Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə33/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   29   30   31   32   33   34   35   36   ...   55
  Elm–Texnika–İstehsal 

 

 

 

439



 

dakı qarşılıqlı münasibəti və onların tarixi ardıcıllığı haqda nə demək olar? 

3.

 

Elm ilə texnikanın qarşılıqlı əlaqəsindən danışarkən ümumiyyət-



lə texnikamı, yoxsa yalnız istehsal texnikasımı  nəzərdə tutulur? Bəs elm 

texnikası? Bəs elmin digər fəaliyyət sahələrinə  tətbiqi? Bəs məişət 

texnikası? 

4.

 



Texnika həmişəmi elmlə qarşılıqlı  əlaqədə olmuşdur, yoxsa 

onun inkişafında tam müstəqil mərhələlər də olmuşdurmu? 

5.

 

Tarixi ardıcıllıq baxımından elmmi, yoxsa texnikamı ilkindir? 



6.

 

Texnikanın tarixi inkişaf mərhələləri hansılardır? 



7.

 

«Texnika» və «elm» hadisələri öz daxili strukturlarına görə 



simmetrikdirlərmi? Texnikaya sistem kimi baxmaq olarmı? 

8.

 



Süni olaraq dəyişdirilmiş  təbiət hissəsi (ikinci təbiət) texnikanı 

bütövlükdə  əhatə edirmi, yoxsa ancaq iki nisbi müstəqil tərəfin kəsişmə-

sindənmi danışmaq lazımdır? 

9.

 



Texniki tərəqqinin meyarı nədən ibarətdir? 

10.


 

Texniki tərəqqinin hərəkətverici qüvvələri texnika daxilindəmi, 

yoxsa kənar hadisələrdəmi axtarılmalıdır? 

11.


 

Texniki tərəqqidə elmin rolu nədən ibarətdir? «Elm-Texnika» 

sistemindən hansı mənada danışmaq mümkündür? 

12.


 

Elmi və praktik (əməli) biliyin dialektikası məsələsi elm-texnika 

münasibətləri ilə nə dərəcədə əlaqədardır? 

Biz bu məsələlərdən yalnız bəzilərini – elmşünaslıq üçün maraq 

doğuranları təhlil edəcəyik. 

İlk formalaşma dövründə texnika heç də istehsal texnikası kimi 

meydana çıxmamışdır. Başqa sözlə, texnikanı yalnız «istehsal texnikası» 

çərçivəsində öyrənən təlimlər texnikanın genezisini aşkara çıxarmağa 

imkan vermir. 

K.Tessman yazır: «Əksəriyyət tərəfindən qəbul olunmuş  mənaya 

görə texnika dedikdə istehsal texnikası nəzərdə tutulur... Bütövlükdə texni-

ka və  cəmiyyətin qarşılıqlı  təsir və münasibətlərini texnikanın məhz bu 

hissəsi təyin edir».

6

1



 Texnikanın təyinindəki «fikir ayrılıqları da iki əsas su-

al  ətrafında cəmləşdirilə bilər: texnikanın xüsusi bir «istehsal texnikası» 

anlayışına gətirmək və istehsal texnikasını ümumiyyətlə texnika ilə eyni-

ləşdirmək mümkündürmü? «İstehsal texnikası» anlayışını  nə  dərəcədə 

                                                 

1

 Тессман Курт. Проблемы научно-технической революции, с. 106. 



Elm haqqında elm 

 

 



 

440


geniş götürmək mümkündür?».

6

1



 

Mövcud ədəbiyyatda əksər hallarda «texnika» anlayışı, doğrudan da 

məhz «istehsal texnikası» əvəzində işlədilir. Bu da doğrudur ki, texnikanın 

müxtəlif növləri arasında  ən çox istehsal texnikası  əhəmiyyətə malikdir. 

Lakin bu, heç də digər texnika növlərini nəzərdən qaçırmağa əsas vermir 

və  hətta K.Tessmanın asanlıqla razılaşmasına baxmayaraq, «cəmiyyətlə 

olan qarşılıqlı təsirlər» də təkcə istehsal texnikasına şamil edilə bilməz. O 

ki, qaldı bu anlayışları «eyniləşdirmək» məsələsinə, bu barədə mübahisə 

etməyə ehtiyac yoxdur; hər  şey texnikanın həqiqi mahiyyətinin düzgün 

metodoloji prinsiplər əsasında müəyyənləşdirilməsindən asılıdır. Bu prob-

lem həll olunduqdan sonra başqa asılı məsələlər ətrafındakı əvvəlki müba-

hisələr sadəcə olaraq öz əhəmiyyətini itirəcəkdir. 

İctimai həyatın müasir inkişaf mərhələsində elmi-texniki tərəqqi 

haqqında düzgün təsəvvür əldə edə bilmək üçün texnikanın müxtəlif növ-

lərinin dəqiq təsnifatı olduqca vacibdir. Xüsusən, elmin rolunun artması ilə 

əlaqədar olaraq elm texnikası getdikcə daha böyük əhəmiyyət kəsb edir. 

İstər elm və texnikanın qarşılıqlı münasibətinin dəqiq müəyyənləşdirilmə-

si, istər bu sahədə təsəvvürümüzün tamlığı, istərsə də «elm» anlayışının öz 

əhatə dairəsinin öyrənilməsi üçün əvvəlcə «elm texnikası» anlayışının da-

xil edilməsi tələb olunur. 

Bizcə, «elm texnikası» anlayışına elmi fəaliyyət zamanı zəruri olan 

yaradıcı təfəkkürə nəzərən obyektiv surətdə mövcud olan və elmi işçi tə-

rəfindən tədqiqata cəlb edilən, daxil edilən maddi vasitələr (eksperimental 

cihazlar, təcrübə vasitələri, duyğu üzvlərinin imkanlarını artıran aparatlar, 

hesablama maşınları, o cümlədən kompüter və s.), bu maddi vasitələrdən, 

habelə riyazi əməliyyat və metodlardan istifadə vərdişləri daxildir.  

Onlar maddi istehsala deyil, elmi yaradıcılıq işinə xidmət edir. Elm 

isə heç də istehsala daxil olmayıb, nisbi müstəqil fəaliyyət sahəsidir. 

Texnika çox vaxt yalnız istehsal texnikası kimi qəbul olunsa da, heç 

kim raketin, televizorun, avtomobilin, sinxrotronun, elektron hesablama 

maşınının «texnika» anlayışına daxil olmasına etiraz etmir. Halbuki göstə-

rilən qurğulardan heç biri maddi istehsal vasitəsi deyildir. 

Müxtəlif texnika formalarının vahid anlayışda birləşdirilməsi barədə 

S.F.Kasprzuk yazır: «İnsan fəaliyyətinin istənilən sahəsinin – bədii, iqtisa-

                                                 

1

 Yenə orada, s. 108. 



  Elm–Texnika–İstehsal 

 

 

 

441



 

di, siyasi, dini, kənd təsərrüfatı, məişət, tibbi, hərbi, sənaye və s. – hamısı-

na uyğun gələn texnika prinsipcə vahid sistemdə birləşdirilə bilər».

6

1



 Lakin 

burada nəzərə almaq lazımdır ki, müxtəlif texnika formalarından təşkil 

olunmuş sistemdə daxili əlaqə dərəcəsi xeyli zəifdir. Buna görə də, yalnız 

ayrı-ayrı texnika formalarını konkret sistemlər kimi təhlil etmək daha məq-

sədəuyğundur. 

İnsan həyatı çoxcəhətli və  zəngindir. Ehtiyaclar müxtəlif olduğun-

dan, insanın qarşısına qoyduğu məqsədlər də, əldə etdiyi biliklər də, yiyə-

ləndiyi vərdişlər də müxtəlif olur. Ona görə də əməli fəaliyyət heç də təkcə 

maddi istehsalla məhdudlaşmır; o həm zehni fəaliyyəti (elm, incəsənət və 

s.), həm də fiziki fəaliyyətin şüurlu surətdə həyata keçirilən digər (istehsal-

dan fərqli) aspektlərini (məişət, nəqliyyat, idman, hərbi sahə  və s.) əhatə 

edir. Hər bir məqsədəuyğun fəaliyyətin mümkünlüyü üçün müəyyən ob-

yektiv vasitələr lazımdır ki, bunların cəmi də texnikanın məhz həmin fəa-

liyyətə uyğun olan növlərini təşkil edir. 

Müasir tədqiqatların çoxunda «texnika» və «maşın» anlayışları eyni-

hüquqlu anlayışlar kimi, bəzən isə  hətta sinonim kimi işədilir. Halbuki, 

«texnika» anlayışına maşınla yanaşı sadə alət də, bu alət və maşınlardan is-

tifadə  vərdişləri də daxildir. Bu anlayışa hələ Aristotelin əsərlərində  də 

müraciət edilmişdir və heç də istehsal texnikası mənasında – əmək vasitə-

ləri, yaxud maşın mənasında deyil, müvafiq sahədəki qabiliyyət, mənimsə-

nilmiş vərdişləri mənasında. Bu heç də birtərəfli yanaşma nəticəsi olmayıb, 

texnika tarixində olduqca mühüm bir mərhələnin obyektiv ifadəsidir. Təsa-

düfi deyil ki, texnika qədim yunan dilində sənətkarlıq, qabiliyyət, bacarıq 

mənasını verir. 

Bəşər tarixi, əmək tarixi ilə birgə başlanır. Əmək ümumiyyətlə fəa-

liyyətdən fərqli olaraq məhz ilk əməli vərdişlərin və praktik biliklərin for-

malaşması ilə müşayiət olunur. Zira əmək məqsədəuyğun fəaliyyətdirsə və 

məqsədəuyğunluq hər bir konkret şəraitdə  dəyişdirici təsirlərin istənilən 

istiqamətlərə deyil, yalnız müəyyən üstün istiqamətə yönəldilməsidirsə, bu 

həm də o deməkdir ki, həmin istiqamətdəki iş vaxtaşırı olaraq təkrar edil-

məlidir. Müəyyən işi uğurla təkrar etmək üçün isə bu işə aid zəruri bilikləri 

yadda saxlamaq tələb olunur. Deməli, əməyin formalaşması prosesi prak-

tik biliyin formalaşması ilə paralel surətdə həyata keçir. 

                                                 

1

 S.F.Kasprzuk. On the consept of technology and its relation to science and technic, p. 323. 



Elm haqqında elm 

 

 



 

442


Beləliklə, məqsədəuyğun fəaliyyət öz-özünə mümkün deyil. Onun 

icrası müəyyən zəruri vasitələr hesabına mümkündür. İnsan ilə əmək pred-

metinin əlaqəsi – əmək adlandırdığımız proses ilk növbədə müəyyən əməli 

vərdişlərə yiyələnmiş əlin fəaliyyəti sayəsində həyata keçilir. Əlin imkan-

larını artırmaq üçün düzəldilmiş süni vasitələr olmadıqda, xüsusən ilk tari-

xi dövrlərdə  təbii vasitələrdən istifadə  vərdişləri mühüm rol oynamışdır. 

Əlin özünün idarə olunması, onun predmet üzərində ustalıqla  əməliyyat 

aparması əməli fəaliyyətin uğurla nəticələnməsi üçün zəruri şərt idi. Demə-

li, ustalıq, qabiliyyət,  əmək vərdişləri o dövrün əsas texniki vasitəsi idi. 

Nəsillərin əvəzlənməsi şəraitində əməyin formalaşması prosesinin bütövlü-

yünü, kəsilməzliyini təmin edən məhz bu vərdişlərin nəsildən-nəslə ötürül-

məsi olmuşdur. Vərdişlər ayrı-ayrı fərdlərin məxsusi fəaliyyətlərində müx-

təlif məzmun daşımamış, müəyyən sabitliyə  və ümumiliyə malik olmuş, 

bütövlükdə ictimai fəaliyyətin xarakteristikası kimi çıxış etmişdir. 

Sonrakı tarixi inkişaf mərhələsində əməyin texniki vasitələrinə vər-

dişlərlə birlikdə süni alətlər də daxil olmuşdur. Bu alətlər onlardan istifadə 

etmək qaydaları – yeni keyfiyyətli  əməli bilik texnologiya ilə birlikdə 

meydana gəlmişdir. Yeni texnologiya əməkçi adam qarşısında müvafiq 

əməli vərdişlərə yiyələnmək tələbini qoymuşdur. Yeni alətlər, yeni texno-

logiya və yeni vərdişlər nəsildən-nəslə ötürülərək təkmilləşmiş və ictimai 

tərəqqinin həmin dövr üçün başlıca səciyyəsinə çevrilmişdir. 

Fərz edək ki, alətlər qalmış, lakin onlardan istifadə etmək qaydaları 

yeni nəslə çatmamışdır. Onda bu alətlərin özlüyündə bir xeyri ola bilərmi? 

Yox. Bu halda eyni bir tarixi inkişaf mərhələsi təzədən keçilməli olardı. 

Yeni nəsil bu alətləri ondan istifadə qaydaları ilə birlikdə təzədən kəşf et-

mək məcburiyyəti qarşısında qalardı. Əgər biz insanın məqsədəuyğun fəa-

liyyətinə xidmət edən və bir fərd miqyasından kənara çıxaraq ictimailəşən, 

obyektivləşən (ondan istifadə edənlərin şəxsiyyətindən asılı olmayan) vasi-

tələri müəyyən bir terminlə istifadə etmək istəyiriksə, onda bu terminə 

əmək alətləri ilə birlikdə mütləq bu alətlərdən istifadə vərdişlərini də daxil 

etməliyik. İstifadə qaydası məlum olmadıqda alət, alətsiz isə istifadə qay-

dası heç nəyə yaramır. Lakin alətdən istifadə qaydası hələ texnikaya yox, 

əməli biliyə aiddir və texnologiya anlayışında əhatə olunur. Lakin bu bilik 

başın sərəncamından çıxıb, əlin sərəncamına keçdikdə, qabiliyyətə çevril-

dikdə vərdiş anlayışı ilə əhatə olunur və texniki vasitə kimi çıxış edir. Vər-

diş  və alət üzvi surətdə bağlıdır və vahid sistemə daxildirsə onları ayırıb 



  Elm–Texnika–İstehsal 

 

 

 

443



 

müxtəlif terminlərlə ifadə etməklə ictimai fəaliyyət haqqında tamamlanmış 

təsəvvür əldə oluna bilməz. 

Texnikanın inkişafında sonrakı  ən mühüm mərhələ  işçi maşınların 

kəşfi (sənaye inqilabı) ilə bağlıdır. İşçi maşınların əsas funksiyası bundan 

ibarətdir ki, əmək predmeti üzərində əvvəllər bilavasitə insanın gördüyü işi 

indi maşın görür. K.Marks yazır: «Hər bir mükəmməl maşın qurğusu bir-

birindən çox fərqli olan üç hissədən: mühərrik maşınından, ötürücü mexa-

nizmdən və nəhayət alət-maşınından, yaxud iş maşınından ibarətdir... Əgər 

biz yaxud əsl iş maşınına yaxından nəzər salsaq ki, həmin maşın çox za-

man xeyli dəyişilmiş şəkildə olsa da, ümumiyyətlə və bütünlükdə sənətkar 

və manufaktura fəhləsi tərəfindən işlədilən eyni apparat və alətlərdən iba-

rətdir; lakin bunlar daha əl alətləri deyildir, mexanizmin alətləridir, yaxud 

mexaniki alətlərdir».

6

1

 Beləliklə, maşınlar nəinki təkcə canlı əməyi, həmçi-



nin fəhlənin özünü və onun peşə alətini əvəz edir. 

Əslində maşın insanın görə bildiyi işlərin yalnız o hissəsini əvəz edə 

bilir ki, onlar vərdiş hesabına görülmüş olsun. Deməli, bilavasitə fəaliyyət 

üçün və ya sadə alətlər vasitəsilə  işləmək üçün əsrlərdən bəri qazanılmış 

olan  əvvəlki vərdişlər maşınla  əvəz edilir və  nəticədə onların  əksəriyyəti 

gərəksizləşir və sıradan çıxır. Lakin əgər bu vərdişləri maşın əvəz edirsə, 

bu heç də texnikanın təkcə maşınlarla məhdudlaşması demək deyildir, zira 

indi də yeni vərdişlər – maşınları idarə etmək vərdişləri formalaşmağa 

başlayır. 

Beləliklə, texnikanın inkişafının müxtəlif mərhələlərində  əvvəlcə 

sadə alətlər, sonra isə maşınlar bu vaxta qədər vərdişlərin bir qismi əvəz 

etmiş və yeni vərdiş formalarının yaranmasına səbəb olmuşdur. 

Əgər bu iki tərəf: vərdişlər və  əmək vasitələri arasında qarşılıqlı 

keçidlər mövcuddursa, deməli onları əks etdirməli olan anlayışın (texnika) 

stabilliyi yalnız onların hər ikisinin əhatə edilməsi sayəsində ödənilə bilər.  

K.Marks yazır: «…Maşın nəinki təkcə  əməyi, həmçinin fəhlənin 

özünü və onun peşə alətlərini də əvəz edir».

6

2



 «Canlı əməyin» və «fəhlənin 

özünün»  əvəz olunması isə  əslində müvafiq peşə  vərdişlərinin maşının iş 

prinsipinə daxil edilməsi sayəsində mümkün olur. Başqa yerdə isə Marks 

bu fikri daha açıq şəkildə ifadə edərək «fəhlə sənətkarlığının maşına keç-

                                                 

1

 К.Маркс. Kapital. 1-ci cild, Bakı, Azərnəşr, 1969, s. 375. 



2

 К.Маркс.  Машины.  Применение  природных  сил  и  науки // «Вопросы  истории 

естествозвания и техники», вып. 25, М., 1968, с.21. 


Elm haqqında elm 

 

 



 

444


məsindən» danışır

6

1



. Deməli, qeyri-aşkar şəkildə də olsa «texnika» anlayı-

şına maddi vasitələrlə yanaşı, onlardan istifadə vərdişləri də daxil edilir. 

Bəs əksər tədqiqatçıların vərdişləri «texnika» anlayışına daxil etmə-

yin qəti şəkildə əleyhinə olmaları ilə izah edilə bilər? Heç bir qeyd-şərtsiz 

belə bir mövqedə durmağa əsas varmı? K.Tessman yazır: «Bu təriflər (tex-

nika = maddi tərəf + vərdişlər – S.X.) texnikanın maddi xarakterini müza-

kirəyə qoymaq cəhdi kimi qiymətləndirilməlidir. Bu cür yanaşma halında 

son nəticədə insan texnikanın elementi səviyyəsinə endirilir. …Maddi və 

ideal amillərin eyniləşdirilməsi burjua konsepsiyaları üçün tamamilə xa-

rakterik olan haldır. Lakin texnika insan şüurundan xaricdə mövcud olub 

material xarakter daşıyır».

6

2



 Bu mövqedə duran tədqiqatçılar nəyə görə 

əmindirlər ki, texnika mütləq material xarakter daşımalıdır? Onun ideal 

ünsürləri də əhatə edib-etməməsi məsələsi nəyə görə müzakirə olunmasın? 

Əslində texnika həm material, həm də ideal tərəfləri əhatə edən qeyri-bir-

cins sosial sistemlərdən biri (daha dəqiq yanaşdıqda isə sistem yox, alt sis-

tem) deyilmi? Və elmin özü də məhz qeyri-bircins sistemlər qrupuna daxil 

deyilmi? Yoxsa tədqiqatçılar texnikanı tam material, elmi isə tam ideal bir 

tərəf kimi götürmək və onları bir-birinə qarşı qoymaq fikrindədirlər? Məhz 

buna görə deyilmi ki, əksər müəlliflər gələcəkdə elmin həlledici rol oynaya 

bilmək imkanını qəbul etməkdən çəkinir,

6

*

 hadisələrin təbii gedişindən və 



hətta özlərinin gətirdikləri müxtəlif konkret faktlardan çıxan açıq-aydın 

nəticələrə nə isə başqa cür interpretasiya verməyə, yaranan vəziyyəti elmin 

texnikaya nəzərən həlledici, təyinedici mövqe tutmağa başlaması kimi yox, 

yalnız texnikanı qabaqlaması kimi izah etməyə çalışırlar.

6

3

 Halbuki elm 



texnikanı qabaqlamağa başlamışdırsa, yəni texnikanın inkişafı onun öz nis-

bi müstəqil inkişafından daha çox, elmi nailiyyətlərin tətbiqi ilə şərtlənirsə 

– bu elə elmin təyinedici xarakter daşımasına müvafiqdir. Zira bu halda cə-

miyyət qarşısında duran əsas məsələ elmin inkişaf etdirilməsi olacaqdır; 

belə ki, istehsal texnikasında və deməli, ümumiyyətlə məhsuldar qüvvələ-

rin də inkişaf perspektivləri məhz mövcud elmi səviyyənin verdiyi 

imkanlarla müəyyənləşməli olacaqdır. 

                                                 

1

 К.Маркс и Ф.Енгельс. Сочинения. т. 47, с. 366. 



2

 Тессман Курт. Проблемы научно-технической революции, с.129. 

*

 Yəqin təxminən belə bir mühakiməyə görə ki, materiya şüura nəzərən ilkin, həlledici rol 



oynadığı kimi, maddi tərəf olan texnika da elmlə müqayisədə həlledici mövqe tutmalıdır. 

3

 Məsələn: «Научно-техническая революция и социализм», М., 1973, s.28 və s. 



  Elm–Texnika–İstehsal 

 

 

 

445



 

Elmin və texnikanın müqayisəli tədqiqində yaranan belə anlaşılmaz-

lıqların bir səbəbi də budur ki, hələ indiyədək fəlsəfi fikirdə «vərdiş» anla-

yışının mahiyyəti düzgün aydınlaşdırılmamışdır. Vərdiş – şüur hadisəsin-

dən daha çox obyektiv hadisədir, daha doğrusu, obyektivləşmiş, özgələş-

miş şüurdur. Necə ki, alət-texnika, maşın-texnika əslində elmi-praktik bi-

liklərin, konstruktor təxəyyülünün insandan kənardakı  şeylərdən özgələş-

məsidir, eləcə də vərdiş-texnika praktik biliklərin insanın öz əlində özgə-

ləşməsidir. 

Müvafiq əməli vərdişə malik olan əl alətlə birləşdikdə «canlı əmək» 

yaranır. İnsanın «mən»i isə prinsipcə bu sistemdən kənarda ola bilər. Əs-

lində corab toxuyan qadın tamam başqa mövzuda fikirləşib danışa bildiyi 

kimi, dəzgah işlədən peşəkar usta da mənən həmin dəzgaha bağlı olmur. 

Burada bağlayıcı vasitə yalnız  əldir ki,

6

*

 o da maddi olduğundan onun 



funksiyası prinsipcə maşına da keçirilə bilər. Doğrudan da, texnikanın hər 

bir sonrakı inkişaf mərhələsində əlin əvvəlki funksiyasını əvəz edən, insa-

nın  əməli vərdişlərinə «yiyələnmiş» olan maşınlar peyda olur. Kompleks 

maşının strukturuna insanın bu və ya digər funksiyasını əvəz edən müxtəlif 

komponentlər daxil edildikcə o daha çox avtomatlaşmış olur. İnsan özü isə 

canlı avtomat olmaq xüsusiyyətindən getdikcə daha azad olur və daha çox 

məhz  şüurlu varlıq kimi fəaliyyət göstərir, yaradıcı  əməklə  məşğul olur. 

Lakin bununla belə, müəyyən peşə sahələrində nə qədər ki, insan əməyini 

hələ avtomatla əvəz etmək mümkün olmamışdır, əməli biliklərin vərdiş ha-

lına keçməsinə, insan əlinin avtomatlaşmasına böyük ehtiyac vardır. Məsə-

lən, cərrah üçün tibbi biliklərə yiyələnmək hələ kifayət deyil. Bu işdə qaza-

nılmış biliklərin vərdiş halına keçməsi daha mühüm şərtdir. El arasında 

yaxşı cərrah haqqında, yaxşı usta haqqında söylənən «əlləri, qızıldır» ifa-

dəsi də təsadüfi deyil. Burada beyinin «qızıl» olması köməyə gəlmir, məhz 

əllər «qızıl» olmalıdır. Yəni  əl qeyri-şüuri surətdə qazanılmış  vərdiş  əsa-

sında hərəkət etməlidir. Digər tərəfdən də, hər bir konkret situasiya özünə-

məxsus cəhətlərlə  fərqləndiyindən yalnız standart vərdiş  əsasında işləyən 

əllər heç də  həmişə  uğur gətirə bilməz. Situasiyanı düzgün qiymətləndir-

mək və  hər bir məqamda məhz tələb olunan vərdişləri avtomatik surətdə 

işə salmaq üçün müstəqil düşüncə, vəziyyəti qısa müddətdə  təhlil edərək 

                                                 

*

  Əslində bu çür qeyri-şüuri fəaliyyətdə yalnız  əl deyil, digər orqanlar, məsələn, göz, 



qulaq, ayaq və s. də iştirak edə bilər. 

Elm haqqında elm 

 

 



 

446


qərar çıxarmaq qabiliyyəti də  tələb olunur. Deməli, insanın  əvvəlcədən, 

tədricən yiyələnmiş olduğu müxtəlif səpkili əməli vərdişlər toplusu sistemi 

vahid mərkəzdən şüurlu surətdə tənzim olunur. 

Beləliklə, primitiv əmək həmişə yalnız eyni bir vərdişin işə düşməsi-

nə əsaslanırsa və burada aşkar şüur komponenti yoxdursa, nisbətən mürək-

kəb əmək formaları belə vərdişlər çoxluğunun aşkar şüur sayəsində, elə bil 

ki, müəyyən proqram əsasında fəaliyyətə  cəlb olunmasını  nəzərdə tutur. 

Belə mürəkkəb əmək daha sadəcə avtomatla əvəz edilə bilmir, «süni intel-

lektlə» təmin edilmiş avtomatlara – robotlara ehtiyac yaranır. Fəaliyyət sa-

hələrinin müxtəlifliyinə uyğun olaraq robotlar da yalnız istehsala xidmət 

etmir. Nəqliyyat, təbabət, məişət robotları getdikcə daha çox yayılır. Tex-

nikaya yalnız geniş planda yanaşdıqda aydın olur ki, elmi-texniki tərəqqi-

nin rolunu təkcə istehsalın inkişafına olan təsirlə izah etmək cəhdi nə qədər 

də qüsurludur. İnsanın ən qədim ixtiralarından olan od ilk dəfə istehsal sa-

həsində deyil, məişətdə istifadə olunmuşdur. Onun ictimai tərəqqidə oyna-

dığı rol isə heç də əmək alətlərinin rolundan geri qalmır. Qədim dövrün ən 

böyük ixtiraların olan sadə əmək alətləri heyvan qüvvəsindən istifadə edil-

məsi və sürtmə yolu ilə od alınması, heç şübhəsiz, insanın praktik bilikləri 

ilə bağlı idi. 

Elmlə  əlaqə texnikanın sonrakı inkişaf mərhələsində mümkün ol-

muşdur. Texnikanın elmlə  əlaqə xüsusiyyətlərinin daha dəqiq araşdırıla 

bilməsi üçün elm, texnika, elm texnikası anlayışlarından başqa, texniki 

elm, texniki bilik, elmi-texniki bilik, elmi-texniki fənn və s. bu kimi anla-

yışların da müqayisəli təhlilinə böyük ehtiyac vardır. 

Elm texnikası həm elm, həm də texnikanın mühüm ünsürlərindən bi-

ridir. Bəs texniki elmlər hansı sistemə daxil olur? İkinci təbiətin, texniki 

qurğuların özünəməxsus qanunauyğunluqlarını  əks etdirmək baxımından 

texniki elmlər elm sisteminə daxildir. Texnika isə bu halda yalnız həmin 

fənnin predmeti kimi çıxış edir. 

Əgər təbiətşünaslıq fənləri «təbii təbiəti» öyrənirsə, texniki elmlər 

«süni təbiəti», nə vaxtsa insan yaradıcılığının məhsulu olan, lakin sonralar 

müstəqil mövcudluq dövründə yenidən tədqiqat predmetinə çevrilən tex-

niki qurğuları, onların iş prinsipini və s. tədqiq edir, Nə vaxtsa unikal fərdi 

fəaliyyət sayəsində ixtira olunan obyekt indi normal düşüncənin,  şablon 

təfəkkürün obyektinə çevrilir, məntiqi sxemlərə salınır. Əldə edilən biliklər 

fənn kimi formalaşaraq tədris olunur. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin