Elmlərin təsnifatı
173
kadrlar yollarını öz istəkləri əsasında seçirlər.
İstər ali təhsil, istərsə də elmi-tədqiqat müəssi-
sələrində bütün ölkələrdə hamı tərəfindən qəbul
olunmuş bir bölgü göstərmək çətindir. Amma hər
halda müəyyən ümumi cəhətlər vardır ki, bu da təh-
sil sistemindəki təsnifatın elmin daxili təsnifatına
əsaslandığını göstərir. Qeyri-elmi fəaliyyət sahələri
üçün kadr hazırlığı da həmin sahələrin nə dərəcədə
elmi biliklər əsasında təşkil olunmasından asılı ola-
raq elmlə bilavasitə əlaqədardır.
Elmdə fənlər üzrə bölgüdən başqa, digər me-
yarlar üzrə də təsnifat aparılır.
Elmi tədqiqatın xarakterinə, məqsəd və funk-
siyalarına görə elmi fənləri adətən iki fərqli istiqa-
mətdə qruplaşdırırlar: fundamental və tətbiqi. Ən-
ənəvi yanaşmaya görə, fundamental tədqiqatlar təbi-
ətin obyektiv qanunauyğunluqlarının aşkarlanmasına
yönəlmişdir və cari tələbatdan, istehsalın konkret si-
farişlərindən asılı olmayaraq, elmin daxili məntiqin-
dən, özünün qoyduğu suallara cavab axtarışından çı-
xış edir. Fundamental elmlərin xarakteri elədir ki, bi-
liklərin mənimsənilməsi metodoloji prinsiplər, elmi-
fəlsəfi dünyagörüşü ilə sıx surətdə bağlıdır. Burada
çox geniş miqyaslı elmi nəzəri baza tələb olunur.
Fundamental elmi tədqiqatlar min illərdən bəri əldə
edilmiş biliklər, çox müxtəlif konsepsiyalar və on-
ların sistemləşdirilməsi, dünyanın ümumelmi mən-
zərəsinin və elmi paradiqmaların dəyişilməsi ilə nə-
Elmşünaslığa giriş
174
zəri sistemlərdə bir geriyə qayıdış, bütün əvvəlki
nəzəriyyələrin və prinsiplərin yenidən nəzərdən ke-
çirilməsi, yenidən sistemləndirilməsi tələb olunur.
Tətbiqi elmlər isə fundamental tədqiqatlar sa-
yəsində əldə edilmiş nəzəri biliklərin praktik ehti-
yaclara uyğun surətdə yönəldilməsinə, nəzəriyyə ilə
texnologiya arasında körpü atılmasına xidmət edir.
Lakin bu məsələdə iki fərqli mövqe, fikir ayrılığı da
vardır. Belə ki, əksər mənbələrdə bu anlayışlar bizim
yuxarıda izah etdiyimiz mənada işlədilsə də, bəzi
müəlliflər “fundamental” sözünü “xüsusi əhəmiy-
yətli”, “önəmli” mənasında, yaxud təməl elmi səviy-
yə mənasında işlətməklə tətbiqi elmlərin daha fun-
damental olduğunu sübut etməyə çalışırlar.
1
Fundamental və tətbiqi bölgüsü əslində nəinki
fənn daxilində, hər bir tədqiqat daxilində də aparıla
bilər. Məsələn, yazılan dissertasiya işlərinin çoxu,
hətta tətbiqi məsələlərə həsr olunsa da, giriş hissə-
sində problemin nəzəri-fundamental tərəfləri işıqlan-
dırılmış olur. Bu cür fəndaxili və tədqiqatdaxili
bölgülərlə yanaşı, bəzi fənləri bütövlükdə fundamen-
1
Bax: Н.В.Карлов. О фундаментальном и прикладном в
науке и образовании, или Невозведи дом свой на песке //
Вопросы философии, 1995, № 11; М.В.Рац. К вопросу о
фундаментальном и прикладном в науке и образовании //
Вопросы философии, 1996, № 9; Б.И.Пружинин. О пользе
фундаментальности или быть ли в России большой науке //
Вопросы философии, 1996, № 12.
Elmlərin təsnifatı
175
tal elmlərə, digərlərini isə tətbiqi elmlərə aid etmək
praktikası da yayılmışdır. Məsələn, ümumi bir fənn
kimi fizika, kimya, biologiya, coğrafiya və s.-dən
bəhs olunarkən çox vaxt fundamental elmlər nəzərdə
tutulur. Həmin fənlərdən ayrılmış tətbiqi elmlər isə
nisbətən dar sahələri əhatə etməklə ayrıca adlar al-
tında təsnif olunurlar; məsələn, elektrotexnika, tətbi-
qi mexanika, spektroskopiya, aşkarlar kimyası və s.
Akademik D.İ. Bloxintsev belə hesab edir ki, alimin
fəaliyyətini fundamental və tətbiqi sahəyə ayırmaq
praktiki olaraq qeyri-mümkündür. Əslində konkret
elmi fəaliyyətin tərkibində onlar bir-birini tamam-
layırlar.
1
A.Zotov və M.Xolmyanski də belə hesab
edirlər ki, tətbiqi elmlər bütöv elmin üzvi tərkib his-
səsidir və onu fundamental tədqiqatlardan ayırmaq
olmaz.
2
V.V. Çeşev də həmin mövqedə duraraq ya-
zır ki, fundamental elmi tətbiqi elmlə qarşılaşdırmaq
yox, hər bir tədqiqatın idraki əsasları kimi dəyərlən-
dirmək olar. “Fundamental elmdə baş verən proses-
lər həm texnoloji, həm də sosial-mədəni əlaqələrlə
vasitələnirlər”.
1
“Dəqiq elmlər” ifadəsi çox vaxt “təbiət elm-
ləri”nə yaxın mənada işlənir. Lakin fərq bundan
1
Д.И. Блохинцев. Пропорции в науке // Наука и жизнь.
1974, № 6, с. 77.
2
А.Ф.Зотов, М.М.Холмянский. Так есть ли «две нау-
ки»?, с. 67.
1
В.В. Чешев. Наука и управление наукой, с. 69.
Elmşünaslığa giriş
176
ibarətdir ki, bura riyazi elmlər də daxil edildiyindən
daha geniş planda götürülür. Son vaxtlar bəzi ictimai
elm sahələrində də riyaziyyat geniş miqyasda tətbiq
olunur. Bu sırada ilk növbədə iqtisadi nəzəriyyələri
göstərmək mümkündür. Görünür, buna görə də, iq-
tisadi fənlərin də dəqiq elmlər sırasına daxil edilməsi
təklif olunur. Həm də belə təkliflər indi Azərbaycan-
da da səslənməkdədir.
1
Dəqiq elm nümayəndələri öz tədqiqatlarını an-
caq öz dar ixtisas sahələrinin bazasında apardıqları-
na görə və elmi biliklərin ciddi determinasiyasından
çıxış etdiklərinə görə çox vaxt onların başqa elm
sahələri ilə, xüsusən ictimai və humanitar elmlərlə
əlaqəsi zəif olur. Halbuki müəyyən bir fənn daxilin-
də formalaşmış ənənəvi düşüncə tərzindən, metodo-
logiya və metodlardan kənara çıxmaq və problem-
lərə başqa bucaq altında baxa bilmək üçün digər elm
sahələri ilə əlaqə qurmaq, onların bilik bazasından
və metodlarından da yararlanmaq, ən başlıcası isə öz
fənlərinin labirintindən xilas olmaq tələb olunur.
Düzdür, böyük elm adamları heç vaxt məhdud elmi
dünyagörüşü içərisində qalmır, fəlsəfi və humanitar
düşüncə tərzindən qidalanmaqla elmdə qərarlaşmış
şablonlardan xilas ola bilirlər. Bu kontekstdə adətən
A.Eynşteynin “mürəkkəb problemlərin həllində
F.Dostoyevski mənə Qausdan daha çox kömək et-
1
A.Hacıyev. Elm cəmiyyətdə ən yüksək yerdə olmağa la-
yiqdir // “Azərbaycan” qəzeti, 15 may, 2010.
Elmlərin təsnifatı
177
mişdir” fikrini misal çəkirlər. Belə misallar əslində
çoxdur. Hətta müasir elmşünaslığın yaradılmasında
da humanitar düşüncənin az rolu olmamışdır. İxti-
sasca fizik olan Tomas Kun özünün məşhur “Elmi
inqilabların strukturu” əsərinin necə ərsəyə gəldiyi
barədə yazarkən, belə bir hadisəni xüsusilə vurğula-
yır ki, 1958–59-cu tədris ilində onu “davranış haq-
qında elm mərkəzi”nə təcrübə keçməyə göndərirlər.
Və bu zaman Kun belə bir cəhətin şahidi olur ki, ic-
timai elm adamlarının məsələlərə yanaşması və düş-
üncə tərzləri xeyli dərəcədə fərqlidir və onlar hadi-
sələrin elə tərəflərinə toxunurlar ki, bu dəqiq elm
adamlarının heç ağlına da gəlmir. Bax, bu fərqli ya-
naşmaların bir araya gətirilməsi “elmi paradiqma”
anlayışının formalaşmasına da təkan vermişdir.
1
Daha sonra Kun ümumiyyətlə mühitdən, tex-
niki tərəqqinin, xarici sosial-iqtisadi və intellektual
şəraitin elmlərin inkişafına təsirindən bəhs edir.
Onun fikrinə görə, elmin inkişaf qanunauyğunluqları
təkcə onun daxili epistemoloji təhlili ilə öyrənilə
bilməz və burada mütləq humanitar, sosial-iqtisadi
və texniki şərait və onların elmin daxili məzmunu-
nun araşdırılmasına təsiri də nəzərə alınmalıdır.
1
Maraqlı haldır ki, Şərq ölkələrində elmin tarixi
və inkişaf qanunauyğunluqları elm adamları tərə-
findən deyil, əsasən şərqşünaslar tərəfindən öyrənil-
1
Т. Кун. Структура научых революций. с. 16-17.
1
Yenə orada, s. 19.
Elmşünaslığa giriş
178
mişdir. Amma bildiyimiz kimi, şərqşünaslıq özü hu-
manitar elmlərə daxil edilir, çünki bu problemlərlə
əsasən dilçilər və tarixçilər məşğul olur. Bu baxım-
dan Şərqdə elmin öyrənilməsi bir qayda olaraq hu-
manitar düşüncə prizmasından keçmişdir. Bu para-
doksallıq L.Reysner tərəfindən hətta müsbət məqam
kimi qələmə alınır. O, Y.Raşkovskinin “Elmşünaslıq
və Şərq” kitabına yazdığı ön sözdə bu əsərin əsas
məziyyətlərindən biri kimi məhz elmşünaslığa hu-
manitar düşüncə aspektindən yanaşılması faktını
qeyd edir.
1
Necə deyərlər, hər pis şeyin yaxşı tərəfini
də tapmaq olar. Bəli, biz bu hadisəyə məhz pis bir
ənənə kimi baxırıq. Belə ki, Şərqdə əldə olunmuş bir
sıra böyük elmi nailiyyətlərlə yanaşı, elmin bir tam
halında dəyərləndirilməsi, ictimai fəaliyyət sahələri
arasında elmi fəaliyyətin yerinin müəyyənləşdirilmə-
si, bir sözlə, ümumi planda baxılması və adekvat
münasibət bəslənməsi halları da az olmamışdır. Bir
sistem halında olmasa da, belə fikirlər və dəyərlən-
dirmələr Şərq elmşünaslığının rüşeymləri kimi gö-
türülə bilər. Bununla belə, elm özü nisbi müstəqil bir
ictimai sistem kimi məhz Avropada formalaşdığın-
dan elmin özünüdərki də məhz bu ölkələrdə getmiş
və elmşünaslıq da burada formalaşmışdır. Y.Raşkov-
skinin yazdığına görə, müasir dövrdə elmşünaslıq
Şərq ölkələri içərisində ancaq Hindistanda geniş
1
Л.И. Рейснер. Предисловие к книге Е.Б. Рашковского
Науковедение и Восток. с. 4-5.
Elmlərin təsnifatı
179
yayılmışdır.
1
Bu da görünür Hindistanın uzun müd-
dət ingilis müstəmləkəsi olmasından irəli gəlir. Və
bu mənada əslində söhbət hind yox, ingilis elmşü-
naslığından getməlidir. Təəssüflər olsun ki, Yaponi-
ya da daxil olmaqla, Şərq ölkələrinin heç birində
müstəqil bir elm konsepsiyası ortaya çıxmamışdır.
Yəni indi bu ölkələrdə elm öz qədim elmi yaradıcılıq
ənənələrinin davamı kimi deyil, Qərb elminin trans-
feri və inkişafı kimi mövcuddur.
Əslində dəqiq elmlərin özünüdərk səviyyəsinə
çatması iki aspektdə həyata keçir. Elmə məntiqi-
epistemoloji rakursda, biliklər sistemi və elmi yara-
dıcılıq aktlarının cəmi kimi baxan elm adamları elmi
özünüdərk sistemlərində də riyaziyyatın və dəqiq
elmlərin metodlarından istifadə edirlər. Onlar təbii
ki, ictimai elmlərin buraya qatılması haqqında heç
düşünmürlər də. Halbuki, özünüdərk hadisəsi əslində
fəlsəfənin predmetinə daxildir. Və dəqiq elm adam-
ları da bu məsələlərə toxunarkən əslində fəlsəfi qat-
da bulunduqlarının fərqində olmurlar. Məsələyə filo-
soflar müdaxilə etdikdə isə, onlar dəqiq elm və icti-
mai elm arasında ayrıseçkilik etmədən, daha uni-
versal yanaşma üsulundan çıxış edirlər. Ona görə də,
elm fəlsəfəsinin ictimai elmləri əhatə edən hissəsi
daha çox dərəcədə fəlsəfə tədqiqatçıları və sosioloq-
1
Е.Б. Рашковский. Науковедение и Восток, c. 141.
Elmşünaslığa giriş
180
lar tərəfindən həyata keçirilmişdir.
1
Həm də belə bir
mövqe mövcuddur ki, ictimai gerçəkliyin dərk olun-
ması təbiətin dərkinə nisbətən spesifik xüsusiyyət-
lərə malikdir və ona görə də, “ictimai idrak”, “sosial
idrak”, “tarixi idrak” kimi terminlərdən istifadə olu-
nur.
2
T.Haff həm təbiət, həm də cəmiyyət elmləri
üçün vahid metodoloji prinsipdən çıxış etməyin tə-
rəfdarı olan Q.Mendelin “naturalistik monizm” möv-
qeyi ilə V.Dilteyin iki fərqli metodologiyadan çıxış
etmək mövqeyini qarşılaşdıraraq kompromis yarat-
mağa, ortaq bir variant tapmağa çalışır.
1
Həm də bu
fikri T.Haff M.Veberin sosial elmlərin metodologi-
1
Н.Стефанов. Теория и метод в общественный науках.
М., «Прогресс», 1967; Г.А.Антипов, А.Н.Кочергин. Пробле-
мы методологии исследования общества как целостной
системы. Новосибирск, Наука, 1988; Д.Лукач. К онтологии
общественного бытия. Пролегомены. Пер. с нем. М., «Про-
гресс», 1991; Социо-логос. Пер. с англ., нем., франц., М.,
«Прогресс», 1991; Л. фон Мизес. Концепция социальных
наук // Теория и история: интерпретация социально-эконо-
мической эволюции. Челябинск, Социум, 2009, с. 229-232.
2
Проблемы познания социальных явлений. Свердловск,
Уральский Гос. Унив., 1980; Г.А.Антипов. Историческое
прошлое и пути его познания. Новосибирск, Наука, 1987;
В.Ж.Келле, М.Я.Ковальзон. Теория и история. (Проблемы
теории исторического прогресса. М., Изд-во полит. Лите-
ратуры, 1981; Г.С.Арефьева. Общество, познание, прак-
тика. М., «Мысль», 1988; З.Бауман. Мыслить социоло-
гически. Пер. с англ., М., Аспект Пресс, 1996.
1
T.E.Huff. On the Methodology of the Social Sciences: A
rev. essay. Pt. 1 // Philosophy of the Social sciences. Toronto,
1981, vol. 1, № 4, p. 462-463.
Elmlərin təsnifatı
181
yasına dair təlimini şərh edərkən söyləyir. J.Aqassi
də ictimai elmlərin spesifikasını öyrənməyin tərəf-
darıdır. O, yazır: “Fizika heyrətamizdir, amma fizik-
lərin qiymət vermədiyi ictimai elmlər bəzən daha
heyrətamiz olur”.
1
İctimai elmlər həqiqətən xeyli dərəcədə spesi-
fik sahədir. Onların ümumi cəhətləri çoxdur. Amma
buna baxmayaraq, müvafiq elm sahələri qarşısında
qoyulan vəzifələri daha konkret dərk edə bilmək
üçün bu sahələrin özünə də diferensial yanaşa bilmə-
li, onları fərqləndirməliyik.
Humanitar və ictimai elmlər ilk baxışda nə qə-
dər yaxın görünsələr də, əslində xeyli dərəcədə fərqli
mahiyyət və məzmuna malikdirlər.
Digər tərəfdən də, bir var humanitar elmlər, bir
də var ümumiyyətlə humanitar sahə.
İnsan, onun mənəviyyatı, estetik dünyası, arzu
və idealları – humanitar sahənin əsas predmetidir.
Tarix, bədii ədəbiyyat, incəsənət də humanitar sahə-
yə aiddir. Bu başqa məsələ ki, göstərilən humanitar
hadisələrin hər birinin öz elm və fəlsəfə səviyyəsi də
vardır. Tarix, tarixşünaslıq («tarix elmi» – bəzən
sadəcə «tarix» də deyilir; yəni hər iki məna eyni söz-
lə ifadə olunur) və tarix fəlsəfəsi, bədii ədəbiyyat,
ədəbiyyatşünaslıq (filologiya) və ədəbiyyat fəlsəfəsi
1
J.Agassi. The Social Base of Scientific Theory and
Practice // Rationality in Science and politics. Dordrecht,
Reidel, 1984, p. 27.
Elmşünaslığa giriş
182
(aşağı yarusda bu sahə «ədəbi tənqid» kimi məlum-
dur), incəsənət, sənətşünaslıq və sənət fəlsəfəsi (es-
tetika), din, dinşünaslıq və din fəlsəfəsi, mənəvi tər-
biyə, pedaqogika və etika geniş planda götürdükdə
humanitar sahəyə aiddir. Son vaxtlar daha inteqrativ
bir elm sahəsi kimi insanşünaslıqdan, bəzən də ant-
ropologiyadan bəhs olunur. Mənaları eyni olsa da,
bu iki tədqiqat istiqamətində bəzən fərqli məzmunlar
qruplaşdırılır.
Sovet dövründə insan özü də ilk növbədə so-
sial varlıq kimi götürüldüyünə görə, insanşünaslıq da
cəmiyyətşünaslığın içərisində əridilmişdi. İnsan fər-
diyyətinin önə çəkilməsi daha çox dərəcədə Qərb
dünyası, kapitalist ölkələri üçün səciyyəvi idi. Ona
görədir ki, humanitar təfəkkür də, insan haqları möv-
zusu da, irsiyyət məsələləri də, fərdi-psixoloji prob-
lemlər də daha çox Qərbdə öyrənilirdi. İnsanın so-
siallaşması hətta bədii ədəbiyyatda da öz əksini tap-
mışdı. İndi kommunist ideologiyasından ayrıldıqdan
sonra, qarşımızda duran vəzifələrdən biri də in-
sanşünaslığı bərpa etmək, fərdin cəmiyyətdə itmək,
fərdiyyətini itirmək təhlükəsinin qarşısını almaqdır.
Din də humanitar sahəyə aiddir. Çünki insanın
mənəvi aləmi ilə bilavasitə bağlıdır. Lakin müxtəlif
dinlərdə bu bağlılıq bir qədər fərqlidir. Məsələn is-
lamda dini etiqad ilk növbədə fərdə aiddirsə, xris-
tianlıqda kilsələr insanla Allah arasında vasitəçilik
missiyasını üzərinə götürərək dini ictimailəşdirmiş-
Elmlərin təsnifatı
183
lər. Ona görə də, islam aləmində ilahiyyat və dinşü-
naslıq əsasən humanitar sahəyə aid olsa da, xristian
dünyasında cəmiyyət sferasına aiddir. Amma islam-
da da hər bir fərd üçün nəzərdə tutulan həyat tərzi və
davranış qaydaları (fiqh) dini yönlü dövlətlərdə cə-
miyyət və dövlət səviyyəsində təsbit olunmaqla hü-
quq sisteminin əsasını təşkil edir və beləliklə icti-
mailəşmiş olur.
İstənilən halda bütün dinlər həm humanitar,
həm də cəmiyyət sferası ilə sıx surətdə bağlıdır.
Tarix də həmçinin. Tarix özü və tarixlə tərbiyə
daha çox humanitar sahəyə aid olsa da, tarixşünaslıq
və tarix fəlsəfəsi daha çox ictimai elmlərə aiddir.
Eləcə də fəlsəfə. Bir çox təsnifatlarda fəlsəfə
humanitar sahəyə aid edilir. “Özünü dərk et” prinsi-
pindən çıxış edildikdə, bu doğrudan da belədir. Am-
ma insan fəlsəfəsindən fərqli olaraq tarix fəlsəfəsi
daha çox dərəcədə ictimai yönlüdür. Yəni onun
predmetini insan yox, cəmiyyət; fərdi ruh yox, icti-
mai ruh təşkil edir. İnsanın özünüdərki, millətin özü-
nüdərki və nəhayət, bəşəriyyətin özünüdərki fəl-
səfənin strukturunda fərqli səviyyələrdir.
Göründüyü kimi, biz humanitar və ictimai
elmlər bölgüsündə insan və cəmiyyət bölgüsünə
əsaslanırıq.
Lakin sual olunur ki, insan problematikasına
onun fiziki varlığı, bədəni ilə bağlı məsələlər də aid-
dirmi, yoxsa ancaq mənəvi aləm, onun iç dünyası
Elmşünaslığa giriş
184
nəzərdə tutulur? Belə ki, bəzi təsnifatlara görə, insan
bədəni bir təbiət hadisəsi olmaqla, təbiətşünaslığın
predmetinə daxil edilir.
Əslində isə insan bədəni, bir tərəfdən, təbiətə
aid olsa da, digər tərəfdən, onun əməli fəaliyyəti və
mənəvi-ruhani aləmi üçün də mühüm bir rol oynadı-
ğına görə, həm də humanitar sahəyə aiddir. Bu mə-
nada insanın fiziki sağlamlığına xidmət edən səhiyyə
sistemi və idman da humanitar sahəyə aid edilə bilər.
Maraqlı haldır ki, səhiyyə özü insana xidmət etmək-
lə humanitar mahiyyət daşısa da, təbabət bir elm sa-
həsi kimi humanitar elmlərə deyil, daha çox dərəcə-
də təbiətşünaslığa aiddir. Lakin son dövrün prakti-
kası göstərir ki, təbabət hər halda sadəcə təbiət elmi
kimi qəbul edilə bilməz, çünki burada insanın ruhu,
psixikası ilə və deməli, ümumiyyətlə, humanitar sa-
hə ilə sıx bağlılıq vardır.
K.Marks və F.Engels yazırdı: “Harada ki, spe-
kulyativ təfəkkür həqiqi həyatla üzləşərək kəsilir,
orada həqiqi müsbət elm, praktik fəaliyyətin, insan-
ların praktik inkişaf prosesinin təsviri başlayır”.
1
Bəli, antik fəlsəfədən, nəzəri fəlsəfi təfəkkürdən baş-
lanmış böyük idrak marafonu harada isə gerçək hə-
yatın daşlı-kəsəkli yollarında finişə yaxınlaşır, nəzəri
modellərlə həyatın reallıqları arasındakı uyğunsuz-
luqlar getdikcə daha çox dərəcədə özünü büruzə ve-
1
К.Маркс и Ф.Энгельс. Сочинения. Изд.второе, т 3, c.
26.
Elmlərin təsnifatı
185
rir və təfəkkürün gücü öz enerjisini tükətdiyindən in-
san hər şeyə sanki yenidən – sıfırdan başlayır. Bu
dəfə insan öz empirik düşüncəsini işə salır və sadə
həyat məsələlərinin təcrübi dərkindən başlayaraq nə-
zəri təfəkkürə doğru yeni bir marafon yürüşünə
çıxır.
Hazırda müxtəlif xalqlar və ölkələr vahid elm
sistemindən eyni dərəcədə istifadə etmirlər. Əksər
ölkələrin iqtisadi və texnoloji inkişaf səviyyəsi
müasir elmin tətbiqinə uyğun gəlmir. Bunun üçün
həm ictimai-təşkilatı infrastruktur, həm iqtisadiyya-
tın texnoloji strukturu müasir elmin “dilində” yazıl-
mış – qurulmuş olmalıdır.
Q.M.Qlaqoleva yazır: “Elmi kəşflərin və tətbiq
üçün hazırlanmaların texnoloji mənimsənilməsi on-
ların yeni texnikanın real nümunələrində, yeni tex-
noloji prosesdə həyata keçirilməsinə imkan verir.
Təcrübi-eksperimental istehsal məhz elmi prosesi
sənaye prosesinə çevirən halqa olur; həm də elə bir
halqa ki, özündə həm elmi tədqiqatın, həm də isteh-
salın elementlərini birləşdirir”.
1
Əlbəttə, müəllifin
elmdən istehsala gedən yolu keyfiyyətcə fərqli mər-
hələlərə ayırmaq cəhdi təqdirəlayiqdir. Lakin
Q.M.Qlaqoleva bu məsələdə ardıcıllıq nümayiş
etdirmir. Belə ki, “yeni texnika nümunəsi” və “yeni
1
Г.М.Глаголева. Технологическое освоение научных
открытий и разработок (экономические аспекты), М.,
«Экономика», 1977, с. 47.
Elmşünaslığa giriş
186
texnoloji proses” əslində fərqli mərhələlərdir. Başqa
sözlə desək, “nümunə” tək nüsxədə olduğu halda,
“yeni texnoloji proses” ancaq silsilə istehsal aktla-
rına aiddir.
Elmi kəşfin tətbiq üçün hazırlanması isə əs-
lində elmi fəaliyyətdən fərqli təbiətə malikdir. Belə
ki, elmin məqsədi obyektiv gerçəklikdə, təbiətdə
olan qaydanın, ahəngin, strukturun aşkar edilməsi və
terminlərlə, yaxud riyazi dillə ifadə olunmasıdır.
Halbuki, tətbiq üçün hazırlanma prosesində insan
özünün bildiklərini təbii materiala transfer etməyə
çalışır. Elmi inkişafın ilk dövrlərində alimlər hər iki
mərhələni özündə birləşdirir və özlərinin hansı isə
ideyasını tətbiq üçün özləri hazırlayırdı. P.L.Kapitsa
yazır: “Əvvəlki vaxtlarda nəinki Nyuton və Hyu-
gens, hətta Maksvell kimi nəzəriyyəçilər də öz nə-
zəri mülahizələrinin eksperimental yoxlanmasını öz-
ləri həyata keçirirdilər. İndi isə ancaq istisna hallarda
nəzəriyyəçi öz nəzəriyyəsini yoxlamaq üçün təcrübə
qoyur”.
1
Yəni artıq elmin öz daxilində əmək bölgü-
sü, diferensiallaşma getmiş, yeni bir qayda formalaş-
mışdır.
Müasir dövrdə qloballaşmanın və dayanıqlı in-
kişaf konsepsiyasının tələblərinə uyğun olaraq müx-
təlif elm sahələri arasında qarşılıqlı əlaqə getdikcə
genişlənir və elmdaxili inteqrativ proseslər gedir.
1
П.Л.Капица. Эксперимент, теория, практика: Статьи и
выступления. М., Наука, 1981, с. 190-191.
Elmlərin təsnifatı
187
A.D.Ursul “dayanıqlı inkişaf problemlərinin təbii-el-
mi, humanitar, texniki, kənd təsərrüfatı, tibbi və fən-
lərarası sahələrin tədqiqat cəbhəsinin genişlənməsi-
ni, bioloji və sosial sistemlərin tarazlaşması, habelə
yer və kosmosun bütöv sisteminin ayrı-ayrı element-
ləri və prosesləri üzrə biliklərin ümumi elmi istiqa-
mətlərdə birləşməsini” yeni dövrün əsas tələbləri ki-
mi qeyd edir.
1
Onun fikrinə görə, müasir inkişaf
mərhələsində elm, texnika və texnologiya noosfer
oriyentasiyasına keçməlidir.
2
Belə ki, Yerin təbiətinə
antropogen təzyiq azalmalı, noosferogenezin kosmik
magistralı formalaşmalıdır.
3
Əlbəttə, noosfer ideyası
gələcək elmin əsas inteqrativ prinsiplərindən biri ola
bilər. Amma elmin məhz hansı istiqamətdə inkişaf
edəcəyini birqiymətli şəkildə proqnozlaşdırmaq hələ
mümkün deyil.
İndi bizim elm kimi qəbul etdiyimiz biliklər
sistemi, əslində vahid bütöv bir sistem olmayıb, ayrı-
ayrı fənlərdə təmərküzləşmiş, strukturlaşmış nisbi
müstəqil epistemoloji sistemlər çoxluğu heç də ye-
ganə mümkün variant deyil.
Əvvəla, bir daha vurğulamaq istəyirik ki, hansı
isə vahid elmdən danışmaq üçün hələ də kafi əsas
1
Послесловие академика А.Д.Урсула // С.Халилов. Ос-
нования научно-технического прогресса. Логико-методо-
логический анализ. Москва, «Экономика и информатика»,
1997, с. 137.
2
Yenə orada, s. 136.
3
Yenə orada, s. 138.
Elmşünaslığa giriş
188
yoxdur. İndi olsa-olsa ayrı-ayrı elmlər var ki, bunla-
rın bir qismi o dərəcədə yaxınlaşmışdır ki, onlardan
vahid bir sistem kimi bəhs etmək bəlkə də mümkün-
dür. Amma bəzən bu elmlərin öz daxilində də elə
ayrılmalar baş verir ki, dünyanın vahid elmi mənzə-
rəsindən danışmağın hələ tez olduğu aydınlaşır.
Bununla belə, bizi maraqlandıran elmin inkişafının
indiki məqamında onun bütöv olub-olmaması yox,
belə bir bütövlüyün, belə bir vahid modelin prin-
sipcə mümkün olub-olmaması məsələsidir. Dünya-
nın vahid elmi mənzərəsi, “bütöv elm” modeli təşəb-
büsləri həmişə olmuşdur. Hər bir inkişaf mərhələsin-
də alimlər obyektiv gerçəkliyi adekvat əks elətdirən
bir model qurduqlarını zənn ediblər. Bəzən hətta bu-
nu bir model kimi yox, həqiqət kimi, gerçəyin adek-
vat obrazı kimi qəbul ediblər.
Lakin alimlərin “özünü aldatması” sonlu bir
obrazın sonsuzluğu ifadə edə bilmək iddiası ilə bağ-
lıdır. Əslində isə bizim bütün biliklərimiz və min il-
lər ərzində elmin əldə etdiyi nailiyyətlər gerçək dün-
yanın ancaq mücərrəd, ümumiləşmiş, digər tərəfdən
isə adda-budda, hissələrlə dərkidir. Yəni hələ neçə-
neçə elmlər yaranacaq və onlar dünyanın elmi mən-
zərəsini nəinki yeni adalar və yarımadalarla, hətta
ola bilsin ki, bütöv materiklərlə zənginləşdirəcəklər.
Nəzərə alınmalıdır ki, elm bu dünyanın dəyiş-
kənliyini, konkret təzahürlərini yox, ümumilər ara-
sında münasibəti, sabit, universal əlaqələr sistemini,
Elmlərin təsnifatı
189
konfiqurasiyanı, maketi öyrənir!
Amma bu, sözün yüksək mənasında və məh-
dud çərçivədə elmdir. Sözün geniş mənasında elm
anlayışına fərqli məzmunlar da daxil edilir. Elmili-
yin əsas meyarını ödəməyən, amma insanlar üçün
gərəkli olan müəyyən sahədəki biliklərin sistemləş-
dirilmiş təqdimatı da çox vaxt elmlər sırasına daxil
edilir. Məsələn, tarix, coğrafiya, geologiya, arxeolo-
giya, dilçilik (xüsusi dilçilik), ədəbiyyat tarixi və s.
elmin mahiyyəti, elmi həqiqət və elmiliyin meyarları
baxımından klassik elmlərdən (fizika, kimya və s.)
köklü surətdə fərqlənirlər. Məsələ burasındadır ki,
bu tədqiqat sahələri çox vaxt ümumiləri, universal
kəmiyyətləri deyil, məkan-zaman baxımından kon-
kret hadisələri öyrənir və bu sahədə sadəcə faktiki
material (empirik bilik) toplamaqla məşğul olurlar.
Məsələn, coğrafi ekspedisiyalar planetimizin insan-
ların naməlum qalmış guşələrini aşkar etmək və on-
ların faktiki təsvirini verməklə məşğul olur. Burada-
kı kəşflər təbiətin hansısa universal qanunlarının
deyil, onun konkret təzahürlərinin müşahidə olun-
ması və aşkar edilməsi mənasında kəşflərdir. Eləcə
də, əgər geoloqlar hansı isə ərazidə neft, qaz və ya
filiz yataqları aşkar edirsə, bu, konkret bir obyektin,
bəlli bir kontinium çərçivəsində öyrənilməsidir.
Ümumiləşdirmələr və bu sahədəki ümumi metod-
lardan istifadə edilməsi sonrakı mərhələdir. Amma
halbuki, geoloji kəşfiyyatla elmi müstəvidəki araş-
Elmşünaslığa giriş
190
dırmalar arasında demarkasiya aparılmır. Nəticədə
çox vaxt empirik-faktiki yeniliklərlə həqiqi elmi ye-
niliklər eyni bir fənnin bərabərhüquqlu tərkib his-
sələri kimi dəyərləndirilir. Onu da qeyd edək ki,
coğrafiyada, geologiyada və təbiətin bilavasitə öyrə-
nilməsi ilə məşğul olan digər sahələrdə elmilik faza-
sına keçid istər-istəməz fizika, kimya, biologiya ki-
mi klassik elmlərlə kəsişmə sahəsində mümkün olur.
Əlbəttə, fəlsəfə, riyaziyyat, məntiq kimi sahə-
lər də məxsusi mənada elmə daxil deyil, lakin on-
ların fərqləndirilməsi zərurəti başqa səbəbdən ortaya
çıxır və biz bu fərqi ayrıca nəzərdən keçirəcəyik.
Coğrafiyada, arxeologiyada, tarixdə isə ayrıca götü-
rülmüş ərazidən, konkret dağdan, çaydan, şəhərdən,
ölkədən söhbət gedir. Zaman-məkan müəyyənliyi
olan bir hadisə təsvir olunur. Bu hələ elm deyil, am-
ma özlüyündə bir dəyərdir. Çünki bu məlumatlar in-
sanlara lazımdır. Müasir nəqliyyat-kommunikasiya
şəraitində bu məlumatlar adi görünə bilər; yəni on-
suz da hamının bildiyi bir şey kimi. Amma vaxtilə
bu və ya digər coğrafi obyektin – ərazinin, gölün, ça-
yın, dənizin kəşfindən söhbət gedirdi. Və bu “kəşf-
lər” elmə aid edilməyib, özgə hansı sahəyə aid edilə
bilər. Eləcə də botanikada, zoologiyada – ayrı-ayrı
bitki və ya heyvanların “kəşfi”; bu mərhələdə hələ
ümumilərdən, növlərdən, hansı isə tendensiyadan,
qanunauyğunluqdan söhbət getmir. Və müasir elmi
meyarlar baxımından bunlar heç biri elmə aid deyil.
Elmlərin təsnifatı
191
Sadəcə faktiki biliklərin toplanması mərhələsidir.
Sonra isə bunların qruplaşdırılması, növləşdirilməsi,
təsnifatı başlanır ki, bu, artıq ümumiləşdirmədir və
bu mənada elmə girişdir.
Eləcə də geoloji kəşflər. Söhbət hansı isə kon-
kret neft yatağının, qaz və ya qızıl ehtiyatlarının aş-
karlanmasından gedir. Yəni ünvanı bəlli olan, kon-
kret bir təbii-maddi şəraitdə üzə çıxarılan (başqa bir
şəraitdə isə dəyişilməsi prinsipcə mümkün olan),
hansı isə iqtisadi və ya siyasi mülahizələrdən, sub-
yektiv amillərdən asılı olaraq istismar edilən və ya
dincə qoyulan yataqların texniki şərtlərinin öyrənil-
məsi – bütün bunlar böyük elmin özü yox, elmlə ic-
timai həyat arasında yer alan və yenə də faktiki
biliklər əsasında qurulan elmi-texniki və texnoloji iş-
ləmələrdir. Yəni bu “kəşflər” əslində bir o qədər də
elmə aid deyil. Elmə aid olan bu konkret faktiki
materialın ümumiləşdirilməsi əsasında (əgər faktlar
ümumiləşdirmə üçün yetərli olacaq qədər çoxdursa)
əldə edilən qanunauyğunluqlardır. Deməli, geoloji
kəşfiyyat özü bir elm olmayıb, elm ilə praktika ara-
sında, təkcə ilə ümumi arasında mövqe tutur. Tək bir
geologiya timsalında da biz dar mənada elmlə onun
böyük əhatəsi arasında fərqi görə bilərik. Maraqlı bir
analogiya yada düşür: şəhərlərin əhalisi siyahıya alı-
nanda, sözün dar mənasında şəhərin özündə (metro-
polis) və şəhərətrafılarla birlikdə (meqapolis) əhali
xeyli dərəcədə fərqli olur. Elmdə “şəhərətrafı”na uy-
Elmşünaslığa giriş
192
ğun gələn elmilik meyarlarını ödəməsə də, müəyyən
bir elmin yaranmasında iştirak edən və onun həndə-
vərində olan faktiki biliklərdir. Orta məktəb pro-
qramlarında əhatə olunan: coğrafiya, botanika, zo-
ologiya, tarix, ədəbiyyat, dil (konkret bir dil – mə-
sələn, ingilis dili və s.), astronomiya və demək olar
ki, bütün fənlər üzrə verilən biliklər bir qayda ola-
raq, müvafiq elmlərin özünü yox, bu “elmətrafı”, da-
ha doğrusu, elməqədərki biliklər sistemini əhatə
edir. Ancaq yuxarı siniflərdə “ümumi biologiya”,
“ədəbiyyat nəzəriyyəsi” və s. bu kimi fənlər əvvəl
keçilənlərin nəzəri ümumiləşməsi kimi təqdim edilir
və burada müvafiq elmlərin də əsasları öyrədilmiş
olur.
Astronomiyada göy cisimləri; ayrı-ayrı planet-
lər və onların hərəkəti haqqında müəyyən məlumat-
larla yanaşı, həm də müvafiq hərəkət qanunauyğun-
luqlarına dair biliklər verilir ki, bu da elmi əsaslarla
elməqədərki biliklərin qatışıq təqdimatıdır. Eləcə də
fizika və kimya fənlərində xalis elm yox, bu cür qa-
tışıq təqdim olunur.
Biz bu misalları ona görə gətirmirik ki, orta
məktəbdə ancaq elm öyrədilsin, əksinə, elmətrafı bi-
liklərin də xüsusi dəyərə malik olduğu və elmin mə-
nimsənilməsinə də məhz onlardan başlamaq zə-
rurətini vurğulayırıq. Bəzən tarixin, riyaziyyatın, fəl-
səfənin elm olmaması haqqında iddia müvafiq sahə-
lərin nümayəndələri tərəfindən narazılıqla qarşılanır.
Elmlərin təsnifatı
193
Buraya botanikanın, zoologiyanın, coğrafiyanın, ge-
ologiyanın elmətrafı biliklər sistemini də əlavə edə-
rək, sual qoymaq olar ki, bütün bu biliklərin xalis
elm anlayışına uyğun olmaması onların dəyərini
azaldırmı? Poeziya elm olmadığı üçün heç xiffət
eləmir. Eləcə də fəlsəfə. Elmdən daha yüksək olmaq,
yaxud elməqədərki zəruri biliklər sistemi olmaq, ya-
xud elmlə yanaşı, insanın mənəvi-intellektual dünya-
sında ayrıca lövbər salmaq nəyə görə əskiklik sa-
yılmalıdır? Kim tarixin elmdən daha az əhəmiyyətli
olduğunu iddia edə bilər? Amma bu başqa məsələ ki,
ayrı-ayrı tarixi hadisələr deyil, bütövlükdə tarixi in-
kişafın ümumi qanunauyğunluğundan söhbət gedə;
bu, artıq elmdir, amma ictimai şüur üçün, yeni nəslin
tərbiyəsi üçün tarixin özü qədər zəruri deyil. Daha
doğrusu, elmin belə funksiyaları yoxdur. Biliklər an-
caq şəxssizləşdikdən, milli-mənəvi dəyərlərdən “tə-
mizləndikdən” sonra elmə çevrilə bilər.
Düzdür, Kun konsepsiyası elmin inkişafında
sosial-mədəni amillərin rolunu nəzərə almaqla fərq-
lənir. Lakin bu amillər əslində nəyə təsir göstərir: el-
min özünə, elmi yaradıcılıq prosesinə, onun infra-
strukturuna, təşkilati formalarına, yoxsa daha nələ-
rə?!
Elmin inkişafının ictimai mühitlə, siyasi, iqti-
sadi və mədəni-mənəvi amillərlə bağlılığı bu inkişaf
prosesinin özünə, tempinə təsir göstərsə də, onun da-
xili məzmununa heç bir təsir göstərmir. Bu mənada
Elmşünaslığa giriş
194
neopozitivizmin, postpozitivizmin, tənqidi realizmin
və s. Kun tərəfindən məhz sosial determinasiyanın
nəzərə alınmaması ittihamı ilə tənqid olunmasının
heç bir elmi əsası yoxdur. R.Karnap, K.Popper və s.
elmi biliklərin, təlimlərin və ümumiyyətlə elmin da-
xili məzmununun araşdırılması ilə məşğuldur. Sosial
amillər isə stasionar elmə, Popperin “üçüncü dünya”
adlandırdığı elmi biliklər sisteminə yox, onun hələ
formalaşmamış ön cəbhəsinə, elm adamlarına və
onların vasitəsilə elmi yaradıcılığın gedişatına təsir
göstərir. Bu fərqi daha düzgün təsəvvür etmək üçün
Əbu Turxanın dünya inkişafı üçün irəli sürdüyü daha
fundamental bir qanunauyğunluqdan çıxış etsək ye-
rinə düşər. Belə ki, onun təliminə görə, təbii mühit
canlı aləmin təkamülünə təsir edərkən, onların daxili
məzmununa toxunmur. Bir bitki cücərirsə, ona tor-
paq, hava, su, işıq lazımdır. Yəni bitki onlar vasitə-
silə təbiətdən qida alır. Lakin bitkinin daxili məzmu-
nu inkişaf edib nəyə çevriləcəyi bu mühitin verdiyi
qidadan, onun nə dərəcədə münbit olmasından az
asılıdır və ya heç asılı deyil. Çünki bitki öncədən
proqramlaşdırılmış daxili məzmuna malikdir. Mühit
bu proqramın məzmununa deyil, ancaq realizasiya-
sına, daha tez və daha mükəmməl surətdə açılmasına
təsir edir. Eləcə də elmin insanlardan asılı olmayan
öz ilkin proqramı vardır. Bu proqram əslində təbiətin
proqramına adekvatdır. Ona görə də, alimlərin bir
qismi onu təbiətdən (təbiətin özündən) oxumağa ça-
Elmlərin təsnifatı
195
lışır. Digər qisim alimlər isə onu elm kitabının özün-
dən oxuyurlar. Amma hissə-hissə, ayrı-ayrı cümlə və
ya uzaq başı abzas həcmində. Amma nəinki bütöv
fəsil, heç bir paraqrafı da birbaşa bu kitabdan oxu-
maq heç kimə müyəssər olmur. Alimlər ayrı-ayrı
fraqmentlərdən bütöv mətni özləri quraşdırırlar. La-
kin bunun üçün öncə bütöv mətnin ideya istiqaməti
bəlli olmalıdır. Böyük ideya və təfərrüatları arasında
rabitə yaradılması, hissi təcrübə ilə təbiətin öyrənil-
məsindən qazanılmış biliklərin insanın fəhmlə birba-
şa Elm kitabından götürdüyü struktur əsasında dü-
zülməsi və bu zaman ortaya çıxan ziddiyyətlər, uy-
uşmazlıqlar və elmi ictimaiyyətin onların aradan
qaldırılmasında cəhdləri.
Elm əvvəlcədən yazılmış kitabdır. Və alimlər
onu yazmağa deyil, oxumağa çalışmalıdırlar.
Beynəlxalq təsnifat sistemləri
İstənilən əhəmiyyətli bir hadisə və müvafiq an-
layış elmin inkişafının müəyyən mərhələsində prob-
lemə – düyünə çevrilə bilər və bu düyünün yetişmə-
sindən yeni tədqiqat istiqamətləri yarana bilər. Yəni
hər bir anlayış potensial düyün olmaqla fənlərarası
məkanda yerləşir. 1988-ci ildə YUNESKO tərəfin-
dən qəbul olunmuş fənlərin nomenklaturasında
1
in-
di çox aktual olan bir sıra tədqiqat istiqamətlərinin
müstəqil elm sahəsi kimi göstərilməməsi əslində on-
ların məhz fənlərarası statusu ilə əlaqədardır. Həmin
təsnifatda ekologiya, sinergetika, kulturologiya kimi
adlara rast gəlməsək də, onları bu və ya digər kon-
kret tədqiqat istiqamətinin sistemaltı bölməsi kimi
görmək mümkündür.
Son illərin bəzi təsnifatlarında isə bu sahələr
müstəqil elm kimi göstərilir və şaxələnmə onların öz
içərisində gedir. Məsələn, “insan ekologiyası” daxili
bölmə kimi “insan biologiyası”nın, “heyvan ekologi-
1
Bax: Əlavə 1.
Beynəlxalq təsnifat sistemləri
197
yası” – “zoologiya”nın içərisinə daxil edilmiş, ayrıca
ekologiya adında elm isə göstərilməmişdir.
1
Lakin
bəzi başqa sahələr, məsələn, demoqrafiya böyük el-
mi tədqiqat istiqaməti kimi verilir və onun müxtəlif
elmlərlə kəsişməsində ixtisaslaşmış demoqrafik
problemlər öz əksini tapır. Yəni demoqrafiya bir ra-
kursda tarixin, başqa rakursda iqtisadiyyatın, yaxud
sosiologiyanın və s. alt sahəsi kimi göstərilir.
2
2006-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (OECD) Elmi və Texnoloji Siyasət üzrə
Komitəsi (CSTP) elmlərin yeni təsnifat sistemini ha-
zırladı.
3
Bu təsnifatda elmin son illərdə sürətlə inki-
şaf edən bir sıra yeni sahələri nəzərə alınmaqla ya-
naşı, əvvəlki fənlərin çoxu yenidən qruplaşdırılmış
və müasir zamanla səsləşən yeni versiya hazırlan-
mışdır. Lakin müxtəlif ölkələrin inkişaf səviyyəsi
fərqli olduğundan, hər bir ölkənin öz real səviyyəsi-
nə uyğun təsnifatdan və terminologiyadan istifadə
etməsi əslində daha məqsədəuyğundur. Bununla be-
lə, beynəlxalq təcrübə də mütləq nəzərə alınmalıdır.
Lap bu yaxınlara qədər Azərbaycanda elmlərin təs-
nifat sistemləri bir qayda olaraq Rusiyanınkına uy-
ğunlaşdırılırdı. Məsələn, Elmlər Akademiyasında
hələ də 1986-cı ildə keçmiş SSRİ Elmlər Akademi-
yasının qəbul etdiyi “1986-1990-cı illərdə və 2000-
1
Yenə orada.
2
Yenə orada.
3
Bax: Əlavə 4.
Elmşünaslığa giriş
198
ci ilə qədər təbiətşünaslıq və ictimai elmlərin əsas
inkişaf istiqamətləri”-nə Əlavə kimi çap olunan “El-
mi istiqamətlərin təsnifatı”ndan istifadə olunur.
1
Ali
Attestasiya Komissiyasında ixtisasların siyahısı da
Rusiyanın AAK-ı tərəfindən qəbul olunmuş siyahıya
uyğunlaşdırılmışdır.
2
Elmin İnkişafı Fondunun istifadə etdiyi təsni-
fat da Rusiya nümunələri əsasında hazırlanmışdır.
3
Lakin biz bəzən elmi istiqamətlərlə elmi sahə-
lərin fərqini nəzərə almırıq. Nəticədə “kulturologi-
ya”nın elmlər siyahısında olması onun bir elmi isti-
qamət olması ilə qarışıq salınır və hətta “kulturologi-
ya elmləri doktoru” kimi heç bir tənqidə dözməyən
elmi dərəcələr verilməsi halları ilə rastlaşırıq. Bizdə
bu sahədə olan dolaşıqlıq əslində Rusiyanın təsiri ilə
yaranmışdır. Amma ruslar özü bu adda elmi dərəcə
vermir.
4
Hazırda Rusiyada elmlərin və ixtisasların təs-
nifatı bir neçə təşkilat tərəfindən həyata keçirilir. Bu
sırada Rusiya Elmlər Akademiyasının Ümumrusiya
Elmi və Texniki İnformasiya İnstitutunun (VİNİTİ)
5
,
Rusiya Fundamental Tədqiqatlar Fondunun təsnifatı,
federal dövlət müəssisəsi olan “Respublika Tədqiqat
1
Bax: Əlavə 2.
2
Bax: Əlavə 3.
3
Bax: Əlavə 6.
4
Bax: Əlavə 5.
5
Bax: Əlavə 2.
Beynəlxalq təsnifat sistemləri
199
Ekspertizasının Elmi Məsləhət Mərkəzi – Elmi Təd-
qiqat İnstitutu”nun müəyyən etdiyi “Elmi İşçilərin
İxtisas Nomenklaturası”, Ali Attestasiya Komissiya-
sı – Elmi-texniki informasiyanın Dövlət Rubrikatoru
və s. – bunlar hamısı 2009-cu ildə Rusiya Federasi-
yasının Təhsil və Elm Nazirliyinin təsdiq etdiyi son
təsnifat sistemində öz əksini tapmışdır.
1
Bir daha vurğulamaq istərdik ki, elmi-tədqiqat
istiqamətləri və konkret elmi sahələr qarışdırılmama-
lıdır. Məsələn, Rusiyanın təsnifat sistemində fizika-
riyaziyyat elmləri ümumi bir istiqamət kimi göstəri-
lir. Onun nəzdində əvvəlcə riyaziyyat, mexanika və
fizika, daha sonra isə hər bir elmin öz daxili sahələri
sadalanır.
2
Bütün dünyada müxtəlif sahələr üzrə çoxlu
sayda nəşr olunan kitabları, jurnalları, dissertasiyala-
rı və bir çox digər informasiya daşıyıcılarını (CD,
DVD, musiqi, rəsm albomları, xəritələr və s.) qrup-
laşdırmaq, təsnifat etmək üçün müxtəlif vasitələrdən
istifadə edilir. Adətən bunun üçün əsasən rəqəmlər-
dən, hərflərdən və bəzi simvollardan ibarət kodlar-
dan, məsələn, ISBN (International Standard
Dostları ilə paylaş: |