Часть 1-2. Пг., 1922.
Elmşünaslığa giriş
70
məlidir. Məhz fundamental nəzəri əsasa istinad etdi-
yinə görə idi ki, onun rəhbərliyi ilə qurulan elmi tə-
sisatlar, müəssisələr böyük səmərə verirdi.
1
Hələ ke-
çən əsrin 20-ci illərində İ.Boriçevskinin elmşünaslı-
ğa dair məqaləsi çap olunmuşdur.
2
Ondan da əvvəl
1912-ci ildə S.N.Bulqakov özünün məşhur “Təsər-
rüfatın fəlsəfəsi” əsərini yazmışdı ki, onun da böyük
bir hissəsi elmin təbiətinə həsr olunmuşdu.
3
S.N.Bul-
qakov bu əsərində, bir tərəfdən, elmi təsərrüfat sis-
teminin mühüm bir halqası kimi, digər tərəfdən də,
nisbi müstəqil qnoseoloji və prakseoloji sistem kimi
nəzərdən keçirir. Bununla yanaşı, o, kitabına “Elmin
özünüdərki” adlı xüsusi paraqraf daxil etməklə əs-
lində “elm haqqında elm” və ya “elmşünaslıq” ide-
yasını irəli sürür.
4
Lakin nə üçünsə beynəlxalq miq-
yasda elmşünaslığın müstəqil fənn kimi formalaşma-
sını Ossovskilərin və Con Bernalın adı ilə bağla-
yırlar.
5
Bizcə, bu sahədə ilk ciddi tədqiqat işlərindən
1
М.С.Бастракова. В.И.Вернадский и проблемы органи-
зации науки // В.И.Вернадский и современность. М., Нау-
ка, 1986, с. 78-79; В.И.Вернадский. Труды по истории нау-
ки в России. М., Наука, 1988.
2
И.Боричевский. Науковедение как точная наука //
Вестник знания. 1926, № 12, с. 777-786.
3
С.Н.Булгаков. Философия хозяйства. М., Наука, 1990,
с. 128.
4
Yenə orada, s.162.
5
M. and S. Ossovski. The science of science. Warszawa,
Organon, 1936; J.D.Bernal. Social function of science.
London, 1939.
Elmşünaslıq və onun genezisi
71
biri də A.Boqdanovun mürəkkəb sosial sistemlərə
həsr olunmuş fundamental əsəri hesab olunmalıdır.
1
Lakin təəssüf ki, bolşevik inqilabı Rusiyada başlan-
mış böyük miqyaslı ictimai özünüdərk proseslərini
başqa səmtə yönəltmiş və nəticədə V.İ.Vernadski,
A.Boqdanov, S.N.Bulqakov kimi alim-filosofların
yaradıcılığı da ya kölgədə qalmış, ya da başqa səmtə
yönəldilməli olmuşdur.
Görünür, bolşevik inqilabından sonra Rusiya
özü bu böyük tədqiqatçıların ideyalarından imtina
edərək özünü kommunist düşüncəsi çərçivəsinə sal-
dığı dövrdə onun mütəfəkkirlərini üzə çıxarmaq mis-
siyasını Avropa da öz üzərinə götürməmişdir. Təəc-
cüblü olan budur ki, rus elmşünasları hələ indi də
Avropanın təsiri ilə bu sahədəki tədqiqatların doğu-
luşunu Qərb hadisəsi hesab edir və ya başqa sözlə
desək, öz müəlliflik, ilkinlik hüquqlarını qaytarmağa
çalışmırlar. Məsələn, S.R.Mikulinskinin, P. A.Raç-
kovun, Q.N.Dobrovun və s. elmşünaslığa həsr olun-
muş əsərlərində bu fənnin əsaslarının XX əsrin 30-
50-ci illərində Qərb tədqiqatçıları (Ossovskilər,
C.Bernal, D.Prays və s.) tərəfindən qoyulduğu göstə-
rilir. Həmin dövrdə, ta 60-cı illərə qədər SSRİ-də
elmşünaslıq məsələlərinin tədqiqi doğrudan da sən-
gimişdi; amma bu fasilə əsrin əvvəllərindəki xidmət-
ləri unutmaq üçün əsas verə bilməz.
1
А. А. Богданов. Тектология: Всеобщая организацион-
ная наука. В 2-х книгах. М., «Экономика», 1989.
Elmşünaslığa giriş
72
XX əsrin 60-70-ci illərində SSRİ-də elmşünas-
lıq yenidən sürətlə inkişaf etmiş, elm, texnika və
elmi-texniki tərəqqi problemləri xüsusi aktuallıq qa-
zanmışdı.
1
Lakin təəssüf ki, o dövrdəki tədqiqatların
böyük bir qismi ideoloji yöndə, sosialist təsərrüfat
sisteminin kapitalizmə nisbətən üstünlüklərini nüma-
yiş etdirmək istiqamətində köklənmiş və buna görə
də əsas xətdən uzaq düşmüşdü. Xüsusən, məhz sosi-
alizm üçün spesifik sayılan “elmi-texniki inqilab”
anlayışına geniş yer verilmiş və nəticədə elmşünas-
lıq nisbətən kölgədə qalmışdı.
2
Bununla belə, 70-80-ci illərdə SSRİ-də və di-
gər sosialist ölkələrində elmşünaslığın bu və ya digər
konkret istiqamətləri üzrə tədqiqatların profili geniş-
lənmişdi; elmi idrakın metodologiyası ilə yanaşı, bü-
tövlükdə elmin, onun texnika və istehsalla qarşılıqlı
1
С.Р.Микулинский, Н.И.Родный. Наука как предмет спе-
циального исследования // Вопросы философии, 1966, № 5;
Г.Н. Добров. Наука о науке. Киев. 1970; П.А.Рачков. Науко-
ведение. Проблемы, структура, элементы. М., Изд-во
Московского университета, 1974; Методологические проб-
лемы науковедческих исследований. М., 1978; Основы
науковедения, М., Наука, 1985.
2
Bax, məs.: Научно-техническая революция. Общете-
оретические проблемы. М., Наука, 1976; В.Г.Афанасьев.
Научно-техническая революция, управление, образование.
М., Политиздат, 1972; С.В.Шухардин, А.А.Кузин. Теоре-
тические аспекты современной научно-технической револ-
юции. М., Наука, 1980; Научно-техническая революция и
социализм. М., Политиздат, 1973.
Elmşünaslıq və onun genezisi
73
əlaqəsinin də metodoloji problemləri xüsusi tədqiqat
obyektinə çevrilmişdi.
1
Həmin illərdə ideoloji çəpər-
lərə baxmayaraq, Qərbdə bu sahədə yazılan əsərlərin
çoxu rus dilinə tərcümə olunaraq nəşr edilirdi. Bu-
nunla belə, elmin sosial, iqtisadi və təşkilati məsələ-
ləri ilə müqayisədə daha çox epistemoloji aspektlərə
yer verilirdi.
2
Bu sırada “Elmin məntiqi və metodo-
logiyası” seriyasından olan kitablar xüsusi qeyd edi-
lə bilər.
3
Bu problemlər o vaxt Azərbaycanda da aktual
olmuşdur. Lakin təəssüf ki, bizdə ideoloji rakurs üs-
tünlük təşkil etmişdir. Bununla belə, elmşünaslığın
ayrı-ayrı aspektləri üzrə ciddi tədqiqatlar da aparıl-
1
Методологические проблемы совершенствования вза-
имодействия науки и производства. Новосибирск, Наука,
1985; Методологические проблемы создания новой техни-
ки и технологии. Новосибирск, Наука, 1989; А.И. Ракитов.
Философские проблемы науки. М., 1977; Философия в сов-
ременном мире. Философия и наука. М., Наука, 1972; На пу-
ти к теории научного знания (отв. ред.: В.И.Корюкин). М.,
Наука, 1984; Г.Гиргинов. Наука и творчество. М., «Про-
гресс», 1979; П.Гиндев. Методология и логика научного по-
знания // П.Гиндев. Философия и социальное познание. М.,
«Прогресс», 1977.
2
М.Полани. Личностное знание. М., «Прогресс», 1985;
М.Вартофский. Модели. Репрезентация и научное понима-
ние. М., «Прогресс», 1988;
3
Коммуникация в современной науке. Сборник перево-
дов. М., «Прогресс», 1976; Научная деятельность: структура и
институты. М., «Прогресс», 1980; Т.Кун. Структура научных
революций. М., 1977 və s.
Elmşünaslığa giriş
74
mışdır. Ötən əsrin 70-ci illərində bu sətirlərin müəl-
lifinin bir sıra məqalələri o vaxt nəinki təkcə SSRİ
üçün, həm də bütün dünya miqyasında ilk tədqiqat-
lar sırasında idi.
1
Məsələn, elmin inkişafının formal
göstəricilər, kəmiyyət parametrləri əsasında öyrənil-
məsi cəhdləri məhz bizim tərəfimizdən tənqid olun-
muş və elmin əsl hərəkətverici qüvvələrinin önə çə-
kilməsi zərurəti göstərilmişdir.
Elmin guya eksponensial qanunauyğunluqla
inkişaf etməsi haqqında o vaxtlar bütün dünyada ya-
yılmış fikir tənqid edilmiş, onun ancaq müvəqqəti
xarakter daşıdığı əsaslandırılmışdır. Eksponent əvə-
zinə loqistik əyri boyunca inkişafın mexanizmi riya-
zi və qrafik üsullarla izah olunmuşdur.
2
Elmin mü-
rəkkəb sistem kimi nəzərdən keçirilməsi, onun struk-
turuna çoxölçülü fəzada baxılması, müxtəlif altsis-
temlər arasında qarşılıqlı münasibət, elmin iyerarxik
quruluşu və müxtəlif struktur səviyyələri arasında
1
S.Xəlilov. Elmi-texniki inqilabın mahiyyəti: metodoloji
aspekt // ADU-nun Elmi Əsərləri. “Tarix və fəlsəfə” seriyası,
1974, № 5; Elmi-texniki tərəqqi – “elm-texnika” sisteminin tə-
şəkkülü və inkişafı prosesi kimi // ADU-nun Elmi Əsərləri.
“Tarix və fəlsəfə” seriyası, 1975, № 8; Система «наука-тех-
ника» – основной фактор развития производства // Агита-
тор. 1975, № 24; Elmin və texnikanın tarixi tədqiqinin meto-
doloji əsasları // ADU-nun Elmi Əsərləri. “Tarix və fəlsəfə” se-
riyası, 1976, № 5.
2
S.Xəlilov. Elmin inkişaf qanunauyğunluqlarının tədqiqi və
müvafiq metodoloji məsələlər // Azərbaycan SSR EA Xəbər-
ləri. “Tarix, fəlsəfə və hüquq” seriyası, 1976, № 3.
Elmşünaslıq və onun genezisi
75
əlaqə də bu sətirlərin müəllifi tərəfindən araşdırıl-
mışdır.
1
Elmin ayrılıqda deyil, texnika ilə qarşılıqlı
əlaqədə öyrənilməsi, elm ilə texnika arasında bir növ
keçid rolunu oynayan “elm-texnika” sisteminin və
nisbi müstəqil fəaliyyət sahəsi kimi elmi-texniki fəa-
liyyətin diqqət mərkəzinə çəkilməsi, habelə biliklə-
rin vertikal təsnifatında “elmi-texniki biliklərin” ay-
rıca bir halqa, mərhələ kimi dəyərləndirilməsi də bu
sətirlərin müəllifinə aiddir.
“Elmi-texniki tərəqqinin sistem-struktur təhli-
li” mövzusunda yazılmış dissertasiya işində də əsas
məsələlərdən biri elmin həm sosial-iqtisadi sistem
kimi, həm də Elm-Texnika-İstehsalat zəncirində bir
halqa kimi öyrənilməsi olmuşdur.
2
Bütün bunlar o
dövr üçün yeni idi. Amma araşdırma göstərir ki,
ötən 35 il ərzində bu sahədə irəliləyiş elə də çox ol-
mamışdır və həmin ideyalar bu gün üçün də ak-
tuallığını saxlamaqdadır.
Həmin dövrdə məşhur kristalloqraf və eyni za-
manda elmşünaslığın təməlini qoyanlardan biri Con
Bernalın yanında təcrübə keçib vətənə qayıtmış Xu-
du Məmmədov da diqqəti elmin özünə, onun digər
ruhi-intellektual fəaliyyət sahələri ilə əlaqəsinə yö-
nəldən fikirlər irəli sürür, suallar, problemlər qoyur-
1
С.Халилов. О различных уровнях структуры науки //
Общие проблемы диалектики развития мира. М., 1979.
2
С.Халилов. Системно-структурный анализ научно-
технического прогресса. Баку, БГУ, 1976.
Elmşünaslığa giriş
76
du. Xudu Məmmədovun 1974-cü ildə çapdan çıxan
“Qoşa qanad” əsəri
1
nəinki təkcə Azərbaycanda,
həm də bütün SSRİ-də elm və incəsənətin, elmi və
bədii yaradıcılığın müqayisəli təhlili sahəsində yazıl-
mış ilk fundamental əsərlərdən biri idi. O, təkcə öz
əsərlərində deyil, tələbələri ilə söhbətlərində də el-
min mahiyyəti, elmi düşüncənin spesifikası barədə
maraqlı məsələlər qaldırardı.
2
70-80-ci illərdə Xudu
Məmmədovun Azərbaycan Televiziyasında apardığı
“Elm və həyat” verilişi də tamaşaçılara elmin mahiy-
yəti, funksiyaları, ictimai həyatda rolu haqqında bi-
liklər verməklə əslində elmşünaslığın elmi-kütləvi
səviyyədə təbliği ilə məşğul olurdu.
Bu dövrdə Azərbaycanda elmlə bağlı tədqiqat-
larda ona bütöv sistem kimi baxılmasa da, bir sıra
hallarda elmin tarixi, elmi idrakın metod və forma-
ları və s. bu kimi problemlər üzrə tədqiqatlar aparı-
lırdı ki, bunlar da elm haqqında bütöv təsəvvür ya-
radılması və elmşünaslığın formalaşması üçün
müəyyən bir baza hesab oluna bilər.
3
Azərbaycanda məhz elm haqqında elm və ya
elmşünaslıq səpkisində yazılmış ilk əsər “Elmi-tex-
1
X.Məmmədov. Qoşa qanad. Bakı, Gənclik, 1974.
2
Bax: Elm adamları elm haqqında, Bakı, 2010; Nurəddin
Rza. Xudu açarı. Bakı, “Azərbaycan”, 1995.
3
Bax, məs.: C.Əhmədli. Qanun kateqoriyasının tarixi inki-
şafına dair. Bakı, 1963; V.Nəsirov, Ə.Məmmədov. Elmi idrakın
metod və formaları. B., Maarif, 1980.
Elmşünaslıq və onun genezisi
77
niki tərəqqi: bu gün və sabah” kitabıdır.
1
Müəllifin
80-ci illərdə çap olunmuş bir sıra digər əsərlərində
də elmşünaslıq məsələləri araşdırılmışdır.
2
Son 20 ildə Azərbaycanda elmşünaslıqla bu və
ya digər dərəcədə bağlı mövzulara çox nadir hallarda
müraciət edilmişdir. Yenə də bu sətirlərin müəllifi-
nin ara-sıra məqalələri çıxmış,
3
amma yeri gəldikcə
başqa müəlliflər, məsələn, Akif Əlizadə, Həsən Qu-
liyev, Şahlar Əskərov, Asəf Hacıyev, Əli Abasov və
başqaları ölkəmizdə elmin mövcud vəziyyəti və
1
S.Xəlilov. Elmi-texniki tərəqqi: bu gün və sabah. Bakı,
Azərnəşr, 1988.
2
С.Халилов. Оптимальная организация научно-техни-
ческого прогресса как фактор его ускорения // Развитие на-
учного и технического знания как фактор ускорения разви-
тия производства: Тезисы докладов и выступлений регио-
нальной научно-теоретической конференции. Кемерово,
1986; О структуре системы науки. Материалы 3-й респуб-
ликанской конференции. Баку. «Элм», 1986; Соотношение
научной, научно-теоретической и инженерной деятельнос-
ти. Методологические проблемы подготовки специалистов
в условиях НТР: Материалы конференции, Баку, 1987; О
системном анализе научно-технического прогресса. Мето-
дологические проблемы взаимосвязи фундаментальных ис-
следований и разработки интенсивных технологий. Мос-
ква-Обнинск, 1987.
3
S.Xəlilov. Elm, təhsil, mədəniyyət // S.Xəlilov. Lider. Döv-
lət. Cəmiyyət. Bakı, Azərbaycan Universiteti, 2001, s.159-222;
S.Xəlilov. Akademiya ilə Universitetlərin fəaliyyəti əlaqələndi-
rilməlidir. “Azərbaycan” qəzeti, 5 yanvar 2001-ci il. S.Xəlilov.
Sovet və Qərb elm modelləri // S.Xəlilov. Təhsil, təlim, tərbiyə.
Bakı, Azərbaycan Universiteti, 2001, s. 63-110;
Elmşünaslığa giriş
78
qarşıda duran vəzifələrlə bağlı araşdırmalar aparmış-
lar. Ə.Abasov elmi işin dəyərləndirilməsi sahəsində
dünyada mövcud praktikalardan bəhs edir, MDB öl-
kələri ilə müqayisələr aparır.
1
Bu problemlər əslində
bilavasitə elmşünaslıq məsələləridir və bu mövzuda,
təəssüf ki, geniş tədqiqatlar aparılmır.
Ölkəmizdə elmlə bağlı çap olunan əsərlər əsa-
sən “elmi idrak”, “elmi bilik”, “elmin metodologiya-
sı” istiqamətlərini əhatə edir.
2
Elmi idrakın struk-
turunda rasional və irrasional məqamların əlaqə və
vəhdəti məsələləri fəlsəfi fikir tarixi kontekstində
araşdırılmışdır.
3
Elm və dil problemlərinin tədqiqinə
də nisbətən geniş yer verilmiş, Vitqenşteynin, Hay-
deggerin bu sahədə ideyaları az-çox şərh edilmişdir.
1
1
А.Абасов. Наука в Азербайджане: становление, про-
блемы, перспективы развития // А.Абасов. Социокультур-
ные проблемы современности. Баку, Сяда, 2006, с. 237-257.
2
Н.М.Мамедов. Экологическая и технические науки.
Философско-методологические проблемы. Баку, Элм,
1982; Г.Г.Кулиев. Принципы вербализации нового знания //
НТР и развитие научного познания. Баку, Элм, 1989;
С.С.Халилов. О природе научно-технического знания //
НТР и развитие научного познания. Баку, Элм, 1989;
Ə.B.Məmmədov. Elmi idrak və onun inkişaf dialektikası. Bakı,
Səda, 1998. А.С.Абасов. Проблемы истории, теории и мето-
дологии познания. Баку: Ени Несил, 2001; N.Z.Hüseynli. Tə-
fəkkürün anlayış-kateqorial aparatı: qnoseoloji və metodoloji
təhlil. Bakı, Sabah, 2003 və s.
3
K.Bünyadzadə. Şərq-Qərb: ilahi vəhdətdən keçən özünü-
dərk. Bakı, Nurlan, 2006.
1
S.Xəlilov. Elm və dil // “Elm və həyat”, 1991, № 9-10;
Elmşünaslıq və onun genezisi
79
Elmin təhsillə müqayisəli tədqiqinə dair ilk əsərlər
də bu dövrdə işıq üzü görmüşdür.
1
Biz “tə-
biətşünaslığın fəlsəfi məsələləri” tipli tədqiqatları
bura daxil etmirik; çünki ayrı-ayrı elmi problemlərin
metodoloji təhlili bütövlükdə elmin metodologiya-
sından xeyli dərəcədə fərqli bir sahədir.
Bu kitabın müəllifinin keçən əsrin 70-ci illə-
rində elmşünaslıqla bağlı apardığı tədqiqatlar qismən
köhnəlsə də, öz əhəmiyyətini əsasən saxlamışdır.
Lakin müstəqillik illərində – sosialist quruluşundan
və marksist ideologiyadan imtina etdiyimiz vaxtdan
bəri məsələyə daha obyektiv münasibət üçün yaran-
mış imkanlara baxmayaraq, yetərincə bundan istifa-
də edilməmiş, Qərb elmşünaslığının materialları əsa-
sında geniş və hərtərəfli təhlil aparılmamışdır. Bu
sahədə indi yazılan tək-tək əsərlərdə də məsələyə
yeni münasibət görmək çətindir. Son illərdə bilavasi-
tə elmşünaslıqla bağlı olmasa da, elm fəlsəfəsinə da-
ir tədqiqata gənc alim Füzuli Qurbanovun “Elmə si-
nergetik yanaşma” kitabında
2
rast gəlmək mümkün-
dür. Burada o, postpozitivizm, tənqidi rasionalizm,
elmi-tədqiqat proqramları, tarixi və ya sosial-psixo-
F.İsmayılov. Dilin metafizikası. Linqvistik analiz fəlsəfəsinə
dair etüdlər. Bakı, 2002; S.Xəlilov. Dil haqqında düşüncələr //
«Fəlsəfə və sosial-siyasi elmlər» jurnalı, 2003, № 3-4, s. 106-
129.
1
Bax, məs.: S.Xəlilov. Təhsil sistemi: nəzəriyyə və prak-
tika. Bakı, “Azərbaycan Universiteti”, 1999.
2
F.Qurbanov. Elmə sinergetik yanaşma. Bakı, Elm, 2005.
Elmşünaslığa giriş
80
loji epistemologiya və s. bu kimi istiqamətlər haq-
qında məlumat verir və müqayisəli təhlil aparır. Am-
ma müəllifin problemi sinergetik müstəvidə “aç-
maq” təşəbbüsü tamamlanmamış qalır, daha doğru-
su, müəllif problemi “xaos” müstəvisinə keçirsə də,
nizam məqamına gəlib çatmır. Bu cəhdlər yaxşı ki,
müəllifin sonrakı əsərlərində də davam etdirilir.
“Autopoyezis və sinergetika...” kitabında F.Qurba-
nov elmin “sistem çərçivəsindən” azad olmaq cəhd-
lərindən bəhs edir.
1
Düzdür, elmi ənənəvi metod və
sistemlilik tələblərindən xilas etmək təşəbbüsü yeni
deyil; P.Feyerabendin anarxist metodologiyası məhz
bu məqsədə yönəlmişdir, amma F.Qurbanov məsələ-
yə fərqli kontekstdə, sinergetik müstəvidə baxır və
müvafiq terminologiyadan istifadə etməklə proble-
mə yeni nəfəs verir.
Azərbaycanda elmi tədqiqatların xoşagəlməz
bir ənənəsi elm haqqındakı əsərlərdə də özünü göstə-
rir. Son illərdə “elm fəlsəfəsi”, “elmin metodologi-
yası” ilə bağlı araşdırmalarda əvvəl yazılanlar, təəs-
süf ki, nəzərə alınmır və sanki hər şey sıfırdan başla-
nırmış. Belə münasibət isə ölkəmizdə bu sahədə bir
məktəb və ya heç olmasa ardıcıl tədqiqat platforma-
sının formalaşmasına imkan vermir. Bu simptom
özünü F.Qurbanovun kitablarında da göstərir. Müəl-
lif baxılan məsələyə dair rusdilli mənbələrə müraciət
1
F.Qurbanov. Autopoyezis və sinergetika: sosial təşəkkül
metaforaları. Bakı, Adiloğlu, 2007, s. 10-41.
Elmşünaslıq və onun genezisi
81
etsə də, 80-ci illərdə Azərbaycanda aparılmış tədqi-
qatlardan
1
ya xəbərsizdir, ya da özünü xəbərsiz kimi
aparır. Təəssüf ki, bu cəhət digər azərbaycanlı tədqi-
qatçılar üçün də səciyyəvidir və az qala ölkəmizdə
yaranan xüsusi üsluba – özümüzü görməzlik sindro-
muna çevrilmişdir. Məsələn, F.Qurbanovdan sonra
bu mövzuya müraciət edən C. Əhmədli, Z.Məmməd-
əliyev, Ə.Məmmədov, V.İsmayılov və s. də əsasən
rusdilli ədəbiyyata müraciət edərək, həmin sahədə
ölkəmizdə aparılan heç bir tədqiqatı, o cümlədən,
F.Qurbanovun yuxarıda adını çəkdiyimiz əsərlərini
nəzərə almırlar.
2
Bunu da qeyd etmək yerinə düşərdi ki, elmi id-
rakın forma və metodları ilə əlaqədar uzun müddət-
dir ki, tədqiqat aparan professor Əziz Məmmədov
son kitabında elmin rasional idrakla bağlı aspektləri-
ni kifayət qədər geniş işıqlandırsa da, elm anlayışına,
onun mahiyyətinə və yaranması tarixinə aid müla-
hizələrində köhnəlmiş, artıq çoxdan təkzib olunmuş
mülahizələri təkrarlayır,
1
bəzən yenə də marksizm
1
S. Xəlilov. Elmin tədqiqinin məntiqi-qnoseoloji aspekti //
Azərbaycan SSR EA Xəbərləri. “Tarix, fəlsəfə və hüquq”
seriyası, 1986, № 1 və № 2.
2
Bax, məs.: C.Əhmədli. Nəzəriyyə, onun tipləri və funksi-
yaları. Bakı, Diplomat, 2008; Z.Məmmədəliyev. Fəlsəfə və elm
// İqtisadiyyat fəlsəfəsi. Bakı, İqtisad Universiteti, 2009, s. 13-
60; Ə.B.Məmmədov, V.İ.İsmayılov, F.Ə.Məmmədov. Rasional-
lıq və qeyri-rasionallıq. Bakı, “Elm”, 2010.
1
Ə.B.Məmmədov, V.İ.İsmayılov, F.Ə.Məmmədov. Rasional-
|