Elm–Texnika–İstehsal
503
lərdi».
7
1
Çətinlik isə yalnız müvafiq təşkilati formanın tapılmaması və ya
yeni təşkilati formalara keçmək təşəbbüsü göstərilməməsi ilə bağlıdır.
Niyə? Necə olur ki, çox mürəkkəb elmi və texniki məsələlər həll edildiyi
halda təşkilati məsələ yenə də bir problem olaraq qalırdı?
Nəzərə almaq lazımdır ki, bu deyilənlər ictimai-siyasi quruluşdan
asılı deyil. Kapitalizm, sosializm və postsosializm cəmiyyətlərində elm və
texnika heç də konseptual məzmununa görə deyil, sosial məzmununa görə
fərqlənirlər. Yəni ayrı-ayrı elmi və texniki yeniliklərin məzmunu və hətta
onların əldə olunması üçün zəruri olan fərdi yaradıcılıq prosesinin məntiqi-
qnoseoloji mexanizmi ictimai-iqtisadi quruluşdan asılı deyil.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, elm və texnika arasında əlaqə-
nin yeni, optimal təşkilati formasının tapılıb həyata keçirilməsi sahəsində
hələ də bir süstlük, gerilik vardır. Başlı-başına buraxıldıqda proses yaxın-
laşma deyil, ayrılma istiqamətində gedir. Doğrudan da, paradoksal və zid-
diyyətli görünür. Lakin bu ziddiyyət nə kimi bir ziddiyyətdir və onu aradan
qaldırmaq üçün nə kimi imkanlar vardır?
Elm ilə texnika arasındakı halqanın təşkilati strukturu məsələsi ilk
baxışda ənənəvi məsələ kimi görünsə də, mahiyyəti etibarilə yenidir, elm
və texnikanın inkişafının yeni mərhələsini şərtləndirən ən mühüm prob-
lemlərdən biridir. Belə olduğu təqdirdə köhnəni təkmilləşdirməklə heç nə-
yə nail olmaq mümkün deyil. Məsələnin əsl həlli tamamilə yeni təşkilati
formaya keçilməsini tələb edir. Belə bir yeniliyə doğru mücərrəd səylər
müasir dövrdə həqiqətən vardır, lakin görünür, köhnəni təkmilləşdirmək
cəhdi, ənənəvi yollardan çıxa bilməmək, ətalətlilik hələ də üstünlük təşkil
edir. Beləliklə, yuxarıda danışdığımız ziddiyyətin həll olunması yolu ay-
dındır: bu yol elmin bir epistemologiya və sosial sistem kimi mahiyyətinin
müəyyənləşdirilməsini və Elm–Texnika–İstehsalat zəncirinin, elmi-texniki
tərəqqinin daxili məntiqinə, təbii meyllərinə uyğun olaraq təşkil edilməsini
nəzərdə tutur.
Yeni tələblərə uyğun olan təşkilati forma necə olmalıdır? Məsələ
burasındadır ki, elm və istehsalat arasında əlaqə həmişə mövcud olmuş, el-
min yaranmasında və formalaşmasında iqtisadi tələbat müstəsna rol oyna-
mışdır. Lakin müasir dövrdə ikinci bir hadisə – elmin texnika və istehsa-
latdan getdikcə daha çox ayrılması, daha çox müstəqillik kəsb etməsi ha-
1
Yenə orada.
Elm haqqında elm
504
disəsi baş verir ki, onun mahiyyətinin dərk olunması və ona uyğun təşkilati
tədbirlər görülməsi istər-istəməz ləngimişdir. Doğrudan da, «sağlam fikrə»
heç cür aydın ola bilməyən paradoksal vəziyyətdir. Bir tərəfdən texnika,
istehsalat getdikcə daha çox dərəcədə yeni elmi nailiyyətlərin tətbiqinə
ehtiyac hiss edir, o biri tərəfdən də, elm getdikcə konkret texniki tə-
ləbatdan irəli gələn mövzulardan uzaqlaşır, öz problemlərini çox vaxt özü
qoyur, və daha çox müstəqil fenomen olmağa «can atır».
İlk baxışda bir-birinə əks görünən bu iki prosesin vəhdətini başa
düşmək, məsələnin dialektik yolunu tapmaq, «sağlam fikrin», hadisələrə
ənənəvi münasibətin buxovundan yaxa qurtarmaq – bu gün qarşıda duran
vəzifədir, elmi-texniki tərəqqinin yeni tələblərə uyğun olaraq yeni formada
idarə olunması problemi buradan başlanır. Elmlə istehsalı ən optimal şəkil-
də əlaqələndirmək, aradakı məsafəni maksimum qısaltmaq tələbi qarşıya
qoyulduqda «sağlam düşüncə» elm və istehsalın mikrobirliklərini yarat-
maqdan səmərəli heç nə görə bilməz. Belə ki, birləşdirmənin ən qabarıq və
nəzərəçarpan forması ərazi birliyi, inzibati birlik və maliyyə birliyidir. La-
kin bu cür birləşdirmə hesabına təşkilati və iqtisadi problemlər nəinki həll
oluna bilməz, hətta üstəlik yeni problemlər, təkrarçılıq, artıq israf və s.
ortaya çıxar.
Ölkəmizdə sovet dövründə elm-istehsalat birlikləri yaratmaq sahə-
sində müəyyən addımlar atılmışdı. Təcrübə göstərdi ki, bu birliklərin işi
düzgün təşkil edilmədikdə, «birləşdirmə» formal xarakter daşıdıqda gözlə-
nilən müsbət nəticələr alınmır. Ona görə də elm-istehsalat birliklərinin ya-
radılması sahəsindəki iş bir çox aspektlərdə ilkin nəzəri tədqiqat aparılma-
sını tələb edir. Bu sahədə qoyulan təcrübələr, məhdud miqyaslı tədbirlər də
məsələyə böyük məsuliyyətlə yanaşılmasını, hər şeyin qabaqcadan ölçü-
lüb-biçilməsini tələb edir. Müasir mərhələdə özəlləşmə nəticəsində belə
böyük birliklər xüsusi mülkiyyətə çevrildikdə elmin texnikaya və istehsala
tətbiqi sahəsində vahid dövlət siyasəti yeritmək daha da çətinləşir. İndiki
mərhələdə bu xüsusiləşmiş birliklərin nə dərəcədə elmi əsaslarla idarə
olunmasından çox şey asılıdır.
Hələlik mülkiyyət formasından asılı olmadan mümkün təşkilati for-
maları təhlil edək. Görək, elm-istehsalat birliklərində elm nə dərəcədə işti-
rak edə bilər. Başqa sözlə, istehsal müəssisəsinin konkret tələbatını ödə-
mək üçün hansı xarakterli tədqiqat işlərinə ehtiyac vardır? Elmi təd-
qiqatlara, yoxsa mühəndis-konstruktor fəaliyyətinə? Sözün əsl mənasında
Elm–Texnika–İstehsal
505
elmi tədqiqatlarla mühəndis-konstruktor işi arasında, idraki fəaliyyətlə
ixtiraçılıq fəaliyyəti arasında əlavə bir halqa, fəaliyyət növü də varmı və
əgər vardırsa onlar hansı müəssisələrdə həyata keçirilir?
Tədqiqat göstərir ki, sahə institutları və elm-istehsalat birliklərinə
daxil olan elmi tədqiqat bölmələri (onlar çox vaxt elə sahə institutlarının
bazalarında yaradılır) akademik elmi institutlardan fərqli olaraq daha çox
dərəcədə fundamental tədqiqatlarla deyil, necə deyərlər, tətbiqi tədqiqat-
larla məşğul olurlar. Tətbiqi tədqiqatların sərhədləri çox genişdir. Yeni el-
mi ideyalardan, onların tətbiq variantlarından başlayaraq, ixtiraçılıq, kons-
truktorluq fəaliyyəti də daxil olmaqla ilk texniki nümunələrin hazırlanma-
sına qədər bütün fəaliyyət formaları çox vaxt tətbiqi tədqiqatlar adı altında
əhatə olunur. Bir sıra hallarda isə tamamilə haqlı olaraq bu fəaliyyət zən-
ciri mürəkkəb adla – ETTKİ (Elmi Tədqiqat və Təcrübə Konstruktor
İşləri) ifadə edilir.
Elm-istehsalat birliklərində də elmi bölmələrin işi məhz bu zənciri
əhatə edir. Burada elmi fəaliyyətlə yanaşı və daha çox dərəcədə digər fəa-
liyyət sahələri, elmi-texniki fəaliyyət, ixtiraçılıq fəaliyyəti və s. nəzərdə
tutulur.
Kiçik miqyaslı elm-istehsalat birlikləri yaradılarsa, burada əslində
elmi bölmə deyil, Konstruktor bölməsi (KB) əhatə oluna bilər. Zavod daxi-
lində, onun konkret, cari tələbatını ödəmək üçün əsasən ixtiraçılıq və sə-
mərələşdiricilik işi yeni – daha mükəmməl konstruksiyalar yaradılması işi,
həqiqətən əhəmiyyətli ola bilər. Hansı isə cari tələbləri ödəmək naminə
bütövlükdə elmin müəyyən bir sahəsini inkişaf etdirmək təşəbbüsü yalnız
təəccüb doğura bilər. Hər bir sahibkar, hər zavod, hər istehsal müəssisəsi
özü üçün elmi tədqiqat işi aparsa idi, öz elmi ehtiyaclarını özü ödəmək
fikrinə düşsə idi, müvəffəqiyyət qazanmaq əvəzinə tezliklə iflasa uğrayar-
dı; çünki elmin hətta dar bir sahəsinin də inkişafına sərf olunan xərclər ay-
rıca bir müəssisənin gəlirini keçə bilər. Halbuki, elmə sərf olunan məbləğ
həmin elm sahəsinin nailiyyətlərindən istifadə edən, bütün müəssisələrin
hesabına ödənilə bilər və ya bu iş dövlət miqyasında mərkəzləşdirilə bilər.
Müasir dövrdə elmi tədqiqatların mərkəzləşdirilməsi işinin əleyhinə
olaraq, bəzən iqtisadiyyatın çox kiçik sahələrinə, ayrı-ayrı kiçik miqyaslı
istehsal müəssisələrinə xidmət edən «elm məntəqələri» yaratmaq təşəbbü-
sü göstərilir ki, bu da elmin ümumictimai mahiyyətinin nəzərə alınmama-
sından irəli gəlir.
Elm haqqında elm
506
Elmin son məqsədi hətta yalnız istehsalata tətbiq məsələsi olsaydı
belə, elmin mənafeyi ilə konkret bir istehsal sahəsinin konkret bir dövrdəki
mənafeyi arasında müəyyən ziddiyyət olmalı idi. Çünki hər bir istehsal
sahəsi zaman və məkan müəyyənliyinə, məhdudluğuna malik olduğu
halda, elm belə məhdudluq tanımır, zira təkcələr arasındakı münasibətləri
deyil, ümumilər arasındakı münasibətləri öyrənir.
Fundamental elmi tədqiqatların nəticələri bəşəriyyətin ümumi
mədəni fonduna daxil olur. Elmin ümumi inkişaf səviyyəsini yüksəltməklə
insan-təbiət münasibətində insanların potensial imkanlarını artırmış olur.
Digər tərəfdən də, elmi sərvət bilavasitə maddi sərvətlərdən fərqli olaraq
ümumictimai məhsuldar və bütövlükdə cəmiyyətə məxsusdur.
Fundamental elmlərlə tətbiqi elmlər sıx surətdə bir-biri ilə əlaqədar-
dır. Bundan başqa, yüksək dərəcədə inkişaf etmiş, formalaşmış elmlər həm
fundamental, həm də tətbiqi pillələri əhatə edir. Lakin tətbiqi pilə istehsa-
latla daha çox bağlı olduğundan biz elmin müstəqil inkişaf zərurətindən
danışarkən əsasən fundamental pilləni nəzərdə tuturuq. Fundamental elmi
yaradıcılıq işi isə xüsusi istedad və dərin ixtisaslaşma tələb edir. Belə yara-
dıcı elmi iş adamlarının vaxtını nisbətən aşağı ixtisas səviyyəli əmək tələb
edən başqa işə, xüsusən onların bilavasitə mütəxəssis olmadığı sahələrə
sərf etmək qətiyyən sərfəli deyil; bir tərəfdən, çox qiymətli vaxt başqa işə
sərf olunur və əslində itirilir, digər tərəfdən də, həmin başqa sahədə
görülən işin səmərəsi az olur.
Özü də məsələ heç də təkcə bunda deyil, yüksək ixtisaslı kadrın
vaxtı hədər gedir; iş orasındadır ki, həmin başqa işin də öz mütəxəssisləri
var və bu mütəxəssislər həmin işi daha tez və daha yaxşı yerinə yetirə
bilirlər. Məsələnin texniki həllinin tapılması ilə adətən tədqiqat işlərinin
müəllifləri məşğul olurlar, halbuki onlar texniki yaradıcılıq, ixtiraçılıq
səriştəsinə malik deyillər.
Beləliklə, elm adamlarının özünün praktik tətbiq məsələləri ilə məş-
ğul olması, texniki problemləri həll etmək məcburiyyətində qalması hər iki
baxımdan; həm elmin, həm də praktikanın mənafeyi baxımından əlverişli
deyil.
Elmi-texniki tərəqqinin elmi surətdə idarə olunması zamanı sahələr
üzrə bölgü, diferensiasiya getdiyi kimi, vertikal istiqamətdə – işin başlan-
ğıcından (fundamental elmlər və ya sadəcə elm) son nəticəyədək (praktika-
da tətbiqini tapmış, maddiləşmiş elm – elmi biliklərin tətbiqi hesabına alı-
Elm–Texnika–İstehsal
507
nan məhsuldar, istehlak malları) davam edən vahid proses də bölünməlidir,
başqa sözlə, daxili əmək bölgüsü getməlidir. Belə bir zərurət – iki istiqa-
mətdə əmək bölgüsü bilavasitə maddi istehsal prosesində artıq çoxdan özü-
nü göstərmişdir. Məsələn, ayaqqabı istehsalı sahəsində və kömür sənaye-
sində çalışan adamların əmək vərdişləri fərqləndiyi kimi, eyni bir sahədə,
məsələn ayaqqabı istehsalında daxili əmək bölgüsü gedir: burada işin müx-
təlif mərhələlərində çalışan adamların fəaliyyəti, əmək vərdişləri bir-birin-
dən ciddi surətdə fərqlənir. Halbuki, tamamilə başqa bir istehsal sahəsinin
elə bir mərhələsi ola bilər ki, buradakı iş xarakteri etibarilə ayaqqabı isteh-
salının müvafiq mərhələsindəki işə uyğun gəlsin.
Birinci istiqamətdə – sahəyə görə bölgü daha qədim tarixə malik ol-
duğu halda, ikinci istiqamətdə – eyni bir sahədə daxili əmək bölgüsü nis-
bətən sonralar baş vermişdir.
Müasir dövrdə elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi, bir
maddi istehsal prosesinə növ daxil olması istehsal sahəsində daxili əmək
bölgüsünü xeyli mürəkkəbləşdirmişdir. İndi elmin nisbi müstəqil bir fəa-
liyyət sahəsi kimi idarə olunması istehsalın idarə olunması ilə elə əlaqələn-
dirilməlidir ki, bunlar vahid bir tam təşkil etsinlər. Eyni zamanda, daxili
əmək bölgüsü ciddi surətdə nəzərə alınmalıdır və hər kəs yalnız yüksək
dərəcədə ixtisaslaşmış olduğu sahədə çalışmalıdır. Bir adamın başladığı işi
axıra qədər davam etdirməsi, son məhsula qədər bütün mərhələləri özü icra
etməsi geriyə qayıtmaq olardı. Zira ölkənin məhsuldar qüvvələrinin inkişaf
səviyyəsi bu ölkədə əmək bölgüsünün nə dərəcədə inkişaf etdiyindən
asılıdır.
Bəs bu gün akademik elmi institutlarda bilavasitə tətbiq məsələləri
qoyulması, bəzən bunun hətta tələb edilməsi nə ilə bağlıdır? Elmi əməklə
elmi-texniki əmək arasında mahiyyət fərqinin kifayət qədər aydınlaşdırıl-
maması ilə; elmi fəaliyyətin bəzən hətta ixtiraçılıq fəaliyyətindən fərqlən-
dirilməməsi ilə; elm və istehsalat arasında əlaqəni möhkəmləndirməyi
«əsas tutaraq» onların hər birinə öz imkanları xaricində olan yeni funksiya-
lar verməklə. Halbuki daxili əmək bölgüsündə yeni, zəruri aralıq mərhələni
– nisbi müstəqil elmi-texniki fəaliyyət mərhələsini nəzərə almaq, onun tə-
ləblərinə uyğun təşkilati formalar tapmaq iqtisadiyyatda dönüş yaratmağın,
elmi-texniki tərəqqini sürətləndirməyin ən əsas yoludur.
Elmin nisbi müstəqil tarixi inkişaf yoluna nəzər salsaq, burada da
xaosdan sonrakı ilk addım, mürəkkəb struktura keçidin ilk mərhələsi, ilk
Elm haqqında elm
508
qayda, ilk bölgü – sahələrə görə bölgü olmuşdur. Özü də burada, istehsalda
olduğu kimi, müxtəlif sahələr eyni adamların fəaliyyəti çərçivəsində az-
çox dərəcədə formalaşmış və yalnız bundan sonra onlar nisbi müstəqil fəa-
liyyət sahələri kimi ayrılmışlar. Elm hələ müxtəlif sahələrə bölünmədiyi
vaxtlarda fəlsəfə müxtəlif sahələrdəki biliklərin sintetik məcmuyunu özün-
də saxlamaqla elmlər elmi adlandırılırdı. Antik dövrün görkəmli alimləri,
filosofları bir deyil, bir neçə bilik sahəsində görkəmli nailiyyətlər əldə
edirdilər. Orta əsr Şərq filosoflarının (alimlərinin) fəaliyyəti də çox vaxt
belə hərtərəfli olurdu.
Həmin dövrdə müxtəlif bilik sahələri arasındakı bölgü hələ adamlar,
alimlər arasındakı bölgüyə tam keçməmiş, sosial bölgü xarakteri almamış-
dır. Lakin hər bir bilik sahəsinin yeni materiallarla zənginləşməsi, informa-
siya çoxluğu və digər amillər artıq intibah dövründən başlayaraq, xüsusən
kapitalizm cəmiyyətinə keçidlə əlaqədar olaraq elmdə sahələrə görə sosial
bölgünü sürətləndirirdi. Bununla belə, elmdə sahələr arasındakı bölgünün
sosial xarakter alması (adamlar arasındakı bölgü) heç vaxt mütləq xarakter
daşımamışdır; müxtəlif vaxtlarda, hətta Yeni Dövrdə də bir sıra alimlər ey-
ni zamanda müxtəlif elm sahələrində çalışmış və ciddi nəticələr əldə etmiş-
lər. (Lakin Aristotel, İbn Sina və ya Leonardo da Vinçinin çoxsahəli fəa-
liyyətindən fərqli olaraq, Yeni Dövr alimlərinin, məsələn, Şredingerin və s.
çoxsahəliliyi artıq yeni keyfiyyətli hadisənin – elmlərin inteqrasiyasının
nəticəsi olmuşdur).
Sonrakı dövrlərdə inkişaf etmiş alimlərin öz daxilində bölgü get-
mişdir ki, bu daha sahəyə görə deyil, funksional bölgüdür. Məsələn, elm
daxilində fundamental və tətbiqi pillələrin ayrılması belə bölgüyə ən yaxşı
misaldır. Belə bir bölgü elmdən istehsala gedən yolda da baş vermişdir və
bu günün təşkilati xarakterli axtarışları, bayaq qeyd etdiyimiz kimi, ən çox
bu bölgü ilə bağlıdır.
Göründüyü kimi, təşkilati məsələlərin həlli, əvvəlcə hadisələrin ob-
yektiv inkişaf qanunauyğunluğunun, təbii meyllərinin öyrənilməsini tələb
edir. İndi daha yalnız təcrübi ümumiləşdirmələrlə kifayətlənmək, empirik
metodlarla işləmək olmaz; elmi-texniki tərəqqinin sürətləndirilməsi, öl-
kənin sosial-iqtisadi inkişafının intensivləşdirilməsi vəzifəsi yalnız elmi
zəmində, nəzəri cəhətdən əsaslandırılmış surətdə həyata keçirilməlidir.
Xüsusən, elmin özünün yenidən təşkilində, elmi-texniki tərəqqinin sosial
Elm–Texnika–İstehsal
509
strukturunun təkmilləşdirilməsində, Elm–Texnika–İstehsal zəncirinin daha
səmərəli idarə olunmasında «elmə arxalanmaq» ən zəruri şərtdir.
İndi isə ümumi nəzəri təhlildən ölkə miqyasında durum təhlilinə
keçək. Müasir mərhələdə dövlətin və cəmiyyətin qarşısında duran əsas və-
zifələrdən biri elmi potensialın qorunub-saxlanması və ondan milli inkişaf
naminə maksimum səmərə ilə istifadə olunmasıdır. Əgər bu, Elmlər Aka-
demiyasının ənənəvi strukturunu saxlamaq və buradakı elmi mühiti bərpa
etmək hesabına mümkündürsə, bütün qüvvələri bu istiqamətdə yönəltmək,
AMEA-nı hər vasitə ilə dirçəltmək və onu işlək mexanizm vəziyyətinə
qaytarmaq lazımdır. Lakin bunun üçün böyük təşkilatçılıq işi və büdcədən
böyük miqdarda vəsait ayrılması tələb olunur.
Əlbəttə, Elmlər Akademiyası qorunub saxlanmalıdır. Lakin hansı
formada, hansı fəaliyyət istiqamətlərində və hansı infrastruktura daxil
olmaqla? Bunlar irəlicədən müəyyənləşdirilməlidir. Bu gün Akademiyanın
keçmiş SSRİ Elmlər Akademiyasından qopub ayrılmış və təşkilati forması
yeni miqyasın tələblərinə uyğun gəlməyən hazırkı vəziyyətini eynilə qoru-
yub saxlamaqdansa, onu daha mobil, daha çevik və daha məqsədyönlü bir
quruma çevirmək tələb olunur. Əgər biz elmi potensialımızın bazasında
həqiqətən rentabelli, işlək bir elm modeli qura bilsək, dövlət də bu sahəyə
ayrılan pulun hədər getməyəcəyinə, “fundamental elm – tətbiqi elm – tex-
noloji ideya – mühəndis-konstruktor layihəsi – istehsal” zəncirində hər bir
halqaya ayrılan vəsaitin sonrakı halqaların hesabına səmərə verəcəyinə
əmin ola bilər.
“Elm” anlayışı ilə əhatə olunan tədqiqat sahələri praqmatiklik priz-
masından, habelə son nəticənin milli və ümumbəşəri dəyərlərlə əlaqəliliyi
baxımından üç qrupa bölünə bilər. Birincisi, tətbiqi elmlərdir ki, onların da
real fayda gətirməsi yaxın və uzaq məqsədlərə xidmət baxımından iki cür
olur. Müəyyən bir əməli fəaliyyət sahəsinin elmi əsaslarla qurulması, kon-
kret bir istehsal müəssisəsinin texniki təchizatının yeni elmi biliklər əsa-
sında təkmilləşdirilməsi və ya lokal bir sahədə yeni elmi ideya əsasında da-
ha optimal texnoloji prinsipin həyata keçirilməsi sayəsində elm qısa müd-
dətdə fayda verə bilər, gəlir gətirə bilər. Bu halda elmi biliyin tətbiqinə çə-
kilən xərclərlə tətbiqdən alınan gəlir arasında müsbət balans yaranır ki, bu
da xalis gəliri müəyyən edir. Burada çəkilən xərclər ona görə az ola bilər
ki, söhbət yeni elmi biliyin kəşfindən deyil, başqaları (başqa ölkələrdəki
tədqiqatlar) tərəfindən əldə edilmiş hazır biliklərin sadəcə tətbiq yollarının
Elm haqqında elm
510
araşdırılıb tapılmasından və tətbiq prosesinin texniki icrasından gedir.
Daha doğrusu, deyilənlər elmin özündən daha çox, elm ilə istehsal
arasındakı əlaqə proseslərinə aiddir.
“Elm” anlayışına daxil olan tətbiqi elmlər isə, istehsalın cari tələb-
lərinə cavab olmayıb, daha çox dərəcədə ümumi səciyyə daşıyır. Tətbiqi
elmlər fundamental elmlər sahəsində əldə olunmuş biliklərin üzərində qu-
rulur. Burada söhbət bu və ya digər konkret istehsal müəssisəsinin rekons-
truksiyasından deyil, bütövlükdə müəyyən tip istehsal müəssisələrinin
ümumi ehtiyaclarının yeni tələblər əsasında ödənilməsinə yönəldilmiş fəa-
liyyətdən gedir. Bu fəaliyyət istehsal sahəsində yox, elmin öz hüdudları
çərçivəsində aparılır. Ona görə də, burada alınan yeni biliklərin haradasa
hökmən tətbiq olunacağına və gəlir gətirəcəyinə qarantiya yoxdur. Tətbiqi
elm öz bəhrəsini verir, lakin bundan faydalanmaq, istifadə etmək vəzifəsi
istehsalçıların üzərinə düşür. Sənaye müəssisələrinin tərkibində bu məq-
sədlərə xidmət edən layihə-konstruktor büroları və hətta xüsusi “elm” böl-
mələri fəaliyyət göstərir ki, bunlar da bir qayda olaraq “sahə elmləri” adı
altında əhatə olunur.
Tətbiqi elmlər sahəsində fəaliyyət hətta bilavasitə konkret müqavilə-
lər, sifarişlər əsasında aparılmasa da, onların hansı istehsal sahəsində, han-
sı təsərrüfat forması üçün istifadə olunacağı irəlicədən məlumdur. Bu ba-
xımdan, tətbiqi elmlərin yerli iqtisadiyyatın istiqamətlərinə və tələblərinə
uyğun yönəldilməsi prinsipcə mümkündür. Dünyanın bütün ölkələrində
tətbiqi elmlərin əsas hərəkətverici qüvvəsi yerli iqtisadiyyatın ehtiyacları-
dır. Heç bir ölkədə bütün tətbiqi elm sahələrində fəaliyyət göstərilmir və
bu mümkün də deyil. Əlbəttə, dünya hökmranlığı iddiasında olan super öl-
kələr öz məhsulları üçün bütün dünya bazarlarını açıq saxlayırlar. Amma
bunun üçün təkcə elmi-texnoloji rəqabət və iqtisadi mexanizmlər kifayət
deyil; bu məqsəd üçün siyasi və hətta hərbi-siyasi vasitələr də işə salınır.
İqtisadi müstəqilliyin təmin olunması üçün əsas şərt bundan ibarət-
dir ki, yerli iqtisadiyyatın ehtiyaclarına uyğun olan tətbiqi elm sahələrinin
inkişafına diqqət daha da artırılmalı, bu sahələrdəki işlər həm maddi, həm
də mənəvi aspektlərdə stimullaşdırılmalıdır.
Fundamental elmlərdə isə nəinki konkret tətbiqi sahələr, hətta tətbiq
istiqamətləri də irəlicədən müəyyənləşdirilə bilmir. Burada elmi axtarışla-
rın sifarişçisi elmin özüdür. Başqa sözlə, “elm elm üçündür” prinsipi əsas
tutulur. Əlbəttə, burada əldə olunan biliklər də istifadəsiz qalmır. Hər hansı
Elm–Texnika–İstehsal
511
yeni elmi bilik nə vaxtsa, hansı ölkədə isə, hansı istehsal sahəsində isə
istifadə olunacaqdır. Lakin ünvan və zaman qeyri-müəyyəndir.
Beləliklə, fundamental elmlər milli ideallardan daha çox, ümumbə-
şəri ideallara xidmət edir. Əlbəttə, bəşər övladı olaraq bizim hər birimiz
ümumbəşəri tərəqqidə iştirakçı olduğumuz üçün fəxr etməliyik; lakin şüur-
lu surətdə, yaxın və uzaq məqsədləri anlamaqla. Belə ki, müasir fizikanın,
məsələn, elementar zərrəciklər nəzəriyyəsinin, kvant elektrodinamikasının,
ifrat keçiriciliyin və s. tədqiqi ilə bağlı Azərbaycanda heç kim fəaliyyət
göstərməsə, bu sahələr inkişaf etmiş xarici ölkələrdə onsuz da tədqiq olu-
nacaqdır. Bu sahələrdə əldə olunan yeni elmi biliklərin tətbiqi kiçik ölkələ-
rin texniki imkanları şəraitində onsuz da mümkün deyildir. Fundamental
elmlərin ön cəbhəsində əldə edilən yeniliklər ancaq çox yüksək texnika və
texnologiya bazasında istifadə olunmaqla praktik səmərə verə bilər. Təsa-
düfi deyil ki, Azərbaycanda da bu sahələrin ancaq nəzəriyyəsi ilə, əslində
nəzəriyyə də çox vaxt operativ eksperimental dəstək tələb etdiyindən, riya-
ziyyatı ilə məşğul olurlar. Bəli, riyaziyyat yeganə sahədir ki, burada ekspe-
rimental baza və müvafiq texnoloji inkişaf səviyyəsi olmadan da, elmin ön
cəbhəsinə girmək mümkündür. Təki intellekt olsun, istedad olsun. İntellek-
tual imkanlarına görə isə bizim millət heç kimdən geri qalmadığından,
alimlərimiz məhz nəzəriyyə və riyaziyyatla bağlı sahələrdə böyük uğurlar
əldə edərək dünya elminə layiqli töhfələr verirlər. Lakin bizim dünya elmi-
nə verdiyimizlə ondan aldığımız arasında optimal balans yaranırmı? Bö-
yük istedad sahibi olan alimlərimizin dünyada gedən elmi proseslərdəki iş-
tirakı pərakəndə xarakter daşıyır? Elmi tədqiqatın, elmi informasiyanın əs-
lində çox qiymətli olduğu bir zamanda biz tədqiqatlarımızın nəticələrini
dünya elminə havayı bağışlayırıq? Əlbəttə, bütün sahələrdə olduğu kimi
burada da biz öz milli mentalitetimizə uyğun olaraq genişqəlblilik nümayiş
etdirə bilərik. Lakin hər şeyin bir həddi vardır. Biz özümüzün ən yüksək
sərvətimiz olan intellektual potensialımızdan praqmatik düşüncə ilə isti-
fadə etməyi bacarmalıyıq. Bunun üçün dünya elm praktikasında məlum
modellər vardır ki, müstəqil dövlət olduqdan sonra bu barədə də dü-
şünməliyik. Biz istedadlı gənclərimizə qrantlar verərək onların elmi fəaliy-
yət layihələrini maliyyələşdirən beynəlxalq fondların “səxavətinə” də, nə-
hayət, səmimiyyət və sadəlövhlük müstəvisindən fərqli bir müstəvidə
qiymət verməliyik. Biz intellektual mülkiyyət haqqında, patent haqqında
sadəcə qanunlar qəbul etməklə kifayətlənməyərək, onların Azərbaycan
Elm haqqında elm
512
gerçəkliyində həqiqətən işləməsinə nail olmalıyıq. Bütün bu deyilənlər ilk
növbədə fundamental elmlər sahəsindəki tədqiqatlarımıza aiddir.
Elə elmlər də vardır ki, onlar iqtisadiyyatın bu və ya digər sahəsində
tətbiq olunaraq gəlir verməsələr də, bizim milli maraqlarımızla bilavasitə
bağlıdırlar və onların inkişaf etdirilməsi müstəqil Azərbaycan Respublika-
sının ən böyük vəzifələrindən biridir. Bu elmlər dünya elmi prosesinə,
ümumbəşəri dəyərlər kompleksinə dolayısı ilə daxil olsalar da, bilavasitə
Azərbaycanla, xalqımızın, millətimizin tarixi və bu günü ilə, milli dünya-
görüşümüzlə, fəlsəfi fikrimizlə, milli iqtisadiyyatımızın təşkilati problem-
ləri ilə və nəhayət, dinimiz, dilimiz, mədə-niyyətimiz, ədəbiyyatımızla
bağlı olan elmlərdir. Bu sahələr insanla, cəmiyyətlə bağlı olduğuna görə
elmlərin təsnifatında ya humanitar elmlər, ya da ictimai elmlər adı altında
qruplaşdırılır.
Fundamental elmlərdən fərqli olaraq ictimai elmlər ümumbəşəri
miqyas daşımaqla bərabər, hər bir millət miqyasında həmin millətin maraq
dairəsinə uyğun ikinci, regional mövcudluğa malikdir. Yəni, ümumdünya
tarixi ilə yanaşı Azərbaycan tarixi də vardır. Ümumi iqtisadi nəzəriyyə ilə
yanaşı, Azərbaycan iqtisadiyyatı da nisbi müstəqil şəkildə tədqiq olunur
və s.
İctimai elmlər sahəsində də dünya miqyasında gedən prosesləri öy-
rənənlər çoxdur. Biz məşğul olmasaq da, tarixi, fəlsəfəni, iqtisadi nəzəriy-
yəni öyrənib inkişaf etdirənlər olacaqdır. Lakin məhz Azərbaycanın
tarixini, fəlsəfi fikrini, iqtisadiyyatını, ictimai-siyasi problemlərini, dilini,
ədəbiyyatını və s. başqaları bizim qədər təfərrüatlı öyrənməyəcəklər və ya
əgər öyrənsələr də obyektivliyi gözləməklə, yaxud bizim milli maraqlar
prizmasından öyrənməyəcəklər.
Fundamental, tətbiqi və ictimai elm sahələrinin hər birinin öz xüsu-
siyyətləri vardır və elmin inkişaf konsepsiyası hazırlanarkən və bu konsep-
siyaya uyğun təşkilati formalar müəyyənləşdirilərkən bu xüsusiyyətlər
mütləq nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, inkişaf etmiş ölkələrdə
ictimai-siyasi quruluş və iqtisadi münasibətlər sistemi artıq qərarlaşdığın-
dan, onların bu sahədə ciddi problemləri yoxdur. Bu ölkələr elm dedikdə,
əsasən təbiət elmlərini nəzərdə tuturlar. Burada prioritetlik də ola bilsin ki,
məhz təbiət elmlərinə verilir. Lakin biz, yeni iqtisadi münasibətlərə keçən,
yeni cəmiyyət və yeni dövlət quran, milli özünüdərk prosesinə yeni qədəm
qoymuş olan bir xalq keçid dövründə prioritetliyi məhz bu quruculuq
Elm–Texnika–İstehsal
513
proseslərinin elmi-nəzəri əsaslarına vermək məcburiyyətindəyik. Amma
bu, əlbəttə, digər elmlərin sıxışdırılması hesabına həyata keçirilməməlidir.
Elmi fəaliyyət çox ağır və baha başa gələn, böyük resurslar tələb
edən bir sahədir. Hətta ən böyük ölkə belə, elmin bütün sahələrində müasir
tələblər səviyyəsində tədqiqat işləri apara bilməz.
Hər bir ölkədə tətbiqi elmlər bir qayda olaraq onun öz iqtisadiyyatı-
nın ehtiyaclarına uyğun istiqamətlərdə inkişaf etdirilir. Bu baxımdan, təbii
ki, Azərbaycan iqtisadiyyatının da elm tutumlu sahələri müəyyənləşdiril-
məli və tədqiqatlar əsasən bu istiqamətlərə yönəldilməlidir.
Lakin tətbiqi elmlərlə yanaşı fundamental elmlər də vardır və onlar
bir qayda olaraq bütün ölkələrdə deyil, yalnız ən böyük, ən qabaqcıl ölkə-
lərdə inkişaf etdirilir. Azərbaycanda elmə, o cümlədən, fundamental elmlə-
rə praqmatik münasibət hələ formalaşmadığından çoxları bu sahəyə sadəcə
milli imici yüksəldən bir amil kimi baxır.
Həm fundamental, həm də tətbiqi elmlər iki müxtəlif parametrlə sə-
ciyyələnir. Sözün dar mənasında, həqiqi mənasında böyük elm – elmi ya-
radıcılığın ön cəbhəsi, bilavasitə yeni elmi biliklərin əldə edilməsi, elmi
nəzəriyyələrin formalaşması prosesi vertikal ölçüdə, dərinlik göstəricisi ilə
müəyyənləşir. Lakin elm piramidası həm də oturacaq müstəvisinin sahəsi
ilə, artıq məlum elmi biliklərin və nəzəriyyələrin mənimsənilməsi və
yayılma dərəcəsi ilə ölçülür.
Hər hansı bir ölkədə əhalinin maariflənməsi, savadlılıq dərəcəsi,
klassik elmi biliklərin tədris proqramlarına daxil edilməsi və yayılması
prosesi, daha geniş kütlələrin müxtəlif çeşidli elmi biliklərlə zənginləşmə-
si, elmi biliklərin əhali arasında paylanması və ya daha doğrusu, elmi bilik-
lərin adi şüurun strukturuna daxil olması – bəli, bütün bunlar da göstə-
ricidir. Lakin bunun böyük elmlə bilavasitə əlaqəsi yoxdur.
Müasir dövrdə Azərbaycanda elmi potensialdan səmərəli istifadə
etmək və onu ictimai tərəqqinin mühüm hərəkətverici qüvvələrindən birinə
çevirmək üçün qarşıda duran vəzifələrdən biri elmin təşkilati strukturunu
yeni tələblərə uyğun surətdə qurmaqdan, onu optimallaşdırmaqdan ibarət-
dir. Əlbəttə, biz bütün dünya alimlərinin birgə səyi ilə yaradılan və inkişaf
etdirilən və bütün sahələri əhatə edən böyük elmdən danışmırıq. Hər bir öl-
kə elmin inkişafı və istifadəsi prosesinə öz xüsusiyyətlərinə və imkanlarına
uyğun olaraq qoşulur.
Əsas məsələ məqsədin düzgün seçilməsidir. Elm bizə nədən ötrü
Elm haqqında elm
514
lazımdır? Biz elmin hansı sahələrindəki nailiyyətləri öz ölkəmizdə tətbiq
etmək imkanlarına malikik? Bizim sənayenin və kənd təsərrüfatının texno-
loji inkişaf səviyyəsi və burada istifadə olunan qurğuların elmi tutum dərə-
cəsi öyrənilibmi? Yəni bir tərəfdən, bizim üçün hansı elm sahələrinin üstün
əhəmiyyət kəsb etdiyi, digər tərəfdən, bizim texnologiyanın elmin hansı
inkişaf səviyyəsinə adekvat olduğu nəzərə alınmalıdır.
Məsələ burasındadır ki, fundamental elmlərin inkişaf səviyyəsi ilə
tətbiq üçün uyğunlaşdırılmış səviyyə arasında xeyli böyük fərq vardır.
Başqa sözlə, tətbiqi elmlər fundamental elmlərin təqribən 5-10 il, bəzi
sahələrdə isə hətta 20-30 il bundan əvvəlki nailiyyətlərindən istifadə edir.
Ancaq o ölkələr fundamental elmlərin inkişafında xüsusilə maraqlıdır ki,
onlar yeni elmi kəşflərin hamıdan əvvəl tətbiq olunmasına qadirdirlər.
Dünyada cəmi bir neçə belə superdövlət vardır və bu ölkələrdə yeni elmi
biliklərin qorunması, yad əllərə düşməməsi üçün xüsusi təşkilati mexa-
nizmlərə böyük əhəmiyyət verilir. Bu sırada elmi ideyaların, kəşflərin pa-
tentləşdirilməsi xüsusi yer tutur.
Əlbəttə, elm ilə istehsal arasındakı münasibətlərin düzgün tənzim-
ləndiyi cəmiyyətlərdə elmə qoyulan vəsaitin artması olduqca səmərəli olur.
İnkişaf etmiş ölkələrdə elm ən çox gəlir gətirən sahələrdən biridir. Elmə
qoyulan hər manatın gətirdiyi gəlir faizlərlə deyil, misillərlə ölçülür. Lakin
bunun üçün əvvəlcə elmi potensialın səfərbər olunması və məqsədli
surətdə yönəldilməsi lazımdır.
Dünyada elmin təşkili praktikasında Elmlər Akademiyası həqiqətən
ən diqqətəlayiq formalardan biridir. Elmi tədqiqatların mərkəzləşdirilmiş
surətdə həyata keçirilməsinin böyük üstünlükləri vardır. Lakin nəzərə alın-
malıdır ki, bu cür mərkəzləşmiş sistem daha çox dərəcədə sosializm cə-
miyyəti üçün səciyyəvi idi. Bəli, sosializmin bu sahədə kapitalizm cəmiy-
yətinə nisbətən həqiqətən üstünlükləri var idi. Lakin iqtisadiyyat sahəsində
dövlət monopoliyasından imtina edilməsi və bazar münasibətlərinə keçil-
məsi şəraitində elmin mərkəzləşmiş qaydada fəaliyyəti bir sıra çətinliklərlə
bağlıdır. Biz bu mahiyyət fərqini nəzərə almadan, guya hər şeyin əvvəlki
qaydada qala biləcəyi fikri ilə özümüzü aldada bilmərik. Burada əvvəlcə
iki müxtəlif ictimai-iqtisadi sistemin üstün cəhətlərinin inteqrasiyası kimi
çox mürəkkəb bir prosesin elmi-metodoloji əsasları işlənib hazırlanmalıdır.
Vahid ümumbəşəri elm prosesinə daxil ola bilməyən, elə bil ancaq
Elm–Texnika–İstehsal
515
özü üçün yaradılmış lokal elm strukturları əsl elm sayıla bilməz. Böyük
elmə daxil olmağın öz şərtləri vardır. Bunlardan biri dünya miqyasında əl-
də olunmuş yeni elmi biliklərin və elmi axtarışların ön cəbhəsində olmaq-
dır. Cəbhə xəttindən geridə qalanlar müasir elmi prosesə qoşulmayaraq,
yalnız artıq keçilmiş yolların künc-bucağında yer tuta bilərlər, lakin bu,
elm hesab edilə bilməz.
Müəyyən bir xalq və ya ölkə üçün elm yalnız ayrı-ayrı adamların
mənəvi tələbatı, intellektual əyləncəsi olmayıb, sənayenin, təsərrüfatın,
ümumiyyətlə istənilən ictimai fəaliyyət sahəsinin inkişafına xidmət edən
ideya-nəzəri təminat mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif prak-
tik fəaliyyət sahələri arasında isə bir körpü olaraq müvafiq texnika və tex-
nologiya sahəsi dayanır. Bu, olduqca böyük, bütün ölkə miqyasında həyata
keçən mürəkkəb ictimai prosesdir. Lakin bütöv bir ölkə, hətta ən böyük öl-
kələr üçün də müstəqil elm məkanından danışmaq mümkün deyil. Hətta,
keçmiş SSRİ kimi nəhəng ölkə də özünün tam müstəqil elmini yarada bil-
mədi. Ona görə də, hər bir ölkə elm strategiyasını öz imkanlarına uyğun
olaraq qurmalıdır.
İndi biz müstəqil Azərbaycan Respublikasında elmin inkişaf pers-
pektivlərini araşdırarkən köhnə təşkilati formalara, onların müsbət ənənə-
lərinə hörmətlə yanaşmaqla bərabər, yeni, zamanın tələblərinə daha çox
cavab verən optimal təşkilati formalara da biganə qalmamalıyıq. Qanunve-
riciliyin məqsədi yaradıcılıq axtarışlarının, o cümlədən təşkilati forma ax-
tarışlarının məhdudlaşdırılması deyil, əksinə, fayda verə biləcək istənilən
yeni formaya hüquqi imkan verilməsidir. Bu baxımdan, biz elm və təhsilin
birgə inkişaf konsepsiyasını hazırlayarkən, ancaq ən ümumi prinsipləri ön
plana çəkməyə və süni məhdudiyyətləri aradan götürməyə çalışmalı, büro-
kratik mexanizmləri sadələşdirməliyik. Xatırlatmaq istərdim ki, Milli
Elmlər Akademiyası, heç şübhəsiz, Azərbaycanda elmin inkişafı sahəsində
misilsiz xidmətləri olan, böyük kadr potensialına malik nəhəng bir
qurumdur. Ona görə də yarım əsr ərzində toplanılmış təcrübəni nəzərə
almadan yeni bir qurum yaratmaq sadəlövhlük olardı. Bu səbəbdən də,
Azərbaycanda elmin inkişafı ilə bağlı islahatlar aparılarkən ilk növbədə
Elmlər Akademiyasının təcrübəsinə istinad edilməlidir.
Elmin optimal fəaliyyəti onun daxil olduğu daha böyük ictimai
sistemlərin təşkilati mexanizmləri ilə sıx surətdə bağlıdır.
Elm haqqında elm
516
Elmi-texniki tərəqqini, bir tərəfdən, öz müstəqil strukturuna malik
olan bütöv bir hadisə kimi, digər tərəfdən isə, daha böyük miqyaslı ha-
disənin hissəsi kimi nəzərdən keçirmək olar. O, ictimai tərəqqinin, xüsusən
də hər bir ölkənin sosial-iqtisadi inkişafının tərkib hissəsini təşkil edir.
İstehsalın intensivləşdirilməsi prosesini aşağıdakı iki fazaya ayırmaq
olar: elmi-texniki tərəqqinin sürətləndirilməsi və elmi-texniki tərəqqinin
nailiyyətlərinin vaxtında və səmərəli şəkildə iqtisadiyyatın bütün sahələri-
nə tətbiq edilməsi. Bu cür şərti bölgüyə ehtiyac ondan irəli gəlir ki, hər fa-
zanın öz nisbi müstəqil məzmunu və problemləri var. Lakin bir çox hal-
larda onlar əsassız olaraq qarışıq salınır, mürəkkəb tərkibli fəaliyyətin
hissələri arasında fərqlər nəzərdən qaçırılır.
İqtisadiyyatın inkişafının sürətləndirilməsi prosesinin tərəfimizdən
şərti olaraq qeyd olunan ikinci fazası elmi-texniki tərəqqinin hüdudların-
dan kənara çıxır. O, ölkənin bütövlükdə təsərrüfat sistemi ilə bağlı olub is-
tehsalatın texniki yenidən qurma işlərinə olan tələbatının öyrənilməsi, ba-
zarın tələbatları ilə yeni texnologiyaya keçid arasındakı ziddiyyətlərin ara-
dan qaldırılması, yeni texnikaya maddi və mənəvi marağın artırılması, ya-
radıcı əməyin həvəsləndirilməsi, təsərrüfat mexanizminin bütövlükdə elmi
təşkili və s. kimi problemləri əhatə etməklə daha çox təşkili-idarəetmə
xarakteri daşıyır. Gördüyümüz kimi, elmi-texniki tərəqqinin istehsalata tət-
biqi kifayət qədər mürəkkəb və çoxtərəfli proses olmaqla məzmununa görə
elmi-texniki tərəqqidən fərqlənir. Bunu xüsusi olaraq vurğulayırıq, çünki
son illər “elmi-texniki tərəqqi” anlayışı geniş mənada işlədilir ki, bu da
onun kateqoriya statusuna uyğun gəlmir.
İqtisadiyyatın intensivləşdirilməsi prosesinin birinci fazasının öz
spesifik sərhədləri var ki, bu da yeni texniki sistemlərin qurulmasında və
onların metodikasının işlənməsində elmi biliklərin tətbiqindən irəli gəlir.
İlk baxışdan elə gəlir ki, guya onların arasında elə bir əsaslı fərq yoxdur.
Axı, əvvəlcə yalnız təcrübi nümunə qurulub istehsal olunur. Bu, təcrübə
laboratoriyasında baş verir. Yeni texnikanın kütləvi nüsxədə buraxılışı və
istismarı isə təcrübə-konstruksiya işləri çərçivəsindən ictimai istehsal
sahəsinə keçid etməyi tələb edir.
Əlbəttə, elmi-texniki tərəqqi müəyyən iqtisadi, sosial və təşkili prob-
lemlərlə bağlıdır. Lakin burada bu problemlər spesifik tərzdə təzahür edir.
Bu halda söhbət istehsalatın, iqtisadiyyatın yox, elm və layihələşdirmə pro-
sesinin özünün, yəni elmi biliklərin “maddiləşdirilməsinin”, “cismaniləşdi-
Elm–Texnika–İstehsal
517
rilməsinin” ilk mərhələsinin elmi təşkilindən gedir. Bu sferaya xas olan
iqtisadi problemlər də spesifik xarakter daşıyır. Ümumi iqtisadiyyatdan
fərqli olaraq yeni bir sahə – elm və elmi-texniki tərəqqinin iqtisadiyyatı –
meydana gəlir. Elmi-texniki tərəqqi sferasındakı spesifik sosial hadisələr
isə sosiologiyanın xüsusi sahəsi olan elm və elmi-texniki tərəqqi so-
siologiyasının predmetini təşkil edir.
Yeri gəlmişkən qeyd edək ki, elm sosiologiyası sahəsində tədqiqat-
lar aparılsa da, elmi-texniki tərəqqinin sosiologiyası hələ ki, işlənməmiş bir
sahə olaraq qalır. Elmi-texniki tərəqqinin sosial nəticələrinə həsr olunmuş
çoxlu sayda nəşrlər olsa da, bu, nəzərdən keçirdiyimiz prosesin sosiologi-
yasını təşkil etmir. Düzdür, bir-birindən fərqli olan bu iki problem bəzən
əsassız olaraq eyniləşdirlir.
Elmi-texniki tərəqqinin məzmunu və strukturunda, habelə “elm-tex-
nika-istehsalat” dövrəsində baş verən bugünkü dəyişikliklərin mahiyyəti
nədədir? E.A.Arab-oğlu haqlı olaraq yazır ki, elmi-texniki inqilabın gedi-
şində, elm, texnika və istehsalatın bir-biri ilə qarşılıqlı təsirləri prosesində
liderlik elmə, nəzəri biliyə keçir
7
1
. İnkişaf templərinə görə də elm texnika
və istehsalatı geridə qoymaqdadır. Lakin elm nisbi müstəqillik qazanma-
saydı, yəni təkcə praktikanın tələbatları əsasında yox, həm də öz xüsusi
bazası üzərində inkişaf etmək imkanı əldə etməsəydi, bu, mümkün olmazdı.
Yalnız bu müstəqil, azad, inkişaf sayəsində elm özü ilə gözlənilməz şeylər
gətirmək, yeni praktiki imkanlar açmaq iqtidarında ola bilir. Bu imkanlar
texnikanın inkişafının adi məntiqi nəticəsi ola bilməzdi. Elmin dərinliklə-
rində yetişmiş elmi-texniki işləmələr mövcud texnika və texnologiyadan
köklü şəkildə fərqlənə bilir. Buna misal olaraq atom energetikasını, kom-
püterləri, lazer texnikasını, biotexnologiyanı, xassələri qabaqcadan veril-
miş materialların sintezini və s. göstərmək olar.
Elmin texnika və istehsalatın sifarişlərini yerinə yetirən adi icraçıya
çevrilməməsi üçün onun istehsalata bağlılığından uzaq olmaq lazımdır, əl-
bəttə, bu şərtlə ki, bu müstəqillik ifrat dərəcəyə çatmasın. Buna görə də el-
mi işlərin bir hissəsi (ədəbiyyatda bu hissə “tətbiqi tədqiqatlar” anlayışın-
dan fərqli olaraq “fundamental tədqiqatlar” anlayışı ilə ifadə olunur) bila-
vasitə tətbiqə yox, elmin özünün inkişafının təmin edilməsinə, onun
1
Э.А. Араб-оглы. Обозримое будущее. Социальные последствия НТР: год 2000.
М., 1986. s. 58-59.
Elm haqqında elm
518
tamamilə yeni metodlarının yaradılmasına xidmət edir. Bu işlər praktikada
tətbiq olunmur. Bu cür işlərin müəyyən hissəsinin təhlili konkret nəticə
verərsə, bu nəticə ilk növbədə elmin özündə tətbiq oluna bilər.
Zənnimizcə, elmi nəticələrin dəyəri təkcə onların bilavasitə prakti-
kada tətbiqinə görə deyil, həm də nəzəri əhəmiyyətinə görə müəyyən olun-
malıdır. Bəzən nəzəri nəticələr xırda niqyaslı konkret praktiki nəticələrdən
daha əhəmiyyətli ola bilir. Əksər hallarda fundamental nəzəriyyələri texni-
kanın və ya tətbiqi tədqiqatların zəifliyi üzündən tətbiq etmək mümkün ol-
mur. İş burasındadır ki, tətbiq sahələrinin müəyyənləşdirilməsi, onun me-
todika və texnologiyalarının işlənməsi vəzifəsi alimin yox, konstruktorla-
rın, elmi-texniki işçilərin üzərinə düşür. Axı fəaliyyətin ali inkişaf mərhə-
lələrinə aid olan bütün sahələrində funksiyalar diferensiasiya olunmalıdır.
Eynilə elmi fəaliyyət sırf praktiki fəaliyyətdən uzaqlaşdıqca fəaliyyətin ye-
ni sahəsi – elmi-texniki fəaliyyət sahəsi formalaşır. Onun qarşısında duran
vəzifə yeni elmi nailiyyətlərin texnikada tətbiq yollarını axtarıb tapmaqdan
ibarətdir. Bununla da elmlə praktikanın bir-biri ilə optimal şəkildə birləşdi-
rilməsi vəzifəsinin həlli fəaliyyətin bu yeni formasının optimal təşkilinin
işlənməsi kimi göz önünə gəlir. Bu vəzifənin uğurla öhdəsindən gəlmək
üçün elmi-texniki fəaliyyətin mahiyyəti və məzmununu, elmi və mühəndis
fəaliyyətindən fərqlənən cəhətlərini üzə çıxarmaq tələb olunur.
Müasir fəlsəfi və iqtisadi tədqiqatlarda, habelə işgüzar dairələrdə el-
min istehsal və qeyri-istehsal sferaları ilə əlaqələrini gücləndirmək təşəb-
büsləri bir çox hallarda elmi fəaliyyətin praktiki məqsədlərə tabe etdirilmə-
si mövqeyindən qiymətləndirilir. Akademik elmi-tədqiqat institutları onla-
rın fəaliyyətinin səmərəliliyinin təyin edilməsi probleminin kifayət qədər
işlənməməsi üzündən hesabat verərkən ya formal göstəricilərdən (nəşrlərin
sayı, işlərin həcmi və s.), ya da ki, əldə olunmuş nəticələrin praktiki tətbi-
qinin iqtisadi səmərəliliyindən çıxış edirlər. Lakin fundamental elmi nailiy-
yətlərin səviyyəsi nə qədər yüksək olsa, ona iqtisadi səmərəlilik göstə-
ricilərinə əsasən obyektiv qiymət vermək də bir o qədər çətin olur
7
1
. Bun-
dan başqa, elmi biliyin “maddiləşdirilməsi” prosesi, onun praktiki tətbiqi
elmin öz hüdudlarından kənara çıxaraq bütövlükdə təsərrüfat mexaniz-
minin vəziyyətindən asılı olur.
1
Bu problem Y.B.Tatarinovun 1986-cı ildə Moskvada çap olunmuş «Проблемы
оценки эффективности фундаментальных исследований: логико-методологические
аспекты» kitabında hərtərəfli araşdırılmışdır..
Elm–Texnika–İstehsal
519
Buna baxmayaraq bəzi hallarda praktiki tətbiq şərti elm anlayışının
mahiyyəti kimi anlanaraq hətta onun tərifinə də daxil etdirilir
7
1
. Bazar iqti-
sadiyyatı şəraitində mahiyyətcə elmin istehsalatla sərt şəkildə əlaqələndi-
rilməsi ideyasına demək olar ki, bərabər olan ideyalar irəli sürülür. Bu cür
ideyaların həyata keçirilməsi elmin nisbi müstəqilliyini məhdudlaşdıra
bilərdi.
Tarixi faktlara nəzər salsaq, görə bilərik ki, keçmiş SSRİ-də elmin
coşqun inkişafının əsas şərtlərindən biri elmin mərkəzləşdirilmiş və nisbi
müstəqil təşkili olmuşdur.
SSRİ-nın elmi-texniki tərəqqi sahəsində geriliyinin səbəbləri elmlə
istehsalatın təşkilindən çox onların arasında optimal əlaqələrin yaradılması
problemi ilə bağlı idi.
Elmlə istehsalat arasında əlaqələrin təmin edilməsi ya onların
birbaşa, bilavasitə təşkili baxımından birləşdirilməsi kimi başa düşülür ya
da bu vəzifə gah elmi gah da istehsalat müəssisəsinin üzərinə qoyulur.
Lakin bu variantlardan heç biri özünü doğrultmadı.
Mürəkkəb iyerarxik sistem olan elmlə maddi istehsalın formalaşma-
sı prosesi əsrlər boyu cərəyan etmişdisə, onların arasında xüsusi bir bağla-
yıcı halqaya tələb yalnız müasir dövrdə yaranmışdı. Təbii ki, bu işdə bir-
dən-birə mükəmməlliyə nail olmaq mümkün deyil. Əsasən iqtisadi mexa-
nizmlərlə tənzimlənən bu obyektiv prosesin spontan olaraq optimal təşkili
formaya gətirib çıxaracağını zənn etmək düzgün olmazdı. Bu gün “elm-
texnika-istehsalat” dövrənin dərk edilməsi ən aktual məsələlərdən biridir,
çünki elmi-texniki prosesin optimal təşkili yalnız yaxşı işlənmiş nəzəriyyə
əsasında mümkündür. Bu cür mühüm bir problemin həllində utilitar kon-
sepsiyaların təsirinə düşmək, perspektiv və çoxplanlı maraqları müstəsna
olaraq gündəlik praktiki məqsədlərə tabe etdirmək olmaz.
Elmi fəaliyyətin son məqsədi həqiqəti üzə çıxarmaq, mötəbər bilik-
lər əldə etməkdir. Lakin elmi proses fasiləsiz olaraq cərəyan edir. Əldə
olunmuş biliklər artıq növbəti tədqiqat dövrənin ilkin şərti kimi çıxış edir.
“Kiçik dairə”nin hər birinin sonunda elmin nəticələri informasiya əsası
kimi onun sərəncamına daxil olur. Digər tərəfdən isə elm qapalı sistem
olmadığından onun nəticələri nəinki elmi prosesə qayıdış edir, həmçinin
1
Н.В.Наливайко, В.В. Сергеева. Всеобщность научной деятельности и
творчество ученого // Фундаментальные исследования и технический прогресс.
Новосибирск, 1985. s. 245.
Elm haqqında elm
520
bir qədər müstəqillik əldə etməklə onun çərçivələrindən kənara da çıxır.
Beləliklə də məzmun baxımından eyni olan biliklər həm “elm” sisteminə,
həm də müxtəlif tətbiqi, o cümlədən texniki yaradıcılıq sferaların nüma-
yəndələrinin faydalandıqları başqa informasiya sisteminə də daxil olur.
Başqa sözlə, elmin nəticələri elmi biliklərdən başqa praktiki-peşə və gün-
dəlik biliklərin də daxil olduğu tətbiqi tədqiqatların strukturuna yalnız
kompleks informasiya sistemi vasitəsilə daxil olur. Elmi biliyi onların
ümumi məxrəcinə gətirmək üçün onu tətbiqi sferanın “dilinə” tərcümə et-
mək lazım gəlir.
Yeni elmi nəticə elmin öz hüdudları çərçivəsində və bu çərçivədən
kənarda – təhsil sferasında, tətbiqi sferalarda fərqli şəkildə ifadə olunur.
Elmin öz nəticələrindən faydalanması üçün bu nəticələrin əlavə emalına
ehtiyac yoxdur. Başqa sözlə, elmdə biliklər gələcəkdə elmin öz hüdudları
çərçivəsində istifadə üçün yararlı olan formada əldə olunur. Alimlərin öz-
ləri, təbii ki, elmin dilini bilirlər. Lakin ixtiraçıların istifadə üçün təqdim
etdikləri informasiya elə bir şəklə salınmalıdır ki, onlar onu problemin
elmi mahiyyətini başa düşmədən də tətbiq edə bilsinlər. Axı elmi fəaliyyə-
tin nəticələri elmi nəzəriyyənin kontekstindən ayrılmayınca və dar çərçivə-
li xüsusi elmi terminologiyada ifadə olunmayınca onlar ixtiraçılar, mühən-
dis-konstruktorlar üçün qaranlıq qalacaqdır. Yəqin ki, dili gündəlik dili-
mizdən çox uzaq olan nəzəri tədqiqatların nəticələrinin tətbiqində yuban-
malar məhz bu səbəblə izah olunmalıdır.
Elm nümayəndələri özləri nəzəriyyə sahəsində yeni nəticələrin
tətbiqi ilə bağlı işləri öz üzərlərinə götürdükdə, ixtiraçı, konstruktor və s.
funksiyalarını icra etdikdə, bu nəticələr adətən praktikada vaxtında tətbiq
oluna bilir. (Bu halda “çevirmə” gizli şəkildə bir insanın fəaliyyəti çərçivə-
sində baş verir). Lakin ilk baxışdan diqqəti cəlb edən bu hal əslində
hansısa nəzəri tədqiqat sahəsində bəlkə də əvəzsiz olan alimlərin vaxtından
qeyri-səmərəli istifadə kimi qiymətləndirilməlidir.
Bəs onda elmi nəticələri praktikada kim tətbiq etməlidir? Bu işlə
məhz bu problem üzrə ixtisaslaşmış insanlar, yəni elmi-texniki işçilər məş-
ğul olmalıdır. Onlar elmi-tədqiqat işlərini aparmır, özləri yeni elmi nəticə-
lər əldə etmir, lakin elmi dili mükəmməl bildiklərinə görə elmin məlumat-
larını praktikada tətbiq üçün “emal” edirlər. Elmi nəticələr praktikanın mü-
vafiq sferasının dilinə vaxtında “tərcümə” olunduqda, ixtiraçılıq işi
peşəkarlar tərəfindən və, şübhəsiz ki, daha yaxşı yerinə yetirilə bilər.
Elm–Texnika–İstehsal
521
İxtiraçılıq fəaliyyətinin dili layihələşdirmədir ki, bu da konkretliyi
sevir. Deməli, yeni elmi biliyin tətbiqi prosesində mücərrəddən konkretə
doğru həm məzmun baxımından, həm də formal planda ciddi addımlar atıl-
malıdır. Yeni bilik lazımi konkret forma almaqla tətbiqi fəaliyyətin struk-
turuna daxil olub ixtiraçılıq imkanlarını genişləndirir. Bununla da elmi-tex-
niki tərəqqinin sürətləndirilməsi problemi tətbiqi fəaliyyətin informasiya
təminatının xüsusi təşkilini nəzərdə tutmuş olur.
İnformasiya sistemləri (mərkəzlər, institutlar və s.) öz-özlüyündə
mövcud etməyib ilk növbədə bilavasitə tətbiqi sferanı, xüsusən də elmi-
texniki, ixtiraçılıq fəaliyyətini təchiz etmək məqsədini güdməlidir. Başqa
sözlə, yeni elmi informasiyanın tətbiqi məqsədlərlə emalı və tətbiqi
fəaliyyət sferası vahid sosial təşkil sisteminə daxil olmalıdır, çünki elmi-
texniki fəaliyyətin operativ informasiya təchizatının olmaması elmi-texniki
tərəqqinin sürətləndirilməsinə mane olur.
Deməli, elmi informasiyanın vaxtında tətbiqi fəaliyyətin dilinə “tər-
cümə” edilməsi elmi-texniki tərəqqinin strukturunda mühüm yerlərdən
birini tutur. Elmi biliyin məzmunu bu arada əsaslı şəkildə dəyişməsə də, o,
insan fəaliyyətinin başqa bir müstəvisinə keçmiş olur. Bununla da obyektiv
qanunauyğunluqların ideal inikası olan biliklər bu qanunauyğunluqların
daha bir obyektiv təzahürünə xidmət etmiş olur, özü də bu dəfə əvvəlcədən
proqramlaşdırılmış (qurulmuş) süni sistemlərdə, texniki qurğularda. Bura-
da elmi bilik təbii maddi sistemdən süni sistemə doğru yolda inikas
məqamı kimi çıxış edir. Texniki sistem sanki maddiləşdirilmiş bilik, maddi
olanla ideal olanın özünəməxsus sintezinin nəticəsi kimi çıxış edir.
Buna görə də istehsalatın intensivləşdirilməsi prosesinin bütövlükdə
elmi-texniki tərəqqini əhatə edən birinci mərhələsi mürəkkəb bir proses
kəsb edir. Bu prosesi öz növbəsində yeni elmi biliklərin əldə olunması ilə
başa çatan elmi fəaliyyət və bu biliklərin yeni texnikada maddiləşdirilməsi
prosesinin ifadəsi olan elmi-texniki fəaliyyət kimi iki hissəyə ayırmaq olar.
Elmi informasiyanın işlənməsindən baş alan sonuncu hissə mühəndis fəa-
liyyətinin köməyi ilə başa çatır. Mühəndis fəaliyyətindən keyfiyyətcə ta-
mamilə yeni hadisə – istehsal sferası başlayır. Texniki nümunə istehsal
olunduqdan və sınaqdan keçirildikdən sonra onun kütləvi istehsalı başlayır.
Nəzərdən keçirdiyimiz dövrədə növbəti halqa istismardır, yəni yeni tex-
nikanın istehsal prosesinə artıq istehsalın nəticəsi kimi yox, vasitəsi kimi
daxil etdirilməsidir.
Elm haqqında elm
522
İctimai həyatın hər hansı sahəsinin yenidən qurulması kortəbii su-
rətdə həyata keçirilə bilməz. Hər cür dəyişiklik müəyyən nəzəri əsasa ma-
lik olmalı və müxtəlif sahələrdəki yeniləşmələr bir-birini tamamlamalıdır.
Bu, sosial ekologiyanın mühüm şərtidir.
Bütün sahələrdəki üstünlüyün, geriliyin ümumi səbəblərindən biri
əvvəlcə fəaliyyət göstərib sonra düşünmək bəlası idi. Nəticədə bir istiqa-
mətdəki fəaliyyət başqa istiqamətdəkinə zidd gəlir, bir məqsədə nail olmaq
üçün digər məqsədin qarşısı kəsilmiş olurdu. Əsasən praktik biliklər səviy-
yəsində tutulan planlar, «sağlam düşüncə», adi şüur mövqeyindən aparılan
təşkilati iş mürəkkəb sosial sistemlərin səmərəli surətdə idarə olunmasına
imkan vermirdi. Elm «özü üçün elmə» çevrilmiş, təşkilati iş və maddi
fəaliyyət sahələri bir növ ondan ayrı düşmüşdü.
Müasir mərhələdə ictimai həyatın bütün sahələri o dərəcədə mürək-
kəbləşmişdir ki, elmə istinad etmədən heç bir sahədə müvəffəqiyyət qa-
zanmaq mümkün deyildir. İctimai həyatın istənilən sahəsinin elmi əsaslarla
idarə olunmasına yaranan ehtiyac ictimai elmlərin praktik rolunu daha da
artırmış, elmin tətbiq sahəsi xeyli genişlənmişdir.
Elmin tətbiqindən söhbət gedəndə onun həm kənar sahələrə, həm də
özünə tətbiqi və öz-özünü təşkil edə bilmək xüsusiyyəti nəzərə alınmalıdır.
Elmin ictimai həyata, maddi istehsala, təhsil və mədəniyyət sahələrinə tət-
biqi, bu sahələrdən hər birinin elmi təşkili problemi ayrılıqda
araşdırılmalıdır.
Uzun müddət ölkəmizdə elmin sosial strukturu heç bir ciddi elmi
prinsiplərə əsaslanmadığından elmi institutlar mürəkkəbləşmiş, diferensial-
laşmış, lakin ənənəvi təşkilati formalar saxlanmışdır. Bir çox hallarda elmi
müəssisələrin spesifikası nəzərə alınmamış, təsərrüfat müəssisələri üçün
səciyyəvi olan təşkilati strukturlar, inzibatçılıq metodları burada da tətbiq
olunmuşdur. Regional elmi siyasət işlənib hazırlanmamışdır. Mərkəzi elm
sisteminin strukturu milli respublikalara tətbiq edilmiş, bir-birini təkrarla-
yan çoxlu tədqiqat institutları yaradılmışdır ki, hər bir respublikada bu ins-
titutların hamısını ən müasir avadanlıqla təchiz etmək mümkün olmamış-
dır. Ekstensiv inkişaf metodu və «gözdən pərdə asmaq» prinsipi rəhbər tu-
tulmuşdur.
Elmi tədqiqatın spesifikası onun təşkilati strukturunda nəzərə alın-
madığından elm intensiv tərəqqi yoluna keçə bilməmiş, kəmiyyət dalınca
qaçarkən keyfiyyət unudulmuşdur. İnstitutların, laboratoriyaların, kafedra-
Elm–Texnika–İstehsal
523
ların, elmi işçilərin, dərəcəli alimlərin sayı müstəqil göstəricilərə çevrildi-
yindən son nəticə haqqında düşünmək «yaddan çıxmışdır». Hətta bir ali-
min elmi xidməti kəmiyyət göstəriciləri əsasında müəyyən edilmiş, əsər-
lərin sayı, kitabların qalınlığı elmi səviyyənin meyarı kimi çıxış etmişdir.
Respublikamızda elmin idarə olunması hələ də sosializmdən qalma
ənənələrə müvafiq olaraq, inzibatçılıq yolu ilə həyata keçirilir. Həmin
dövrdə elmin spesifikasını nəzərə almadan elmi institutlarda və ali məktəb
kafedralarında, təsərrüfat müəssisələrində analoji nizam-intizam yaratmağa
təşəbbüs göstərilir, «təşkilatçılıq qabiliyyəti» olan adamlar elmdə də «də-
mir qayda»ya nail olurdular. Akademiyanın qapısı ağzına polis işçiləri
qoyulması və ali məktəb müəllimlərinin, başqa müəssisələrdə çalışan alim-
lərin içəri buraxılmaması, elmi işçilərdən elmi nəticə soruşmaq əvəzinə,
onların səkkiz saat şöbədə oturmalarının təmin edilməsi elmi işin və elmi
əməkdaşlığın spesifikasını «unutmaqdan» irəli gəlirdi.
Təəssüflə qeyd edilməlidir ki, bizdə elmi müəssisələrin rəhbərləri
üçün elmin metodologiyasından və elmşünaslıqdan xüsusi kurslar keçil-
mir, onların həmin sahədə əlavə bilik əldə etməsi və təkmilləşdirilməsi
üçün heç bir tədbir görülmür. Son dövrlər xalq təsərrüfatının idarə olunma-
sı üzrə kurslar keçilməsinə başlanmış, bu məqsədlə respublikamızda xüsusi
institutlar açılmışdır. Bizcə, elmi müəssisələrin idarə olunması sahəsində
də həmin sahənin spesifikasını nəzərə alan analoji kurslara böyük ehtiyac
vardır. Görkəmli mütəxəssislər arasından elm üçün rəhbər kadrlar hazırlan-
ması, elmin idarə edilməsi yollarının tədris olunması və bu sahədə səriştəli
adamların professional səviyyədə müəyyənləşdirilməsi elmdə yenidənqur-
ma işinin əsasında durmalıdır.
Elmşünaslıq problemlərinin böyük bilicisi Xudu Məmmədov da-
nışırdı ki, akademik İ.Vekua Novosibirskdən qayıdaraq Gürcüstan SSR
Elmlər Akademiyasına prezident təyin olunandan sonra bir sıra dəyişiklik-
lər həyata keçirir ki, köhnə stereotiplərə uyğunlaşmış adamlar bunu heç cür
qəbul edə bilmirlər. Onun təşəbbüsü ilə yeni elmi-tədqiqat institutu açılır
və bura yüksək maaşla istedadlı gənc alimlər cəlb olunur. bu alimlər işə
vaxtlı-vaxtında gəlib getmədiyi üçün və hər kvartalda konkret nəticələr
əsasında hesabat vermək əvəzinə taleyi qabaqcadan məlum olmayan «uzaq
məqsədlər» uğrunda çalışdıqları üçün bir qrup qanunpərəst Moskvaya şi-
kayət yazır ki, akademik İ.Vekua dövlət pulunu havayı xərcləyir, işə
gəlməyən adamlara yüksək maaş verir, onları növbəsiz mənzillə təmin
Elm haqqında elm
524
edir. Yoxlama gəlib iş vaxtında deyilənlərin doğru olduğunu müəyyən
edir. Axşam komissiya üzvləri hansı isə yubiley məclisində iştirak edir və
gecə yarısı banketdən qayıdanda akademik İ.Vekua maşınları həmin insti-
tutun yanından sürməyi xahiş edir. Baxıb görürlər ki, gündüz adamsız olan
otaqların çoxunda gecə işıq yanır. Məlum olur ki, tədqiqatçılar məhz «iş
vaxtı» adlanan müddətdə deyil, onlara yaradıcılıq üçün hansı vaxt müna-
sibdirsə, o vaxtda işləyirlər. İşçilərə verilən bu sərbəstlik elmi işlərin səmə-
rəsini daha da artırır. Onların hər kvartalda konkret nəticə tələbindən xilas
edilməsi, onlara etimad göstərilməsi və şərait yaradılması diqqəti daha
böyük problemlərə yönəltməyə, təkcə elmin bu günü üçün deyil, həm də
sabahı üçün çalışmağa imkan yaradıb.
Elmdə formal hesabat sisteminin tətbiq edilməsi nəinki məsuliyyət
hissini artırmır, hətta əsl elmi meyarları pərdələməklə qarışqanı fil, fili qa-
rışqa etməyə imkan yaradır, elm sahəsində «pripiska»nın yayılmasına sə-
bəb olur. Əksər elmi-tədqiqat institutlarında və xüsusən ali məktəb kafed-
ralarında plan üzrə görülən illik elmi iş dedikdə kompüterdə səliqə ilə yı-
ğılmış müəyyən həcmli (yenə də kəmiyyət meyar kimi çıxış edir) yazı nə-
zərdə tutulur. Onun elmi dəyərini isbat etmək üçün istənilən iki nəfərdən
rəy almaq kifayətdir. Nəticədə hamı bir-birinin işinə gözəl rəylər yazır və
«tədqiqat işləri» müəllimin çalışdığı şöbədə və ya kafedrada «müzakirə
olunur». Rəqabət prinsipi işləməyən yerdə heç kim öz yoldaşına qarşı
«bədxahlıq» etmək niyyətinə düşmür. Əgər tək-tək istisnalar varsa, bunlar
da elmi prinsipiallıqdan yox, şəxsi münasibətdən doğur. Çünki elmi rəqa-
bət mühiti və dəqiq elmi meyarlar olmayanda dəyərsiz «tədqiqatları» tərif-
ləmək, həqiqi elmi sanbalı olan tədqiqatları isə «alt-üst» etmək mümkün-
dür. Beləliklə, elmin təşkilati strukturunda ən mühüm halqalardan biri
ciddi elmilik meyarlarına əsaslanan ekspertiza sisteminin yaradılmasıdır.
|