqiqat işi aparsa idi, öz elmi eh-
tiyaclarını özü ödəmək fikrinə düşsə idi, müvəffə-
qiyyət qazanmaq əvəzinə tezliklə iflasa uğrayardı;
çünki elmin hətta dar bir sahəsinin də inkişafına sərf
olunan xərclər ayrıca bir müəssisənin gəlirini keçə
bilər. Halbuki, elmə sərf olunan məbləğ həmin elm
sahəsinin nailiyyətlərindən istifadə edən, bütün
müəssisələrin hesabına ödənilə bilər və ya bu iş
dövlət miqyasında mərkəzləşdirilə bilər.
Müasir dövrdə elmi tədqiqatların mərkəzləşdi-
rilməsi işinin əleyhinə olaraq, bəzən iqtisadiyyatın
çox kiçik sahələrinə, ayrı-ayrı kiçik miqyaslı istehsal
müəssisələrinə xidmət edən «elm məntəqələri» ya-
ratmaq təşəbbüsü göstərilir ki, bu da elmin ümum-
ictimai mahiyyətinin nəzərə alınmamasından irəli
gəlir.
Elmin son məqsədi hətta yalnız istehsalata
tətbiq məsələsi olsaydı belə, elmin mənafeyi ilə
konkret bir istehsal sahəsinin konkret bir dövrdəki
mənafeyi arasında müəyyən ziddiyyət olmalı idi.
Çünki hər bir istehsal sahəsi zaman və məkan
müəyyənliyinə, məhdudluğuna malik olduğu halda,
elm belə məhdudluq tanımır, zira təkcələr arasındakı
münasibətləri deyil, ümumilər arasındakı münasi-
Elmin idarə olunması
275
bətləri öyrənir.
Fundamental elmi tədqiqatların nəticələri bəşə-
riyyətin ümumi mədəni fonduna daxil olur. Elmin
ümumi inkişaf səviyyəsini yüksəltməklə insan-təbiət
münasibətində insanların potensial imkanlarını artır-
mış olur. Digər tərəfdən də, elmi sərvət bilavasitə
maddi sərvətlərdən fərqli olaraq ümumictimai məh-
suldar və bütövlükdə cəmiyyətə məxsusdur.
Fundamental elmlərlə tətbiqi elmlər sıx surət-
də bir-biri ilə əlaqədardır. Bundan başqa, yüksək
dərəcədə inkişaf etmiş, formalaşmış elmlər həm fun-
damental, həm də tətbiqi pillələri əhatə edir. Lakin
tətbiqi pilə istehsalatla daha çox bağlı olduğundan
biz elmin müstəqil inkişaf zərurətindən danışarkən
əsasən fundamental pilləni nəzərdə tuturuq. Funda-
mental elmi yaradıcılıq işi isə xüsusi istedad və dərin
ixtisaslaşma tələb edir. Belə yaradıcı elmi iş adamla-
rının vaxtını nisbətən aşağı ixtisas səviyyəli əmək tə-
ləb edən başqa işə, xüsusən onların bilavasitə mü-
təxəssis olmadığı sahələrə sərf etmək qətiyyən sər-
fəli deyil; bir tərəfdən, çox qiymətli vaxt başqa işə
sərf olunur və əslində itirilir, digər tərəfdən də, hə-
min başqa sahədə görülən işin səmərəsi az olur.
Özü də məsələ heç də təkcə bunda deyil, yük-
sək ixtisaslı kadrın vaxtı hədər gedir; iş orasındadır
ki, həmin başqa işin də öz mütəxəssisləri var və bu
mütəxəssislər həmin işi daha tez və daha yaxşı ye-
rinə yetirə bilirlər. Məsələnin texniki həllinin tapıl-
Elmşünaslığa giriş
276
ması ilə adətən tədqiqat işlərinin müəllifləri məşğul
olurlar, halbuki onlar texniki yaradıcılıq, ixtiraçılıq
səriştəsinə malik deyillər.
Beləliklə, elm adamlarının özünün praktik tət-
biq məsələləri ilə məşğul olması, texniki problemləri
həll etmək məcburiyyətində qalması hər iki baxım-
dan; həm elmin, həm də praktikanın mənafeyi baxı-
mından əlverişli deyil.
Elmi-texniki tərəqqinin elmi surətdə idarə
olunması zamanı sahələr üzrə bölgü, diferensiasiya
getdiyi kimi, vertikal istiqamətdə – işin başlanğıcın-
dan (fundamental elmlər və ya sadəcə elm) son nə-
ticəyədək (praktikada tətbiqini tapmış, maddiləşmiş
elm – elmi biliklərin tətbiqi hesabına alınan məhsul-
dar, istehlak malları) davam edən vahid proses də
bölünməlidir, başqa sözlə, daxili əmək bölgüsü get-
məlidir. Belə bir zərurət – iki istiqamətdə əmək böl-
güsü bilavasitə maddi istehsal prosesində artıq çox-
dan özünü göstərmişdir. Məsələn, ayaqqabı istehsalı
sahəsində və kömür sənayesində çalışan adamların
əmək vərdişləri fərqləndiyi kimi, eyni bir sahədə,
məsələn ayaqqabı istehsalında daxili əmək bölgüsü
gedir: burada işin müxtəlif mərhələlərində çalışan
adamların fəaliyyəti, əmək vərdişləri bir-birindən
ciddi surətdə fərqlənir. Halbuki, tamamilə başqa bir
istehsal sahəsinin elə bir mərhələsi ola bilər ki, bu-
radakı iş xarakteri etibarilə ayaqqabı istehsalının
müvafiq mərhələsindəki işə uyğun gəlsin.
Elmin idarə olunması
277
Birinci istiqamətdə – sahəyə görə bölgü daha
qədim tarixə malik olduğu halda, ikinci istiqamətdə
– eyni bir sahədə daxili əmək bölgüsü nisbətən son-
ralar baş vermişdir.
Müasir dövrdə elmin bilavasitə məhsuldar
qüvvəyə çevrilməsi, bir maddi istehsal prosesinə növ
daxil olması istehsal sahəsində daxili əmək bölgüsü-
nü xeyli mürəkkəbləşdirmişdir. İndi elmin nisbi
müstəqil bir fəaliyyət sahəsi kimi idarə olunması is-
tehsalın idarə olunması ilə elə əlaqələndirilməlidir
ki, bunlar vahid bir tam təşkil etsinlər. Eyni zaman-
da, daxili əmək bölgüsü ciddi surətdə nəzərə alınma-
lıdır və hər kəs yalnız yüksək dərəcədə ixtisaslaşmış
olduğu sahədə çalışmalıdır. Bir adamın başladığı işi
axıra qədər davam etdirməsi, son məhsula qədər bü-
tün mərhələləri özü icra etməsi geriyə qayıtmaq
olardı. Zira ölkənin məhsuldar qüvvələrinin inkişaf
səviyyəsi bu ölkədə əmək bölgüsünün nə dərəcədə
inkişaf etdiyindən asılıdır.
Bəs bu gün akademik elmi institutlarda bilava-
sitə tətbiq məsələləri qoyulması, bəzən bunun hətta
tələb edilməsi nə ilə bağlıdır? Elmi əməklə elmi-tex-
niki əmək arasında mahiyyət fərqinin kifayət qədər
aydınlaşdırılmaması ilə; elmi fəaliyyətin bəzən hətta
ixtiraçılıq fəaliyyətindən fərqləndirilməməsi ilə; elm
və istehsalat arasında əlaqəni möhkəmləndirməyi
«əsas tutaraq» onların hər birinə öz imkanları xa-
ricində olan yeni funksiyalar verməklə. Halbuki da-
Elmşünaslığa giriş
278
xili əmək bölgüsündə yeni, zəruri aralıq mərhələni –
nisbi müstəqil elmi-texniki fəaliyyət mərhələsini nə-
zərə almaq, onun tələblərinə uyğun təşkilati formalar
tapmaq iqtisadiyyatda dönüş yaratmağın, elmi-tex-
niki tərəqqini sürətləndirməyin ən əsas yoludur.
Elmin nisbi müstəqil tarixi inkişaf yoluna nə-
zər salsaq, burada da xaosdan sonrakı ilk addım,
mürəkkəb struktura keçidin ilk mərhələsi, ilk qayda,
ilk bölgü – sahələrə görə bölgü olmuşdur. Özü də
burada, istehsalda olduğu kimi, müxtəlif sahələr eyni
adamların fəaliyyəti çərçivəsində az-çox dərəcədə
formalaşmış və yalnız bundan sonra onlar nisbi
müstəqil fəaliyyət sahələri kimi ayrılmışlar. Elm
hələ müxtəlif sahələrə bölünmədiyi vaxtlarda fəlsəfə
müxtəlif sahələrdəki biliklərin sintetik məcmuyunu
özündə saxlamaqla elmlər elmi adlandırılırdı. Antik
dövrün görkəmli alimləri, filosofları bir deyil, bir
neçə bilik sahəsində görkəmli nailiyyətlər əldə edir-
dilər. Orta əsr Şərq filosoflarının (alimlərinin) fəaliy-
yəti də çox vaxt belə hərtərəfli olurdu.
Həmin dövrdə müxtəlif bilik sahələri arasında-
kı bölgü hələ adamlar, alimlər arasındakı bölgüyə
tam keçməmiş, sosial bölgü xarakteri almamışdır.
Lakin hər bir bilik sahəsinin yeni materiallarla zən-
ginləşməsi, informasiya çoxluğu və digər amillər
artıq intibah dövründən başlayaraq, xüsusən kapita-
lizm cəmiyyətinə keçidlə əlaqədar olaraq elmdə
sahələrə görə sosial bölgünü sürətləndirirdi. Bununla
Elmin idarə olunması
279
belə, elmdə sahələr arasındakı bölgünün sosial xa-
rakter alması (adamlar arasındakı bölgü) heç vaxt
mütləq xarakter daşımamışdır; müxtəlif vaxtlarda,
hətta Yeni Dövrdə də bir sıra alimlər eyni zamanda
müxtəlif elm sahələrində çalışmış və ciddi nəticələr
əldə etmişlər. (Lakin Aristotel, İbn Sina və ya
Leonardo da Vinçinin çoxsahəli fəaliyyətindən fərqli
olaraq, Yeni Dövr alimlərinin, məsələn, Şredingerin
və s. çoxsahəliliyi artıq yeni keyfiyyətli hadisənin –
elmlərin inteqrasiyasının nəticəsi olmuşdur).
Sonrakı dövrlərdə inkişaf etmiş alimlərin öz
daxilində bölgü getmişdir ki, bu daha sahəyə görə
deyil, funksional bölgüdür. Məsələn, elm daxilində
fundamental və tətbiqi pillələrin ayrılması belə böl-
güyə ən yaxşı misaldır. Belə bir bölgü elmdən is-
tehsala gedən yolda da baş vermişdir və bu günün
təşkilati xarakterli axtarışları, bayaq qeyd etdiyimiz
kimi, ən çox bu bölgü ilə bağlıdır.
Göründüyü kimi, təşkilati məsələlərin həlli,
əvvəlcə hadisələrin obyektiv inkişaf qanunauyğunlu-
ğunun, təbii meyllərinin öyrənilməsini tələb edir.
İndi daha yalnız təcrübi ümumiləşdirmələrlə kifa-
yətlənmək, empirik metodlarla işləmək olmaz; elmi-
texniki tərəqqinin sürətləndirilməsi, ölkənin sosial-
iqtisadi inkişafının intensivləşdirilməsi vəzifəsi yal-
nız elmi zəmində, nəzəri cəhətdən əsaslandırılmış
surətdə həyata keçirilməlidir. Xüsusən, elmin özü-
nün yenidən təşkilində, elmi-texniki tərəqqinin so-
Elmşünaslığa giriş
280
sial strukturunun təkmilləşdirilməsində, Elm–Texni-
ka–İstehsal zəncirinin daha səmərəli idarə olunma-
sında «elmə arxalanmaq» ən zəruri şərtdir.
İndi isə Dostları ilə paylaş: |