Elmşünaslığa giriş
82
ənənələrindən, sinfilik prinsipindən, “ictimai inkişa-
fın antoqonist xarakterindən” çıxış edir.
1
Halbuki,
Azərbaycanda elm haqqında düşüncələrin və öz dili-
mizdə nəşr olunmuş məqalə və kitabların ümumiləş-
dirilməsi və tənqidi-təhlil süzgəcindən keçirilməsi,
bu problematikaya bizim öz baxış bucağımızın for-
malaşması məqamı artıq çoxdan çatmışdır. Bu ba-
xımdan, H.Quliyevin Azərbaycan gerçəkliyini nəzə-
rə alan son monoqrafiyası xüsusi əhəmiyyətə malik-
dir.
2
Müəllif bu kitabda əvvəlcə ümumiyyətlə elm-
dən, müasir dövrdə onun əhəmiyyətindən, elmilik
meyarlarından; rasionallıqdan, obyektivlikdən, elmin
inkişaf qanunauyğunluqlarından bəhs edir, sonra isə
onun bir ictimai sistem kimi, habelə bir mədəniyyət
hadisəsi kimi xüsusiyyətlərini araşdırır, – bir sözlə,
Azərbaycan oxucusunda elm haqqında hərtərəfli
təsəvvür yaratmağa çalışır.
H.Quliyev haqlı olaraq göstərir ki, biz nəinki
“böyük elmə”, heç “kiçik elm”in fəaliyyət dairəsinə
də daxil olmağa hazır deyilik. Çünki “böyük elm”in
tələbləri bizim təsəvvür etdiyimizdən qat-qat
böyükdür. Əlbəttə, səbəb yalnız maliyyə imkanları
ilə bağlı deyil. Hətta dövlət büdcəsində elmə ayrılan
pul bir neçə dəfə artırılsa belə, bu ölkəmizdə həqiqi
lıq və qeyri-rasionallıq. Bakı, “Elm”, 2010, s. 289.
1
Yenə orada, s. 291.
2
Г.Гулиев. Научная стратегия малых стран (поиски
азербайджанской модели). Баку, Текнур, 2007
Elmşünaslıq və onun genezisi
83
elmi mühit yaradılması üçün yetərli deyil. Ona görə
yox ki, bu pul azlıq edər; ona görə ki, ictimai rəydə
və ictimai şüurda elmə münasibət kifayət qədər
aktuallaşmamışdır. Və bunun bir səbəbi də elmin op-
timal təşkilati strukturunun olmamasıdır.
Müəllif elmin yüksək dərəcədə inkişaf etdiyi
ölkələrdə elmə və alimə münasibəti, elm adamlarının
səciyyələndirilməsini, Azərbaycandakı və ümumiy-
yətlə postsovet məkanındakı münasibətlə müqayisə
edir. Keçmiş Sovetlər İttifaqında elmin bit tərəfdən
dövlət inhisarında, digər tərəfdən də ideoloji kon-
tekstdə olması, alim obrazının düzgün formalaşma-
ması da öz təsirini göstərməkdədir. Tədqiqatçı məsə-
ləyə başqa rakursda yanaşaraq, müsəlman dünyasın-
da elmə münasibət məsələsinin tarixini nəzərdən ke-
çirir və müasir Azərbaycanda, bir tərəfdən sovet, di-
gər tərəfdən islam ənənəvi münasibətlərinin izlərini
aşkar edir.
Lakin təəssüf ki, bu kitab da rus dilində yazıl-
mışdır. Ümumiyyətlə, bu sahədə ölkəmizdə çap
olunan əsərlərin çoxu yenə də rus dilindədir
1
ki, bu
da milli fəlsəfi fikrin inkişafında “elm fəlsəfəsi” və
elmşünaslıq aspektlərinin təşəkkülünə xidmət etmir
1
Bax, məs.: Н.Мамедов. Моделирование и синтез зна-
ний. Баку, Элм, 1979; З.Мамедалиев. Наука, истина, совре-
менная цивилизация // «Fəlsəfə və sosial-siyasi elmlər» jur-
nalı, 2003, № 1-2, с. 40-61; А.Асадов. Мышление. Творчест-
во. Эпоха. Баку, Текнур, 2009 və s.
Elmşünaslığa giriş
84
və ya çox az xidmət edir. Bu baxımdan, Cəmil Əh-
mədlinin son illərdə elm fəlsəfəsinə dair yazdığı bəzi
məqalələr, elmi nəzəriyyə problemi ilə bağlı çap
etdirdiyi ayrıca kitab xüsusi əhəmiyyətə malikdir.
1
Yaxşı ki, elmin sosial sistem kimi öyrənilməsi
üçün də müəyyən baza yaranmış, mürəkkəb sosial
sistemlərin tədqiqatı kontekstində elmin tədqiqi üçün
də metodoloji tövsiyələr işlənib hazırlanmışdır.
2
Bundan başqa, elmi idrak, onun Şərqdə və Qərbdə
xüsusiyyəti, təfəkkürün inkişaf yolu, elm və təfəkkür
mövzularında aparılan tədqiqatlar da ölkəmizdə elm
haqqında təsəvvürlərin formalaşmasında müəyyən
rol oynamışdır.
3
Ötən əsrin 90-cı illərində bu sətirlərin müəl-
lifinin bilavasitə elmşünaslığa aid edilə biləcək bir
neçə monoqrafiyası da işıq üzü görmüşdür.
4
1
C.Əhmədli. Elmi biliyin inkişaf qaynaqları // “Dünyaya
baxış” jurnalı, 2007, № 6; Elmlərin inteqrasiyası, biliyin sintezi
// Fəlsəfə. Elmi-nəzəri jurnal, 2009, № 2, s. 11-24; C.Əhmədli.
Nəzəriyyə, onun tipləri və funksiyaları. Bakı, Diplomat, 2008.
2
А.Аббасов. Сложность. Время. Синергетика: обще-
теоретический анализ проблем сложности и развития
сложных систем. Баку, Элм, 1991.
3
A.Əsədov. Təfəkkürün fəlsəfəsi: epoxal təfəkkür cəmiy-
yətin və təbiətin qarşılıqlı münasibətləri kontekstində. Bakı,
Qanun, 1997.
4
S.Xəlilov. Elmi-texniki tərəqqi və onun sosial-iqtisadi nəti-
cələri. Bakı, “Elm”, 1996; С.Халилов. Основания научно-тех-
нического прогресса. Логико-методологический анализ
(Послесловие академика А.Д.Урсула). Москва, «Экономи-
Elmşünaslıq və onun genezisi
85
Son illərdə məhz Azərbaycanda elm və onun
infrastrukturu, sosial və təşkilati məsələləri üzrə də
bəzi tədqiqat işləri çap olmuşdur.
1
Və nəhayət, İslam
Şərqinin bəzi böyük elm adamlarının elm haqqında
fikirlərinin, tədqiqatlarının toplanaraq bir kitab ha-
lında çap etdirilməsi elmə türk-islam düşüncəsi kon-
tekstində baxılması və müvafiq elmşünaslıq mate-
riallarının toplanması istiqamətində mühüm addım
sayıla bilər.
2
Göründüyü kimi, elmin öz tarixi ilə yanaşı,
artıq elmşünaslığın da tarixi formalaşmaqdadır. Elm-
şünaslıq nisbətən yeni yaranmış olsa da, bu sahədə
son əlli ildə kifayət qədər tədqiqat aparıldığına görə,
burada da müəyyən bir inkişaf yolu və tendensiyalar
üzə çıxarmaq mümkündür.
Lakin elmlə bağlı tədqiqatlar hələ də vahid bir
fəndə sintez olunmadığından, elmin tarixi, metodo-
logiyası, fəlsəfəsi, sosial və iqtisadi aspektlərdə təd-
qiqi çox vaxt bir araya gətirilmədən, nisbi müstəqil
şəkildə inkişaf edir. L.A.Markova tarixi aspektdə
olan tədqiqatları “elmin tarixşünaslığı” adı altında
ка и информатика», 1997; S.Xəlilov. Elmdən texnikaya və mə-
nəviyyata. Bakı, «Azərbaycan Universiteti”, 1998.
1
Г.Гулиев. Научная стратегия малых стран (поиски
азербайджанской модели). Баку, Текнур, 2007; S.Xəlilov.
Azərbaycanda elm və onun təşkilati formaları. Bakı, “Oskar”,
2010.
2
Elm adamları elm haqqında, Bakı, Çaşıoğlu, 2010.
Elmşünaslığa giriş
86
qruplaşdırır.
1
Lakin elmin tarixi istər-istəməz elmi
idrakın və ümumiyyətlə təfəkkürün tarixi ilə sıx su-
rətdə bağlı olduğundan, bu sahədəki tədqiqatları tam
ayırmaq mümkün deyil.
Elmin tədqiqinin məntiqi-qnoseoloji aspektləri
sahəsində də 80-ci illərdə Azərbaycanda araşdırma-
lar aparılmış, J.Sarton və R.Mertonun elmin tarixi
inkişaf modelinə, K.Popper, İ.Lakatos və J.Aqassi-
nin məntiqi rekonstruksiya təliminə, T.Kun, S.Tul-
min, P.Feyerabendin sosial-psixoloji rekonstruksiya,
habelə kumulyativistik epistemoloji təliminə müna-
sibət bildirilmişdir.
2
Söhbət bu sətirlərin müəllifinin
elm fəlsəfəsinə dair ilk dəfə Azərbaycan dilində çap
olunmuş iki məqaləsindən gedir. Bu məqalələr həm
də sadəcə məlumat xarakteri daşımayıb mübahisəli
məsələlərə Azərbaycan elmşünaslığı mövqeyindən
alternativ baxış kimi də dəyərləndirilə bilər. Müəl-
lifin müstəqil elmşünaslıq konsepsiyası onun sonrakı
əsərlərində də inkişaf etdirilmiş, elm fəlsəfəsində
mövcud olan müxtəlif təlimləri, habelə elmin sosial
və məntiqi-epistemoloji aspektlərini ortaq məxrəcə
gətirmək təşəbbüsləri davam etdirilmişdir.
Ciddi mübahisə mövzularından biri olan elmin
1
Л.А.Маркова. Наука. История и историография XIX-
XX вв. М., Наука, 1987.
2
S. Xəlilov. Elmin tədqiqinin məntiqi-qnoseoloji aspekti //
Azərbaycan SSR EA Xəbərləri. “Tarix, fəlsəfə və hüquq” se-
riyası, 1986, № 1 və № 2.
Elmşünaslıq və onun genezisi
87
kumulyativist inkişaf modeli və antikumulyativist
baxışlar heç cür bir araya gətirilə bilmirdi. Əslində
bir tərəfdə Karnap və Popper, digər tərəfdə Kun və
Lakatos olmaqla uzun sürən konseptual qarşıdurma-
dan çıxış yolları da ilk dəfə məhz bizim tərəfimizdən
göstərilmişdir. Bunun üçün məsələyə daha geniş fi-
kir müstəvisində, həm də yeni toplanma qanunları
kontekstində baxılmasına ehtiyac var idi. Ənənəvi
toplanma təsəvvürlərinə əsaslanan kumulyativizm
yaranmış ziddiyyətləri həll etmək iqtidarında deyil-
di. Ona görə də, biz problemin həlli üçün alternativ
toplanma qaydaları təklif etmişik ki, bunun da sa-
yəsində inkişaf sadəcə artım prosesi kimi yox, həm
də alternativlərin yaranması kimi izah olunur.
Qərbdə elm fəlsəfəsi və elmin metodologiyası-
na dair tədqiqatlar sonrakı illərdə də intensiv surətdə
inkişaf etməkdədir. Bu sahədə təkcə rus dilinə tərcü-
mə olunmuş əsərlərin siyahısı göstərir ki, Avropada
elm fəlsəfəsi və elmşünaslıq məsələləri aktual olaraq
qalmaqdadır.
1
Lakin təəssüf ki, bizim tədqiqatçılar
1
Bax, məs.: Приобретение знаний. Под ред. С.Осуги,
Ю.Саэки. М., Мир, 1990; Современная философия науки:
знание, рациональность, ценности в трудах мыслителей За-
пада. Хрестоматия. М., Логос, 1996; Эволюционная эписте-
мология и логика социальных наук: Карл Поппер и его
критики, М., Эдуториал УРСС, 2000; М.Томпсон. Фило-
софия науки, М., Гранд, 2003; Поппер К. Предположения и
опровержения. Рост научного знания. М., АСТ, 2004; П.
Фейерабенд. Наука в свободном обществе. М., АСТ, 2010;
Elmşünaslığa giriş
88
hələ də XX əsrin ikinci yarısında geniş yayılmış tə-
limlər barədə səthi məlumat verməklə kifayətlənə-
rək, ən müasir diskussiyalara qatıla bilmirlər. Rusi-
yadakı həmkarlarımız isə əsasən bu müzakirələrdə
fəal surətdə iştirak etməyə çalışırlar. Sovet dövründə
onlar bu işi “burjua nəzəriyyələrinin tənqidi” adı al-
tında görürdülər.
1
İndi isə məsələləri daha obyektiv
mövqedən işıqlandırmaq imkanı əldə etdiklərinə
görə, bu sahədəki icmal və tədqiqatların elmi dəyəri
daha yüksəkdir.
2
Bu mövzuda Rusiyada ayrıca jurnal
1
Məs.: Критика буржуазных концепций науки, Киев,
Наукова думка, 1986; Критика современных немарксист-
ских концепций философии науки. М., Наука, 1987;
П.П.Гайденко. Социологические аспекты анализа науки //
Ученые о науке и ее развитии. М., Наука, 1971, с. 232-258;
Н.С.Юлина. Проблема науки и метафизики в американской
философии ХХ в. // Философия в современном мире. Фи-
лософия и наука. М., Наука, 1972, с. 249-298; Н.Ф.Нау-
мова. Буржуазная социология и философия // Философия в
современном мире. Философия и наука. М., Наука, 1972, с.
298-339.
2
Bax, məs.: Наука и кризисы. Историко-сравнительные
очерки. СПб., 2003; С.А.Лебедев. Современная философия
науки. М., Академ. проект, 2008; Е.А.Мамчур. Образы нау-
ки в современной культуре: Научная монография. М.,
Канон+, Реабилитация 2008; Наука: от методологии к он-
тологии / Отв. ред.: А.П. Огурцов, В.М. Розин. М., ИФ
РАН 2009; С.А. Глузман. Наука и философия: Жизнь в ис-
кривленном пространстве. СПб., Алетейя. 2010; А.М.Но-
виков, Д.А.Новиков. Методология научного исследования.
М., Либроком 2010; А.О.Карпов. Современная теория науч-
ного образования: проблемы становления // Вопросы фило-
софии. М., Наука, № 5, 2010, с. 15-25.
Elmşünaslıq və onun genezisi
89
nəşr edilməsi də problemə olan xüsusi diqqətin gös-
təricisidir.
1
Elmin fəlsəfəsi və metodologiyası bütün bəşə-
riyyət miqyasında tədqiq edildiyi halda, elmin təşki-
lati məsələləri ayrı-ayrı ölkələrin timsalında öyrə-
nilir: bu sırada inkişaf etmiş Qərb ölkələrinin, habelə
Yaponiyanın təcrübəsi, bu istiqamətdə həyata keçiri-
lən dövlət siyasəti böyük maraq doğurur.
2
Bununla
belə, bizim üçün Şərq ölkələrində və inkişaf etmək-
də olan ölkələrdə elmə münasibət, elm quruculuğu
məsələləri, bu sahədə tətbiq olunan modellərin, uy-
ğun təcrübələrin təhlili heç də az əhəmiyyət kəsb et-
mir.
1
İslam dünyasının görkəmli alimi, Nobel müka-
1
Эпистемология & философия науки. Научно-теорети-
ческий журнал по общей методологии науки, теории по-
знания и когнитивным наукам. Москва, Российская Ака-
демия Наук.
2
Н.В.Шелюбская. Научно-техническая политика Вели-
кобритании, М., Наука, 1990; Япония: проблемы научно-
технического прогресса, М., Наука, 1986; Я.Накасонэ. По-
литика Японии в области науки и техники // Государствен-
ная стратегия японии в ХХI в. М., NOTA BENE, 2001;
Г.И.Чуфрин, В.Н.Курзанов, Г.С.Шабалина. Наука и техни-
ка в странах АСЕАН, М., Наука, 1990; М.Уолкер. Наука в
послевоенной Германии // Наука и кризисы. Историко-
сравнительные очерки. СПб., 2003, с. 908-922; С.Лесли.
Наука и политика в Америке во времена холодной войны //
Наука и кризисы, с. 923-950; К.Као. Наука и ученые во
время культурной революции в Китае // Наука и кризисы,
с. 951-975
1
Е.Б.Рашковский. Науковедение и Восток. М., Наука,
1980; Е.Б.Рашковский. Научное знание, институты науки и
Elmşünaslığa giriş
90
fatı laureatı Əbdüs-Səlam “islamın qızıl dövründə”
elmlərin yüksək dərəcədə inkişafı ilə bərabər müasir
mərhələdə dini və elmi təfəkkürün yeni ittifaq for-
malarının tapılmasına olan ehtiyacdan bəhs edir və
islam dünyasında təbiət elmlərinin yenidən təkamü-
lünü, renessansını zəruri hesab edir.
1
Məhz bu yeni
renessans idealı Əbdüs-Səlamı islam gənclərinə ün-
vanlanmış çağırışa sövq edir: “Orta əsrlərdə elmin
ağırlıq mərkəzi islam dünyasında idi... Tarix səhifə-
lərini vərəqləyib, görəsən, elmdə liderliyə nail ola
bilərikmi?.. Gənclərimiz, bunu özlərinə məqsəd kimi
qarşıya qoymalıdırlar”.
2
Amma müasir dövrdə islam
dünyasında fəlsəfi fikir və ictimai elmlər müstəqil
surətdə inkişaf edə bilmədiyindən və əksər hallarda
ilahiyyatın təhrif olunmuş və təriqətləşmiş təlimləri-
nin təsiri altına düşdüyündən bir növ böhran mərhə-
ləsini yaşayır. Beynəlxalq İslam Düşüncəsi İnstitutu-
nun aparıcı alimlərindən biri Əbdül-Həmid Əbu Sü-
leymanın yazdığına görə, indiki dövrdə islam alə-
mində elmlərə, xüsusən ictimai elmlərə böyük eti-
nasızlıq vardır.
1
интеллигенция в странах Востока, М., Наука, 1990.
1
Muhammad Abdus Salam. Renaissance of sciences in
Islamic countries. Edited by H. R. Dalafi, Mohamed Hassan,
World Scientific, 1994.
2
Abdüs-Salam. İdealler və gerçekler, İstanbul, Yeni Asya
Yayınları, 1991 // Elm adamları elm haqqında, s. 41.
1
Abdul Hamid A. Abu Sulayman. Crisis in the Muslim
Mind. Trans. by Yusuf Talal DeLorenzo. International Institute
Elmşünaslıq və onun genezisi
91
Bəs çıxış yolu nədədir?
Bunun üçün əlbəttə, islam dünyasının orta əsr-
lərdə indiki Qərb ölkələrinə nisbətən çox irəlidə ol-
masına rəğmən, onun tədricən geri qalmasının sə-
bəblərini müəyyənləşdirmək lazımdır. Elmin ön cəb-
həsində ayrı-ayrı nümunələr, yəni müsəlmanların
normal elmi mühitdə çalışarkən heç kimdən geri qal-
mayaraq böyük uğurlar qazanması faktları göstərir
ki, hər şey ictimai mühitlə bağlıdır. Yəni söhbət isla-
mi dünyagörüşünün guya elmin inkişafı üçün əlve-
rişli olmaması haqqında yaradılmış mifin dağıdılma-
sından gedir. Problem cəmiyyətin təşkilatlanması və
onun strukturunda elm üçün normal şərait yaradıl-
ması ilə bağlıdır.
Azərbaycanda da son illərdə elmi tədqiqatların
qiymətləndirilməsində meyar axtarışı, dünya prakti-
kasından istifadəyə ehtiyac haqqında tənqidi məqa-
lələr çıxır, bir növ həyəcan təbili çalınır.
1
Bununla
belə, ölkəmizdə daha çox dərəcədə məhz ictimai və
humanitar elmlərin vəziyyəti ilə əlaqədar müzakirə-
lər aparılır. Akademik Ramiz Mehdiyev müasir
dövrdə ictimai elmlərin rolunun daha da artdığını nə-
zərə alaraq ölkəmizdə bu sahədə aparılan tədqiqatla-
rın səviyyəsindən qane olmadığını və daha intensiv
və məqsədyönlü araşdırmalara ehtiyac olduğunu
of Islamic Thought, Herndon, Virginia USA, 1997, p. 43.
1
F.Əliyev, Ş.Ağayev. Elmi kadr hazırlığının problemləri //
«Azərbaycan» qəzeti, 26 noyabr, 2009;
Elmşünaslığa giriş
92
qeyd etmiş, bu sahədə yaxın gələcəkdə görülməli
olan işlərin əsas istiqamətlərini müəyyənləşdirmiş-
dir.
1
Bəli, ictimai elmlər sahəsində vəziyyət həqiqə-
tən qənaətləndirici deyil. Amma bu, heç də o demək
deyil ki, ictimai elmlər sahəsində bizdə heç bir nai-
liyyət yoxdur; sadəcə tələbat daha böyükdür.
XXI əsrdə elmlərin təsnifatında məhz ictimai
elmlərin xüsusi yer tutması və prioritetliyi məsələsi
getdikcə özünü daha bariz surətdə göstərir. Gələcək-
də humanitar sahənin daha da inkişaf etdirilməsi, el-
min bütün nailiyyətlərinin insana, onun təkcə maddi
yox, həm də mədəni-mənəvi tələbatının ödənməsinə
yönəldilməsi üçün indi daha geniş imkanlar açıl-
mışdır. Məhz bu səbəbdəndir ki, bir sıra tədqiqatçılar
bu məqsədlə təfəkkürün yeni strategiyasını hazırla-
maq vəzifələrini qarşıya qoyurlar.
2
Bu da təsadüfi
deyil ki, indi T. Kunun tədqiqatlarında da məhz icti-
mai elmlərə münasibət məsələsinə və Kun konsepsi-
yasının ictimai fikrin inkişafına tətbiqinə xüsusi diq-
qət yetirilir.
1
Müasir elmi metod və texnologiyaların sayə-
sində ictimai elmlər qarşısında yeni perspektivlər
açılır. Belə ki, uzun müddət riyaziyyat ancaq təbiət
1
R.Mehdiyev. İctimai və humanitar elmlər: zaman konteks-
tində baxış. Bakı, Oskar, 2010.
2
М.Эпштейн. Знак пробела: о будущем гуманитарных
наук. М., Новое лит. Обозрение, 2004.
1
B. Barnes. T. S. Kuhn ve sosyal bilimler. Türkçesi:
Hüsamettin Arslan, İstanbul, Paradigma Yayıncılık, 2008.
Elmşünaslıq və onun genezisi
93
elmlərinə tətbiq oluna bilirdi. İndi isə cəmiyyətin də-
qiq elmlərin predmetinə çevrilməsi və uyğun olaraq
cəmiyyətşünaslığın riyaziləşməsi prosesi başlanmış-
dır. Amma bunun səbəbi təkcə ictimai elmlərin mən-
tiqi-epistemoloji strukturlara uyğunlaşması deyil,
həm də məhz cəmiyyət üçün keçərli olan yeni mo-
dellərin, yeni məntiqin və yeni riyaziyyatın forma-
laşmasıdır. Və burada, heç şübhəsiz, təməli Lütfi Za-
də tərəfindən qoyulan qeyri-səlis məntiq təliminin
açdığı yeni imkanlar aparıcı rol oynayır.
İctimai proseslərin yeni metodologiya əsasında
öyrənilməsinə dair bütün dünyada axtarışlar aparıldı-
ğı bir zamanda azərbaycanlı tədqiqatçıların da bu
marafona qatılması təqdirəlayiq haldır və bizdə
ictimai elmlərin inkişaf potensialının heç də itmədi-
yini göstərir. Biz ilk növbədə Tahirə Allahyarovanın
sinergetika və qeyri-səlis məntiq kontekstində icti-
mai elmlər üçün yeni metodologiya axtarışını nəzər-
də tuturuq.
1
Bu axtarışlara Əhməd Qəşəmoğlunun
tədqiqatlarında da rast gəlmək mümkündür.
1
Burada
da mürəkkəb sosial sistemlərin öyrənilməsində sis-
tem-struktur təhlil metodu və elmi idarəetmənin
prinsipləri araşdırılır. Düzdür, bu sahədə tədqiqatlar
ölkəmizdə hələ ötən əsrin 70-ci illərindən başlanmış-
1
T.B. Allahyarova. Fəlsəfə, ictimai elm və metodologiya.
Vəhdət fəlsəfəsi metodoloji ideal kimi. Bakı, Elm, 2005.
1
Ə.Qəşəmoğlu. Sosial idarəetmənin fəlsəfi, sosioloji prob-
lemləri. Bakı, Səda, 2008.
|