Elm yarandıqdan sonra hər şey



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7964
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
Elm anlayışı  

 

 



147

ya da bu prosesin tormozlanması üçün bir vasitə ki-

mi çıxış edir. 

Lakin göstərilən mərhələlərdəki sosial əlaqələ-

rin  heç  də  hamısı  elm  sisteminə  şamil  edilə  bilməz. 

Burada  bilavasitə  elmi  fəaliyyətin  öz  daxili  tərəfləri 

ilə  bağlı  olan  sosial  münasibətləri  çıxdıqdan  sonra 

qalan  münasibətlər  əslində  elmin  digər  fəaliyyət  sa-

hələri  ilə  əlaqəsini  təmin  etməyə  yönəldilmişdir. 

Yalnız  bu  əlaqələrin  hesabına  elm  tam  müstəqil, 

ictimai mühitdən təcrid edilmiş sahə olmayıb, vahid 

bütöv ictimai tərəqqi prosesinin ayrılmaz tərkib his-

səsini  təşkil  edir.  Doğrudur,  “elmin  sosiologiyası” 

adı  altında  baxılan  mərhələlərin  hamısı  tədqiq  olu-

nur. P.A.Raçkovun yazdığı kimi “elmin sosiologiya-

sının əsas məsələləri, hər şeydən əvvəl elmin ictimai 

təbiətini,  onun  sosial  quruluşunun  spesifikasını,  ha-

belə  müxtəlif  ictimai-iqtisadi  formasiya  şəraitində 

onun  cəmiyyətə  əks-təsirinin  xarakterini  açmaqdan 

ibarətdir”.

1

  Lakin  bu  məsələlər  təkcə  sosial  “elm” 



sisteminin deyil, habelə bu sistemin başqa sosial sis-

temlərlə əlaqələrinin, aralıq sahələrin və s.-in də öy-

rənilməsini  əhatə  edir.  Bizcə,  elmin  özünün  sosial 

aspektdə  tədqiqi,  sosial  sərhədlərinin  və  tərkib 

elementlərinin  müəyyənləşdirilməsi  problemi  elmin 

sosiologiyası miqyasında aparılan tədqiqatlara nəzə-

                                                 

1

 П.А.Рачков. Науковедение. М., 1974, с. 59. 



Elmşünaslığa giriş 

 

148



rən  xeyli  konkretdir  və  buraya  yuxarıda  təsnif  etdi-

yimiz mərhələlərdən yalnız ikincisi daxil ola bilər. 

İstər  elmin  predmetinin  ictimai  inkişaf  səviy-

yəsinin tələblərinə uyğun surətdə dəyişilməsi, istərsə 

də elmin nəticələrinin ictimai-iqtisadi tətbiqləri ayrı-

ca,  nisbi  müstəqil  tədqiqat  sahələrinin  mövzusunu 

təşkil edir. 

Sosial  “elm”  sisteminin  və  ya  başqa  sözlə 

“elm” sisteminin sosial quruluşunun öyrənilməsi isə 

ümumiyyətlə  götürdükdə  elmi  fəaliyyət  sahəsində 

müxtəlif sosial təbəqə və qrupların çalışması və bun-

lar  arasındakı  qarşılıqlı  əlaqə,  habelə  bu  daxili  ic-

timai ünsürlərin ictimai-iqtisadi quruluşla əlaqəsi və 

s.  bu  kimi  problemləri  əhatə  edir,  Burada  bir  cəhəti 

xüsusilə fərqləndirmək lazımdır ki, “sosial” sözünün 

geniş  və  konkret  mənalarda  işlədilməsi  və  bu  müx-

təlif mənaların eyni sözlə ifadə olması baxılan prob-

lemin şərhində bəzi dolaşıqlıqlar yaradır. Məsələ bu-

rasındadır  ki,  “elm”  sisteminin  sosial  quruluşundan 

danışarkən biz “sosial” sözünü konkret mənada işlə-

dirik  və  buraya  elmin  öz  ictimai  təbiətindən  doğan 

problemləri  daxil  etmirik.  Lakin  bir  sıra  ədəbiyyat-

larda “sosial” və «ictimai» sözləri qarışdırıldığından 

məsələnin  qoyuluşu  xeyli  dərəcədə  dolaşıq  xarakter 

daşıyır. Məsələn, P.A.Raçkovdan yuxarıda gətirdiyi-

miz  iqtibasda  elmin  ictimai  təbiətindən  danışılırdısa 

həmin  əsərdəcə  eyni  mənada  elmin  sosial  təbiətin-

dən danışılır. Halbuki, “sosial” anlayışı konkret mə-



Elm anlayışı  

 

 



149

nada başa düşülərsə elm heç vaxt belə bir mahiyyətə 

malik  olmamışdır.  Doğrudur,  müxtəlif  dövrlərdə, 

müxtəlif  ictimai-iqtisadi  formasiyalarda  elmi  fəaliy-

yət  sahəsində  çalışan  adamların  sosial  tərkibi  və  s. 

müxtəlif  olmuşdur.  Lakin  bu  heç  də  elmin  təbiətini 

müəyyən edən əsas cəhət deyil. Elmin ictimai təbiəti 

isə onun nailiyyətlərinin ayrıca fərdlərin deyil, onla-

rın  birgə  fəaliyyətinin,  elmi  kommunikasiyaların 

(eyni bir problemi tədqiq edən elmi işçilər qrupunun 

əməkdaşlığı, biri digərinin nəticələrindən istifadə et-

məsi  və  s.),  habelə  bir  nəslin  əldə  etdiyi  elmi  nə-

ticələrin  digər  nəsillərə  ötürülməsi  prosesinin  sayə-

sində  əldə  edildiyini  göstərir.  Göründüyü  kimi,  elm 

üçün  zəruri  şərt  olan  bu  cəhətlər  heç  də  sosial  xa-

rakter  daşımayıb,  ictimai  münasibətlərin  digər,  özü-

nəməxsus sahəsini əks etdirir. 

 

 



 

 

 

 

 

  

Elmlərin təsnifatı 

 

 



Elmlərin təsnifatı və onun təşkilatlanması pro-

sesi  sıx  surətdə  əlaqədardır.  Belə  ki,  elm  vahid,  bü-

töv  koqnitiv  sistem  kimi  formalaşmadığına,  bir  çox 

xüsusi elmləri, fənləri, ixtisasları tədqiqat istiqamət-

lərini özündə birləşdirdiyinə görə və bu sahələr ara-

sında  hələ  kifayət  dərəcədə  məsafə  olduğuna  görə, 

əvvəlcə  onların  hər  birinin  ayrılıqda  strukturlaşma-

sına  və  institutlaşmasına  ehtiyac  olur.  Təbii  ki,  bir 

kimyaçının  ədəbiyyatçı  və  ya  astronomların  işindən 

xəbər tutmasına ehtiyac olmaya da bilər, amma kim-

yaçıların  hazırda  nə  ilə  məşğul  olduğunu,  hansı 

problemlərin gündəmdə olduğunu bilməsi tələb olu-

nur. Xüsusən, hər bir elm adamının özünün tədqiqat 

apardığı dar ixtisas sahəsində bütün dünya miqyasın-

da  görülən  işlərdən  xəbərdar  olması  şərtdir.  Yəni  o, 

virtual şəkildə də olsa həmin ixtisas üzrə alimlər bir-

liyinin üzvü olmalıdır.  

Hər  bir  yeni  elmi  nəticə  müvafiq  sahədəki 

biliklər  sisteminə  daxil  edilməli  və  bu  birlik  daxi-


Elmlərin təsnifatı  

 

 



151

lində  hamının  ümumi  sərvətinə  çevrilməlidir.  Əs-

lində  söhbət  elmlərin  və  ya  fənlərin,  ixtisasların 

koqnitiv  institutlaşması prosesindən  gedir.  Lakin  bu 

proses  gec-tez  müvafiq  sosial  institutlaşma  ilə  ta-

mamlanmalıdır.  Çünki  elmi  məzmun  müstəvisində 

kommunikasiyanın  təmin  edilməsi  üçün  hər  hansı 

problem və ya ixtisas üzrə mütəxəssisləri formal su-

rətdə birləşdirən və onların əlaqəsini təmin edən so-

sial  vasitələr  olmalıdır. Alimlər  adətən  müəyyən  bir 

jurnal  ətrafında  birləşir.  Dünya  miqyasında  eyni  ix-

tisas üzrə bir neçə jurnal çap olunursa onların hamısı 

birləşdirici  amil  kimi  çıxış  edir.  Bundan  başqa  elm 

və  ixtisas  sahələri  üzrə  assosiasiyalar,  ictimai  təşki-

latlar, dərnəklər, seminarlar da bu funksiyaya xidmət 

edir. Amma ən vacib olan və daha sıx birliyin təmin 

olunmasına xidmət edən müvafiq ixtisas üzrə fakül-

tələr,  kafedralar,  laboratoriyalardır.  Keçmiş  SSRİ-

dən  qalan  ənənəni  davam  etdirən  bəzi  ölkələrdə 

Elmlər  Akademiyaları  və  müvafiq  institutlar,  böl-

mələr  fəaliyyət  göstərir  ki,  əslində  bunlar  müvafiq 

ixtisas  sahələri  üzrə  alimlərin  daha  sıx  surətdə  tə-

mərküzləşməsinə imkan yaradır. Amma bir ölkə da-

xilində sıx birləşmək yetərli olmur. Ona görə də elmi 

institutlaşma  beynəlxalq  miqyasda  həyata  keçməli, 

bütün  dünyadakı  müvafiq  institutlar,  fakültələr  və 

kafedralarla əlaqə  yaradılmalıdır. Bu problemi təhlil 

edən  R.Uitli  diqqəti  koqnitiv  institutlaşma  ilə  sosial 

institutlaşma arasında əlaqəyə yönəldir. Onun fikrinə 


Elmşünaslığa giriş 

 

152



görə,  sosial  təşkilatlanma  olmasa,  alimlər  öz  arala-

rında elmi informasiya  mübadiləsi apara bilməsələr, 

elmin koqnitiv müstəvidə institutlaşması və müstəqil 

fənlərin  yaranması  da  mümkün  olmaz.

1

  Uitli  belə 



hesab  edir  ki,  Kun  hər  bir  elmdə  vahid  bir  paradiq-

manın olduğunu iddia etsə də, əslində fərqli koqnitiv 

strukturlar  mövcud  olur  və  onlar  arasında  eninə  və 

dərininə  əlaqələr  yaranır.  Yəni  müxtəlif  struktur  sə-

viyyələrindən danışmaq mümkündür.

2

  



Lakin elmin fənlərə ayrılması və hər fənnin öz 

daxili bölgüsü çox şərti və bəzən mübahisəli olduğu 

kimi,  sosial  institutlaşma  və  təşkilati  forma  məsə-

lələrində də uyğun problemlər yaranır. Əslində vahid 

dəyişməz  təsnifat  aparıla  bilməz,  çünki  elmin  daxili 

dinamikası buna imkan vermir. Zaman keçdikcə bəzi 

ixtisas  sahələri  arxa  plana  keçir  və  yeniləri  yaranır. 

Bu proses müxtəlif bilik sahələrinin yaxınlaşması və 

kəsişmə  bölgəsində  yeni  problemlərin  üzə  çıxması 

sayəsində həyata keçə bildiyi kimi, eyni bir sahənin 

nəzəri  və  tətbiqi  səviyyələri  arasında  körpü  atılması 

sayəsində də həyata keçə bilər. Məsələn, psixiatriya-

nın  nisbi  müstəqil  şəkildə  institutlaşmasını  M.Fuko 

belə təsvir edir: “Qərarlaşdığı dövrdə, yəni XVIII əs-

rin sonu - XIX əsrin əvvəllərində psixiatriya ümumi 

                                                 

1

  Whitley  R.  Cognitive  and  social  institutionalization  of 



scientific and research areas. – In: Social Process of Scientific 

Development. Ed. By R. Whitley. London., 1974, p. 69-95. 

2

 Yenə orada, səh. 71. 



Elmlərin təsnifatı  

 

 



153

təbabətin ixtisaslaşmış sahəsi deyildi. XIX əsrin əv-

vəllərində, elə sonralar da, bəlkə lap XX əsrin ortala-

rınadək  psixiatriya  tibbi  biliyin  və  ya  nəzəriyyənin 

xüsusi  bir  sahəsindən  çox,  ictimai  gigiyena  sahəsi 

kimi  fəaliyyət  göstərirdi.  Təbabətin  bir  bölməsinə 

çevrilməzdən  əvvəl,  psixiatriya  sosial  müdafiə,  xəs-

təlik  və  ya  xəstəliklə  birbaşa,  ya  da  dolayı  surətdə 

bağlı  olan  hadisələr  üzündən  cəmiyyətin  qarşılaşa 

biləcəyi hər hansı bir təhlükədən müdafiə sahəsi ki-

mi  institutlaşmışdır.  Psixiatriya  bir  növ  sosial  profi-

laktika,  bütövlükdə  ictimai  bədənin  gigiyenası  kimi 

institutlaşırdı”.

1

 M.Fuko psixiatriyanın elm kimi for-



malaşması yolunda bu sahədə elmi jurnal nəşr olun-

masını  mühüm  bir  mərhələ  kimi  qeyd  edir.  O  yazır 

ki, psixiatriyanın əsaslı tibbi bilik sahəsi kimi forma-

laşması  və  elmi  instituta  çevrilməsi  üçün,  bir  tərəf-

dən, onun predmetinin, yəni əqli xəstəliklərin çeşidi-

nin müəyyənləşdirilməsi, digər tərəfdən də, müvafiq 

sosial təşkilatlanma tələb olunur.

2

  



Eyni  bir  predmetin  müxtəlif  elmlərin  tədqiqat 

obyektinə  çevrilməsi  düyün  nöqtəsində  sıxlığın  art-

masına  gətirir.  Sanki  bir  mənzərə  fərqli  dillərdə  və 

ya  müxtəlif  sənət  vasitələri  ilə  təsvir  olunur.  Fərqli 

elmlərin  eyni  predmeti  müxtəlif  rakurslarda  və 

struktur  səviyyələrində  öyrənməsi  bir  şeydir,  həmin 

predmetin  elmdən  fərqli  sahələr  tərəfindən    mənim-

                                                 

1

 М.Фуко. Ненормальные. СПб., Наука, 2005, с. 149. 



2

 Yenə orada, s. 149-150. 



Elmşünaslığa giriş 

 

154



sənilməsi  –  başqa  bir  şey.  Bu  halda  metodlar  da 

fərqli olur. 

 Eyni  bir  hadisə  haqqında  alimin,  rəssamın, 

bəstəkarın  və  şairin  yaratdığı  təəssüratların  toplan-

masından  əldə  edilən  yekun  təsəvvür  heç  də  daha 

mükəmməl  olmayıb,  əslində  eklektik  səciyyə  daşı-

yır;  yəni  onun  vahid  ahəngi  yoxdur.  Ona  görə  də, 

qarşıda duran vəzifə hər üç təsvir üslubunu və ya hər 

üç  dili  ehtiva  edən  universal  bir  modelin  yaradıl-

masından  ibarət  olur.  İnsanın  idrak  fəaliyyəti  eyni 

vaxtda  psixologiyanın,  qnoseologiyanın  və  neyrofi-

ziologiyanın  predmeti  olmaqla  bərabər,  sanki  onun 

kənardakı bir modelini, süni intellekti öyrənən infor-

matika və kibernetikanın da predmeti olur. Bu fərqli 

elm  sahələri  nəinki  vahid  bir

 

elmdə  birləşmir,  əksi-



nə, birləşmə yerində, düyün nöqtəsində yeni bir elm 

sahəsinin  yaranma  tendensiyası  hiss  olunur.  Pensil-

vaniya  Universitetinin  professoru  Gary  Hatfield  bu-

nu  “beyin  haqqında  yeni  elm

1

,  Dr.  Brian  L.Keeley 



isə  neyroetologiya 

2

  adlandırır.  V.F.Venda  isə  təbii 



və süni intellekti bir müstəvidə öyrənən elmin pred-

                                                 

1

  G.  Hatfield.  The  Brain’s  “New”  Science:  Psychology, 



Neuropsychology  and  Constraint  //  Philosophy  of  Science, 

2000, suppl. to  vol. 67, Num. 3. 

2

  Brian  L.Keeley.  Neuroethology  and  the  Philosophy  of 



Cognitive  Science  //  Philosophy  of  Science,  2000,  suppl.  to  

vol. 67, Num. 3. 



Elmlərin təsnifatı  

 

 



155

metini  “hibrid  intellekt”  termini  ilə  ifadə  edir.

1

  Bir 

sözlə, intellekt özü intellektin predmeti kimi, çoxşa-

xəli  bir  problem  kimi  çoxlu  müxtəlif  fənlərin  kəsiş-

mə  nöqtəsində  dayanaraq  elmin  düyünlərindən  biri-

nə  çevrilmişdir.  İndi  bu  düyündən  haçalanan  yeni 

fənlərin  kontekstində  müvafiq  olaraq  intellektin  in-

tensivliyini  ölçmək  üçün  İQ,  emosional  intellektin 

səviyyəsini ölçmək üçün EQ və yaradıcı intellektual-

lığın qiymətləndirilməsi üçün CQ testləri hazırlanır.

2

 



Yəni  intellekt  hər  dəfə  bir  rakursda  və  ya  fərqli  kə-

sişmə  nöqtələrində  nəzərdən  keçirilir.  Kibernetika-

nın  əsasını  qoyan  N.Viner  elə  kitabının  adındaca 

həm  maşınların,  həm  də  canlıların  idarə  olunması 

sistemini  əhatə  edir.

3

  Kibernetikanın  digər  elmlərlə 



əlaqələri  və  əlaqədən  yaranan  yeni  tədqiqat  istiqa-

mətləri indi də geniş planda tədqiq olunmaqdadır.

4

  

                                                 



1

 В.Ф.Венда. Системы гибридного интелекта: Эволюция, 

психология, информатика. М., Машиностроение, 1990.  

2

 Г.Алдер. CQ или мускулы творческого интеллекта, М., 



Гранд, 2004, с. 17. 

3

  Н.Винер.  Кибернетика  или  управление  и  связь  в  жи-



вотном и машине. М., Наука, 1983. 

4

 Bax,  məs.: А.В.Брушлинский. Психология мышления  и 



кибернетика. М., «Мысль», 1970; В.Н.Пушкин. Психология 

и  кибернетика.  М.,  «Педагогика»,  1971;  «Искуственный 

интеллект» и психология. М., «Мысль», 1976; Д.И.Дубров-

ский. Информация, сознание, мозг. М., Высш. школа, 1980; 

В.Ю.Крылов,  Ю.И.Морозов.  Кибернетические  модели  и 

психология.  М..  Наука,  1984;  М.А.Холодная.  Психология 

интеллекта. СПб., «Питер», 2002.  


Elmşünaslığa giriş 

 

156



Ənənəvi elmlər, fizika, kimya, biologiya və s.-

in predmeti çox geniş sahələri  əhatə edir. Amma za-

man  keçdikcə,  elmlər  diferensiallaşır,  budaqlar  şa-

xələnir, sahələr daralır. Müəyyən problemlər aktual-

laşır  və  onların  tədqiqi  üçün  kifayət  qədər  alimlər 

qrupu  cəmləşir,  müvafiq  institutlaşma,  sosial  təşki-

latlanmalar gedir. Digər  tərəfdən də,  elmlərin kəsiş-

mə nöqtələrində problemlər üzrə tədqiqat mərkəzləri 

yaranır.  Biz  yuxarıda  “intellekt”  mövzusunu  belə 

fənlərarası bir problem kimi nəzərdən keçirdik. Elə-

cə də, “insan” bir bütöv obyekt kimi müxtəlif elmlə-

rin  predmetinə  daxil  olur,  insanşünaslıq  mərkəzləri 

yaranır.

 

İnsan fenomenini bir küll halında öyrənmək 



cəhdləri  göstərilir.

1

  Lakin  insan  haqqında  biliklərin 



bir yerə cəmlənməsi hələ bütöv fənnin formalaşması 

deyil.  Bu  cür  məcmuələr  olsa-olsa  kollektiv  mono-

                                                 

1

 Bax,  məs.: Т. де Шарден. Феномен человека. М., Нау-



ка,  1987;  М.Шелер.  Положение  человека  в  Космосе  // 

Проблема  человека  в  западной  философии.  М.,  «Про-

гресс»,  1988;  А.Печчеи.  Человеческие  качества.  М.,  «Про-

гресс»,  1985;  В.Франкл.  Человек  в  поисках  смысла.  М., 

«Прогресс»,  1990;  Н.Моисеев.  Человек  и  ноосфера.  М., 

Мол.гвардия.  1990;  В.П.Казначеев,  Е.А.Спирин.  Космопла-

нетарный феномен человека: проблемы комплексного изу-

чения. Новосибирск, Наука, 1991; В.Дильтей. Воззрение на 

мир и исследование человека со времен Возрождения и Ре-

формации.  М.-Иерусалим,  Унив.  книга  Gesharim,  2000; 



Ч.Х.Кули.  Человеческая  природа  и  социальный  порядок. 

М.,  Идея-пресс,  2000;  Д.Дьюи.  Проблемы  человека  //  Ре-

конструкция  философии.  Проблемы  человека.  М.,  Рес-

публика, 2003 və s.  



Elmlərin təsnifatı  

 

 



157

qrafiya


1

,  toplu


2

,  lüğət  və  ya  ensiklopediya

3

  halında 



olur. İnsanın ayrı-ayrı rakurslarda deyil, bütövlükdə, 

vahid funksional bir sistem kimi nəzərdən keçirilmə-

si nəticə etibarilə yeni bir fənnin yaranmasına gətirə 

bilərdi.  V.A.Lektorski  yazır:  “Elmlər  sistemi  içəri-

sində insan problemindən danışarkən etiraf etmək la-

zımdır ki, insan haqqında vahid termin hələ yoxdur; 

olsa-olsa  mozaik,  bir-birilə  heç  də  həmişə  əlaqələn-

məyən tədqiqatlardan söhbət gedə bilər. Biz hələ in-

di-indi  üzərində  insan  haqqında  gələcək  elmi  qur-

maq üçün vahid ümumi əsaslar yaratmağa cəhd gös-

təririk”.

4

 Doğrudan da, bu sahədəki  elmi tədqiqatla-



rın  inkişaf  dinamikasının  izlənməsi  göstərir  ki,  sis-

tem bütövləşmədən parçalanır. “Şəxsiyyət” problemi 

ayrılaraq  fəlsəfə,  sosiologiya  və  psixologiyanın  kə-

sişmə  xəttində  nisbi  müstəqillik  kəsb  edir.

1

  Amma 


                                                 

1

  Bax,  məs.:  Человек  и  его  бытие  как  проблема  совре-



менной  философии.  М.,  Наука,  1978;  Человек  в  системе 

наук. Отв. ред. И.Т.Фролов. М., Наука, 1989.  

2

 Проблема человека в западной философии. М.,  «Про-



гресс», 1988; Человек: Мыслители прошлого и настоящего 

о  его  жизни,  смерти  и  бессмертии.  Древний  мир  –  эпоха 

Просвещения. М., Политиздат, 1991. 

3

  Bax,  məs.:  Ю.Г.Волков,  В.С.Поликарпов.  Человек: 



Энциклопедический словарь. М., Гардарики, 2000.  

4

  В.А.Лекторский.  Человек  как  проблема  единого  ис-



следования  //  Человек  в  системе  наук.  Отв.  ред.  И.Т.Фро-

лов. М., Наука, 1989. 

1

 Э.В.Ильенков. Что же такое личность? // С чего начи-



нается личность. М., Политиздат, 1983;  В.И.Толстых.  Че-

ловек человечества // С чего начинается личность. М., По-



Elmşünaslığa giriş 

 

158



bu sahə də bütövləşmədən parçalanır və bəzi istiqa-

mətlər,  məsələn,  “şəxsiyyətin  psixologiyası”,  nisbi 

müstəqil  fənn,  yaxud  Lakatosun  termini  ilə  desək, 

tədqiqat proqramı kimi formalaşır.

1

  

Antropologiya artıq çoxdandır ki, müstəqil bir 



fənnə çevrilmiş və hətta onun öz daxili tədqiqat isti-

qamətləri də nisbi müstəqillik əldə etmişdir. Bölgüyə 

görə,  indi  insanı  cəmiyyət  və  mədəniyyət  rakursla-

rında nəzərdən keçirən sahələr sosial-kulturoloji an-

tropologiya  fənnində  birləşir.  İnsanı  fiziki  varlıq 

kimi  öyrənən  sahələr  –  fiziki  antropologiyada,  daha 

geniş  planda,  ruh  və  bədənin  vəhdəti  kimi  öyrənən 

sahə  isə  –  fəlsəfi  antropologiya  adlanır.  Amma  bu 

sahələr  özü  də,  bir  tərəfdən,  təmərküzləşərək  vahid 

antropologiya elmini təşkil etsə də, bu düyündən da-

ha  geniş  şəbəkəli  budaqlanma  gedir  və  çoxlu  sayda 

konkret  antropoloji  fənlər  yaranır:  linqvistik,  koqni-

tiv,  tarixi,  iqtisadi,  siyasi,  hüquqi  və  s.  antropologi-

yalar.


1

  Düzdür,  Azərbaycanda  və  azərbaycanlı  oxu-

cuların bələd olduğu Rusiya mətbuatında sosial (kul-

                                                                                       

литиздат, 1983;  Л.Хьелл, Д.Зиглер. Теории личности. СПб., 

«Питер», 1997; К.С.Холл, Г.Линдсей. Теории личности. М., 

«КСП+», 1997; Психология личности. В 2-х томах. Самара, 

Изд. Дом. «Бахрах», 1999. 

1

  Д.Фейдимен,  Р.Фрейгер.  Теория  и  практика  личност-

но-ориентированной  психологии.  Сост.:  Р.Р.Кашапов.  М.,. 

1995  Г.Айзенк.  Структура  личности.  М.,  «КСП+»,  1999; 

В.Райх. Анализ личности. М., «КСП+», 1999.  

1

 unesdoc.unesco.org/images/0008/000829/082946eb.pdf  



Elmlərin təsnifatı  

 

 



159

turoloji)  antropologiyaya  aid  məsələlər  əsasən  “kul-

turologiya” adı altında araşdırılır, amma son vaxtlar-

da  dünyada  qəbul  olunmuş  təsnifata  uyğun  olaraq 

antropologiya  terminindən  də  istifadə  olunur  və  bu 

adda kitablar da yazılır.

1

 Lakin təəssüf ki, ölkəmizdə 



hələ də ancaq kulturologiya adı istifadə, çox vaxt da 

sui-istifadə  olunur,  antropologiya  kölgədə  qalır,  bu 

sahədəki  bir  sıra  fundamental  problemlər  tədqiqat-

dan kənarda qalır.  

Belə düyün sahələrindən biri də təhsildir. Təh-

sil  sisteminin  cəmiyyətdə  yerinin  və  özünəməxsus 

funksiyalarının öyrənilməsi sosial fəlsəfənin və sosi-

ologiyanın predmetinə aiddir. Təhsil sistemində ida-

rəetmə məsələləri menecmentin sahələrindən biridir. 

Təhsilin maddi-texniki baza ilə təmin olunması, təh-

sil  müəssisələrinin  infrastrukturunun  formalaşdırıl-

ması,  təhsilin  maliyyələşdirilməsi  və  s.  bu  kimi 

problemlər  də  əslində  iqtisadiyyatın  predmetinə 

daxildir.  

Beləliklə,  təhsilin  fəlsəfəsi,  təhsilin  sosiologi-

yası,  təhsil  menecmenti,  təhsilin  iqtisadiyyatı  və  s. 

bu  kimi  nisbi  müstəqil  tədqiqat  sahələri  formalaşır 

ki, bunlar da müstəqil bir elm olmayaraq, fəlsəfə, so-

siologiya,  menecment  və  iqtisadiyyat  fənlərinin 

                                                 

1

 Bax, məs.: В.Феллер.  Введение в историческую антро-



пологию. Опыт решения логической проблемы философии 

истории.  М.,  КНОРУС,  2005;  Э.А.Орлова.  Культурная  (со-

циальная) антропология. М., Академический проект, 2004.  



Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin