Elm yarandıqdan sonra hər şey



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7964
1   2   3   4   5   6   7   8   9   ...   28
Elmşünaslığa giriş 

 

94



dır,

1

  amma  araşdırmaların  davam  etdirilməsinə  bö-



yük ehtiyac vardır.  

Xüsusilə tarixin həm bir elm sahəsi kimi, həm 

də elm üçün informasiya bazası kimi yenidən nəzər-

dən  keçirilməsinə  və  ictimai  proseslərlə  məntiqi-

epistemoloji, kulturoloji, habelə texniki və texnoloji 

proseslərin  vahid  tarix  kontekstində  yenidən,  müqa-

yisəli təhlil metodu ilə öyrənilməsinə, daha doğrusu, 

təbii-tarixi,  ictimai-tarixi  və  mədəni-tarixi  aspektlə-

rin  eyni  məxrəcə  gətirilməsinə  ehtiyac  daha  çox  ar-

tır. Əslində elmin inkişafını onun daxil olduğu sosi-

al-mədəni  mühit  kontekstində  araşdıran  Kun  təlimi-

nin elmi daha çox epistemoloji sistem kimi nəzərdən 

keçirən  Popper  təlimindən  əsas  fərqi  də  məhz  bun-

dadır; elm dövrün düşüncə tərzi və dünyagörüşü sə-

viyyəsində  qərarlaşmış  baxışlarla  əks-əlaqə  şəraitin-

də öyrənilir.  

 

Müasir dövrdə elm çox müxtəlif mənalarda və 



struktur səviyyələrində nəzərdən keçirilir.  

Elmin  sosioloji,  iqtisadi,  məntiqi-qnoseoloji, 

metodoloji  aspektlərdə  tədqiqi  bir-birindən  köklü 

surətdə  fərqlənir.  Elmi  biliklər  sistemi  kimi  qəbul 

edən,  diqqəti  elmi  biliyin  həqiqiliyi  məsələsinə  yö-

                                                 

1

 С.Халилов. Системно-структурный анализ научно-тех-



нического  прогресса.  Баку,  БГУ,  1976;  Ш.С.Алиев.  Мето-

дологические  аспекты  проблемы  управления.  Баку,  Элм, 

1980.  


Elmşünaslıq və onun genezisi  

 

 



95

nəldən  tədqiqatçılardan  fərqli  olaraq,  elmə  bir  fə-

aliyyət  sahəsi  kimi  baxan,  diqqəti  bu  fəaliyyətin 

daha  səmərəli  təşkilinə  yönəldən  araşdırmaçılar  da 

vardır  ki,  onlar  elmi  tədqiqat  müəssisələrinin,  elmi 

kommunikasiyanı təmin edən vasitələrin səmərəsi və 

effektivliyi barədə söhbət açırlar. 

1

   



Məhz  elmşünaslıq  adı  altında  ortaya  çıxan  ilk 

tədqiqatlar  isə  elmin  bu  və  ya  digər  aspektdə  ölçül-



məsi,  onun  öyrənilməsinə  kəmiyyət  metodlarının  və 

qrafik üsulların tətbiqi ilə əlaqədardır. Yəni əgər biz 

ilk dəfə Kant tərəfindən söylənilən, sonralar Marksın 

da təkrar etdiyi məşhur «hər bir elm riyaziyyatın tət-



biq  oluna  bildiyi  dərəcədə  elmdir»  kəlamını  yada 

salsaq,  onda  asanlıqla  görmək  olar  ki,  elmşünaslıq 

da  məhz  elmin  bir  tədqiqat  obyekti  kimi  riyazi  me-

todlarla  öyrənilməsi  mümkün  olandan  sonra  müstə-

qil  fənn  kimi  formalaşmağa  başlamışdır.  Riyazi 

üsulların  ilk  tətbiqləri  isə  əsasən  elmin  daxili  məz-

mununa  deyil,  onun  zahiri  göstəricilərinə,  sosial 

                                                 

1

 Bax, məs.: О.М.Сичивица. Факторы научного прогрес-



са.  Воронеж,  Изд-во  ВГУ,  1974;  Ю.Б.Татаринов.  Пробле-

мы  оценки  эффективности  фундаментальных  исследова-

ний, М., Наука, 1986; Коммуникация в современной науке. 

М., «Прогресс», 1976; С.Г.Кара-мурза. Проблемы интенси-

фикации  науки:  технология  научных  исследований.  М., 

Наука, 1989; В.П. Рассохин. Механизм внедрения достиже-

ний науки. М., Наука, 1985; И.Д.Андреев. Пути повышения 

эффектности  научного  труда.  М.,  Наука,  1985.  В.В.Писля-



ков. Методы оценки научного знания по показателям цити-

рования // Социологический журнал, № 1, 2007. 



Elmşünaslığa giriş 

 

96



struktur  komponentlərinə,  məhsullarına,  yəni  elmi 

ideyaları  və  nəticələri  özündə  əks  etdirən  nəşrlərin, 

elmi  məqalələrin,  patentlərin,  texniki  realizasiyala-

rın,  elmi  konfransların,  məruzə  və  hesabatların,  ha-

belə  kitab  və  monoqrafiyaların  sayına,  həcminə,  el-

mi  tədqiqatlara  yönəlmiş  xərclərin  miqdarına,  bir 

sözlə,  elmin  kəmiyyət  göstəricilərinin  inkişaf  dina-

mikasının  öyrənilməsinə  yönəlmişdir.  Bu  cür  tədqi-

qatlar  çox  vaxt  “elmin  ölçülməsi”  (rusca  –  науко-

метрия) adı altında qruplaşdırılır.

1

  

Elm  təşkilatlandıqca,  sosial  sistemə  çevrildik-



cə,  bu  sistemin  maddi  göstəriciləri  də  ortaya  çıxır. 

Dünyanı ehtiva etmək istəyən elmin öz lokal maddi 

cüssəsi, qişası yaranır. Necə ki, ruhla bədən arasında 

bir  uyğunluq  olur  (“sağlam  ruh  sağlam  bədəndə 

olar” kimi), eləcə də elmin intellektual-evristik məz-

munu  ilə  onun  ictimai-maddi  qişası  (“bədəni”)  ara-

sında  da  sıx  bir  əks-əlaqə  münasibəti  yaranır.  Məh-

dud  miqyaslı  elmi-texniki  bazada,  eləcə  də  kifayət 

dərəcədə  strukturlaşmamış,  bəsit  ictimai-təşkilati 

                                                 

1

  Хайтун  С.Д.  Наукометрия:  состояние  и  перспективы



М.,  Наука,  1983;  М.М.  Карпов.  Закон    ускоренного  разви-

тия естественных наук  // Вопросы философии, 1963, № 4; 



В.В.Налимов.  Количественные  методы  исследования  про-

цесса науки // Вопросы философии, № 12, 1966; А.Л.Дроз-



дов.  Наукометрия  и  наука  в  России  //  Вестник  ДВО  РАН, 

№ 2, 2004; Nicola De Bellis. Bibliometrics and  Citation Ana-

lysis. From the Science Citation Index to Cybermetrics. Toron-

to, the Scarecrow Press, 2009.  



Elmşünaslıq və onun genezisi  

 

 



97

üstqurum  şəraitində  mürəkkəb  elmi  tədqiqat  sistemi 

“yerləşməz”.  Dövlətin  yeritdiyi  elmi  siyasət  daha 

çox  dərəcədə  elmin  təşkilati  strukturu  və  maddi  ba-

zasının  təkmilləşdirilməsinə  yönəldilir.  Onun  adek-

vat  daxili  məzmunu  isə  öz-özünə  formalaşmır.  Bu-

nun  üçün  elm  adamlarının,  elmi  ictimaiyyətin  ye-

ritdiyi  bir  “elm  siyasəti”  də  olmalıdır.  Hər  iki  “si-

yasət”in  elmi  təməlləri  isə  ancaq  elmşünaslıq  əsa-

sında qurula bilər.  

Elmi  prioritetlərin  müəyyən  edilməsi  və  elmi 

entuziazma  əsaslanan  spontan  elmi  axtarışların  mü-

əyyən bir məcraya yönəldilməsi bir növ kristallaşma 

prosesini xatırladır. Əgər ilkin kristal zərrəsi olmasa, 

heç bir ciddi-cəhdlə amorf sistemdən kristallik struk-

tur alına bilməz. Eləcə də nə vaxtsa və harada isə hə-

qiqi  elmi  yaradıcılığa  köklənmiş,  elmin  ruhunu  mə-

nimsəmiş və öz ətrafında elmi mühit formalaşdırmaq 

iqtidarına  malik  böyük  alimlər  olmasa,  heç  bir  ma-

liyyələşmə və dövlət qayğısı ilə mükəmməl elm sis-

temi qurula bilməz. Elm şablona sığmır.  

Hətta ideyanın elmi kommunikasiya sisteminə 

daxil olması, bir bilik kimi özgələşməsi və maddiləş-

məsi, hansı isə elmi jurnalda və ya kitabda çap olun-

ması onun aktual elmə daxil olmasına dəlalət etmir. 

Əsas şərtlərdən biri irəli sürülən ideyanın, yeni elmi 

biliyin məhz həmin ixtisas üzrə nüfuz qazanmış, söz 

və  ixtiyar  sahibi  olan  elmi  elitaya  çatdırılmasıdır. 

Yoxsa kim isə, harada isə böyük bir kəşf edib onu öz 


Elmşünaslığa giriş 

 

98



auditoriyasında,  öz  ölkəsinin  məhəlli  jurnalında  çap 

etdirirsə  və  bununla  işini  bitmiş  sayırsa,  o,  həmin 

kəşfin müəlliflik hüququnu itirə bilər. Əslində bəlkə 

də məhz hüquqi baxımdan nə vaxtsa isbat edə bilər, 

ancaq  artıq  “qatar  getdikdən  sonra”.  Elm  tarixində 

belə faktlar az deyil. H.V.Vyatt yazır ki, molekulyar 

biologiyanın təməli heç də hamının qəbul etdiyi kimi 

1953-cü  ildə  C.Uotson  və  F.Krik  tərəfindən  deyil, 

bundan  təqribən  10  il  əvvəl  O.Everi,  Ç.Makleot  və 

Makkarti  tərəfindən  çap  olunmuş  məqalədə  qoyul-

muşdur.  Lakin  onlar  öz  ideyalarını  “Eksperimental 

tibb jurnalı”nda çap etdirdiklərindən bu məqalə əsa-

sən tibb kitabxanalarına  paylanmış və elmi araşdırı-

cılar  üçün  bir  növ  gizli  qalmışdır.  Nəticədə  onlar 

Nobel  mükafatından  məhrum  olmuşlar.

1

  Düzdür, 



H.V. Vyatt bu faktı informasiyanın biliyə çevrilməsi 

zərurəti  kimi  dəyərləndirir,  bizcə,  burada  “informa-

siya”  və  bilik  anlayışlarının  fərqləndirilməsi  deyil, 

yeni  biliyin  (ideyanın,  informasiyanın)  məhz  lazım 

olan ünvana, elmin ön cəbhəsinə çatdırılması zərurə-

ti vurğulanmalıdır. Bu faktda həm də fənlərarası əla-

qələrin zəifliyi üzə çıxır.  

Elmi  ideyanın,  yeni  elmi  biliyin  materiallaş-

ması  və  elmi  ictimaiyyətin,  yaxud  tətbiq  sahəsində 

                                                 

1

 H.V.Wyatt. When Does Information Become Knowledge? 



–  “Nature”,  vol.  235,  1972,  №  5333,  p.  86-89;  Г.В.Вайятт. 

Когда информация становится знанием? // Коммуникация в 

современной науке, М., «Прогресс», 1975, с. 375.  


Elmşünaslıq və onun genezisi  

 

 



99

çalışanların  ixtiyarına  verilməsi  elmin  zəruri  şərtlə-

rindən biridir. Digər tərəfdən, bu fakt elmi yaradıcı-

lıq  aktı  ilə  böyük  elm  anbarı  arasında  fərqin  vurğu-

lanmasını tələb edir. Belə ki, əslində elmi yaradıcılıq 

fərdi hadisədir. Uzaqbaşı lokal qrup miqyasında olan 

bir  hadisədir.  “Elm  anbarı”  və  ya  “böyük  elm  cəsə-

di”  adlandırdığımız  materiallaşmış  sistem  isə  bütöv 

bəşəriyyət miqyasındadır. Yəni bu halda hamının is-

tifadə  edə  biləcəyi  hazır  məhsullardan  söhbət  gedir. 

Yaradıcılıq  isə,  təkrar  edirəm  ki,  fərdi  intellektual 

aktdır.  Alim  öz  yeni  ideyasını,  öz  kəşfini  bəyan  et-

məsə, materiallaşdırmasa, ümumi anbara daxil etmə-

sə, heç kim bu kəşfdən xəbər tuta bilməz.  

Sual ortaya çıxır ki, elmin mahiyyəti daha çox 

dərəcədə həmin fərdi yaradıcılıq prosesindəmi, yox-

sa ümumictimai elm sistemindəmi təzahür edir? Ma-

raqlıdır ki, bu çox ciddi məsələ elmşünasların diqqə-

tindən  yayınır.  Onlar  ayrıca  olaraq  elmi  yaradıcılıq-

dan  və  ayrıca  olaraq  ümumictimai  elm  sistemindən 

bəhs  etdikləri  halda,  onların  necə  əlaqələnməsi  mə-

sələsi  yaddan  çıxır.  Məhz  elmşünaslıq  adı  altında 

aparılan  tədqiqatların  böyük  qismi  elmi  biliyin  ic-

timailəşməsi məsələlərinə həsr olunsa da, burada da-

ha  çox  dərəcədə  zahiri  amillər,  sayıla,  ölçülə  bilən 

kəmiyyətlər  və  onlara  istinadla  qurulan  riyazi  mo-

dellər üstünlük təşkil edir.   

Lakin  elm  əslində  elə  bir  mürəkkəb  sistemdir 

ki, əsasən texniki sistemlərin izahı üçün yetərli olan 


Elmşünaslığa giriş 

 

100



riyazi modellər burada pozitiv nəticə verməyə də bi-

lər.  Yəni  biz  riyaziyyatın  tətbiqi  naminə  mürəkkəb 

sistemin  ölçülə  bilən  tərəflərini  önə  çəksək,  mahiy-

yəti  ifadə  edən  hadisələr  kölgədə  qala  bilər.  Müasir 

dövrün  ən  böyük  riyaziyyatçılarından  olan  Lütfi 

A.Zadə  belə  mürəkkəb  sistemlərin  öyrənilməsi  ilə 

əlaqədar  yazır:  “Dərin  kök  atmış  elmi  düşüncə  ənə-

nələrinə görə, hər hansı bir hadisənin dərk olunması 

onun  kəmiyyət  baxımından  təhlil  oluna  bilmək  im-

kanları ilə eyniləşdirilir. İctimai sistemləri mexaniki 

sistemlərə xas olan fərqləndirmə diferensial və ya in-

teqral  tənliklərin  dili  ilə  təhlil  etmək  cəhdlərinin 

artdığı bir dövrdə belə meyllərin doğruluğunu şübhə 

altına  almaq  “xaric  not  götürməyə”  bənzəyir.  Biz 

məhz  belə  bir  not  səsləndirəcəyik”.

1

  İctimai  sistem-



lərin  və  sosial  elmlərin  məntiqi  əsaslarının  öyrənil-

məsi  ilə  əlaqədar  neopozitivizmin  və  elm  fəlsəfəsi-

nin görkəmli nümayəndələrinin də ciddi tədqiqatları 

vardır.


1

 Bununla belə, nə mənəvi həyat, nə də ictimai 

həyat  ənənəvi  məntiq  və  riyaziyyat  qəliblərinə  sığ-

mır.  Lütfi Zadənin əsas  xidmətlərindən biri düzxətli 

düşüncənin  və  formal  məntiqin  bu  sahələrə  tətbiq 

cəhdlərinin səmərəsiz olduğunu göstərməklə  yanaşı, 

                                                 

1

 L.A.Zadeh. Outline of a New Approach  to the Analysis of 



Complex Systems and Decision Processes. – IEEE Trans. Syst., 

Man. Cybern., vol. SMC-3, Jan., p. 28.  

1

  К.Поппер.  Логика  социальных  наук  //  Эволюционная 



эпистемология  и  логика  социальных  наук:  Карл  Поппер  и 

его критики, М., Эдуториал УРСС, 2000, с. 298-313. 



Elmşünaslıq və onun genezisi  

 

 



101

mürəkkəb ictimai sistemlər üçün yeni modellər təklif 

etməsidir. Zadə yazır: “Bizim əsas tezisimiz bundan 

ibarətdir  ki,  mahiyyəti  etibarilə  adi  riyazi  təhlil  me-

todları  nəinki  humanitar  sistemlərə,  ümumiyyətlə 

mürəkkəbliyinə  görə  bu  sistemlərlə  müqayisə  oluna 

biləcək istənilən sistemə tətbiq edilə bilməz... Siste-

min mürəkkəblik dərəcəsi artdıqca, onun özünü necə 

aparacağına dair praktik  əhəmiyyətli dəqiq mü-lahi-

zələr yürütmək imkanları azalır”.

1

  

Sivilizasiyanın  əsas  şərtlərindən  biri  ayrı-ayrı 



adamların  yaradıcı  potensialının  toplanaraq  bütöv-

lükdə  bəşəriyyətin  inkişafı  üçün  təməl  ola  bilmə-

sidir.  Lakin  insanların  heç  də  bütün  sahələrdəki 

fəaliyyəti toplana bilmir. İnsanın könül xoşluğu üçün 

və  ya maddi təminatı üçün çalışmasının, ailə-məişət 

problemlərini  həll  etməsinin,  təbii  ki,  sivilizasiyaya 

dəxli yoxdur.  

Müasir  dövrdə  bilavasitə  sivilizasiyaya  aidiy-

yəti  olan  ən  mühüm  sahələrdən  biri  elmi  və  elmi-

texniki  fəaliyyətdir.  Elm  kumulyativlik  prinsipini 

ödədiyinə  görə,  ayrı-ayrı  elmi  tədqiqat  aktları 

toplanaraq  ictimai  miqyaslı  elmi-tədqiqat  fəaliyyə-

tinin əsasını təşkil edir. Lakin bu ayrıcaların toplan-

ması  və  ictimailəşməsi  prosesi  elmin  öz  spesifika-

sından kənara çıxaraq, mürəkkəb ictimai sistemlərin 

fəaliyyət  dairəsinə  aiddir.  Elmlə  bağlı  ən  çox  yayıl-

                                                 

1

 L.A. Zadeh. Outline of a New Approach..., р.28.  



Elmşünaslığa giriş 

 

102



mış  ictimai  fəaliyyət  vahidləri  elmi  laboratoriyalar 

və elmi tədqiqat institutlarıdır.  

Elmi  tədqiqat  institutu  nədir?  Belə  bir  müəs-

sisəni formal olaraq hökumətin sadəcə bir qərarı ilə, 

ona  bina  və  büdcədən  vəsait  ayrılması,  işə  adamlar 

götürülməsi ilə qurmaq mümkündür. Amma onu hə-

rəkətə gətirmək, elmi potensialın maksimum dərəcə-

də reallaşmasına nail olmaq asan məsələ deyil.  

Sözün böyük mənasında elm və ya elm sistemi 

elmi  biliklərdən  və  ayrı-ayrı  elmi  araşdırmalardan, 

tədqiqatlardan nə ilə fərqlənir? 

Orta əsrlərdə islam dünyasında elmin lokal sis-

temləri artıq var idi; amma o, bir tərəfdən, sosial sis-

tem  kimi  formalaşa  bilmədi,  digər  tərəfdən,  Təhsil-

Elm-İqtisadiyyat  zəncirinə  bir  halqa  kimi  girə  bil-

mədi.  Bu  pərakəndə  elm  hadisələri  bütöv  kəsilməz 

proses  halına  Yeni  Dövrdə  –  kapitalizmin  əmələ 

gəlməsi ilə düşdü və bu bütövləşmə tendensiyası in-

di də davam etməkdədir. Böyük elmin formalaşması 

üçün  böyük  ictimai-iqtisadi  təməl,  geniş  infrastruk-

tur lazımdır.  

Elmin  sosiologiyası  və  iqtisadiyyatı  onun  da-

xili  məzmunu  ilə  bilavasitə  bağlı  olmasa  da,  elmin 

tarixi,  metodologiyası  və  epistemoloji  tədqiqatlar 

onun  daxildən  öyrənilməsini  tələb  edir.  Yəni  bu  iş 

bilavasitə  elm  (science  –  dəqiq  elmlər)  adamlarının 

öz  üzərinə  düşür.  Bununla  belə  konkret  elmi  prob-

lemlərlə,  bu  və  ya  digər  fənnin  daxili  məsələləri  ilə 



Elmşünaslıq və onun genezisi  

 

 



103

məşğul  olan  ixtisaslaşmış  elm  adamları  elmin  ümu-

mi  inkişaf  qanunauyğunluqlarını  üzə  çıxara  bilməz-

lər.  Bunun  üçün  elmin  daxili  məzmununa  da  bütöv 

bir proses kimi kənardan baxmaq, onu böyük məkan 

və  zaman  kontiniumunda  nəzərdən  keçirmək  tələb 

olunur.  Yəni  elmdən  başı  çıxan,  elmin  dilini  bilən 

tədqiqatçı  yalnız  konkret  elmi  məsələlərin  həlli  ilə 

məşğul  olmayaraq,  elm  sferasından  kənara  çıxır  və 

onu sanki kənardan müşahidə edir. 

Demək  olar  ki,  bütün  böyük  elm  adamları, 

hansılar  ki,  öz  dar  ixtisas  problemlərinə  sığmır,  bü-

tövlükdə  elm  haqqında,  onun  mahiyyəti,  məqsədi, 

funksiyaları,  metodları  haqqında  fikirlər  söyləmiş, 

bəzən  bu  sahədə  böyük  əsərlər  qoyub  getmişdilər. 

Yəni hərə öz tədqiqat sahəsinin metodologiyasına və 

epistemoloji  əsaslarını  öyrənmək  istiqamətində  də 

müəyyən  işlər  görmüşdür.  Bu  sırada  A.Puankare, 

A.Eynşteyn, N.Bor, M.Born, V.Heyzenberq və s.-in 

elm  fəlsəfəsinə  dair  əsərlərini  xüsusi  qeyd  etmək 

olar.

1

 Bir sıra böyük elm adamları isə yaradıcılığının 



                                                 

1

  Bax,  məs.:  А.Пуанкаре.  О  науке.  М.,  Наука,  1990; 



А.Эйнштейн.  Физика  и  реальность.  М.,  Наука,  1965; 

Г.А.Лоренц.  Старые  и  новые  проблемы  физики.  М.,  1970; 

Э.Шредингер.  Новые  пути  в  физике.  Статьи  и  речи.  М., 

Наука,  1971;  М.Борн.  Моя  жизнь  и  взгляды.  М.,  «Про-

гресс»,  1973;  Н.Бор.  Избранные  произведения.  М.,  1976; 

В.Гейзенберг.  Физика  и  философия.  Часть  и  целое.  М., 

Наука,  1989;  В.Вайскопф.  Физика  в  двадцатом  столетии. 

М., Атомиздат, 1977 və s.  


Elmşünaslığa giriş 

 

104



ikinci mərhələsini bütövlükdə fəlsəfəyə, ilk növbədə 

elm  fəlsəfəsinə  həsr  etmişdir.  Məsələn,  B.Rassel, 

A.N.Uaythed, V.İ.Vernadski, İ.Priqojin, N.Moiseyev 

və  s.-in  son  tədqiqatları  mahiyyəti  etibarilə  ən  çox 

fəlsəfəyə  yaxındır.

1

  Fəlsəfi  problematikaya  keçmiş 



olan adamlar dönüb yenə də elm haqqında nə isə ya-

zarkən, məsələyə bir qayda olaraq yeni rakursda ba-

xırlar və elm bütövlükdə fəlsəfənin predmetinə çev-

rilir.  


Elmin daxili məzmununun öyrənilməsi özü də 

diferensiallaşmış  və  dörd  nisbi  müstəqil  tədqiqat  is-

tiqamətinə ayrılmışdır.  

Birinci  istiqamətə  elm  tarixi,  elmi  biliklərin 

toplanaraq  yeni  fənlər  əmələ  gələnə  qədər  struktur-

laşması  və  əvvəlcə  fəlsəfədən,  daha  sonra  isə  ana 

elmdən  ayrılaraq  müstəqillik  əldə  etməsi  –  yəni  el-

min genezisi və inkişafı məsələləri aiddir.

1

 Elmi nə-



                                                 

1

 Bax, məs.: В.И.Вернадский. Философские мысли нату-



ралиста,  М.,  Наука,  1988;  В.И.Вернадский.  Научная  мысль 

как  планетное  явление,  М.,  Наука,1991;  Б.Рассел.  Муд-

рость Запада. М., Республика. 1998; А.Н.Уайтхед. Избран-

ные работы по философии. М., «Прогресс», 1990; В.Гейзен-



берг.  Шаги  за  горизонт.  М.,  «Прогресс»,  1987;  И.Приго-

жин, И.Стенгерс. Порядок из хаоса. М., «Прогресс», 2000; 

Н.Н.Моисеев. Человек и ноосфера. М., Мол. Гвардия, 1990; 

А.Мигдал. Поиски истины. М., Мол. гвардия, 1983 və s. 

1

  Bax,  məs.:  Дж.Бернал.  Наука  в  истории  общества; 



В.И.Вернадский.  Труды  по  всеобщей  истории  науки.  М., 

Наука,  1988;  М.Льоцци.  История  физики.  М.,  Мир,  1970; 



Г.Н.Волков.  У  колыбели  науки.  М.,  Мол.  гвардия,  1971; 

Elmşünaslıq və onun genezisi  

 

 



105

zəriyyələrin  yaranması,  fundamental  elmi  təlimlər-

dən  çıxan  nəticələrin  təcrübi  yoxlanması,  nəzəri  və 

empirik biliklər arasında davamlı rabitənin qurulma-

sı  və  s.  bu  kimi  məsələlər  də  birinci  istiqamətə  aid-

dir. 


İkinci istiqamətə elmi biliklərin spesifikasının, 

yəni  onun  digər  biliklərdən  fərqinin  və  onlarla  qar-

şılıqlı  nisbətinin  öyrənilməsi,  biliklərin  təsnifatı 

(müasir  dövrdə  elmlərin  təsnifatı  da  bura  daxil  edi-

lir),  müxtəlif  elmi  bilik  sahələri  arasında  qarşılıqlı 

əlaqə,  fənlərarası  münasibət  məsələləri,  elmlərin 

inteqrasiyası  və  diferensiallaşması  və  s.  bu  kimi 

məsələlər aiddir.

1

  

                                                                                       



Н.К.Вахтомин.  Генезис  научного  знания.  М.,  1973; 

П.П.Гайденко.  Эволюция  понятия  науки.  Становление  и 

развитие  первых  научных  программ.  М.,  Наука,  1980; 



П.ПГайденко.  Эволюция  понятия  науки.  (XVII-XVIII  вв.) 

М., Наука, 1987; В.П.ГайденкоГ.А.Смирнов. Западноевро-

пейская наука в средние века: Общие принципы и учение о 

движении. М., Наука, 1989 və s. 

1

 Bax, məs.: Аль-Фараби. Слово о классификации наук // 



Философские  трактаты.  Алма-Ата,  Наука,  1970;  И.Фихте. 

Наукоучение.  М.,  АСТ,  Мн.,  Харвест,  2000;  Г.Спенсер. 

Классификация  наук  //  Опыты  научные,  политические  и 

философские.  Минск,  Современный  литератор,  1998; 



Б.Рассел.  Знание  вещей  и  знание  истины  //  B.Russell.  The 

Problems  of  Philosophy.  New  York,  Oxford  University  Press, 

1997;  К.Р.Поппер.  Объективное  знание.  М.,  Эдуториал 

УРСС,  2002;  П.В.Копнин.  Гносеологические  и  логические 

основы  науки.  М.,  «Мысль»,  1974;  Классификация  науч-

ных  направлений.  Естественные  и  общественные  науки. 

М., 1986.  


Elmşünaslığa giriş 

 

106



Üçüncü  istiqamətə  elmi  biliklə  gerçəklik  ara-

sındakı münasibət, bilik və həqiqət problemi, həqiqi 

biliyin meyarları, elmilik şərtləri – demarkasiya mə-

sələləri,  elmi  bilikdə  obyektiv  və  subyektiv  amillər 

və  s.  bu  kimi  fəlsəfi-epistemoloji  və  fəlsəfi-ontoloji 

məsələlər daxildir. Bunlar adətən elmin fəlsəfəsi adı 

altında öyrənilir.

1

  



Dördüncü  istiqamətə  isə  riyaziyyat  və  elm 

probleminin,  ümumelmi  və  spesifik  elmi-tədqiqat 

metodlarının,  habelə  bütövlükdə  elm  metodologiya-

sının öyrənilməsi aiddir.

1

  

Lakin  elmşünaslığın  predmeti  elmin  daxili 



məzmunu  ilə  bitmir.  Buraya  elmin  infrastrukturu, 

                                                 

1

 Bax, məs.: Ф. Бекон. Великое восстановление науки // 



Сочинения в 2-х томах, т.1, М., «Мысль», 1971; Э.Гуссерль. 

Кризис европейских наук и трансцендентальная феномено-

логия. СПб., Изд-во  «Владимир Даль», 2004; М.Хайдеггер. 

Наука  и  осмысление  //  Время  и  бытие.  М.,  Республика. 

1993;  Г.Башляр.  Новый  научный  дух  //  Новый  рациона-

лизм.  М.,  «Прогресс»,  1987;  К.Р.Поппер.  Логика  научного 

исследования. М., Республика. 2004; В.С.Степин. Филосо-

фия науки. Общие проблемы. М., Гардарики, 2007;  

1

  Bax,  məs.:  Д.Томсон.  Дух  науки.  М.,  «Знание»,  1970; 



Н.Винер. Кибернетика или управление и связь в животном 

и  машине.  М.,  Наука,  1983;  С.Л.Франк.  Непостижимое  в 

сфере  предметного  знания  //  Сочинения,  М.,  «Правда», 

1990;  Г.Вейль.  Математическое  мышление.  М.,  Наука, 

1989;  Тосака  Дзюн.  Теория  науки,  М.,  Наука,  1983; 

М.Клайн.  Математика.  Утрата  определенности.  М.,  Мир, 

1984;  В.С.Степин.  Теоретическое  знание.  М.,  Прогресс-

Традиция, 2000 və s.  


Elmşünaslıq və onun genezisi  

 

 



107

onun mədəniyyət sistemində yeri və bəlkə də ən baş-

lıcası,  ictimai-iqtisadi  həyatda  oynadığı  rol  da  daxil 

edilməlidir.  

Elmin bir mədəniyyət hadisəsi kimi, mədəniy-

yətlə  qarşılıqlı  əlaqədə  öyrənilməsi  həm  onun  ma-

hiyyətinin  daha  düzgün  anlaşılması  üçün,  həm  də 

mədəniyyətin  özünün  bütöv  mənzərəsinin  yaradıl-

ması üçün xüsusi əhəmiyyətə malikdir.

 1

  



Mədəniyyətlə qarşılıqlı əlaqə başqa kontekstdə 

də özünü göstərir. Belə ki, mədəniyyət özü də elmin 

predmetinə daxil olur və mədəniyyətşünaslıq bir elm 

hadisəsi  kimi  ortaya  çıxır.  Klassik  mənada  elm 

(science)  təbiətin  öyrənilməsini  ehtiva  edir,  mədə-

niyyətin elmi səviyyədə öyrənilməsi isə elmlərin təs-

nifatında xüsusi bir bölmədə əhatə olunur. H.Rikkert 

özünün  məşhur  “Təbiət  haqqında  elmlər  və  mədə-

niyyət  haqqında  elmlər”  əsərində  elmin  əsasən  tə-

biətşünaslıq  kimi  başa  düşülməsini  qəbul  etməklə 

yanaşı, ona sanki əks qütb olan və insanın öz yarat-

dıqlarının tədqiqat predmetinə çevrilməsindən doğan 

                                                 

1

 Bax, məs.: Наука и культура (отв. ред.: В.Ж.Келле). М., 



Наука,  1984;  М.Коул,  С.Скрибнер.  Культура  и  мышление. 

Психологический очерк. М.,  «Прогресс», 1977; Наука  и ее 

место  в  культуре  (отв.  ред.:  А.Н.Кочергин).  Новосибиск, 

Наука,  1990;  В.И.Григорьев.  Наука  и  техника  в  контексте 

культуры.  М.,  Изд-во  УДН,  1989;  В.В.Лапицкий.  Наука  в 

системе  культуры.  Псков,  1994;  В.С.Библер.  От  наукоуче-

ния – к логике культуры. М., Политиздат, 1991 və s. 


Elmşünaslığa giriş 

 

108



mədəniyyət elmlərini də təsnifata daxil edir.

1

 Mədə-



niyyətin elmi və fəlsəfi aspektdə araşdırılmasına so-

vet elmşünaslığında da geniş yer verilmişdir.

2

  

Elmin ictimai rolunun artması və ona getdikcə 



daha  böyük  diqqət  göstərilməsi  onun  dəyərlər  siste-

mində yerinin müəyyənləşdirilməsinə də ehtiyac ya-

radır.

3

 Digər tərəfdən, elmin insan həyatına daha ak-



tiv müdaxiləsi, bu müdaxilənin hüdudları barədə dü-

şünməyə,  elmin  etik  aspektlərini  müəyyən  etməyə 

sövq edir.

1

 E.Aqassi belə hesab  edir ki,  elmə  yalnız 



                                                 

1

  Г.Риккерт.  Науки  о  природе  и  науки  о  культуре.  М., 



Республика, 1998, с. 45-46. 

2

 В.А.Лекторский. Научное познание как феномен куль-



туры // Культура, человек и картина мира, М., Наука, 1987.  

3

 Х.Лейси. Свободна ли наука от ценностей? Ценности и 



научное понимание. М., Логос, 2001; Ценностные аспекты 

развития  науки  (отв.  ред.:  Н.С.Злобин,  В.Ж.Келле).  М., 

Наука,  1990;  Человек  в  системе  наук  (отв.  ред.:  И.Т.Фро-

лов).  М.,  Наука,  1989;  И.Т.Касавин.  Миграция.  Креатив-

ность.  Текст.  Проблемы  неклассической  теории  познания. 

СПб.,  РХГИ,  1998;  Г.Ф.Хильми.  Поэзия  науки,  М.,  Наука, 

1970,  Г.Гачев.  Гуманитарный  комментарий  к  физике  и 

химии. М., Логос, 2003  

1

 Альберт Швейцер. Культура и этика. М., «Прогресс», 



1973;  Г.Волков.  Сова  Минервы.  М.,  Мол.гвардия,  1973; 

В.Т.Ганжин.  Нравственность  и  наука.  К  истории  исследо-

вания  проблемы  в  европейской  философии,  М.,  Изд-во 

Моск.  ун-та.  1978;  М.Г.Лазар,  И.И.Лейман.  НТР  и  нрав-

ственные  факторы  научной  деятельности.  Очерки  этики 

науки.  Ленинград,  Наука,  1978;  И.Т.Фролов,  Б.Г.Юдин. 

Этика  науки.  Проблемы  и  дискуссии.  М.,  «ЛИБРОКОМ», 

2009.  


Elmşünaslıq və onun genezisi  

 

 



109

biliklər sistemi kimi baxılması və məntiqi ziddiyyət-

sizliyin  əsas  şərt  kimi  götürülməsi  kifayət  deyil;  el-

miliyin  başqa  şərtləri  –  «sadəlik,  zəriflik”  də  vardır 

ki,  bunlar  elmin  aksiologiyasını  təşkil  edirlər.  Ona 

görə  də,  o,  “intellektual  dürüstlük”  və  “intellektual 

saflıq” anlayışlarını daxil edir.

1

  



Elmşünaslığın  müstəqil  bir  tədqiqat  istiqaməti 

kimi formalaşmasında elmin ictimai sistem kimi nə-

zərdən keçirilməsinin də xüsusi rolu olmuşdur. Belə 

ki, elm bir sosial sistem olaraq sosiologiyanın pred-

metinə  daxil  olur  və  burada  da  artıq  bilik  və  idrak 

məsələləri deyil, spesifik ictimai münasibətlər və on-

ların  obyektivləşməsindən  doğan  nisbi  müstəqil, 

dayanıqlı  sosial  orqanizmlər  önə  çəkilir.  Sosiologi-

yanın  bir  elm  kimi  formalaşdığı  ilk  dövrlərdən  baş-

layaraq  elmin  və  biliyin  sosiallaşması  məsələləri 

diqqətdə  olmuşdur.  Lakin  bu  mövzunun  xüsusi  təd-

qiqat  obyektinə  çevrilməsi  nisbətən  yaxın  dövrə  tə-

sadüf  edir.  Düzdür,  biliyin  sosiologiyası  məsələlə-

rinə hələ Manxeymin

1

, Maks Veberin



2

 tədqiqatların-

da rast gəlmək mümkündür, amma bilik və elmin so-

sioloji  kontekstdə  diferensial  surətdə  nəzərdən  ke-

                                                 

1

  Э.Агацци.  Почему  у  науки  есть  и  этические  измере-



ния? // Вопросы философии. 2009, № 10, c. 94-95.  

1

  К.  Манхейм.  Социология  знания  //  Диагноз  нашего 



времени. М., Юрист, 1994, с. 219-276.  

2

 М.Вебер. Теория науки // См.: Р.Арон. Этапы развития 



социологической мысли. М., «Прогресс», 1992, с. 489-501. 

Elmşünaslığa giriş 

 

110



çirilməsi  XX  əsrin  ikinci  yarısında  aktuallaşmışdır.

1

 



Türkiyədə hələ ötən əsrin 80-ci illərində elm sosiolo-

giyasına  dair  ayrıca  kitablar  və  məqalələr  çap  olun-

muşdur.

2

   



Elmin  mahiyyətinin  müəyyənləşdirilməsi,  hət-

ta  onun  genezisi  ilə  bağlı  ruhi-intellektual  mühitin 

düzgün  təsəvvür  edilməsi  üçün  elm  ilə  din  arasında 

ümumi  və  fərqli  cəhətlərin  ayırd  edilməsi,  onların 

qarşılıqlı münasibətinin tarixi təkamülü və s. bu kimi 

məsələlər də böyük önəm daşıyır. Elmin ictimai şüur 

formaları  ilə  əlaqəsi,  əlbəttə,  elmi  dünyagörüşü, 

elmi-kütləvi  biliklərin  yayılması  ilə  yanaşı,  həm  də 

alimlərin  əqidəsi  ilə  sıx  surətdə  bağlıdır.  Bütün  bu 

məsələlər  elmşünaslıq çərçivəsində və onun hüdudu 

xaricində geniş tədqiq olunmuşdur.

1

  



                                                 

1

  Г.Н.Волков.  Социология  науки;  Н.Яхиел.  Социология 



науки.  Теоретические  и  методологические  проблемы.  М., 

«Прогресс»,  1977;  М.Малкей.  Наука  и  социология  знания. 

М., «Прогресс», 1983; В.Ж.Келле. Наука как компонент со-

циальной системы. М., Наука, 1988; B. Barnes. Bilimsel bil-

ginin  sosyolojisi,  Türkçesi:  Hüsamettin  Arslan,  Ankara,  Vadi 

Yayınları,  1990.  K.Tuna.  Batılı  Bilginin  Eleştirisi  Üzerine. 

İstanbul, Da yayıncılıq, 2004.  

2

  İ.Armağan.  Bilgi  Toplumbilimine  Giriş.  İstanbul,  Doğru-



luk Matbaası, 1982; Armağan M. Bilgi Sosyolojisi ve İdeolojik 

Yanlılığın  Kökenleri  //  Yönelişler,  1984,  №  31-32;  Tuna  K. 

Bilgi, Toplum ve İthal Bilgi Üzerine // Sosyoloji Dergisi, 1991, 

dizi 3, № 2. H. Arslan. Epistemik cemaat: bir bilim sosyolojisi 

denemesiİstanbul, Paradigma Yayınları, 1992.  

1

 Д.Х.Брук. Наука и религия. Историческая перспектива. 



М.,  ББИ,  2004;  Ю.А.Кимелев,  Н.Л.Поляков.  Наука  и  рели-

Elmşünaslıq və onun genezisi  

 

 



111

Elmin  ictimai-iqtisadi  kontekstdə  öyrənilməsi, 

Elm–Texnika–İstehsal  zəncirində  elmin  yerinin 

müəyyənləşməsi  də  elmşünaslıq  üçün  mühüm  qay-

naq  istiqamətlərindən  biridir.  Bu  sahədə  ən  ciddi 

tədqiqatlar  K.Marksa  məxsusdur.

1

  K.Marks  elmə 



iqtisadiyyat  kontekstində  baxmış  və  onu  məhsuldar 

qüvvə  kimi  nəzərdən  keçirmişdir.  Amma  XX  əsrdə 

də elmin texnika və istehsalla qarşılıqlı münasibətlə-

rinə dair geniş miqyaslı tədqiqatlar aparılmışdır.

 2

  

Elmin  texnika  ilə  qarşılıqlı  əlaqəsi  və  texniki 



elmlərin xüsusi statusu haqqında aparılan tədqiqatlar 

da  elmşünaslığın  mühüm  mənbələri  sırasına  daxil-

dir.

1

  



                                                                                       

гия. Историко-культурный очерк. М., Наука, 1988;  

1

 К.Маркс. Капитал // К.Маркс и Ф.Энгельс. Сочинения. 



Изд.второе,  тт.  23,  46,  47,  48;  Г.Й.Зандкюлер.  Критика  и 

позитивная наука // Историко-философскй ежегодник (отв. 

ред.: Н.В.Мотрошилова). М., Наука, 1991.  

2

  А.И.Анчишкин.  Наука-техника-экономика.  М.,  Эконо-



мика, 1986; И.А.Майзель. Наука, автоматизация, общество. 

Ленинград, Наука, 1972; Философия и социология науки и 

техники. Ежегодник 1988-1989 (отв. ред.: И.Т.Фролов). М., 

Наука, 1989; С.Д.Бешелев, Ф.Г.Гурвич. Нововведения и мы. 

М., Наука, 1990;  

А.Н.Кочергин,  Е.В.Семенов,  Н.Н.Семенова.  Наука  как 

вид духовного производства. Новосибиск, Наука, 1981.  

1

 Bax, məs.: Б.И.Иванов, В.В.Чешев. Становление и раз-



витие  технических  наук.  Ленинград,  Наука,  1977;  Фило-

софские  вопросы  технического  знания.  М.,  Наука,  1984; 

Философия  техники  в  ФРГ.  М.,  «Прогресс»,  1989; 

Г.Е.Смирнова.  Критика  буржуазной  философии  техники. 

Лениздат, 1976.  



Elmşünaslığa giriş 

 

112



Beləliklə, elmşünaslığın qarşısında duran vəzi-

fə əslində sosioloqların, iqtisadçıların, fəlsəfəçilərin, 

elm təşkilatçılarının tədqiqat predmetinə və fəaliyyət 

sahələrinə  daxil  olan  müxtəlif  xarakterli  biliklərin 

bir araya gətirilməsi və daha mürəkkəb bir sistemdə 

birləşdirilməsidir.  Ancaq  bu  halda  elmin  inkişafını 

proqnozlaşdırmaq onu bir tərəfdən mədəniyyətin di-

gər tərəfdən iqtisadiyyatın strukturunda yerini müəy-

yən etmək, bütöv elm sisteminin öz alt sistemlərinin 

əlaqəsini  habelə  hər  bir  alt  sistemin  öz  daxili  quru-

luşunu üzə çıxarmaq mümkün ola bilər. 

 

 



 

Şərti  işarələr:  I  –  Elm;  II  –  Təhsil;  III  – 

Mədəniyyət; IV – Maddi istehsal. 

Sxem 1. 

 

Elmin  bir  ictimai  sistem  kimi  cəmiyyətdə  tut-



duğu  yeri  araşdırmaq  istəsək  onun  ən  çox  qarşılıqlı 

əlaqə və vəhdətdə olduğu tərəf-müqabillərinin təhsil, 

mədəniyyət  və  maddi  istehsal  olduğunu  görmək  çə-

tin  deyil.  Bu  üç  sahə  öz  aralarında  da  sıx  surətdə 

bağlıdır. Lakin elmin onların məhz əlaqələndiyi sosi-

  

  



 

     III 



     II  

 

       IV 



    

Elmşünaslıq və onun genezisi  

 

 



113

al  məkanda,  yəni  kəsişmə  sahəsində  axtarmaq  düz-

gün olmazdı. Çünki elmin özünün də yuxarıda adla-

rını çəkdiyimiz fəaliyyət sahələrindən heç birinə aid 

olmayan  spesifik,  özəl  tərəfləri  vardır  və  onun  əsl 

mahiyyəti məhz burada təzahür edir.  

Elmin  təhsillə  əlaqəsinə  biz  ayrıca  bir  fəsil 

həsr  etsək  də,  burada  iki  müxtəlif  əlaqə  formasını 

fərqləndirmək istərdik. Birincisi, təhsil müasir elmin 

təməlində dayanır; ikincisi, təhsil oturuşmuş elmi bi-

liklərin  mənimsədilməsini  nəzərdə  tutur.  Elm  üçün 

təhsil nisbətən məhdud xarakter daşıyır. Belə ki, təh-

sil alanların ancaq çox az bir qismi gələcəkdə özünü 

elmə  həsr  etmək,  alim  olmaq  istəyir.  Daha  doğrusu 

burada  istəkdən  öncə  xüsusi  istedaddan  söhbət  get-

məlidir.  Yəni  ancaq  yaradıcı  təfəkkür  qabiliyyəti 

olanlar elmlə məşğul ola bilərlər. Düzdür, elm üçün 

kadrların  seçilməsində  konkret  meyarlar  müəyyən-

ləşdirmək  çox  çətindir.  Ona  görə  də,  bu  prosesdə 

istək  amili  və  onu  şərtləndirən  sosial  mühit  də  mü-

hüm rol oynayır. Bu mənada elmin sosiallaşması, ic-

timai mühitdən asılı vəziyyəti ilk növbədə elmi kadr-

ların  seçilməsi  prosesindən  başlanır.  Lakin  bu  pro-

sesə  təsir  edən  amillər  içərisində  yuxarıda  adlarını 

çəkdiyimiz  iki  sosial  hadisənin:  mədəniyyət  və  iqti-

sadiyyatın  da  rolu  böyükdür.  Maddi  istehsal  prose-

sinin  səviyyəsi,  onun  texniki  təchizat  dərəcəsi,  öl-

kədə yeridilən iqtisadi siyasətin xarakteri elmə sosial 

sifarişi  şərtləndirən  əsas  amillər  sırasındadır.  Digər 


Elmşünaslığa giriş 

 

114



tərəfdən,  mədəni-mənəvi  mühit,  ictimai  şüurun  sə-

viyyəsi  əhalinin  mədəni  inkişaf  səviyyəsində  intel-

lektual komponentin nisbi payı və s. bu kimi amillər 

də elm üçün əlverişli mühitin göstəriciləridir.  

İndi nəinki doktorantura və magistraturada, ali 

təhsilin  bakalavr  pilləsində,  hətta  orta  məktəbdə  də 

təlimin əsasında elmi biliklər dayanır. Nə vaxtsa usta 

yanında  şagird  kimi  əməli  bilikləri  vərdiş  hesabına 

mənimsətməkdən  fərqli  olaraq  müasir  məktəblərdə 

hətta  ən  adi  biliklər  də  elm  prizmasından  keçmək 

şərti  ilə  öyrədilir.  Yəni  elm  ixtisasdan  asılı  olmaya-

raq bütün sahələrdə təhsil üçün baza rolunu oynayır. 

Orta  məktəbdə  mənimsədilən  biliklər  və  dü-

şüncə vərdişləri eyni zamanda intellektual mədəniy-

yətin  formalaşmasına  xidmət  edir.  Bütövlükdə  elm 

sistemi yox, elmi biliklərin ictimai həyatda və müx-

təlif  fəaliyyət  sahələrində  yararlı  ola  biləcək  aşağı 

pilləsi – təməl biliklər mədəniyyətin də tərkib hissəsi 

olmaqla  elm  və  mədəniyyətin  ortaq  sahəsini  təşkil 

edir. Buraya biliklərdən  başqa düşüncə tərzi də  aid-

dir.  Belə  ki,  elmin  artıq  neçə  əsrlərdir  ki,  formalaş-

mış  metodları  mənimsənilərkən  insanlar  bu  metod-

lardan  öz  peşə  sahələrində  və  hətta  məişətdə  də 

problemlərin çözülməsində istifadə edə bilirlər. Söh-

bət  düşüncənin  daha  dəqiq,  daha  rasional  olmasın-

dan,  mövqeyin  əsaslandırılması,  arqumentli  surətdə 

izah  olunmasından,  seçimlərin  birtərəfli,  mücərrəd, 


Elmşünaslıq və onun genezisi  

 

 



115

emosional təsirlərdən uzaqlaşaraq kompleks münasi-

bət formasında həyata keçirilməsindən gedir.  

Təəssüf ki, elm və mədəniyyət arasında müna-

sibət hələ də yetərincə tədqiq olunmamışdır. Ona gö-

rə  də  bu  münasibət  özü  çox  vaxt  qeyri-elmi  müd-

dəalarla ifadə olunur. Tədqiqatçıların bir qismi elmi 

bütövlükdə  mədəniyyətə  daxil  etmək,  onun  kompo-

nentlərindən biri kimi öyrənmək mövqeyindən çıxış 

edirlər  ki,  bu  da  məsələnin  mahiyyətini  düzgün  an-

lamamaqdan irəli gəlir.  Məsələn, kulturologiya üzrə 

Rusiyada buraxılan ensiklopedik lüğətdə elmin tərifi 

belə verilir: “Elm – təbiət, cəmiyyət və insan haqqın-

da  biliklər  sisteminin  yaradılması  üzrə  ixtisaslaşmış 

fəaliyyətlə  bağlı  olan  mədəniyyət  sahəsidir.”

1

  Bu 



tərifdən  belə  çıxır  ki,  elm  nə  biliklər  sistemi,  nə  də 

onları  əldə  etmək  üçün  fəaliyyət  sahəsi  olmayıb, 

sadəcə  bu  fəaliyyətlə  bağlı  olan  mədəniyyət  sahəsi-

dir.  Yəni  elmi  onun  elmşünaslıqda  qəbul  olunmuş 

anlayışından fərqli olaraq, elmin mahiyyəti ilə bağlı 

bütün əsas amillər xaricində “izah etmək” təşəbbüsü 

göstərilir. Halbuki Rusiyanın filosof alimləri bir qə-

dər  başqa  fikirdədirlər.  Yeni  fəlsəfə  ensiklopediya-

sında  akademik  V.S.Styopinin  elmə  verdiyi  tərifdə 

onun  mahiyyəti  kimi  məhz  yeni  elmi  biliklərin  əldə 

edilməsinə  yönəldilmiş  idraki  fəaliyyətin  özü  götü-

                                                 

1

  Кулътурология.  XX  Век.  Словаръ.  Санкт-Петербург, 



1997, s. 296. 

Elmşünaslığa giriş 

 

116



rülür.

1

  Kulturoloqların  tərifindəki  “bununla  bağlı 



mədəniyyət hadisəsi” ifadəsi isə heç nəyi izah etmir.  

Yaxud  Novosibirskdə  buraxılmış  “Elm  və 

onun  mədəniyyətdə  yeri”  adlı  kollektiv  monoqrafi-

yanın əksər müəllifləri elmi ancaq mədəniyyət çərçi-

vəsində,  onun  bir  komponenti  kimi  təqdim  etməyə 

çalışırlar.  A.N.  Koçerginin  yazdığına  görə,  elm  də 

din və əxlaq kimi mədəniyyət hadisəsi olmaqla onun 

tərkibinə daxildir

2

. N. N. Semyonova da elmdən bir 



mədəniyyət  hadisəsi  kimi  bəhs  edir  və  elmi  müasir 

dövrdə  mədəniyyətin  aparıcı  komponenti  kimi  də-

yərləndirir.

1

  V.  P.  Tışenko  isə  elmi  mədəniyyətin 



mərkəzi  elementi  hesab  etməklə  yanaşı  məsələyə 

dialektikcəsinə  yanaşaraq,  mədəniyyətin  də  elmin 

mərkəzində  olması  zərurətini  bir  prinsip  kimi  irəli 

sürür.


2

  

Bütün  bu  yaxınlaşmalar  elm,  mədəniyyət  və 



sivilizasiya  anlayışlarının  müəlliflər  tərəfindən  düz-

gün anlaşılmadığını göstərir. Yəni elm olsa-olsa sivi-

lizasiyanın mərkəzi ünsürü və aparıcı qüvvəsi sayıla 

                                                 

1

 В.С. Степин. Наука // Новая философская энциклопе-



дия. Т. 3, М., «Мысль», 2010, с. 23. 

2

  А.Н.Кочергин.  Наука  и  ее  место  в  культуре  как  ком-



плексная  проблема  //  Наука  и  ее  место  в  культуре,  Ново-

сибирск, 1990, с. 12-17. 

1

 Н.Н. Семенова. Наука как явление культуры // Наука и 



ее место в культуре, с. 51-57. 

2

 В.ПТыщенко. Культуру – в центр науки // Наука и ее 



место в культуре, с. 121. 

Elmşünaslıq və onun genezisi  

 

 



117

bilər. Mədəniyyət isə insan həyatının və onun bütün 

əməli  fəaliyyət  sahələrinin  vacib  tərəfi  olaraq  qaza-

nılmış  vərdişlər,  avtomatlaşmış  (yəni  qeyri-şüuri 

struktur  səviyyəsində  yerləşərək  simasızlaşmış)  və 

ya  ictimai  şüur  səviyyəsində  oturuşmuş  biliklər 

kompleksini  ehtiva  edir.  Onun  elmlə  ümumi  cəhəti 

olsa-olsa  bu  dərəcədədir.  Elmi  yaradıcılıq  prosesi, 

elmin  metodları  və  formaları,  elmin  ön  cəbhəsində 

olan  yeni  elmi  biliklər  və  s.  –  bütün  bunların  mə-

dəniyyətə heç bir aidiyyəti yoxdur. Yaxud məsələyə 

başqa planda baxsaq, çox böyük bir elm  adamı  mə-

dəniyyətsiz (yəni, həyatda, məişətdə, sənətə münasi-

bətdə,  siyasətdə  və  s.)  və  əksinə,  elm  sferasında 

çalışmayan,  yəni elm sisteminə daxil olmayan hansı 

isə  bir  şəxs  yüksək  dərəcədə  mədəni  ola  bilər.  So-

nuncuya bütövlükdə elm yox, onun sıravi adam üçün 

zəruri  olan  bir  sıra  nəticələri,  adətən  humanitar  bi-

liklər kifayət edir.  

 

Elmin geniş miqyasda: mədəniyyət və siviliza-



siya  kontekstində  öyrənilməsi  elmşünaslığın  pred-

metinə daxil deyil. Belə ki, ictimai şüur səviyyəsində 

kütləviləşən,  intellektual  mədəniyyətin  tərkib  hissə-

sinə  çevrilən  oturuşmuş  bilik  və  düşüncə  formaları 

nə  vaxtsa  elmin  məhsulu  olsalar  da,  indi  daha  elm 

sisteminə daxil edilmir. Elmşünaslıq daha çox dərə-

cədə  məxsusi  elm  sistemini  öyrənir  ki,  bura  da  əsa-

sən elmi  yaradıcılığın ön cəbhəsində istifadə olunan 



Elmşünaslığa giriş 

 

118



biliklər  daxildir.  Bunlara  ixtisaslaşmış  elmi  biliklər 

deyilir. Yəni ancaq müəyyən bir dar ixtisas sahəsin-

də  bütün  bilikləri  mənimsəmiş  olan  və  bu  bazada 

yeni  elmi  biliklərin  əldə  edilməsi  istiqamətində  iş 

görən şəxslər elmi işçi hesab olunurlar. Elmi yaradı-

cılıq  fəaliyyəti  də  ancaq  yeni  elmi  bilik  axtarışı  ilə 

bağlıdır. Məlum elmi biliklərin mənimsənilməsi hələ 

elm  adamı  olmaq  üçün  yetərli  deyil.  Hər  bir  alim, 

əgər o, həqiqi elm adamıdırsa, elmin ümumi xəzinə-

sinə öz payını verməlidir.  



 

 

 



 

 

Elm anlayışı 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin