Elmşünaslığa giriş
160
strukturuna daxildir. Lakin bütün bu tədqiqatlar baş-
qa bir en kəsiyində, məhz təhsil ön plana çəkildiyi
təqdirdə, nisbi müstəqil bir fənnin – təhsilşünaslığın
tərkib hissələri kimi də nəzərdən keçirilə bilər.
Elmin özü də müxtəlif fənlərin, tədqiqat istiqa-
mətlərinin kəsişmə sahəsindəki düyünlərdən biridir.
Biz elmin tarixi, sosiologiyası, iqtisadiyyatı, meto-
dologiyası, fəlsəfi və epistemoloji rakursları haqqın-
da artıq danışmışıq. Hətta məhz elmin tədqiqi ilə əla-
qədar yaranmış yeni sahələrdən bəhs etmişik.
1
Bu da
“elm” hadisəsinin özünün də bir düyün halına gəldi-
yinə dəlalət edir.
Müasir kimyada maddənin quruluşu ilə bağlı
müxtəlif struktur səviyyələrinin hər birində fizika
tətbiq olunmağa başlamışdır. Yəni kimya problemlə-
rinin araşdırılmasında riyazi və fiziki biliklərin və
qanunauyğunluqların tətbiq olunması əvvəlcə fiziki
kimyanın, daha sonra riyazi kimyanın və nəhayət
kvant kimyasının nisbi müstəqil fənlər kimi forma-
laşmasına gətirib çıxarmışdır. Ənənəvi kimya məsə-
lələrinin daha dərindən və dəqiq tətbiq olunması on-
ların fiziki problemlər müstəvisinə keçirilməsi ilə
nəticələnir. Amma XIX əsrdə O.Kont kimyəvi və fi-
ziki problemlər arasında həmişə bir sərhəd olduğu
qənaətində idi və kimya məsələlərinin fizikalaşdırıl-
masının əleyhinə çıxış edirdi. Hətta XX əsrdə akade-
1
Bax, bu kitabda səh. 68.
Elmlərin təsnifatı
161
mik B.M.Kedrov da ona haqq qazandıraraq fizika ilə
kimya arasında fərqlərin guya obyektiv təbiətə malik
olduğunu iddia edir. Amma zaman keçdikcə tarixən
kimyaya aid olan məsələlər getdikcə daha çox dərə-
cədə fizikanın predmetinə daxil olur. Başqa sözlə
desək, fiziklər kimyanın bölgəsinə daxil olaraq, san-
ki onu özününküləşdirməyə çalışırlar. Amma elmlə-
rin bir-birinə nüfuz etməsi qaçılmaz prosesdir və or-
taq sahələrdə yeni-yeni fənlər və ixtisaslar yaranır.
1
T.Kun belə hesab edir ki, hər bir yeni fənnin yaran-
ması ancaq müvafiq paradiqmanın yaranması sayə-
sində mümkündür.
2
Amma fizikada elə nəzəriyyələr
var ki, onlar bir fənnin çərçivəsindən kənara çıxaraq
bir çox fənlərə təsir göstərirlər. Doğrudan da, hər bir
normal elm sanki bir paradiqmanın ətrafında yaranır.
Yeni paradiqmaya keçid Kuna görə, elmdə inqilab
kimi dəyərləndirilir. Halbuki, yeni paradiqma həm
də yeni fənn üçün başlanğıc rolu oynaya bilər. Yəni
nəyi isə inkar etmədən, elmi əvvəlki inkişaf trayek-
toriyasından döndərmədən, başqa bir səmtdə də inki-
şafın təməlinin qoyulması prosesi gedir. Bu mənada
düyün nöqtələri iki cür olur. Birincisi, əvvəlki inki-
şaf xəttinin tamamlanması və yeni inkişaf xəttinə ke-
1
Ю.И.Соловьев, В.И.Курашов. Химия на перекрестке
наук: Исторический процесс развития взаимодействия ес-
тественнонаучных знаний. М., Наука, 1989. стр. 71.
2
Т.Кун. Структура научных революций. М., АСТ, 2001,
стр.226-227.
Elmşünaslığa giriş
162
çid. İkincisi, düyün nöqtəsindən haçalanma və yeni
budaqların ayrılması. Bax, bu ikinci yol Kun təli-
mində nəzərə alınmamışdır. Bizim təklif etdiyimiz
düyün nöqtələri və haçalanmalar təlimi daha univer-
sal modeldir.
Müxtəlif elm sahələri nə zaman eyni düyün
nöqtəsində birləşir? Bu suala cavab vermək üçün
öncə pozitiv və neqativ təbiətli düyünlərin fərqlən-
dirilməsi lazımdır. Neqativ düyünlər adətən metod
çatışmazlığında və ya dilin məhdudluğunda özünü
göstərir. Müxtəlif elmlər çox vaxt eyni metodlardan,
eyni riyazi aparatdan və modellərdən istifadə etdik-
ləri üçün hələ kəşf olunmamış bir universal əlaqə,
qanun, düstur və ya metodun çatışmazlığı, boşluğu
özünü fərqli vaxtlarda da olsa, bu elmlərin hamısın-
da göstərir. Yəni hər bir fənn, elmi tədqiqat istiqa-
məti gec-tez bu çatışmazlığı, boşluğu hiss edərək
onu doldurmağa, yeni metodu öz imkanları daxilində
axtarıb-tapmağa çalışır. Düzdür, burada bir vaxt sü-
rüşməsi, asinxronluq da olur, amma məsələnin həlli-
ni tapa bilməyən hər bir fənn gözləmə mövqeyi tu-
tur, ta o vaxta qədər ki, başqa fənlər də gəlib burada
ilişirlər. Nəhayət, günlərin bir günü, hansı elminsə
kontekstində problemin həll metodu tapılanda, göz-
ləmədə olan digər elmlər də inkişaf üçün yeni im-
puls almış olurlar. Kun təlimində bu mənzərənin təs-
viri problem-bilməcə (puzzle-solving) termini vasitə-
silə verilir. Amma bu termin elmin inkişafında daha
Elmlərin təsnifatı
163
universal prosesləri ifadə eləmək üçün nəinki yetərli
deyil, hətta əsas konseptdən kənara çıxmaqla termi-
noloji sistemə daxil ola bilmir. Digər tərəfdən də,
yuxarıda göstərdiyimiz kimi, Kunun işlətdiyi prob-
lem-bilməcə (puzzle-solving) ifadəsi düyün termini-
nin daşıdığı ikinci mənanı, yəni yeni haçalanmalar
üçün təməl olmaq funksiyasını ehtiva edə bilmir.
Bir tərəfdən, haçalanma, genişlənmə və yeni
dar ixtisas sahələrinin yaranması baş verirsə, digər
tərəfdən, inteqrativ proseslər gedir. Amma hər halda
min illər boyu əsasən sabit qalan fundamental bölgü-
lər vardır. Söhbət makrostrukturdan gedir. Məsələn,
alimlərin böyük əksəriyyəti hələ Platon və Aristotel
dövründən qalan bir bölgünü indi də davam etdirir-
lər. Belə ki, məntiq-riyaziyyat sahəsi, təbiət elmləri
və ictimai elmlər indi də təsnifatların əsas sütunlarını
təşkil edir.
Əlbəttə, elmin inkişafının müasir mərhələsində
olduqca müxtəlif və sayca olduqca çox ixtisasların
olması təsnifatı xeyli çətinləşdirir. Və belə düşün-
mək olardı ki, qədimdə – elmlərin sayı az olanda təs-
nifat daha rahat aparıla bilərdi. Amma tərsinə: ancaq
elmin ən yüksək inkişaf səviyyəsindən baxdıqda də-
rin qatdakı əlaqələr üzə çıxır və ənənəvi olaraq for-
malaşmış müxtəlif fənləri vahid prinsiplər əsasında
qruplaşdırmaq imkanı yaranır. Ona görə də, hər iki
amili nəzərə alan universal bir yanaşma tələb olunur.
Bu amillərdən biri ənənəvilik, o biri inkişafın son
Elmşünaslığa giriş
164
mərhələsində üzə çıxan genetik əlaqələrdir. Məsələn,
əgər Fərabi metod yaxınlığından çıxış edərək optika-
nı və göy cisimləri haqqında elmləri, habelə musiqi-
ni riyaziyyatla bir qrupa salırdısa, müasir dövrdə ta-
mamilə fərqli meyarlar tətbiq olunur. Məntiq və ri-
yaziyyat bütün elmlər üçün universal vasitə və me-
tod kimi dəyərləndirildiyindən onları başqa elmlər-
dən fərqləndirmək lazım gəlir. Zatən Platon məhz
belə bir mövqedən çıxış edirdi. Riyaziyyatın çox və
ya az tətbiq olunması elmilik şərtini müəyyənləşdir-
mək üçün meyar olsa da, bölgü – təsnifat üçün me-
yar ola bilməz. Təəssüf ki, lap bu yaxınlara qədər,
keçmiş SSRİ-də və daha sonra MDB ölkələrində fi-
zika və riyaziyyat eyni elm blokuna daxil edilir və
elmi dərəcə verilərkən fiziklərə və riyaziyyatçılara
vahid bir ad verilirdi: fizika-riyaziyyat elmləri dok-
toru. Bu, əlbəttə mahiyyətdən yox, zahiri əlamətlər-
dən çıxış etməyin nəticəsi idi. Digər tərəfdən, görü-
nür, ənənələrdən yaxa qurtarmaq elə də asan məsələ
deyil. Maraqlı burasıdır ki, bəzi müstəqil fənlər isə
əksinə, bütöv elm sahəsi kimi dəyərləndirilirdi. Mə-
sələn, kulturologiya kimi fənlərarası və inteqrativ bir
fənnin ayrıca elmi istiqamət kimi götürülməsi elm-
şünaslığın tələbləri ilə heç cür uzlaşmır. Belə ki, mə-
dəniyyətin tarixi öyrənilirsə, bu – tarix elmlərinə, nə-
zəriyyəsi öyrənilirsə, bu – fəlsəfi elmlərə aiddir.
Digər tərəfdən, onda gərək kibernetika, siner-
getika, biokimya, biofizika, fiziki kimya və s. fənlər-
Elmlərin təsnifatı
165
arası ixtisas sahələri də riyaziyyatdan, fizikadan,
kimyadan və s. ayrılsın və kimə isə “biokimya elm-
ləri doktoru”, “kibernetika elmləri doktoru” və s. adı
verilsin. Belə pərakəndəliyə yol verməmək üçün
elmlərin fundamental təsnifatından çıxış edilməlidir.
Əgər elmlərin təsnifat tarixini nəzərdən keçir-
sək, hər şey fəlsəfənin daxili bölgüsündən başlanır.
Çünki qədim dövrdə elmlər hələ fəlsəfədən ayrılma-
mışdı. Təsadüfi deyil ki, Aristotel də elmlərin təsni-
fatını fəlsəfənin daxili hissələri kimi vermişdi. O,
fəlsəfəni üç yerə ayırırdı: nəzəri, praktiki və yara-
dıcı. Nəzəri fəlsəfəyə məntiqi, riyaziyyatı, fizika və
metafizikanı aid edirdi. Praktik fəlsəfəyə etikanı,
iqtisadiyyatı və siyasəti aid edirdi. Bundan başqa o,
sənət sahələrini də elmin (fəlsəfinin) bölmələri kimi
göstərir poeziyanı, ritorikanı və incəsənəti buraya
aid edirdi. Maraqlıdır ki, bütün bu sahələr üzrə Aris-
totel ayrıca əsərlər yazmış, və elmin bütün sahələrini
ehtiva etməyə çalışmışdır.
Orta əsrlərdə də elm fəlsəfədən hələ tamamilə
ayrılmamışdı və filosoflar müxtəlif elm sahələri ilə
də məşğul olurdular. Amma artıq ayrılma tendensi-
yası da hiss olunurdu. Məsələn, Əbu Nəsr Fərabi öz
təsnifatında elmləri fəlsəfədən ayrı, müstəqil surətdə
nəzərdən keçirirdi. O hətta “Elmlərin təsnifatı haq-
qında” ayrıca bir əsər də yazmışdı. Maraqlıdır ki, bi-
rinci bölməyə Fərabi dil haqqında elmləri daxil edir-
di. Dilə belə yüksək qiymət verilməsi ilə biz bir də
Elmşünaslığa giriş
166
düz min il sonra, linqvistik analiz və analitik fəlsəfə
nümayəndələrinin timsalında rastlaşırıq. Fərabi ya-
zır: “Dil haqqında elm iki hissədən ibarətdir. Birinci
hissə – sözlərin yadda saxlanması və onların mənala-
rını bilmək. İkinci – bu sözləri idarə edən qanunları
bilmək(yəni qrammatika – S.X.).”
1
Daha sonra Fəra-
bi dilçiliyin öz daxili təsnifatını verir, nitq hissələrin-
dən, söz birləşmələrindən, yazı qaydalarından bəhs
edir. Maraqlıdır ki o, poetikanı, şeirin daxili qayda-
larını və formalarını da dilşünaslığın tərkibində nə-
zərdən keçirir.
Daha sonra Fərabi məntiq bölməsini açıqla-
yarkən bir daha qrammatika və poetika məsələlərinə
qayıdır, mühakimələrin təsnifatında poetik mühaki-
məyə ayrıca yer verir. Sofistika, dialektika, ritorika
və s. ilə yanaşı, poetikanın da geniş tədqiqinə, habelə
kateqoriyalara da ayrıca kitab həsr etməsi Fərabinin
Aristotel təsnifatına sadiq olduğunu göstərir. Riya-
ziyyatı Fərabi çox geniş mənada başa düşür və bir
növ o dövrdə bəlli olan bütün dəqiq elmləri bura da-
xil edir. Görünür o, riyaziyyatı dəqiqliyin göstəricisi
kimi qəbul edirdi. Bununla yanaşı, Fərabi burada da
bölgü aparır və fizikanı müstəqil bir bölmə kimi nə-
zərdən keçirir. O, fizikanı səkkiz sahəyə ayırır, birin-
ci sahədə “təbiətin harmoniyasına” aid məsələlər
toplanır. İkinci sahəyə aid problemlər “səma və kai-
1
Аль-Фараби. Слово о классификации наук // Философ-
ские трактаты. Алма-Ата, Наука, 1970, с. 109.
Elmlərin təsnifatı
167
nat” adı altında toplanır. “Yaranma və məhvolma”
bölməsində o, maddələrin əmələ gəlməsi və ele-
mentlərinə parçalanmasından bəhs edir ki, bu da əs-
lində kimya elminə işarədir. Daha sonra Fərabi “mi-
neralogiya”, “bitkilər haqqında”, “heyvanlar haqqın-
da” və nəhayət, “nəfs haqqında” elmlərdən bəhs
edir. Düzdür, Fərabi bu təsnifatı guya Aristotelin ki-
tablarının adına uyğun olaraq aparır, amma əslində
Aristotelin real tədqiqat sferasından xeyli kənara çı-
xır. Daha sonra Fərabi insan haqqında elmdən (bu
sahədə Fərabi əslində mədəniyyətşünaslıq və antro-
pologiyaya dair bilikləri toplayır) bəhs edir. Daha
sonra Fərabi hüquq və ilahiyyatı da öz təsnifatına
daxil etməklə o dövr üçün ən mükəmməl bir təsnifat
sistemi təqdim edir.
1
İbn Sina isə xeyli dərəcədə fərqli bir təsnifat
irəli sürür:
1.
Əməli elmlər: a) ölkənin idarə olunması;
b) evin idarə olunması; c) insanın özünün
idarə olunması.
2.
Nəzəri elmlər: a) ilahiyyat; b ) riyaziyyat
(hesab, həndəsə, astronomiya, musiqi)
c) xalis fizika.
3.
Tətbiqi elmlər: a) hesablama-ölçmə;
b) mexanika; c) təbabət; d) əlkimya.
1
1
Yenə orada, s. 107-192.
1
Bax: Е.Д. Гражданников. Метод построения систем-
ной классификации наук . Новосибирск, Наука, 1987, с. 44.
Elmşünaslığa giriş
168
İbn Sina təsnifatında əlamətdar cəhətlərdən bi-
ri əməli elmlərlə tətbiqi elmlərin fərqləndirilməsidir.
Belə ki, “tətbiq” dedikdə məhz elmi biliklərin tətbiqi
nəzərdə tutulur. “Əməli elmlər” isə əslində nəzəri el-
mi biliklərin tətbiqi yox, elməqədərki mərhələ kimi
götürülür.
İbn Sina öz yaradıcılığında bütün elmləri ehti-
va etməyə çalışmışdır. Buna tam nail ola bilməsə də
onun yazdığı əsərlərdən çıxış edərək onun elmləri
necə qruplaşdırdığını təsəvvür etmək olar. Türkiyədə
çap olunan Şəfa külliyyatında İbn Sinanın aşağıdakı
əsərləri ehtiva olunur
1
:
I.
Məntiq elmləri
1.
Məntiqə giriş
2.
Kateqoriyalar
3.
Şərh haqqında
4.
Birinci analitiklər
5.
İkinci analitiklər
6.
Mükamilə (cədəl)
7.
Sofistik dəlillər
8.
Ritorika
9.
Poetika
II.
Təbiət elmləri
10.
Fizika
11. Səma və aləm
12. Yaranma və dağılma
13. Təsirlər və təsirlənmələr
14. Mineralogiya və meteorologiya
15. Nəfs haqqında
1
Ibn Sina. Kitabu’ş-şifa. Yorum üzerine. İstanbul, Litera
yayıncılık, 2006, s. XI.
Elmlərin təsnifatı
169
16. Nəbatat (botanika
)
17. Zoologiya
III.
Riyaziyyat elmləri
18. Həndəsə
19. Hesab
20. Musiqi
21. Astronomiya
IV.
Metafizika
22. Metafizika
Orta əsrlərdə İbn Sina kimi böyük zəka sahib-
ləri hər bir fənn üzrə həmin dövrdə məlum biliklərin
icmalını verməklə kifayətlənməyərək, öz şəxsi təd-
qiqatlarını və mövqeyini də bildirirdilər. Müasir
dövrdə, əlbəttə, bir alimin bu qədər müxtəlif elm sa-
hələri üzrə əsər yazması qeyri-mümkündür. Ən azı
ona görə ki, indi hər bir sahə üzrə informasiya həd-
dən artıq çoxdur və hətta ensiklopediyalar da ayrı-
ayrı fənlər üzrə, hər sahənin öz mütəxəssisləri tə-
rəfindən hazırlanır.
İslam dünyasında elmlərlə yanaşı, əməli tədqi-
qat sahələrinin də təsnifatı verilirdi. Çünki artıq o
dövrdə texnoloji sahələrin də inkişafına ehtiyac ya-
ranmışdı.
1
Qərbdə müasir elmin formalaşması XVII əsr-
dən başladığı üçün elmlərin təsnifatı da məhz bu
dövrdən başlayaraq aktuallaşmışdır. İlk hərtərəfli
1
Donald R.Hill. Technology in the İslamic World // Encyc-
lopedia of the History of Science? Technology and Medicine in
Non-Western Cultures. Dordrecht, Kluwer Academic Publi-
shers, 1997, p. 947.
Elmşünaslığa giriş
170
təsnifat F.Bekona məxsusdur. Daha sonra Dalamber,
Sen-Simon və Kontun təklif etdiyi təsnifatlar geniş
yayılmış və müasir elmşünaslıqda da istifadə edil-
məkdədir.
Qərbdə əksər tədqiqatçılar “elm” (science) de-
dikdə məhz təbiət elmlərini nəzərdə tutur və elmlərin
təsnifatı da təbiətşünaslıq çərçivəsində aparılır. Am-
ma elmilik meyarlarını bir qədər yumşaldıb ictimai
elmləri də buraya daxil etdikdə təsnifatın birinci ad-
dımı geniş mənada elmin makrostrukturunu müəy-
yənləşdirməkdən ibarət olur. Burada aşağıdakı böl-
gülərə rast gəlmək mümkündür: 1) Riyazi elmlər; 2)
Təbiət elmləri; 3) Texniki elmlər; 4) Ruhi-mənəvi
elmlər; 5)İctimai elmlər; 6) Humanitar elmlər .
Başqa prinsiplər əsasında da bölgülər vardır.
Məsələn, fundamental və tətbiqi elmlər
1
, nəzəri və
empirik elmlər
1
; yaxud təbiət elmləri, ictimai elmlər
və texniki elmlər;
yaxud təbiət haqqında və mədə-
niyyət haqqında elmlər
2
;
yaxud dəqiq və qeyri-dəqiq
1
Фундаментальные и прикладные исследования в усло-
виях НТР. Новосибирск, Наука, 1978; Фундаментальные
исследования и технический прогресс. Новосибирск, 1985;
Диалектика фундаментального и прикладного. М., Наука,
1989; Б.М.Кедров. О современной классификации наук //
Вопросы философии, 1980, № 10, с. 100.
1
В.С.Швырёв. Теоретическое и эмпирическое в науч-
ном познании.М., Наука, 1978.
2
Г.Риккерт. Науки о природе и науки о культуре. М.,
Республика, 1998; Дж.Фейблман. Концепция науки о
Elmlərin təsnifatı
171
elmlər və s. Elmlərin təşkilati struktura və ictimai
sistemdə tutduqları yerə görə də bölgüsü aparılır.
Məsələn, universitet elmi, akademiya elmi və sahə
elmləri
1
; dövlət elm sektoru, ictimai təşkilatlar və
özəl elm sektoru.
2
Bu bölgülər ətrafında geniş müzakirələr aparı-
lır. Hələ sovet dövründə bu müzakirələr elmşünas-
lığın əsas problemləri sırasında idi.
3
Əvvəla, nəzərə
alınmalıdır ki, elmin fənlərə görə bölgüsü əslində
fundamental elmlərin bölgüsüdür. Xüsusən, orta
məktəb proqramına daxil edilən fənlər: fizika, kim-
ya, biologiya və s. ya öz daxilində fundamental və
tətbiqi sahələrə ayrılır, ya da məktəb proqramında
ancaq fundamental elmə aid olan biliklərin əsasları
öyrədilir. Ali məktəblərdə isə bu bölgü bir qayda
olaraq ya fakültələr üzrə bölgüdə öz əksini tapır, ya
da əlavə olaraq fakültədaxili bölgülər aparılır. Sovet
dövründə və müstəqilliyin ilk mərhələsində ali mək-
təblər universitetlərə və institutlara ayrılırdı. Univer-
sitetlər sanki elm üçün kadr hazırlayırdı və ona görə
də, bölgü fənlər üzrə gedirdi: riyaziyyat f-si, kimya
культуре // Антология исследований культуры. Т. 1, СПб.,
Университетская книга, 1997, с. 157-170.
1
В.В. Чешев. Наука и упарвление наукой // Вопросы
философии, 1989, № 4.
2
S.Xəlilov. Azərbaycanda elm və onun təşkilati formaları.
Bakı, “Oskar”, 2010.
3
А.Ф.Зотов, М.М.Холмянский. Так есть ли «две нау-
ки»? // Вопросы философии, 1988, № 5, 56-67.
Elmşünaslığa giriş
172
f-si və s. Yaxud humanitar sahələr üzrə: tarix f-si,
filologiya f-si və s. Düzdür, fakültələr üzrə təsnifat
fənlər üzrə təsnifatla heç də tamamilə üst-üstə düş-
mür, amma təxmini bir uyğunluq var. Bununla ya-
naşı, universitetlərdə praktik fəaliyyət sahələri üzrə
də fakültələr var idi: hüquq f-si, jurnalistika f-si və s.
Hətta bunlardan bəzisində fənlə fəaliyyət sahəsi üst-
üstə düşür; məsələn, “hüquq” həm fənn kimi, həm
də fəaliyyət sahəsi kimi götürülə bilər. Amma soru-
şulsa ki, bu fakültədə hüquq elmi üzrəmi, yoxsa
hüquqla bağlı əməli fəaliyyət sahələri üçünmü kadr
hazırlanır, – buna cavab verməyə çətinlik çəkərdilər.
Çünki bəzi istiqamətlərdə nəzəri və əməli fəaliyyət
hələ kifayət dərəcədə diferensiallaşmamışdır. “İns-
titut” adlandırılan digər ali məktəblərdə mühəndis-
lər, müəllimlər, həkimlər və s. hazırlanırdı. Amma
sonralar ali məktəblərin əksəriyyəti universitet ad-
landırılsa da, burada ancaq ad dəyişikliyi baş verdi,
ənənəvi bölgü isə yenə saxlanmış oldu.
Xarici ölkələrdə elm sahələri üzrə kadr hazır-
lığı çox vaxt “fənn və ədəbiyyat” fakültəsində həyata
keçirilir. Yəni əslində söhbət müəllim hazırlığından
gedir, məhz elm üçün kadr hazırlayan ayrıca fakül-
tələr olmur. Bu proses ancaq magistratura pilləsin-
dən başlayır. Xüsusi elmi yaradıcılıq qabiliyyəti hiss
olunan tələbələrə universitetdə qalaraq növbəti mər-
hələdə təhsilini davam etdirmək təklif olunur. “Elmi
axtarış” xəstəliyinə yoluxduqdan sonra isə gənc
|