Elm yarandıqdan sonra hər şey



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7964
1   2   3   4   5   6   7   8   9   ...   28
Elmşünaslığa giriş 

 

38



vasitəsi ilə genişlənməsidir”.

1

 H.Spenser elmi fəaliy-



yəti çox bəsit və məhdud çərçivədə təsvir etsə də, bu 

çərçivə daxilində xeyli konkretləşmələr aparır və gə-

ləcəkdə  neopozitivizmin  və  tənqidi  realizmin  baza-

sını təşkil edən bir sıra prinsipləri müəyyən edir. O, 

elmdə  inkişafın  bir  şərtini  də  keyfiyyətcə  dəyərlən-

dirmədən  kəmiyyətcə  dəyərləndirməyə  keçiddə  gö-

rür. Digər mühüm şərt olaraq isə, hadisələrin ölçülə 

bilməsini göstərir. Spenserə görə, hər bir elmin əsa-

sında ölçülmək imkanı dayanır: “Məkan ölçüləndir – 

buradan  həndəsə  yaranır,  qüvvə  və  məkanın  ölçül-

məsindən – statika, zaman, qüvvə və məkanın ölçül-

məsindən – dinamika yaranır.”

2

   


«Elm» sisteminin başlıca elementlərindən biri-

ni də elmi yaradıcılıq prosesi təşkil edir. Tədqiqatçı-

ların bir qismi məhz bu cəhəti elmin mahiyyəti kimi 

götürür  və  onu  yalnız  bu  en  kəsiyində,  qnoseoloji 

müstəvidə tədqiq edirlər. Belə tədqiqatlarda elmi bi-

lik istehsalı prosesinin bu və ya digər qnoseoloji mə-

qamı  ön  plana  çəkilir,  fərdi  elmi  yaradıcılıq  proses-

lərinin  təbiətinə  daha  çox  diqqət  yetirilir.

3

  Sistemli 



yanaşma  zamanı  bu  məqamlardan  hər  birinin  elmin 

                                                 

1

 Г.Спенсер. Опыты научные, политические и философ-



ские. Минск, Современный литератор, 1998, с. 485. 

2

 Yenə orada, s. 486. 



3

 Творчество в научном познании. Под ред. Д.И.Широ-

канова,  Ю.А.Харина.  Минск,  «Наука  и  техника»,  1976; 

Творческая природа научного познания. Отв. ред. Д.П.Гор-

ский, М., Наука, 1984. 


Elm: genezisdən özünüdərkə qədər 

 

 



39

ümumi  mənzərəsində  tutduğu  dəqiq  yerini  müəy-

yənləşdirmək  lazım  gəlir.  Önəmli  olan  bir  cəhət  də 

bundan ibarətdir ki, bu fərdi yaradıcılıq proseslərinin 

ictimailəşməsi,  elmi  bilik  istehsalının  bütünlükdə 

kollektivin,  elmi  institutların  fəaliyyət  predmetinə 

çevrilməsi  artıq  təkcə  epistemoloji  müstəvidə  deyil, 

həm də sosial-iqtisadi müstəvidə və ictimai-təşkilati 

bir məsələ kimi ortaya çıxır.  

Elmin  bir  sosial  sistem  kimi  öyrənilməsinə, 

onun  ictimai  mahiyyətinin  qiymətləndirilməsinə  ən 

çox elmin bilavasitə sosioloji və sosial-iqtisadi prob-

lemlərinə  həsr  olunmuş  əsərlər  xidmət  edir.

1

  Elmdə 



müəyyən  sosial  strukturun  hələ  əvvəllər  də  mövcud 

olmasına  baxmayaraq,  onun  bu  aspektdə  tədqiqinə, 

görünür, ciddi tələbat olmamışdır, belə ki, elm müs-

təqil bir fəaliyyət sahəsi kimi yalnız son əsrlərdə ön 

plana keçmişdir. 

Elmi  fəaliyyət  sahəsinə  ümumi  milli  gəlirin 

getdikcə  daha  çox  hissəsinin  sərf  olunmasına  yara-

nan  ehtiyac  elmin  iqtisadi  baxımdan  öyrənilməsinə, 

optimal iqtisadi modellərin tapılmasına tələbatı artı-

                                                 

1

 Н.В.Мотрошилова. Наука и ученые в условиях совре-



менного  капитализма  (философско-социологическое  ис-

следование), М., Наука, 1976; А.К. Титмонас. К вопросу о 

предпосылках  институционализации  науки  //  Социологи-

ческие  проблемы  науки.  Отв.  ред.  В.Ж.Келле.  М.,  Наука, 

1974;  Я.Кубик.  Совершенствование  системы  управления 

научно-техническим развитием // Управление наукой в со-

циалистических странах. М., «Прогресс», 1978, с. 82-117.  


Elmşünaslığa giriş 

 

40



rır.  Lakin bu sahədə də hələ çox az iş görülmüşdür; 

halbuki konkret elmi tədqiqatların faydalılıq dərəcə-

sinin  artırılması  və  elmin  düzgün  planlaşdırılması 

üçün iqtisadi təhlilin rolu böyükdür.

1

 

Elmə  xüsusi  fəaliyyət  sahəsi  kimi  baxan  Q.N. 



Volkov hər bir zaman mərhələsində cəmiyyətin ona 

qədər  əldə etdiyi biliklər sistemini  «elm»  anlayışına 

daxil  etmir:  «Elmin  mahiyyəti  artıq  dərk  edilmiş 

olan  həqiqətlərdən  yox,  onların  axtarılmasından,  tə-

biət  və  cəmiyyət  qanunlarının  öyrənilməsi  və  istifa-

də olunmasına yönəlmiş eksperimental tədqiqat işlə-

rindən  ibarətdir.  Elm  özlüyündə  heç  də  bilik  olma-

yıb, cəmiyyətin bilik istehsalı üzrə fəaliyyətidir, baş-

qa  sözlə,  elmi  istehsaldır»

2

.  Göründüyü  kimi,  Q.N. 



Volkov elmə xüsusi fəaliyyət sahəsi və deməli, pro-

ses  kimi  baxmaqla  onun  əhatə  dairəsini  həddindən 

artıq kiçildir ki, bu da məntiqi cəhətdən qüsurlu olan 

nəticəyə gətirir: elm – elmi istehsaldır. Halbuki elmi 



istehsal «elm» anlayışının əhatə etdiyi tərkib hissələ-

rindən yalnız biridir. Buna baxmayaraq, «elmi isteh-

sal» anlayışının istifadə edilməsi elmin mahiyyətinin 

və başlıca xüsusiyyətlərinin öyrənilməsi üçün böyük 

əhəmiyyətə  malikdir.  Q.N.Volkov  öz  mövqeyini  el-

                                                 

1

  В.Я.Ельмеев.  Основы  экономики  науки.  Ленинград, 



Изд-во  Лен.  Унив-та,  1977;  М.Л.Башин.  Инвестиционная 

политика в сфере  науки  //  М.Л.Башин. Формула  прогресса 

М., Московский рабочий, 1986.  

2

  Г.Н.Волков.  Социология  науки.  Очерки.  М.,  Политиз-



дат, 1968, с. 121. 

Elm: genezisdən özünüdərkə qədər 

 

 



41

mi şəkildə əsaslandırmağa və bu işdə daha çox öyrə-

nilmiş  olan  istehsal  prosesi  ilə  analogiya  yaratmağa 

çalışmışdır  ki,  bu  cür  təşəbbüs  yalnız  təqdirə  layiq-

dir.  Müəllif  daha  sonra  yazır:  “...Texnika  maddi  is-

tehsalda  hansı  rolu  oynayırsa,  elmi  bilik  də  mənəvi 

istehsalda  həmin  rolu  oynayır.  Bu  mənada  texnika 

insanın əməli fəaliyyətinin süni orqanı olduğu kimi, 

elm  də  insan  beyninin  süni  orqanıdır”.

1

  Lakin  təəs-



süf ki, maddi və mənəvi istehsal proseslərinin analo-

giyasından  istifadə  təşəbbüsü  ardıcıl  surətdə  davam 

etdirilməmişdir. 

Elmin müxtəlif aspektlərdəki tədqiqinin bir-bi-

ri ilə əlaqəli şəkildə aparılması və bir-birini tamam-

laya bilməsi üçün onun bir sistem kimi müəyyənləş-

dirilməsi  ən  vacib  şərtdir.  Amerika  alimi  H.Liman 

məhz bu cəhəti nəzərə alaraq yazır: “Biz elmin fəlsə-

fi, psixoloji, yaxud sosial aspektlərini fərqləndirməz-

dən və müzakirə etməzdən əvvəl, hansı  yolla isə el-

mi müəyyən bir tam kimi təsəvvür edə bilməliyik”.

2

 



Elmi  bütöv  bir  hadisə  kimi  təsəvvür  etməyin, 

onun  mahiyyətini,  ümumi  inkişaf  meyllərini  öyrən-

məyin bu gün cəmiyyət qarşısında duran praktik və-

zifələri  həyata  keçirmək  sahəsində  nə  kimi  bir  əhə-

miyyəti vardır? 

Müasir  dövrdə  insanın  maddi  rifah  halı,  məh-

                                                 

1

 Yenə orada, s. 125. 



2

 Cohn Lyman. What is science // Philosophical problems of 

science and technology, Boston, 1974, p. 13 


Elmşünaslığa giriş 

 

42



suldar  qüvvələrin  inkişaf  perspektivləri  ilk  növbədə 

elmin nə dərəcədə qabaqcıl mövqe tutmasından ası-

lıdır.  Elmin  obyektiv  inkişaf  meyllərini  bilmədən 

onu  optimal  surətdə  təşkil  etmək  mümkün  deyil. 

Elm cəbhəsinin ön xəttinə çıxmaq, onun nailiyyətlə-

rindən  səmərəli  surətdə  istifadə  edə  bilmək  üçün  ən 

mühüm şərt onun təşkilati strukturunun düzgün mü-

əyyənləşdirilməsi,  elmin  özünün  elmi  əsaslarla  tən-

zim olunmasıdır.  

İkinci mühüm şərt isə dövlət siyasətində elmin 

prioritetliyinin nəzərə alınmasıdır. Bu gün irəlidə ge-

dən ölkələr heç də təsadüfən irəlidə getmirlər. Hətta 

ümumi  iqtisadi  böhran  şəraitində  də  ABŞ  çıxış  yo-

lunu elmə ayrılan vəsaitin artırılmasında görür. Rusi-

ya “böhrandır”, – deyə elmə ayrılan vəsaiti azaltdığı 

halda, ABŞ Konqresi yekdilliklə bu qənaətə gəlir ki, 

yeganə prioritet elm olmalıdır.

1

  



Statistika göstərir ki, Rusiyada elmə ayırmalar 

Ümumi Daxili Məhsulun (ÜDM) 1%-i qədər olduğu 

halda,  bütün  inkişaf  etmiş  Qərb  ölkələrində  bu  rə-

qəm 2-3% həddindədir. ABŞ-da elmə ayırmalar indi 

2,7%-dir və Barak Obama keçən il alimlər qarşısın-

da  çıxışında  bu  rəqəmi  3%-ə  qaldırmaq  zərurətini 

qeyd  edib.

2

  İndi  Rusiyanın  bütün  qabaqcıl  ziyalıları 



                                                 

1

  O.Колесниченко.  Национальный  интерес:  американцы 



выбрали  науку  главным  приоритетом  экономики  //  Газета 

«Поиск», № 8-9, 19 февраля 2010.   

2

  С.М.Рогов.  Невостребованность  науки  –  угроза  без-



Elm: genezisdən özünüdərkə qədər 

 

 



43

elmin acınacaqlı vəziyyəti ilə əlaqədar həyəcan təbili 

çalırlar.  Akademik  V.S.Styopinin  qeyd  etdiyi  kimi, 

ABŞ-da  elmə  ayırmalar  Rusiyanın  bütün  büdcəsin-

dən artıqdır.

1

 Əlbəttə, biz rusiyalı həmkarımızın na-



rahatlığını  başa  düşürük.  Amma  Azərbaycanda  bu 

faiz nisbəti daha aşağıdır və bizim də həyəcan təbili 

çalmaq  vaxtımız  çoxdan  çatmışdır.  Sadəcə  olaraq, 

paralel  surətdə  elmin  optimal  təşkilatlanması  təmin 

edilməlidir.  

Bu  gün  ölkəmizdə  ən  aktual  vəzifələrdən  biri 

kimi  qarşıya  qoyulan  müasir  Qərb  sivilizasiyasını 

mənimsəmək vəzifəsi, yalnız elmin nisbi müstəqilli-

yini  təmin  etmək  və  onun  səmərəli  tətbiqi  üçün  xü-

susi təşkilati tədbirlər görmək sayəsində həyata keçi-

rilə  bilər.  Elm  də  insan  kimi  azadlıq  və  müstəqillik 

sevir. Elm istehsalata o vaxta qədər səmərə verəcək-

dir ki, istehsal onu özünə tabe etmək, onu öz əlavəsi-

nə  çevirmək  iddiasına  düşməsin.  Burada  istər-istə-

məz sehrli qızıl balıq əhvalatı yada düşür. Balıqçı qı-

zıl balığı azad etdiyinə (dənizə buraxdığına) görə o, 

balıqçını  hər  cür  nemətlə  təmin  edir.  Lakin  elə  ki, 

balıqçı arvadının təkidi ilə balığın azadlığını əlindən 

almaq,  onu  qulluqçu  etmək  istəyir,  onda  bütün  ne-

mətlər də yox olur. Biz bu məlum hekayəti ona görə 

bir daha yada salırıq ki, bu gün bəzi «nəzəriyyəçilər» 

                                                                                       

опасности страны // Газета «Поиск», № 12, 19 марта 2010 г.   

1

 В.С. Степин. Философия науки. Общие проблемы. М., 



Гардарики., 2007, c. 152 

Elmşünaslığa giriş 

 

44



və əməli iş adamları elmi istehsala daha da yaxınlaş-

dırmaq  məqsədilə  onları  mexaniki  surətdə  birləşdir-

mək,  elmi  fəaliyyəti  istehsalatın  ehtiyaclarına  tabe 

etmək,  onu  cilovlamaq  təşəbbüsləri  göstərirlər.  Bu 

təşəbbüslər elmin mahiyyəti və təbii meylləri ilə bir 

araya sığmır. Əksinə, elmin iqtisadi səmərəsi  yalnız 

o  vaxt  artar  ki,  o  maddi  və  mənəvi  cəhətdən  korluq 

çəkməsin, kiminsə, nəyinsə yedəyinə bağlanmasın.

 1

 

Elmə optimal münasibət bəsləyə bilmək üçün, 



əvvəlcə  onun  özünün  hərtərəfli  tədqiqinə  ehtiyac 

var.  


Elm anlayışını və elm sistemini ən azı iki fərq-

li  baxış  bucağında  nəzərdən  keçirmək  mümkündür: 

koqnitiv və sosial.  

Əvvəla, bir sistem olaraq elmin daxili kompo-

nentləri və strukturu müəyyənləşdirilməlidir. Klassik 

elmin ənənələrinə uyğun olaraq belə bir sual qoyula 

bilər:  elmin  elementar  özəyi,  atomu  varmı?  Bəli, 

söhbət elm sisteminin bölünməz son həddi, elementi 

və ya atomundan gedir. Bəzi tədqiqatçılar elmin fən-

lər üzrə bölgüsündən çıxış edir və hər bir fənni elmin 

təşkilati  vahidi  kimi  götürülər.  Məsələn,  T.Parsons 

və  N.Storer  elmin  təsnifatında  diferensiallaşmanın 

son həddi kimi “elmi fənn” məqamını qəbul edirlər.

2

 

                                                 



1

  S.Xəlilov.  Elmin  min  bir  gecəsi  və  Cinin  lampası  // 

http://felsefedunyasi.org /site/ ?name=xeber&news_id=103 

2

  Т.Парсонс,  Н.Сторер.  Научная  дисциплина  и  диф-



ференциация  науки  //  Научная  деятельность:  структура  и 

Elm: genezisdən özünüdərkə qədər 

 

 



45

Q.M.Bonqard-Levin elmi fənlərin formalaşması pro-

sesinin hələ lap qədim dövrlərdən başlandığını qeyd 

edir.  Onun  fikrinə  görə,  qədim  hind  riyaziyyatı  və 

astronomiyası  hələ  eramızdan  çox-çox  əvvəl  nisbi 

müstəqil fənlər kimi mövcud idi.

1

 A.İ. Volodarski də 



ilk fənlərin  yaranmasını qədim hind mədəniyyəti ilə 

bağlayır.

2

  

Lakin bir sıra alimlər fənləri elmin vahidi kimi 



götürməyin qeyri-mümkün olduğunu göstərir və bu-

na  istinad  edirlər  ki,  elm  inkişaf  etdikcə,  fənlərin 

mürəkkəb strukturu aşkar olur və onların içərisindən 

yeni lokal vahidlər, elmin “yeni atomları” əmələ gə-

lir.  C.Lounun  fikrinə  görə,  elmdə  diferensiallaşma 

müntəzəm  surətdə  davam  etmiş,  hər  bir  fənnin  öz 

daxilində fərqli tədqiqat istiqamətləri formalaşmış və 

nəhayət, XX əsrin 20-30-cu illərində konkret ixtisas-

lar  yaranmışdır.

3

  Bəzi  elmşünaslar  isə  elmin  ele-



mentar  vahidi  kimi  tədqiqat  qruplarını  götürməyi 

təklif  edirlər.  N.Mallinzə  görə,  ixtisaslar  və  fənlər 

                                                                                       

институты. - Научная дисциплина как единица организации 

науки. М., «Прогресс», 1980, с. 27. 

1

  Г.М.Бонгард-Левин.  Развитие  научных  дисциплин  // 



Древнеиндийская  цивилизация:  философия,  наука,  религия. 

М., Наука, 1980, с. 208.  

2

  А.И.  Володарский.  Отдельные  отрасли  науки  в  древней 



Индии  //  Очерки  истории  естетственно-научных  знаний  в 

древности. М., Наука, 1982, с. 157-177. 

3

  Дж.  Лоу.  Становление  специальностей  в  науке  //  На-



учная  деятельность:  структура  и  институты.  М.,  «Про-

гресс», 1980, с. 285. 



Elmşünaslığa giriş 

 

46



formalaşana qədər mütəşəkkil qruplar olmalıdır.

 

Be-



lə qruplar isə ilk növbədə müəllim-şagird özəyindən 

yaranır.


  1

  Maraqlıdır  ki,  bu  cür  yaxınlaşma  Şərqdə 

ənənəvi olan mürşid-mürid münasibətini xatırladır.  

A.İ.Lipkin  elmin  T.Kun  və  İ.Lakatos  tərəfin-

dən  verilmiş  modellərini  təhlil  edərək  belə  qənaətə 

gəlir  ki,  elmi  biliyin  strukturunu  müəyyənləşdirmək 

üçün hansı isə bir elm sahəsində bütün biliklərin tə-

məlində eyni anlayışlar dayandığını nəzərə almaq la-

zımdır. O, həmin ilkin təməlləri “ilk ideal obyektlər” 

adlandırır.

2

  Daha  sonra  isə,  mürəkkəb  elm  hadisəsi-



nin  elmi  biliklər  rakursundakı  strukturu  onun  sosial 

strukturu ilə bir araya gətirilə bilər.  

Doğurdan da, bütün planet və bütün bəşəriyyət 

miqyasında vahid elm sistemindən danışmaq bir şey-

dir,  hər  hansı  konkret  bir  hadisənin:  ideyanın,  bili-

yin,  eksperimentin,  nəzəriyyənin,  fənnin,  yaxud  el-

mi-tədqiqat  institutunun,  elmi  işçinin,  laborantın  və 

ya  direktorun  bu  elm  sisteminə  və  ümumiyyətlə  el-

mə aidiyyətindən danışmaq isə başqa bir şeydir. Bü-

tün  bunlar  elmin  həm  məntiqi-epistemoloji,  həm  də 

sosial sistem kimi xüsusiyyətlərinin açılması zərurə-

tini göstərir.  

                                                 

1

  Н.Маллинз.  Модель  развития  теоретических  групп  в 



социологии // Научная деятельность: структура и институ-

ты. М., «Прогресс», 1980, с. 257. 

2

 А.И. Липкин. Парадигмы, исследовательские програм-



мы и ядро раздела науки в  физике // Вопросы философии, 

№6, 2006, с. 89. 



Elm: genezisdən özünüdərkə qədər 

 

 



47

Hər  iki  halda  elmin  özü  daha  böyük  bir  orqa-

nizmin  alt  sistemi  kimi  də  nəzərdən  keçirilə  bilər. 

Məntiqi-epistemoloji  hadisə  kimi  elm  ümumiyyətlə 

düşüncə  sisteminin,  insan  idrakının,  hissi  və  rasio-

nal, rasional və irrasional fəaliyyət,  ruhi-intellektual 

enerjinin  realizasiyası  prosesinin  və  s.  daha  geniş 

miqyaslı proseslərin tərkib hissəsi, alt sistemidir. Bu 

məkanda elmi fəaliyyətdən başqa dini təcrübə, hissi-

emosional,  bədii-estetik  yaşantılar,  mənəvi-əxlaqi 

dəyərlər və s. də yer alır. Sosial sistem kimi də elm, 

daha böyük ictimai sistemlərin, məsələn, bütövlükdə 

cəmiyyətin  alt  sistemlərindən,  ünsürlərindən  biridir. 

Bu  halda  elmin  daxili  quruluşuna  deyil,  onun  infra-

strukturuna,  cəmiyyətin  iqtisadi  həyatında  və  mədə-

ni-mənəvi rakursunda tutduğu yerə və oynadığı rola 

diqqət  yetirilir.  Dövlət  siyasəti  müəyyənləşdirilər-

kən, dövlətin iqtisadi inkişaf strategiyası və  ya döv-

lət büdcəsi formalaşdırılarkən, siyasətçilər və ya ma-

liyyəçilər,  təbii  ki,  elmin  məzmununa,  daxili  xüsu-

siyyətlərinə,  konkret  elmi  problemlərə  məhəl  qoy-

madan, elmi ancaq bütöv bir hadisə kimi nəzərə alır-

lar.  Əlbəttə,  elmin  imkanlarını  və  konkret  şəraitdə 

ehtiyaclarını  daha  yaxşı  bilən  mütəxəssislər  dövlət 

üçün  layihə  hazırlamalı  və  öz  mövqelərini  əsaslan-

dırmalıdırlar. Burada bir tərəfdən, elm təşkilatçıları-

nın fərasəti, digər tərəfdən də,  yüksək rütbəli dövlət 

məmurlarının, millət vəkillərinin dünyagörüşü, ümu-

mi intellektual səviyyəsi müəyyən rol oynayır. Döv-


Elmşünaslığa giriş 

 

48



lətin başında duran şəxsin elmə münasibəti və həyata 

keçirilən siyasi kursda elmə nə dərəcədə istinad edil-

məsi də az əhəmiyyət daşımır.  

Burada  nəzərə  alınmalıdır  ki,  dövlətin  siyasi 

kursunda  elmə  münasibət  və  elmin  tutduğu  yer  mə-

sələsi ilə yanaşı, ayrıca bir elm siyasəti də olmalıdır. 



Elm  siyasəti  daha  çox  dərəcədə  elmin  təşkilati  as-

pektlərini,  optimal  maliyyələşmə  variantlarını,  kon-

kret  elmi  tədqiqat  prosedurlarının  elmi-təşkilatı 

strukturlarla  əlaqəsini,  Elm–Təhsil–Elm,  Elm–Tex-

nika–İstehsal, Elm–İctimai şüur-Mədəniyyət sistem-

lərində elmin spesifik funksiyalarını əhatə edir.  

Elmin infrastrukturu və dövlətin elmə münasi-

bəti  məsələləri  elm  adamlarının  özündən  daha  çox, 

dövlət rəhbərliyindən, dövlətin yeritdiyi ictimai-iqti-

sadi  kursdan  asılı  olduğuna  görə,  hər  bir  ölkədə  el-

min  vəziyyəti  üçün  məsuliyyət  də  təkcə  alimlərin 

yox,  həm  də  siyasilərin  üzərinə  düşür.  Elmin  infra-

strukturu dedikdə biz elmi fəaliyyəti şərtləndirən ic-

timai mühiti, elmin öz funksiyasını yerinə yetirə bil-

məsi üçün zəruri olan kənar şərtləri də nəzərdə tutu-

ruq. Buraya ilk növbədə elmin maddi-texniki bazası, 

Elm–Texnika–İstehsal zənciri, informasiya şəbəkəsi, 

nəşriyyatlar, kitabxanalar, əhalinin ümumi savadlılıq 

dərəcəsi, maarif işi, elmi-kütləvi biliklərin yayılması 

mexanizmləri və ilk növbədə təhsil sistemindəki və-

ziyyət aiddir. Yəni təhsilin səviyyəsi aşağı olarsa, el-

mi  kadrların  yetişdirilməsi  üçün  də  mühit  olmaya-



Elm: genezisdən özünüdərkə qədər 

 

 



49

caq. Bundan başqa, kütləvi informasiya vasitələrinin 

ideoloji  yönü,  yəni  əhalinin  ictimai  şüurunun  hansı 

istiqamətdə  yönləndirilməsi,  elmi-kütləvi  biliklərin 

yayılması,  əhalinin  ümumi  dünyagörüşü,  təfəkkür 

mədəniyyəti,  ölkədə  elmin  dəyərləndirilməsi,  siste-

min ictimai rəylə əlaqələndirilməsi, elmi disputların, 

ziyalı  evlərinin  yaradılması,  elm  adamının  nüfuzu, 

onların  maddi  təminatı,  və  s.  bu  kimi  amillər  də  el-

min  infrastrukturunu  formalaşdırır.  V.S.Styopin  ya-

zır: “Elmin infrastrukturu sosial-mədəni amillərin el-

mi idraka təsirini təmin edir”.

1

  

Əslində elmin infrastrukturu onun normal inki-



şafı üçün ən mühüm şərtlərdən biridir. Belə ki,  mü-

vafiq  elmi  şərait  olmadan,  yəni  cəmiyyət  elm  üçün 

münbit  mühitə  çevrilmədən,  o,  inkişaf  edə  bilməz, 

ona görə də elmi inkişaf mərhələsindən öncə bir ma-

arifçilik  mərhələsinin  olması  labüddür.  Təkcə  alim-

lərin, elm adamlarının özlərinin yox, daha geniş küt-

lələrin müəyyən elmi biliklərə yiyələnməsi, elm haq-

qında,  onun  faydaları  haqqında  yetərincə  məlumatlı 

olması çox mühümdür. Yəni cəmiyyətin elmə bir ya-

bançı, yad ünsür kimi deyil, doğma münasibət bəslə-

məsi  üçün  cəmiyyət  özü  müəyyən  mənada  elmiləş-

məlidir.  Bu  vəzifənin  həyata  keçirilməsində  əsas 

ağırlıq təhsil sisteminin və kütləvi informasiya vasi-

tələrinin  üzərinə  düşür.  Yüzlərlə  savadlı  gənc  yetiş-

                                                 

1

  В.С.  Степин.  Теоретическое  знание.  М.,  «Прогресс-



Традиция», 2000, с. 11. 

Elmşünaslığa giriş 

 

50



dirilməlidir ki, onların bəziləri elmin bu və ya digər 

sahəsinə  müraciət  etsin.  Əksinə,  ümumi  savadsızlıq 

şəraitində  elm  üçün  kadr  tapmaq  qeyri-mümkün 

olur. Əgər əvvəlki dövrdə, əvvəlki mühitdə müəyyən 

nisbi müstəqil elm sistemi formalaşıbsa, cəmiyyətdə 

baş  verən  deqradasiya,  təhsil  sahəsində  mənəvi  mü-

hitin korlanması gec-tez elmə də təsir edir.  

İstənilən halda elm hamını bəzəyib özü çılpaq 

gəzən  iynənin  və  ya  hamını  müalicə  edib  özü  xəstə 

qalan bir həkimin durumuna düşməməli, özü haqqın-

da da düşünməli, özünü dərk etməyə, öz ehtiyacları-

nı  müəyyənləşdirməyə  çalışmalı  və  lazım  gələrsə 

vaxtında həyəcan təbili çalmalıdır.  

Elmin  özünüdərk  təşəbbüsləri  əvvəllər  də  ol-

muşdur.  Lakin  elm  haqqında  düşüncələr  çox  vaxt 

qeyri-elmi  xarakter  daşımış,  obrazlı  və  ya  aforistik 

kəlamlardan  o  tərəfə  getməmişdir.  Əvvəlki  dövrlər-

də hətta böyük elm adamlarının elm haqqında fikir-

ləri aforistik xarakter daşımış və məqsədyönlü tədqi-

qat səviyyəsinə qalxmamışdır.

1

 

Elmi biliyin spesifikası, onun digər biliklərdən 



fərqi haqqında fikirlər antik dövrdə – ilk elmi bilik-

lərin hələ  yeni-yeni kiçik sistemlər kimi qruplaşdığı 

vaxtlarda  meydana  gəlirdi.

2

  O  vaxt  əslində  elmi  bi-



                                                 

1

  Bax,  məs.:  Ученые  о  науке  и  ее  развитии.  М.,  Наука, 



1971; Слово о науке. Афоризмы, Изречения. Сост. Е.С.Лих-

тенштейн. М., 1981.  

2

 Bax, məs.: Ранняя космогоническая и астрономическая 



Elm: genezisdən özünüdərkə qədər 

 

 



51

liklərdən  yox,  sənətdən  söhbət  gedirdi.  S.Luryenin 

Demokritə  həsr  olunmuş  kitabında  da  “tətbiqi  elm-

lər”  ifadəsinin  yunancası  artes  kimi  verilmişdir  ki, 

bu  da  əslində  sənət  deməkdir.

1

  Lakin  həmin  dövrdə 



elm  vahid  bütöv  sistem  kimi  hələ  mövcud  olmadı-

ğına  görə,  biliklər  kifayət  qədər  diferensiallaşmadı-

ğına  və  müxtəlif  elm  sahələri  müstəqil  fənlər  kimi 

formalaşmadığına görə  elmin demarkasiyası – digər 

fəaliyyət  sahələrindən  kəskin  meyarlarla  ayrılması 

hələ mümkün deyildi.  

Ayrı-ayrı  dövrlərdə,  xüsusən  orta  əsrlərdə,  is-

lam  dünyasında  elm  inkişaf  etsə  də,  onun  sosial 

strukturu öyrənilməmiş, ictimai bir sistem kimi təhli-

li  verilməmişdir.  İslam  mütəfəkkirlərinin  elm  haq-

qında fikirləri əsasən onun mədh etmək, əhəmiyyəti-

ni  vurğulamaq,  elm  dalınca  getməyin  zərurətindən 

bəhs  etmək  və  s.  buna  bənzər  tövrlərdə  olmuşdur. 

Düzdür,  Fərabi  elmlərin  təsnifatını  vermiş,  biliyin 

fəlsəfi  mahiyyəti,  elmi  biliyin  xüsusiyyətləri  barədə 

traktatlar  yazmışdır,  lakin  elmdən  bir  ictimai  hadisə 

kimi bəhs etməmişdir. Səbəbi isə budur ki, o vaxtlar 

                                                                                       

поэзия  //  Фрагменты  ранних  греческих  философов.  Часть 

1: От эпических космогоний до возникновеня атомистики. 

М., Наука, 1989, с. 33-94; А.О.Маковельский. Древнегречес-

кие атомисты. Баку, АН, 1946; С.Я. Лурье. Платон и Арис-

тотель о точных науках // Архив истории науки и техники. 

Т.9. М.-Л., 1935, с. 303-313.  

1

 С.Я. Лурье. Демокрит. – Прикладные науки, Л., Наука, 



1970, с. 379. 

Elmşünaslığa giriş 

 

52



İslam Şərqində ayrıca sosial institut kimi inkişaf et-

məkdənsə,  daha  çox  dərəcədə  hökmdarların  iradəsi 

ilə  və  onların  maraqlarına  xidmət  edən  bir  qurum, 

sarayın  bir  əlavəsi  kimi  fəaliyyət  göstərmişdir.  Mü-

nəccimliyin,  əlkimyanın  inkişafı  ən  çox  bununla 

bağlı idi. Yəni elm ya dinin, ya da sarayın himayəsi 

altında  olmuş  və  ancaq  alimlərin  şəxsi  təşəbbüsləri 

ilə dünyəvi xarakterli tədqiqatlar aparılmışdır.  

Əslində orta əsrlər dövründə Avropada da elm 

dinin  himayəsində,  daha  doğrusu,  himayəsində  ol-

masa  da,  nəzarəti  çərçivəsində  olmuşdur.  Bütün 

Qərb universitetləri kilsənin nəzdində fəaliyyət gös-

tərmiş  teoloji  təmələ  bağlı  olmuş  və  ancaq  kilsədən 

ayrıldıqdan sonra öz dünyəvi funksiyalarını azad su-

rətdə  yerinə  yetirə  bilmişlər.  İslam  dünyasında  isə 

saray və din ayrı olmadığından, elm və təhsil ikiqat 

tabeçilik şəraitində mövcud olmuş və burada himayə 

amili  elmin  gələcək  müstəqilliyinin  də  qarşısını  al-

mışdır.  XI  əsrdə  böyük  maarifçilik  fəaliyyəti  göstə-

rən Nizamülmülk Bağdadda və digər şəhərlərdə  Ni-

zamiyyə  mədrəsələri  açdırır.  Lakin  dövlətçilik  ma-

raqları ilə dini təriqətçilik maraqları arasında fərqlər 

burada  da  özünü  göstərir.  Bu  mədrəsələrin  açılması 

əsasən  Nizamülmülkün  adı  ilə  bağlansa  da,  əslində 

onun  arxasında  dövlət  başçısının  iradəsi  dayanırdı. 

Mədrəsələrin  məqsəd  və  funksiyalarına  münasibət-

dəki fərq, məsələn, belə bir hadisədə özünü əyani su-

rətdə  göstərir.  Məlikşah  Nizamülmülkün  də  meylli 



Elm: genezisdən özünüdərkə qədər 

 

 



53

olduğu  təriqətçilik  təsirlərindən  qəzəblənərək  Bağ-

daddakı  Nizamiyyə  mədrəsəsinin  rəisinə  göndərdiyi 

məktubda  yazırdı:  “Nizamiyyə  mədrəsəsi  məzhəb 

münaqişələri üçün deyil, elmi inkişaf etdirmək üçün-

dür”.


1

  Bəli,  “elmi  inkişaf  etdirmək  üçün”!  Bu,  çox 

əlamətdardır.  Din  xadimlərindən  fərqli  olaraq,  Mə-

likşah  məhz  elmi  inkişaf  etdirmək  istəyirmiş.  Nə 

üçün,  kimin  üçün?  Bax,  o  dövrün  mənbələrində  bu 

suala cavab tapmaq elə də asan iş deyil. Məsələn, elə 

həmin  Nizamülmülkün  yazdığı  “Siyasətnamə”  əsə-

rində  dövlət  maraqlarından,  onun  idarə  olunmasının 

çox müxtəlif istiqamətlərindən bəhs edilərkən, bəzən 

ən xırda məsələlər də önə çəkildiyi halda, elmlə bağ-

lı  demək  olar  ki,  heç  nə  deyilmir.  Yalnız  “Padşahın 

öz işləri barəsində alim və hikmət sahibləri ilə məş-

vərət etməsi haqqında” adlanan on səkkizinci fəsildə 

alimlər haqqında bir neçə fikir söylənir və bu da an-

caq şaha məsləhət verilməsi ilə əlaqədar olaraq.

2

 Yə-



ni  elm  və  alimlər  haqqında  təsəvvür  sarayın  hüdu-

dundan  o  tərəfə  çıxa  bilmir,  elmə  cəmiyyət  miqya-

sında bir hadisə kimi baxılmır.  

Dövrünün  ən  böyük  elm  adamlarından  biri 

olan  Nəsirəddin  Tusi  də  elmi  hikmətin  və  mərifətin 

                                                 

1

 Osman Turan. Səlcuqlar tarixi və türk-islam mədəniyyəti. 



Ankara, 1965, s. 233 – Bax: R.Sultanov. Nizamülmülkün həyat 

və  fəaliyyəti  haqqında  //  Əbu  Əli  Həsən  ibn  Əli  Xacə 



Nizamülmülk. Siyasətnamə. Bakı, Elm, 1987, s. 13. 

2

 Bax: Nizamülmülk. Siyasətnamə, s. 91-92. 



Elmşünaslığa giriş 

 

54



tərkib  hissəsi  kimi  təqdim  edir.  O  yazırdı:  “Mərifət 

sahibləri arasında hər şeyi olduğu kimi dərk etməyə, 

hər  işi  lazımi  kimi  yerinə  yetirməyə  hikmət  deyilir; 

bunun nəticəsində insanın mənəviyyatı mümkün qə-

dər təkmilləşməli, arzu olunan səviyyəyə  yüksəlmə-

lidir. Belə olduqda hikmət iki yerə bölünməlidir: biri 

–  elm,  o  biri  –  əməl”.

1

  Lakin  burada  “elm”  anlayışı 



çox geniş mənada götürülür: “elm – varlıqların həqi-

qətən necə olduğunu düzgün təsəvvür etmək, insanın 

yaradıcı  ağlı,  nəfsi-əmr  və  sağlam  düşüncəsi  dairə-

sində onun xüsusiyyət və keyfiyyətlərini kəşf etmək-

dir”.

2

  N.Tusi  təsnifatında  “elm”  anlayışının  müasir 



anlamına  uyğun  gələn  isə  “nəzəri  hikmətdir”.  Belə 

ki, Tusiyə görə, elm iki növ olur ki, birincisinə nəzə-

ri hikmət, ikincisinə əməli hikmət deyilir.

3

 A.Rzaye-



vin yazdığı kimi, “Tusinin elmlər təsnifatı öz əhatə-

liliyi,  dərinliyi  və  miqyası  etibarilə  diqqəti  cəlb 

edir... Tusi XIII  əsrdə orijinal təsnifat sistemi  yarat-

mış,  özündən  əvvəlki  filosofların  təsnifatını  geniş-

ləndirmək və dəqiqləşdirmək yolunda mühüm addım 

atmışdır”.

4

  

N.Tusinin  elmə  baxışlarının  formalaşmasında 



şübhəsiz  ki,  əl-Fərabi,  Biruni  və  İbn  Sinanın  böyük 

                                                 

1

 Nəsirəddin Tusi. Əxlaqi-Nasiri, 2002, s. 50. 



2

 Yenə orada. 

3

 Yenə orada, s. 51. 



4

 A.Rzayev. Nəsirəddin Tusidə elmlərin təsnifatı // Azərbaycan 

EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1999, № 2, s. 99. 


Elm: genezisdən özünüdərkə qədər 

 

 



55

təsiri olmuşdur. Biruni nəinki böyük elm adamı ola-

raq  astronomiyada,  riyaziyyatda  misilsiz  xidmətlər 

göstərmiş, eyni zamanda elm tarixinə dair də əsərlər 

qoyub getmişdir.  

Çoxları elm tarixinin Yeni Dövrdə formalaşdı-

ğını  və  müstəqil  fənn  kimi  məhz  XX  əsrin  hadisəsi 

olduğunu  zənn  edir.  Amma  Biruninin  irsi  ilə  tanış 

olduqda  biz,  bir  tərəfdən,  elm  tarixi  nümunələri  ilə 

tanış  olur,  digər  tərəfdən,  elmə  tarixi  münasibətin 

metodoloji  əsaslarının  da  elə  o  vaxtdan  qoyulduğu-

nun  şahidi  oluruq.

1

  Xüsusən,  tarixin,  cəmiyyətin  el-



mi əsaslarla öyrənilməsi, sosial proseslərin elmi təh-

lili sahəsində ilk fundamental əsər məhz Biruni tərə-

findən  yazılmışdır.

2

 Bu sahənin müstəqil elm səviy-



yəsinə qaldırılması isə İbn Xəldunun xidmətidir.  

“Qabusnamə”də  sənət  “peşə  və  elm”,  –  deyə 

iki yerə bölünür. Amma ən maraqlısı budur ki, onla-

rın  öz  aralarında  müxtəlif  kombinasiyaların  müm-

künlüyü nəzərə alınır və üç mümkün variant göstəri-

lir:  “...Hansı  sənət  olur-olsun,  üç  yerə  bölünür:  ya 

peşəyə  aid  olan  elm,  ya  elmə  aid  olan  peşə,  ya  ağıl 

işlətməklə  əmələ  gələn  peşə”.

3

  Bu  cür  təsnifat  orta 



                                                 

1

 Б.А.Розенфельд, М.М.Рожанская, З.К.Соколовская. Абу-



р-Райхан  Бируни.  М.,  Наука,  1973;  П.Г.Булгаков,  Б.А.  Розен-

фельд, А.А.Ахмадов. Мухаммад ал-Хорезми. М., Наука, 1983; 

2

  Абу  Рейхан  Бируни.  Индия.  М.,  Ладомир,  1995;  Абу 



Райхан  Бируни.  Избранные  произведения.  Т.1.  Ташкент: 

Изд. АН УзССР, 1957. 

3

 Qabusnamə, Bakı, Şərq-Qərb, 2006, s. 123. 



Elmşünaslığa giriş 

 

56



əsrlərdə verilmiş olsa da, hətta müasir dövr üçün də 

çox maraqlı və əhəmiyyətlidir. Çünki Yeni Dövr fəl-

səfəsində, Aristotel bölgüsündə olduğu kimi, elm və 

sənət ayrılır və onların kəsişmə zolaqları, ortaq fəa-

liyyət  sahələri  tədqiqata  cəlb  olunmur.  Daha  sonra 

bu  bölgülər  diferensiallaşır  və  hər  bölmə  özü  təkrar 

bölünür: “Peşə ilə əlaqədar olan elmlər: tibb, nücum, 

həndəsə,  yer  ölçmək,  poeziya  və  s.  Elmlə  əlaqədar 

olan  peşələr:  musiqişünaslıq,  baytarlıq  və  s.”.

1

  Bizə 



təəccüblü gələn, məsələn, poeziyanın da bu təsnifata 

daxil edilməsidir. Qalan bölgülər çox məntiqlidir və 

o  dövrdə  elmin  əsasən  praktika  ilə  sıx  surətdə  bağlı 

başa  düşülməsi  sxolastika  ilə  müqayisədə  tamamilə 

fərqli bir dünyagörüşün ifadəsi idi. Bu əsərdə elm o 

dərəcədə praktiki başa düşülür ki, o, hətta peşələrdən 

biri kimi təqdim edilir. Yəni o dövrdə (X əsrə qədər) 

İran ərazisində elm artıq ayrıca bir ixtisas sahəsi ol-

maqdan  əlavə,  ayrıca  bir  peşə  sahəsi  kimi  də  möv-

cud  imiş.  Maraqlıdır  ki,  elm  peşəsi  üçün  səciyyəvi 

olan  əlamətlər  sırasında  “əzbərləmə,  təkrarlama, 

keçmiş  təcrübənin  ardıcıl  olaraq  öyrənilməsi,  tədqi-

qatçılıq, sirlərin açılması” kimi şərtlər sadalanır.

2

  



Bu  əsər  bir  islam  ölkəsində  qələmə  alınsa  da, 

daha çox dünyəvi səciyyə daşıyır. “Qabusnamə” əs-

lində  islamaqədərki  mentalitetlə  islam  qaydalarının 

birləşməsinin  ifadəsidir.  Bununla  belə,  elmə  və 

                                                 

1

 Yenə orada. 



2

 Yenə orada, s. 124. 



Elm: genezisdən özünüdərkə qədər 

 

 



57

onunla bağlı peşələrə üstünlük verilməsi islami dün-

yagörüşünü də ifadə etdiyindən elmə pozitiv və hətta 

praqmatik müstəvidə baxılması tamamilə qanunauy-

ğundur.  

Xristianlıq  isə  elə  bir  məkanda  yaranmışdı  ki, 

oradakı  insanları  cəhalətdən  həqiqətə  yüksəltmək 

missiyasını üzərinə götürsə də, daha yüksək siviliza-

siya şəraitinə transfer üçün münasib deyildi.  

Lakin  tarixdə  misli  görünməmiş  bir  ədalətsiz-

lik baş verdi. Daha möhtəşəm bir ideyanın zirvəsin-

də dayanan bir xalq bir siyasi hökmün qurbanı oldu. 

Cəhalət dünyası üçün nəzərdə tutulmuş, mifik təfək-

kürdən  hələ  bir  o  qədər  də  fərqlənməyən,  insanları 

ancaq möcüzələrlə heyrətləndirməyə çalışan bir dini 

dünyagörüşü,  dibin  qaranlığından  işığa  doğru,  həqi-

qətə doğru təzəcə başlanan kiçicik bir hərəkat möh-

təşəm bir ideyanın zirvəsindən enməkdə olan, öz sü-

qutunu yaşayan amma hər halda hələ tam süquta uğ-

ramamış bir sivilizasiya ilə qarşılaşdı. 

Roma imperatorunun hökmü ilə xristianlıq bö-

yük  imperiyanın  rəsmi  dini  kimi  qəbul  olundu  və 

imperiyanın çökməsini sürətləndirən mühüm hadisə-

lərdən  birinə  çevrildi.  Axı,  Roma  imperiyası  böyük 

yunan mədəniyyəti və fəlsəfəsi üzərində bərqərar ol-

muşdu.  Bəşər  tarixinin  ən  böyük  nailiyyətlərindən 

biri olan klassik yunan fəlsəfəsinin romalılar tərəfin-

dən mənimsənilə və dəyərləndirilə bilməməsi, mənə-

vi  həyatda  boşluq  yaranması  və  bu  boşluğu  doldur-


Elmşünaslığa giriş 

 

58



maq  üçün  axtarış  apararkən  xristianlıqla  üzləşməsi 

tarixin  gedişatında  sivilizasiya  kontekstində  böyük 

bir enişin başlanğıcını qoydu. Mənəvi dəyərlər kon-

tekstində  bir  yüksəliş  üçün  təməl  olan  xristianlıq 

maddi  mədəniyyət,  elm  və,  sivilizasiya  üçün  bir 

eniş,  tənəzzül  vəd  edə  bilərdi.  Çünki  xristianlığın 

prinsipləri elmin və sivilizasiyanın meyarları ilə  uz-

laşmırdı. Düzdür, Qərb dünyasında bu faktın üzərin-

dən sükutla keçilir, yunan sivilizasiyasının dağılması 

əvvəlcə  Roma  imperiyasındakı  fərqli  prioritetlər, 

sonra isə xristianlığın qəbul edilməsindən irəli gələn 

uyğunsuzluq  kontekstində  nadir  hallarda  nəzərdən 

keçirilir. Lakin bunu xristianlar bilməmiş deyillər və 

çox vaxt sətiraltı və ya elə-belə, yeri gəlmişkən qeyd 

edirlər.  Məsələn,  Con  Bernal  İslam  ölkələrində  el-

min inkişafını məhdudlaşdıran hadisə kimi dini amili 

önə  çəkərkən,  istər-istəməz  yunan-xristian  uyğun-

suzluğunu  da  yada  salır.

1

  Hər  bir  din  kimi  islam  da 



elmdən  fərqlidir  və  onu  ehtiva  edə  bilməz.  Amma 

bununla belə, islamda və xristianlıqda elmə münasi-

bət  açıq-aşkar  şəkildə  fərqlidir  və  onların  elmə  mü-

nasibətləri  mütləq  fərqləndirilməlidir.  İdeoloji  yön 

yaddan  çıxanda  bunu  Qərb  tədqiqatçıları  özləri  də 

etiraf edirlər. Məsələn,  Con Bernal  yazır ki, islamın 

hətta dini rəhbərləri də elmə, qədim  yunanların hik-

mətinə  maraq  göstərirdilər,  çünki  bu,  Qurana  zidd 

                                                 

1

  Дж.  Бернал.  Наука  в  истории  общества,  М.,  Изд-во 



ИЛ, 1956, s. 163. 

Elm: genezisdən özünüdərkə qədər 

 

 



59

deyildi.


1

 Bəli, islam dünyagörüşü elmi dünyagörüşü-

nə  daha  çox  uyğun  gəlirdi.  Elə  həmin  C.Bernalın 

fikrinə  görə,  yunanlar  qədim  Şərq  elmi  biliklərinə 

yiyələndikləri kimi, ərəblər də yunan biliklərini inki-

şaf  etdirirdilər.  “Ərəb  alimlərinin  bilik  xəzinəsinə 

müstəqil  töhfələrinə  gəlincə,  onun  həqiqi  dəyərini 

vermək çox çətindir”.

2

 Həm də islam alimləri yunan-



ların qədim əfsanələrini atır və antik irsdən ancaq el-

mi dəyərə malik olan bilikləri götürürdülər. Bundan 

əlavə,  onlar  yunan  mənbələrinə  tənqidi  yanaşırdılar 

və onların mühakimələrinin rasionalizmi ancaq müa-

sir elmlə müqayisə oluna bilər.

3

 Bununla belə, ideo-



loji yön öz işini görür və Bernal da əksər Qərb ideo-

loqları kimi islam dünyasında elmin inkişafının qızıl 

dövrü olan VII-XI əsrlərdən sonra bu inkişafın tama-

milə dondurulduğunu və hətta bundan sonra heç vaxt 

belə  bir  çiçəklənmə  dövrü  yaşaya  bilməyəcəklərini 

iddia edir.

4

  

Maraqlıdır ki, Con Bernal orta əsrlər islam el-



minə əsasən obyektiv qiymət versə də, islam dünya-

sının gələcəyinə münasibətdə çox bədbin bir mövqe 

tutur.  Əlbəttə,  bununla  bağlı  mübahisə  də  etmək 

olar. Amma önəmli olan odur ki, tarixi faktlar təhrif 

olunmasın. Halbuki, Qərb ideoloqları əksər hallarda 

                                                 

1

 Yenə orada, s. 161. 



2

 Yenə orada.  

3

 Yenə orada, s. 161-162.  



4

 Yenə orada, s. 169. 



Elmşünaslığa giriş 

 

60



bu  faktları  məqsədyönlü  surətdə  yozmağa  çalışır  və 

nəticədə təhrif edirlər.  

Orta  əsrlərdə  fəlsəfi  fikir,  bir  tərəfdən,  dini 

dünyagörüşü, digər tərəfdən də, elmin fəlsəfədən ay-

rılması kontekstində inkişaf edirdi. İslam dünyasında 

da belə idi. Daha çox dinə və mənəviyyata əsaslanan 

kəlam və sufizmlə yanaşı, platonçuluq və aristoteliz-

mə  söykənən  fəlsəfə  elmi  dünyagörüşünün  metodo-

loji  əsası  kimi  də  inkişaf  edirdi.  Mənsur  Həllac,  əl-

Qəzali,  Əbu  Həfs  Sührəvərdi,  Mövlana,  İbn  Ərəbi 

ilə yanaşı, Fərabi, Biruni, İbn Sina, N.Tusi kimi filo-

sofların fəaliyyəti o dövrdə fəlsəfənin təkcə dinlə de-

yil, elmlə də sıx bağlı olduğuna dəlalət edir. Təsadü-

fi deyildir ki, bu dövr bir çox tədqiqatçılar tərəfindən 

İntibah  kimi  dəyərləndirilir.  A.Koyre  yazır:  «Ərəb 

dünyası  özünü  ellin  dünyasının  varisi  və  davamçısı 

hesab edir. Və bu tamamilə ədalətli iddiadır; belə ki, 

ərəblərin  parlaq  və  zəngin  orta  əsr  sivilizasiyası  sö-

zün tam mənasında ellin sivilizasiyasını mənimsəmiş 

və inkişaf etdirmişdir. Əslində bu orta əsrlər yox, İn-



tibahdır  (kursiv  mənimdir  –  S.X.).  Məhz  buna  görə 

də o, latın nadanlığının əksinə olaraq oynadığı müəl-

lim rolunu çox yüksək səviyyədə ifa etmişdir».

1

 Da-



ha  sonra  Koyre  ərəb-islam  sivilizasiyasının  tezliklə 

öz  missiyasını  Qərbə  ötürərək  kənara  çəkilməsinin 

səbəblərini  izah  etməyə  çalışır.  Lakin,  görünür, 

                                                 

1

  А.Койре.  Очерки  истории  философской  мысли.  М., 



1985, c. 53-54. 

Elm: genezisdən özünüdərkə qədər 

 

 



61

«ərəb  sivilizasiyası»  adlandırdığı  hadisənin  əsas  hə-

rəkətverici  qüvvələrini  düzgün  anlaya  bilmədiyinə 

görə,  onun  süqutunun  səbəblərini  də  səhv  izah  edir. 

«İslam» və «ərəb» məfhumlarının nə qədər fərqli ol-

duğunu və orta əsrlər «ərəb» sivilizasiyasının əslində 

təkcə  ərəblər  tərəfindən  deyil,  bəlkə  daha  çox  dərə-

cədə  islam  dininə  qulluq  edən  türklər,  farslar  və  di-

gər millətlər tərəfindən  yaradıldığını bilmədiyindən-

dir  ki,  bu  sivilizasiyasının  süqutunu  türk  qılıncı  ilə, 

türklərin və monqolların müdaxiləsi ilə izah etməyə 

çalışır.


1

  Bəli,  fəlsəfənin  dini-ehkamçı  qolunu  deyil, 

elmi-metodoloji qolunu və riyaziyyatı, təbiətşünaslı-

ğı, təbabəti inkişaf etdirənlərin və bununla da sivili-

zasiyanın  dünyagörüşü  təməlini  yaradanların  məhz 

türk olduqlarını bilsə idi, A.Koyre, əlbəttə, belə yaz-

mazdı. Zira həmin Koyre başqa bir yerdə Fərabini ən 

az  öyrənilmiş  ən  böyük  islam  filosofu  adlandırır.

2

 

Eyni  səhvi  bilərəkdən  və  ya  bilməyərəkdən  məşhur 



fransız  ideoloqu  Ernest  Renan  buraxır.  O,  Avropa 

Renessansında  orta  əsrlər  islam  mədəniyyətinin  və 

elminin  rolunu  nəinki  azaldır,  hətta  heçə  endirməyə 

çalışır: “Ərəb elmi və fəlsəfəsi yunan elm və fəlsəfə-

sinin  səriştəsiz  tərcüməsindən  başqa  bir  şey  deyildi. 

Yunanıstanın özü canlandıqdan sonra, bu solğun tər-

cümələr  öz  əhəmiyyətini  itirdilər”.

3

  Daha  sonra  Re-



                                                 

1

 Yenə orada, s. 54. 



2

 Yenə orada, s. 58. 

3

  Э.  Ренан.  Участие  семитических  народов  в  истории 



Elmşünaslığa giriş 

 

62



nan  söhbəti  etnik-irqi  müstəviyə  keçirir.  Lakin  o, 

ərəb  islamın fərqini nəzərə alsa da, bu fərqin ağır-

lıq  mərkəzində  dayanan  türkləri  nə  üçünsə  “yaddan 

çıxarır”: “Təhlil göstərir ki, əslində bu ərəb elmində 

ərəblik heç nə yox imiş. Onun mahiyyəti xalis yunan 

mənşəlidir.  onu  yaradanların  arasında  bir  nəfər  də 

olsun  xalis  semit  olmamışdır:  onlar  ərəbcə  yazmış 

ispanlar və farslar idi”.

1

 Burada irqçilik meyli ilə ya-



naşı,  elm  tarixinə  nabələdlik  də  özünü  açıq-aşkar 

göstərir.  Əvvəla,  o  dövrdə  islam  elminin  ən  böyük 

nümayəndələri  ispan  və  ya  fars  yox,  türk  mənşəli 

idilər.  Belə  ki,  astronomiya,  təbabət,  riyaziyyat  və 

təbiətşünaslığın  yenidən  dirçəldilməsi  və  yeni  key-

fiyyətli mərhələyə qaldırılması Fərabi, Biruni, İbn S-

ina,  Ömər  Xəyyam,  Uluqbəy,  Nəsirəddin  Tusi  kimi 

böyük  türk  mütəfəkkirlərin  adı  ilə  bağlı  deyildimi? 

Digər  tərəfdən,  elm  tarixçilərinin  artıq  çoxdan  isbat 

etdiyi  bir  faktı:  Rocer  Bekonun  (1214-1294)  “Opus 

majus” əsərinin İbn Heysəmin (965-1039) “Optika”-

sından  köçürmə  olduğu  faktını

2

  nəzərə  alsaq,  E.Re-



nanın  aşağıdakı  fikrinin  nə  dərəcədə  gülünc  görün-

düyü üzə çıxar: “Rocer Bekonun bircə səhifəsi bütün 

bu ikinci əldən gələn elmə nisbətən daha həqiqi elmi 

                                                                                       

цивилизации  //Собрание  сочинений  Эрнеста  Ренана  в 

двенадцати томах. Т. 5, Киев, 1904, c. 112. 

1

 Yenə orada 



2

  Bax,  məs.:  Abdüs-Salam.  İdealler  və  gerçekler,  İstanbul, 

Yeni  Asya  Yayınları,  1991  //  Elm  adamları  elm  haqqında,  s. 

29; М.Льоцци. История физики. М., Мир, 1970, с. 33. 



Elm: genezisdən özünüdərkə qədər 

 

 



63

ruha malikdir”.

1

 

İslam aləmində əldə olunmuş elmi nailiyyətlə-



rə biz özümüz vaxtında sahib çıxa bilmədiyimizə gö-

rə,  qərblilər  onların  çoxunu  mənimsəmiş,  öz  adı  ilə 

elm tarixinə daxil etmişlər. Belə faktlar çoxdur. Mə-

sələn, iqtisadi tarixin, sosiologiyanın, tarix fəlsəfəsi-

nin, sivilizasiya (umran) təliminin yaradılması Avro-

pada  müxtəlif  şəxslərin,  müvafiq  olaraq,  Jan  Batist 

Viko,  Monteskyö,  O.Kont,  K.Marks,  A.Toynbi  və 

s.-in adı ilə bağlandığı halda, bütün bu elm sahələri-

nin  əsası  hələ  XIV  əsrdə  İbn  Xəldun  tərəfindən  qo-

yulmuşdur. Yaxşı ki, bəzi obyektiv Qərb tədqiqatçı-

ları  özləri  də  bunu  etiraf  edirlər.  Con  Bernal  yazır: 

“İbn Xəldun, Viko və Marksı qabaqlayaraq, özünün 

tarix üzrə traktatını iqtisadi cəhətdən təyin olunan ic-

timai inkişaf haqqında müqəddimə ilə başlamışdır”.

2

 

Yaxud “qan dövranının XVI əsrdə Michael Servitus 



tərəfindən tapıldığı zənn edilsə də, ondan 300 il əv-

vəl  bu  hadisəni  müsəlman-türk  alimi  İbn  Nəfis 

(1208-1288) müəyyənləşdirmiş və ürəyin bütün his-

sələrini  və  fəaliyyətini  öz  əsərində  təsvir  etmişdir”, 

yaxud “anesteziya 1850-ci ildə Junken tərəfindən ta-

pılıb  deyilsə  də,  tarixdən  məlumdur  ki,  Sabit  ibn 

Kurra  (835-902)  hələ  o  vaxt  Harran  Universitetində 

bu sahədə təcrübələr aparmış və ciddi nəticələr əldə 

                                                 

1

  Б.А.Розенфельд,  М.М.  Рожанская,  З.К.Соколовская. 



Абу-р-Райхан Бируни. М., Наука, 1973, с. 112. 

2

 Дж.Бернал. Наука в истории общества, с. 544. 



Elmşünaslığa giriş 

 

64



etmişdir.

1

 



Daha  bir  misal:  kimya  tarixçiləri  qızıl  və  gü-

müşün emalının dəqiq təsvirini iki şəxsin (İbn Həy-

yan  və  Böyük  Albertin)  adı  ilə  bağlayırlar.

2

  VIII 



əsrdə  yaşamış  Cabir  ibn  Həyyan  və  XIII  əsrdə  ya-

şamış  Böyük  Albertin  bərabərləşdirilməsi  və  arala-

rındakı böyük zaman fərqinə məhəl qoyulmaması da 

bu qəbildən olan faktlardandır. 

Qərbin elm və fəlsəfə tarixçiləri ərəb ölkələrin-

də elm və maarifin inkişafını IX əsrdə xəlifə Məmu-

nun  dövründə  qədim  yunan  əlyazmalarının  tərcümə 

olunması ilə əlaqələndirirlər. Yəni burada islam dini-

nin  yaranması  və  insanları  elmə  dəvət  etməsi  yox, 

antik elmi mənbələrə açılan pəncərə önə çəkilir. Hal-

buki,  artıq  VIII  əsrdə  islam  dünyasında  bir  sıra  elm 

sahələri  üzrə  böyük  uğurlar  əldə  edilmişdi.  Kimya 

sahəsində  mühüm  tədqiqatlar  aparmış  İmam  Cəfər 

Sadiqin tələbəsi Cabir ibn Həyyan (721-808) fizika, 

kimya,  əczaçılıq  sahələrində  böyük  uğurlar  əldə  et-

miş və əslində müasir kimyanın əsasını qoymuşdur.

3

  

Müasir elmdə “atomla əlaqəli ilk tədqiqatların 



ingilis  fiziki  Con  Dalton  (1766-1844)  tərəfindən 

aparıldığı,  uran  nüvəsinin  parçalanması  fikrinin  isə 

                                                 

1

  www.maranki.com/48_Detoks-Neden-Bu-Kadar-Onemli-



.html 

2

  Ф.Сабадвари,  А.  Робинсон.  История  аналитической 



химии, М., «Мир», 1984, с. 24. 

3

 İ. al-Faruqi and L.Lamya al-Faruqi. The Cultural Atlas of 



Islam, New York, 1986, p. 328. 

Elm: genezisdən özünüdərkə qədər 

 

 



65

alman  kimyaçısı  Otto  Hahn  (1879-1968)  tərəfindən 

irəli  sürüldüyü  fikri  yayılmışdır.  Halbuki  onlardan 

1000  il  öncə  yaşamış  Cabir  ibn  Həyyan  maddələrin 

atom  quruluşunu  göstərən  dəlillər  gətirərək,  müəy-

yən kütləli maddələrin ancaq müəyyən kütlələrlə re-

aksiyaya  girdiyini  söyləmişdir.  O,  atom  haqqında 

ancaq  neçə  əsrlər  sonra  başa  düşüləcək  bu  sözləri 

söyləmişdir:  “Maddənin  ən  kiçik  parçası  olan  "əl-

cüz'ü  lə  yətəcəzzə"də  (bölünməyən  hissədə  –  atom)  

böyük  bir enerji vardır. Yunan alimlərinin söylədiyi 

kimi, bunun parçalanamamasını demək olmaz. Atom 

parçalana  bilər.  Parçalananda  da  elə  böyük  bir  güç 

yaranır  ki,  bir  anda  Bağdadın  altını  üstünə  çevirə 

bilər. Bu, Allah Təalanın qüdrət nişanıdır.”

1

  



Amma  orta  əsrlərdə  islam  alimlərinin  dünya 

elminə  verdikləri  töhfənin  necə  böyük  olduğu  və 

bütövlükdə  müasir  mənada  elmin  formalaşmasında 

təməl rolunu oynadığı bəzi Qərb tədqiqatçılarının öz 

fikirlərində daha arqumentli şəkildə əksini tapmışdır. 

Fransız elm tarixçiləri A.Daan-Dalmediko və J.Peyf-

fer yazırlar: “Uzun bir müddət ərzində Qərbdə elmin 

inkişaf tarixinə təhrif olunmuş bir münasibət bəslən-

mişdir; guya yunan möcüzəsindən sonra davam edən 

10 əsrlik nadanlıq və ellin fikrinin nəzəri uğurlarının 

unudulması  dövrü  birdən-birə  İntibahla  əvəz  olun-

muş  və  o  da  müasir  elmin  yaranmasına  gətirmiş-

                                                 

1

  Ebu  Musa  Cabir  ibn  Hayyan  //  http://tr.wikipedia.org 



/wiki/Ebu_Musa_C%C3%A2bir_bin_Hayyan 

Elmşünaslığa giriş 

 

66



dir.”

1

 Müəlliflər bu fikri tənqid edərək göstərirlər ki, 



əslində  burada  düz  olan  Qərbdə  həqiqətən  nadanlıq 

dövrünün  yaşanmasıdır;  bu  vaxt  Fransada  hələ  də 

barmaqla sayırdılar. Amma XI əsrdən başlayaraq av-

ropalılar  Siciliya  və  İspaniyada  bərqərar  olan  ərəb 

mədəniyətini və elmini tədricən mənimsəmiş və on-

ların  yenidən  dirçəlməsinin  səbəbi  də  məhz  bu  ol-

muşdir.

2

  Adətən  xəlifə  Məmunun  dövrünü  (IX  əsr) 



böyük  tərcümələr  dövrü  adlandırırlar.  Söhbət  yunan 

dilindən  ərəb  dilinə  tərcümələrdən  gedir.  Amma 

fransız tarixçiləri məhz XI-XII əsri “böyük tərcümə-

lər dövrü” adlandırır. Və burada söhbət ərəb dilindən 

latına tərcümələrdən gedir.

3

     



 XX  əsrin  böyük  fiziki  Əbdüs-Səlamın  “Elm 

və  islam”  tədqiqatında  bu  məsələyə  xeyli  dərəcədə 

aydınlıq gətirilir. Əbdüs-Səlam yazır: “Brifoltun ifa-

dələriylə desək,  «yunanlar sistemləşdiriblər, araşdır-

ma  aparıblar  və  nəzəriyyələr  qurublar,  ancaq  səbir 

istəyən  ətraflı və uzunmüddətli müşahidə və təcrübi 

yanaşma  kimi  şeylər  yunan  tərzinə  yaddır.  «Elm» 

adlandırdığımız hadisə, Avropaya  ərəblər tərəfindən 

gətirilən təcrübə, müşahidə və ölçmə metodları nəti-

cəsində doğmuşdur. (Müasir) elm, İslam mədəniyyə-

tinin  dünyaya  ən  qiymətli  hədiyyəsidir…».  Bu  dü-

                                                 

1

  A.Даан-Дальмедико,  Ж.Пейффер.  Пути  и  лабиринты. 



Очерки по истории математики. М., «Мир», 1986, c. 30. 

2

 Yenə orada, s. 30-31. 



3

 Yenə orada, s. 31-32. 



Elm: genezisdən özünüdərkə qədər 

 

 



67

şüncələr  böyük  elm  tarixçisi  Corc  Sarton  tərəfindən 

də təkrarlanır: «Orta əsrlərin əsas, ancaq bir o qədər 

də  az  bilinən  nailiyyəti,  təcrübə  ruhunun  oyandırıl-

masıdır  ki,  bu  da  hər  şeydən  əvvəl  XII  əsrə  qədər 

müsəlmanların sayəsində oldu»”.

1

 

Qərb  elmşünaslığı  təcrübi  elmin  məhz  Yeni 



Dövrdə  yarandığını  iddia  edir  və  onu  Q.Qalileylə 

bağlayırlar.  Müasir  mənada  elmin  formalaşmasında 

Qalileyin rolu həqiqətən böyükdür. Amma aristotelçi 

dünyagörüşündən  yeni  mahiyyətli  elmi  dünyagörü-

şünə  keçidin  tarixi  əslində  bir  neçə  əsr  əvvəl  başla-

nır. Lakin təəssüf ki, Biruni və İbn Heysəmlə təməli 

qoyulan  bu  böyük  inqilabi  iş  İslam  Şərqində  öz 

müntəzəm  davamını  tapa  bilmədiyindən,  qərblilər 

hər  şeyi  yenidən  başlamalı  olmuşlar.  Hər  halda  bu 

fakt bir daha sübut edir ki, elm – bütöv, kəsilməz bir 

prosesdir.  Əgər  tarixin  hansı  isə  məqamlarında  bö-

yük  elmi  ideyalar  ortaya  çıxıbsa,  amma  bu  vahid 

prosesə  qatıla  bilməyibsə,  onları  müasir  elmin  qay-

naqları  sırasına  daxil  etmək  mübahisəlidir.  Amma 

müasir  elm  tarixi  keçmişə  XXI  əsrin  nailiyyətləri 

zirvəsindən baxır və elmin arxivində qalmış qiymətli 

xəzinələri yenidən üzə çıxardır.  

  

 



 

                                                 

1

  Bax:  Elm  adamları  elm  haqqında.  Prof.  Səlahəddin 



Xəlilovun təqdimatında. Bakı, Çaşıoğlu, 2010, s. 30-31. 

 

 

 

 

 

Elmşünaslıq və onun genezisi

 

 



 

Necə ki, adi şüur səviyyəsində ilkin biliklərdən 

elmi  biliklərə  və  pərakəndə  elmi  biliklərdən  bütöv 

elm sisteminə qədər böyük tarixi məsafələr qət edil-

mişdir, eləcə də elm haqqında ayrı-ayrı fikirlərin bir 

sistem halına düşərək nisbi müstəqil bir fənnə – elm-

şünaslığa  çevrilməsi  prosesi  neçə  yüz  illər  ərzində 

davam  etmiş  və  ancaq  son  onilliklərdə  ipə-sapa 

düzülmüşdür. Əslində bu düzülüş hələ tamamlanma-

mışdır.  Elmşünaslığın  yaradıcılarından  olan  Bernal 

və Makkeyin qeyd etdikləri kimi, “biz hələ elm haq-

qında  elmin  əmələgəlmə  mərhələsindəyik.  Həmişə 

belə  hallarda  olduğu  kimi,  predmet  müxtəlif  istiqa-

mətlərdə  tədqiq  olunmalıdır  ki,  elm  haqqındakı  bi-

liklərin gələcək inkişaf üçün yetərli olan geniş təməli 

yaradılsın.”

1

  Əslində  elmşünaslıq  özü  bir  elm  kimi 



formalaşmadan,  elm  sanki  başsız  bədəni  xatırladır. 

Ümid  var  ki,  elm  özünüdərk  səviyyəsinə  yüksəldik-

                                                 

1

  Дж.Бернал,  А.Маккей.  На  путях  к  «науке  о  науке»  // 



Вопросы философии. 1966, № 7, с. 6. 

Elmşünaslıq və onun genezisi  

 

 



69

dən sonra onun xarici təsirlərə və sifarişlərə məqsəd-

yönlü bir reaksiyası da formalaşmışdır. Yəni hazırda 

elm  tarixində  bir  növ  özünüqoruma  instinktindən 

şüurlu  özünüyenidənqurma  səviyyəsinə  keçid  mər-

hələsi  yaşanmaqdadır.  Əlbəttə,  bu  cür  yanaşma  el-

min  inkişafını  bioloji  təkamül  kontekstində  izah  et-

məyə  çalışan  təlimləri  xatırladır.  Amma  biz  bu  ifa-

dəni  ancaq  bir  metafora  kimi  işlətdik  və  elm  çoxöl-

çülü sosial sistem olduğundan onun bioloji təkamül-

dən  fərqli  olaraq  daha  mürəkkəb  inkişaf  mexaniz-

minə malik olması fikrindən çıxış edirik.      

 

Elmşünaslıq  adı  altında ilk  tədqiqatlar  XX  əs-



rin  birinci  yarısında  işıq  üzü  görmüş,  müstəqil  bir 

elm sahəsi kimi isə o, ancaq 60-cı illərdən formalaş-

mağa başlamışdır.  

Sovet dövründə də “elm haqqında elm”, “elm-

şünaslıq”  mövzularında  xeyli  tədqiqat  aparılmış,  bu 

sahəyə  xüsusi  monoqrafiyalar  və  dissertasiya  işləri 

həsr olunmuşdur.  

Rusiyada  bu  sahədə  ilk  ciddi  tədqiqatlar 

V.İ.Vernadskinin  adı  ilə  bağlıdır.

1

  O,  elmin  təşkil 



olunmasının  təkcə  nəzəriyyəsi  ilə  deyil,  həm  də 

praktikası ilə məşğul idi. Vernadskinin fikrinə görə, 

yeni cəmiyyətdə elm quruculuğuna başlamazdan əv-

vəl  onun  optimal  təşkilati  formaları  müəyyən  edil-

                                                 

1

  Bax:  Очерки  и  речи  академика  В.И.Вернадского. 




Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin