Elm yarandıqdan sonra hər şey



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7964
1   ...   9   10   11   12   13   14   15   16   ...   28
Elmşünaslığa giriş 

 

214



ciət etdiyi statistikaya görə, XVI əsrə qədər Avropa-

da ildə təqribən 1000 adda kitab çıxırdı. Başqa sözlə, 

bütöv  bir  əsr  ərzində  cəmi  100 000  kitab.  1950-ci 

ilin  hesablamalarına  görə  isə,  cəmi  bir  ildə  120 000 

kitab  çap  olunurdu,  60-cı  illərdə  artıq  gündə  1000 

kitab! E.Tofflerin hesablamalarına görə, dünya miq-

yasında  elmi-texniki  ədəbiyyat  hər  il  60  milyon  sə-

hifə  artmaqdadır.

1

  Amma  bunlar  ancaq  kəmiyyət 



göstəriciləridir.  

XX  əsrin  60-cı  illərində  elmi  işlərin  keyfiyyət 

göstəricilərini  rəqəmlərlə  ifadə  edə  bilmək  üçün 

E.Qarfildin təşəbbüsü ilə yaradılan Elmi İnformasiya 

İnstitutunda  iqtibasların  sayına  görə  dərəcələnmə 

sistemi  tətbiq  olundu.

2

  Əlbəttə,  bu  sistemin  üstün-



lükləri çoxdur. Amma real elmilik dəyərini bu  yolla 

dəqiq ölçmək mümkün deyil. Elm tarixində elə hal-

lar  olmuşdur  ki,  böyük  elmi  ideyalar  uzun  müddət 

digər  tədqiqatçıların  diqqətindən  kənarda  qalmışdır. 

Yəni  Qarfildin  indeksasiya  sistemi  elmi  işin  dəyəri-

ni,  elmin  inkişaf  səviyyəsini  ölçməkdən  daha  çox, 

“elmi dəbin” tendensiyasını müəyyənləşdirmək üçün 

səmərəlidir. 

                                                 

1

 Э.Тоффлер. Шок будущего. М., АСТ, 2008, с. 43-44. 



2

  E.Garfield,  I.  H.  Sher.  New  Factors  in  the  Evaluation  of 

Scientific  Literature  Through  Citation  Indexing  //  American 

Documentation.  1963.  Vol.  14,  No.  3.  p.  195–201;  B.  Jin., 



B.Wang.  Chinese  Science  Citation  Database:  Its  construction 

and application // Scientometrics. 1999. Vol. 45, Iss. 2. p. 325–

332. 


Elmin inkişaf qanunauyğunluğu  

 

 



215

Bibliometriya  və  kitabxanalarda  elektron  re-

sursların  idarə  olunması  üzrə  tanınmış  mütəxəssis 

V.V.Pislyakov  yazır:  “İqtibas  (sitat)  gətirmələrin 

strukturunun  təhlilinin  və  bibliometrik  göstəricilərin 

təyininin əsasını vaxtaşırı mətbuat üzrə məlumatların 

“iqtibas”  bazası  təşkil  edir.  Burada  yalnız  jurnal 

nəşrləri  haqqında  biblioqrafik  məlumatlar  (müəllif, 

başlıq,  jurnalın  adı,  il,  cild,  buraxılış,  səhifələr)  de-

yil,  həmçinin  məqalədə  iqtibas  gətirilən  ədəbiyyatın 

siyahısı toplanır. Bu, həm hər hansı bir məqalədə iq-

tibas gətirilən nəşrləri, həm də bu məqalədən iqtibas 

gətirən  nəşrləri  tapmağa  imkan  verir.  Bu  yolla  isti-

fadəçi  onu  maraqlandıran  məsələ  üzrə  bütün  biblio-

qrafiyanın səmərəli axtarışını həyata keçirə bilir. Ey-

ni zamanda bu cür məlumatlar bazası üzərində yara-

dılan və bütünlüklə jurnallar üzrə məlumatları birləş-

dirən xüsusi “üstqurum” mütəxəssislərə dövri nəşrlə-

rin  biblioqrafik  göstəricilərinə  çıxış  əldə  etmək  im-

kanı verir.”

1

İqtibasları saymaq mümkün olduğundan 



onun bir keyfiyyət göstəricisi kimi istifadə olunması 

başa  düşüləndir.  Lakin,  bizcə,  iqtibasların  çoxluğu 

hələ məqalənin və ya kitabın ideya orijinallığına də-

lalət edə bilməz. Belə ki, burada müəyyən bir möv-

zunun  dəbdə  olması,  müəllifin  və  jurnalın  nüfuzu 

daha çox rol oynayır.  

                                                 

1

 В.В.Писляков. Методы оценки научного знания по по-



казателям  цитирования  //  Социологический  журнал,  №  1, 

2007. 


Elmşünaslığa giriş 

 

216



Qarşıda duran problem “elmin inkişaf səviyyə-

si” anlayışını konkretləşdirmək, real inkişafın göstə-

ricilərini,  meyarlarını  müəyyən  etməkdən  ibarətdir. 

Yəni  elmin  bir  səviyyəsi  başqasından  hansı  göstəri-

ciyə  görə  üstün  sayıla  bilər?  Və  ya  başqa  sözlə,  el-

miliyin meyarları nədən ibarətdir? Bax, görünür, el-

mi tərəqqinin alt qatlarında gedən prosesləri araşdır-

maq  və  onları  rəqəmlərin,  riyaziyyatın  dili  ilə  ifadə 

etmək çətin olduğuna görə, elmşünasların böyük ək-

səriyyəti elmin üzdə olan parametrlərinin dinamika-

sını  “elmi  inkişaf”  adı  altında  araşdırmağa  üstünlük 

verdilər.  Əslində  isə  elm  ancaq  çoxölçülü  fəzada 

mürəkkəb bir sistem kimi nəzərdən keçirilə bilər. Bi-

zim ikiölçülü və üçölçülü fəzada hansı isə qanunauy-

ğunluq  tapmaq  cəhdlərimizin  reallığa  uyğun  nəticə 

verməsi ona görə mümkün deyil ki, elmin hər bir ra-

kursu özlüyündə üçölçülü sistemdir. Digər tərəfdən, 

elmin  bəzi  rakursları  skalyar  yox,  ancaq  vektorial 

kəmiyyət olaraq araşdırılmalıdır. Yəni söhbət istiqa-

mətlənmiş inkişafdan gedir. Bir çox ölkələrdə həqiqi 

böyük elm əvəzinə onun surroqatları, psevdoelmi tə-

sisatlar fəaliyyət göstərdiyindən burada “inkişaf” da 

zahiri parametrlərlə, kəmiyyət göstəriciləri ilə səciy-

yələnir. Belə ki, yeni binalar, yeni institutlar, kafed-

ralar,  laboratoriyalar,  avadanlıq  və  s.  göstəriciyə 

çevrilir.  Burada  proses  məlum  biliklərin  icmallaşdı-

rılması və “mənimsənilməsindən” ibarətdir.  


Elmin inkişaf qanunauyğunluğu  

 

 



217

Vahid yaradıcı elm sistemində isə inkişaf hətta 

yeni elmi biliklərin əldə edilməsi ilə deyil, dünyanın 

ümumi  elmi  mənzərəsinin  hər  dəfə  yenidən  qurul-

ması  ilə  səciyyələnir.  Model,  mənzərə  yenidən  qu-

rulduqda  isə,  biliklərin  kəmiyyəti  heç  bir  rol  oyna-

mır  və  əksinə,  daha  kompakt  model  üçün  onun  qu-

rulmasında istifadə olunan təməl biliklərin az olması 

daha böyük üstünlük sayılır. Başqa sözlə, elmin da-

xili  inkişaf  qanunauyğunluğu  nəinki  xətti  tənlik  və 

ya eksponent üzrə həyata keçmir, hətta ümumiyyətlə 

kəsilməz  funksional  asılılıqdan  kənara  çıxır  və  dis-

kret xarakter daşıyır. Ən sadə halda, konsentrik çev-

rələr modelini misal gətirmək olar ki, burada da radi-

usun getdikcə artması  yox, əksinə, azalması bir ten-

densiya  kimi  göstərilə  bilər.  Məzmun  rakursunda 

elm sistemini bir tam halında modelləşdirmək, vahid 

dairə ilə işarə etmək hələ ki, mümkün deyil. Nəinki 

müxtəlif  elm  sahələri  və  fənlər  bütövləşə  bilməyib, 

hətta  bir  fənn  daxilində  də  birlik  yoxdur  və  bütün 

nəzəriyyələr  vahid  bir  nəzəriyyənin,  təlimin,  prinsi-

pin  xüsusi  halları  kimi  nəzərdən  keçirilə  bilmir. 

Amma  ümumi  tendensiya  bütövləşmək  istiqamətin-

dədir.  Başqa  sözlə  desək,  “elmin  inkişaf  səviyyəsi” 

üçün  bir  meyar  da  vahidə  yaxınlaşmaq  hesab  olun-

malıdır.  

Söhbət  sadəcə  müxtəlif  fənlərin  fərqli  elm  sa-

hələrinin  yaxınlaşmasından  yox,  həm  də  empirik  və 



Elmşünaslığa giriş 

 

218



nəzəri, fundamental və tətbiqi elmlər arasında körpü-

nün daha stabil olmasından gedir.  

Empirik tədqiqatlar həm tətbiqi, həm də funda-

mental  elmlərin  strukturuna  daxil  olsa  da,  onların 

funksiyası bu fərqli elmi istiqamətlərdə fərqli səciy-

yə daşıyır. Belə ki, empirik məlumatlar fundamental 

tədqiqatlarda  ilkin  mərhələdə  iştirak  etməklə  nəzəri 

ümumiləşdirmələr üçün baza rolunu oynadığı halda, 

tətbiqi elmlərdə tədqiqatın son mərhələsində, bir növ 

elmi ideyanın yoxlanması, sınaqdan çıxarılması pro-

sesində  kara  gəlir.  Nəzəri  araşdırmalar  isə  funda-

mental  tədqiqatların  əsasını  təşkil  etdiyi  halda,  tət-

biqi elmlərdə lokal səciyyə daşımaqla, bir növ nəzəri 

işləmə,  tətbiqin  riyazi  modelləşdirilməsi  kimi  başa 

düşülə bilər. Ona görə də, elmin daxili məzmununda 

inkişafdan danışarkən, burada tədqiqatların fərqli xa-

rakteri  və  fərqli  istiqaməti  nəzərə  alınmalıdır.  Bir 

sözlə, inkişaf müxtəlif struktur bölmələrində müxtə-

lif meyarlar əsasında və  fərqli istiqamətlərdə həyata 

keçir. Deməli, hansı isə vahid inkişaf qanunauyğun-

luğundan  danışmaq  mümkün  deyil.  Və  ya  burada 

fərqli  metodologiya  və  riyazi  üsullardan  istifadə 

olunmasına ehtiyac vardır. Başqa sözlə, burada spe-

sifik  meyarlar  sistemi  olmalıdır.  Lakin  təəssüf  ki, 

elmiliyin meyarları çox vaxt “elmi biliyin” həqiqiliyi 

və  onun  sözlərlə  düzgün  ifadə  olunması  proseduru-

nun təfərrüatları çərçivəsində axtarılır.  

Vahid  ümumbəşəri  elm  sistemi  “elm  üçün 


Elmin inkişaf qanunauyğunluğu  

 

 



219

elm”  prinsipi  ilə  formalaşır.  Yəni  burada  əsas  məq-

səd  bizim  utilitar-praktik  mühitin  deyil,  elmin  özü-

nün  qarşıya  qoyduğu  problemləri  həll  etmək  oldu-

ğundan,  elmi  işlərə  qiymət  verməyin  də  meyarları 

məhz  “elm  üçün  elm”  mövqeyindən  müəyyənləşdi-

rilmişdir.  Başqa  sözlə,  burada  elmi  işə  istehsalatda 

tətbiqdən və iqtisadi faydadan daha çox, böyük miq-

yaslı elmi axtarışlarda rol oynamaq, elmin özü üçün 

faydalı  olmaq  baxımından  yanaşılır.  Bu  cəhət  məhz 

fundamental  elmlər  üçün  səciyyəvidir.  Fundamental 

tədqiqatlar tezcə öz praktik tətbiqini tapa bilmədiyi-

nə  görə,  onların  elmi  dəyərinin  qiymətləndirilməsi 

xüsusi metodika tələb edir. Bunun üçün müəyyən bir 

elmi  nəticəyə  gətirən  tədqiqat  prosesinin  spesifika-

sından  əlavə,  bu  nəticənin  elmi  biliklər  sistemində 

tutduğu yeri və yeni nəzəriyyələr üçün oynadığı po-

tensial rolu dəyərləndirmək tələb olunur.

1

  

Baxmayaraq  ki,  tətbiqi  elmlərdə  hədəf  elmin 



özündən daha çox, onun iqtisadi səmərəsidir, burada 

da  elmi  fəaliyyət  bir  neçə  mərhələni  əhatə  etdiyinə 

görə,  yekun  nəticə  alınana  qədər  aparılan  tədqiqat-

lara  ancaq  elmin  öz  meyarları  baxımından  qiymət 

verilə  bilər.  Əlbəttə,  qiymətləndirmənin  ən  etibarlı 

forması müvafiq sahə üzrə mötəbər alimlərin rəyidir. 

                                                 

1

  Daha  ətraflı,  bax:  С.С.Халилов.  Рецензия  на  книгу: 



«Проблемы  оценки  эффективности  фундаментальных  ис-

следований:  логико-методологические  аспекты»  Ю.Б.Тата-

ринова. М., Наука, 1986 // Вопросы философии. 1988. № 5.  


Elmşünaslığa giriş 

 

220



Yəni  hər  bir  elmi  iş  ekspertizadan  keçirilir,  onun 

elmi  dəyəri  məhz  həmin  sahənin  mötəbər  mütəxəs-

sisləri tərəfindən qiymətləndirilir.  

Əlbəttə,  bu  üsul  daha  etibarlı  olardı,  o  zaman 

ki,  mənəvi  mühit  sağlam  olaydı,  yəni  elmi  tələblər 

yeganə  meyar  olaydı.  Ölkəmizdə  və  ümumiyyətlə 

Şərq  dünyasında  elmin  dəyərləndirilməsini  çətinləş-

dirən  ən  mühüm  məsələlərdən  biri  məhz  obyektiv 

münasibətin və prinsipiallığın çatışmamasıdır. Görü-

nür  bu  səbəbdən  də  daha  çox  dərəcədə  formal  gös-

təricilərə,  texniki  şərtlərə  üstünlük  verilir.  Xüsusən 

elmi  dərəcə  verilməsi  zamanı  formalizm  mahiyyəti 

üstələyir və nəticədə istedadlı adamların  elmə gəlişi 

çətinləşir.  

Maraqlıdır  ki,  ölkəmizdə  dissertasiya  işlərinə 

qoyulan  tələblər  sovet  və  Rusiya  ənənələrinə  uyğun 

olaraq  bütün  qiymətləndirmə  formalarını  əhatə  edir. 

Yəni  elmi  işdən  həm  yeni  ideya,  həm  kommunika-

siya  (beynəlxalq  elm  şəbəkəsinə  daxil  olmaq),  həm 

aprobasiya,  həm  də  tətbiqi  nəticələr  tələb  olunur. 

Tələblərin bu cür müəyyənləşdirilməsi Rusiyada indi 

də  davam  edən  elmilik  meyarlarına  əsaslanır.

1

  Yəni 


dissertasiya  işi  böyük  elm  sisteminin  modelinə  uy-

ğun  surətdə  təsəvvür  olunur.  Halbuki,  hər  bir  kon-

kret tədqiqat əsəri böyük elm sisteminin əhatə etdiyi 

bütün mərhələləri özündə əks etdirə bilməz. O yalnız 

                                                 

1

  Bax,  məs.:  Б.А.Райзберг.  Диссертация  и  ученая  сте-



пень. Пособие для соискателей. М., ИНФРА-М, 2004. 

Elmin inkişaf qanunauyğunluğu  

 

 



221

böyük  zəncirin  müəyyən  bir  halqasına  uyğun  gələ 

bilər. Bu baxımdan, özlüyündə lokal, bitmiş bir sis-

tem olan tədqiqat əsəri – dissertasiya işi əslində bö-

yük sistemin bir hissəsi kimi heç nəyə lazım olmur. 

Ona görə də, əksər hallarda dissertasiya işlərinin ar-

xivə getməkdən başqa bir aqibətini görmək çətindir. 

Halbuki,  elm  adamının  səviyyəsi  böyük  elmə  qatıl-

ma  dərəcəsi  və  bu  prosesdə  rolu  ilə  müəyyənləşdi-

rilməlidir. Bizim ölkədə isə ən böyük kəşf də etsən, 

elmi  ideyanın  nəticələri  həqiqətən  tətbiq  olunaraq 

böyük iqtisadi səmərə də gətirsə, ən mötəbər jurnal-

larda  məqalələrin  də  çıxsa  (amma  bu  məqalələrin 

sayı bəlli rəqəmdən az olsa, elmi dərəcə ala bilməz-

sən.  Çünki  bunun  üçün  ancaq  formal  bir  prosedur 

yolu keçilməli, bütöv elm modeli imitasiya olunma-

lıdır. Bəli, elm olmayanda onun yerini imitasiyası tu-

tur. Və belə bir şəraitdə ara-sıra böyük elmi işlər gö-

rülürsə,  onlar  da  imitasiya  formalizminin  baryerini 

keçə bilmir.  

Bu dediklərimiz ancaq dissertasiyalara qoyulan 

tələblərlə  bağlı  deyil.  Burada  heç  olmasa,  müəyyən 

meyarlar  və  tələblər  vardır.  Bəs  müdafiədən  sonra? 

Sonrakı  tədqiqatların  qiymətləndirilməsi  hansı  prin-

sip üzrə aparılır? Yəni bizdə elmi ekspertizanın han-

sı formaları tətbiq olunur? İş stajı, ümumiyyətlə mə-

qalələrin  sayı,  kitabların  sayı  və  neçə-neçə  dəyərsiz 

kitablar, “əsərlər” yığını. 



Elmşünaslığa giriş 

 

222



Bizdə hələ də elmlə maarifçilik arasındakı sər-

həd nəzərə alınmır. Səbəbi isə budur ki, maarifçilik, 

elmi biliklərin tədrisi və təbliği, heç olmasa kimə isə 

lazımdır. Məsələn, universitetlərdə əlavə dərs vəsaiti 

kimi,  yaxud da intellektli evdar qadınlar üçün elmi-

kütləvi  ədəbiyyat  əvəzi  olaraq.  “Elm  adamlarının” 

isə  öz  həmvətənlərinin  yazdığını  oxumağa  vaxtı 

yoxdur,  onlar  ya  rusdilli  mənbələri  oxuyub  icmal 

düzəldir,  başqalarının  fikrindən  yeni-yeni  kitablar 

düzüb-qoşur, ya da pul qazanmaq üçün əlavə bir işlə 

məşğul  olurlar.  Hətta  oxusalar  da,  heç  kim  tənqidi 

təhlil mövqeyindən oxumur. Azərbaycanda indi hət-

ta  müəyyən  ənənəsi  olan  ədəbi  tənqid  sahəsində  də 

“tənqid”dən  əsər-əlamət  qalmayıb,  o  ki  qala  elmi 

ədəbiyyata münasibət sahəsində. Bir sözlə, “heç kim 

heç kimin kitabını oxumur”. Görünür elə buna görə-

dir ki, çıxan kitabların böyük əksəriyyəti elmi kitab-

xanalara göndərilmir. Hətta Mərkəzi Kitabxana belə 

bütün kitabları, heç olmasa, bir nüsxə halında ehtiva 

etməyə səy göstərmir.      

Yaranmış  belə  vəziyyət  elmi  meyarlara  yeni-

dən baxılmasını, elmi ekspertiza işinin daha səmərəli 

təşkili  üçün  tədbirlər  görülməsini,  elmin  əlaqələndi-

rilməsi  sahəsində  mövcud  boşluğun  aradan  qaldırıl-

masını və s. bu kimi operativ tədbirlərin gerçəkləşdi-

rilməsini tələb edir. Yəni ölkəmizdə heç olmasa nis-

bi  müstəqil  elm  sistemindən  danışmaq  istəyiriksə, 

bunun  üçün  ilk  növbədə  sistemliliyi  təmin  edən 



Elmin inkişaf qanunauyğunluğu  

 

 



223

şərtlər ödənilməlidir. Bəs bu şərtlər nədən ibarətdir? 

Elm  digər  fəaliyyət  sahələrindən  nə  kimi  spesifik 

əlamətlərlə fərqlənir? Bax, bu suallara cavab tapmaq 

üçün  dünyada  artıq  yarım  əsrdən  artıqdır  bəlli  olan 

elmşünaslıq  fənninin  heç  olmazsa  əsas  prinsiplərini 

mənimsəmək lazımdır. 

Biz  başqa  paraqraflarda  həqiqi  elmi  inkişaf 

məsələlərinə  xüsusi  diqqət  verdiyimiz  üçün,  burada 

ancaq ənənəvi “ölçmə” metodlarını nəzərdən keçirə-

cəyik. 

Elmin inkişaf qanunauyğunluğu yalnız sistemli 



tədqiqat  sayəsində  müəyyənləşdirilə  bilər.  Həm  də 

belə qanunauyğunluqdan ancaq statistik mənada da-

nışmaq  mümkündür.  Hər  bir  konkret  məqamda  elm 

özünün çatmış olduğu səviyyə ilə xarakterizə olunur 

ki, bu səviyyə də yalnız elmin həmin məqamda digər 

sosioloji  sistemlər  arasında  tutduğu  mövqeyi,  həm-

çinin  müxtəlif  stabil  kəmiyyət  xarakteristikalarını 

müəyyənləşdirmək  sayəsində  öyrənilə  bilər.  Lakin 

«elm» sisteminin dinamik xüsusiyyətlərini təmin et-

mək,  inkişaf  qanunauyğunluğunu  aça  bilmək  üçün 

təkcə  onun  ani  vəziyyətini  yox  (bu  mümkün  də  de-

yil),  keçdiyi  bütün  əsas  mərhələləri  müəyyənləşdir-

mək,  zamana  görə  təsnif  etmək  lazım  gəlir.  Elmin 

müxtəlif  tarixi  mərhələlərdəki  vəziyyətinin  müqayi-

səsi  onun  inkişaf  qanunauyğunluğunun  açılmasına 

yalnız o zaman imkan verə bilər ki, belə mərhələlər 

sayca çox olmaqla statistik nəticə çıxarmaq üçün ya-


Elmşünaslığa giriş 

 

224



rarlı olsun. Elmin müxtəlif tərkib elementlərinin sta-

tistik  tədqiqi  hazırkı  dövrdə  bu  elementlərin  eks-

ponensial qanunla inkişaf etdiyini göstərir. Məsələn, 

xarici ölkə alimlərindən C.Bernal, D.Prays, R.Siqer; 

sovet 

alimlərindən 



M.M.Karpov, 

Q.E.Vledus, 

N.İ.Styajkin,  Q.M.Dobrov,  V.V.Nalimov  və  s.-nin 

tədqiqatları  elmi  məqalələrin,  jurnalların,  alimlərin 

sayının hər 7-10 ildə iki dəfə artdığını götürür ki, bu 

da eksponensial inkişafa uyğundur:

1

 

 



J = J

o

 exp(a



t) 


 

(Burada  J



o

  baxılan  ilkin  momentdəki,  J  isə  t 

momentindəki inkişaf səviyyəsini göstərir). 

Şübhə  yox  ki,  statistik  yekunlar  hesabına  qu-

rulmuş  qrafiklər  eksponensial  əyri  ilə  tam  üst-üstə 

düşə  bilməz;  belə  ki,  elmin  hər  bir  konkret  kompo-

nentinin inkişafında kənaraçıxmalar labüddür. Müx-

təlif qrafiklərin müqayisəsi göstərir ki,

 bu cür kəna-



raçıxmalar təxminən eyni zaman intervallarına təva-

füq edir. 

                                                 

1

 Бах: Дж.Бернал. Наука в истории общества; «Наука о 



науке». М., 1966; М.М.Карпов. Закон ускоренного развития 

естественных  наук  //  Вопросы  философии,  1963,  №  4; 



В.В.Налимов.  «Количественные  методы  исследования  раз-

вития науки // Вопросы философии, 1966, № 12 və s. 

 Belə müqayisə ilə, məsələn, aşağıdakı əsərdə tanış olmaq 



olar: И.И.Лейман. Наука как социальный институт. Ленин-

град, 1971, с.71-73. 



Elmin inkişaf qanunauyğunluğu  

 

 



225

Deməli,  kənaraçıxmalar  özü  də  müəyyən  qa-

nunauyğunluğu  əks  etdirir.  Məsələn,  tədqiq  olunan 

bütün tərəflərin: müəyyən elmi sahəyə həsr olunmuş 

jurnalların, elmi məqalələrin, elmi işçilərin, elmi ins-

titut  və  laboratoriyaların  sayının  artması  prosesində 

iki əsas tənəzzül momenti müşahidə edilir ki, bunlar 

da  zamanca  birinci  və  ikinci  dünya  müharibələrinə 

uyğun  gəlir.  Elmin  ayrı-ayrı  tərəflərinin  inkişafında 

ictimai  həyatdakı  hadisələrin  bu  cür  qanunauyğun 

şəkildə  əks  olunması  bütöv  «elm»  sisteminin  sosial 

mahiyyətinin  açılması  işinə  geniş  imkanlar  yaradır. 

Lakin  məqsədimiz  elm  sisteminin  yalnız  ümumi 

proqnozu  ilə  bağlı  olan  məsələləri  müəyyənləşdir-

mək  olduğundan  ictimai  həyatdakı  müxtəlif  qısa 

müddətli təsirini nəzərə almayacağıq və ümumi inki-

şaf  qanunauyğunluğunun  müəyyənləşdirilməsi  ilə 

kifayətlənəcəyik. 

Sadə  məntiqi  mühakimələr  göstərir  ki,  elmin 

baxılan tərəflərinin hazırkı inkişaf qanunauyğunluğu 

heç  də  həmişə  davam  edə  bilməz,  zira  onların  kə-

miyyət  artımı  üçün  müəyyən  zəruri  məhdudiyyətlər 

vardır.  Məsələn,  elmi  işçilərin  sayı  ümumiyyətlə 

adamların  sayını,  kitab  və  jurnalların  həcmi  istehsal 

olunan  ümumi  kağız  həcmini,  elmi  xərclər  ümumi 

milli  gəliri,  elmi-tədqiqat  institutlarının  miqdarı  bü-

tün bunların miqdarını aşa bilməz. Göstərilən yuxarı 

sərhədlər özləri də inkişaf edir, lakin bu inkişafın sü-

rəti  xeyli  kiçikdir  və  həmçinin  yuxarıdan  məhdud-


Elmşünaslığa giriş 

 

226



dur. R.Oppenqeymer məhz ifrat  yuxarı sərhəddi  nə-

zərə alaraq yazır ki, «Physical review» jurnalının ar-

tımı  hər  halda  elə  xarakterdə  olmalıdır  ki,  «onun 

çəkisi Yer kürəsinin çəkisini aşmasın».

1

 

Bəs  baxılan  tərəflərin  inkişaf  səviyyəsi  möv-



cud məhdudluq həddinə yaxınlaşdıqca inkişaf qanu-

nauyğunluğunda  nə  kimi  dəyişiklik  baş  verməlidir? 

L.A.Xursin  elm  sisteminin  bağlı  olduğu  tərəflərdən 

ikisinin – elmi xərclərin və elmi işçilərin yuxarı sər-

həddə malik olmasına əsaslanaraq yazır: «…Bu mo-

delin


 çox da uzaq olmayan gələcəyə belə ekstrapol-

yasiyası  mənasız  nəticələr  verir.  Belə  çıxır  ki,  artıq 

yaxın  gələcəkdə  elm  istənilən  ölkənin  bütün  milli 

gəlirini əhatə edəcək, elmi sferada isə bütün insanlar 

olacaqlar.  Cəmiyyətin  elmin  təcavüzkarlığından  xi-

las  etmək  məqsədi  ilə  D.Prays  saturasiya  ideyasını 

irəli sürmüşdür və belə sayır ki, elm loqistik əyri bo-

yunca inkişaf edir».

2

 



İndi  isə  görək  məhdudlaşdırıcı  həddə  malik 

olan  tərəflərin

∗∗

  inkişaf  xüsusiyyətləri  təklif  olunan 



                                                 

1

  Р.Оппенгеймер.  Наука  и  культура  //  «Наука  и  челове-



чество». М., 1964, с.57. 

 Elm sisteminin eksponensial inkişaf qanunauyğunluğu nə-



zərdə tutulur. 

2

  Л.А.Хурсин.  О  природе  механизма  развития  науки  на 



современном этапе научно-технической революции // Воп-

росы философии, 1971, № 6, с. 39. 

∗∗

  Yuxarı  sərhəddin  varlığı  haqdakı  mülahizələrimiz,  həm-



çinin sitat gətirilən parçadakı dəlillər bütövlükdə elmə yox, el-


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin