K.Marks
Elm ümumbəşəri hadisədir. Yəni hər millətin
öz elmi olmur. Habelə hansı isə bir ölkənin, trans-
milli şirkətin elmi ola bilməz. Çünki onun hərəkət-
verici qüvvəsi yalnız milli iqtisadi və ya siyasi amil-
lərdən asılı olmayıb, həm də və daha çox dərəcədə
insanın mahiyyəti, onun şəxsi intellektual ehtiyacları
ilə bağlıdır.
Digər tərəfdən, elm ictimai sistemdir; ayrı-ayrı
adamlar fərdi və ya qrup miqyasında elmi yaradı-
cılıqla məşğul olsalar da, onların aldığı nəticələr
müəyyən vasitələrlə mərkəzləşmiş sistemə daxil ol-
masa, bu nəticələrin hələ böyük elmə aidiyyəti yox-
dur. Bütün bəşəriyyət miqyasında vahid bir elm
Elmşünaslığa giriş
254
sistemi vardır ki, hər bir xalq və hər bir alim onun
formalaşmasında və inkişafında bu və ya digər də-
rəcədə iştirak edir. Amma elmin yekun bir sistem ki-
mi idarə olunması və yönəldilməsi, onun nəticələri-
nin tətbiq edilməsi xeyli dərəcədə fərqli bir hadisədir
və bu yönəldicilər sırasında olmaq heç də bütün öl-
kələrə nəsib olmur. Bax, bu məsələdə siyasi və iqti-
sadi güc amili həlledici rol oynayır.
Əlbəttə, nisbi lokal elm sistemləri də ola bilər.
Məsələn, keçmiş SSRİ-nin elm sistemi buna bir nü-
munə idi. İ.V.Şulqina SSRİ-də elmin təşkilati struk-
turu və infrastrukturu ilə əlaqədar tədqiqat işində bir
ölkə daxilində elmin özünü təşkilatlandıran bir sis-
tem kimi mövcudluq şərtlərini təhlil edərək yazır ki,
bunun üçün mühüm şərtlərdən biri elmin maddi-
texniki bazasının təmin olunmasıdır ki, bu isə ancaq
böyük dövlətlərin imkanı daxilində ola bilər.
1
Bu-
rada miqyas həqiqətən çox böyük olmalıdır; təkcə
maddi-texniki bazanın deyil, həm də elmin öz daxili
təşkilatlanmasının təminatı üçün. Belə ki, müxtəlif
elmi tədqiqatların müəyyən bir elm sahəsini, ən azı
müəyyən bir mövzunu əhatə edə bilməsi, işin başa
çatdırılması, tətbiq üçün hazır bir hala salınması
üçün həm üfüqi, həm də vertikal müstəvilərdə geniş
miqyaslı ictimai sistem yaradılmalıdır.
1
И.Ф. Шульгина. Инфраструктура науки в СССР. М.,
Наука, 1988, c. 76.
Elmin idarə olunması
255
Əvvəla, hər bir tədqiqatçı üçün ilkin elmi mü-
hit tələb olunur. Mühitin formalaşması isə müəyyən
bir ixtisas və hətta problem üzrə ən azı bir neçə mü-
təxəssisin yetişdirilməsi sayəsində əldə edilir. Digər
tərəfdən, əmək bölgüsünün təmin olunması, birinin
başladığı işin başqası tərəfindən davam etdirilməsi,
arada rabitənin qırılmasına yol verməmək üçün mər-
kəzləşmiş əlaqələndirmə və əks-əlaqə sistemləri tə-
ləb olunur. Yoxsa, başlanan tədqiqat yarı yolda kə-
silər və ictimai həyata vəsiqə ala bilməz. Yaxud təd-
qiqatçı məcbur olub öz yeniliyini “xarici bazara çı-
xarmalı olur və çox vaxt öz məhsulunu pulsuz təklif
edir.
Kiçik ölkələrdə böyük elm sistemi qurmaq
mümkün olmadığına görə, bu ölkələrdə aparılan lo-
kal elmi tədqiqatlar gec-tez beynəlxalq miqyaslı bö-
yük elmi tədqiqat zəncirinin bir parçası olur. Başqa
sözlə desək, kiçik ölkələrdə fundamental elmlə məş-
ğul olmağın yeganə yolu böyük elm mərkəzləri ilə
rabitə qurmaq, bir növ onların əlavəsinə çevrilmək-
dir.
Lakin elmlər tarixən müasir daxili vəhdət sə-
viyyəsinə böyük çətinliklə gəlib çatmışdır. İlk dövr-
lərdə elmi fəaliyyət nəinki ümumbəşəri, planetar
miqyasda, heç ayrı-ayrı ölkələr miqyasında da əla-
qələndirilməmiş, elmi tədqiqatlar pərakəndə xarakter
daşımışdır. Elmi ictimaiyyət bir çox tədqiqatlardan
xəbərsiz qalmış, eyni bir ideya müxtəlif ölkələrdə
Elmşünaslığa giriş
256
dönə-dönə yenidən kəşf edilmişdir. Düzdür, tarix hər
şeyi sanki yerinə qoymuşdur. Amma alimlərin öz
aralarında bütöv əməkdaşlıq şəbəkəsi yaratması hər
ixtisas üzrə ölkə və dünya miqyasında elmi icti-
maiyyətin təmərküzləşməsi hələ vahid elm siste-
mindən danışmaq üçün yetərli sayıla bilməz. XVII–
XVIII əsrlərdə elm adamları bir-birini sadəcə olaraq
ona görə tanıya bilirdilər ki, elmi fəaliyyət geniş
miqyas almamışdı və müəyyən problem üzrə çalışan
tək-tək adamlar bir-birindən çətinliklə də olsa, xəbər
tuta bilirdi. Bəzən heç bu da mümkün olmurdu. Am-
ma elm kütləviləşdikcə, eyni problemlər üzrə daha
çox bölgələrdə və daha çox adam çalışdıqca, təşki-
latlanmaya ehtiyac da artırdı.
İlk beynəlxalq miqyaslı və yüksək peşəkarlıq
seçimi ilə fərqlənən belə təşkilatlardan biri London
Kral Cəmiyyəti (1662-ci il) olmuşdur. Ondan az
sonra 1666-cı ildə Fransa Kral Elmlər Akademiyası,
1700-cü ildə isə Berlin Elmlər Akademiyası, 1724-
cü ildə Peterburq Akademiyası yarandı. Bütün elm
sahələrini əhatə edən Akademiyalarla paralel surətdə
müəyyən profillər üzrə, habelə elm və sənətin kə-
sişdiyi sahələr üzrə yaranmış ictimai birliklərin və
təşkilatların da böyük səfərbəredici əhəmiyyəti var
idi.
Beləliklə, Yeni Dövrdə elmin dindən, fəlsəfə-
dən və təhsildən ayrı, müstəqil təşkilati formaları
əmələ gəldi. Biz müstəqillik şərtini ona görə xüsusi
Elmin idarə olunması
257
vurğulayırıq ki, əvvəllər elm adını çəkdiyimiz bu üç
sahədən hər hansı birinin tərkibində təşkilatlanmaq-
la, müasir mənada elmin yaranması və formalaşması
üçün baza ola bilmirdi. Belə ki, hələ eramızdan əv-
vəl qədim Yunanıstanda yaradılmış Platon Akademi-
yası (e.ə. 387-ci il) müasir elm üçün nümunə ola bil-
məzdi. XVII əsrdə Avropada yaranan yeni Akademi-
yalar bu qədim elm-fəlsəfə məbədinin sanki ancaq
adını saxlamışdılar; daha doğrusu, fəlsəfədən fərqini
göstərmək üçün qarşısına bir elm sözü də əlavə
edirdilər: Elmlər Akademiyası. London və Parisdən
əvvəl Akademiya ənənəsinin bərpası Roma və Flo-
rensiyada başlanmışdı. 1600-cü ildə Romada və
1651-ci ildə Florensiyada yaranan bir növ sinkretik
Akademiyalarda müstəqil elmi fəaliyyət hələ tam
kristallaşmadığı üçün onların ömrü də uzun olma-
mışdı. O dövrdə fəaliyyət göstərən universitetlər, ya
hələ kilsədən tam ayrılmadıqlarına görə və başlıca
məqsədləri dini xadim hazırlamaq olduğuna görə, ya
da təhsil funksiyasının elmə nisbətən üstünlük təşkil
etdiyinə görə, elmin təşkilatlanması sahəsində yaran-
mış ehtiyacları ödəmək üçün yetərli deyildilər. Lakin
bununla belə, universitetlər bir tam halında forma-
laşmaqda olan Avropa elmi üçün əsas kadr bazaları
idi.
Avropada ilk universitetlər islam aləmindəki
ilk universitetlərdən (məsələn, Mərakeşdə Karayin
Universiteti – 859-cu il) təqribən 2-3 əsr sonra ya-
Elmşünaslığa giriş
258
ranmışdır; 1088-ci ildə Bolonyada, 1160-cı ildə Pa-
risdə, 1167-ci ildə Oksfordda, 1209-cu ildə Kem-
bricdə, 1224-cü ildə Neapolda fəaliyyətə başlayan
ali məktəblər kilsə ilə əlaqəni tam kəsə bilməsələr
də, elmi biliyin yayılması və inkişafında mühüm rol
oynayırdılar. Lakin onların əsas fəaliyyəti təhsil ol-
duğundan, elmi tədqiqatların təşkili və dəyərləndi-
rilməsi sahəsində tələbatı ödəyə bilmirdilər.
Akademiya və ya Elm Cəmiyyətləri adı altında
yaranan yeni tipli təşkilatların isə əsas və yeganə
vəzifəsi elmi fəaliyyətlərin stimullaşdırılması və əla-
qələndirilməsi, habelə yeni elmi ideyaların yayılma-
sından ibarət idi. Tarixən elmi biliklərin toplanması
və yayılmasına xidmət edən ilk böyük elm mərkəzi
İskəndəriyyə muzeyi (e.ə. III əsr) hesab olunur ki,
onun da əsas sərvətlərindən biri hələ də öz şöhrətini
itirməmiş əfsanəvi İskəndəriyyə kitabxanası olmuş-
dur. Onun bir növ analoqu olan Kordova Akademi-
yası (X əsr) da məhz o dövr üçün ən böyük elmi
kitabxanası (400 000 nüsxə) ilə məşhur idi. Lakin
tezliklə Avropanın dini-siyasi xəritəsində baş verən
dəyişikliklər bu böyük elmi mərkəzin də fəaliyyətinə
son qoydu. XIII əsrdə ərəblərin İspaniyadan sıxış-
dırılıb çıxarılması ilə bərabər, Kordova kitabxanası
da yandırıldı.
1
1
Bax: И.А.Климишин. Открытие Вселенной. М., Наука,
1987, с. 86-87.
Elmin idarə olunması
259
İlk dövrlərdə böyük maddi və təşkilati çətin-
liklər olmasına baxmayaraq, elmin institutlaşması
sürətlə gedirdi. Bu işə təkan verən o dövrdə böyük
nüfuz sahibi olan bir sıra elm adamlarının şəxsi
səyləri və entuziazmı idi. Məsələn, London Kral
Cəmiyyətinin yaranmasında həmin ərəfədə yaşamış
böyük filosof F.Bekonun və böyük maarifçi Yan
Amos Kamenskinin də ideya və təklifləri mühüm rol
oynamışdı. Bu cəmiyyətin üzvləri arasında İ.Nyuton
(1703-1727-ci illərdə Cəmiyyətin prezidenti ol-
muşdur), R.Boyl, R.Huk və s. görkəmli elm adam-
larının olması onun nüfuzunu və fəaliyyət dairəsini
genişləndirirdi. Həmin dövrdə demək olar ki, bütün
kəşf və ixtiralar Cəmiyyətin yığıncağında məruzə
olunur və müzakirə edilirdi. Hansı isə ideyanın hə-
qiqiliyi və orijinallığı haqqında Cəmiyyətin üzvü
olan böyük elm adamları qərar çıxarırdı. Başqa sözlə
desək, Cəmiyyət elmi ekspertiza funksiyasını da ye-
rinə yetirirdi.
Bu təşkilat 350 ildən artıqdır ki, dünyanın apa-
rıcı elm mərkəzlərindən biri kimi fəaliyyət göstərir.
Əslində bilavasitə elmi fəaliyyətlə məşğul olmasa
da, London Kral Cəmiyyəti elmin stimullaşdırılma-
sında, dəyərləndirilməsində və əlaqələndirilməsində
bu gün də böyük rol oynayır. Onun sıralarında 1000
nəfərə yaxın görkəmli elm xadimi birləşir. Cəmiy-
yətin 1665-ci ildən başlayaraq bu günədək nəşr
etdiyi “Kral Cəmiyyətinin fəlsəfi əsərləri” jurnalı
Elmşünaslığa giriş
260
müntəzəm surətdə çap olunan ən qədim elmi jurnal
sayılır. “Fəlsəfə” sözünün saxlanması da o dövrlər-
dən gələn ənənəni ifadə edir. Təsadüfi deyil ki,
İ.Nyuton da mexanika sahəsində yazdığı məşhur
əsərinin adını “Naturfəlsəfənin əsasları” qoymuşdu.
Avropada ən yüksək elmi dərəcənin də “fəlsəfə dok-
toru” (Ph.D.) adlanması məhz bu ənənənin davamı-
dır. London Kral Cəmiyyətinin bu nəşri əslində fəl-
səfəyə yox, elmə aiddir. Burada “fəlsəfə” sözü natur-
fəlsəfə, yaxud müasir mənada təbiət elmi deməkdir.
O dövrdə alimlərin hərtərəfli dəstəyə olan ehti-
yacı getdikcə artır və yeni təşkilati formalar ortaya
çıxırdı. Məsələn, 1795-ci ildə təsis olunmuş “Fransa
texniki sənət və peşə konservatoriyası”, 1822-ci ildə
yaradılmış “Alman təbiətşünasları yığıncağı” həmin
dövrdə elmin inkişafında mühüm rol oynamışdır.
Baxmayaraq ki, London Kral Cəmiyyəti artıq yarım
əsrdən çox idi ki, fəaliyyət göstərirdi, bu təşkilat
Britaniyada və bütövlükdə Avropada elm adamları-
nın fəaliyyətini əlaqələndirmək və onlra maddi dəs-
tək vermək funksiyasını yerinə yetirməkdə çətinlik
çəkirdi. Həm də bu Cəmiyyət ilk cığır açanlardan ol-
duğu üçün onun yaradılması zamanı bir sıra təşkilati
və iqtisadi xarakterli amillər nəzərə alınmamışdı.
Ona görə də, XIX əsrin əvvəllərində Avropa alimləri
bütün dünya alimlərinin nüfuz və səylərini birləşdi-
rən yeni təşkilati formalara ehtiyac hiss edirdilər.
Təsadüfi deyil ki, 1831-ci ildə paralel surətdə başqa
Elmin idarə olunması
261
bir təşkilat – Elmin inkişafı üzrə Britaniya Assosia-
siyası (BAAS) yaradıldı. Həmin illərdə digər Qərb
ölkələrində də elmin təşkilatlanması sahəsində ciddi
addımlar atılırdı: 1815-ci ildə İsveçrədə, 1822-ci ildə
Almaniyada, 1833-cü ildə Fransada, 1839-cu ildə
İtaliyada və nəhayət 1848-ci ildə ABŞ-da analoji təş-
kilatların yaranması heç də təsadüfi deyildi. Əslində
bu dövr elmin zəfər dövrü adlandırıla bilər; çünki
XIX əsrdə elm özünün artıq yüksələnxətli inkişaf
mərhələsinə keçmişdi və bu dəyişiklikdə elmin icti-
mai təşkilatlanması da az rol oynamırdı.
C.Pankaldi özünün “Elmin beynəlmiləlliyi və
Britaniya Assosiasiyası” əsərində milli elm institut-
larının təhlili haqqında yazdıqlarını şərh edir. Burada
elmin milli çərçivədən çıxması zərurətindən bəhs
edilir. Elmin məzmununun universal xarakterinə uy-
ğun olaraq elmi fəaliyyətin də beynəlmiləlləşməsinin
qaçılmaz olduğu göstərilir. Pankaldi buna uyğun ola-
raq elmin bütün Avropa miqyasında təşkilatlanması
ideyasını irəli sürürdü.
1
1828-ci ildə Bebbic Avropa Elm Akademiya-
sını yaratmaq planı ilə çıxış edir və onu A.Hum-
boldta təqdim edir. Elmi obyektivliyi və kosmo-
politizmi qorumaq üçün Akademiyanın maraq dairə-
sindən əxlaq, siyasət və din məsələlərini çıxarmaq
1
М.К.Петров. Философские проблемы «науки о нау-
ке». Предмет социология науки. М., «Российская полити-
ческая энциклопелдия», 2006, с. 364.
Elmşünaslığa giriş
262
təklif olunur. Diqqət əsasən dəqiq elmlərə yönəldilir.
İlk növbədə elmi biliklərin mübadiləsinin təşkili mə-
sələsi önə çəkilir. O dövrün görkəmli alimlərinin sə-
yi nəticəsində Fransa, Prussiya, Danimarka və Ru-
siya bu ideyanı dəstəkləyir. Avropada elmi koopera-
siya prosesi XIX əsrin ikinci yarısında da davam
edir.
1881-ci ildə Yorkda bu təşkilatın altı bölməsi
yaranır: riyazi və fiziki elmlər, kimya, mineralogiya,
geologiya və coğrafiya, zoologiya və botanika, me-
xanika. C.Morell və A.Tekri özlərinin “Elmin cent-
lmenləri” kitabında bu prosesin xronoloji ardıcıllığı-
nı verirlər. Onların cədvəlinə görə, Yorkda yaranmış
təşkilatı struktur 1832-ci ildə Oksfordda (4 bölmə),
1833-cü ildə Kembricdə (6 bölmə), 1834 cü ildə
Edinburqda (6 bölmə), 1835-ci ildə Dublində (6 böl-
mə), 1836-cı ildə Bristolda (7 bölmə) və sonrakı
illərdə İngiltərənin demək olar ki, bütün əsas şəhər-
lərində yayılır və çox geniş bir şəbəkəni əhatə edir.
1
Elmin təşkili sahəsində XVIII-XIX əsrlərdə
formalaşan ənənələr XX əsrdə də davam etdirilmiş-
dir. Bu dövrdə ən böyük elm mərkəzlərinə misal
olaraq SSRİ Elmlər Akademiyasını və Qərbdə Maks
Plank Cəmiyyətini göstərmək olar. 1948-ci ildə Qər-
bi Almaniya formalaşdırılarkən həyata keçirilən ilk
1
J.B.Morrell, A.Thackray. Gentlmen of science: Early years
of the British Association for the Advancement of Science.
Oxford, Claredon Press, 1981, pp. 453-454.
Elmin idarə olunması
263
mühüm tədbirlərdən biri elmin mərkəzləşmiş inki-
şafı sahəsində atılan addım – Maks Plank Cəmiy-
yətinin yaradılması oldu. Hazırda bu böyük elmi
mərkəzin nəzdindəki 80 profildə elmi-tədqiqat insti-
tutlarında 15 000 işçi çalışır ki, bunların da 5 200
nəfəri elmi dərəcəyə malik peşəkar alimlərdir. Mər-
kəzin büdcəsi ildə 1 milyard 300 milyon avrodur ki,
onun da 80%-i ictimai mənbələrdən ödənir. Əlbəttə,
Qərb üçün bu cür mərkəzləşmiş elmi təşkilatlar ən-
ənəvi deyil. Orada fundamental tədqiqatlar əsasən
universitetlərdə həyata keçirilir. Keçmiş SSRİ EA-
nın isə proobrazları Rusiya və bəzi MDB ölkələrində
(o cümlədən, Azərbaycanda) saxlansa da, onlar əv-
vəlki səmərə ilə işləyə bilmir. Bu məsələni Rusiyalı
ekspertlər dönə-dönə diqqətə çatdırırlar.
1
Əslində heç böyük ölkələrdə də tam müstəqil
elm sistemləri mümkün deyil. Ona görə də, böyük
ölkələrdə ancaq nisbi müstəqil elmi fəaliyyət sistem-
ləri mövcuddur ki, onlar öz aralarında birləşərək pla-
netar miqyaslı böyük elm sistemini yaradırlar.
Dövlətlərin və böyük şirkətlərin elmin inkişa-
fında maraqlı olması ilk növbədə onun iqtisadi sə-
mərə vermək imkanı ilə bağlıdır. Müasir iqtisadi sis-
temlərin strukturunda bir qayda olaraq elmi fəaliyyət
və tətbiq üçün də yer nəzərdə tutulur.
1
Məs.: С.М.Рогов. Невостребованность науки – угроза
безопасности страны // Газета «Поиск», № 12, 19 марта
2010 г.
Elmşünaslığa giriş
264
Müasir mərhələdə bir sıra qabaqcıl Qərb
ölkələrində fundamental və tətbiqi elmlərin, habelə
təcrübi konstruktor işlərinin təşkili və idarə olunması
dövlət səviyyəsində həyata keçirilir. İqtisadiyyatın
böyük qisminin özəl sektora aid olması və ona görə
də yeni elmi-texniki işləmələrinin sifarişçilərinin də
əsasən özəl müəssisələr olmasına baxmayaraq, elmi-
texniki fəaliyyət hökumətin təşkilati strukturuna
daxil olan qurumlar vasitəsilə idarə olunur. Məsələn,
İngiltərədə fundamental elmlər sahəsində tədqiqatla-
rın yönləndirilməsi, tənzimlənməsi və maliyyələşdi-
rilməsi Elm və Təhsil Nazirliyi tərəfindən, elmi-tex-
niki və təcrübi konstruktor işlərinin təşkili isə Texni-
ka Nazirliyi tərəfindən həyata keçirilir. Təxminən
eyni struktur Almaniyada da tətbiq olunur. Burada
Elm və Təhsi Nazirliyi ilə yanaşı, Tədqiqatlar və
Texnologiyalar Nazirliyi fəaliyyət göstərir.
1
Hazırda
Qazaxstan, Gürcüstan və s. MDB ölkələri də analoji
təşkilati struktura keçmək üçün mühüm addımlar
atmışdır. Ən əsası odur ki, fundamental elmlərin təh-
sillə birləşdirilməsi eyni elmi kadrların həm tədqiqat,
həm də müəllimlik fəaliyyəti üçün imkan yaradır.
Digər tərəfdən də, universitetlər öz elmi potensialına
arxalana bildikləri üçün özlərini daha güvənli hiss
edirlər.
1
Н.В.Шелюбская. Научно-техническая политика Вели-
кобритании, М., Наука, 1990, с. 34.
Elmin idarə olunması
265
İqtisadiyyatın intensiv inkişaf xəttinə keçiril-
məsinin mühüm şərtlərindən biri ən müasir tələblərə
cavab verən mükəmməl idarəetmə sisteminin yara-
dılmasıdır. Təsərrüfatın bütün sahələrinin iqtisadi sə-
mərəsi getdikcə daha çox dərəcədə idarəetmə for-
malarından asılı olur. İdarəetmə sisteminin zərurili-
yini və mahiyyətini K.Marks çox gözəl ifadə etmiş-
dir: «Hər cür bilavasitə ictimai əmək və ya nisbətən
böyük miqyasda sərf edilən birgə əmək çox və ya az
dərəcədə idarə olunmağa möhtacdır, çünki bu
idarəetmə fərdi işlər arasında uyğunluq yaradır və is-
tehsal orqanizminin müstəqil orqanlarının hərəkə-
tindən fərqli olaraq, bütün istehsal orqanizminin hə-
rəkətindən doğan ümumi funksiyaları yerinə yetirir.
Ayrıca bir skripkaçı özü özünü idarə edir, orkestri
idarə etmək üçün isə dirijor lazımdır».
1
İstehsalın elmi surətdə idarə olunması elmin
istehsala tətbiqinin spesifik formasıdır. Belə ki, el-
min inqilabi səmərəsindən, onun bilavasitə məhsul-
dar qüvvəyə çevrilməsindən danışarkən bir qayda
olaraq təbiətşünaslığın tətbiq olunması: yeni enerji
mənbələrinin tapılması, yeni materiallar hazırlanma-
sı və ilk növbədə yeni keyfiyyətli əmək alətləri –
maşınlar, avtomat sistemlər və s. düzəldilməsi nə-
zərdə tutulur. Halbuki elm idarəetmə nəzəriyyəsi ki-
mi istehsala, iqtisadiyyata tətbiq olunarkən heç də az
1
K.Marks. Kapital. I cild, Bakı, Azərnəşr, 1969, s. 334.
Elmşünaslığa giriş
266
səmərə vermir. Bu zaman elmin, xüsusən ictimai
elmlərin, kibernetikanın, idarəetmə nəzəriyyələrinin
nailiyyətləri texnikanın yeniləşdirilməsinə, texnoloji
prinsiplərin təkmilləşdirilməsinə deyil, istehsal pro-
sesinin, Elm–Texnika–İstehsal zəncirinin ən optimal
qayda üzrə təşkili məsələlərinə, maddi istehsalın təş-
kilati strukturunun yenidən qurulmasına tətbiq olu-
nur. (Yeri gəlmişkən, burada ictimai elmlərin tətbiqi
əhəmiyyəti, onların böyük iqtisadi səmərə poten-
sialına malik olması özünü çox aydın büruzə verir).
Elmi-texniki tərəqqinin, elmi-texniki qarşılıqlı
əlaqələrin idarə olunması problemi, ümumiyyətlə
idarəetmə işinin xüsusi hallarından biridir. Lakin
əgər istehsal sahəsində idarəetmə işi artıq müəyyən
tarixi təcrübəyə malikdirsə, elmi-texniki tərəqqi sa-
həsində hətta ən qabaqcıl kapitalist ölkələrinin təcrü-
bəsi də çox məhduddur. Belə ki, bu hadisənin özü
nisbətən təzədir və üstəlik çox böyük sürətlə dəyişir,
yeni cəhətlərlə zənginləşir. Ona görə də elmin və
bütünlükdə elmi-texniki tərəqqinin elmi surətdə ida-
rə olunması çətindir. Lakin elmi idarəetmə sistemin-
də nəzərə alına bilməyən cəhətlər praktikada qismən
də olsa nəzərə alınmışdır; belə ki, elmi-texniki tərəq-
qi real hadisədir və bilavasitə bu sahədə çalışan
adamlar onun təbii ehtiyaclarını hiss etməyə bilməz-
lər. Ona görə də, elm, texnika və istehsalat sahələri-
nin idarə olunması praktikasını mənimsəyən, bila-
vasitə həmin sahələrə rəhbərlik edən işçilər, görkəm-
|