Elm haqqında elm
412
4. Əgər təbiətin daxili səviyyələrini təhlil ediriksə, cəmiyyətin quru-
luşunu – insanlar və müəyyən şərtlərlə fərqlənən insan qrupları arasındakı
münasibətin həlledici rolunu nəzərə almalıyıq. Eyni bir dövrdə müxtəlif
ölkələrdə ictimai-iqtisadi formasiyalar və ya istehsal üsulunun eyni olması-
na baxmayaraq müxtəlif quruluşun formaları fəaliyyət göstərir. Bu hal
həmin ölkələrin ərazisinə müvafiq təbiət hissəsinin inkişafına təsir göstərir.
Əgər mürtəce quruluşlu ölkələrdə şüurlu yaradılan obyektivliklərin heç də
hamısı insan rifahına xidmət etmirsə və beləliklə, əks-dəyişilmə olmaqla
ümumi inkişafı ləngidirsə, demokratik quruluşlu ölkələrdə hər cür məqsəd-
li dəyişdirmə ümumi inkişaf istiqamətində yönəlmişdir. Demokratik ölkə-
lərdəki cəmiyyət hissəsinin siyasi, hüquqi, mənəvi azadlığı – inkişafın hə-
min istiqamətdə yüksəkliyi uyğun təbiət hissəsinin inkişafında da öz əksini
tapmış olur.
Təsadüfi deyil ki, müasir dövrdə cəmiyyət – təbiət münasibətlərini
təkmilləşdirmək və elmi-texniki tərəqqini sürətləndirmək məqsədinə xid-
mət edən mühüm tədbirlərdən biri məhz demokratiyanın daha da inkişaf
etdirilməsidir. İlk baxışda bu hadisələr arasında əlaqə nəzərə çarpmaya
bilər. Lakin cəmiyyətin daxili təşkilati məsələləri, sosial və mənəvi prob-
lemlər istər-istəməz cəmiyyət-təbiət münasibətində də öz əksini tapır və
sonuncunun təkmilləşdirilməsi yolu birincidən keçir. İnsanlar arasındakı
münasibəti təkmilləşdirmədən insanların təbiətə birgə təsirinin optimal
formalarını tapmaq, “ikinci təbiətin” sürətli tərəqqisinə nail olmaq, təbiət
qüvvələrini daha çox dərəcədə insanların istifadəsinə vermək problemi də
müvəffəqiyyətlə həll edilə bilməz.
Elm–Texnika–İstehsal
413
Texnika anlayışı
“Elm” və “texnika” anlayışları çox vaxt qoşa işlədilir. Lakin elm
insan intellektinin yaradıcı təfəkkürünü ehtiva edən dinamik sosial sistem
olduğu halda, texnika insanın əməli fəaliyyətinin bir halqası olub bu
fəaliyyətin səmərəsinin artırılmasına xidmət edir. Onun yaradılması; ide-
yasının, layihəsinin verilməsindən maddi realizasiyasına qədər bütöv bir
proses isə “texnika” anlayışına deyil, istehsala aiddir. Elm həm nəticəni
(elmi bilik), həm də bu nəticəni ərsəyə gətirən prosesi ehtiva etdiyi halda,
texnika ancaq özü hazır olduqdan sonra, başqa bir istehsal prosesində,
başqa bir ideyanın realizasiyasında sadəcə vasitə kimi iştirak edir.
Beləliklə, öz mahiyyətinə, funksiyalarına və təşkilati strukturuna gö-
rə, habelə elmi-texniki tərəqqi hadisəsində və «elm-texnika» sistemində
tutduğu mövqeyə görə texnika elmlə simmetrik bir hadisə və ya tərəf-mü-
qabil kimi qiymətləndirilə bilməz. Elm sisteminə və onun inkişaf qanuna-
uyğunluğuna xas olan bir sıra cəhətlər texnika və texniki tərəqqi üçün əsla
səciyyəvi deyil. Texnikanın müstəqillik dərəcəsi müqayisədə xeyli aşağı-
dır. Əksər hallarda o, müstəqil bir fəaliyyət sahəsi olmayıb, ayrı-ayrı fəa-
liyyət sahələrinin tərkib hissəsi kimi çıxış edir. Texnikaya elm ilə digər
fəaliyyət sahələri arasında bir növ körpü kimi baxmaq olar; elm bir qayda
olaraq texnika vasitəsi ilə tətbiq olunduğu kimi, müxtəlif fəaliyyət sahə-
lərinin elm qarşısında qoyduğu tələbat da ən çox texniki konstruksiyaların
təkmilləşdirilməsinə olan ehtiyac kimi üzə çıxır.
Beləliklə, texnikanı elmdən fərqləndirən əsas spesifik cəhət budur
ki, o, özü özlüyündə fəaliyyət sahəsi deyil. Texnika əsasən ixtiraçılıq fəa-
liyyəti və elmi-texniki fəaliyyət sayəsində yaradılır və inkişaf edir. Texniki
qurğu hazır olduqdan sonra isə o, müxtəlif əməli məqsədlərin həyata keçi-
rilməsi işində bir vasitə kimi istifadə olunur. Texnikanın növləri (istehsal
texnikası, məişət texnikası, hərbi texnika, elm texnikası və s.) onun hansı
Elm haqqında elm
414
fəaliyyət sahəsində istifadə olunmasına görə müəyyənləşir.
Qərb fəlsəfi ədəbiyyatında elmi-texniki fəaliyyət «texnoloji fəa-
liyyət» adı ilə tədqiq olunur. Bu anlayış rus fəlsəfi ədəbiyyatında qəbul
olunmuş texnologiya anlayışından fərqli olmaqla yanaşı, elmi-texniki fəa-
liyyət hadisəsini də tam əks etdirə bilmir. Bununla belə, həmin anlayış el-
mi-texniki tərəqqinin məzmununun açılması üçün müəyyən əhəmiyyətə
malikdir.
Amerika alimi S.F.Kasprzuk yazır: «Texnologiya bir fəaliyyət sahə-
si kimi, bu fəaliyyətin kim tərəfindən və hansı sahədə həyata keçirilməsin-
dən asılı olmayaraq, elm və texnika arasındakı, nəzəri və əməli bilik ara-
sındakı boşluğun doldurulmasına xidmət edir».
6
1
Göstərilən cəhət eynilə el-
mi-texniki fəaliyyət sahəsinə də aiddir. Lakin nəzərə almaq lazımdır ki,
əməli biliyin texnikada reallaşdırılması prosesi texnoloji prosesə və ya
elmi-texniki fəaliyyətə daxil olmayıb, istehsal sahəsinin tərkib hissəsidir.
Bu məsələdə S.F.Kasprzuk düzgün mövqe tutmur: «Texnologiyaya insan
fəaliyyətinin bir sahəsi kimi baxılması belə bir fərziyyəyə əsaslanır ki, hər
cür insan fəaliyyəti öz mahiyyəti etibarilə elmi, texniki və ya texnoloji for-
malardan birinə daxildir».
6
2
Belə çıxır ki, xüsusi texniki fəaliyyət sahəsi də
vardır və elmi və texnoloji fəaliyyətdən başqa, bütün yerdə qalan fəaliyyət
sahələri məhz bu formaya daxildir. Halbuki, texnika hər bir fəaliyyət sahə-
sinin, o cümlədən, elmi və elmi-texniki (müəllifin təbirincə «texnoloji»)
fəaliyyət sahələrinin də ayrılmaz tərkib hissəsidir; «istehsal texnikası»,
«məişət texnikası» və s.-lə yanaşı, «elm texnikası», «incəsənət texnikası»,
«elmi-texniki fəaliyyət texnikası» (texnikanın strukturunu təkmilləşdirmək
üzərində görülən iş də müəyyən texniki vasitələr tələb edir) da mövcuddur.
Texniki vasitələrin özünün hazırlanması prosesi isə, aydın məsələdir ki,
xüsusi bir fəaliyyət sahəsi olmayıb, yuxarıda qeyd etdiyimiz kimi, istehsal
sahəsinə aiddir. Texniki vasitələrdən istifadə edilməsi isə bütün fəaliyyət
sahələrinə aiddir və hər bir sahəyə müəyyən bir texnika növü uyğun gəlir.
Bu fəaliyyət sahələrinin texniki fəaliyyət növü kimi qiymətləndirilməsi ən
çox «texnika» anlayışının həqiqi mahiyyətinin müəyyənləşdirilməsindən
irəli gəlir.
Texnikanın və onun ayrı-ayrı tərkib hissələrinin öyrənilməsi elmin
1
S.F.Kasprzuk. On the consept of technology and its relation to science and technic //
Proceedings of the XV the World Congress of philosophy. Sofia, p.324.
2
Yenə orada, s.322.
Elm–Texnika–İstehsal
415
tədqiqinə nəzərən xeyli əvvəl başlanmışdır. Lakin «texnika» anlayışını
dəqiq şəkildə təyin etmək, onun əhatə dairəsini müəyyənləşdirmək tələbi
indiki dövrdə – ictimai həyatda baş verən elmi-texniki inqilab prosesi ilə
əlaqədar olaraq daha da aktuallaşmışdır.
Elmin tədqiqinə analoji olaraq, texnikanın tədqiqi də sistemli şəkil-
də, vahid metodoloji prinsiplər əsasında aparılmamışdır. «Texnika» anlayı-
şı müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif cəhətlərin ön plana çəkilməsi
və mahiyyət kimi götürülməsi ilə təyin edilmişdir ki, bu da vahid funda-
mental elmi nəzəriyyənin işlənib hazırlanmasına mane olmuşdur. Bununla
belə, texnikanın müxtəlif aspektlərdəki tədqiqi onu birtərəfli təyin etsə də,
ayrı-ayrı cəhətlərin öyrənilməsi baxımından heç də əhəmiyyətsiz deyildir.
Lakin tədqiqatçılar nə üçünsə əmək vasitələrindən, əmək alət-
lərindən, əmək mühitindən, hətta məhsuldar qüvvələrdən danışaraq, bu
söhbətlərin guya texnikaya aid olduğunu zənn edirlər. Bəs sərhəd, bəs
fərq? Bu müxtəlif anlayışların məxsusi əhatə dairələri yoxdurmu?
Texnikaya bu və ya digər baxımdan tərif vermək onun bir termin ki-
mi müəyyənləşdirilməsindən hələ çox uzaqdır. Buxar maşınının yaradıl-
ması, istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması və s. bu tipli mə-
sələləri öyrənmək hələ texnikanın öyrənilməsi deyildir və ya hər halda
fəlsəfi aspektdə öyrənilməsi deyildir.
Bu sahədə yazılmış ilk xüsusi əsərlərdən biri Q.V.Osipovun «Tex-
nika və ictimai tərəqqi» kitabıdır.
6
1
Müəllif bu kitabında texnikaya belə
tərif verir: «Texnika insanın müəyyən maddi tələbatları ödəmək üçün
təbiət qanunlarını və xassələrini dərk etmək əsasında yaratdığı əmək
vasitələrinin tam məcmuyudur, konkret tarixi ictimai istehsal sistemində
olan istehsal vasitələrinin məcmuyudur».
6
2
Müəllifin bu bir ifadədə
birləşdirməyə çalışdığı dörd müxtəlif cəhət aşağıdakılardır: 1. Texnika
əmək vasitələrinin məcmuyudur. 2. Bu vasitələr insan tərəfindən yaradılır.
3. İnsan onları təbiət qanunları əsasında yaradır. 4. Bu vasitələr cəmiyyətdə
yaranır. Bu dörd cəhətdən yalnız birincisi anlayışın əhatə dairəsini
müəyyən edir, qalan üç cəhət isə artıq müəyyənləşmiş olan anlayışın
müxtəlif xassələrini əks etdirir. Bu cür onlarla xassə göstərmək
mümkündür və bunlar yalnız müxtəlif təfərrüatların şərhinə xidmət edir.
1
Г.В. Осипов. Техника и общественный прогресс. М., Наука, 1959.
2
Yenə orada, s. 94.
Elm haqqında elm
416
Texnikanın əhatə dairəsinin əmək vasitələrinin məcmuyu ilə eyni-
ləşdirilməsi halı, aşağıda görəcəyimiz kimi, Q.N.Volkov tərəfindən əsaslı
dəlillərlə təkzib edilmişdir. Hələlik isə texnika haqdakı başlıca mövqelərin
S.V.Şuxardin tərəfindən necə qruplaşdırılmasını təhlil edək.
6
1
S.Şuxardin
texnikaya verilən tərifləri məzmunlarına görə yeddi qrupa bölmüşdür ki,
bu da fərdi yanaşmaları ayrı-ayrılıqda təhlil etmək əvəzinə, yalnız mövcud
yanaşmaların, platformaların özünü təhlil etməyə imkan verir.
Birinci qrupda texnikaya «maddi şeylər kompleksi» kimi baxanların
tərifləri verilir. A.A.Zvorıkin (sonrakı tərif), İ.Y.Konfederatov, S.İ.Ojeqov
və Q.V.Osipov texnikaya əmək vasitələrinin, K.V.Ostrovityanov və
A.A.Zvorıkin (ilk tərif) isə əmək alətlərinin məcmuyu kimi baxırlar. Bu
mövqe ilə biz yuxarıda Q.Osipovun tərifi timsalında tanış olmuşuq. Burada
yalnız əmək vasitələrinimi, yoxsa əmək alətlərinimi texnika kimi götürmək
üstündə mübahisə gedə bilər. Lakin aşağıda göstərəcəyimiz kimi, bu ya-
naşmalardan hər ikisi eyni dərəcədə əsassızdır.
İkinci qrupda texnikaya istehsal vasitələri və texnologiya, üçüncü
qrupda isə istehsal vasitələri və vərdişlər daxil edilir. Bizcə, bu cür tərifləri
ayrıca qruplara bölmək üçün heç bir əsas yoxdur, zira vərdişlər özü də
texnologiyaya daxildir.
Texnikanın bu cür geniş əhatədə təyin olunması halına yuxarıda biz
misal göstərmişdik. Q.Osipovun bu tərifə münasibətini də təhlil etmişdik.
Baxdığımız hər üç mövqe texnikanın bəzi maddi mövcudluq formalarını
əhatə etdiyinə görə rus tədqiqatçıları arasında geniş yayılmışdı. IV-
VII qruplarda toplanan təriflər isə ya həddən artıq qeyri-müəyyən olduğu,
ya da texnikanı təkcə ideal tərəflərin məcmuyu kimi götürdüyü üçün
inandırıcı deyildir. Texnikanın vərdiş və qabiliyyətlərin məcmuyu kimi tə-
yin edilməsinin müxtəlif variantları IV qrupda toplanmışdır. Burada
C.Bernalın tərifi («Texnika – nəyin isə fərdi şəkildə əldə edilmiş və ictimai
şəkildə möhkəmləndirilmiş hazırlanma üsuludur»
6
2
), də verilir ki, bu tərif
əslində texnikanın mahiyyətini göstərməsə də, çox vacib bir cəhəti əks et-
dirir və buna müvafiq olaraq gələcəkdə elm, texnika və s. bu tipli sistemlə-
rin inkişafında fərdi ilə ictimainin qarşılıqlı münasibətini öyrənərkən məhz
belə bir cəhəti əsas tutacağıq ki, hər hansı konkret irəliləyiş fərdlər tərə-
1
С.В.Шухардин. Основы истории техники. М., Наука, 1961. с. 72-76.
2
Дж.Бернал. Наука в истории общества, с.30.
Elm–Texnika–İstehsal
417
findən əldə olunsa da, yalnız ictimai xarakter qazandıqdan sonra cəmiyyət
üçün əhəmiyyət kəsb edir.
V və VI qrupda yığılan təriflər («İnsanla təbiət arasında hər nə varsa
hamısı» və ya ümumiyyətlə «məhsuldar qüvvələr» texnikaya aid edilir)
həddindən artıq ümumi və qeyri-müəyyən olduqlarından onları təhlil
etməyə ehtiyac yoxdur.
VII qrupda isə texnikaya «insan ruhunun, zəkasının reallaşması» ki-
mi baxanların mövqeyi şərh olunur. İnsanın zəka əsasındakı fəaliyyəti isə o
qədər geniş sferanı əhatə edir ki, buraya bütün istehsal prosesi, insanın
gündəlik fəaliyyətinin böyük bir qismi və s.də daxildir və aydındır ki, gös-
tərilən fəaliyyət formaları «texnika» adı altında ümumiləşdirilə bilməz.
Şərh olunan mövqelər içərisində ilk üç variant nisbətən inandırıcı görünür
və həm də bir-birinə o qədər yaxındır ki, əslində vahid mövqe kimi də qiy-
mətləndirilə bilər. S.V.Şuxardinin özü də bu mövqelərdən birinə tərəfdar
çıxır və texnikanı əmək vasitələrinin məcmuyu kimi qiymətləndirir. Lakin
o öz mövqeyini əsaslandırmağa çalışır və təsnif etdiyi başlıca mövqelərə
olan münasibətini də olduqca səthi şərh edir.
Tərifləri təsnif etdikdən sonra müəllif yazır: «İndi isə texnika» ter-
mininə verilən tərifləri qiymətləndirməyə çalışaq. Ən düzgün və elmi cə-
hətdən əsaslandırılmış təriflər I qrupa daxil olanlardır: texnika – maddi
şeylər kompleksidir».
6
1
Müəllif heç bir girişsiz və izahatsız olaraq qəbul et-
diyi mövqeyi daha da konkretləşdirərək yazır: «Məlumdur ki, əmək va-
sitələrinin cəmi ilə əmək alətləri arasında bərabərlik işarəsi qoymaq olmaz.
Əgər ikinci yarımqrupdakı tərifləri düzgün qəbul etsək, onda «texnika» an-
layışına əmək alətləri olmasa da, bir sıra maşın, mexanizm və cihazlar
(məsələn, bütün elektrik işıqlandırma sistemi, faydalı qazıntı yataqlarının
qaydaya salınmasına xidmət edən sistem və s.) daxil edilə bilmir. Beləlik-
lə, ikinci yarımqrupdakı təriflər düzgün olsalar da tam deyillər. Buna görə
də birinci yarımqrupa daxil olan təriflər insanın öz fəaliyyətində tətbiq et-
diyi bütün mövcud texniki vasitələri əhatə etdiyinə görə, daha çox tamam-
lanmış sayılmalıdır».
6
2
Müəllif nəyə görə əmindir ki, «əmək prosesinin nor-
mal gedişatını təmin edən maşın, mexanizm və cihazlar» da mütləq «tex-
nika» anlayışına daxil olmalıdır? Belə bir tələb «texnika» anlayışının əslin-
1
С.В.Шухардин. Основы истории техники, с. 75.
2
Yenə orada.
Elm haqqında elm
418
də “əmək vasitələrinin cəminə” nəzərən də daha geniş miqyasda təyin edil-
məsinə müvafiq deyilmi və bununla müəllif özü öz mövqeyinin əleyhinə
çıxış olmurmu? Yaxud S.V.Şuxardinin şərhindən belə çıxmırmı ki, o, «tex-
nika» anlayışını, bu anlayışın əhatə dairəsini qabaqcadan nəzərdə tutduq-
dan sonra təyin etməyə çalışır. Axı, texnikanın «insanın öz fəaliyyətində
tətbiq etdiyi bütün mövcud texniki vasitələri əhatə etməsi» fikri heç bir
informasiya vermir, trivial xarakter daşıyır. Axı, «texniki vasitələr» ifadəsi
yalnız o zaman müəyyənlik kəsb edə bilər ki, «texnika» anlayışının özü
artıq müəyyən edilmiş olsun…
Bundan başqa sonrakı izahatından məlum olur ki, S.V.Şuxardin
«əmək alətləri» və «əmək vasitələri» anlayışlarının özlərini də düzgün
fərqləndirmir: «Əmək vasitələrini üç qrupa bölmək olar: 1) mexaniki əmək
vasitələri (əmək alətləri); 2) avadanlıq (təchizat); 3) əmək prosesinin müm-
künlüyü üçün zəruri olan ümumi maddi şərait».
6
1
Müəllifin bu qruplaşdırmasında 2-ci və 3-cü bölmə o qədər qeyri-
müəyyən ifadə edilmişdir ki, buraya elə əmək alətləri də daxil edilə bilər.
Halbuki əmək alətlərini müəllif yalnız «mexaniki əmək vasitələri» kimi
qiymətləndirir. Nəzərə alınmır ki, əmək alətləri böyük inkişaf yolu keçmiş
və XIX əsrdəki mexaniklik pilləsini artıq çoxdan tərk etmişdir. Müasir
dövrdə əmək alətlərinin rolunu oynayan maşınlar təkcə mexaniki prinsiplər
əsasında işləməyib, ən müxtəlif fiziki hadisələrin mürəkkəb kombinasiya-
larına əsaslanır.
Sovet fəlsəfi fikrində elmşünaslıq kimi texnikaşünaslıq da 60-cı il-
lərdən başlayaraq unkişaf etmişdir. Texnika haqqında ilk xüsusi tədqiqat
əsərinin müəlliflərindən biri Y.S.Meleşenkodur.
6
2
O, texnikanın mahiyyəti
haqqında əsas mövqeyini belə şərh edir: «Texnika insanların məqsədəuy-
ğun fəaliyyətinin (hər şeydən əvvəl əmək və istehsalat fəaliyyətinin) mate-
rial vasitələri kimi çıxış edən və insanın materiallardan, təbiət qanunları və
proseslərindən məqsədəuyğun şəkildə istifadə etmək əsasında yaratdığı və
tətbiq etdiyi şeylərin məcmuyudur».
6
3
Xeyli dərəcədə dolaşıq və dumanlı
şəkildə verilən bu tərif lazımi üslubi düzəlişlərdən sonra bu cür ifadə oluna
1
Yenə orada., s. 76.
2
Bax, məs.: Ю.С. Мелещенко. Человек, общество и техника, М., 1964.
3
Ю.С. Мелещенко. Техника и закономерности ее развития // Вопросы философии,
№10, 1965, с.7.
Elm–Texnika–İstehsal
419
bilər: – Texnika məqsədəuyğun fəaliyyət sayəsində yaradılaraq, həm də bu
fəaliyyətə xidmət edən material şeylər məcmuyudur.
Aydın olur ki, müəllif texnikaya təkcə material şeylər məcmuyu ki-
mi baxmaqda ilk yaxınlaşmada A.A.Zvorıkin, S.V.Şuxardin və s. tədqi-
qatçıların mövqeyində durur. Onun texnikaya münasibəti yalnız bu materi-
al məcmuyunu necə sərhədləndirilməsi ilə fərqlənir. Bu fərqi müəyyənləş-
dirmək üçün yuxarıdakı kimi təyin edilən «texnika» anlayışının əhatə dai-
rəsini əmək vasitələrinin məcmuyu ilə müqayisə edək. Əvvəla, qeyd edək
ki, bütün süni yaradılmış şeylər, habelə insan tərəfindən dəyişdirilmiş olan
təbiət hissələri – hamısı yalnız məqsədəuyğun fəaliyyət sayəsində mümkün
olmuşdur. Deməli, anlayışın sərhədləndirilməsi üçün qoyulan yeganə məh-
dudiyyət baxılan şeylər qrupunun həm də məqsədəuyğun fəaliyyətə xidmət
etməsi şərtidir. «Məqsədəuyğun fəaliyyət» anlayışı, «əmək» anlayışına
ekvivalent olduğundan ona xidmət edən şeylər qrupu da elə əmək vasitələ-
rini təşkil edir. Deməli, Y.S.Meleşenkonun tərifi yuxarıda artıq nəzərdən
keçirdiyimiz «texnika – əmək vasitələrinin məcmuyudur» tipli təriflər sıra-
sına daxildir. Burada yeganə başlıca fərq ondan ibarətdir ki, «texnika» an-
layışı altında təkcə ictimai istehsal prosesindəki əmək vasitələrinin yox,
ümumiyyətlə istənilən məqsədəuyğun fəaliyyətdəki əmək vasitələrinin
məcmuyu nəzərdə tutulur. Bununla anlayışın əhatə dairəsi aşağı düşür və
ciddi mübahisələr üçün əsas yaranmış olur.
Elmin tədqiqində rast gəldiyimiz qətiyyətsizlik texnikanın tədqiqi
üçün də tamamilə xarakterikdir. Belə ki, nəinki müxtəlif tədqiqatçılar ara-
sında fikir ayrılığı hökm sürür, eləcə də eyni tədqiqatçılar tez-tez müxtəlif
mövqelərdə dayanırlar. Buna görə də, yuxarıda təhlil etdiyimiz tərif
Y.S.Meleşenkonun mövqeyini yəqinliklə əks etdirə bilmir. «Müasir elmi-
texniki inqilab» kitabında yazıldığına görə, Y.S.Meleşenko «texnikaya
məqsədəuyğun fəaliyyətin vasitəsi və üsulu kimi baxır və beləliklə «texni-
ka» anlayışına maddi şeylərlə (vasitə) yanaşı, həm də insanların təcrübə və
vərdişləri də (üsul) daxil edilir».
6
1
Kitabda Y.S.Meleşenkonun bu mövqeyi
«texnika» anlayışına qeyri-material xarakter daşıyan «təcrübə və vərdişlə-
ri» də daxil etdiyi üçün tənqid olunur. Və həm də heç bir ciddi əsas olma-
dan… Eynilə bu cür mövqeyin Q.V.Osipov və S.V.Şuxardin tərəfindən
1
Современная научно-техническая революция (Историческое исследование). М.,
1970, s.11-12.
Elm haqqında elm
420
qeyri-elmi şəkildə, yalnız səthi mühakimələr əsasında tənqid olunması ha-
lına biz artıq rast gəlmişik və bu məsələyə öz münasibətimizi ilk yaxınlaş-
mada bildirmişik. Bircə bunu da əlavə edək ki, kitab müəlliflərinin öz
mövqeləri daha qüsurlu, primitiv və əsassızdır. Məsələn, kitabda yazılır:
«Texnika əmək alətləri (instrumentlər), maşınlar, avtomatlar, cihazlar for-
masında ola bilər».
6
1
Görəsən bu formalar bir-birindən nə ilə fərqlənirlər-
miş? Maşın və s. əmək aləti ola bilməzmi və ya avtomatlar həm də maşın
deyilmi?
Bizcə, Y.S.Meleşenkonun məhz həmin mövqedə (texnika = əmək
alətləri + vərdişlər) durduğunu söyləmək üçün kifayət qədər əsas yoxdur.
Əvvəla, 1970-ci ildə çıxan kitab (ikinci nəşr) onun yalnız 1964-cü ildəki
fikrinə istinad edir, halbuki, artıq 1965-ci ildə o, texnikaya tamamilə başqa
cür tərif vermişdir.
6
2
İkincisi, müəlliflərin istinad etdiyi fikrin özü də (tex-
nikanı «məqsədəuyğun fəaliyyətin vasitəsi və üsulu» saymaq) hələ
vərdişləri «texnika» anlayışına daxil etmək deyil. Zira «üsul» anlayışı
işçinin təkcə necə işləməsini deyil, nə vasitə ilə işləməsini də ifadə edə
bilər. Y.S.Meleşenko da bəlkə məhz bunu nəzərdə tutmuşdur.
İndi isə «texnika» anlayışının əhatə dairəsini «material şeylər məc-
muyu» çərçivəsində də olsa, yuxarıda baxdığımız təriflərə nisbətən bir qə-
dər genişləndirən Q.N.Volkovun mövqeyi ilə tanış olaq: «Texnika ictimai
insanın əmək funksiyalarının, vərdiş, təcrübə və biliklərinin təbii material-
da maddiləşməsi prosesi, təbiət qüvvələri və qanunauyğunluqlarının dərk
olunması və istehsalda istifadə edilməsi vasitəsi ilə əldə etdiyi süni fəaliy-
yət orqanlarının, təbiət üzərindəki hakimiyyət orqanlarının məcmuyu-
dur
6
*
».
6
3
Köməkçi təyinləri atdıqda tərif aşağıdakı şəklə düşər: – «Texnika
ictimai insanın süni orqanları məcmuyudur». Beləliklə, anlayışa təkcə icti-
mai istehsalda deyil, ümumiyyətlə hər hansı ictimai münasibətdə istifadə
olunan süni vasitələr daxil edilir ki, bu da onun əhatə dairəsinin genişləndi-
rildiyini göstərir. Lakin təkcə «ictimai» təyininin özü böyük məhdudiyyət-
lər qoyur ki, bu da Q.N. Volkovun digər əsərlərində şəxsi fəaliyyətə məx-
1
Yenə orada. s.13.
2
Ю.С. Мелещенко. Техника и закономерности ее развития, с.7.
*
Orijinalda bu söz «sistem» kimi verilmişdir; lakin tərif müasir sistemli yanaşmanın
şərtlərini ödəmədiyindən biz onu «məcmu» kimi tərcümə edirik.
3
Г.Н. Волков. Эра роботов или эра человека, М., 1965, s.25.
|