Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,06 Mb.
Pdf görüntüsü
səhifə45/55
tarix04.12.2019
ölçüsü5,06 Mb.
#29799
1   ...   41   42   43   44   45   46   47   48   ...   55
Elm haqqında elm 

 

 

 

590



truktor və elmi işçilər bilirlər. Bəs necə olur ki, insan texniki qurğunun nə-

zəri  əsaslarını, onun iş prinsipini, daxili quruluşunu mənimsəmədən onu 

idarə edə bilir? Məsələ burasındadır ki, idarəetmə qaydaları  fəhlə  və ya 

texniki işçi tərəfindən deyil, obyektin daxili quruluşunu gözəl bilən mü-

həndis-konstruktorlar tərəfindən müəyyən edilir. Onlar tənzimetməni bir 

neçə sadə  əməliyyatdan ibarət sistem kimi müəyyən edir; işçi qurğunun 

(məsələn, kompüterin) yalnız zahiri hissələri ilə, düymələrlə kontaktda 

olur və bu zaman qabaqcadan müəyyən edilmiş  şərti işarələrdən istifadə 

edir. 

Müasir dövrdə texnikanın sürətli inkişafı ilə  əlaqədar olaraq yeni 



professional  əmək vərdişlərinin  əldə edilməsi probleminin həllində  təhsil 

sisteminin böyük rolu vardır. Müasir texnika elmə istinad etdiyindən elmi 

biliklərin əsaslarını öyrənmədən texnikadan baş çıxarmaq qeyri-mümkün-

dür. Digər tərəfdən də, texniki-peşə  təhsili sistemi olmadan mütəxəssis 

fəhlələrin, ustaların hazırlanması, ali təhsilli mühəndislərlə xüsusi təhsili 

olmayan fəhlələr arasındakı «boşluğu» aradan qaldırmaq mümkün olmaz. 

Təhsil sistemi həm də hansı isə dar ixtisas sahəsinin bilik sahələri arasında, 

xüsusən dünyəvi problemlər fonunda tutduğu yeri təsəvvür etməyə imkan 

yaradır ki, bu da insanın mənəvi bütövlüyünün təmin edilməsi üçün mü-

hüm şərtdir. 

İnkişaf etmiş  cəmiyyətdə  həmin problemin spesifikası bundan iba-

rətdir ki, burada məqsəd heç də təkcə fəhlənin texniki vasitələrdən istifadə 

edə bilməsi deyil, həm də bu qabiliyyətin onun ümumi inkişafına, bir insan 

kimi arzu və istəklərinə mane olmadan əldə edilməsidir. Yəni professional 

inkişaf, müəyyən dar ixtisas sahəsinə daha dərindən yiyələnmək tələbi in-

sanın ümumi inkişafı, onun müxtəlif həyat hadisələrindən xəbərdar olması, 

dünya hadisələrinə şüurlu münasibət bəsləyə bilməsi tələbi ilə vəhdət təşkil 

etməlidir. Düzdür, müasir kadrların yetişdirilməsi üçün ilk növbədə təhsil 

sistemini təkmilləşdirmək, texniki təmayüllü məktəbləri çoxaltmaq, müasir 

elmi biliyə əsaslanan texniki qurğuların istismar qaydalarını mənimsəmək 

tələb olunur. Lakin bu yetərli deyil. İstehsal vasitələri və müvafiq texnolo-

giya çox sürətlə  dəyişdiyindən müvafiq təhsil görmüş  və peşə  vərdişləri 

əldə etmiş mütəxəssis iş prosesində müntəzəm olaraq təkmilləşməli, qur-

ğular dəyişdikcə onlara uyğun  əmək vərdişləri də  əldə olunmalıdır. N.V. 

Markov hələ 70-ci illərdə müşahidə olunan bu tendensiyanı nəzərə alaraq 

yazırdı: “Yeni texnikanın sürətli inkişafı və bununla əlaqədar olaraq texno-



Elm, texnika, şəxsiyyət 

 

 

 

591



 

logiyanın dəyişməsi yeni istehsal vasitələrinin əsasında duran elmi-texniki 

biliklərin də əvvəlki istehsal təcrübəsinə əlavə olunmasını tələb edir”.

7

1



 

Bir əməli fəaliyyət sahəsində tətbiq olunan texniki yenilik digər sa-

hələrə də öz təsirini göstərir; insanın iş üsulunun dəyişməsi onun bütün fi-

ziki və mənəvi həyatında da iz buraxır. Ona görə də elmi-texniki tərəqqi-

nin qoyduğu tələblərdən biri də insanların öz əmək vərdişlərini vaxtaşırı 

surətdə  nəzərdən keçirməsini və bu yeknəsəqliyə müxtəliflik gətirməsini 

nəzərdə tutur. Yeni elmi nailiyyətlərin tətbiqi təkcə  iş prosesində deyil, 

məişətdə  də insanın  əməli fəaliyyətinə  təsir göstərdiyindən bu təsirlərin 

müntəzəm surətdə  və elmi əsaslarla nəzərdən keçirilməsinə ehtiyac yara-

nır. Elmi və texnoloji yeniliklərin tətbiq müddəti qısaldıqca, onun bir insan 

ömrü ərzində bir neçə dəfə baş verməsi qaçılmaz olur. Fransız iqtisadçısı 

J.Furastye yazır: “Bizim nəsil əsl qeyri-insani partlayışa məruz qalıb: indi 

cəmiyyət üç il ərzində elə dəyişir ki, o, XX əsrin əvvəllərində ancaq 30 il, 

Nyutona qədərki dövrdə 300 il, daş əsri dövründə isə üç min il ərzində bu 

cür dəyişə bilərdi”.

7

2



 Bu etirafda həm də böyük bir təşviş duyulur, belə ki 

doğurdan da belə sürətli dəyişikliklər qabaqcadan nəzərə alına bilməyən 

ciddi mənfi nəticələrə gətirə bilər.  

Əgər heç bir xüsusi tədbir görülməzsə, elmi-texniki tərəqqinin zəruri 

nəticəsi olaraq meydana çıxan dəyişikliklər, istehsal vasitəsi və texnologi-

yanın vaxtaşırı olaraq yeniləşdirilməsi hadisəsi və işçilərin müntəzəm su-

rətdə bu yeniliklərə uyğunlaşması tələbi müəyyən psixoloji gərginlik şərai-

ti doğurmaya bilməz. Ağır fiziki əməyin tədricən zehni əməklə əvəz olun-

ması, bir tərəfdən müsbət hadisə olsa da, digər tərəfdən,  əgər tədricilik 

şərtləri ödənilməzsə və yeni əmək vərdişlərinə yiyələnməsi prosesi xüsusi 

şəraitdə aparılmazsa, fəhlələrdə müəyyən psixik sarsıntıların yaranması la-

büddür. Müasir texniki tərəqqi şəraitində insanın fiziki və zehni enerjisinin 

istifadə olunmasına yeni tələblər qoyulur: ağır fiziki əmək xüsusi hazırlıq 

və böyük əsəb gərginliyi tələb edən zehni əməklə əvəz olunur. Fərd getdik-

cə daha mürəkkəb texniki qurğularla işləməli olur ki, bu qurğuların iş ritm-

ləri onun həyat ritmlərinə də ciddi təsir göstərmiş olur. Bütün bunlar insa-

nın adaptasiyası problemini daha da aktuallaşdırır. Belə ki, fərdin uzun tə-

                                                 

1

 Н.В.Марков. Научно-техническая революция: анализ, перспективы, последствия. 



М., 1973, с. 161.  

2

 Bax: Р.Бахтфмов. Загадга НТР. 1976, с. 209.   



Elm haqqında elm 

 

 

 

592



kamül prosesində formalaşmış olan morfofizioloji xüsusiyyətləri texnoloji 

proseslərin və ətraf mühitin dəyişdiyi böyük sürətlə dəyişə bilməz. Bu pro-

seslərin zamanca uyğun gəlməməsi insanın bioloji təbiəti, onun adaptasiya 

qabiliyyəti ilə ətraf mühitin dəyişmə tempi arasında ziddiyyət yaradır. Fizi-

ki  əməyin zehni əməklə  əvəz edilməsi, bir qayda olaraq, fəhlənin fiziki 

sağlamlığının qorunması üçün vacib şərt kimi qiymətləndirilir. Halbuki 

məsələnin başqa tərəfi, məhz psixoloji aspekti bu dəyişikliyin heç də birtə-

rəfli olmadığını, onun digər kənar hala, digər qütbə  də malik olduğunu 

göstərir. 

Əmək  şəraitinin dəyişdirilməsi, ixtisas biliyinin müntəzəm surətdə 

təkmilləşdirilməsi tələbi, ictimai mikromühitin dəyişilməsi, çox böyük 

informasiya axını və hər şeyi öyrənmək həvəsi – bütün bunlar insanı daim 

gərginlik altında saxlayır. İnsan həmişə nəyə isə tələsir, amma yenə də hə-

yatın sürətli inkişaf ritminə tam uyğunlaş bilmir. İnsanın üzərinə yağan in-

formasiya axını onun imkanlarını aşır. 

Elmi-texniki tərəqqinin yaratdığı yeni amillərdən biri də insanın öz 

vaxtının getdikcə daha çox hissəsini «informasiya aclığı» deyilən ehtiyacın 

ödənilməsinə sərf etməyə məcbur olmasıdır ki, bu da insani münasibətlər, 

fərdi ünsiyyət və s. üçün vaxtın çatışmamasına, adət-ənənələrə getdikcə 

daha az əməl olunmasına, əxlaqi meyarın arxa plana keçməsinə səbəb olur. 

Belə mənfi nəticələrin heç olmazsa qismən aradan qaldırılması, mü-

əssisələrdə ən optimal iş formasının seçilə bilməsi üçün xüsusi sosial-psi-

xoloji tədqiqatlar aparılmasına, konkret şəraitlərin öyrənilməsinə böyük 

ehtiyac vardır. Bu, iş yerlərindəki hər cür dəyişikliyi insanların həm mənə-

vi-psixik, həm də fiziki inkişafına mane olmamaq və  hətta kömək etmək 

şərti əsasında həyata keçirməyə imkan yaradardı. 

 

İnsanın bütün həyatı onun yaşadığı mühitlə  əks-əlaqə münasibətlə-



rindən ibarətdir. 

  İnsan bu dünyaya onun subyekti kimi yox, sadəcə bir hissəsi kimi 

gəlir. Uşaqlıq dövründə o, hər hansı bir şeyə, hadisəyə məqsədyönlü surət-

də təsir göstərmir, amma çox müxtəlif yönlərdə təsirə məruz qalır.  

Bu, tarixən də belə olmuşdur. Yəni insanın ilkin tarixi formalaşma 

dövründə onun təbiətə, ətraf mühitə təsir imkanları sanki sıfırdan başlaya-

raq zaman-zaman inkişaf etmişdir. Tarixi insan öz missiyasını yerinə yetir-

mək və  təbiətin subyekti olmaq səviyyəsinə yüksələnədək, neçə yüz min 



Elm, texnika, şəxsiyyət 

 

 

 

593



 

illər keçmişdir. Hər bir insan da öz fərdi ömrü ərzində həmin yola bənzər 

bir yol keçir və nəhayət, uşaqlıq illərindəki təsirlərə reaksiya mərhələsin-

dən  məqsədyönlü təsirlər  mərhələsinə yüksəlir. E.Hekkelin dediyi kimi, 

insanın fərdi inkişafı sadələşdirilmiş formada bəşəriyyətin təkamül yolu-

nun bütün mərhələlərini təkrarlayır. Əslində bu proses insanın bütün ömrü 

ərzində deyil, onun özünütanıma (ilkin yetkinlik) dövrünə  qədər davam 

edir. Sonrakı həyat ikiləşərək şüurlu və qeyri-şüuri olaraq iki istiqamətdə 

davam edir. Bundan sonra insan öz həyatı kimi məhz şüurlu həyatı “qəbul 

edir”. Halbuki, körpəlikdən başlayan qeyri-şüuri həyat onun bütün ömrü 

ərzində davam edir. Sadəcə, necə ki, uşaq öz həyatına kənardan baxmır və 

bu mənada dərk olunmamış bir həyat yaşayır, böyük insan da həmin bu 

kortəbii həyatdan həmişə xəbərsiz qalır. Amma onun hiss-həyəcanları, ar-

zu və istəkləri, sevinc və kədəri daha çox dərəcədə həmin bu kortəbii hə-

yatdan qaynaqlanır.  

Tarixi insan da təxminən buna bənzər şəkildə iki istiqamətdə inkişaf 

yolu keçir. Lakin tarixin subyekti cəmiyyət olduğundan, burada insanların 

coğrafi paylanmasına və hər bir lokal ictimai mühitdə təşkilatlanma səviy-

yəsinə uyğun olaraq dərk olunmuş və olunmamış həyatın paylanma xəritə-

si rəngarəngdir. Müəyyən ictimai mühitdə  şüurlu həyat dominantdırsa, 

başqa bir mühitdə hələ də kortəbii həyat üstünlük təşkil edir. Ona görə də, 

ictimai həyatın daxili strukturu daha mürəkkəb və dinamikdir. Özünü daha 

çox dərk etmiş olan və təkcə fərdi həyatları deyil, bütövlükdə ictimai hə-

yatı da düşünülmüş surətdə quran sosial subyekt əsasən kortəbii həyat ya-

şayan ictimai qrupların, xalqların da subyektinə çevrilməyə çalışır. Daha 

yüksək səviyyəli ictimai beyin mərkəzləri öz ətrafında getdikcə daha geniş 

ictimai kütlə cəmləşdirir və bütövlükdə ümumbəşəri tərəqqi prosesinə yön 

verməyə çalışır.  

Bax, belə bir şəraitdə fərdlərin üzərinə iki vəzifə düşür. Birincisi, öz 

şüurlu həyatı  və  aşkar bilikləri ilə yanaşı, dəruni dünyaya yol tapmaq və 

özünün də xəbərsiz qaldığı gizli, batini sərvətdən daha səriştəli surətdə ya-

rarlanmaq; ikincisi, yaşadığı ictimai mühiti və bütövlükdə planetin mənə-

vi-intellektual xəritəsini öyrənmək və fəaliyyət istiqamətini müəyyənləşdi-

rərkən, öncə öz obyektiv durumunu bu kontekstdə  dəyərləndirmək. Yəni 

insanın şüurlu həyatı o zaman həqiqətin şüurlu ola bilər ki, o, öz içindəki 

və dışındakı mənəvi-intellektual mühiti hansı isə üsullarla öyrənmiş olsun. 

Buna görə  də, müasir elm təkcə  aşkar biliklərlə kifayətlənə bilməz və ya 


Elm haqqında elm 

 

 

 

594



başqa sözlə desək, insanlara məhz aşkar biliklər üzərində qurulmuş elmlə 

yanaşı, alternativ bir bələdçi də lazımdır ki, bu rola müxtəlif dinlər, fəlsə-

fələr və parapsixologiya, astrologiya və s. bu kimi psevdoelmlər iddialı-

dırlar.  

Bu baxımdan, müasir elmin optimal yerini müəyyənləşdirmək üçün 

onun mənəvi-intellektual mühiti və onun infrastrukturu müəyyən edilməli-

dir. 

Əsrlər boyu işgüzarlıq, qoçaqlıq, məharət, qabiliyyət yüksək keyfiy-



yət hesab olunmuşdur. Lakin bununla yanaşı, insanın öz fəallığını, enerjisi-

ni məhz hansı işə yönəltməsi, nə uğrunda çalışması; xeyrə, haqqa, ədalətə-

mi, yoxsa, şərə, yalana, ziyankarlığamı xidmət göstərməsi, yəni onun necə 

seçim etməsi də az önəmli deyil. Hər iki halda, həm görəcəyi işi düzgün 

seçə bilmək üçün, həm də bu işi məharətlə həyata keçirə bilmək üçün insa-

na ilk növbədə biliklər lazımdır. Mənəvi prinsiplərin, meyarların, dəyərlə-

rin öyrənilməsi, mənimsənilməsi düzgün seçim üçün ilkin şərtdir. Eləcə 

də, hər hansı bir sahədə fəaliyyət prinsiplərini, əməli vərdişləri mənimsə-

mədən, yəni bu sahədəki biliklərə yiyələnmədən iş görmək cəhdləri öncə-

dən uğursuzluğa məhkumdur. Nəyi, hansı işi görmək və bu işi necə, hansı 

qaydalar əsasında görmək şərtləri insan həyatının əsasını təşkil edir. Lakin 

bununla belə məktəblərdə tədris olunan biliklər ilk baxışda insanın bu iki 

zəruri ehtiyacının ödənilməsinə yönəlməmişdir. Biz sanki gündəlik həyatı-

mızdan uzaq olan mücərrəd bilikləri öyrənirik. Harada isə lap uzaqlarda, 

planetlərin hərəkət qanunauyğunluğu, yaxud heç vaxt üzünü də görmədiyi-

miz molekulların və hüceyrələrin daxili quruluşu, “elektron” adlandırılan 

hansı isə zərrəciklərin nizamlı və ya nizamsız hərəkəti haqqında əldə etdi-

yimiz biliklər bizim cari həyatımızla bilavasitə  əlaqəli deyil və bizə çox 

mücərrəd görünür. Lakin insanın öz məhəlləsindən, kəndindən kənara çı-

xaraq dünyada gedən proseslərə qatılması və müəyyən bir dar ixtisas sahə-

sində daha dərin biliklərə yiyələnməsi,  ictimai əmək bölgüsündə yer alma-

sı üçün adi məişət biliklərindən fərqli olaraq elmi biliklərə ehtiyac yaranır. 

Yəni müasir insanın həyatı bilavasitə bu həyata aid olmayan, ondan xeyli 

kənara çıxan, sanki uzaqlarda məskunlaşmış olan xüsusi növ biliklər siste-

mindən asılı vəziyyətə düşür.  

Bu hadisəni bir çox tədqiqatçılar mədəniyyətin parçalanması kimi 

izah edir və bəzən hətta tragik notlarda təsvir edirlər. Bu bölünməni elmi-

texniki və bədii-humanitar istiqamətlərdə qruplaşdıran Ç.Snou mədəniyyə-



Elm, texnika, şəxsiyyət 

 

 

 

595



 

tin iki qolundan bəhs edir. Elm və incəsənəti mədəniyyətin qoşa qanadları 

adlandıran Xudu Məmmədov da bu iki yaradıcılıq sahəsi arasında uyğun 

və fərqli cəhətləri nəzərdən keçirir.

7

1

 Amma o, öz kitabında elmi incəsənə-



tlə  və  ağlı duyğu ilə müqayisə etməklə kifayətlənmir, həm də  təbiətin, 

həyatın özündəki struktur və gözəlliyin əlaqəsini açmağa çalışır.  

Elmi-texniki fəaliyyət insanı  təkcə  mənəvi həyatdan, sənətdən və 

ədəbiyyatdan ayırmır; o, insanı gündəlik həyatından, məişətdən, siyasətdən 

və iqtisadiyyatdan, bir sözlə, ictimai həyatın bütün digər sahələrindən ta-

mamilə  fərqli olan, sanki yad bir dünyaya aparır. Lakin əslində elm real 

həyatdan uzaq olsa da, öz strukturuna görə daha çox dərəcədə təbiətin fun-

damental nizamı və ahəngi ilə səsləşir. Düzdür, fəlsəfədə bu fərqli istiqa-

mətləri öyrənən sahələr də ayrılmış, epistemoloji,  elmi-texniki fəaliyyəti 

əks etdirən  elm fəlsəfəsi ilə yanaşı, insana, onun mənəvi-estetik həyatına 

doğma olan məsələləri ehtiva edən həyat fəlsəfəsi adlı xüsusi bir cərəyan 

yaranmışdır. Lakin bu fəlsəfi tədqiqat sahələri insan həyatını yenə də tam 

ehtiva edə bilmir. Çünki insan getdikcə daha çox sosiallaşır və ictimai-si-

yasi və iqtisadi, həyat da mədəni-mənəvi və intellektual həyat qədər önəm-

li olur. Üstəlik bütün bu sahələr elmi fəaliyyətin özünə də bu və ya digər 

dərəcədə təsir göstərir.  

 

                                                 



1

 Bax:  Ч.Сноу.  Две  культуры.  М., «Прогресс», 1973; X.Məmmədov.  Qoşa qanad. 

Bakı, Gənclik, 1974. 


Elm haqqında elm 

 

 

 

596



 

 

 



 

 

Elm, texnika, estetik tərbiyə 

 

 

Elmin məqsədi həqiqəti aşkar etməkdir. Texnika həqiqətin özündə 



saxladığı potensial gücü insan fəaliyyətinə  dəstək halına gətirir. Estetik 

hiss isə insan fəaliyyəti zamanı dünyanın ahəngindən uzaqlaşmamaq üçün 

bir oriyentirdir. Əslində insan bütövlükdə dünyanı ehtiva edə bilmədiyinə 

görə, öz lokal dünyasını yaradır və ya ona adekvat bir model qurmağa 

çalışır.  

Hər bir texniki qurğu, insan tərəfindən yaradılmış bütün cisim və ha-

disələr müəyyən bir layihə əsasında gerçəkləşir. Elmi idrak da ancaq «layi-

hələr»i araşdırır. Yəni elmi konkret təzahürlər yox, ümumilər, ümumilər 

arasındakı münasibətlər maraqlandırır. Qanun da təzahürlər dünyasını de-

yil, mahiyyətlər arasındakı münasibəti ifadə edir. Başqa sözlə, elm dünyası 

fani dünyanın təsadüfi kənaraçıxmalarını və sapmalarını deyil, mahiyyətlə-

ri ehtiva edir. Bu, əslində  həqiqətlər dünyasıdır. Həqiqət bir yanaşmada 

(aksioloji) – haqq-ədalət, başqa (estetik) yanaşmada isə gözəllik timsalı ki-

mi ortaya çıxır. Eyni ideyanın müxtəlif rakurslarda təzahürü! 

Elmin insan həyatına müdaxiləsi onu dünya ilə vəhdətdən ayırır. Ra-

sional düşüncə estetik hissi sıxışdırıb çıxarır. Halbuki insanın həyatı yalnız 

estetik hiss sayəsində vahid, bütöv bir proses olur. İnsanın fiziki inkişafı, 

onun əxlaqi-mənəvi keyfiyyətləri, habelə intellektual inkişaf səviyyəsi mü-

əyyən əlaqəyə malik olsalar da, bir-birini yalnız dolayısı yolla şərtləndirir, 

bütöv bir hadisənin ayrılmaz tərkib hissələri kimi çıxış etmirlər. Bu tərəflər 

arasında qırılmaz daxili əlaqəni, bütövlüyü, ümumi ahəngi yalnız estetik 

hiss yaradır. Bu, ən çox estetikliyin öz təbiətindən irəli gəlir; zira estetik 

hiss insanın dünyaya, dünyanın ümumi ahənginə qovuşması, insanın öz 

bütövlüyünü, dünya ilə vəhdətini hiss etməsidir. 

Estetik hissin oynadığı xüsusi rolu yaxşı təsəvvür edə bilmək üçün 

insanın hərtərəfli inkişafının müxtəlif aspektləri ilə yanaşı, bu prosesi bü-



Elm, texnika, şəxsiyyət 

 

 

 

597



 

tövlükdə şərtləndirən sintetik amilləri nəzərdən keçirmək lazımdır. Bir sıra 

elə amillər vardır ki, onlar insanın yalnız bu və ya digər inkişaf aspektinə 

deyil, bütün inkişaf aspektlərinə, yaxud bu aspektlərin bir neçəsinə eyni 

zamanda təsir göstərir. Məsələn, əmək – insanın peşə fəaliyyəti, sosial mü-

hit, məişət münasibətləri və s.-in formalaşmasında mühüm rol oynayır. 

Əməyin özünü diferensial şəkildə öyrənmək mümkün olduğu kimi, 

onun insana təsiri də diferensial şəkildə öyrənilə bilər. Məsələn, elə kon-

kret əmək forması göstərmək olar ki, o, insanın intellektual inkişafına bö-

yük təkan verdiyi halda, onun fiziki və emosional inkişaf aspektlərinə nis-

bətən az təsir göstərsin, yaxud tərsinə. Eləcə də digər sintetik təsir amilləri, 

sosial mühit, məişət münasibətləri hər bir konkret halda insanın müxtəlif 

inkişaf aspektlərinə müxtəlif nisbətlərdə təsir göstərə bilər. 

Hər bir konkret amilin insanın hansı inkişaf aspektinə necə, hansı 

tərtibdə təsir göstərdiyini müəyyənləşdirmək bu aspektlər arasındakı nisbə-

ti qorumaq, ahəngdarlığı təmin etmək üçün vacibdir. Universal, sintetik tə-

sir vasitələri obyektiv xarakter daşıyır, mövcud ictimai-iqtisadi şəraitdən 

asılıdır və insanın ahəngdar inkişafına xidmət edir. 

Xüsusi, istiqamətlənmiş  təsir vasitələrinin funksiyası isə başqadır. 

Onlar insanın məhz bu və ya digər istiqamətdə inkişafına yönəldilmişdir. 

İntellektual tərbiyə, mənəvi-əxlaqi tərbiyə, estetik tərbiyə  və s. dedikdə 

məhz bu cür istiqamətlənmiş fəaliyyət sahələri nəzərdə tutulur. 

Texniki tərəqqi ən çox intellektual aspektin intensivləşməsinə, intel-

lektual tərbiyə vasitələrinin artmasına, habelə obyektiv mühitin özü tərə-

findən də məhz bu istiqamətdə təsirin güclənməsinə gətirir ki, bu da daxili 

mənəvi tarazlığı birtərəfli olaraq poza bilər. Ümumiyyətlə, müxtəlif təsir 

istiqamətləri koordinasiya olunmadıqda, qarşılıqlı surətdə əlaqələndirilmə-

dikdə, habelə sintetik təsir amillərinin diferensial təsiri nəzərə alınmadıqda 

bir istiqamətdə təsir başqa istiqamətlərə mənfi təsir göstərə bilər və şəxsiy-

yətin inkişafında ahəngdarlıq pozula bilər. 

Məhz ahəngdar inkişafın təmin olunması naminə insanın inkişafına 

olan müxtəlif təsir istiqamətləri vahid mövqedən öyrənilməli və müxtəlif 

tipik situasiyalar üçün koordinasiya olunmalıdır. Bu baxımdan, estetik as-

pektin xüsusi mövqeyini nəzərə almağın böyük əhəmiyyəti vardır. 

Estetikliyin ikili cəhəti – inkişaf aspektlərindən biri olmaqla yanaşı, 

sintetik funksiya daşıması  şəxsiyyətin inkişafındakı ahəngdarlığın, hərtə-

rəfliliyin təmin edilməsində mühüm amildir. Təsadüfi deyil ki, bir çox təd-


Elm haqqında elm 

 

 

 

598



qiqatçılar insanın inkişafında  ən mühüm amil kimi əməyi qeyd edərkən 

onu estetik tələbatla eynitərtibli hadisə kimi götürürlər. Geniş mənada este-

tik hissin sintetik təbiətini Hegel də qeyd edir: «Mən əminəm ki, bütün ide-

yaları əhatə edən ali zəka məqamı estetik şüurdur. Həqiqət və fayda doğma 

tellərlə ancaq gözəllikdə birləşir.  

Estetik hissə malik olmadan hər hansı sahədə  mənəvi cəhətdən 

inkişaf etmək mümkün deyil».

7

1



  

Estetikliyin universal funksiyası, onun insanın digər inkişaf aspekt-

lərinə göstərdiyi təsirdə daha konkret şəkildə ortaya çıxır. Məsələn, insanın 

əxlaqi-mənəvi keyfiyyətlərinin təkcə rasional deyil, həm də emosional en 

kəsiyində tərbiyə olunması üçün ən əsas vasitə məhz estetik hissin təsirin-

dən istifadə etməkdir. Müasir dövrü səciyyələndirən cəhətlərdən biri – əx-

laqa inkişafa da çox vaxt intellektual vasitələrlə, başqa sözlə, rasional en 

kəsiyində təsir göstərməyə çalışmaqdır. Bu zaman əxlaqın ictimai funksi-

yası ilə, mövcud cəmiyyətdə hakim əxlaq normalarının mənimsənilməsi ilə 

yanaşı, əxlaqın fərdi xarakterinin nəzərə alınmasına, onun insanın emosio-

nal-psixoloji halı ilə əlaqəsinə, fikirlərin instinkt və emosiyalara çevrilməsi 

zərurətinə də diqqət verilməlidir. 

Dar mənada estetiklik xüsusi professional fəaliyyətlə, ən çox incəsə-

nətlə bağlı olduğu halda, geniş mənada insanın bütün fəaliyyət sahələrində 

təzahür edir və özünüdərketmənin başlıca göstəricisi kimi çıxış edir. Elmi-

texniki inqilab şəraitində hər iki estetik aspektin roluna ehtiyac xüsusilə ar-

tır. Bir tərəfdən insanın inkişafında daxili tarazlığı təmin etmək üçün, onun 

rasional fəaliyyət tərzinin birtərəfliliyə aparmaq meylini kompensasiya et-

mək üçün dar mənada estetik hiss ayrıca bir aspekt kimi inkişaf etdirilməli-

dir. Digər tərəfdən insanın «texniki subyektin bir vintinə çevrilməsi» təhlü-

kəsinin qarşısını almaq üçün, onun dünya ilə bütöv, müstəqil bir tərəf kimi 

qarşılıqlı təsirini, təmasını təmin etmək üçün geniş miqyasda estetik hiss-

dən istifadə olunmalıdır. 

İnsanın estetik hissinin formalaşması, onun mənəviyyatının ahəng-

darlığının təmin olunması prosesində əsas yollardan biri incəsənət vasitə-

silə təsirdir.  

İncəsənətin məqsədi insanın emosional-mənəvi dünyasını  zən-

ginləşdirmək, onu daha saf, daha təmiz etmək – onun mənəvi imkanlarını 

                                                 

1

 Г.В.Ф. Гегель. Работы разных лет. Т. 1. М., 1970, с. 212. 



Elm, texnika, şəxsiyyət 

 

 

 

599



 

artırmaqdır. 

Elmin məqsədi isə insanın intellektual dünyasını  zənginləşdirmək, 

onu daha məlumatlı, daha bilikli etmək və bu biliyin qüvvəyə çevrilməsi 

sayəsində onun imkanlarını artırmaqdır. 

Texniki tərəqqi dövründə şəxsiyyətin rolunu öyrənmək üçün isə ilk 

növbədə incəsənət və texnika arasındakı  əlaqəni ümumi şəkildə  nəzərdən 

keçirmək lazım gəlir. 

İncəsənət və texnika arasındakı  əlaqə  qədim tarixə malik olmaqla 

bərabər çox dərin köklərə də malikdir. Biz heç də təkcə buna istinad etmək 

istəmirik ki, qədim yunan dilində incəsənət və texnika sözlərinin kökü 

(texne) də eyni olmuşdur və bu, yəqin ki, müəyyən ümumi cəhətlərlə 

bağlıdır. 

Əsas məsələ burasındadır ki, incəsənət heç də təkcə mənəvi hadisə 

olmayıb, heç də təkcə insanın mənəvi fəaliyyətinin ifadəsi, nəticəsi olma-

yıb, həm də sintetik hadisədir, yəni həm də maddi fəaliyyət tələb edir. Belə 

ki, maddi mərhələ olmadan sənətkar ideyası xalqa, kütləyə çatdırıla bil-

məz. Sənətkar təxəyyülünün məhsulu olan əsər, onun mənəvi modeli kütlə-

yə çatdırılmaq üçün mütləq maddiləşdirilməlidir. Bəzi incəsənət növləri və 

nümunələri üçün bu proses bilavasitə, yəni yalnız insanın öz fiziki orqanla-

rı vasitəsilə həyata keçirilir, bəzi növlər simvolik ötürücü vasitələrə istinad 

edir, bəzi növlər isə xüsusi maddi fəaliyyətlə – sənət alətlərinin köməyi ilə 

həyata keçir. (Sonuncu variantda sənət alətlərinin yaxşı hazırlanması  və 

onlardan istifadə edilməsi, məhz bu məqsədə xidmət edən yeni texnika sa-

hələrinin yaradılması, habelə müvafiq istehsal sahələrinin genişləndirilmə-

si bilavasitə incəsənət əsərinin keyfiyyətinə təsir edir. Sənətdə istifadə olu-

nan texnika isə ümumiyyətlə  həmin dövrün texniki inkişaf səviyyəsi ilə 

şərtlənir.) 

Məsələn, mahnı oxumaq və ya rəqs etmək üçün xüsusi vasitə tələb 

olunmur; bu zaman insan öz təbii orqanlarından (səs telləri,  əl və ayaq 

hərəkətləri və s.) istifadə edir. 

Bədii ədəbiyyat sahəsində isə simvolik vasitədən (yazı) istifadə olu-

nur. Mətnin gözəl və ya pis şriftlə yazılması əsərin məzmununu dəyişmədi-

yi kimi, onun estetik təsirini də dəyişmir. 

Təsviri sənətdə, heykəltəraşlıqda, arxitekturada, teatrda, musiqi ifa-

sında, kinoda və s. vəziyyət başqa cürdür. Belə ki, rəssamlıqda xüsusi təs-

vir texnikası vardır və rəsm əsərinin necə alınması təkcə müəllifin ideya-


Elm haqqında elm 

 

 

 

600



sından, təxəyyülündən, yaradıcılıq keyfiyyətlərindən deyil, habelə nə kimi 

texniki vasitələrdən istifadə etməsi və necə istifadə etməsindən asılıdır. 

Xüsusi cür rənglərin alınması kimya elminin müvafiq sahəsindən xəbərdar 

olmağı və ya müvafiq praktik biliklərə yiyələnməyi tələb edir. Əlbəttə, bü-

tün bunlar rəsm əsərinin mahiyyətinə, rəssamın bədii məramına ciddi təsir 

göstərə bilməz, daha uğurlu təzahürünə imkan yaradar. 

Yaradıçılıq işi mürəkkəbləşdikcə, incəsənət  əsərlərinin yaradılması 

prosesi daxili diferensiasiyaya uğrayır, fəaliyyət bölgüsü gedir, Belə ki, 

məsələn, təsviri sənətdə işlədilən xüsusi cür rənglərin alınması və s. bu ki-

mi işlərlə həmin sahədə daha çox ixtisaslaşmış olan adamlar məşğul olur. 

Heykəltəraşlıqda əsərin müəllifi ilə yanaşı, müəllif ideyasının gerçəkləşdi-

rilməsi, maddiləşdirilməsi prosesinin bilavasitə icraçıları da fəaliyyət gös-

tərirlər. Teatr və kino sənətində bədii yaradıcılıqla yanaşı texniki fəaliyyət 

də (bəzən bu sahədə də yaradıcılıq göstərilməsi mümkündür) geniş yer tu-

tur. Bunlarsız həmin sənət növlərini təsəvvür etmək olmaz. 

Beləliklə, texnikaya müraciət edilməsi incəsənət əsərlərinin yaradıl-

masının zəruri şərtidir və təbiidir ki, bu xüsusi növ texnika ümumi texniki 

tərəqqi prosesinin üzvi tərkib hissəsi olmaqla, həmişə onun yekun inkişaf 

səviyyəsindən asılıdır. 

Lakin hazırkı  tədqiqat işində texnika ilə incəsənətin qarşılıqlı  əla-

qəsi, vəhdəti bizi yalnız bir baxımdan maraqlandırır: bu əlaqə və onun tari-

xən inkişafı insanın estetik tərbiyəsində öz əksini necə tapır? Bu baxımdan 

incəsənət  əsərlərinin yaradılması sahəsindəki fəaliyyətin daxili bölgüsü-

nün, diferensiasiyanın əsərin bədii qayəsinə, onun ideya-estetik tərbiyə gü-

cünə necə təsir etməsi məsələsi diqqəti çəlb edir. 

Texnikanın son nailiyyətlərindən istifadə edilməsi sayəsində müəllif 

ideyasının çatdırılmasının maddi vasitələri təkmilləşdirilir ki, bu da əsərin 

bədii təsir gücündə öz əksini tapmış olur. Məsələn, artıq yuxarıda qeyd et-

diyimiz kimi, təsviri sənətdə, heykəltəraşlıqda, arxitekturada və s. əsərin 

daha yaxşı çatdırılmasına xidmət edən materialların və texniki vasitələrin 

hazırlanması  və istifadə olunmasında müasir elm və texnikanın rolu bö-

yükdür. Teatr sənətində səhnənin effektli və operativ surətdə qurulmasın-

da, dinamikasında, tərtibatında, qrimlərin keyfiyyətində  və s. müasir elm 

və texnikanın bu və ya digər nailiyyətindən istifadə olunur. 

Məsələn, kino çəkilişində filmin texniki tərtibatı xüsusi professional 

texniki keyfiyyətlərlə yanaşı, çəkilişdə istifadə olunan müvafiq texniki 



Elm, texnika, şəxsiyyət 

 

 

 

601



 

aparaturanın mükəmməlliyi baxımından bütövlükdə texniki inkişaf səviy-

yəsi ilə də şərtlənir. Bu isə öz növbəsində müəllif fikrinin çatdırılmasında 

və deməli, tamaşaçıya olan istiqamətlənmiş təsir, estetik və etik tərbiyənin 

effektivliyində öz əksini tapmış olur. Müasir kino sənətində tamaşaçıya 

olan emosional-estetik təsir əsərin ideyası, ssenarinin məzmunu ilə yanaşı, 

bir tərəfdən, rejissor və aktyor işindən və deməli, xüsusi – professional tex-

nikadan, digər tərəfdən də, çəkilişdə istifadə olunan texniki vasitələrin sə-

viyyəsindən asılıdır. Habelə filmə  nə  qədər adamın tamaşa etməsi və de-

məli, nə qədər adamın hərtərəfli inkişaf üçün impuls alması da xeyli dərə-

cədə maddi-texniki amillərdən asılıdır. 

Bir sözlə, yeni texnikanın tətbiq olunması, elmi-texniki inqilabın son 

nailiyyətlərinin istifadə edilməsi ayrı-ayrı incəsənət növlərinin geniş xalq 

kütlələrinə çatdırılması işinin mühüm tərkib ünsürüdür. 

İncəsənətin kütləviləşməsi sahəsində elm və texnikadan istifadə edil-

məsi, məhz bu məqsədə xidmət edən yeni texniki sahələrin yaradılması, 

müvafiq istehsal sahələrinin genişləndirilməsi və son dövrlərdə bu istiqa-

mətdə bir sıra nailiyyətlər (rəngli filmlər, sterofilmlər rəngli televiziya, və 

s.-in kütləviləşdirilməsi) əldə olunmasına imkan vermişdir. 

Nəzərə almaq lazımdır ki, kütləviləşdirmə heç də incəsənətin bütün 

növlərində eyni yollarla, üsullarla və eyni miqyasda,həyata keçirilə bilməz. 

Kütləvilik dərəcəsi və kütləviləşdirmənin effekti həm incəsənət növünün 

spesifikası ilə, həm estetik təlabatı səciyyələndirən sosial mühitlə, həm də 

texnika və istehsalatın müvafiq istiqamətdəki inkişaf səviyyəsi ilə müəy-

yən olunur. 

Məsələn, bədii  ədəbiyyatın spesifikası elədir ki, burada kütləviləş-

dirmə sənətin qayəsinə xələl gətirmir və əsasən xalq kütlələrinin müvafiq 

cür əsərlərə tələbatı və texnikanın habelə maddi istehsalın müvafiq sahələri 

ilə (poliqrafiya texnikası, mətbəə, kağız istehsalı sənayesi və s.) şərtlənir. 

Təsviri sənətdə isə vəziyyət tamamilə başqa cürdür. Burada sənətin spesifi-

kası elədir ki, orijinalın verdiyi estetik təsir nə kopiyalarda, nə fotosurətlər-

də, nə də kinolentlərdə eynilə təkrar oluna bilmir. Ona görə də həmin əsə-

rin eyni effektlə kütləvi surətdə nümayiş etdirilməsi mümkün deyil. Lakin 

bununla belə, texniki yolla alınan surətlər hər hansı fərdi kopiyaya nisbətən 

orijinala daha yaxın olur (xüsusən rəngsiz şəkillərdə; rəngli foto və rəngli 

kinonun inkişafı ilə əlaqədar rəngli sənət əsərlərini də orijinala yaxın halda 

kütləviləşdirmək mümkün olur), digər tərəfdən də belə surətlərin tirajı 


Elm haqqında elm 

 

 

 

602



istənilən qədər yüksək ola bilər. 

İncəsənət əsərlərinin, habelə digər estetik təsir mənbələrinin kütləvi-

ləşdirilməsinin ən mühüm texniki vasitəsi televiziyadır. Televiziya vasitə-

silə  nəinki film göstərmək mümkündür, həm də teatr tamaşası, konsert, 

muzeylərdən veriliş və s. göstərilə bilər ki, bu da həmin sənət növləri ilə 

daha geniş tamaşaçı kütlələrinin tanış olmasına imkan yaradır. 

Lakin məhz nəyin kütləviləşdirilməsi, hansı  sənət  əsərlərinin daha 

çox nümayiş etdirilməsi sənətkarlardan deyil, televiziya şirkətlərindən, 

müvafiq texniki qurğuların sahiblərindən, dövlətdən asılıdır. Elmi-texniki 

tərəqqinin funksiyalarından biri də budur ki, o, incəsənətin məhz müəyyən 

ideya istiqamətində  təbliğ olunmasına, tamaşaçıların arzu və  tələbatından 

asılı olmadan onlara məhz müəyyən yönümlü sənət nümayiş etdirilməsinə 

imkan verir. Dünya mədəniyyəti xəzinəsindən yalnız o əsərlər seçilib geniş 

miqyasda nümayiş etdirilməlidir ki, yalnız o əsərlərin təbliğində müasir 

texnikanın nailiyyətlərindən istifadə olunmalıdır ki, onlar kütlələrin mə-

nəvi tərəqqisinə düzgün istiqamət vermiş olsun, onların akəngdar inkişafı-

na xidmət etsin. Ona görə də ölkəmizdə ən geniş miqyaslı təbliğat vasitələ-

rindən biri olan televiziya verilişlərində  sənətə, dünya incəsənət  əsərləri 

nümunələrinə ixtiyari deyil, seçkili münasibət bəslənməsi, çox mühüm mə-

sələdir. Təbiidir ki, bu məqsədi müvəffəqiyyətlə həyata keçirə bilmək üçün 

radio və televiziya verilişləri komitələrində incəsənətin gənclərin tərbiyəsi-

nə  təsir xüsusiyyətlərini gözəl bilən mütəxəssislərin məsləhətindən geniş 

istifadə olunmalıdır. 

Müasir dövrdə elm adamlarının və elmi-texniki işçilərin sayı böyük 

sürətlə (hesablamalara görə eksponensial və ya logistik qanunauyğunluqla) 

artır. Digər tərəfdən, informasiya axınının artması və elmin diferensiasiya-

sı ilə əlaqədar olaraq elm adamlarının daha dar sahədə ixtisaslaşması on-

ların incəsənətə  və ümumiyyətlə estetikliyə münasibətində  də öz əksini 

tapır. Bu zaman ahəngdar inkişafın təmin olunması üçün bir sıra yeni 

şərtlərin də ödənilməsi zəruri olur. 

Bu mövzuya həsr olunmuş əsərlərdə, bir qayda olaraq, bədii fəaliy-

yətin, incəsənətin elmi fəaliyyətə, elmi işin effektivliyinə təsiri məsələsinə 

geniş yer verilir. Elm adamının, elmi-texniki işçinin ahəngdar inkişafı 

məsələsinə isə çox az toxunulur. Digər tərəfdən də, elmi işin, əgər o yara-

dıcı xarakter daşıyırsa, özündən alınan emosional-estetik təsir və rasional 

fəaliyyətin incəsənətlə, bu və ya digər sənət  əsəri ilə kontaktdan alınan 



Elm, texnika, şəxsiyyət 

 

 

 

603



 

bədii təsirlə tamamlanması hadisələrini müqayisə etmək də maraqlı, lakin 

az öyrənilmiş məsələdir. 

Elmi və elmi-texniki yaradıcılıq prosesində, axtarışlarda, kəşfə apa-

ran yolun labirintlərində alimin keçirdiyi hisslər, emosionallıq, ahəng elmi 

işin nəticələrində, hazır düsturlarda öz əksini tapa bilmir. Düzdür, elmi nə-

ticələrin  şərhində, riyazi ifadəsində müəyyən simmetriya, lakoniklik, 

ahəng və s. vardır. Lakin elmi yaradıcılıqda bundan fərqli olaraq dinamik 

gözəllik, bilavasitə  fəaliyyətdən,  əməkdən alınan estetik həzz, yaradıcılıq 

sevinci vardır ki, bunları təkrar etmək (burada tam təkrar mümkün deyil, 

hər bir yaradıcılıq yolu, özünəməxsus, unikal, təkrarlanmaz xüsusiyyətlərə 

malikdir) üçün həmin yolu ikinci dəfə, tam müstəqil surətdə keçmək, yeni 

axtarışlar aparmaq lazımdır. Artıq tapılmış olanları öyrənmək isə yalnız 

məntiqi ardıcıllığın izlənməsidir, bir növ emosional, subyektiv, individual 

momentlərdən təmizlənmiş xalis rasional, ümumi yolun keçilməsidir. Ra-

sional yol, demək olar ki, heç bir fərdi cəhətlə səciyyələnməyən, hamı tərə-

findən eynilə təkrar olunan yoldur. Bu cür yol əsasən elmi kəşflər artıq təs-

diq olunduqdan, yaşamaq hüququ qazandıqdan sonra dərsliklərdə şərh olu-

nur. Ona görə də dərslikdən öyrənmək, xüsusən yalnız yekunların şərhin-

dən ibarət olan informatik materialı öyrənmək,  əgər bu öyrənmə prosesi 

fərdi fantaziya ilə, assosiativ təfəkkürlə müşayiət olunmursa, yalnız yadda 

saxlamaqla məhdudlaşırsa, emosional təsirdən məhrum olan, quru, yorucu, 

yeknəsəq işdir. Bu zaman insanın bilik dünyasına nə isə təzə komponentlər 

əlavə olunsa da, onun mənəvi aləmi, intellektual və emosional dünyası bü-

tövlükdə işə düşmür, passiv qalır. Yaradıcılıq prosesində isə, bütün mənəvi 

aləm fəaliyyətdə olur, insan öz bütövlüyünü hiss edir, özünü bir tam kimi 

reallaşdırır ki, bu da geniş mənada estetik hissin təzahürünə ekvivalentdir 

və  şəxsiyyətin ahəngdar inkişafı üçün, onun mənəvi-əxlaqa, intellektual, 

habelə fiziki keyfiyyətlərinin vəhdət halında fəaliyyətdə olması üçün im-

kan yaradır. Lakin elmi yaradıcılıq zamanı təzahür edən estetiklik elm ada-

mının fərdi, intim dünyasına qarşı biganədir, intim hisslərin təzahürünə, 

özünü reallaşdırmasına imkan yaratmır. Halbuki, hər bir elmi işçi, alim 

ümumiyyətlə insan olmaqdan başqa, həm də fərddir və dar mənada estetik 

ehtiyacı vardır. Buna görə  də, incəsənətlə,  ən çox lirik sənət  əsərləri ilə 

kontakt elm adamları üçün zəruridir. 

Digər tərəfdən də, elm adamlarının çox az qismi yaradıcı  əməklə 

məşğul olur; əksəriyyət hesablama tipli, empirik-yardımçı xarakterli işlə 


Elm haqqında elm 

 

 

 

604



məşğul olur ki, bunun da həm geniş, həm də dar mənada estetik hisslə əla-

qəsi zəifdir. Buna görə də, müasir dövrdə dar ixtisas sahələrində ixtisaslaş-

mış elmi və elmi-texniki işçilərin professional fəaliyyətdən ayrıldıqdan 

sonra istiqamətlənmiş estetik təsirə, sənət əsərləri ilə, təbii gözəlliklə kon-

takta böyük ehtiyacları vardır. Ümumiyyətlə, elmi-texniki inqilabın təsiri 

nəticəsində istənilən fəaliyyət sahəsində ixtisaslaşma diferensiasiyaya uğ-

radıqca asudə həyatın emosional aspektini zənginləşdirmək zərurəti də ar-

tır. Deməli, hərtərəfli və ahəngdar inkişaf üçün asudə vaxtın rolu da artmış 

olur. 

Bilavasitə incəsənət sahəsində çalışan, bədii yaradıcılıqla məşğul 



olan adamların hərtərəfli inkişafı və burada estetik aspektin tutduğu yerin 

öyrənilməsi də spesifik problemdir. İlk baxışda elə görünə bilər ki, sənət 

adamları iş müddətində onsuz də bədii yaradıcılıqla məşğul olduqlarından 

asudə vaxtda onların daha çox dərəcədə intellektual fəaliyyətə, mənəvi 

aləmlərinin rasional aspektdə  zənginləşdirilməsinə ehtiyacları vardır. La-

kin sənət adamlarının heç də hamısı bədii yaradıcılıqla məşğul olmur; ya-

radıcı sənətkarların incəsənət sahəsində çalışan adamlar arasında nisbi payı 

çox azdır. Əksəriyyət yardımçı xarakterli işlə məşğul olur ki, burada fəa-

liyyət sahəsindən asılı olmadan yenə  də rasional komponent emosional 

komponentə nəzərən üstünlük təşkil edir. Buna görə də, onların məhz asu-

də vaxtlarında gerçəkliklə emosional-estetik kontaktda olmalarına böyük 

ehtiyac vardır.  İş vaxtında bu çür adamlar sənət  əsərləri ilə bütövlükdə 

tanış ola bilmir, onun bu və ya digər lokal hissəsi ilə  təmasda olurlar. 

Estetik həzz isə yalnız əsər bütövlükdə mənimsənilərkən alına bilər. 

Digər tərəfdən də, bilavasitə yaradıcı fəaliyyətlə məşğul olan sənət-

karlar da asudə vaxtlarında rasional fəaliyyətlə, elmi və ya elmi-texniki 

fəaliyyətlə deyil, məhz təbiətlə, bədii  ədəbiyyatla, musiqi və digər sənət 

əsərləri ilə tanışlıqla məşğul olmalı olurlar. Zira müasir elmi-texniki inqi-

lab şəraitində elmi-texniki informasiya onsuz da buna xüsusi səy göstəril-

məsə də – kifayət qədərdir və bəlkə də artıqlaması ilə çatır. 

Həm də belə düşünmək düz olmazdı ki, guya əgər elm adamları öz 

mənəvi bütövlüyünü musiqi hesabına, bədii  ədəbiyyat, poeziya hesabına 

təmin edirlərsə, əksinə, sənət adamları da elmi informasiya sayəsində daxi-

li bütövlük əldə edə bilərlər. Xeyr, elmi informasiya həmişə məhdud, lokal 

xarakter daşıyır (bütövlük məziyyəti ayrı-ayrı elmi biliklərə deyil, yalnız 

ümumelmi nəzəriyyələrə  və  fəlsəfi ümumiləşdirmələrə xasdır) və daxili 



Elm, texnika, şəxsiyyət 

 

 

 

605



 

aləmin bütövlüyünü təmin etmək üçün heç nə verə bilməz. Yuxarıda artıq 

qeyd etdiyimiz kimi, yalnız estetik hiss ahəngdarlığın, daxili vəhdətin tə-

min olunmasına xidmət edir. Gözəlliklə təmas, incəsənət isə bu baxımdan 

ən qiymətli vasitədir, çünki onlar estetik hiss yaratmaqla daxili ahəngdarlı-

ğın formalaşmasına xidmət edirlər. Nils Borun fikrincə, incəsənətin insanı 

zənginləşdirən siqləti sistematik təhlil üçün əlçatmaz olan ahəng və harmo-

niyaları çatdıra bilmələri ilə bağlıdır. Asudə vaxtda məhz təbii gözəlliyə, 

incəsənətə, ahəngdar sistemlərə müraciət ixtisasdan asılı olmadan daxili 

vəhdətin təmin olunması üçün zəruri şərtdir. 

Digər tərəfdən də, nəinki təkcə  məhsulun (məhsulun gözəl tərtibatı 

daha çox dərəcədə istehlakçıların estetik zövqünün oxşanılması üçündür), 

habelə əmək alətlərinin, istehsal şəraitinin estetik prinsiplər arasında tərtib 

və  təşkili işçilərin iş prosesində  əqli, intellektual aspektlə yanaşı, estetik 

aspektdə də təkmilləşməsinə, inkişafına imkan yaradır. 

Lakin istehsal prosesində  işçilərin estetik tələbatının ödənilməsi 

problemi bəzən kölgədə qalır. Başlıca məqsəd əmək prosesini, əmək şərai-

tini deyil, əmək məhsullarının estetik prinsiplər  əsasında yekun tərtibatı 

olur. Buna görədir ki, tədqiqatçılar bəzən istehsal prosesinə  şəxsiyyətin 

hərtərəfli inkişafı ilə bağlı olan sosial, etik, estetik aspektləri kölgədə qoya-

raq, yalnız texniki aspekti ön plana çəkməyə çalışırlar. Lakin əslində texni-

kanın inkişaf dərəcəsindən asılı olmadan, maddi istehsalın istənilən sahə-

sində, eləcə də ümumiyyətlə istənilən fəaliyyət sahəsində estetik tələbatın 

ödənilməsi, estetik hissin təzahürü üçün kifayət qədər imkan vardır. 

Şəxsiyyətin ahəngdar inkişafında estetik aspekt nəinki elmin və tex-

nikanın inkişaf səviyyəsindən asılı olmadan öz əhəmiyyətini saxlayır, əksi-

nə, elmi-texniki səviyyə yüksəldikcə, estetikliyə olan ehtiyac da artır və 

onun təmin olunması yeni şəraitdə yeni metod və axtarışlar tələb edir. 

Biz elmi-texniki tərəqqi əsrində yaşayırıq. Bəşəriyyətin gələcəyi el-

mi-texniki nailiyyətlərə nə dərəcədə yiyələnməkdən asılıdır. Əlbəttə, mah-

nı və poeziya da lazımdır. Lakin sosial-iqtisadi inkişafın əsas hərəkətverici 

qüvvəsi elmdir. Bu həqiqəti dərk etməyənlər tərəqqidən geri qalmağa 

məhkumdurlar. 

Xudu Məmmədovun haqlı olaraq qeyd etdiyi kimi, elm və incəsənət 

qoşa qanaddır. Bu qanadlardan birindən məhrum olanda uçmaq mümkün 

deyil. 


Bəs bu gün respublikamızda elmi-fəlsəfi fikrin tərəqqisi nə  vəziy-

Elm haqqında elm 

 

 

 

606



yətdədir? Gənclərin  ədəbi-bədii yaradıcılığına, musiqi istedadlarının inki-

şafına şərait yaradılması haqqında az-çox dərəcədə düşünüldüyü halda, in-

tellektual tərbiyə sahəsində, gənclərin elmi yaradıcılığı, ictimai-siyasi bi-

liklərə yiyələnməsi sahəsində aparılan iş qənaətləndirici deyil. 

Əgər mətbuatın, televiziya və radio verilişlərinin çeşidinə fikir ver-

sək görərik ki, istedadlar yalnız şair gənclər və müğənni gənclər arasında 

axtarılır. Mətbuat da, televiziya da yalnız onları təbliğ edir. Xalqın sayılan 

adamları da, gənclərin sevimliləri və hətta idealları da komediya aktyorları, 

müğənnilər, ən yaxşı halda isə şair və yazıçılardır. Gənclər öz xalqının ixti-

raçılarını, alimlərini, filosoflarını tanımır. Fəlsəfi fikrin təbliği yox dərəcə-

sindədir. Mənəvi ahəng pozulmuş, rasional düşüncə tərzi bəsitləşmiş, yal-

nız təəssüratlarla – təfəkkürsüz yaşamaq meyli güclənmişdir. Bir dəfə ki-

minsə ağlına düşüb ki, qəliz cümlələr xalq üçün anlaşılmazdır. Cümlələri 

sadələşdirmək meylinin labüd surətdə fikri də bəsitləşdirdiyi isə nəzərdən 

atılmışdır. Elmi-fəlsəfi fikrin öz səsini xalqa çatdırmaq üçün tribunası 

yoxdur.  

Məsələ burasındadır ki, hər xalq öz tarixinə də bugünkü inkişaf sə-

viyyəsindən, üstün tutduğu meyardan çıxış edərək qiymət verir. Biz isə bu 

gün şair xalq olduğumuzdan (hələ bu, şükranədir, bir professor fəxrlə yazır 

ki, biz rəqs edən xalqıq) öz keçmişimizdən də seçib məhz bu cəhəti önə 

çəkirik. 

Mədəniyyət tariximiz doğrudanmı yalnız  şeir və musiqidən iba-

rətdir, yoxsa biz keçmişimizə elə bucaq altında və elə prizmadan baxırıq 

ki, yalnız  şairləri və müğənniləri görə bilirik? Görəsən, neçə  Nəsirəddin 

Tusi bu prizmadan keçmək şərəfinə layiq bilinməyib? Gənclərimiz bəzən, 

hətta, yüzüncü dərəcəli bir şairi də tanıdığı halda Bəhmənyar və Şəbüstəri 

kimi nəhəngləri niyə tanımırlar?  Əsərlərini öyrənmək və hikmətlərindən 

bəhrələnmək səviyyəsində olmasalar da, elmi-fəlsəfi fikrin inkişafındakı 

böyük xidmətləri ilə niyə fəxr etmirlər? 

Düşüncə tərzinin birtərəfliliyindən doğur ki, hətta, Xətai kimi böyük 

tarixi  şəxsiyyəti də çoxları ançaq şair kimi tanıyır. Filosof Nizaminin və 

alim Nizaminin bizim olması heç kimdə şübhə doğurmadığı halda (elmin 

ünvanı onun hansı dildə yazılması ilə deyil, müəllifin şəxsiyyəti ilə müəy-

yən olunur, poeziyada isə dil müəllifə  şərik çıxır) biz öz payımıza məhz 

şair Nizamini götürmək iddiasında olmuş, filosof, alim və tarixçidən isə 

könüllü surətdə imtina etmişik.  



Elm, texnika, şəxsiyyət 

 

 

 

607



 

Mətləb isə bundan ibarətdir ki, ədəbiyyat və incəsənət, elm və fəlsə-

fə ilə qarşılıqlı təsir və tamamlanma şəraitində inkişaf etməsə, çox da uza-

ğa gedə bilməz.  Əgər elmi-fəlsəfi fikir o dərəcədə nüfuzdan düşübsə ki, 

mətbuat, televiziya, nəşriyyatlar qapısını onun üzünə bağlamağı üstün tu-

tur, onda heç olmazsa, belə nüfuz sahibi olan sənət adamları birləşib bu 

ahəng pozğunluğuna qarşı  çıxmalı, elmin taleyinə acımasalar da, sənətin 

aqibətini nəzərə alıb, uzaqgörənlik göstərməlidirlər. Zira, elmi-fəlsəfi fikir 

kasadlığı vaxtında aradan qaldırılmasa, gec-tez bədii yaradıcılıq sahəsinə 

də öz təsirini göstərəcəkdir. Unutmaq olmaz ki, qanadın biri olmayanda, o 

biri də öz funksiyasını itirir.  


Elm haqqında elm 

 

 

 

608



 

 

 

 

 

Elm, texnika, mənəviyyat 

 

 



Ağıla nə işlə məşğul olacağını Könül 

öyrədir. Könül kamilləşməsə, Ağıl şər işlərlə 

məşğul olar. 


Yüklə 5,06 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin