Elm və onun inkişaf yolu
163
potensial düyün olmaqla fənlərarası problemə çevrilə bilər. 1988-ci ildə
YUNESKO tərəfindən qəbul olunmuş fənlərin nomenklaturasında
1
1
indi
çox aktual olan bir sıra tədqiqat istiqamətlərinin müstəqil elm sahəsi kimi
göstərilməməsi əslində onların məhz fənlərarası statusu ilə əlaqədardır.
Həmin təsnifatda ekologiya, sinergetika, kulturologiya kimi adlara rast gəl-
məsək də, onları bu və ya digər konkret tədqiqat istiqamətinin sistemaltı
kimi görmək mümkündür. Son illərin bəzi təsnifatlarında isə bu sahələr
müstəqil elm kimi göstərilir və şaxələnmə onların öz içərisində gedir.
Məsələn, “insan ekologiyası” bir sistemaltı kimi “insan biologiyası”nın,
“heyvan ekologiyası” – “zoologiya”nın içərisinə daxil edilmiş, ayrıca eko-
logiya adında elm isə göstərilməmişdir.
1
2
Müasir kimyada maddənin quruluşu ilə bağlı müxtəlif struktur sə-
viyyələrinin hər birində fizika tətbiq olunmağa başlamışdır. Yəni kimya
problemlərinin araşdırılmasında riyazi və fiziki biliklərin və qanunauyğun-
luqların tətbiq olunması əvvəlcə fiziki kimyanın, daha sonra riyazi kimya-
nın və nəhayət kvant kimyasının nisbi müstəqil fənlər kimi formalaşmasına
gətirib çıxarmışdır. Ənənəvi kimya məsələlərinin daha dərindən və dəqiq
tətbiq olunması onların fiziki problemlər müstəvisinə keçirilməsi ilə nəti-
cələnir. Amma XIX əsrdə O.Kont kimyəvi və fiziki problemlər arasında
həmişə bir sərhəd olduğu qənaətində idi və kimya məsələlərinin fizikalaş-
dırılmasının əleyhinə çıxış edirdi. Hətta XX əsrdə akademik B.M.Kedrov
da ona haqq qazandıraraq fizika ilə kimya arasında fərqlərin guya obyektiv
təbiətə malik olduğunu iddia edir. Amma zaman keçdikcə tarixən kimyaya
aid olan məsələlər getdikcə daha çox dərəcədə fizikanın predmetinə daxil
olur. Başqa sözlə desək, fiziklər kimyanın bölgəsinə daxil olaraq, sanki
onu özününküləşdirməyə çalışırlar. Amma elmlərin bir-birinə nüfuz etməsi
qaçılmaz prosesdir və ortaq sahələrdə yeni-yeni fənlər və ixtisaslar yara-
nır.
1
3
T.Kun belə hesab edir ki, hər bir yeni fənnin yaranması ancaq müva-
fiq paradiqmanın yaranması sayəsində mümkündür.
1
4
Amma fizikada elə
nəzəriyyələr var ki, onlar bir fənnin çərçivəsindən kənara çıxaraq bir çox
fənlərə təsir göstərirlər. Doğrudan da, hər bir normal elm sanki bir paradiq-
1
Bax: S.Xəlilov. Elmşünaslığa giriş. Bakı, Azərbaycan Universiteti, 2010, s. 331.
2
Yenə orada.
3
Ю.И.Соловьев, В.И.Курашов. Химия на перекрестке наук: Исторический про-
цесс развития взаимодействия естественнонаучных знаний. М., Наука, 1989. стр. 71.
4
Т.Кун. Структура научных революций. М., АСТ, 2001, стр.226-227.
Elm haqqında elm
164
manın ətrafında yaranır. Yeni paradiqmaya keçid Kuna görə, elmdə inqilab
kimi dəyərləndirilir. Halbuki, yeni paradiqma həm də yeni fənn üçün baş-
lanğıc rolu oynaya bilər. Yəni nəyi isə inkar etmədən, elmi əvvəlki inkişaf
trayektoriyasından döndərmədən, başqa bir səmtdə də inkişafın təməlinin
qoyulması prosesi gedir. Bu mənada düyün nöqtələri iki cür olur. Birincisi,
əvvəlki inkişaf xəttinin tamamlanması və yeni inkişaf xəttinə keçid.
İkincisi, düyün nöqtəsindən haçalanma və yeni budaqların ayrılması. Bax,
bu ikinci yol Kun təlimində nəzərə alınmamışdır. Bizim təklif etdiyimiz
düyün nöqtələri və haçalanmalar təlimi daha universal modeldir.
Müxtəlif elm sahələri nə zaman eyni düyün nöqtəsində birləşir? Bu
suala cavab vermək üçün öncə pozitiv və neqativ təbiətli düyünlərin fərq-
ləndirilməsi lazımdır. Neqativ düyünlər adətən metod çatışmazlığında və
ya dilin məhdudluğunda özünü göstərir. Müxtəlif elmlər çox vaxt eyni me-
todlardan, eyni riyazi aparatdan və modellərdən istifadə etdikləri üçün hələ
kəşf olunmamış bir universal əlaqə, qanun, düstur və ya metodun çatış-
mazlığı, boşluğu özünü fərqli vaxtlarda da olsa, bu elmlərin hamısında
göstərir. Yəni hər bir fənn, elmi tədqiqat istiqaməti gec-tez bu çatışmazlığı,
boşluğu hiss edərək onu doldurmağa, yeni metodu öz imkanları daxilində
axtarıb-tapmağa çalışır. Düzdür, burada bir vaxt sürüşməsi, asinxronluq da
olur, amma məsələnin həllini tapa bilməyən hər bir fənn gözləmə mövqeyi
tutur, ta o vaxta qədər ki, başqa fənlər də gəlib burada ilişirlər. Nəhayət,
günlərin bir günü, hansı elminsə kontekstində problemin həll metodu
tapılanda, gözləmədə olan digər elmlər də inkişaf üçün yeni impuls almış
olurlar. Kun təlimində bu mənzərənin təsviri problem-bilməcə (puzzle-
solving) termini vasitəsilə verilir. Amma bu termin elmin inkişafında daha
universal prosesləri ifadə eləmək üçün nəinki yetərli deyil, hətta əsas kon-
septdən kənara çıxmaqla terminoloji sistemə daxil ola bilmir. Digər
tərəfdən də, yuxarıda göstərdiyimiz kimi, Kunun işlətdiyi problem-bilməcə
(puzzle-solving) ifadəsi düyün termininin daşıdığı ikinci mənanı, yəni yeni
haçalanmalar üçün təməl olmaq funksiyasını ehtiva edə bilmir.
Bir tərəfdən, haçalanma, genişlənmə və yeni dar ixtisas sahələrinin
yaranması baş verirsə, digər tərəfdən, inteqrativ proseslər gedir. Amma hər
halda min illər boyu əsasən sabit qalan fundamental bölgülər vardır. Söh-
bət makrostrukturdan gedir. Məsələn, alimlərin böyük əksəriyyəti hələ Pla-
ton və Aristotel dövründən qalan bir bölgünü indi də davam etdirirlər. Belə
ki, məntiq-riyaziyyat sahəsi, təbiət elmləri və ictimai elmlər indi də
Elm və onun inkişaf yolu
165
təsnifatların əsas sütunlarını təşkil edir.
Əlbəttə, elmin inkişafının müasir mərhələsində olduqca müxtəlif və
sayca olduqca çox ixtisasların olması təsnifatı xeyli çətinləşdirir. Və belə
düşünmək olardı ki, qədimdə – elmlərin sayı az olanda təsnifat daha rahat
aparıla bilərdi. Amma tərsinə: ancaq elmin ən yüksək inkişaf səviyyəsin-
dən baxdıqda dərin qatdakı əlaqələr üzə çıxır və ənənəvi olaraq formalaş-
mış müxtəlif fənləri vahid prinsiplər əsasında qruplaşdırmaq imkanı yara-
nır. Ona görə də, hər iki amili nəzərə alan universal bir yanaşma tələb olu-
nur. Bu amillərdən biri ənənəvilik, o biri inkişafın son mərhələsində üzə çı-
xan genetik əlaqələrdir. Məsələn, əgər Fərabi metod yaxınlığından çıxış
edərək optikanı və göy cisimləri haqqında elmləri, habelə musiqini riyaziy-
yatla bir qrupa salırdısa, müasir dövrdə tamamilə fərqli meyarlar tətbiq
olunur. Məntiq və riyaziyyat bütün elmlər üçün universal vasitə və metod
kimi dəyərləndirildiyindən onları başqa elmlərdən fərqləndirmək lazım
gəlir. Zatən Platon məhz belə bir mövqedən çıxış edirdi. Riyaziyyatın çox
və ya az tətbiq olunması elmilik şərtini müəyyənləşdirmək üçün meyar
olsa da, bölgü – təsnifat üçün meyar ola bilməz. Təəssüf ki, lap bu yaxınla-
ra qədər, keçmiş SSRİ-də və daha sonra MDB ölkələrində fizika və riya-
ziyyat eyni elm blokuna daxil edilir və elmi dərəcə verilərkən fiziklərə və
riyaziyyatçılara vahid bir ad verilirdi: fizika-riyaziyyat elmləri doktoru.
Bu, əlbəttə mahiyyətdən yox, zahiri əlamətlərdən çıxış etməyin nəticəsi
idi. Digər tərəfdən, görünür, ənənələrdən yaxa qurtarmaq elə də asan məsə-
lə deyil. Maraqlı burasıdır ki, bəzi müstəqil fənlər isə əksinə, bütöv elm
sahəsi kimi dəyərləndirilirdi. Məsələn, kulturologiya kimi fənlərarası və
inteqrativ bir fənnin ayrıca elmi istiqamət kimi götürülməsi elmşünaslığın
tələbləri ilə heç cür uzlaşmır. Belə ki, mədəniyyətin tarixi öyrənilirsə, bu –
tarix elmlərinə, nəzəriyyəsi öyrənilirsə, bu – fəlsəfi elmlərə aiddir.
Digər tərəfdən, onda gərək kibernetika, sinergetika, biokimya, bio-
fizika, fiziki kimya və s. fənlərarası ixtisas sahələri də riyaziyyatdan, fizi-
kadan, kimyadan və s. ayrılsın və kimə isə “biokimya elmləri doktoru”,
“kibernetika elmləri doktoru” və s. adı verilsin. Belə pərakəndəliyə yol
verməmək üçün elmlərin fundamental təsnifatından çıxış edilməlidir.
Əgər elmlərin təsnifat tarixini nəzərdən keçirsək, hər şey fəlsəfənin
daxili bölgüsündən başlanır. Çünki qədim dövrdə elmlər hələ fəlsəfədən
ayrılmamışdı. Təsadüfi deyil ki, Aristotel də elmlərin təsnifatını fəlsəfənin
daxili hissələri kimi vermişdi. O, fəlsəfəni üç yerə ayırırdı: nəzəri, praktiki
Elm haqqında elm
166
və yaradıcı. Nəzəri fəlsəfəyə məntiqi, riyaziyyatı, fizika və metafizikanı
aid edirdi. Praktik fəlsəfəyə etikanı, iqtisadiyyatı və siyasəti aid edirdi.
Bundan başqa o, sənət sahələrini də elmin (fəlsəfinin) bölmələri kimi gös-
tərir poeziyanı, ritorikanı və incəsənəti buraya aid edirdi. Maraqlıdır ki, bü-
tün bu sahələr üzrə Aristotel ayrıca əsərlər yazmış, və elmin bütün
sahələrini ehtiva etməyə çalışmışdır.
Orta əsrlərdə də elm fəlsəfədən hələ tamamilə ayrılmamışdı və filo-
soflar müxtəlif elm sahələri ilə də məşğul olurdular. Amma artıq ayrılma
tendensiyası da hiss olunurdu. Məsələn, Əbu Nəsr Fərabi öz təsnifatında
elmləri fəlsəfədən ayrı, müstəqil surətdə nəzərdən keçirirdi. O hətta “Elm-
lərin təsnifatı haqqında” ayrıca bir əsər də yazmışdı. Maraqlıdır ki, birinci
bölməyə Fərabi dil haqqında elmləri daxil edirdi. Dilə belə yüksək qiymət
verilməsi ilə biz bir də düz min il sonra, linqvistik analiz və analitik fəlsəfə
nümayəndələrinin timsalında rastlaşırıq. Fərabi yazır: “Dil haqqında elm
iki hissədən ibarətdir. Birinci hissə – sözlərin yadda saxlanması və onların
mənalarını bilmək. İkinci – bu sözləri idarə edən qanunları bilmək (yəni
qrammatika – S.X.).”
1
1
Daha sonra Fərabi dilçiliyin öz daxili təsnifatını
verir, nitq hissələrindən, söz birləşmələrindən, yazı qaydalarından bəhs
edir. Maraqlıdır ki o, poetikanı, şeirin daxili qaydalarını və formalarını da
dilşünaslığın tərkibində nəzərdən keçirir.
Daha sonra Fərabi məntiq bölməsini açıqlayarkən bir daha qram-
matika və poetika məsələlərinə qayıdır, mühakimələrin təsnifatında poetik
mühakiməyə ayrıca yer verir. Sofistika, dialektika, ritorika və s. ilə yanaşı,
poetikanın da geniş tədqiqinə, habelə kateqoriyalara da ayrıca kitab həsr
etməsi Fərabinin Aristotel təsnifatına sadiq olduğunu göstərir. Riyaziyyatı
Fərabi çox geniş mənada başa düşür və bir növ o dövrdə bəlli olan bütün
dəqiq elmləri bura daxil edir. Görünür o, riyaziyyatı dəqiqliyin göstəricisi
kimi qəbul edirdi. Bununla yanaşı, Fərabi burada da bölgü aparır və fizi-
kanı müstəqil bir bölmə kimi nəzərdən keçirir. O, fizikanı səkkiz sahəyə
ayırır, birinci sahədə “təbiətin harmoniyasına” aid məsələlər toplanır. İkin-
ci sahəyə aid problemlər “səma və kainat” adı altında toplanır. “Yaranma
və məhvolma” bölməsində o, maddələrin əmələ gəlməsi və elementlərinə
parçalanmasından bəhs edir ki, bu da əslində kimya elminə işarədir. Daha
1
Аль-Фараби. Слово о классификации наук // Философские трактаты. Алма-Ата,
Наука, 1970, с. 109.
Elm və onun inkişaf yolu
167
sonra Fərabi “mineralogiya”, “bitkilər haqqında”, “heyvanlar haqqında” və
nəhayət, “nəfs haqqında” elmlərdən bəhs edir. Düzdür, Fərabi bu təsnifatı
guya Aristotelin kitablarının adına uyğun olaraq aparır, amma əslində
Aristotelin real tədqiqat sferasından xeyli kənara çıxır. Daha sonra Fərabi
insan haqqında elmdən (bu sahədə Fərabi əslində mədəniyyətşünaslıq və
antropologiyaya dair bilikləri toplayır) bəhs edir. Daha sonra Fərabi hüquq
və ilahiyyatı da öz təsnifatına daxil etməklə o dövr üçün ən mükəmməl bir
təsnifat sistemi təqdim edir.
1
1
İbn Sina isə xeyli dərəcədə fərqli bir təsnifat irəli sürür:
1. Əməli elmlər: a) ölkənin idarə olunması; b) evin idarə olunması;
c) insanın özünün idarə olunması.
2. Nəzəri elmlər: a) ilahiyyat; b) riyaziyyat (hesab, həndəsə,
astronomiya, musiqi) c) xalis fizika.
3. Tətbiqi elmlər: a) hesablama-ölçmə; b) mexanika; c) təbabət; d)
əlkimya.
1
2
İbn Sinanın təsnifatında əlamətdar cəhətlərdən biri əməli elmlərlə
tətbiqi elmlərin fərqləndirilməsidir. Belə ki, “tətbiq” dedikdə məhz elmi
biliklərin tətbiqi nəzərdə tutulur. “Əməli elmlər” isə əslində nəzəri elmi
biliklərin tətbiqi yox, elməqədərki mərhələ kimi götürülür.
İbn Sina öz yaradıcılığında bütün elmləri ehtiva etməyə çalışmışdır.
Buna tam nail ola bilməsə də onun yazdığı əsərlərdən çıxış edərək onun
elmləri necə qruplaşdırdığını təsəvvür etmək olar. Türkiyədə çap olunan
Şəfa külliyatında İbn Sinanın aşağıdakı əsərləri ehtiva olunur
1
3
:
I. Məntiq elmləri
1. Məntiqə giriş
2. Kateqoriyalar
3. Şərh haqqında
4. Birinci analitiklər
5. İkinci analitiklər
6. Mükamilə (cədəl)
7. Sofistik dəlillər
8. Ritorika
9. Poetika
1
Yenə orada, s. 107-192.
2
Bax: Е.Д. Гражданников. Метод построения системной классификации наук.
Новосибирск, Наука, 1987, с. 44.
3
Ibn Sina. Kitabu’ş-şifa. Yorum üzerine. İstanbul, Litera yayıncılık, 2006, s. XI.
Elm haqqında elm
168
II. Təbiət elmləri
10. Fizika
11. Səma və aləm
12. Yaranma və dağılma
13. Təsirlər və təsirlənmələr
14. Mineralogiya və meteorologiya
15. Nəfs haqqında
16. Nəbatat (botanika)
17. Zoologiya
III. Riyaziyyat elmləri
18. Həndəsə
19. Hesab
20. Musiqi
21. Astronomiya
IV. Metafizika
22. Metafizika
Orta əsrlərdə İbn Sina kimi böyük zəka sahibləri hər bir fənn üzrə
həmin dövrdə məlum biliklərin icmalını verməklə kifayətlənməyərək, öz
şəxsi tədqiqatlarını və mövqeyini də bildirirdilər. Müasir dövrdə, əlbəttə,
bir alimin bu qədər müxtəlif elm sahələri üzrə əsər yazması qeyri-
mümkündür. Ən azı ona görə ki, indi hər bir sahə üzrə informasiya həddən
artıq çoxdur və hətta ensiklopediyalar da ayrı-ayrı fənlər üzrə, hər sahənin
öz mütəxəssisləri tərəfindən hazırlanır.
İslam dünyasında elmlərlə yanaşı, əməli tədqiqat sahələrinin də təs-
nifatı verilirdi. Çünki artıq o dövrdə texnoloji sahələrin də inkişafına ehti-
yac yaranmışdı.
1
1
Qərbdə müasir elmin formalaşması XVII əsrdən başladığı üçün
elmlərin təsnifatı da məhz bu dövrdən başlayaraq aktuallaşmışdır. İlk
hərtərəfli təsnifat F.Bekona məxsusdur. Daha sonra Dalamber, Sen-Simon
və Kontun təklif etdiyi təsnifatlar geniş yayılmış və müasir elmşünaslıqda
da istifadə edilməkdədir.
Qərbdə əksər tədqiqatçılar “elm” (science) dedikdə məhz təbiət elm-
lərini nəzərdə tutur və elmlərin təsnifatı da təbiətşünaslıq çərçivəsində apa-
rılır. Amma elmilik meyarlarını bir qədər yumşaldıb ictimai elmləri də bu-
raya daxil etdikdə təsnifatın birinci addımı geniş mənada elmin makro-
strukturunu müəyyənləşdirməkdən ibarət olur. Burada aşağıdakı bölgülərə
1
Donald R.Hill. Technology in the İslamic World // Encyclopedia of the History of
Science? Technology and Medicine in Non-Western Cultures. Dordrecht, Kluwer
Academic Publishers, 1997, p. 947.
Elm və onun inkişaf yolu
169
rast gəlmək mümkündür: 1) Riyazi elmlər; 2) Təbiət elmləri; 3) Texniki
elmlər; 4) Ruhi-mənəvi elmlər; 5)İctimai elmlər; 6) Humanitar elmlər .
Başqa prinsiplər əsasında da bölgülər vardır. Məsələn, fundamental
və tətbiqi elmlər
1
1
, nəzəri və empirik elmlər
1
2
; yaxud təbiət elmləri, ictimai
elmlər və texniki elmlər;
yaxud təbiət haqqında və mədəniyyət haqqında
elmlər
1
3
;
yaxud dəqiq və qeyri-dəqiq elmlər və s. Elmlərin təşkilati
struktura və ictimai sistemdə tutduqları yerə görə də bölgüsü aparılır.
Məsələn, universitet elmi, akademiya elmi və sahə elmləri
1
4
; dövlət elm
sektoru, ictimai təşkilatlar və özəl elm sektoru.
1
5
Bu bölgülər ətrafında geniş müzakirələr aparılır. Hələ sovet dövrün-
də bu müzakirələr elmşünaslığın əsas problemləri sırasında idi.
1
6
Əvvəla,
nəzərə alınmalıdır ki, elmin fənlərə görə bölgüsü əslində fundamental elm-
lərin bölgüsüdür. Xüsusən, orta məktəb proqramına daxil edilən fənlər:
fizika, kimya, biologiya və s. ya öz daxilində fundamental və tətbiqi sahə-
lərə ayrılır, ya da məktəb proqramında ancaq fundamental elmə aid olan
biliklərin əsasları öyrədilir. Ali məktəblərdə isə bu bölgü bir qayda olaraq
ya fakültələr üzrə bölgüdə öz əksini tapır, ya da əlavə olaraq fakültədaxili
bölgülər aparılır. Sovet dövründə və müstəqilliyin ilk mərhələsində ali
məktəblər universitetlərə və institutlara ayrılırdı. Universitetlər sanki elm
üçün kadr hazırlayırdı və ona görə də, bölgü fənlər üzrə gedirdi: riyaziyyat
f-si, kimya f-si və s. Yaxud humanitar sahələr üzrə: tarix f-si, filologiya f-
si və s. Düzdür, fakültələr üzrə təsnifat fənlər üzrə təsnifatla heç də tama-
milə üst-üstə düşmür, amma təxmini bir uyğunluq var. Bununla yanaşı,
universitetlərdə praktik fəaliyyət sahələri üzrə də fakültələr var idi: hüquq
f-si, jurnalistika f-si və s. Hətta bunlardan bəzisində fənlə fəaliyyət sahəsi
üst-üstə düşür; məsələn, “hüquq” həm fənn kimi, həm də fəaliyyət sahəsi
1
Фундаментальные и прикладные исследования в условиях НТР. Новосибирск,
Наука, 1978; Фундаментальные исследования и технический прогресс. Новосибирск,
1985; Диалектика фундаментального и прикладного. М., Наука, 1989; Б.М.Кедров. О
современной классификации наук // Вопросы философии, 1980, № 10, с. 100.
2
В.С.Швырёв. Теоретическое и эмпирическое в научном познании.М., Наука, 1978.
3
Г.Риккерт. Науки о природе и науки о культуре. М., Республика, 1998;
Дж.Фейблман. Концепция науки о культуре // Антология исследований культуры. Т.
1, СПб., Университетская книга, 1997, с. 157-170.
4
В.В. Чешев. Наука и упарвление наукой // Вопросы философии, 1989, № 4.
5
S.Xəlilov. Azərbaycanda elm və onun təşkilati formaları. Bakı, “Oskar”, 2010.
6
А.Ф.Зотов, М.М.Холмянский. Так есть ли «две науки»? // Вопросы философии,
1988, № 5, 56-67.
Elm haqqında elm
170
kimi götürülə bilər. Amma soruşulsa ki, bu fakültədə hüquq elmi üzrəmi,
yoxsa hüquqla bağlı əməli fəaliyyət sahələri üçünmü kadr hazırlanır, – bu-
na cavab verməyə çətinlik çəkərdilər. Çünki bəzi istiqamətlərdə nəzəri və
əməli fəaliyyət hələ kifayət dərəcədə diferensiallaşmamışdır. “İnstitut” ad-
landırılan digər ali məktəblərdə mühəndislər, müəllimlər, həkimlər və s.
hazırlanırdı. Amma sonralar ali məktəblərin əksəriyyəti universitet adlan-
dırılsa da, burada ancaq ad dəyişikliyi baş verdi, ənənəvi bölgü isə yenə
saxlanmış oldu.
Xarici ölkələrdə elm sahələri üzrə kadr hazırlığı çox vaxt “fənn və
ədəbiyyat” fakültəsində həyata keçirilir. Yəni əslində söhbət müəllim ha-
zırlığından gedir, məhz elm üçün kadr hazırlayan ayrıca fakültələr olmur.
Bu proses ancaq magistratura pilləsindən başlayır. Xüsusi elmi yaradıcılıq
qabiliyyəti hiss olunan tələbələrə universitetdə qalaraq növbəti mərhələdə
təhsilini davam etdirmək təklif olunur. “Elmi axtarış” xəstəliyinə
yoluxduqdan sonra isə gənc kadrlar yollarını öz istəkləri əsasında seçirlər.
İstər ali təhsil, istərsə də elmi-tədqiqat müəssisələrində bütün ölkə-
lərdə hamı tərəfindən qəbul olunmuş bir bölgü göstərmək çətindir. Amma
hər halda müəyyən ümumi cəhətlər vardır ki, bu da təhsil sistemindəki təs-
nifatın elmin daxili təsnifatına əsaslandığını göstərir. Qeyri-elmi fəaliyyət
sahələri üçün kadr hazırlığı da həmin sahələrin nə dərəcədə elmi biliklər
əsasında təşkil olunmasından asılı olaraq elmlə bilavasitə əlaqədardır.
Elmdə fənlər üzrə bölgüdən başqa, digər meyarlar üzrə də təsnifat
aparılır.
Elmi tədqiqatın xarakterinə, məqsəd və funksiyalarına görə elmi fən-
ləri adətən iki fərqli istiqamətdə qruplaşdırırlar: fundamental və tətbiqi.
Ənənəvi yanaşmaya görə, fundamental tədqiqatlar təbiətin obyektiv qanu-
nauyğunluqlarının aşkarlanmasına yönəlmişdir və cari tələbatdan, istehsa-
lın konkret sifarişlərindən asılı olmayaraq, elmin daxili məntiqindən, özü-
nün qoyduğu suallara cavab axtarışından çıxış edir. Fundamental elmlərin
xarakteri elədir ki, biliklərin mənimsənilməsi metodoloji prinsiplər, elmi-
fəlsəfi dünyagörüşü ilə sıx surətdə bağlıdır. Burada çox geniş miqyaslı el-
mi nəzəri baza tələb olunur. Fundamental elmi tədqiqatlar min illərdən bəri
əldə edilmiş biliklər, çox müxtəlif konsepsiyalar və onların sistemləşdiril-
məsi, dünyanın ümumelmi mənzərəsinin və elmi paradiqmaların dəyişil-
məsi ilə nəzəri sistemlərdə bir geriyə qayıdış, bütün əvvəlki nəzəriyyələrin
Elm və onun inkişaf yolu
171
və prinsiplərin yenidən nəzərdən keçirilməsi, yenidən sistemləndirilməsi
tələb olunur.
Tətbiqi elmlər isə fundamental tədqiqatlar sayəsində əldə edilmiş
nəzəri biliklərin praktik ehtiyaclara uyğun surətdə yönəldilməsinə, nəzəriy-
yə ilə texnologiya arasında körpü atılmasına xidmət edir. Lakin bu məsələ-
də iki fərqli mövqe, fikir ayrılığı da vardır. Belə ki, əksər mənbələrdə bu
anlayışlar bizim yuxarıda izah etdiyimiz mənada işlədilsə də, bəzi müəllif-
lər “fundamental” sözünü “xüsusi əhəmiyyətli”, “önəmli” mənasında, ya-
xud təməl elmi səviyyə mənasında işlətməklə tətbiqi elmlərin daha funda-
mental olduğunu sübut etməyə çalışırlar.
1
1
Fundamental və tətbiqi bölgüsü əslində nəinki fənn daxilində, hər
bir tədqiqat daxilində də aparıla bilər. Məsələn, yazılan dissertasiya işləri-
nin çoxu, hətta tətbiqi məsələlərə həsr olunsa da, giriş hissəsində proble-
min nəzəri-fundamental tərəfləri işıqlandırılmış olur. Bu cür fəndaxili və
tədqiqatdaxili bölgülərlə yanaşı, bəzi fənləri bütövlükdə fundamental elm-
lərə, digərlərini isə tətbiqi elmlərə aid etmək praktikası da yayılmışdır. Mə-
sələn, ümumi bir fənn kimi fizika, kimya, biologiya, coğrafiya və s.-dən
bəhs olunarkən çox vaxt fundamental elmlər nəzərdə tutulur. Həmin fən-
lərdən ayrılmış tətbiqi elmlər isə nisbətən dar sahələri əhatə etməklə ayrıca
adlar altında təsnif olunurlar; məsələn, elektrotexnika, tətbiqi mexanika,
spektroskopiya, aşkarlar kimyası və s. Akademik D.İ. Bloxintsev belə he-
sab edir ki, alimin fəaliyyətini fundamental və tətbiqi sahəyə ayırmaq prak-
tiki olaraq qeyri-mümkündür. Əslində konkret elmi fəaliyyətin tərkibində
onlar bir-birini tamamlayırlar.
1
2
A.Zotov və M.Xolmyanski də belə hesab
edirlər ki, tətbiqi elmlər bütöv elmin üzvi tərkib hissəsidir və onu funda-
mental tədqiqatlardan ayırmaq olmaz.
1
3
V.V. Çeşev də həmin mövqedə
duraraq yazır ki, fundamental elmi tətbiqi elmlə qarşılaşdırmaq yox, hər
bir tədqiqatın idraki əsasları kimi dəyərləndirmək olar. “Fundamental elm-
də baş verən proseslər həm texnoloji, həm də sosial-mədəni əlaqələrlə
1
Bax: Н.В.Карлов. О фундаментальном и прикладном в науке и образовании, или
Невозведи дом свой на песке // Вопросы философии, 1995, № 11; М.В.Рац. К вопросу
о фундаментальном и прикладном в науке и образовании // Вопросы философии,
1996, № 9; Б.И.Пружинин. О пользе фундаментальности или быть ли в России
большой науке // Вопросы философии, 1996, № 12.
2
Д.И. Блохинцев. Пропорции в науке // Наука и жизнь. 1974, № 6, с. 77.
3
А.Ф.Зотов, М.М.Холмянский. Так есть ли «две науки»?, с. 67.
Elm haqqında elm
172
vasitələnirlər”.
1
1
“Dəqiq elmlər” ifadəsi çox vaxt “təbiət elmləri”nə yaxın mənada iş-
lənir. Lakin fərq bundan ibarətdir ki, bura riyazi elmlər də daxil edil-
diyindən daha geniş planda götürülür. Son vaxtlar bəzi ictimai elm
sahələrində də riyaziyyat geniş miqyasda tətbiq olunur. Bu sırada ilk
növbədə iqtisadi nəzəriyyələri göstərmək mümkündür. Görünür, buna görə
də, iqtisadi fənlərin də dəqiq elmlər sırasına daxil edilməsi təklif olunur.
Həm də belə təkliflər indi Azərbaycanda da səslənməkdədir.
1
2
Dəqiq elm nümayəndələri öz tədqiqatlarını ancaq öz dar ixtisas sa-
hələrinin bazasında apardıqlarına görə və elmi biliklərin ciddi determinasi-
yasından çıxış etdiklərinə görə çox vaxt onların başqa elm sahələri ilə, xü-
susən ictimai və humanitar elmlərlə əlaqəsi zəif olur. Halbuki müəyyən bir
fənn daxilində formalaşmış ənənəvi düşüncə tərzindən, metodologiya və
metodlardan kənara çıxmaq və problemlərə başqa bucaq altında baxa bil-
mək üçün digər elm sahələri ilə əlaqə qurmaq, onların bilik bazasından və
metodlarından da yararlanmaq, ən başlıcası isə öz fənlərinin labirintindən
xilas olmaq tələb olunur. Düzdür, böyük elm adamları heç vaxt məhdud el-
mi dünyagörüşü içərisində qalmır, fəlsəfi və humanitar düşüncə tərzindən
qidalanmaqla elmdə qərarlaşmış şablonlardan xilas ola bilirlər. Bu kon-
tekstdə adətən A.Eynşteynin “mürəkkəb problemlərin həllində F.Dosto-
yevski mənə Qausdan daha çox kömək etmişdir” fikrini misal çəkirlər.
Belə misallar əslində çoxdur. Hətta müasir elmşünaslığın yaradılmasında
da humanitar düşüncənin az rolu olmamışdır. İxtisasca fizik olan Tomas
Kun özünün məşhur “Elmi inqilabların strukturu” əsərinin necə ərsəyə gəl-
diyi barədə yazarkən, belə bir hadisəni xüsusilə vurğulayır ki, 1958–59-cu
tədris ilində onu “davranış haqqında elm mərkəzi”nə təcrübə keçməyə
göndərirlər. Və bu zaman Kun belə bir cəhətin şahidi olur ki, ictimai elm
adamlarının məsələlərə yanaşması və düşüncə tərzləri xeyli dərəcədə fərq-
lidir və onlar hadisələrin elə tərəflərinə toxunurlar ki, bu dəqiq elm adam-
larının heç ağlına da gəlmir. Bax, bu fərqli yanaşmaların bir araya gətiril-
məsi “elmi paradiqma” anlayışının formalaşmasına da təkan vermişdir.
1
3
Daha sonra Kun ümumiyyətlə mühitdən, texniki tərəqqinin, xarici
1
В.В. Чешев. Наука и управление наукой, с. 69.
2
A.Hacıyev. Elm cəmiyyətdə ən yüksək yerdə olmağa layiqdir // “Azərbaycan” qəzeti,
15 may, 2010.
3
Т. Кун. Структура научых революций. с. 16-17.
Elm və onun inkişaf yolu
173
sosial-iqtisadi və intellektual şəraitin elmlərin inkişafına təsirindən bəhs
edir. Onun fikrinə görə, elmin inkişaf qanunauyğunluqları təkcə onun daxi-
li epistemoloji təhlili ilə öyrənilə bilməz və burada mütləq humanitar, sosi-
al-iqtisadi və texniki şərait və onların elmin daxili məzmununun araşdırıl-
masına təsiri də nəzərə alınmalıdır.
1
1
Maraqlı haldır ki, Şərq ölkələrində elmin tarixi və inkişaf qanuna-
uyğunluqları elm adamları tərəfindən deyil, əsasən şərqşünaslar tərəfindən
öyrənilmişdir. Amma bildiyimiz kimi, şərqşünaslıq özü humanitar elmlərə
daxil edilir, çünki bu problemlərlə əsasən dilçilər və tarixçilər məşğul olur.
Bu baxımdan Şərqdə elmin öyrənilməsi bir qayda olaraq humanitar düşün-
cə prizmasından keçmişdir. Bu paradoksallıq L.Reysner tərəfindən hətta
müsbət məqam kimi qələmə alınır. O, Y.Raşkovskinin “Elmşünaslıq və
Şərq” kitabına yazdığı ön sözdə bu əsərin əsas məziyyətlərindən biri kimi
məhz elmşünaslığa humanitar düşüncə aspektindən yanaşılması faktını
qeyd edir.
1
2
Necə deyərlər, hər pis şeyin yaxşı tərəfini də tapmaq olar. Bəli,
biz bu hadisəyə məhz pis bir ənənə kimi baxırıq. Belə ki, Şərqdə əldə olun-
muş bir sıra böyük elmi nailiyyətlərlə yanaşı, elmin bir tam halında dəyər-
ləndirilməsi, ictimai fəaliyyət sahələri arasında elmi fəaliyyətin yerinin
müəyyənləşdirilməsi, bir sözlə, ümumi planda baxılması və adekvat müna-
sibət bəslənməsi halları da az olmamışdır. Bir sistem halında olmasa da,
belə fikirlər və dəyərləndirmələr Şərq elmşünaslığının rüşeymləri kimi gö-
türülə bilər. Bununla belə, elm özü nisbi müstəqil bir ictimai sistem kimi
məhz Avropada formalaşdığından elmin özünüdərki də məhz bu ölkələrdə
getmiş və elmşünaslıq da burada formalaşmışdır. Y.Raşkovskinin yazdığı-
na görə, müasir dövrdə elmşünaslıq Şərq ölkələri içərisində ancaq Hindis-
tanda geniş yayılmışdır.
1
3
Bu da görünür Hindistanın uzun müddət ingilis
müstəmləkəsi olmasından irəli gəlir. Və bu mənada əslində söhbət hind
yox, ingilis elmşünaslığından getməlidir. Təəssüflər olsun ki, Yaponiya da
daxil olmaqla, Şərq ölkələrinin heç birində müstəqil bir elm konsepsiyası
ortaya çıxmamışdır. Yəni indi bu ölkələrdə elm öz qədim elmi yaradıcılıq
ənənələrinin davamı kimi deyil, Qərb elminin transferi və inkişafı kimi
mövcuddur.
1
Yenə orada, s. 19.
2
Л.И.Рейснер. Предисловие к книге Е.Б. Рашковского Науковедение и Восток. с. 4-5.
3
Е.Б. Рашковский. Науковедение и Восток, c. 141.
Elm haqqında elm
174
Əslində dəqiq elmlərin özünüdərk səviyyəsinə çatması iki aspektdə
həyata keçir. Elmə məntiqi-epistemoloji rakursda, biliklər sistemi və elmi
yaradıcılıq aktlarının cəmi kimi baxan elm adamları elmi özünüdərk sis-
temlərində də riyaziyyatın və dəqiq elmlərin metodlarından istifadə edirlər.
Onlar təbii ki, ictimai elmlərin buraya qatılması haqqında heç düşünmürlər
də. Halbuki, özünüdərk hadisəsi əslində fəlsəfənin predmetinə daxildir. Və
dəqiq elm adamları da bu məsələlərə toxunarkən əslində fəlsəfi qatda
bulunduqlarının fərqində olmurlar. Məsələyə filosoflar müdaxilə etdikdə
isə, onlar dəqiq elm və ictimai elm arasında ayrıseçkilik etmədən, daha
universal yanaşma üsulundan çıxış edirlər. Ona görə də, elm fəlsəfəsinin
ictimai elmləri əhatə edən hissəsi daha çox dərəcədə fəlsəfə tədqiqatçıları
və sosioloqlar tərəfindən həyata keçirilmişdir.
1
1
Həm də belə bir mövqe
mövcuddur ki, ictimai gerçəkliyin dərk olunması təbiətin dərkinə nisbətən
spesifik xüsusiyyətlərə malikdir və ona görə də, “ictimai idrak”, “sosial
idrak”, “tarixi idrak” kimi terminlərdən istifadə olunur.
1
2
T.Haff həm təbiət,
həm də cəmiyyət elmləri üçün vahid metodoloji prinsipdən çıxış etməyin
tərəfdarı olan Q.Mendelin “naturalistik monizm” mövqeyi ilə V.Dilteyin
iki fərqli metodologiyadan çıxış etmək mövqeyini qarşılaşdıraraq kompro-
mis yaratmağa, ortaq bir variant tapmağa çalışır.
1
3
Həm də bu fikri T.Haff
M.Veberin sosial elmlərin metodologiyasına dair təlimini şərh edərkən
söyləyir. J.Aqassi də ictimai elmlərin spesifikasını öyrənməyin tərəfdarı-
dır. O, yazır: “Fizika heyrətamizdir, amma fiziklərin qiymət vermədiyi
1
Н.Стефанов. Теория и метод в общественный науках. М., «Прогресс», 1967;
Г.А.Антипов, А.Н.Кочергин. Проблемы методологии исследования общества как це-
лостной системы. Новосибирск, Наука, 1988; Д.Лукач. К онтологии общественного
бытия. Пролегомены. Пер. с нем. М., «Прогресс», 1991; Социо-логос. Пер. с англ.,
нем., франц., М., «Прогресс», 1991; Л. фон Мизес. Концепция социальных наук //
Теория и история: интерпретация социально-экономической эволюции. Челябинск,
Социум, 2009, с. 229-232.
2
Проблемы познания социальных явлений. Свердловск, Уральский Гос.Унив., 1980;
Г.А.Антипов. Историческое прошлое и пути его познания. Новосибирск, Наука, 1987;
В.Ж.Келле, М.Я.Ковальзон. Теория и история. (Проблемы теории исторического прогрес-
са. М., Изд-во полит. литературы, 1981; Г.С.Арефьева. Общество, познание, практика. М.,
«Мысль», 1988; З.Бауман. Мыслить социологически. Пер. с англ., М., Аспект Пресс, 1996.
3
T.E.Huff. On the Methodology of the Social Sciences: A rev. essay. Pt. 1 //
Philosophy of the Social sciences. Toronto, 1981, vol. 1, № 4, p. 462-463.
Elm və onun inkişaf yolu
175
ictimai elmlər bəzən daha heyrətamiz olur”.
1
1
İctimai elmlər həqiqətən xeyli dərəcədə spesifik sahədir. Onların
ümumi cəhətləri çoxdur. Amma buna baxmayaraq, müvafiq elm sahələri
qarşısında qoyulan vəzifələri daha konkret dərk edə bilmək üçün bu sahə-
lərin özünə də diferensial yanaşa bilməli, onları fərqləndirməliyik.
Humanitar və ictimai elmlər ilk baxışda nə qədər yaxın görünsələr
də, əslində xeyli dərəcədə fərqli mahiyyət və məzmuna malikdirlər.
Digər tərəfdən də, bir var humanitar elmlər, bir də var ümumiyyətlə
humanitar sahə.
İnsan, onun mənəviyyatı, estetik dünyası, arzu və idealları – huma-
nitar sahənin əsas predmetidir. Tarix, bədii ədəbiyyat, incəsənət də huma-
nitar sahəyə aiddir. Bu başqa məsələ ki, göstərilən humanitar hadisələrin
hər birinin öz elm və fəlsəfə səviyyəsi də vardır. Tarix, tarixşünaslıq («ta-
rix elmi» – bəzən sadəcə «tarix» də deyilir; yəni hər iki məna eyni sözlə
ifadə olunur) və tarix fəlsəfəsi, bədii ədəbiyyat, ədəbiyyatşünaslıq (filolo-
giya) və ədəbiyyat fəlsəfəsi (aşağı yarusda bu sahə «ədəbi tənqid» kimi
məlumdur), incəsənət, sənətşünaslıq və sənət fəlsəfəsi (estetika), din, din-
şünaslıq və din fəlsəfəsi, mənəvi tərbiyə, pedaqogika və etika geniş planda
götürdükdə humanitar sahəyə aiddir. Son vaxtlar daha inteqrativ bir elm
sahəsi kimi insanşünaslıqdan, bəzən də antropologiyadan bəhs olunur. Mə-
naları eyni olsa da, bu iki tədqiqat istiqamətində bəzən fərqli məzmunlar
qruplaşdırılır.
Sovet dövründə insan özü də ilk növbədə sosial varlıq kimi götürül-
düyünə görə, insanşünaslıq da cəmiyyətşünaslığın içərisində əridilmişdi.
İnsan fərdiyyətinin önə çəkilməsi daha çox dərəcədə Qərb dünyası, kapita-
list ölkələri üçün səciyyəvi idi. Ona görədir ki, humanitar təfəkkür də, in-
san haqları mövzusu da, irsiyyət məsələləri də, fərdi-psixoloji problemlər
də daha çox Qərbdə öyrənilirdi. İnsanın sosiallaşması hətta bədii ədəbiy-
yatda da öz əksini tapmışdı. İndi kommunist ideologiyasından ayrıldıqdan
sonra, qarşımızda duran vəzifələrdən biri də insanşünaslığı bərpa etmək,
fərdin cəmiyyətdə itmək, fərdiyyətini itirmək təhlükəsinin qarşısını al-
maqdır.
Din də humanitar sahəyə aiddir. Çünki insanın mənəvi aləmi ilə
1
J.Agassi. The Social Base of Scientific Theory and Practice // Rationality in Science
and politics. Dordrecht, Reidel, 1984, p. 27.
Elm haqqında elm
176
bilavasitə bağlıdır. Lakin müxtəlif dinlərdə bu bağlılıq bir qədər fərqlidir.
Məsələn islamda dini etiqad ilk növbədə fərdə aiddirsə, xristianlıqda kil-
sələr insanla Allah arasında vasitəçilik missiyasını üzərinə götürərək dini
ictimailəşdirmişlər. Ona görə də, islam aləmində ilahiyyat və dinşünaslıq
əsasən humanitar sahəyə aid olsa da, xristian dünyasında cəmiyyət sfera-
sına aiddir. Amma islamda da hər bir fərd üçün nəzərdə tutulan həyat tərzi
və davranış qaydaları (fiqh) dini yönlü dövlətlərdə cəmiyyət və dövlət sə-
viyyəsində təsbit olunmaqla hüquq sisteminin əsasını təşkil edir və
beləliklə ictimailəşmiş olur.
İstənilən halda bütün dinlər həm humanitar, həm də cəmiyyət sferası
ilə sıx surətdə bağlıdır.
Tarix də həmçinin. Tarix özü və tarixlə tərbiyə daha çox humanitar
sahəyə aid olsa da, tarixşünaslıq və tarix fəlsəfəsi daha çox ictimai elmlərə
aiddir.
Eləcə də fəlsəfə. Bir çox təsnifatlarda fəlsəfə humanitar sahəyə aid
edilir. “Özünü dərk et” prinsipindən çıxış edildikdə, bu doğrudan da belə-
dir. Amma insan fəlsəfəsindən fərqli olaraq tarix fəlsəfəsi daha çox dərəcə-
də ictimai yönlüdür. Yəni onun predmetini insan yox, cəmiyyət; fərdi ruh
yox, ictimai ruh təşkil edir. İnsanın özünüdərki, millətin özünüdərki və nə-
hayət, bəşəriyyətin özünüdərki fəlsəfənin strukturunda fərqli səviyyələrdir.
Göründüyü kimi, biz humanitar və ictimai elmlər bölgüsündə insan
və cəmiyyət bölgüsünə əsaslanırıq.
Lakin sual olunur ki, insan problematikasına onun fiziki varlığı,
bədəni ilə bağlı məsələlər də aiddirmi, yoxsa ancaq mənəvi aləm, onun iç
dünyası nəzərdə tutulur? Belə ki, bəzi təsnifatlara görə, insan bədəni bir
təbiət hadisəsi olmaqla, təbiətşünaslığın predmetinə daxil edilir.
Əslində isə insan bədəni, bir tərəfdən, təbiətə aid olsa da, digər tərəf-
dən, onun əməli fəaliyyəti və mənəvi-ruhani aləmi üçün də mühüm bir rol
oynadığına görə, həm də humanitar sahəyə aiddir. Bu mənada insanın fizi-
ki sağlamlığına xidmət edən səhiyyə sistemi və idman da humanitar sahəyə
aid edilə bilər. Maraqlı haldır ki, səhiyyə özü insana xidmət etməklə huma-
nitar mahiyyət daşısa da, təbabət bir elm sahəsi kimi humanitar elmlərə de-
yil, daha çox dərəcədə təbiətşünaslığa aiddir. Lakin son dövrün praktikası
göstərir ki, təbabət hər halda sadəcə təbiət elmi kimi qəbul edilə bilməz,
çünki burada insan ruhu, psixikası ilə və deməli, ümumiyyətlə, humanitar
sahə ilə sıx bağlılıq vardır.
Elm və onun inkişaf yolu
177
K.Marks və F.Engels yazırdı: “Harada ki, spekulyativ təfəkkür həqi-
qi həyatla üzləşərək kəsilir, orada həqiqi müsbət elm, praktik fəaliyyətin,
insanların praktik inkişaf prosesinin təsviri başlayır”.
1
1
Bəli, antik fəlsəfə-
dən, nəzəri fəlsəfi təfəkkürdən başlanmış böyük idrak marafonu harada isə
gerçək həyatın daşlı-kəsəkli yollarında finişə yaxınlaşır, nəzəri modellərlə
həyatın reallıqları arasındakı uyğunsuzluqlar getdikcə daha çox dərəcədə
özünü büruzə verir və təfəkkürün gücü öz enerjisini tükətdiyindən insan
hər şeyə sanki yenidən – sıfırdan başlayır. Bu dəfə insan öz empirik düşün-
cəsini işə salır və sadə həyat məsələlərinin təcrübi dərkindən başlayaraq
nəzəri təfəkkürə doğru yeni bir marafon yürüşünə çıxır.
Hazırda müxtəlif xalqlar və ölkələr vahid elm sistemindən eyni
dərəcədə istifadə etmirlər. Əksər ölkələrin iqtisadi və texnoloji inkişaf
səviyyəsi müasir elmin tətbiqinə uyğun gəlmir. Bunun üçün həm ictimai-
təşkilatı infrastruktur, həm iqtisadiyyatın texnoloji strukturu müasir elmin
“dilində” yazılmış – qurulmuş olmalıdır.
Q.M.Qlaqoleva yazır: “Elmi kəşflərin və tətbiq üçün hazırlanmaların
texnoloji mənimsənilməsi onların yeni texnikanın real nümunələrində, yeni
texnoloji prosesdə həyata keçirilməsinə imkan verir. Təcrübi-eksperimen-
tal istehsal məhz elmi prosesi sənaye prosesinə çevirən halqa olur; həm də
elə bir halqa ki, özündə həm elmi tədqiqatın, həm də istehsalın elementlə-
rini birləşdirir”.
1
2
Əlbəttə, müəllifin elmdən istehsala gedən yolu keyfiyyət-
cə fərqli mərhələlərə ayırmaq cəhdi təqdirəlayiqdir. Lakin Q.M.Qlaqoleva
bu məsələdə ardıcıllıq nümayiş etdirmir. Belə ki, “yeni texnika nümunəsi”
və “yeni texnoloji proses” əslində fərqli mərhələlərdir. Başqa sözlə desək,
“nümunə” tək nüsxədə olduğu halda, “yeni texnoloji proses” ancaq silsilə
istehsal aktlarına aiddir.
Elmi kəşfin tətbiq üçün hazırlanması isə əslində elmi fəaliyyətdən
fərqli təbiətə malikdir. Belə ki, elmin məqsədi obyektiv gerçəklikdə, təbi-
ətdə olan qaydanın, ahəngin, strukturun aşkar edilməsi və terminlərlə, ya-
xud riyazi dillə ifadə olunmasıdır. Halbuki, tətbiq üçün hazırlanma prose-
sində insan özünün bildiklərini təbii materiala transfer etməyə çalışır. Elmi
inkişafın ilk dövrlərində alimlər hər iki mərhələni özündə birləşdirir və öz-
1
К.Маркс и Ф.Энгельс. Сочинения. Изд.второе, т 3, c. 26.
2
Г.М.Глаголева. Технологическое освоение научных открытий и разработок
(экономические аспекты), М., «Экономика», 1977, с. 47.
Elm haqqında elm
178
lərinin hansı isə ideyasını tətbiq üçün özləri hazırlayırdı. P.L.Kapitsa yazır:
“Əvvəlki vaxtlarda nəinki Nyuton və Hyugens, hətta Maksvell kimi nəzə-
riyyəçilər də öz nəzəri mülahizələrinin eksperimental yoxlanmasını özləri
həyata keçirirdilər. İndi isə ancaq istisna hallarda nəzəriyyəçi öz nəzəriy-
yəsini yoxlamaq üçün təcrübə qoyur”.
1
1
Yəni artıq elmin öz daxilində əmək
bölgüsü, diferensiallaşma getmiş, yeni bir qayda formalaşmışdır.
Müasir dövrdə qloballaşmanın və dayanıqlı inkişaf konsepsiyasının
tələblərinə uyğun olaraq müxtəlif elm sahələri arasında qarşılıqlı əlaqə get-
dikcə genişlənir və elmdaxili inteqrativ proseslər gedir. A.D.Ursul “daya-
nıqlı inkişaf problemlərinin təbii-elmi, humanitar, texniki, kənd təsərrüfatı,
tibbi və fənlərarası sahələrin tədqiqat cəbhəsinin genişlənməsini, bioloji və
sosial sistemlərin tarazlaşması, habelə yer və kosmosun bütöv sisteminin
ayrı-ayrı elementləri və prosesləri üzrə biliklərin ümumi elmi istiqamətlər-
də birləşməsini” yeni dövrün əsas tələbləri kimi qeyd edir.
1
2
Onun fikrinə
görə, müasir inkişaf mərhələsində elm, texnika və texnologiya noosfer ori-
yentasiyasına keçməlidir.
1
3
Belə ki, Yerin təbiətinə antropogen təzyiq azal-
malı, noosferogenezin kosmik magistralı formalaşmalıdır.
1
4
Əlbəttə, noo-
sfer ideyası gələcək elmin əsas inteqrativ prinsiplərindən biri ola bilər.
Amma elmin məhz hansı istiqamətdə inkişaf edəcəyini birqiymətli şəkildə
proqnozlaşdırmaq hələ mümkün deyil.
İndi bizim elm kimi qəbul etdiyimiz biliklər sistemi, əslində vahid
bütöv bir sistem olmayıb, ayrı-ayrı fənlərdə təmərküzləşmiş, strukturlaşmış
nisbi müstəqil epistemoloji sistemlər çoxluğu heç də yeganə mümkün va-
riant deyil.
Əvvəla, bir daha vurğulamaq istəyirik ki, hansı isə vahid elmdən da-
nışmaq üçün hələ də kafi əsas yoxdur. İndi olsa-olsa ayrı-ayrı elmlər var
ki, bunların bir qismi o dərəcədə yaxınlaşmışdır ki, onlardan vahid bir sis-
tem kimi bəhs etmək bəlkə də mümkündür. Amma bəzən bu elmlərin öz
daxilində də elə ayrılmalar baş verir ki, dünyanın vahid elmi mənzərəsin-
dən danışmağın hələ tez olduğu aydınlaşır. Bununla belə, bizi maraqlan-
1
П.Л.Капица. Эксперимент, теория, практика: Статьи и выступления. М., Наука,
1981, с. 190-191.
2
Послесловие академика А.Д.Урсула // С.Халилов. Основания научно-техничес-
кого прогресса. Логико-методологический анализ. Москва, «Экономика и инфор-
матика», 1997, с. 137.
3
Yenə orada, s. 136.
4
Yenə orada, s. 138.
Elm və onun inkişaf yolu
179
dıran elmin inkişafının indiki məqamında onun bütöv olub-olmaması yox,
belə bir bütövlüyün, belə bir vahid modelin prinsipcə mümkün olub-olma-
ması məsələsidir. Dünyanın vahid elmi mənzərəsi, “bütöv elm” modeli
təşəbbüsləri həmişə olmuşdur. Hər bir inkişaf mərhələsində alimlər obyek-
tiv gerçəkliyi adekvat əks elətdirən bir model qurduqlarını zənn ediblər.
Bəzən hətta bunu bir model kimi yox, həqiqət kimi, gerçəyin adekvat ob-
razı kimi qəbul ediblər.
Lakin alimlərin “özünü aldatması” sonlu bir obrazın sonsuzluğu ifa-
də edə bilmək iddiası ilə bağlıdır. Əslində isə bizim bütün biliklərimiz və
min illər ərzində elmin əldə etdiyi nailiyyətlər gerçək dünyanın ancaq mü-
cərrəd, ümumiləşmiş, digər tərəfdən isə adda-budda, hissələrlə dərkidir.
Yəni hələ neçə-neçə elmlər yaranacaq və onlar dünyanın elmi mənzərəsini
nəinki yeni adalar və yarımadalarla, hətta ola bilsin ki, bütöv materiklərlə
zənginləşdirəcəklər.
Nəzərə alınmalıdır ki, elm bu dünyanın dəyişkənliyini, konkret
təzahürlərini yox, ümumilər arasında münasibəti, sabit, universal əlaqələr
sistemini, konfiqurasiyanı, maketi öyrənir!
Amma bu, sözün yüksək mənasında və məhdud çərçivədə elmdir.
Sözün geniş mənasında elm anlayışına fərqli məzmunlar da daxil edilir. El-
miliyin əsas meyarını ödəməyən, amma insanlar üçün gərəkli olan müəy-
yən sahədəki biliklərin sistemləşdirilmiş təqdimatı da çox vaxt elmlər sıra-
sına daxil edilir. Məsələn, tarix, coğrafiya, geologiya, arxeologiya, dilçilik
(xüsusi dilçilik), ədəbiyyat tarixi və s. elmin mahiyyəti, elmi həqiqət və el-
miliyin meyarları baxımından klassik elmlərdən (fizika, kimya və s.) köklü
surətdə fərqlənirlər. Məsələ burasındadır ki, bu tədqiqat sahələri çox vaxt
ümumiləri, universal kəmiyyətləri deyil, məkan-zaman baxımından kon-
kret hadisələri öyrənir və bu sahədə sadəcə faktiki material (empirik bilik)
toplamaqla məşğul olurlar. Məsələn, coğrafi ekspedisiyalar planetimizin
insanların naməlum qalmış guşələrini aşkar etmək və onların faktiki təsvi-
rini verməklə məşğul olur. Buradakı kəşflər təbiətin hansısa universal qa-
nunlarının deyil, onun konkret təzahürlərinin müşahidə olunması və aşkar
edilməsi mənasında kəşflərdir. Eləcə də, əgər geoloqlar hansı isə ərazidə
neft, qaz və ya filiz yataqları aşkar edirsə, bu, konkret bir obyektin, bəlli
bir kontinium çərçivəsində öyrənilməsidir. Ümumiləşdirmələr və bu sahə-
dəki ümumi metodlardan istifadə edilməsi sonrakı mərhələdir. Amma hal-
buki, geoloji kəşfiyyatla elmi müstəvidəki araşdırmalar arasında demar-
Elm haqqında elm
180
kasiya aparılmır. Nəticədə çox vaxt empirik-faktiki yeniliklərlə həqiqi elmi
yeniliklər eyni bir fənnin bərabərhüquqlu tərkib hissələri kimi dəyərləndi-
rilir. Onu da qeyd edək ki, coğrafiyada, geologiyada və təbiətin bilavasitə
öyrənilməsi ilə məşğul olan digər sahələrdə elmilik fazasına keçid istər-is-
təməz fizika, kimya, biologiya kimi klassik elmlərlə kəsişmə sahəsində
mümkün olur.
Əlbəttə, fəlsəfə, riyaziyyat, məntiq kimi sahələr də məxsusi mənada
elmə daxil deyil, lakin onların fərqləndirilməsi zərurəti başqa səbəbdən or-
taya çıxır və biz bu fərqi ayrıca nəzərdən keçirəcəyik. Coğrafiyada, arxeo-
logiyada, tarixdə isə ayrıca götürülmüş ərazidən, konkret dağdan, çaydan,
şəhərdən, ölkədən söhbət gedir. Zaman-məkan müəyyənliyi olan bir hadisə
təsvir olunur. Bu hələ elm deyil, amma özlüyündə bir dəyərdir. Çünki bu
məlumatlar insanlara lazımdır. Müasir nəqliyyat-kommunikasiya şəraitin-
də bu məlumatlar adi görünə bilər; yəni onsuz da hamının bildiyi bir şey
kimi. Amma vaxtilə bu və ya digər coğrafi obyektin – ərazinin, gölün, ça-
yın, dənizin kəşfindən söhbət gedirdi. Və bu “kəşflər” elmə aid edilməyib,
özgə hansı sahəyə aid edilə bilər. Eləcə də botanikada, zoologiyada – ayrı-
ayrı bitki və ya heyvanların “kəşfi”; bu mərhələdə hələ ümumilərdən, növ-
lərdən, hansı isə tendensiyadan, qanunauyğunluqdan söhbət getmir. Və
müasir elmi meyarlar baxımından bunlar heç biri elmə aid deyil. Sadəcə
faktiki biliklərin toplanması mərhələsidir. Sonra isə bunların qruplaşdırıl-
ması, növləşdirilməsi, təsnifatı başlanır ki, bu, artıq ümumiləşdirmədir və
bu mənada elmə girişdir.
Eləcə də geoloji kəşflər. Söhbət hansı isə konkret neft yatağının, qaz
və ya qızıl ehtiyatlarının aşkarlanmasından gedir. Yəni ünvanı bəlli olan,
konkret bir təbii-maddi şəraitdə üzə çıxarılan (başqa bir şəraitdə isə dəyi-
şilməsi prinsipcə mümkün olan), hansı isə iqtisadi və ya siyasi mülahizə-
lərdən, subyektiv amillərdən asılı olaraq istismar edilən və ya dincə qoyu-
lan yataqların texniki şərtlərinin öyrənilməsi – bütün bunlar böyük elmin
özü yox, elmlə ictimai həyat arasında yer alan və yenə də faktiki biliklər
əsasında qurulan elmi-texniki və texnoloji işləmələrdir. Yəni bu “kəşflər”
əslində bir o qədər də elmə aid deyil. Elmə aid olan bu konkret faktiki
materialın ümumiləşdirilməsi əsasında (əgər faktlar ümumiləşdirmə üçün
yetərli olacaq qədər çoxdursa) əldə edilən qanunauyğunluqlardır. Deməli,
geoloji kəşfiyyat özü bir elm olmayıb, elm ilə praktika arasında, təkcə ilə
ümumi arasında mövqe tutur. Tək bir geologiya timsalında da biz dar mə-
Elm və onun inkişaf yolu
181
nada elmlə onun böyük əhatəsi arasında fərqi görə bilərik. Maraqlı bir ana-
logiya yada düşür: şəhərlərin əhalisi siyahıya alınanda, sözün dar mənasın-
da şəhərin özündə (metropolis) və şəhərətrafılarla birlikdə (meqapolis)
əhali xeyli dərəcədə fərqli olur. Elmdə “şəhərətrafı”na uyğun gələn elmilik
meyarlarını ödəməsə də, müəyyən bir elmin yaranmasında iştirak edən və
onun həndəvərində olan faktiki biliklərdir. Orta məktəb proqramlarında
əhatə olunan: coğrafiya, botanika, zoologiya, tarix, ədəbiyyat, dil (konkret
bir dil – məsələn, ingilis dili və s.), astronomiya və demək olar ki, bütün
fənlər üzrə verilən biliklər bir qayda olaraq, müvafiq elmlərin özünü yox,
bu “elmətrafı”, daha doğrusu, elməqədərki biliklər sistemini əhatə edir.
Ancaq yuxarı siniflərdə “ümumi biologiya”, “ədəbiyyat nəzəriyyəsi” və s.
bu kimi fənlər əvvəl keçilənlərin nəzəri ümumiləşməsi kimi təqdim edilir
və burada müvafiq elmlərin də əsasları öyrədilmiş olur.
Astronomiyada göy cisimləri; ayrı-ayrı planetlər və onların hərəkəti
haqqında müəyyən məlumatlarla yanaşı, həm də müvafiq hərəkət qanuna-
uyğunluqlarına dair biliklər verilir ki, bu da elmi əsaslarla elməqədərki bi-
liklərin qatışıq təqdimatıdır. Eləcə də fizika və kimya fənlərində xalis elm
yox, bu cür qatışıq təqdim olunur.
Biz bu misalları ona görə gətirmirik ki, orta məktəbdə ancaq elm öy-
rədilsin, əksinə, elmətrafı biliklərin də xüsusi dəyərə malik olduğu və el-
min mənimsənilməsinə də məhz onlardan başlamaq zərurətini vurğulayı-
rıq. Bəzən tarixin, riyaziyyatın, fəlsəfənin elm olmaması haqqında iddia
müvafiq sahələrin nümayəndələri tərəfindən narazılıqla qarşılanır. Buraya
botanikanın, zoologiyanın, coğrafiyanın, geologiyanın elmətrafı biliklər
sistemini də əlavə edərək, sual qoymaq olar ki, bütün bu biliklərin xalis
elm anlayışına uyğun olmaması onların dəyərini azaldırmı? Poeziya elm
olmadığı üçün heç xiffət eləmir. Eləcə də fəlsəfə. Elmdən daha yüksək ol-
maq, yaxud elməqədərki zəruri biliklər sistemi olmaq, yaxud elmlə yanaşı,
insanın mənəvi-intellektual dünyasında ayrıca lövbər salmaq nəyə görə
əskiklik sayılmalıdır? Kim tarixin elmdən daha az əhəmiyyətli olduğunu
iddia edə bilər? Amma bu başqa məsələ ki, ayrı-ayrı tarixi hadisələr deyil,
bütövlükdə tarixi inkişafın ümumi qanunauyğunluğundan söhbət gedə; bu,
artıq elmdir, amma ictimai şüur üçün, yeni nəslin tərbiyəsi üçün tarixin özü
qədər zəruri deyil. Daha doğrusu, elmin belə funksiyaları yoxdur. Biliklər
ancaq şəxssizləşdikdən, milli-mənəvi dəyərlərdən “təmizləndikdən” sonra
elmə çevrilə bilər.
Elm haqqında elm
182
Düzdür, Kun konsepsiyası elmin inkişafında sosial-mədəni amillərin
rolunu nəzərə almaqla fərqlənir. Lakin bu amillər əslində nəyə təsir
göstərir: elmin özünə, elmi yaradıcılıq prosesinə, onun infrastrukturuna,
təşkilati formalarına, yoxsa daha nələrə?!
Elmin inkişafının ictimai mühitlə, siyasi, iqtisadi və mədəni-mənəvi
amillərlə bağlılığı bu inkişaf prosesinin özünə, tempinə təsir göstərsə də,
onun daxili məzmununa heç bir təsir göstərmir. Bu mənada neopozitiviz-
min, postpozitivizmin, tənqidi realizmin və s. Kun tərəfindən məhz sosial
determinasiyanın nəzərə alınmaması ittihamı ilə tənqid olunmasının heç
bir elmi əsası yoxdur. R.Karnap, K.Popper və s. elmi biliklərin, təlimlərin
və ümumiyyətlə elmin daxili məzmununun araşdırılması ilə məşğuldur.
Sosial amillər isə stasionar elmə, Popperin “üçüncü dünya” adlandırdığı el-
mi biliklər sisteminə yox, onun hələ formalaşmamış ön cəbhəsinə, elm
adamlarına və onların vasitəsilə elmi yaradıcılığın gedişatına təsir göstərir.
Bu fərqi daha düzgün təsəvvür etmək üçün Əbu Turxanın dünya inkişafı
üçün irəli sürdüyü daha fundamental bir qanunauyğunluqdan çıxış etsək
yerinə düşər. Belə ki, onun təliminə görə, təbii mühit canlı aləmin təkamü-
lünə təsir edərkən, onların daxili məzmununa toxunmur. Bir bitki cücərir-
sə, ona torpaq, hava, su, işıq lazımdır. Yəni bitki onlar vasitəsilə təbiətdən
qida alır. Lakin bitkinin daxili məzmunu inkişaf edib nəyə çevriləcəyi bu
mühitin verdiyi qidadan, onun nə dərəcədə münbit olmasından az asılıdır
və ya heç asılı deyil. Çünki bitki öncədən proqramlaşdırılmış daxili məz-
muna malikdir. Mühit bu proqramın məzmununa deyil, ancaq realizasiya-
sına, daha tez və daha mükəmməl surətdə açılmasına təsir edir. Eləcə də
elmin insanlardan asılı olmayan öz ilkin proqramı vardır. Bu proqram əs-
lində təbiətin proqramına adekvatdır. Ona görə də, alimlərin bir qismi onu
təbiətdən (təbiətin özündən) oxumağa çalışır. Digər qisim alimlər isə onu
elm kitabının özündən oxuyurlar. Amma hissə-hissə, ayrı-ayrı cümlə və ya
uzaq başı abzas həcmində. Amma nəinki bütöv fəsil, heç bir paraqrafı da
birbaşa bu kitabdan oxumaq heç kimə müyəssər olmur. Alimlər ayrı-ayrı
fraqmentlərdən bütöv mətni özləri quraşdırırlar. Lakin bunun üçün öncə
bütöv mətnin ideya istiqaməti bəlli olmalıdır. Böyük ideya və təfərrüatlar
arasında rabitə yaradılması, hissi təcrübə ilə təbiətin öyrənilməsindən qaza-
nılmış biliklərin insanın fəhmlə birbaşa Elm kitabından götürdüyü struktur
əsasında düzülməsi və bu zaman ortaya çıxan ziddiyyətlər, uyuşmazlıqlar
və elmi ictimaiyyətin onların aradan qaldırılmasında cəhdləri.
Elm və onun inkişaf yolu
183
Elm əvvəlcədən yazılmış kitabdır. Və alimlər onu yazmağa deyil,
oxumağa çalışmalıdırlar.
Elm haqqında elm
184
Elmin
inkişaf qanunauyğunluğu
Elmin hüdudları üfüqü xatırladır: nə qədər çox
yaxınlaşırsansa, o qədər uzağa çəkilir.
Dostları ilə paylaş: |