Elmi-texniki tərəqqinin şərtlərindən və eyni zamanda əsas nəticələ-
rindən biri biliyin xüsusi növü olan elmi-texniki biliyin yaranması və sü-
rətlə inkişaf etməsidir. Son illərin ədəbiyyatında “elmi-texniki bilik” anla-
yışına tez-tez rast gəlinir. Lakin o, biliyin keyfiyyətcə yeni növü mənasın-
da yox, elmi və texniki biliklərin məcmusu mənasında, yaxud hətta texniki
biliklərin, texniki elmlərin və ya tətbiqi elmlərin sinonimi kimi işlədilir ki,
bu da elmi yanaşma deyil. Elmi-texniki biliyin spesifikliyini müəyyən
etmək üçün onu biliyin digər növləri ilə müqayisə etmək, onun biliklərin
iyerarxik strukturunda yerini göstərmək lazımdır.
Biliklərin bölgüsü çox vaxt inikas sahələri üzrə aparılır. Bu zaman
elmlərin təsnifatı ilə biliklərin təsnifatı tez-tez qarışıq salınır. Həmçinin
biliyin səviyyələri ilə sahələri də qarışıq salınır. Əksər hallarda biliyin sə-
viyyəsi dedikdə elmi biliyin empirik və nəzəri səviyyələri nəzərdə tutulur.
Digər kifayət qədər geniş yayılmış yanaşmaya görə, bilik adi (cari, məişət)
və elmi olmaqla iki növə bölünür. Burada “adi” anlayışı biliyin həm
səviyyəsi, həm də sahəsi mənasında işlədilir.
Bu cür dolaşıqlıqdan xilas olmaq üçün biliyin təsnifatı üfüqi və şa-
quli müstəvidə aparılmalıdır. Üfüqi müstəvidə biliyin təsnifatı məsələlərini
biz yuxarıda ayrıca paraqrafda araşdırmışıq. Bu halda adətən biliyin məi-
şət, əxlaqi, hüquqi, siyasi, texniki və s. kimi növlərini qeyd olunur. Şaquli
müstəvidə isə biliyin təsnifatı onun səviyyələrinə görə aparılmalıdır. Belə
olduqda biliyin faktiki, praktiki, elmi və elmi-texniki növlərini qeyd etmək
olar. Əgər üfüqi müstəvidə biliyin təsnifatının əsas meyarı “gerçəkliyin
hansı sahəsi əks etdirilir” sualına cavab olacaqdırsa, şaquli müstəvidə bu
meyar onların “gerçəkliyi hansı səviyyədə, hansı dəqiqliklə əks etdirməsi”
olacaqdır.
Əməli bilik, elm, texnologiya
539
Elmi-texniki biliyin spesifikliyini müəyyənləşdirmək üçün bəzi mü-
bahisələrə, məsələn, fəlsəfi biliyin spesifikası haqqında mübahisələrə qo-
şulmadan, bir qədər sadələşdirilmiş sxemə nəzər salaq. Biliklərin səviy-
yələr üzrə təsnifatının sxemində elmi-praktiki pillənin yerinə indi elmi-
texniki bilik dayanacaqdır. Bu sıralanmada daha sonra texniki və texnoloji
biliklər gələcəkdir.
Sxem 10.
Lakin texnoloji biliklərin ancaq elmin tətbiqi sayəsində deyil, həm
də ənənəvi praktik bilik bazasında formalaşdığını nəzərə alsaq, onu da iki
yerə ayıra bilərik.
Sxem 11.
Elmi biliyin mahiyyəti və spesifikliyi təkcə praktiki biliklə deyil,
eyni zamanda həm də elmi-texniki biliklə müqayisədə müəyyən edilməli-
dir, çünki o, aralıq bilik təşkil edir. Məlum olduğu kimi, mücərrəd təfəkkür
şüurlu praktiki fəaliyyətin inkişafında inkar məqamına uyğun gəlir. Bunun
sayəsində praktikanın aşağı səviyyəsindən ali səviyyəsinə, idrakın əsası
olan praktikadan idrakın məqsədi olan praktikaya keçid imkanı yaranır,
yəni başlanğıcdakı praktika ilə sondakı praktika səviyyə fərqinə malikdir.
Eynilə biliyin yuxarıda qeyd etdiyimiz səviyyələrini də Hegel triadasının
müvafiq pillələri kimi nəzərdən keçirmək olar. Deməli, elmi bilik məqsəd
yox, daha miqyaslı prosesin zəruri halqası kimi çıxış edir.
Təbii-elmi biliyin yaranmasında əsas rolu insanların maddi fəaliyyə-
ti oynayır. Elmi biliyin birbaşa sələfləri olan praktiki biliklər məhz bu pro-
sesdə formalaşır.
Elmi bilik
Elmi-texniki
bilik
Elmi-texnoloji
bilik
Elmi
bilik
Elmi-texniki
bilik
Texnoloji
bilik
Elm haqqında elm
540
Praktiki bilik özündə ayrılmaz şəkildə həm idraki aspekti, həm də
tətbiq aspektlərini birləşdirir, yəni bu səviyyədə gerçəklik yalnız praktiki
fəaliyyətdə dəyişdiriləcək dərəcədə əks etdirilir. Lakin sonrakı tarixi inki-
şafda praktiki biliyin idraki və tətbiqi aspektlərə ayrılması prosesi güclənir,
elmi və texnoloji biliklər tədricən müstəqil status alır və elmi bilikdən tex-
noloji biliyə keçid etmək yolunda xüsusi aralıq bir halqaya – elmi-texniki
biliyə ehtiyac yaranır. Biliyin bu pilləsi biliyin ilkin səviyyələrinə (praktiki
biliyin texnoloji aspektinə) qayıdışa bənzəsə də, əslində o, onun ali pilləsi-
ni kəsb edir, çünki onun köməyi ilə məqsəd obyektivliklə qovuşur.
“Bilik” anlayışının təkamülünün təhlili göstərir ki, bəzi konsepsiya-
lara görə, “bilik dərk olunmuş bir şeyi texniki cəhətdən təkrar istehsal et-
mək bacarığı ilə eyniyyət təşkil etmir”. Digər tədqiqatçılar isə, əksinə, bili-
yi yaratma, qurma, konstruksiya etmə ilə eyniləşdirirlər. Bu cür eyniləşdir-
mə biliyin keyfiyyət müxtəlifliyinə, mürəkkəb iyerarxik strukturuna etina-
sızlığın nəticəsidir. Bu mənada V.A.Lektorski tərəfindən Q.Başlyarın tən-
qidi maraq kəsb edir. Q.Başlyara görə, “elmin mahiyyəti təbii reallığın dər-
kində yox, süni biliklərin yaradılmasındadır, bilikdə yox, texnologiyada-
dır.
7
1
Halbuki, süni obyektlərin yaradılması, elmi-texniki fəaliyyət fəaliyyə-
tin yalnız bundan sonrakı səviyyəsini təşkil edir; elm onun nəticəsi ilə ey-
niləşdirilməməlidir.
Elmi-texniki fəaliyyətin məqsədi bizi əhatə edən dünyanın nəzəri
dərkinə müncər edilməməlidir. Bu, elmi fəaliyyət üçün səciyyəvidir. Elmi-
texniki fəaliyyət təbiətin artıq dərk olunmuş qanunlarının rasional tətbiq
üsullarını aşkarlamaq məqsədini güdür. Bundan başqa, yeni texniki vasitə-
ləri konstruksiya edərkən təkcə elmi yox, həmçinin texniki məlumatlardan
da istifadə olunur.
Qərbin fəlsəfi ədəbiyyatında elmi-texniki fəaliyyət əksər hallarda
texnoloji fəaliyyətlə
7
2
və tətbiqi elmlərlə
7
3
eyniləşdirilir. Lakin “texnoloji
fəaliyyət” və “tətbiqi elmlər” anlayışları məzmunca “elmi-texniki fəaliy-
yət” anlayışına yaxın olsalar da, onunla üst-üstə düşmürlər. Buna görə də
onların arasındakı fərqləri üzə çıxarmaq lazımdır. Bu arada “elmi-texniki
fəaliyyət” anlayışının həcmi və məzmununun müəyyən edilməsi də mü-
1
В.А. Лекторский. Субъект, объект, познание. М,, 1980. s.164.
2
S.F. Kasprzuk. On the consept of technology and its relation to science and tecnic, p.
321-322.
3
M.Bunge. Towards a Philosophy of Technology. p. 29.
Əməli bilik, elm, texnologiya
541
hüm əhəmiyyətli bir məsələdir, çünki biliklərin iyerarxik strukturunda yeni
səviyyə olan elmi-texniki biliyin yaranmasına məhz bu fəaliyyət gətirib
çıxarır.
ETİ şəraitində texnoloji fəaliyyət bir qayda olaraq texniki sistemlə-
rin qurulması üçün zəruri olan elmi-texniki fəaliyyətdən sonra başlayır.
Tətbiqi elmlər və müvafiq elmi fəaliyyət elmi-texniki fəaliyyətin önündə
getməklə elmi ideyaların texnikada istifadə üçün yararlı olan daha konkret
formalara çevrilməsinə səbəb olur. Buna görə də biz bu qənaətə gəlirik ki,
elmi-texniki bilik tətbiqi elmlərlə texnologiya arasında aralıq halqa kəsb
edir.
Lakin indiyədək fəlsəfi ədəbiyyatda elmi-texniki fəaliyyət fəaliyyə-
tin xüsusi bir növü kimi, elmi-texniki bilik isə biliyin xüsusi bir səviyyəsi
kimi qeydə alınmamışdır. Bu hadisənin ayrı-ayrı mərhələləri müxtəlif kon-
tekstlərdə müxtəlif cür və müxtəlif anlayışlarda öz əksini tapmışdır. Onla-
rın arasında “texnoloji bilik”, “texniki bilik”. “texniki elmlər”, “elmi bi-
lik”. “tətbiqi elmlər”, “mühəndis biliyi”, “elmi işləmələr” və s. anlayışları-
nı xüsusi olaraq qeyd etmək lazımdır. Məzmunları tez-tez “elmi-texniki bi-
lik” anlayışının məzmunu ilə qarışıq salınan bu anlayışların bu cür rənga-
rəngliyi heç də təsadüfi deyil. Bu, ilk növbədə onunla bağlıdır ki, fəlsəfi
ədəbiyyatda elmi-texniki bilik hələ ki, biliyin xüsusi forması kimi qeyd
olunmur. Bu anlayışdan istifadə edən müəlliflər bir qayda olaraq onun
dəqiq tərifini vermirlər
7
1
. Belə ki, məsələn, Q.M.Qlaqoleva yazır: “Elmin
özü bilavasitə istehsal və ya şəxsi istehlak üçün yararlı olan maddi məhsul-
ları yaratmır. Onun məhsulu maddi istehsalda cismani məhsul istehsalının
şərti olan elmi-texniki bilikdir. Elmin ictimai istehsal sahəsi kimi spesifik-
liyi bundadır”.
7
2
Elmi-texniki biliyin əşyaların istehsal şərti olması haqqın-
da fikir düzgündür və iqtisadi ədəbiyyat üçün yalnız bu xüsusiyyətə işarə
etmək, zənnimizcə, kifayətdir.
Lakin bu anlayışın istifadə edildiyi kontekst göstərir ki, müəllif onun
keyfiyyət özünəməxsusluğunu görmədən ona təsadüfən müraciət edir, çün-
ki burada elmi-texniki bilik elmin məhsulu kimi başa düşülür. Halbuki el-
1
Bax: Б.И. Иванов, В.В. Чешев. Становление и развитие технических наук. Л.,
1977. С. 7; М.Л.Шубас. Инженерное познание и инженерная практика (гносеологи-
ческий аспект). Вест. МГУ. Сер.8. Философия. 1974. №1. s. 4-6.
2
Г.М. Глаголева. Технологическое освоение научных открытий и разработок. М.,
1977. s. 11.
Elm haqqında elm
542
min bilavasitə məhsulu elmi bilikdir. Elmi-texniki bilik isə biliyin başqa
tipi olduğundan fəaliyyətin başqa tipinin – elmi-texniki fəaliyyətin nəticəsi
olmalıdır.
Bu hadisənin özünəməxsus xarakter daşıdığını bir çox tədqiqatçılar
vurğulayır. Belə ki, V.V.Çeşev yazır: “Biliklərin praktikada tətbiqi prose-
sinin özü hələ ki, açıqlanmamışdır və qeyri-ixtiyari olaraq belə bir təəssü-
rat yaranır ki, fundamental biliklərin köməyi ilə biz praktiki problemin sə-
mərəli həllini tapmışıq. Halbuki biliklərin praktiki tətbiqi prosesi kifayət
qədər mürəkkəbdir”.
7
1
Lakin müəllif daha irəli gedərək fəaliyyətin elmi
fəaliyyətdən fərqlənən xüsusi tipini qeydə almaq və fəaliyyətin bu
formasının gələcəkdə daha da genişləndirmək zərurətinə işarə etməyə
cəsarət etmir. O, tədqiqatda akademik elm üçün səciyyəvi olan “birtərəfli
mövqedən imtina etməyi” təklif etməklə kifayətlənir
7
2
. Lakin bu cür təklif
heç də qaneedici deyil, çünki müəllif qeyd-şərtsiz olaraq “elmi tədqiqat”
anlayışından ümumən “tədqiqat” anlayışına keçid edir: “Tədqiqat haqqında
təsəvvürləri layihələşdirmə haqqında təsəvvürlərlə tamamlamaq
lazımdır...”
7
3
Tədqiqatlar müxtəlif ola bilir, elmi tədqiqat isə spesifikdir və
o, başqa xarakterli tədqiqatlarla qarışıq salınmamalıdır. Layihələşdirmənin
yaradıcı aspekti həmişə tədqiqatın forması kimi qiymətləndirilir. Lakin bu,
artıq elmi tədqiqat deyil.
Bəzi müəlliflər tətbiqi fəaliyyət sistemini bütövlükdə məhz elmi
tədqiqata aid edirlər. Onun keyfiyyətcə başqa bir hadisə kimi qeydə alına
biləcəyini sanki qabaqcadan duyan bu alimlər buna qarşı çıxış edirlər:
“bilikdən istifadə elmi idrak və yaradıcılıqdan kənarda olan bir fəaliyyət
olmayıb, onların tərkib hissəsini, komponentini, elmi-tədqiqat prosesi
dövrənin ayrılmaz halqasını təşkil edir.”
7
4
Lakin biliklərdən hələ elmin və
elmi idrakın olmadığı dövrlərdə də istifadə olunurdu. Elmi biliyin praktiki
istifadəsi nəzərdə tutulduqda isə, bu prosesin məhz elmin öz çərçivələrində
cərəyan etməli olduğunu zənn etməyə heç bir əsas yoxdur.
1
В.В.Чешев. Критерии различения фундаментальных и прикладных наук // Фунда-
ментальные и прикладные исследования в условиях НТР. Новосибирск, 1979. s. 216.
2
Yenə orada.
3
Yenə orada.
4
Г.Гиргинов. Наука и творчество. М., 1979. s. 201.
Əməli bilik, elm, texnologiya
543
Praktikanın vahid idrak prosesi zəncirinə əsas halqa kimi daxil
olduğunu söyləyən müəlliflərin fikri ilə çox güman ki, razılaşmaq olmaz
7
1
.
Praktika ilə idrakın bir-biri ilə qarşılıqlı əlaqələrdə olması birincinin ikinci-
yə daxil olması kimi başa düşülməməlidir. “Praktikanın vahid idrak prose-
si halqasına daxil olması heç də o demək deyildir ki, bu prosesdə nisbi
müstəqil istiqamətləri qeydə almaq, vahid ictimai-praktiki fəaliyyət zənci-
rində elmi fəaliyyəti predmet fəaliyyətindən ayırmaq mümkün deyil. Artıq
məlum olan elmi biliklərə yiyələnmə öz-özlüyündə elmi fəaliyyətə aid de-
yil. Sonuncu elmin bu sahəsini tamamlamaq və inkişaf etdirmək məqsədini
güdən tədqiqatdan başlayır. Lakin elmi biliklərə başqa məqsədlərlə də,
məsələn, bu bilikləri gələcəkdə başqalarına çatdırmaq məqsədilə də yiyə-
lənmək olar. Elmi biliklərə insan onlardan istifadənin yolları və metodları-
nı tapmaq üçün də yiyələnə bilər. Elə məhz bu sonuncu da elmi-texniki
fəaliyyət təşkil edir. Bu peşə sahibini adətən ya konstruktor, ya mühəndis-
konstruktor, ya da tətbiqi tədqiqatçı adlandırırlar. Fəaliyyətin bu sahəsi
struktur-təşkil baxımından hələ tam ayrılmadığından, onun nümayəndələri
üçün ümumi bir ad da hələ ki, tapılmamışdır. Zənnimizcə, onları “elmi-
texniki işçi” adlandırmaq məqsədə müvafiq olar. Onların fəaliyyətinin
elmlə əlaqədə olması danılmaz fakt olsa da, bu fəaliyyətin məqsədi və
istiqaməti fərqlidir.
N.Monçeva da elmi-texniki fəaliyyəti elmi fəaliyyətlə eyniləşdirir:
“Elmi işləmə elmi informasiyanı sənayedə istifadə üçün yararlı formaya
gətirən məqsədyönlü elmi prosesdir”.
7
2
V.V.Çeşevin də əsərlərində bu cür
eyniləşdirilməyə rast gəlmək olur: “Tətbiqi tədqiqatlar bilavasitə layihələş-
dirmə sferasına xidmət edən elmi biliklərin təşəkkül tapdığı dövrdə meyda-
na gəlmişdi.”
7
3
Əslində hər iki halda söhbət elmi-texniki prosesdən gedir ki,
onun da elmi proses çərçivəsində dərki mümkün deyil. “Layihələşdirmə
sferasına xidmət edən elmi biliklər” ifadəsindən elmi-texniki biliyin məna-
sını çatdırmaq məqsədilə istifadə olunmuşdur. Elmi biliklərlə müqayisədə
elmin praktiki tətbiqi haqqında biliklərin fərqli olması danılmazdır. Lakin
tədqiqatçıların bu özünəməxsusluğu elmin öz çərçivələrində axtarmaq
cəhdləri anlaşılmazlığa gətirib çıxarır.
1
Yenə orada.
2
Н.Мончев. Разработки и нововведения. М., 1978. s. 40.
3
В.В.Чешев. Критерии различения фундаментальных и прикладных наук, s. 220.
Elm haqqında elm
544
Elmi-texniki fəaliyyətə ən yaxın (inikasın xarakterinə görə yox, ob-
yektinə görə) olan hadisələrdən biri texniki elmlərdir. Buna görə də elmi-
texniki fəaliyyət çox vaxt ümumən elmi fəaliyyətlə yox, məhz texniki elm-
lərlə eyniləşdirilir. Belə ki, B.M.Kedrov yazır: “Əgər təbiətşünaslıq prak-
tikada istifadə oluna biləcək şeyləri (materiyanın müxtəlif növlərini və
onun hərəkət formalarını, təbiətin qanunlarını) kəşf edib öyrənirsə, texnika
və texniki fənlər “bu qanunlardan insanın xeyrinə necə istifadə etməli” mə-
sələsini həll edir”
7
1
. B.İ.İvanovla V.V.Çeşevin “elmi-texniki bilik” termini
işlədilən birgə əsərində bu bilik texniki elmlərlə eyniləşdirilir: “...Texniki
elmlərə elmi-texniki fəaliyyəti və elmi-texniki biliyi əhatə edən mürəkkəb
sosial orqanizm kimi yanaşmaq lazımdır.”
7
2
Bu fikri onun götürüldüyü
fəslin “Texniki elmlər elmi biliklərin və elmi fəaliyyətin vəhdəti kimi”
adlanan başlığı ilə müqayisə etsək, görərik ki, müəlliflər elmi biliklərlə
elmi-texniki biliklər arasında elə bir əhəmiyyətli fərq görmürlər.
V.V.Çeşevin terminologiyasına diqqətlə nəzər yetirsək, onda görə
bilərik ki, o, elmi-texniki bilikdən yox, elmi texniki bilikdən yazır. Bəzi
yerlərdə müəllif məhz bu ifadəni işlədir
7
3
ki, bu da əslində ona ekvivalent
olan “texniki biliyin nəzəri səviyyəsi” ifadəsi ilə yanaşı “texniki elmlər”
anlayışının məzmununa tam uyğun gəlir: “Nəzəri səviyyəli texniki bilik
təbii proseslərin müvafiq texniki obyektlərin quruluşundakı və fəaliyyət
mexanizmindəki əlaqələri təsvir etmək üçün yaradılan nəzəri modellərinin
tətbiqi əsasında meydana gəlir”
7
4
. Lakin elmi texniki biliklə (texniki
elmlər) elmi-texniki bilik arasında fundamental bir fərq var. Birincisi
maddi aləmin (bizim halda texniki obyektlərin fəaliyyət mexanizmi) ob-
yektiv əlaqələri haqqında bilikdirsə, ikincisi subyektiv fəaliyyət formaları,
elmin yeni məlumatlarının praktiki tətbiq üsul və metodları haqqında
bilikdir.
Elməqədərki praktiki fəaliyyətdə də predmet və onun xassələri haq-
qında biliklərlə predmetin istehsal üsulu haqqında biliklər, yəni primitiv
texnoloji biliklər bir-birindən fərqlənir. Lakin burada bu iki müxtəlif for-
malar xüsusi bir səviyyə təşkil etmir. Onlar daha çox eyni səviyyənin, yəni
1
Б.М.Кедров. Предмет и взаимосвязь естественных наук. М., 1967, s. 15.
2
Б.И. Иванов, В.В.Чешев. Становление и развитие технических наук. Л., 1977, s. 7
3
В.В.Чешев. Специфика технического знания // Вопросы философии, 1979. № 4,
s. 62-63
4
Yenə orada.
Əməli bilik, elm, texnologiya
545
biliyin praktiki səviyyəsinin altsəviyyələrini təşkil edir, çünki bir formadan
digər formaya keçid üçün fəaliyyətin aralıq sahəsinə ehtiyac olmur.
Elməqədərki praktiki fəaliyyətdə yalnız tətbiqi əhəmiyyət kəsb edən
biliklər qazanılıb ötürülürdü. Başqa sözlə, biliyin gerçəkliyin inikasına və
dəyişdirilməsinə yönələn aspektləri ictimai miqyasda vahid bir tam təşkil
edirdi. Lakin yenə də təbiətin konkret hadisələri miqyasında diferensiasiya
mövcud olaraq qalırdı. Elə məhz bu da müstəqil elmi biliklərin meydana
gəlməsinə səbəb oldu. Bir qayda olaraq, ayrı-ayrı elmi biliklər uzun
müddət tələb olunmamış qalırdı ki, bu da “xalis elm”, “elm elm üçündür”
və s. ifadələrinin meydana gəlməsinə səbəb olurdu.
Sonrakı tarixi prosesdə praktiki biliyin idraki və əməliyyat (tex-
noloji) aspektlərə ayrılması prosesi gücləndi. Tədricən biliyin bu formaları
cəmiyyət miqyasında müstəqil status əldə etdi. Elmi bilikdən texnoloji
biliyə keçid etmək, biliyin nəzəriyyədən praktikaya doğru hərəkətindəki
zənciri bağlamaq üçün xüsusi bir aralıq halqaya – elmi-texniki biliklərə və
elmi-texniki fəaliyyətə ehtiyac yaranır.
Beləliklə, araşdırmalarımız göstərir ki, elmi-texniki tərəqqini elmi
tərəqqi ilə texniki tərəqqi arasında aralıq hadisə kimi səciyyələndirmək
üçün dərin məntiqi-qnoseoloji əsaslar var. Zənnimizcə, bu faktın nəzərə
alınması elmi-texniki tərəqqinin mahiyyətinin izahının zəruri şərtidir.
Elm haqqında elm
546
Elm, texnologiya və iqtisadiyyat
Bilmək hələ azdır, əsas məsələ onu
yaxşı tətbiq etməkdədir.
R. Dekart
Elmin nə dərəcədə səmərəli olması bəzilərinin Azərbaycan ictimai
şüuruna yeritməyə çalışdığı beynəlxalq indeksasiya göstəriciləri ilə deyil,
onun infrastrukturundakı üç komponent arasında nisbətlə səciyyələnir.
Söhbət fundamental elmin, tətbiqi elmin və təcrübi-konstruktor
işinin (bu sonuncu əslində elmin bir sahəsi olmayıb, elmlə mühəndisliyin
qovşağında olan fərqli bir sahədir) nisbətindən gedir.
Azərbaycanda elmə ayrılan maliyyə vəsaiti əsasən “fundamental
elm” kateqoriyasına aid olan sahələrə sərf olunur. Tətbiqi elmlərə ondan
xeyli az vəsait ayrılır. Akademiya çərçivəsində təcrübi-konstruktor işləri,
demək olar ki, yox dərəcəsindədir.
Əyanilik üçün bəzi qabaqcıl ölkələrdə bu üç komponentin nisbətinə
baxaq: Yaponiyada bu nisbət 14% - 26% - 60%; ABŞ-da: 12% - 22% -
66%-dir. Yəni fundamental elmə nə qədər xərclənirsə, ondan təqribən 2
dəfə çox tətbiqi elmlərə və 4-5 dəfə çox təcrübi-konstruktor işlərinə sərf
olunur. Sonuncu halqa bilavasitə istehsalın, iqtisadiyyatın daxili tələbatına
uyğunlaşdırılmış və tətbiqi elmlərin bazasında görülən mühəndis-kon-
struktor işlərini əhatə edir. Buraya yeni texnika istehsalına olan məsrəflər
də daxil deyil. Çünki bu mərhələyə texnikanın kütləvi istehsalı yox, təcrübi
nümunənin düzəldilməsi aiddir. Əgər bu nümunə sınaqdan uğurla çıxarsa,
onda həmin texnikanın (istehsal vasitəsinin) istehsalına başlanır ki, bu da
əsasən maşınqayırma sənayesinə aiddir.
Ancaq yeni texnikanın kütləvi istehsalından sonra onun nisbətən
yüngül sənaye sahəsində istifadə olunması başlanır və əgər bu yeniliyin
tətbiqi iqtisadi cəhətdən daha səmərəli olarsa, alınan gəlir elmin tətbiqi
|