Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə37/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   33   34   35   36   37   38   39   40   ...   55
Elm haqqında elm 

 

 



 

472


dövrdə  nə  qədər qabarıq  şəkildə  təzahür edirsə-etsin, müasir dövr üçün 

keyfiyyət dəyişikliyi sayıla bilməz. 

Elm və texnika arasındakı  əlaqələrin bu cür inkişafı göstərir ki, 

vahid «elm-texnika» sistemindən, bütöv elmi-texniki tərəqqi hadisəsindən 

yalnız XIX əsrdən başlayaraq danışmaq mümkündür. Və deməli, «elmin 

bilavasitə məhsuldar qüvvəyə çevrilməsi» hadisəsi tərəqqi üçün zəruri şərt 

kimi qiymətləndirilməlidir. 

Məsələyə bu cür yanaşdıqda, yenə  də «elmin bilavasitə  məhsuldar 

qüvvəyə çevrilməsi» ifadəsinin müstəqim mənası onun əks etdirməli 

olduğu həqiqi məzmundan xeyli fərqli olaraq qalır: çünki həqiqətdə söhbət 

elmin «çevrilməsindən» yox, onun yeni funksiyasından – istehsala tətbiq 

oluna bilməsindən və deməli, faydalılıq dərəcəsinin artmasından getmə-

lidir. Bu hal isə  dəqiq  şəkildə «elmi nailiyyətlərin məhsuldar qüvvələr 

kompleksində özgələşməsi», «biliyin maddiləşmiş qüvvəsi» kimi ifadə 

oluna bilər.

7

1



 Və həm də «elmin» yox, «elmi nailiyyətlərin», «ümumi icti-

mai biliyin»

7

2

; zira elm özü qeyri-bircins sistem olmaqla bir sıra maddi tə-



rəfləri də əhatə edir və «özgələşən» də əslində elmin yalnız nəticələri – el-

mi nailiyyətlər, yeni biliklərdir. 

Elmin məhsuldar qüvvə kimi çıxış edə bilməsi faktı əslində tamami-

lə yeni bir keyfiyyət olmayıb, onun təsiredici tərəf kimi çıxış etmək xüsu-

siyyətindən doğur. Elm nəinki təkcə özü üçün, həm də digər sistemlər, fəa-

liyyət sahələri üçün də subyekt kimi çıxış edərək,  kənar  təsir rolunu 

oynayır. 

Bu cür ümumi yanaşma göstərir ki, aktiv bir tərəf olan elmin tətbiq 

sahəsini təkcə istehsal sferası ilə  məhdudlaşdırmaq olmaz. Təbii olaraq 

belə bir sual qarşıya çıxır: – Bir halda ki, tətbiq oluna bilmək imkanı elmə 

daxilən xas olan bir cəhətdir, onda onun digər sferalara da tətbiq imkanla-

rını nəzərə almaq lazım deyilmi? 

Maraqlıdır ki, tarixi tədqiqat bu cür tətbiqlərin nəinki mümkün oldu-

ğunu, hətta onun zamanca texnikaya, istehsala olan tətbiqlərə nəzərən hələ 

çox-çox qədim zamanlardan həyata keçdiyini göstərir. Elm ilə texnika ara-

sında qarşılıqlı əlaqənin hələ mövcud olmadığı (nəzərə çarpacaq dərəcədə 

mövcud olmadığı) dövrlərdə elmi tərəqqini zəruri edən səbəb məhz digər 

                                                 

1

 К.Маркс и Ф.Энгельс. Сочинения. Т. 46, ч. 2, с.215. 



2

 Yenə orada. 



  Elm–Texnika–İstehsal 

 

 

 

473



 

fəaliyyət sahələrinin elm qarşısında qoyduğu tələblərdə, ən müxtəlif təbii-

tarixi hadisələrdən qoruna bilmək və bunun üçün isə onların öz qanunauy-

ğunluqlarını öyrənmək zərurətindən ibarət olmuşdur. Nəinki təkcə elmin, 

həm də texnikanın müstəqil inkişaf mərhələsi ictimai tərəqqinin qoyduğu 

müxtəlif tələblər zəminində həyata keçmişdir. Kompas gəmiçiliyin, dəniz 

ticarətinin tələbinə cavab olaraq kəşf edilmişdir. Saat da, yel dəyirmanı da 

məhz praktik istifadə məqsədilə yaradılmışdır. Elmi nailiyyətlərin praktik 

istifadəsi elmi tərəqqinin elə ilk mərhələsindən başlayaraq mümkün olmuş-

dur və bu istifadə müxtəlif dövrlərdə müxtəlif formalarda həyata keçmiş-

dir. K.Marksın göstərdiyi kimi, «Nildə suyun qalxması və yatması dövrlə-

rini hesablamaq zərurəti Misir astronomiyasını yaratmışdır».

7

1

 



Deyilənlərdən aydın olur ki, «elmin bilavasitə  məhsuldar qüvvəyə 

çevrilməsi» adı altında nəzərdə tutulan hadisə elmi-texniki inqilabın ma-

hiyyəti hesab oluna bilməz. Lakin gördüyümüz kimi, bunu yalnız xüsusi 

tədqiqat yolu ilə sübut etmək mümkün olur. Halbuki azca yuxarıda elmi-

texniki inqilabın mahiyyətinə dair söylənmiş digər fikirləri nəzərdən keçi-

rərkən, yalnız məsələnin qoyuluşunaca  əsaslanaraq, onları qüsurlu hesab 

edirdik və heç bir ətraflı təhqiqata ehtiyac qalmırdı. Ona görə ki, həmin tə-

riflərdəki, nöqteyi-nəzərlərdəki qüsurlar metodoloji xarakter daşıyırdı.

7



 



Lakin elmi-texniki inqilabın mahiyyətinin «elmin bilavasitə  məhsuldar 

qüvvəyə çevrilməsi» hadisəsi ilə izah edilməsi nəticə etibarilə qüsurlu olsa 

da, hər halda mahiyyət «elm-texnika» sistemi çərçivəsində (miqyasında) 

axtarılır və bu tədqiqatın ümumi istiqaməti metodoloji baxımdan düzgün 

seçilmişdir. Konkret tədqiqat göstərir ki, bu hadisə, doğrudan da, elmi-

texniki tərəqqinin formalaşmasında mühüm rol oynayır. Elmi-texniki 

inqilabın mahiyyəti də «elm» və «texnika» sistemləri arasındakı 

münasibətlərin sonrakı inkişaf yolunda, «elm-texnika» sistemi miqyasında 

baş verən  yeni keyfiyyət dəyişmələrində axtarılmalıdır. Lakin nə üçünsə 

elm və texnikanın və onlar arasındakı qarşılıqlı münasibətin və  nəhayət, 

«elm-texnika» sisteminin həyata keçirdikləri  makro dəyişmələr  hələ 

                                                 

1

 K.Marks. Kapital, I cild, Bakı, 1969, s.512. 



 Məs., elmi-texniki inqilabın mahiyyətinin ayrı-ayrı kəşflərdə, yaxud texniki nailiyyət-

lərdə; və ya hətta tamamilə fərqli sistem olan məhsuldar qüvvələrin inkişafında və s. axta-

rılması… Belə hallarda söylənilən fikirləri təfərrüatı ilə araşdırmaq lazım gəlmirdi, zira təd-

qiqat istiqaməti düzgün seçilmirsə, qabaqcadan əmin olmaq olar ki, nəticə  də, çıxarılan 

hökm də qüsurlu olacaqdır. 



Elm haqqında elm 

 

 



 

474


indiyədək tarixi ardıcıllıqla təsnif edilməmişdir, halbuki bu cür tədqiqat işi 

aparılmadan elmi-texniki inqilabın mahiyyəti açıla bilməz. 

Tədqiqat işlərindəki pərakəndəliyin davam etməsi, onların metodo-

loji baxımdan düzgün olan vahid istiqamətə yönəldilə bilməməsi, çox ehti-

mal ki, hansı istiqamətin düzgün, hansının isə qüsurlu olmasının hələ  də 

müəyyənləşdirilməməsi nəticəsidir. Düzgün metodoloji mövqedə duran 

müəlliflər də öz mövqelərinin nə ilə üstün olduğunu hiss etmir və digər ya-

naşma istiqamətlərinə əslində heç bir ciddi tənqidi münasibət bəsləmirlər. 

Məsələn, elmin bilavasitə  məhsuldar qüvvəyə çevrilməsini «elmi-texniki 

inqilabın əsas fərqləndirici xüsusiyyəti kimi göstərməyə çalışan İ.A.Soko-

lov kibernetikanın tətbiqlərinə, istehsalın avtomatlaşdırılması  və kom-

pleksli mexanikləşdirilməsinə əsas keyfiyyət dəyişilməsi kimi baxan alim-

lərə etiraz etmək, onların mövqeyinin metodoloji cəhətdən qüsurlu olduğu-

nu göstərmək əvəzinə yazır: «Bütün bu təriflər elmi-texniki çevrilişin çox 

mühüm cəhətlərini aşkar edir».

7

1



 Bu cür qeyri-müəyyən mövqe tədqiqatçı-

nın öz yanaşma üsuluna olan inamsızlığından doğur. Tədqiqatçı irəli sür-

düyü konkret tezisin yaxşı nəticəyə gətirmədiyini görən kimi, başqa möv-

qelərə müraciət edir, barışdırıcı şərtləşmələrə əl atır. (Ardıcıl olaraq müəy-

yən bir mövqeyi müdafiə etmək, güzəştsiz, qəti bir fikir söyləyə bilmək 

üçün əvvəlcə seçilmiş tədqiqat istiqamətinin metodoloji cəhətdən düzgün-

lüyünə əmin olmaq lazımdır). 

Tədqiqatçı yalnız o zaman tərəddüd keçirə bilər ki, onun mövqeyi 

əsaslı metodoloji prinsiplərə istinad etməsin. Məsələn, Q.N.Volkov elmi-

texniki inqilabın mahiyyətini təkcə avtomatlaşma ilə izah etməyə çalışsa 

da, göstərdiyi xüsusiyyətin birtərəfliliyini hiss edərək, daha qeyri-müəyyən 

bir mövqe tutmağa məcbur olur: «Lakin elmi-texniki inqilabın mahiyyəti 

təkcə bu cəhətlərlə  sərhədlənmir. O bütün məhsuldar qüvvələr sistemini 

əhatə edir, məhsuldar qüvvələrə isə ilk növbədə işləmək, maddi və mənəvi 

sərvətlər yaratmaq qabiliyyəti ilə birlikdə insan daxildir».

7

2



 Belə qeyri-mü-

əyyən mövqeyə rus fəlsəfi fikrində tez-tez rast gəlirik.

7

*

 Halbuki yuxarıda 



                                                 

1

 И.А.Соколов.  Научно-технический  переворот  и  революционный  процесс // 



«Вопросы философии», 1968, № 7. 

2

 Г.Н.Волков. Социализм, человек и научно-техническая революция, с.71. 



*

 Məs., «Научно-техническая революция и социализм», с.73; «Человек-Наука-Тех-

ника»,  с.30;  Н.И.Дряхлов.  Научно-техническая  революция  как  объект  социального 

исследования, с.22. 



  Elm–Texnika–İstehsal 

 

 

 

475



 

dəfələrlə göstərdiyimiz kimi, elmi-texniki inqilab bütövlükdə  məhsuldar 

qüvvələr sistemini əhatə edə bilməz və  həm də, məhsuldar qüvvələr 

sistemindəki dəyişilmələr elmi-texniki inqilab kimi qiymətləndirilə bilməz. 

Canlı  işçi qüvvəsinin mürəkkəb mexaniki qurğularla  əvəz edilməsi 

istehsal prosesinin nəticəsinə yalnız kəmiyyət dəyişikliyi kimi daxil olur, 

tərəqqinin sürətlənməsinə xidmət edir. Bu dəyişilmələr «elm-texnika» sis-

teminin alt sistemlərində və tərkib hissələrində baş verən çox müxtəlif kə-

miyyət və keyfiyyət dəyişilmələri ilə birlikdə elmi-texniki səviyyənin 

artan  təcillə  tərəqqisinə imkan yaradır, həm də bu təcilin hər bir mərhə-

lədəki səviyyə ilə mütənasibliyini mühafizə edir. 

Əgər tərəqqi stabil xarakter daşısa idi, başqa sözlə, baxdığımız sis-

temin inkişafı sabit sürətlə baş versə idi, onda tərəqqinin sürətinin dəyiş-

məsinə gətirən xırda tərəflərdəki keyfiyyət dəyişilmələri bütövlükdə elmi-

texniki tərəqqinin özündə təzahür edərdi; avtomatlaşma, kompleksli mexa-

nikləşmə, kibernetika, kosmik tədqiqatlar, energetikanın inkişafı və s. də-

yişilmələr yeni mərhələyə  gətirən səbəb kimi, elmi-texniki inqilab kimi 

qəbul edilə bilərdi. Lakin tərəqqinin təcilli xarakteri daxili tərəflərin key-

fiyyət dəyişilmələrini zəruri edir. Həm də elmi-texniki tərəqqinin təcilli 

xarakteri yeni hal olmayıb, ona hələ ilk formalaşma dövründə  də xas 

olmuş bir cəhətdir. Nəinki təkcə elmi-texniki tərəqqi, ayrılıqda elm və ay-

rılıqda texnikadakı  tərəqqi prosesi də  həmişə yalnız təcilli xarakter da-

şımışdır. Lakin bu təcillər bütöv «elm-texnika» sistemi üçün başqa, nisbi 

müstəqil elm və texnika üçün isə başqa tərtibdə olur. Məsələ burasındadır 

ki, hələ elmin və texnikanın ilkin formalaşma dövründə inkişafın təcilli xa-

rakteri yalnız daxili təkanlar

7

*



 hesabına əldə edilirdi. (Elmi-texniki tərəqqi-

yə də bütöv hadisə kimi baxdıqda vəziyyət məhz bu cür xarakter daşıyır. 

Lakin elm və texnika arasında qarşılıqlı  əlaqənin yaranması  və getdikcə 

möhkəmlənməsi əvvəlki kimi başa düşülən müstəqil elm və texnika üçün 

kənar  təsir rolunu oynamış olur. Zira bu sistemlərin hər biri artıq yalnız 

daxili təsirlər hesabına deyil, kənar təsir hesabına da təcil alır və deməli, 



ikitərtibli  təcillə inkişaf edir. Elm və texnikanın inkişafında baş verən bu 

cür keyfiyyət dəyişilmələri bütöv «elm-texnika» sisteminin müntəzəm 

təcilli inkişafının təmin olunmasına xidmət edir. 

                                                 

*

 Elmi öz hərəkəverici qüvvələrini də əhatə edən qeyri-bircins sistem kimi götürdükdə, 



onun daxili inkişaf mexanizmi də tamamilə aydınlaşmış olur.  

Elm haqqında elm 

 

 



 

476


Elmi-texniki tərəqqidəki əsaslı dəyişilmələr təkcə elm və texnikanın 

daxili quruluşunu, elementlərini öyrənməklə müəyyənləşdirilə bilməz. Bu 

cür tərkib elementlərinin özü elmi-texniki tərəqqini bir ictimai proses kimi 

mövcud edən daha geniş tərəflərin qarşılıqlı mövqeyindən, onların münasi-

bətlərində əmələ gəlmiş olan dəyişikliklər və s.-dən asılıdır. Məsələn, elm 

və texnikanın inkişaf qanunauyğunluğunun təxminən eksponensial xarak-

ter daşıması  cəmiyyət və  təbiət tərəflərinin yekun qapalı sistemlər kimi 

qarşılıqlı təsirinin nəticəsidir və onu elm və texnikanın tərkib hissələrinin 

öyrənilməsi ilə, daxili xüsusiyyətlərin tədqiqi ilə  aşkara çıxarmaq olmaz. 

«Elm-texnika sisteminin eksponensial qanunauyğunluqla inkişaf etməsi bir 

sıra statistik tədqiqatlar vasitəsilə də sübut edilmişdir.

7

1



 

Elmi-texniki inkişaf qanunauyğunluğunun öyrənilməsi göstərir ki, 

elmi və texniki nailiyyətlərin qısa bir dövr ərzində olduqca böyük inkişaf 

sürəti  əldə etməsindən haya-küyə düşməyə, konkret nailiyyətləri elmi-

texniki çevriliş kimi qiymətləndirməyə əsas yoxdur. Axı, elm və texnika-

nın inkişafında yaranan bu cür intensiv mərhələ əslində müntəzəm inkişa-

fın qanunauyğun davamından başqa bir şey deyil. İntensivlik isə ona görə 

artmışdır ki, inkişaf təcilli xarakter daşıyır və təcilin olması sürətin artması 

deməkdir. (Əvvəlki kimi başa düşülən nisbi müstəqil elm və texnika tərəf-

ləri üçün isə, yuxarıda göstərdiyimiz kimi, bu təcillər özləri də artır və de-

məli, sürətin artması prosesi də getdikcə intensivləşmiş olur). Beləliklə, 

müasir dövrdə intensivliyin bu qədər artması  əslində müntəzəm inkişafın 

müasir mərhələsi üçün tamamilə qanunauyğundur və heç bir çevriliş, sıç-

rayış, yaxud inqilab məqamını əks etdirmir, bu cür sürətli yüksəliş ictimai 

həyatın yalnız başqa sferalarında inqilaba gətirə bilər; hətta bu da həmişə 

yox, müəyyən ölçü nöqtəsini keçdikdən sonra. 

Məsələ burasındadır ki, inkişaf ictimai həyatın tək bircə «elm-texni-

ka» sferasında həyata keçmir; – bir-biri ilə əlaqədar olan müxtəlif tərəflər 

paralel surətdə inkişaf edir və bunlardan birində müəyyən dövr üçün ləngi-

mə (yaxud böhran) baş verirsə, bu vəziyyət bir müddət davam etdikdən 

sonra, əlaqəli tərəflərin daxili strukturu elə bir şəkildə deformasiya olunur 

ki, böhran keçirmiş tərəfin sıçrayışlı inkişafı üçün imkan və şərait yaran-

mış olur. Sıçrayışda bulunan tərəf, inkişafın  ətalətli xarakteri sayəsində, 

                                                 

1

 Bax, məs.:  М.М.Карпов. Закон ускоренного развития естественных наук // Воп-



росы  философии, 1963, № 4, с.106; yaxud Г.А.Влэдуц,  В.В.  Налимов,  Н.И.Стяжкин. 

Научная и техническая информация как одна из задач кибернетики. 



  Elm–Texnika–İstehsal 

 

 

 

477



 

əvvəlcə irəlidə olan tərəflərlə  nəinki tarazlaşmış olur, hətta onları ötüb 

keçir də. Deməli, müxtəlif tərəflərin inkişaf səviyyələri arasında yalnız di-

namik tarazlıqdan danışmaq mümkündür. 

Müasir dövrdə inkişaf intensivliyinin yüksək olması həm insan şüu-

runun, həm ictimai birlik formalarının, həm də süni olaraq dəyişdirilmiş tə-

biət hissələrinin mövcud səviyyəsinə tamamilə müvafiqdir. 

Elm və texnikanın hələ təzəcə formalaşdığı ilk mərhələdə isə cəmiy-

yətin ümumi inkişaf səviyyəsi o dərəcədə aşağı idi ki, həmin dövrdə onların 

inkişaf sürətinin çox kiçik olmasına baxmayaraq, burada qazanılan tək-tək 

nailiyyətlər ictimai tərəqqidə böyük inqilablara da gətirə bilərdi. Bu barədə 

F.Engels yazır: «…Sürtmə yolu ilə od əldə edilməsi öz ümumdünya tarixi 

xilaskarlıq əhəmiyyətinə görə hələ buxar maşınından üstündür. Axı, sürt-

mə yolu ilə od əldə edilməsi ilk dəfə insanı təbiətin müəyyən bir qüvvəsinə 

hakim etmiş və bununla da, insanı heyvan aləmindən qəti olaraq ayırmış-

dır. Buxar maşını heç bir zaman bəşəriyyətin inkişafında bu qədər böyük 

sıçrayışa səbəb ola bilməyəcəkdir…».

7

1



 

Tamamilə buna müvafiq surətdə müasir dövrdə baş verən çoxlu 

miqdarda dəyişilmələr nəinki «od əldə edilməsi» ilə, hətta buxar maşınının 

kəşfi ilə də müqayisədə daha az çevrilişlər yarada bilər. Əgər «sürtmə yolu 

ilə od əldə edilməsi insanı ilk dəfə təbiətin müəyyən bir qüvvəsinə hakim 

etmiş  və bununla da, insanı heyvan aləmindən qəti surətdə ayırmışdısa» 

da, cəmiyyət tarixinin başlanğıcını qoymuşdusa və  əgər buxar maşınının 

kəşfi, bunun nəticəsində isə böyük enerji məsrəfi ilə  işləyən işçi maşın-

lardan istifadə olunması cəmiyyət tarixində bir istehsal üsulundan digərinə 

keçidə səbəb olmuşdusa, müasir dövrdə əldə edilmiş elmi və texniki nailiy-

yətlərdən heç biri, nə avtomatlaşma, nə kibernetika, nə atom və nüvə ener-

getizmi, nə bionika, nə «kosmizasiya», nə maşınla maşın istehsalı, nə la-

zer, nə molekulyar biologiya, nə də nisbilik nəzəriyyəsi və kvant mexani-

kası bunlarla müqayisə oluna biləcək çevrilişlər yaratmamışdır. 

Müasir dövrdə baş verən böyük ictimai çevriliş, kapitalizmdən so-

sializmə keçid isə belə konkret nailiyyətlərlə yox, tamamilə yenikeyfiyyətli 

bir hadisə ilə – cəmiyyətin özünü dərk etməsi prosesi ilə bağlıdır və elmi-

texniki tərəqqi bu prosesə təkan verən amillərdən yalnız biridir. 

                                                 

1

 F.Engels. Anti-Dürinq, Bakı, Azərnəşr, 1968, s.93. 



Elm haqqında elm 

 

 



 

478


Belə bir dialektik prinsip nəzərə alınsa idi ki, genişəhatəli tərəflərdə 

kəmiyyət dəyişilmələri təşkiledici tərəflərin həm kəmiyyət, həm də keyfiy-



yət  dəyişilmələri hesabına həyata keçir, onda elm, texnika və istehsalda, 

hətta onların da yalnız bəzi sahələrində baş verən keyfiyyət dəyişilmələri 

(belə  məhdud dəyişilmələr konkret nailiyyətlər hesabına da yarana bilər) 

heç də yekun sistemə  şamil edilməzdi. Həm də elmi-texniki tərəqqi daha 

ümumi əhatəyə malik olan ictimai tərəqqinin (cəmiyyətin istiqamətli, yük-

sələnxətli inkişafı) təzahür etdiyi tərəflərdən, formalardan yalnız biridir» 

və onun öyrənilməsi də digər müvafiq tərəflərlə əlaqəli şəkildə olmalıdır. 

Elmi-fəlsəfi  ədəbiyyatda elmi-texniki tərəqqinin məzmunu, daxili 

strukturu az tədqiq olunduğu kimi, o, tamın bir hissəsi kimi də  nəzərdən 

keçirilmir. Düzdür, elmi-texniki tərəqqinin sosial nəticələrindən danışılır 

lakin burada o növ subyekt kimi götürülür, daha geniş sistemdə onun tut-

duğu yer isə yenə də qaranlıq qalır. 

Biz bu problemin astanasına çataraq onu yalnız qeyd etməklə kifa-

yətlənirik, çünki elmi-texniki tərəqqinin ictimai tərəqqidə yeri, onun sivili-

zasiya ilə, mədəniyyətlə  əlaqəsi çox geniş sahədir və xüsusi tədqiqat 

obyekti olmağa layiqdir. 

Mühüm  şərtlərdən biri də, elmi-texniki tərəqqinin daha ümumi 

hadisənin xüsusi halı kimi nəzərdən keçirilməsidir. Lakin çox təəssüf ki, 

indiyə qədər elmi-texniki tərəqqinin tipoloji analizi verilməmiş, onunla ey-

ni qəbildən olan hadisələr aşkara çıxarılmamış  və deməli, onun uyğun 

gəldiyi ümumi də müəyyənləşdirilməmişdir. Bizcə, əsil mahiyyətin indiyə-

dək kölgədə qalmasının səbəblərindən biri də məhz budur. 

Lakin əgər elmi-texniki tərəqqi elm və texnikanın məcmu tərəqqisi 

kimi başa düşülərsə, bu, vahid unikal hadisə olur və bu zaman, doğrudan 

da tipoloji analizə ehtiyac qalmır. Bizim təklif etdiyimiz konsepsiya halın-

da isə elmi-texniki tərəqqi elmin texnikaya tətbiqinə xidmət edən sistemin 

inkişafını  əks etdirmir və onun mənşəyinin tədqiqi göstərir ki, bu hadisə 

ümumiyyətlə biliklərin əməli fəaliyyətdə istifadə olunması ilə bağlıdır və 

deməli, insanın bütün məqsədəuyğun fəaliyyət sahələrini  əhatə edən bu 

prosesin xüsusi halıdır. Tarixən ilkin olan bu daha geniş miqyaslı hadisə 

getdikcə iki istiqamətdə xüsusiləşir. Birincisi, biliklərin elmiləşməsi, xüsu-

si elmlərin formalaşması ilə  əlaqədar olaraq məhz elmi biliklərin tətbiqi 

hər cür koqnitiv biliklərin tətbiqinə  nəzərən özünəməxsusluq təşkil edir. 

İkincisi, elm özü getdikcə böyük miqyas alır və onun məqsədəuyğun fəa-



  Elm–Texnika–İstehsal 

 

 

 

479



 

liyyətə tətbiqi heç də yalnız texnikada maddiləşməklə məhdudlaşmır. Xü-

susilə ictimai elmlərin tətbiqi, bir qayda olaraq, texnika vasitəsilə deyil, 

başqa yollarla həyata keçir. İstehsal yalnız texnikanı təkmilləşdirmək sayə-

sində inkişaf edə bilməz. Bunun üçün ictimai istehsalın strukturu da tək-

milləşdirilməlidir. Bu sahədə  əməyin elmi təşkili, idarəetmə  nəzəriyyəsi, 

elmi planlaşdırma, elmi proqnozlaşdırma, sosial-iqtisadi ekspertiza və 

s.dən istifadə olunmalıdır. Digər tərəfdən, istehsal prosesində başlıca məh-

suldar qüvvə – insandır. Deməli, insanın özünün təkmilləşdirilməsi üçün 

də elmin nailiyyətlərindən istifadə edilməlidir. Onun fiziki sağlamlığının 

təmin edilməsi, dar ixtisaslaşmanın mənfi təsirlərindən mühafizə olunması, 

peşə xəstəliklərinə qarşı mübarizə və s. üçün erqonomika və təbabət elmi-

nin tətbiqi zəruridir. İnsanın mənəvi kamilliyinin (zira istehsalın avtomat-

laşması şəraitində intizam, məsuliyyət hissi, əməyə şüurlu münasibət və s. 

ön plana keçir), estetik zövqünün (müasir dövrdə  həm istehsal şəraitinin 

estetik prinsiplər  əsasında təşkilinə, həm də istehsal məhsullarının estetik 

zövqü oxşamasına böyük diqqət verilir – dizayn və s.) inkişaf etdirilməsin-

də də ictimai elmlərin böyük rolu vardır. Deməli, elmin istehsal sahəsinə 

tətbiqi texnika ilə məhdudlaşmır. Lakin nəyə görə təkcə maddi istehsal sa-

həsinə? Müasir dövrdə elm həm də digər fəaliyyət sahələrinə, məsələn, 

təhsil sisteminə (pedaqogika nəzəriyyəsi, psixologiya və s.), cəmiyyətin el-

mi surətdə idarə olunmasına (sosiologiya və s.), məişət sahəsinə (asudə 

vaxtın elmi təşkili, mikrososiologiya, sosial psixologiya və s.) səhiyyəyə, 

idmana və s. tətbiq olunur və bütün bunlar elmin praktikaya tətbiqi adı al-

tında ümumiləşdirilərsə və bu tətbiqin ümumi meylləri, qanunauyğunluqla-

rı, səciyyəsi aşkar edilərsə – onda daha geniş miqyaslı bir hadisədən – el-



mi-praktik tərəqqidən danışmaq mümkündür ki, elmi-texniki tərəqqi onun 

yalnız bir qolunu, aspektini təşkil edir. 

İndi isə, elmi-texniki tərəqqinin mənşəyi, mahiyyəti və məzmununa 

dair fikirlərimizi ümumi şəkildə də olsa şərh etdikdən sonra, bir daha «el-

mi-texniki inqilab» anlayışına qayıdaq. Bu anlayışla əlaqədar qarşıya çıxan 

əsas suallardan biri bundan ibarət idi ki, elm və texnikanın inkişaf prose-

sindəki hər hansı keyfiyyət dəyişikliyi elmi-texniki inqilab kimimi başa 

düşülməlidir? Problemə daha konkret yanaşdıqda bu sual öz növbəsində 

iki suala haçalanır. Baxılan sahədəki hər hansı keyfiyyət dəyişikliyi inqilab 

kimimi başa düşülməlidir? “Sıçrayış” və “inqilab” anlayışları fərqləndiril-

məli deyilmi? «İnqilab» kateqoriyası xüsusi elm sahələrinin və ya hətta 


Elm haqqında elm 

 

 



 

480


ümumiyyətlə elmin, texnikanın keçirdiyi keyfiyyət dəyişmələrinə  şamil 

edilməlidirmi? Yaxud başqa bir sual: Elmi-texniki fəaliyyət sahəsinin ənə-

nəvi anlayışından imtina edərək onu bu kitabda irəli sürülən konsepsiyaya 

müvafiq  şəkildə, yəni elmi biliklərdən  əməli biliklərə keçidi təmin edən 

xüsusi fəaliyyət sahəsi kimi başa düşdükdə elm və ya texnika sahəsindəki 

keyfiyyət dəyişiklikləri elmi-texniki fəaliyyət sahəsinə  nə  dərəcədə  şamil 

edilə bilər? 

Əvvəla «inqilab» anlayışının özü haqqında. Belə qəbul olunmuşdur 

ki, «inqilab» anlayışı yalnız sosial hadisələrdəki çevrilişlərə aid edilə bilər. 

Burada K.Marksın belə bir fikrini yada salmaq yerinə düşər ki, “sosial 

inqilablar heç də bütün hallarda siyasi inqilab şəklində olmur”.

 

7



1

 

Elmi-texniki tərəqqidə də inqilabi çevrilişdən yalnız onun sosial ha-



disə olması sayəsində danışmaq mümkündür. Bu halda elmi-texniki inqilab 

elmi-texniki fəaliyyət sisteminin qnoseoloji və texnoloji en kəsiyində de-

yil, yalnız sosial en kəsiyindəki keyfiyyət çevrilişini  əks etdirməlidir. 

Analoji olaraq, gərək elmi inqilablar da, adətən qəbul edildiyi mənada 

(məsələn, Kun konsepsiyasında olduğu kimi, paradiqmaların əvəzlənməsi 

mənasında, Lakatosun konsepsiyasında tədqiqat proqramlarının, Xoltonun 

konsepsiyasında temaların dəyişilməsi mənasında, yaxud dünyanın elmi 

mənzərəsinin dəyişilməsi mənasında və s.) yox, elmin sosial en kəsiyin-

dəki çevriliş mənasında işlədilsin. 

Lakin istər elmi, istər texnoloji, istərsə də elmi-texniki inqilab anla-

yışları daha çox dərəcədə hadisənin daxili məzmun (məsələn, elm üçün da-

xili məzmuna – elmi yaradıcılıq axtarışları, elmi bilik sistemləri və s. aid-

dir, elmin sosial təşkili üçün zəruri olan ünsürlər: laboratoriya, institut, ma-

liyyə sistemi və s. – xarici məzmuna daxil olur) tərəfindəki çevrilişlərlə 

bağlı olduğundan «inqilab» anlayışının  ənənəvi mənasına yenidən nəzər 

salmaq zərurəti ortaya çıxır. 

Biz bu məsələni  ətraflı  təhlil etməyərək diqqəti belə bir cəhətə 

yönəltmək istəyirik ki, inqilab haqqında nəzəriyyənin nüvəsini təşkil edən 

«sosial inqilablar» nəzəriyyəsində bu hadisənin hər cür keyfiyyət 

dəyişməsinə, sıçrayışa nəzərən spesifikası müəyyən edilmişdir və bizim 

fikrimizcə, burada ən spesifik cəhət çevrilişin müxtəlif struktur səviyyələri 

arasındakı ziddiyyətin həlli sayəsində həyata keçməsidir. 

                                                 

1

 К.Маркс и Ф.Энгельс. Сочинения, т.4, с. 185. 



  Elm–Texnika–İstehsal 

 

 

 

481



 

Cəmiyyətdə məhsuldar qüvvələrlə istehsal münasibətləri, habelə ba-

zis və üstqurumun münasibəti (bu münasibətlər bəzən səhv olaraq məzmun 

və forma münasibəti kimi qələmə verilir) müxtəlif struktur səviyyələri və 

ya müxtəlif en kəsikləri arasında, daxili və xarici məzmun arasında müna-

sibət kimi götürülə bilər ki, bu tərəflər arasında ziddiyyət olduqda böhran 

– inqilabi şərait yaranır. Və ilk baxışda nə qədər paradoksal görünsə də, in-

qilab üstqurumdan – xarici məzmundan başlanır və daxili məzmunun 

inkişafı üçün meydan açır. 

Elmi, texniki və elmi-texniki tərəqqi hadisələrində  də inqilabdan 

yalnız o vaxt danışmaq mümkündür ki, burada çevriliş bir en kəsiyi daxi-

lində yox, müxtəlif en kəsikləri arasındakı ziddiyyətin həlli hesabına baş 

versin. Tədqiq etdiyimiz hadisə halında inqilabi keyfiyyət dəyişikliyinin 

olub-olmadığını (!) müəyyənləşdirmək üçün hadisənin daxili (koqnitiv və 

texnoloji) məzmunu ilə sosial məzmunu arasındakı əlaqənin inkişaf yolunu 

izləmək, daxili keyfiyyət dəyişilmələrini sosial en kəsiyindəki də-

yişikliklərlə  və xarici təsirlərlə (makromühitlə) vəhdətdə  nəzərdən keçir-

mək zəruridir. Yalnız bu zaman hansı  dəyişikliklərin (mikrostrukturdakı 

keyfiyyət dəyişiklikləri – sıçrayışlar da daxil olmaqla) hadisənin müntə-

zəm inkişafını  təmin etdiyini, hansıların isə sosial sferaya çıxmaqla  əks 



əlaqə yaratdığını və bununla da inqilabi rol oynadığını müəyyənləşdirmək 

mümkün olar. 

Elmi-texniki inqilab hadisəsinin bizim tərəfimizdən təklif olunan 

mövqedən təfərrüatı ilə  tədqiq olunması  əsas mövzudan kənara çıxdığına 

görə, biz burada problemin qoyuluşu ilə kifayətlənirik. 


Elm haqqında elm 

 

 



 

482


 

 

 



 

 

Elm və texnikanın 



nisbi müstəqillik şərtləri və əlaqə formaları 

 

 



Elm, texnika və istehsalın qarşılıqlı əlaqə və vəhdətindən danışarkən 

qarşıya çıxan birinci sual bunlardan hansının həlledici, aparıcı rol oynama-

sıdır. Əgər bu tərəflərin qarşılıqlı əlaqəsini tarixi ardıcıllıqla izləmiş olsaq, 

görərik ki, insanların maddi həyatı, maddi ehtiyacları əmək alətlərinin, ilk 

texniki vasitələrin düzəldilməsin və istifadə olunmasını zəruri etmiş və bu 

vasitələrin təkmilləşdirilməsi obyektiv gerçəkliyin öyrənilməsi sayəsində 

mümkün olmuşdur. İdrak prosesi, yeni biliklərin əldə olunması insanların 

maddi fəaliyyətinin məhsulu olsa da, getdikcə daha çox dərəcədə bu maddi 

fəaliyyətə nüfuz etmiş, onun daha məqsədyönlü və daha səmərəli olmasına 

imkan yaratmışdır. Beləliklə, hələ elmin bir sistem kimi formalaşmasından 

çox-çox əvvəl texniki tərəqqi gerçəkliyin öyrənilməsi ilə qarşılıqlı əlaqədə 

olmuş və nisbi müstəqil elm sahələrinin meydana gəlməsinə böyük təkan 

vermişdir. Deməli, texniki tərəqqi elmdən əvvəl də mövcud olmuşdur. 

Müasir dövrdə isə texniki tərəqqi, bir tərəfdən, nisbi müstəqil şəkil-

də davam edir, digər tərəfdən də elmin ən yeni nailiyyətləri əsasında yeni 

vüsət alır. Ona görə də müasir dövrdə texnikanın və texniki tərəqqinin təd-

qiqi iqtisadi inkişafın əsas amili olan elmi-texniki tərəqqinin sürətləndiril-

məsi, bu hadisənin daxili strukturunun öyrənilməsi və  nəzəri cəhətdən 

əsaslandırılması üçün mühüm rol oynayır. Elmi-texniki inqilab şəraitində 

texniki tərəqqi əsasən elmin təsiri ilə həyata keçsə də, öz nisbi müstəqilli-

yini itirməmişdir və onun ayrılıqda nəzərdən keçirilməsi tamamilə müm-

kündür.  Şübhəsiz ki, bu halda texniki tərəqqinin elmi-texniki tərəqqi ilə 

paralel olaraq, nisbi müstəqil surətdə davam etməsinin mümkün şərtləri 

müəyyən edilməlidir. 

Müasir dövrdə respublikamızda elmi-texniki tərəqqi və nisbi müstə-

qil texniki tərəqqi hadisələrinin nisbətinin kəmiyyətcə qiymətləndirə bil-



  Elm–Texnika–İstehsal 

 

 

 

483



 

mək üçün faktiki materiala müraciət etsək görərik ki, elmin iqtisadi səmə-

rəsi ixtiraçı  və  səmərələşdiricilərin fəaliyyətindən qat-qat çoxdur. Təbii 

olaraq sual ortaya çıxır ki, belə böyük fərq müqabilindəki bərabərlik nəyin 

hesabınadır? 

EA-nın irəli sürdüyü elmi ideyaların istehsalata tətbiqi elmi-texniki 

fəaliyyət sayəsində mümkün olduğu halda, ixtiraçı və səmərələşdiricilərin 

təklifləri yeni elmi ideyalar əsasında olmayıb praktik biliyə  əsaslanır və 

nisbi müstəqil texniki tərəqqi hadisəsinə uyğundur. Müasir dövrdə texnika-

da köklü yeniliklər yalnız yeni elmi kəşflərin tətbiqi sayəsində mümkün ol-

duğundan məlum elmi prinsiplər  əsasında düzəldilmiş texniki qurğuları 

onların bilavasitə istifadə edilməsi prosesində, praktik səmərə və əməli təc-

rübə mövqeyindən ancaq təkmilləşdirmək mümkündür. 

Texniki qurğuların təkmilləşdirilməsinə, daha əlverişli və məqsədə-

uyğun  şəkildə yenidən qurulmasına xidmət edən texniki ixtiralar, əlbəttə, 

sayca çox olsa da, böyük iqtisadi səmərə verə bilməz. Başqa sözlə, belə 

təkliflər köklü dəyişikliyə  səbəb olmadığından, müəyyən miqdar iqtisadi 

səmərə əldə etmək üçün onların sayı da çox olmalıdır. 

Elmi-texniki tərəqqinin isə xarakteri başqadır. Burada, bir tərəfdən 

istehsalın bütövlükdə yeni prinsiplər əsasında qurulmasına imkan verən el-

mi-texniki təkliflər tətbiq olunur; ikincisi, bu təkliflər lokal xarakter daşı-

mır, texniki qurğunun heç də yalnız müəyyən bir hissəsinin, cəhətinin də-

yişdirilməsinə  həsr olunmayıb, sistemli xarakterə malikdir. Başqa sözlə, 

yeniləşdirmə istehsal prosesinin bir mərhələsini deyil, bir neçə mərhələsini 

və ya bütövlükdə istehsal prosesini əhatə etməklə yalnız keyfiyyətcə yeni-

lik olmayıb, miqyas genişliyi ilə də fərqlənir. Üçüncüsü, bu cür yeniliklər 

konkret bir istehsal müəssisəsi daxilində, həmin müəssisənin spesifikasını 

nəzərə alan və yalnız həmin müəssisədə  tətbiq olunan ixtiralardan fərqli 

olaraq universal tətbiq imkanlarına malikdir və eyni tipli bütün müəssisə-

lərdə tətbiq olunduğundan verdiyi iqtisadi səmərə də böyük olur. 

Texniki səmərələşdirici təkliflər prinsipcə kütləvi xarakter daşıya 

bilər. Texnikanın yeni elmi kəşflər əsasında dəyişdirilməsi isə xüsusi elmi-

texniki axtarışlar tələb etdiyinə görə, bütöv institutlarla vasitələnir və kom-

pleks tədqiqatlar sayəsində  həyata keçir. Bu sahədə yenilik əldə edilməsi 

çətindir və kütləvi xarakter daşıya bilməz. Lakin xüsusi xarakterli bu cür 

yeniliklər fundamentallığı ilə seçilir və onların istehsalata tətbiqi bütün öl-

kə miqyasında nəzərdə tutulur. Deməli, bu halda ixtiralar sayca məhdud 


Elm haqqında elm 

 

 



 

484


olsa da tətbiq kütləvi miqyas alır.  İqtisadi səmərələrin bərabərliyi də elə 

bununla izah olan bilər. 

Mövcud vəziyyətin təhlilindən çıxış edərək nə kimi tövsiyələr 

vermək olar? 

Əvvəla, nisbi müstəqil texniki tərəqqi prosesini daha da sürətləndir-

mək, ayrı-ayrı müəssisələrdəki səmərələşdirici təkliflərin məqsədəuyğun-

luğunun qiymətləndirmək üçün yüksək iqtisadi operativ qrup fəaliyyət 

göstərməlidir. Müəssisə  rəhbərliyi həmin qrupla məsləhətləşdikdən sonra 

heç bir başqa inzibati mərhələyə müraciət etmədən verilən təklifi praktik 

olaraq yoxlamaq və bu təklif özünü doğruldursa onu bütün müəssisə miq-

yasında kütləvi surətdə  tətbiq etmək hüququna malik olmalıdır. Texniki 

yenidənqurmanın daxili qüvvələr hesabına (təkcə daxili fiziki qüvvə yox, 

həm də daxili intellektual qüvvə, müəssisə  işçilərinin mənəvi-intellektual 

potensialından istifadə edilməsi və bununla həm də bu potensialın inkişaf 

etdirilməsi) həyata keçirilməsi müəssisədaxili şərait və təfərrüatları nəzərə 

almağa imkan verməklə yanaşı, operativliyi artırır, çoxpilləli rəhbərliyin, 

mərkəzləşmənin çox vaxt bürokratizm şəklində  təzahür edən mənfi təsir-

lərini aradan qaldırır, texniki tərəqqinin intensivliyini yüksəldir. Bu baxım-

dan, bazar iqtisadiyyatı müəssisələrin müstəqilliyini artırmaqla texniki 

tərəqqi sahəsində də azad rəqabətə imkan açır. 

İkincisi, bir sıra hallarda ayrı-ayrı müəssisələrdə irəli sürülən və tət-

biq olunan texniki yeniliklər yalnız yerli əhəmiyyətə malik olmayıb, həmin 

tipli başqa müəssisələrdə  də  tətbiq oluna bilər. Ona görə  də müəssisələr-

arası texniki informasiya və təcrübə mübadiləsinə ehtiyac vardır. Bir sıra 

hallarda belə əlaqə elmi-texniki cəmiyyətlər tərəfindən təmin olunur. 

Elmi-texniki tərəqqinin nisbi müstəqil texniki tərəqqi ilə eyni tərtib-

də səmərə verməsi onun böyük imkanlarından çox az istifadə olunduğunu 

göstərir.  

Təkcə elmi tədqiqatlar müasir dövrdə iqtisadiyyatda qarşıya çıxan 

elmi-texniki ehtiyacları ödəmək üçün çox azdır. Qarşıda duran problemin 

əhatə dairəsi akademik tədqiqatların imkanlarından kənara çıxır. Müasir 

dövrdə elm o dərəcədə zəngin və hərtərəflidir ki, onu bütövlükdə əhatə et-

mək bir ölkə üçün, hətta böyük bir ölkə üçün də çətindir. Buna görə də el-

mi tədqiqatların konkret proqramlar üzrə həyata keçirilməsi, başqa sahələr-

də isə dünya elminin hazır nailiyyətlərinin öyrənilməsi, qlobal miqyasda 

elmi əməkdaşlıq mühüm şərtlərdir. 



  Elm–Texnika–İstehsal 

 

 

 

485



 

İkincisi, elmə müəyyən zəruri ətalət, konservatizm xas olduğundan 

istənilən anda tədqiqatları lazımi istiqamətə yönəltmək mümkün deyil. Bir 

tədqiqatın yarımçıq kəsilməsi və tezcə başqa, daha aktual görünən aspektə 

keçilməsi kimi başa düşülən «operativlik» külli miqdarda dövlət əmlakının 

hədər itməsinə səbəb ola bilər. 

Respublika iqtisadiyyatına yeni elmi-texniki nailiyyətlərin tətbiqi 

işində təkcə Akademiya institutlarının elmi nailiyyətlərinə deyil, müxtəlif 

nazirliklər və istehsalat müəssisələri nəzdində olan (və ya olmalı olan – el-

mi-texniki inqilab tələb edir ki, bir tərəfdən, elmi tədqiqat müəssisələri 

nəzdində istehsalat müəssisələri olsun, digər tərəfdən də istehsalat müəssi-

sələri nəzdində ixtisaslaşmış elmi tədqiqat laboratoriyaları və ya hətta ins-

titutları fəaliyyət göstərsin) tədqiqat institutlarının və s. birgə nailiyyətləri-

nə, habelə bütün planet miqyasında elmi yeniliklərə, xarici ölkələrdəki el-

mi tədqiqatların da nəticələrinə istinad edilməlidir. Bunun üçün isə ilk növ-

bədə yerli təsərrüfatın əsas sahələri üçün müəyyən maraq kəsb edən, bu sa-

hədə tətbiqi əhəmiyyətə malik olan elmi nəticələri toplamaq və seçmək tə-

ləb olunur. İkincisi, bu cür elmi tədqiqat işlərinin, alınmış elmi nəticələrin 

yerli müəssisələrin konkret tələblərinə uyğun olaraq tətbiq edilməsi sahə-

sində elmi-texniki axtarışlar aparılmalıdır. Və nəhayət, alınmış elmi-texni-

ki nəticələr ilk mühəndis-konstruktor işlərindən sonra müəssisələrin birin-

də  və ya sınaq bazarlarında təcrübədən keçirilməli və sonra kütləvi 

istehsala, müəyyən profili və xüsusiyyəti bütün istehsal müəssisələrinə tət-

biq olunmalıdır. Bu məqsədlə  əvvəlcə  həmin texniki avadanlığın özünün 

kütləvi, seriyalı buraxılışına nail olmaq və bu sahədə artıq tamamilə yeni, 

özünəməxsus elmi-texniki və mühəndis-konstruktor işi, xüsusi istehsal sa-

həsi yaratmaq lazım gəlir. 

Müasir dövrdə elmi-texniki tərəqqinin sürətləndirilməsi və iqtisadiy-

yatda intensiv inkişaf yoluna keçid tələbinin ödənilməsi üçün elmi və elmi-

texniki tədqiqat sahələri arasındakı keyfiyyət fərqini nəzərə almaq və bu 

sahədəki işin təşkilini Elmlər Akademiyasından tələb etmək yox, bu məq-

sədlə xüsusi Elmi-texniki Mərkəz yaratmaq mühüm şərtdir. 

Belə bir Mərkəz fundamental elmi tədqiqatlardan fərqli olaraq 

aşağıdakı funksiyaları icra etməlidir: 

1.

 

Ölkənin iqtisadiyyatının qoyduğu konkret texniki tələblərin öy-



rənilməsi. Bunun üçün yerlərdə mühəndis-texniki işçilərin və  fəhlələrin 

rəyləri, təklifləri, şikayətləri, çətinlikləri və s. nəzərə alınmalı  və bununla 



Elm haqqında elm 

 

 



 

486


yanaşı, Mərkəzin özünün təşkil etdiyi mütəxəssislərdən ibarət qruplar tərə-

findən yoxlamalar aparılmalıdır. Onların köməkliyi ilə yerlərdə texniki tə-

ləbatın düzgün müəyyənləşdirilməsi və Mərkəzə çatdırılması təmin edilir, 

yerlərdən alınan informasiya əsasında yoxlamalar aparılır,  ən mühüm və 

zəruri texniki ehtiyaclar qeyd edilir və tədqiqat istiqamətləri planlaşdırılar-

kən bu, nəzərə alınır. Bu cür texniki ehtiyaclar iki qrupa ayrıla bilər. 

a) Mövcud texniki biliklərin səmərəli tətbiqi, texniki tərəqqinin öz 

sərhədləri daxilində aparılan axtarışlar nəticəsində ödənilə bilən ehtiyaclar. 

Bu məqsədlə mühəndis-konstruktor bürolarına, ixtiraçı və səmərələşdirici-

lər cəmiyyətinə və s. müraciət edilməlidir. 

b) Praktik biliyin sərhədlərindən kənara çıxan, yalnız  ən yeni elmi 

nailiyyətlərin tətbiqi sayəsində ödənilə bilən texniki ehtiyaclar. Bu halda 

Elmi-texniki Mərkəz həmin texniki tələbatın spesifikasına uyğun olaraq 

ümumdünya miqyasında  əldə olunmuş elmi nailiyyətləri nəzərdən keçirir 

və problemin həllinə imkan verən elmi nəticələrin tətbiq yollarını axtarır. 

Əgər elmin özündə  həmin istiqamət hələ  zəif işlənmişdirsə, Elmi-texniki 

Mərkəz fundamental elmi tədqiqat aparan müvafiq elmi müəssisələrə sifa-

rişlər verir. yəni elmin inkişafı da texniki tələbata uyğun olaraq istiqamət-

ləndirilir. 

2. Deməli, yerli iqtisadiyyatın texniki tələblərinin əsas istiqamətləri 

müəyyənləşdirildikdən sonra, ilk növbədə  məhz həmin istiqamətlərə dair 

elmi və elmi-texniki informasiyaların toplanması lazım gəlir və bu sahədə 

İnformasiya Mərkəzinin (deməli, həm də belə bir mərkəz yaradılmalıdır) 

işi Elmi-texniki Mərkəzin işi ilə  əlaqələndirilməlidir. Digər tərəfdən də, 

nəyi isə qabaqcadan lazımsız kimi qiymətləndirmək, hansı isə yenilikdən 

könüllü surətdə imtina etməmək üçün, yerli texniki tələblərlə ilk baxışda 

əlaqəsi görünməyən, lakin özlüyündə maraqlı olan elmi və elmi-texniki ye-

niliklərin də toplanması zəruridir. Onlardan necə, hansı məqsədlərlə, nə ki-

mi  əlavə  dəyişikliklərlə  və s. istifadə etməyin mümkünlüyü isə sonradan 

müəyyənləşdirilir. Deməli, burada əks hadisə baş verir; texniki tələbat elm 

qarşısında problem qoymur, əksinə, elm öz yeni imkanlarını nəzərdən ke-

çirməyi texnikaya təklif edir, onun qarşısında alternativ qoyur, meydan 

açır. 

3. Digər ölkələrin müəssisələrində artıq tətbiq olunan və ya tətbiqi 



planlaşdırılan elmi-texniki təkliflərin, ixtiraların yerli tələblər baxımından 

saf-çürük edilməsi və onların ən vaciblərinin operativ şəkildə təcrübə ba-



  Elm–Texnika–İstehsal 

 

 

 

487



 

zarlarında yoxlanması, istehsal üçün təklif olunması. Texnikanın çox 

yüksək inkişaf sürəti ilə  dəyişdiyi müasir dövrdə elmi-texniki təkliflərin 

köhnəlməsinə yol verməmək üçün Mərkəz müəyyən səlahiyyətə, İqtisadiy-

yat Nazirliyi ilə koordinasiya şəraitində  işləsə  də, müəyyən nisbi müs-

təqilliyə, operativ dəyişikliklər hüququna malik olmalıdır. 

4. Xarici ölkələrdəki elmi tədqiqatlarda bilavasitə tətbiqi əhəmiyyəti 

olan nəticələr mətbuatda açıq  şəkildə  şərh olunmadığından, ixtira və 

kəşflər patentləşdirildiyindən xarici elmi informasiyanın tədqiqinə bir az 

da uzaqdan başlamaq, elmi ideyaların, fundamental elmi-nəzəri nəticələrin 

mümkün tətbiq variantlarını araşdırmaq, bu sahədə xüsusi elmi-texniki təd-

qiqat işi aparmaq və buraya Elmi Mərkəzdən də mütəxəssislər dəvət etmək 

lazım gəlir. Deməli, Elmi-texniki mərkəz bütün dünya elminin yeni nəticə-

lərini elmi-texniki baxımdan nəzərdən keçirməli və perspektivli sahələrdə 

xüsusi tədqiqat aparmalıdır. Bu cəhət Elmi-texniki Mərkəzin elm ilə, elmi 

müəssisələr və ilk növbədə Elmlər Akademiyası ilə  sıx  əlaqə saxlamalı 

olduğunu göstərir. 

Göründüyü kimi, Elmi-texniki mərkəz tətbiqi elmlər sahəsindəki 

fəaliyyətdən başlamış elmi-texniki, mühəndis-konstruktor, mühəndis-tex-

niki iş pillələrini də  əhatə etməklə  təcrübə-istehsal sahəsində, yeni texni-

kanın özünün istehsal olunması üçün zəruri  şərtlərin ödənilməsi və s. bu 

kimi praktik işlərə qədər geniş bir sahəni əhatə etməlidir. Hal-hazırda bü-

tün bu aralıq mərhələlərdə iş aparılır, lakin bu işlər vahid bir sistemdə əha-

tə olunmur; hər bir mərhələnin daxil olduğu xüsusi şəbəkə, idarə, müəs-

sisə, rəhbərlik vardır və buna görə də, ideyadan istehsalata gedən bu yolun 

müxtəlif pillələri arasında ziddiyyət ortaya çıxmaya bilməz. 

Maraqlıdır ki, praktik sahədə  ən çox nisbi müstəqil texniki tərəq-

qinin sürətləndirilməsi üçün yollar axtarıldığı halda elmi-texniki tərəqqinin 

(sözün dar mənasında) sürətləndirilməsi sahəsində  hələ  də ciddi dönüş 

yaradılmamış və hətta nəzəri şəkildə məsələnin təhlili verilməmişdir. 

Texniki tərəqqi sahəsindəki başlıca praktiki çətinliklər nədən ibarət-

dir? Əvvəla, ixtiraçılıq və səmərələşdiricilik işini tənzim edən vahid sistem 

yaradılmamış, sınaqdan çıxmış metod və formalar işlənib hazırlanmamış, 

bu sahədəki təşəbbüskarlıqdan daha çox qaydaya, normaya çevrilməmiş, 

həmin sahənin idarəsi ilə əlaqədar maliyyə sistemi müəyyənləşdirilməmiş-

dir. 


Elm haqqında elm 

 

 



 

488


Doğrudan da, ixtira və ya səmərələşdirici təklifin kütləvi istehsalda 

nəzərə alınması bir sıra maneçiliklərlə bağlıdır. İxtiraçıların xüsusi maliyyə 

büdcəsinin planlaşdırılmaması onların axtarışlarına müstəqillik vermir və 

digər tərəfdən də  bəzən texniki yeniliklərin istifadə olunması  məsələsi 

mütəxəssis olmayan inzibati işçilərdən asılır olur ki, onlar da həmin yeni-

liklərin iqtisadi səmərəsini düzgün qiymətləndirə bilmirlər. 

Hal-hazırda istehsal müəssisələrində texniki yenidənqurma işlərinə, 

ixtiraçılıq və səmərələşdiricilik fəaliyyətinə bilavasitə xidmət edən xüsusi 

müəssisədaxili formalar çox müxtəlifdir. Müəyyən bir müəssisənin öz eks-

perimental bazası olur və ya eyni profilli bir neçə müəssisənin vahid bazası 

yaradılır. Böyük zavodlarda və s. müəssisədaxili Konstruktor büroları 

(KB) və ya hətta Elmi tədqiqat institutları təşkil olunur. Eksperimental la-

boratoriyalar, problem laboratoriyaları, yaradıcılıq laboratoriyaları  və s. 

yaradılır. 

Lakin belə suallar ortaya çıxır ki, ixtiraçılar üçün ayrıca iş sahəsi la-

zımdırmı, yoxsa onlar iş vaxtından sonra müəssisənin  əsas sahəsindənmi 

istifadə etsələr yaxşıdır? İxtiraçılıq axtarışları üçün əlavə ştatlar lazımdır-

mı? Əlavə maaş verilməlidirmi, yoxsa onlar real nəticəyə görə mükafatla 

qənaətlənməlidirlər? 

Müasir dövrdə – dövlət müəssisələri ilə özəl müəssisələr azad rəqa-

bət şəraitində işlədiyi bir vaxtda hərə öz üstünlüyündən istifadə etməyə ça-

lışmalıdır. Dövlət müəssisələrində  əməyə görə qiymətləndirmə sistemi, 

maddi stimullaşdırma prinsipinə tətbiq olunmalıdır. Bir halda ki, ixtiraçılıq 

fəaliyyəti icraçılıq fəaliyyətindən daha çox iqtisadi səmərə verir, nəyə görə 

bu fəaliyyət, məsələn, əlavə iqtisadi səmərənin müəyyən faizi miqdarında 

mükafatlandırılmasın? Maraqlıdır ki, elm sahəsində sərf olunan hər bir ma-

nat təqribən beş manatlıq fayda verdiyi halda, ixtiraçı və səmərələşdirici-

lərin fəaliyyətinə sərf olunan hər bir manat 3 qat artıq fayda verir. Deməli, 

bu sahəyə pul ayrılması dövlət miqyasında planlaşdırmada, böyük miqyaslı 

layihələrdə qabaqcadan nəzərə alınmalıdır. 

Özəl müəssisələrdə texniki yeniliklərin tətbiq olunması sahibkar 

üçün gəliri artırmağın əsas yollarından biridir. Təcrübə göstərir ki, texniki 

yenilikçilik üçün ən səmərəli forma özəl müəssisələrlə müqavilə əsasında 

işləyən laboratoriyalardır. Belə ki, bu zaman həm maddi stimullaşdırma 

şərti ödənilir, həm də bilavasitə zavodda işləyən, başqa müəssisələrdə çalı-

şan ixtisaslı kadrların əməyindən istifadə olunmasına imkan yaranır. Həm 



  Elm–Texnika–İstehsal 

 

 

 

489



 

dövlət, həm də özəl müəssisələrlə müqavilə bağlamaq imkanı müəssisənin 

müstəqilliyinin artması deməkdir. Ümumiyyətlə son illərdə aparılan iqtisa-

di eksperimentlərdən alınan  ən başlıca qənaətlərdən biri elm və istehsal 

müəssisələri arasında xüsusi elmi-texniki əməkdaşlığın inkişaf etdiril-

məsidir. 

Təsərrüfat müqaviləli işlərin  ən mühüm üstünlüklərindən biri elmi 

işçilərin bilavasitə  təsərrüfat sahələrinə  cəlb olunması, onların yaradıcılıq 

axtarışlarının müəssisənin texniki tələbatı ilə  əlaqələndirilməsidir. Bu, bir 

tərəfdən, təsərrüfatın yeni elmi-texniki əsaslarla təzədən qurulmasına im-

kan verirsə, digər tərəfdən, elmi işçilərin eksperimental bazasını möhkəm-

ləndirir, onlara öz işlərinin praktik nəticələrini bilavasitə yoxlamaq imkanı 

verir. Xüsusən ali məktəblərdə elmi-texniki fəaliyyət üçün şərait pis 

olduğundan burada çalışan alimlərin müqavilə ilə istehsalata cəlb olunması 

böyük əhəmiyyətə malikdir. 

Elmi-texniki tərəqqi və nisbi müstəqil texniki tərəqqi hadisələrinin 

ümumi mənzərələrini nəzərdən keçirərkən belə bir cəhət diqqəti cəlb edir 

ki, ölkəmizdə elm sahəsində müəyyən mərkəziyyət təmin edildiyi halda nə 

nisbi müstəqil texniki tərəqqi sahəsində, nə də elmin texnika və istehsalata 

tətbiqi sahəsində belə bir mərkəziyyət təmin edilməmişdir. Bu sahədə elmi 

surətdə  işlənmiş vahid iqtisadi prinsiplərin olmaması müəyyən obyektiv 

çətinliklərlə, ilk növbədə yaradıcı  əməyin proqnozlaşdırılması  və qiymət-

ləndirilməsi üçün müvafiq metod və meyarların dəqiq müəyyənləşdirilmə-

məsi ilə bağlıdır. Lakin bu iş nə qədər çətin olsa da, hər bir konkret halda 

konkret müqavilələr bağlandığına görə elmi və elmi-texniki iş  də bazar 

iqtisadiyyatının tənzimləmə prinsiplərinə uyğun olaraq qiymətləndirilmiş 

olur. 

Elmi-texniki və nisbi müstəqil texniki tərəqqi sahələrində  təşkilati 



və iqtisadi xarakterli çətinliklər həmin sahələrin metodoloji və  məntiqi-

qnoseoloji aspektlərdə kifayət qədər öyrənilməməsi ilə  də bağlıdır. Hələ 

indiyə qədər elmi-texniki biliklərin və elmi-texniki fəaliyyət sahəsinin spe-

sifikasının müəyyənləşdirilməməsi, onun keyfiyyətcə yeni olması və elmi 

biliklərdən və elmi fəaliyyətdən, habelə texniki biliklərdən və nisbi müstə-

qil texniki yaradıcılıq fəaliyyətindən fərqlənməsi nəzərə alınmadığından, 

təşkilati sahədə də bir sıra prinsipial qüsurlara yol verilir. Belə ki, Elmlər 

Akademiyasından texniki yenilik, istehsalata tətbiq və iqtisadi səmərə göz-

lənilməsi elmin əsas funksiyasının kölgədə qalmasına səbəb ola bilər. Döv-


Elm haqqında elm 

 

 



 

490


lət tərəfindən, habelə böyük birliklər, konsorsiumlar tərəfindən elmi-tex-

niki yaradıcılıq işlərini planlaşdıran, ona nəzarət edən, onu təşkil edən 

xüsusi mərkəzlər yaradılması  və bu zaman diqqətin məhz tətbiqi işlərə 

yönəldilməsi zamanın mühüm tələbidir. 

Düşünmək olar ki, vahid Elmi-Texniki Mərkəz nəyə görə zəruridir? 

Məgər İqtisadiyyat nazirliyi çərçivəsində görülən işlər mərkəziyyət şərtini 

ödəmək üçün kifayət deyilmi? Xeyr, söhbət inzibati mərkəzdən yox, elmi-

texniki mərkəzdən, real praktik fəaliyyət sahəsindən, ixtisaslaşmış əməyin 

təşkilindən, Elmlər Akademiyası ilə paralel surətdə mövcud olan (onu əvəz 

etməyən və ya onu təkrar etməyən) və külli miqdarda elmi-texniki müəssi-

sələri, alim, mühəndis və konstruktor kadrlarını birləşdirən vahid 

qurumdan gedir. 

İxtira və  kəşfləri, elmi və elmi-texniki yaradıcılıq proseslərini tən-

zimləyən Dövlət, Elm və Texnika Komitəsi, İxtiraçılar və Səmərələşdirici-

lər cəmiyyətinin Mərkəzi  Şurası, Elmi-texniki İnformasiya Mərkəzi və s. 

təşkilatların ləğv olunması müvafiq fəaliyyət sahələrinin təşkilatlanmasına 

mənfi təsir göstərir və açıq-aşkar bir pərakəndəlik mövcuddur. Lakin bu 

təşkilatlar qalsa idi də, onlar yalnız köməkçi xarakter daşıyır və bilavasitə 

elmi-texniki fəaliyyəti əhatə edə bilməzdi. 

Tətbiqi xarakterli məsələlərlə  məşğul olan xüsusi Mərkəzin ya-

radılması  həm də Elmlər Akademiyasının daha çox dərəcədə  məhz elmi 

problemlərlə məşğul olmasına, fundamental elmlərin inkişaf etdirilməsinə 

də imkan verər. Elmlər Akademiyası qeyri-elmi (elmi-texniki və bilavasitə 

tətbiqi) işlərdən azad olmaqla yanaşı, Elmi-Texniki Mərkəzlə  sıx surətdə 

əlaqə yaradılması sayəsində daha səmərəli eksperimental bazaya malik ola 

bilər. Elmi-tədqiqat institutları nəzdindəki Konstruktor Bürolarını Mərkəz-

lə əlaqə əvəz edə bilər. Mərkəzin informasiya sistemi və xüsusi axtarışların 

vasitəsilə elmi müəssisələr konkret tələbatın istiqamətləri ilə daha yaxın-

dan tanış ola bilərlər. Həm də  mənəvi ehtiyacların ödənilməsi, adamların 

mənəvi-intellektual enerjisindən daha düzgün, səmərəli və hərtərəfli istifa-

də edilməsi Respublika Elmlər Akademiyası  və bu kimi elmi mərkəzlər 

yalnız müəyyən sahələr üzrə ixtisaslaşmış  mərkəzlərə çevrilmək zərurə-

tindən xilas olarlar. 

Elmi-texniki Mərkəz yalnız istehsalat üçün texnikanın təkmilləş-

dirilməsi və yeni texnika nümunələrinin yaradılması ilə məhdudlaşmayıb, 

digər fəaliyyət sahələri, habelə elm üçün texnika hazırlamaq işini öz öhdə-



  Elm–Texnika–İstehsal 

 

 

 

491



 

sinə götürə bilər. Bununla elmlə zehni fəaliyyəti praktik fəaliyyətdən – 

qeyri-peşəkar  əməkdən ayrılması başa çatmış olar. Elmi-texniki fəaliyyət 

nisbi müstəqillik əldə etdikcə elmin daxili tamlığı və müstəqilliyi şərti də 

daha çox ödənmiş olar. Digər tərəfdən də, elm texnikasının sənayeləşməsi 

üçün ciddi zəmin yaranmış olar. 

Elm texnikasının sürətlə inkişaf etməsi və nisbi müstəqillik qazan-

ması müasir dövr üçün çox səciyyəvi olan cəhətlərdən biridir və bizcə, el-

mi-texniki tərəqqidə inqilab mərhələsi (elmi-texniki inqilab) məhz elm tex-

nikası ilə istehsal texnikası arasındakı  sərhəddin aradan götürülməsi ilə 

bağlıdır. Elmin bilavasitə  məhsuldar qüvvəyə çevrilməsinin də  əsl ma-

hiyyəti bundan ibarətdir. 

Texnikanın yalnız istehsal texnikası kimi başa düşülməsi, onun 

başqa növlərinin öyrənilməsi və ya çox səthi olaraq nəzərdən keçirilməsi 

texnikanın və texniki tərəqqinin mahiyyətinin başa düşülməsində  də 

müəyyən çətinliklər yaratmışdır. Halbuki, texnikanın elmi-texniki və 

texnoloji fəaliyyətin spesifikasını, mahiyyətini dəqiq müəyyənləşdirmədən 

elmi-texniki tərəqqinin sürətləndirilməsi, vahid Elmi-texniki fəaliyyət 

Mərkəzinin yaradılması  və s. bu kimi ciddi vəzifələrin müvəffəqiyyətlə 

həyata keçirilməsi mümkün deyil. 

Fəlsəfi  ədəbiyyatda texnoloji fəaliyyət, elmi-texniki fəaliyyət anla-

yışları ilə yanaşı, mühəndis fəaliyyəti, mühəndis-konstruktor fəaliyyəti, ix-

tiraçılıq fəaliyyəti və s. anlayışlardan da geniş istifadə olunur. Lakin bu 

fəaliyyət sahələrinin konkret əhatə dairələrini, ümumi və fərqli cəhətlərini 

əks etdirən müqayisəli tədqiqat işləri hələ yoxdur. Başqa sözlə, bu sahədə 

konkret elmi terminologiya hələ formalaşmamışdır. Fəaliyyət sahələri haq-

qında, ictimai və fərdi fəaliyyətin strukturu haqqında yazılmış əsərlərdə də 

öyrənmək istədiyimiz məsələ haqqında dəqiq məlumata rast gəlmək 

çətindir. 

Texniki bilik, texniki və texnoloji fəaliyyət haqqında danışılarkən 

söhbətin məhz nədən getdiyini yalnız kontekst əsasında müəyyənləşdirmək 

mümkün olur. Elmi institutlardan konstruktor bürolarına, konstruktor büro-

larından eksperimental istehsala, oradan isə kütləvi istehsala, sənayeyə ge-

dən yolun hər hansı nöqtəsində «texnika» anlayışından eyni mənada is-

tifadə etmək mümkün deyil. Müasir dövrdə elmdən kütləvi istehsalata ge-

dən yolda məntəqələrin sayı artır və ciddi daxili bölgü, diferensiasiya ge-

dir. Strukturun bu cür mürəkkəbləşməsi Elm–Texnika–İstehsalat zənci-


Elm haqqında elm 

 

 



 

492


rində incə quruluşu müəyyən etmək, başqa sözlə, hər bir halqanın öz daxili 

quruluşunu da aşkara çıxarmaq zərurəti yaradır. 

Yuxarıda artıq qeyd etdiyimiz kimi, elm sisteminin öz daxilində də 

texnika mövcuddur. Texnikanın bu növü əsasən eksperimentlərə xidmət 

edən cihazlardan ibarətdir. Bu cihazlar ilk dəfə  tək nüsxə  şəklində elmi 

tədqiqat laboratoriyalarında müstəqil surətdə  və ya Konstruktor Büroları 

ilə birlikdə düzəldilir. Lazım gəldikdə sonradan seriyalı buraxılış üçün və 

ya az nüsxədə hazırlanmaq üçün sifariş verilir. Böyük elmi kəşflər çox 

vaxt alimin özü tərəfindən düşünülmüş unikal cihazlar tələb edir. Deməli, 

elmi tələbat texnikanı inkişaf etdirmiş olur ki, bu da elmi-texniki inqilabı 

səciyyələndirən ən mühüm cəhətlərdən biridir. (Bax, Sxem 9.

Hələ istehsal prosesinə kütləvi surətdə daxil olmamış istehsal texni-

kası da ilk dəfə sınaq nüsxələri şəklində düzəldilir. Əslində elm ilə istehsa-

lat arasında xüsusi texnika mərhələsinin müəyyən edilməsi məhz bu sınaq 

nüsxələrinə  əsaslanır.  Əks təqdirdə texnika istehsal vasitələrinə daxil ol-

maqla istehsalat mərhələsində  əhatə edilməli idi. Deməli, artıq istismara 

verilmiş, kütləvi istehsala üzvi surətdə daxil olmuş texnika Elm–Texnika–

İstehsalat zəncirində  texnika halqasına deyil, istehsalat halqasına daxil 

olur. 

Texnikanın müstəqil mərhələ kimi ayrılması məhz yeni texnika nü-



munələrinin ixtira edilməsi, düzəldilməsi prosesini nəzərdən keçirmək 

üçündür. Texniki yaradıcılıq dedikdə  də, məhz sınaq nüsxələrinin yeni 

elmi prinsiplər  əsasında hazırlanması  nəzərdə tutulur. Ona görə  də  əgər 

elmin son məqsədi yeni biliklər almaqdırsa, texniki yaradıcılığın məqsədi 

yeni texniki nümunə, sınaq nüsxəsi düzəltməkdir. 


 

 

 



                                                                  

                                                                                                                                



Sxem 9.

 

Mühəndis-konstruk



fəaliyyəti Texnik

mərkəz 


Elmi-texniki 

fəaliyyət 

Elmi-praktiki 

(texniki) fəaliyyət

Mühəndis-

konstruktor 

fəaliyyəti 

(texniki) fəaliyyət

Təcrübi 

nümunənin 

hazırlanması 

Sosial-i


eksperimen

Texniki  eks

nəticəsi (nü

yoxlan


 

ELM


 

İctimai 


Fund.   Tətb. 

Təbiətşün. 

Fund.   Tətb. 

Texniki 


Fund.   Tətb. 

 

Texniki biliyin 



obyekti 

Eksperimental  

vasitələr 

Mobil 


maşınqayırma 

mərkəzləri 



 

 

 



 

 

 



 

 

Elmin idarə olunması 

 

 



Ayrıca bir skripkaçı özü özünü 

idarə edir, orkestri idarə etmək üçün 

isə dirijor lazımdır. 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin