Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə47/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

ELM  VƏ  DİL

 

 

 

 

 

 

Dil və elmi terminologiya 

 

Dil, təfəkkür və elmi bilik

 


 

 

 



 

 

 

 



 

Dil – insanlar arasında, elm – 

insanla təbiət arasında ünsiyyət 

vasitəsidir. 

 

Əbu Turxan 



 

 

 

Elm və dil 

 

 

 

627



 

 

 

 



 

 

Dil və elmi terminologiya 

 

 

Мilli istiqlalın xalq üçün açdığı imkanlardan biri də öz ana dilində 



təhsil almaq imkanıdır. Azərbaycanda bu imkan sovet dövründə də var idi. 

Lakin rus dilində oxumaq daha üstün sayılırdı. Səbəblərindən biri bu idi ki, 

dövlət idarələrində rus dilindən istifadə olunduğu üçün, bu dili bilmək va-

cib idi. Öz dilində oxumağa rəsmi məhdudiyyət olmasa da, təkcə bu dili 

bilməklə «irəli getmək», vəzifə tutmaq, hər hansı digər sahədə  uğur 

qazanmaq çox çətin idi.  

Düzdür, millət öz dilini ailə-məişət səviyyəsində qoruyurdu, amma 

burada da müəyyən problemlər var idi. Təhsilini rus dilində alanlar öz 

dilində ancaq ləhcədə danışır və ya heç onu da bilmirdilər. Nəticədə tədri-

cən milli-mənəviyyatdan və adət-ənənədən də uzaqlaşırdılar. Belə fikir ya-

yılmışdı ki, ana dili ilə ancaq şair və müğənni olmaq, yerli bazarda alver 

etmək və ya qayıdıb orta məktəbdə dərs demək mümkündür. Alim olmaq, 

ali məktəbdə dərs demək, İttifaq miqyasına çıxmaq üçün daha çox rus dili 

lazım idi. Elmi kitablar və ali məktəb dərslikləri də əsasən rus dilində idi.  

Təəssüf ki, müstəqillik  əldə olunmasından xeyli müddət keçməsinə 

baxmayaraq, öz dilimizdə elmi kitablar yenə də çox azdır. Düzdür, rus dili 

sıxışdırılır, amma daha çox dərəcədə ingilis dili tərəfindən. Gənclərimizin 

həm rus, həm də ingilis dilində elmi ədəbiyyatla tanış olması, beynəlxalq 

miqyasda elmi fəaliyyətin iştirakçılarına çevrilməsi sevindirici haldır. Am-

ma təhsil prosesinin, xüsusən orta təhsilin mükəmməl Azərbaycan dilində 

aparılması çox vacibdir. Çünki təkcə humanitar biliklər deyil, dəqiq elmlər 

də  gənclərimizin dünyagörüşünün inkişafına, bir şəxsiyyət kimi forma-

laşmasına təsir göstərir. 

“Elmin vətəni olmur”, – deyirlər. Lakin bununla yanaşı, biz bəzən 

“Avropa elmi”, “sovet elmi”, “yapon elmi”, o cümlədən, «Azərbaycan el-

mi” kimi ifadələrə də rast gəlirik. Söhbət əslində nədən gedir? Vahid dün-

ya elmi kontekstində hər bir xalqa, dövlətə məxsus olan ayrıca lokal sahə-


Elm haqqında elm 

 

 

 

628



lərmi var? Yoxsa hər hansı bir xalqın elmi tərəqqidə yerini, xidmətini, 

payını müəyyənləşdirmək üçün identifikasiya aparılır?  

Əlbəttə, əvvəlki tarixi mərhələlərdə, elm hələ bir tam kimi formalaş-

mamış (əslində bu proses hələ də başa çatmamışdır), ayrı-ayrı bölgələrdə 

lokal elm və lokal sivilizasiyalardan danışılması qanunauyğun haldır. Mə-

sələn, “antik elm”, “orta əsr islam elmi”, “ingilis elmi”, “Veymar Almani-

yasında elm” və s. bu kimi ifadələrdə

7

1



 təkcə coğrafi müəyyənlikdən deyil, 

konkret elmi mühit müəyyənliyindən bəhs edilir. Məkan-zaman kontiniu-

mu burada özünü coğrafi və ya siyasi bölgü mənasında yox, tamamilə yeni 

bir mənada – elm fəzasında lokallaşmalar kimi göstərir.  

“Azərbaycan elmi”, yaxud “Azərbaycanda elm” ifadələri ilə biz bu 

kitabda məhz nəyi nəzərdə tutacağıq? Tədqiqatçının milliyyətcə azərbay-

canlı olmasınımı, tədqiqat işinin Azərbaycan siyasi-coğrafi məkanında ye-

rinə yetirilməsimi, yoxsa Azərbaycan dilində yazılmasınımı?  

Xarici ölkədə yaşayan bir azərbaycanlının xarici dildə  nə isə yazıb 

xarici jurnallarda nəşr etdirməsi faktı “Azərbaycan elmi” ilə  nə  dərəcədə 

əlaqədardır? Biz bu halda ancaq onun milli mənsubiyyətinə görə qürur 

duya bilərik. Əslində isə bu faktın bizim elmə elə bir aidiyyatı yoxdur. Ya-

xud başqa millətdən olan və Azərbaycana elmi ezamiyyətə göndərilmiş bir 

şəxsin elmi nəticələri nə  dərəcədə “Azərbaycan elmi”nə aid edə bilərik? 

Başqa bir sual: milliyyətcə azərbaycanlı olan, öz ölkəmizdə yaşayan və 

hətta elmi müəssisələrimizin birində çalışan, əməkhaqqı alan, tədqiqatının 

nəticələrini də bizim nəşriyyatlarda və ya jurnallarda çap etdirən, lakin yer-

li elmi mühitlə heç bir əlaqəsi olmayan, tutaq ki, Rusiya elmi mühitində 

gedən müzakirələrə qatılmaqla kifayətlənən və hansı isə yerli elmi məktəb, 

yaxud problematika ilə bağlılığı olmayan tədqiqatlar hansı elmi fraktala 

aiddir? Təbiət elmləri sahəsində, elmin ön cəbhəsində müəlliflik fərdi qay-

dada müəyyənləşir və alimin milli və siyasi-coğrafi mənsubiyyəti önəm 

daşımır. İctimai-humanitar elmlər sahəsində millilik tədqiqatların məzmu-

                                                 

1

 И.Д.Рожанский. Античная наука. М., Наука, 1980; И.Д.Рожанский. Римская на-



ука // И.Д.Рожанский. История естествознания в эпоху эллинизма и Римской импе-

рии. М., Наука, 1988, с. 338-389; В.П.ГайденкоГ.А.Смирнов. Западноевропейская на-

ука  в  средние  века:  Общие  принципы  и  учение  о  движении.  М.,  Наука, 1989; 

И.С.Дмитриев. Чисто английская наука // Наука и кризисы. Историко-сравнительные 

очерки. СПб., 2003, М.Уолкер. Наука в Веймарской Германии // Наука и кризисы, с. 

550-568. 


Elm və dil 

 

 

 

629



 

nunda problematikada öz əksini tapır. Yəni bu sahələrdə hələ vahid ümum-

bəşəri elmdən danışmaq mümkün deyil. Ona görə  də, burada tədqiqatın 

mövzusu və hansı dildə yazılması xüsusi əhəmiyyət kəsb edir. Elmi tədqi-

qatın praktik tətbiq çevrəsi bölgə və ya etnik milli auditoriya ilə müəyyən-

ləşir. Burada dil amilini bir daha vurğulamaq istərdik. Çünki tətbiq təkcə 

elmi ictimaiyyətə yox, daha geniş oxucu kütləsinə ünvanlandığından bura-

da dil amili önə çıxır.  

Azərbaycanda elm üçün daha bir spesifik məsələ də vardır ki, bu da 

elmi biliklərin gənc nəslə, tələbə-doktorant kontingentinə çatdırılması, el-

mi maarifləndirmə işinin təşkili, habelə milli elmi terminologiyanın forma-

laşdırılması ilə bağlıdır. Düzdür, biz dünya elminə qatılarkən tədqiqatçı-

larımızın öz elmi əsərlərini hansı dildə yazdıqlarının fərqinə varmırıq, am-

ma yerli elmi mühitlə  əks  əlaqənin vacibliyi, elmi məktəblərin formalaş-

ması şərtlərini nəzərə aldıqda, dil amili yenə də önə çıxır. 

 

Dil əməli fəaliyyət prosesində yaranmışdır və əmək bölgüsü nəticə-



sində tarixən dilin özündə də daxili bölgü getmiş, adi danışıq dili zəminin-

də professional dil üslubları formalaşmağa başlamışdır. Bu üslublar, lazım 

gəldikdə müəyyən ixtisas sahəsinin tam spesifik dili olan simvolika sistemi 

ilə danışıq dili arasında körpü rolunu oynayır. Məsələn, riyazi simvollarla 

ifadə olunmuş qanun müvafiq terminlər vasitəsilə danışıq dilində də ifadə 

oluna bilər. Lakin bu, artıq adi danışıq dili deyil, milli elmi dildir. Onun 

inkişafı bir tərəfdən elmin regional inkişaf səviyyəsi, digər tərəfdən də mil-

li danışıq dilinin potensial imkanları ilə müəyyən olunur. Elm inkişaf et-

dikcə daha çox nisbi müstəqillik qazanan elmi dil, dönüb adi danışıq dili 

ilə  əks  əlaqəyə girir, onun daha da zənginləşməsinə  səbəb olur. Sözlərin 

mənaları  dəqiqləşir, incə mahiyyət və  məzmun fərqləri adi danışıqda da 

nəzərə alınır. 

Milli dili zənginləşdirən, inkişaf etdirən ən mühüm professional dil 

sahələrindən biri də, heç şübhəsiz, bədii dildir. Sözlər obrazlaşır və  bədii 

obrazlar sözə çevrilərək milli bədii dilin nisbi müstəqilliyini artırır. Bu sa-

hədəki inkişaf da yenə  əks  əlaqə vasitəsilə adi danışıq dilində iz buraxır. 

Beləliklə, söz ehtiyatı  bədii ifadələr və elmi terminlər hesabına artır, dilə 

yeni üslub çalarları əlavə olunur. 

Lakin biz dilimizin bu iki mühüm inkişaf mənbəyinə münasibətdə 

açıq-aşkar ayrı-seçkiliyə yol veririk. Nəinki, ümumiyyətlə Azərbaycan bə-



Elm haqqında elm 

 

 

 

630



dii dilinin, hətta ayrı-ayrı yazıçıların bədii dil xüsusiyyətlərinin öyrənilmə-

sinə dair xüsusi kitablar yazıldığı halda, Azərbaycan elmi dili təzə-təzə öy-

rənilir, milli fəlsəfi dilimiz isə hələ də müstəqil tədqiqat obyektinə çevril-

məmişdir. Belə vəziyyət Azərbaycan dilinin ahəngdar inkişafına mane olur 

və habelə dilçilik elminə qeyri-sağlam mənəvi iqlim gətirir. Əsl mütəxəs-

sislər tərəfindən araşdırılmamış belə «xam sahə»nin olması bəzən elm və 

fəlsəfədən baş çıxarmayan və elmi tədqiqat səriştəsi olmayan adamlar tərə-

findən sui-istifadə olunur. Nə  qədər ki, bu sahənin həqiqi elmi tədqiqinə 

başlanmamışdır, nə  qədər ki, ciddi daxili rəqabət yoxdur, dilçilikdəki bu 

boşluq, «ağ  ləkə» diletantlar tərəfindən məharətlə istifadə ediləcək, hətta 

onlara dilçiliyin yeni sahələrinin pionerləri adı veriləcəkdir. Halbuki, bu 

problem də yalnız dilçilik problemi deyil. Bizcə, alimlərimiz, milli elmi-

fəlsəfi fikrin bütün təəssübkeşləri bu mühüm sahəyə xüsusi diqqət 

yetirməlidirlər. 

Xüsusi diqqət, lap elə ilk yaxınlaşmada, bizi etiraf edilməsi ağır olan 

iki faktla qarşılaşdıracaqdır. Biri budur ki, elmi-fəlsəfi dilimizin xüsusiy-

yətlərini öyrənmək üçün tədqiqat obyekti, orijinal material yox dərəcəsin-

dədir. Çox nadir və cüzi misallar tapmaq olar ki, hər hansı yeni elmi ideya, 

nəzəriyyə həyata vəsiqəni bizim dildə almış olsun. Orijinal fəlsəfi tədqiqat-

lar da həmçinin. 

Deməli, Azərbaycan elmi-fəlsəfi dilini öyrənmək istəyən tədqiqatçı-

lar əslində nə isə başqa bir şey – özgə dillərdə yaranmış elmi biliklərin bi-

zim dilə tərcüməsinin xüsusiyyətlərini öyrənmiş olurlar. Milli elmi və fəl-

səfi dilin təfəkkürlə üzvi vəhdətdə inkişaf etməməsi, dilimizin bu istiqa-

mətdə inkişafının ləngiməsi, ümumən milli ədəbi dilin strukturuna təsir 

göstərir, onun daxili ahəngi pozulur. Bütün xalqların milli ədəbi dili adi 

danışıq dili zəminində bədii, fəlsəfi və elmi üslubun, habelə digər professi-

onal dil üslublarının (məsələn, idarə dili, konkret təsərrüfat sahələri ilə 

bağlı ixtisas dilləri və s.) təsiri ilə formalaşır. Müasir Azərbaycan ədəbi dili 

isə daha çox dərəcədə bədii dilə arxalandığından və məhz bu istiqamətdə 

«düz yola» çıxdığından, hələ də özünə cığır aça bilməyən elmi dilə bir növ 

yuxarıdan aşağı baxır, onu yaxına buraxmır. Artıq birtərəfli surətdə forma-

laşmış olan ədəbi dilimizin özünümüdafiə instinkti işə düşmüş və vaxtında 

bu sistemə daxil ola bilməmiş professional dillərə, dil üslublarına ögey 

münasibət yaranmışdır. 

Elmi dil, idarə dili və s. nisbi müstəqillik səviyyəsinə qalxa bilmədi-



Elm və dil 

 

 

 

631



 

yindən, öz təsir imkanlarına görə bədii dillə rəqabət apara bilmir. Nəticədə 

dil üçün olduqca ziyanlı bir proses başlanır. Hazırkı səviyyəsindən müştə-

beh olan ədəbi dil özünün gələcək inkişafı üçün təminat verə biləcək pro-

fessional dillərin nisbi müstəqilliyini əlindən alır, müxtəlif daxili dil üslub-

ları arasında rəqabət itir, yaranmış yeknəsəqlik sonrakı inkişaf üçün mane-

əyə çevrilir. 

Son vaxtlar mətbuatımızda Azərbaycan dilinin təmizliyini mühafizə 

uğrunda mübarizə meyli güclənmişdir. Bu, əlbəttə, gözəl məqsədə xidmət 

edən təşəbbüsdür. Lakin hər bir təşəbbüs o zaman həqiqətən faydalı olur 

ki, möhkəm elmi təmələ malik olsun. Əvvəla, «dil» anlayışının özünü 

məhdud mənada başa düşmək, onu yalnız danışıq dili və ya ədəbi dillə ey-

niləşdirmək və onun «təmizliyini» qorumaq üçün qərarlaşmış  mətbuat 

«norma»larına istinad etmək düzgün deyil. Dil nə isə mütləq sabit bir şey 

olmayıb, cəmiyyətin bütün sahələrinin, o cümlədən də elmin, texnikanın 

tərəqqisini özündə əks etdirən, həyatla daim ayaqlaşmalı olan dinamik pro-

sesdir. Təfəkkürün inkişafı dilin inkişafından kənarda mümkün deyil. Belə 

olduğu halda dilin qorunmasını, onun saflığı  uğrunda mübarizəni necə 

başa düşmək lazımdır? 

Bəzən bəsit vətənpərvərlik mövqeyindən çıxış edən bir sıra  ədə-

biyyatçılar, jurnalistlər dilimizə kənar sözlərin daxil olması və bunun yol-

verilməzliyi haqqında böyük təşvişlə danışır, mətbuatda belə sözlərin iş-

lənməsinə yol verməməyə çağırırlar. «Qlobus» sözü çoxdan dilimizə daxil 

olduğu halda, «qlobal» sözünə müqavimət göstərilir. «Sivilizasiya», «in-

formasiya», «ekologiya», «kibernetika», «subyekt», «obyekt» sözlərini iş-

lətmək pislənir, onların Azərbaycan dilində qarşılığı axtarılır. «Riyaziy-

yat», «mənəviyyat», «mədəniyyət» və s. bu kimi terminlər də dilçi alimlə-

rimizi narahat edir, onları azərbaycanlaşdırmaq, dilimizi ərəb-fars mənşəli 

sözlərdən təmizləmək üçün yollar axtarılır. Məhz belə bir meylin nəticəsi-

dir ki, son vaxtlar dilimizdə «söz yaradıcılığına» aludəçilik baş alıb gedir, 

artıq qərarlaşmış ifadə və terminlərin əvəzinə onların mənasını dəqiq ifadə 

etməyən və ya hələ ki, ancaq tapmaca kimi səslənən sözlər işlədilir. Məsə-

lən, mətbuatda «dəlil», «isbat», «təxəyyül», «təhlil» sözlərinin  əvəzinə 

«tutarqa», «doğrultma», «qurama», «açıqlama» kimi sözlərin işlənməsi di-

limizə heç də aydınlıq gətirmir. «Strukturu» – «quruluş», «sferanı» – «sa-

hə», «elementi» – «ünsür», «bürokratiyanı» – «süründürməcilik» kimi tər-

cümə edənlər  əslində elmi mənanın xeyli dərəcədə təhrif olunduğunu nə-


Elm haqqında elm 

 

 

 

632



zərdən qaçırırlar. Hətta «material» və «ideal» sözlərinin «maddi» və «mə-

nəvi» kimi tərcüməsi də ilk baxışda uğurlu görünməsinə baxmayaraq, fəl-

səfi dilə xeyli dolaşıqlıq gətirir, çünki rus dilindəki «вещественное» və 

«духовное» terminləri də eyni sözlərlə  tərcümə olunur. Bəzi kitablarda 

«sintez»in «tərkib» kimi işlənməsinə isə heç cür bəraət qazandırıla bilməz, 

çünki bu söz əslində tamam başqa mənanı ifadə edir. Belə misallardan çox 

gətirmək olar. Məqsəd isə diqqəti ancaq buna yönəltməkdir ki, beynəlxalq 

miqyasda qəbul olunmuş elmi terminləri nəyin bahasına olursa-olsun 

tərcümə etməkdənsə, dilimizi onların hesabına zənginləşdirmək və dilin 

dəqiq ifadə imkanını artırmaq daha məqsədəuyğundur. Xüsusən, elmi dili-

mizin mühüm tərkib hissəsini təşkil edən ərəb mənşəli sözlərə qısqanclıqla 

yanaşmağa heç bir əsas yoxdur. 

Çünki neçə əsrlər ərzində İslam Şərqində elmin inkişafında və ərəb 

elmi-fəlsəfi dilinin formalaşmasında həmvətənlərimizin də rolu az 

olmamışdır və bu sözlər bizim milli elmi yaradıcılıq  ənənələrimiz və 

təfəkkür mədəniyyətimizlə sıx surətdə bağlıdır. 

Əlbəttə, ədəbiyyatçı təəccüblənə bilər ki, görəsən niyə istənilən ob-

razın sözlə ifadəsinə imkan verən zəngin Azərbaycan dili alimlərimizə 

azlıq edir? Bəlkə yazıçılarımız,  şairlərimiz milli dialektlərdən,  şivələrdən 

istifadə etməklə öz milli bədii dilimizi daha da inkişaf etdirdiyi kimi, başqa 

dillərdən söz almağa ehtiyac duymadığı kimi, alimlərimiz də dilimizin 

geniş ehtiyatlarına müraciət etsinlər, axtarışlar aparsınlar, çətinlik çəksələr 

dilçilər, jurnalistlər köməyə gəlsin? Nəyə görə xüsusi elmi əsərlərdə işlədi-

lən alınma sözlər ədəbi dilə də keçir, bəziləri bu sözləri mətbuata, televizi-

yaya da gətirməkdən çəkinmirlər? 

Suallar, əlbəttə, məntiqi əsasdan məhrum deyil. Lakin bütün məsələ 

elm və bədii ədəbiyyatın fərqində, elmi dilin spesifikasındadır. Bu spesifi-

ka elmin ümumbəşəri xarakterindən, vahid planetar hadisə olmasından irəli 

gəlir. 

Elm bütün dünya xalqlarının birgə səyi nəticəsində yaradılan vahid 



bütöv prosesdir. İngilislərin ayrı, ərəblərin ayrı, rusların ayrı elmi yoxdur. 

Eləcə  də, müstəqil Azərbaycan elmi yoxdur. Elm hamı üçün ümumidir. 

Lakin onun yaradılmasında, inkişafında heç də hamı eyni rol oynamamış-

dır. Müxtəlif dövrlərdə öz inkişaf səviyyəsindən asılı olaraq bu və ya digər 

xalqın, ölkənin, regionun elmə verdiyi pay müxtəlif olmuşdur. Həm də bö-

yük elm məbədində heç kimin xidməti unudulmamışdır. Müasir elmi 



Elm və dil 

 

 

 

633



 

biliyin məntiqi strukturuna və elmi dilin, terminlərin etimologiyasına nəzər 

salsaq, elmi yaradıcılıq yolunun tarixi, coğrafi və milli xəritəsini ayırd et-

mək çətin deyil. Yunan və latın mənşəli terminlər min illər keçməsinə bax-

mayaraq, müasir elmi dilin əsasını təşkil edir ki, bu da antik elmin tarixi 

xidmətini düzgün əks etdirir. Orta əsrlərdə  ərəb alimlərinin, islam mədə-

niyyətinin elmin inkişafına göstərdiyi böyük təsirin nəticəsidir ki, elmi 

dilin beynəlmiləl arsenalına bir sıra ərəb mənşəli terminlər daxil olmuş və 

bu gün də bütün dünya xalqları tərəfindən işlədilməkdədir. 

Biz beynəlmiləl elmi terminlərin əsasən saxlanması zərurətindən da-

nışarkən, bunun heç də yalnız başqa xalqların elmin inkişafına göstərdiklə-

ri xidmətə hörmət mənasında başa düşülməsini istəməzdik. Əlbəttə, bu da 

mühüm şərtdir. Lakin ən başlıcası odur ki, hər bir termin sadəcə söz olma-

yıb bütöv nəzəri təlimdir, konseptual bir sistemin ifadəsidir. Termini əvəz 

etdiyimiz milli sözün isə heç şübhəsiz, öz ənənəvi məzmunu vardır. Bu 

məzmunun həmin konseptual sistemlə üst-üstə düşməsi ehtimalı çox azdır. 

Ona görə  də, elmi dildə  gəlişigözəl «tərcümələr» məzmunun dəqiqliyinə 

xələl gətirir. Qondarma tərcümə elmi idrakın adi şüur müstəvisinə köçü-

rülməsinə uyğun gəlir. Bu isə könüllü surətdə elmdən uzaqlaşmaq, onu 

bəsitləşdirmək və təhrif etmək olardı. 

Əgər elmin gündəlik həyata getdikcə daha çox nüfuz etməsi sayəsin-

də beynəlmiləl elmi terminlər də elmi dildən danışıq dilinə keçirsə, kütləvi 

ədəbiyyata, mətbuata nüfuz edirsə, bundan təşvişə düşmək lazım deyil. 

Bunu zəruri təbii proses kimi qəbul etmək lazımdır. Beynəlmiləl elmi ter-

minləri süni yolla tərcümə etmək, kənarda oturub hazır elmi biliklərə milli 

don geyindirmək iddiası istər-istəməz vahid ümumbəşəri elm sistemindən 

imtina etməyə ekvivalentdir. 

Biz beynəlmiləl elmi terminlərin əsasən saxlanması zərurətindən da-

nışarkən, bunu heç də yalnız başqa xalqların elmin inkişafında xidmətlərini 

dəyərləndirmək naminə etmirik. «Adət», «şəriət», «şahmat» və s. onlarca 

bu cür söz bir çox xalqların ədəbi dillərinə nə üçün tərcüməsiz daxil olub? 

Çünki sözlər eynilə saxlandıqda məna çalarını, həmin hadisənin tarixi spe-

sifikliyini daha düzgün əks etdirir, daha tutumlu olur, mənaca daha zəngin 

və daha konkret olur. Nə üçün biz istisna olunmaqla (doğurdanmı buna 

yalnız bizim dilin imkanları çatırdı?) az qala bütün dünya xalqları «пере-

стройка», «гластность» sözlərini olduğu kimi işlətməyi üstün tutdular? 

Məhz həmin hadisələrin özünəməxsusluğunu, spesifik rus təcrübəsi ol-


Elm haqqında elm 

 

 

 

634



duğunu nəzərə çarpdırmaq üçün. 

Avropalılar, ruslar artıq ədəbi dilə  də sirayət edən «alqoritm», «al-

qebra», «alkoqol», «kimya», «əlkimya», «neft», «benzol» sözlərinin qarşı-

lığını niyə axtarmırlar? Çünki elmin tarixi, onun real inkişaf prosesi ilə el-

mi dil arasında sıx bir əlaqə vardır. Çünki sözlər elmi prosesin və ya tarixi 

təcrübələrin bətnindən dünyaya gəlir və onları dəyişəndə məna spesifikliyi 

itir. 

Elmi dilin inkişafına mane olan ikinci əsas amil isə budur ki, jurna-



list üslubu üçün düzəldilmiş dil qəliblərinin kortəbii surətdə elmi dilə tət-

biq edilməsi dilin ifadə imkanlarını süni surətdə məhdudlaşdırır, mürəkkəb 

məntiqi təfəkkür strukturlarının adekvat ifadəsinə mane olur. Mürəkkəb 

cümlələrə və bir cümlədə, hətta bir abzasda eyni sözün bir neçə dəfə təkrar 

olunmasına qoyulan qadağanlar fikrin dəqiq ifadəsini çətinləşdirir. Forma 

«gözəlliyi» naminə məzmun kobudlaşır, dəqiqliyini və incəliyini itirir. 

Artıq «rəsmən» qərarlaşmış olan dil stereotiplərinə, məlumatçılıq və 

«canlı təsvir» üslublarına hədsiz sədaqət göstərən dövri mətbuatımız «mü-

hakimə» və «təhlil» üslublarını heç cür yaxına buraxmaq istəmir. Mətbu-

atın üzünü elmi terminlərə, elmi-fəlsəfi üsluba və mürəkkəb cümlələrə 

bağlamaqla jurnalistlərimiz, naşirlərimiz oxucularda elmi təfəkkürün, ra-

sional düşüncənin inkişafına nə  qədər ziyan vurduqlarını, görünür, heç 

ağıllarına da gətirmirlər. Unudurlar ki, vahid üslub yaratmaq təşəbbüsü əs-

lində fikirlərin solğunlaşmasına, rəngarəngliyin itməsinə səbəb olur. Unu-

durlar ki, hər müəllifə fikir azadlığı ilə yanaşı üslub azadlığı da verilməsə 

dil inkişaf edə bilməz. Əlbəttə, biz üslub plüralizminin dildə anarxiya kimi 

başa düşülməsinin əleyhinəyik. Zira hər bir sahənin öz invariantları olduğu 

kimi, dilin də müəyyən prinsipləri, sabit qaydaları, invariantları olmalıdır. 

Lakin bu ümumi prinsipləri konkret qəliblərlə  əvəz etmək, mahiyyətləri 

qorumaq  əvəzinə  təzahürləri mütləqləşdirmək meyli ilə bağlıdır?  İstər-is-

təməz dilimizin əsl invariantlarının hələ  də dəqiq müəyyənləşdirilməməsi 

ehtimalı ortaya çıxmırmı? 

Elmi-fəlsəfi fikrin xalqdan, xalqın isə fəlsəfi təfəkkür və rasional dü-

şüncədən ayrı düşməsinə aparan bu cür vəziyyətdən necə çıxmaq olar? Dar 

qəliblər, yersiz mühafizəkarlıq və qondarma terminlər hesabına dili inkişaf 

etdirmək və bununla elmin, milli fəlsəfənin inkişafı üçün meydan açmaq 

olarmı? Əgər dil rasional idraka və ona müvafiq olan zəruri formalara bi-

ganə qalırsa, elmi-fəlsəfi təfəkkürlə adi şüur arasında körpü salmaq, geniş 



Elm və dil 

 

 

 

635



 

xalq kütlələrinə  məntiqi təfəkkür mədəniyyəti aşılamaq mümkündürmü? 

Xeyr. Əvvəlcə müəyyən səbəblər üzündən elmin geri qalması, milli fəlsəfi 

fikrin buxovlanması dilin inkişaf ahəngini pozurdusa, yaranmış indiki və-

ziyyətdə artıq ahəngi pozulmuş dil özü də elmi-fəlsəfi fikrin inkişafına ma-

ne olan amillərdən birinə çevrilmişdir. Dilin məhdudluğu təfəkkürə  də 

çəpər çəkməyə başlamışdır. 

Həm rusca, həm də Azərbaycanca sərbəst danışan adam üçün müəy-

yən bir mövqeni şərh etmək, məqalə yazmaq, elmi surətdə əsaslandırmaq 

görəsən hansı dildə asandır? Praktika göstərir ki, rus dilində. Niyə? Ona 

görəmi ki, bizim dilimiz kasıbdır? Xeyr. Ona görə ki, ruslar dil üçün dar-

dar qəliblər düzəltmirlər. Darvazanın ağzını gen açırlar və  hətta alınma 

sözləri də cəsarətlə öz sözləri kimi işlədirlər. Ona görə ki, ruslar bütün fi-

kirlər üçün eyni cümlə stereotipləri düzəltmirlər. Onlar bilirlər ki, əksinə, 

dil özünüqoruma instinktinin təsir dairəsindən kənara çıxa bilməsə, onun 

həyati enerjisi azalır, rəqabət imkanları məhdudlaşır. Bilirlər ki, öz qınına 

çəkilənlər məhvə  məhkumdurlar. Təbii inkişaf meylinə qarşı  çıxaraq bir 

sözdə belə «güzəştə getmək» istəməyənlər bütövlükdə dilin mövqeyinin 

zəifləməsinə səbəb olurlar. 

Müasir dövrdə mütləq izolyasiya dil üçün ən təhlükəli meyllərdən 

biridir. Dünyanın heç bir dili başqa dillər hesabına zənginləşmədən mə-

dəniyyətin bütün sahələrini dolğun surətdə əks etdirə bilməz. Çünki mədə-

niyyət özü xalqların birgə səyi ilə inkişaf edir. Müasir Avropa dillərinin və 

ya rus dilinin etimologiyasına və hazırda həmin dillərdə gedən proseslərə 

nəzər salsaq onların məhz başqa dillər hesabına, beynəlxalq terminlərin qə-

bul edilməsi sayəsində zənginləşdiyini görmək çətin deyildir. Lakin həmin 

dillər alınma üslub və sözləri üzvi surətdə vahid sistemə daxil etməyi, on-

ları özününküləşdirməyi bacarır. Alınma sözləri tərcümə etmək yox, dil 

sisteminin özünü mürəkkəbləşdirmək üstün tutulur. 

Deməli, başlıca vəzifə dilin genişlənməsinin, zənginləşməsinin qar-

şısını almaq deyil, bu zənginləşməni elmi əsaslarla təmin etmək, imkan da-

xilində dilin özünəməxsus qanunauyğunluqlarına riayət etmək, onun spesi-

fikasını nəzərə almaqdan ibarətdir. Lazım gəldikdə dildə gedən yeni pro-

sesləri də əhatə etməklə onun strukturuna, qanunauyğunluqlarına yenidən 

baxmaq variantı istisna edilməməlidir. 

Milli elmi dilin formalaşması və ədəbi dilin beynəlmiləl terminlər və 

elmi üslub hesabına zənginləşməsi prosesinə nəzarət etmək üçün təkcə mü-


Elm haqqında elm 

 

 

 

636



şavirələr, terminologiya komitələrinin iclasları kifayət deyil. Bunun üçün 

həmin dildə elmi və fəlsəfi əsərlər yaradılmalıdır. Dilin gözəlliyi onun səs-

lənmə xüsusiyyətləri və bədii ifadə imkanları ilə müəyyən olunduğu kimi, 

dilin tutumu da onun ifadə edə bildiyi fikrin dərinliyi və dəqiqliyi ilə mü-

əyyən olunur. Təsadüfi deyil ki, Q.V.Hegel öz fəlsəfi  əsərlərini həm də 

alman dilinin nailiyyəti və böyüklüyü kimi izah edirdi. Bəli, Hegel fəlsəfə-

sinin yaranmasında yalnız alman təfəkkürü, onun fəlsəfi  ənənələri deyil, 

həm də alman dilinin verdiyi imkanlar müəyyən rol oynamışdır. Bir qədər 

sonra K.Marksın “Kapital”ı bu dilin böyük imkanların daha bir səpkidə – 

siyasi iqtisad sahəsində də, nümayiş etdirdi. Q.V.Plexanovun, N.A.Berdya-

yevin, A.F.Losevin əsərləri rus dilinin də fəlsəfi təfəkkürü ifadə etmək po-

tensialının necə böyük olduğunu göstərdi. Bu dilin həmin imkan səviyyəsi-

nə yüksəlməsi üçün, şübhəsiz ki, A.S.Puşkin, L.N.Tolstoy, F.M.Dostoyev-

ski  ənənələri kifayət deyildi. Bunun üçün həm də M.V.Lomonosov, 

A.İ.Gertsen, D.İ.Mendeleyev, V.S.Solovyov ənənələri lazım idi. 

Bəs Azərbaycan dilinin elmi-fəlsəfi fikrin inkişafında tarixən nə ki-

mi rolu olub? Orta əsrlərdə Azərbaycanda fəlsəfi fikir də çox vaxt şeir qəli-

binə salındığından, xüsusi elmi-fəlsəfi traktatlar isə əsasən ərəb dilində ya-

zıldığından Azərbaycan fəlsəfi dilinin formalaşması xeyli ləngimişdir. La-

kin artıq XIX əsrdə uzaqgörən Azərbaycan mütəfəkkirləri bu problemə xü-

susi əhəmiyyət verirdilər. Təsadüfi deyil ki, Azərbaycan dilində fəlsəfi və 

elmi-tarixi  əsərlərin hələ  təzə-təzə yazılmağa başladığı vaxtlarda 

M.F.Axundov bu dildə müvafiq üslubun qərarlaşması  zərurətindən və 

onun səciyyəvi cəhətlərindən bəhs edən xüsusi əsər («Tənqid risaləsi») 

yazmışdı. 

Azərbaycan elmi və fəlsəfi dilinin nə vaxt, necə formalaşması prob-

lemi çox ciddi problemdir və onun müstəqil surətdə araşdırılmasına böyük 

ehtiyac vardır. Lakin təəssüf ki, bu sahədə xüsusi xidmətləri olan 

M.F.Axundovun haqqında cildlərlə  əsərlər yazılsa da, onun məhz fəlsəfi 

dilimizin inkişafında rolu lazımınca işıqlandırılmamış, Azərbaycan fəlsəfi 

dilinin çox mühüm qaynaqlarından biri müstəqil tədqiqat obyektinə çevril-

məmişdir. Bəlkə bu onunla əlaqədardır ki, sonralar milli dildə orijinal fəl-

səfi əsərlər yaradılması prosesi davam etdirilməmiş, stalinizm fəlsəfi dilin 

milli təfəkkür tərzi ilə birləşməsinə mane olmuşdur. Nəticədə, sxemə salın-

mış  fəlsəfə, hansı dildə yazılmasından asılı olmayaraq, həmin dilin inki-

şafına heç bir təkan verə bilməmişdir. 



Elm və dil 

 

 

 

637



 

Belə bir şəraitdə dilin inkişafına ancaq klassik fəlsəfi  ədəbiyyatın 

tərcüməsi müsbət təsir göstərə bilər. Lakin təəssüf ki, dünya elmi-fəlsəfi 

irsinin, hətta klassik Azərbaycan fəlsəfi fikrinin heç ən nadir inciləri də 

hələ indiyədək dilimizə  tərcümə olunmamışdır. Azərbaycan  ədəbi dilinin 

pozulmaqda olan daxili ahəngini bərpa etmək üçün bu sahədə operativ 

tədbirlər görülməsinə böyük ehtiyac vardır. Həm də bu iş mühüm olduğu 

qədər də  çətindir və onun yerinə yetirilməsi xüsusi dövlət qayğısı  tələb 

edir. Bəs respublikamızda bu istiqamətdə nə kimi addımlar atılıb? Təəssüf-

lənməli haldır ki, belə bir şəraitdə respublikamızda Azərbaycan dilinin in-

kişafı  və xalqın ümumi mədəni tərəqqisi naminə görülən tədbirlər yenə 

yalnız ədəbi əlaqələrin, bədii tərcümənin daha mütəşəkkil təşkilinə yönəl-

dilir, bu sahədə xüsusi Mərkəz yaradılır, elmi-fəlsəfi tərcümə problemi isə 

yenə də yaddan çıxır, diqqətdən yayınır və daha pis halda bədii tərcümənin 

əlavəsinə çevrilir. İnanmaq istərdik ki, son illərdə respublikamızda Azər-

baycan dilinə göstərilən diqqət və qayğının birtərəfli mənzərəsini tamamla-

maqla, onu ayrı-seçkilikdən azad etmək üçün elmi-fəlsəfi dilimizin də in-

kişafı üçün xüsusi tədbirlər müəyyən ediləcəkdir. Və nəzərə alınacaqdır ki, 

bu problem tam halda yalnız ümumiyyətlə elm və fəlsəfənin inkişafı kon-

tekstində həll edilə bilər. 

Son vaxtlar dilin fəlsəfi məsələlərinə diqqət artmış  və  bəzi fəlsəfi 

cərəyanlar tərəfindən bütövlükdə fəlsəfənin dil problematikası çərçivəsinə 

salınması  cəhdləri dünya fəlsəfi fikrində geniş yayılmışdır. Lakin təəssüf 

ki, Azərbaycan fəlsəfi fikri dünyada gedən proseslərlə  nəinki ayaqlaşa 

bilmir, hətta müasir təlimlərin vaxtında Azərbaycan dilinə çevrilməsi və 

şərhi məsələsində də geri qalır. 

Görkəmli türk-amerikan alimi Oqtay Sinanoğlu yazır: “Hər bir dildə 

elmin və texnikanın inkişafından yaranan ehtiyacları qarşılamaq üçün yeni 

terminlər yaratmaq lazım olur. Bu yaratma işini, çox vaxt dilçilər yox, hə-

min elmi və ya texniki məsələni kəşf edən elm adamları həyata keçirir. Nə-

yə görə?  Əlbəttə, icadını ilk dəfə yazarkən və yaxud izah edərkən yeni 

məfhumların adını özü qoymalı olduğu üçün. Əgər bu mövzu başqa bir 

dildə icad edilibsə, onu ilk dəfə öz ölkəsində təqdim edərək, tətbiq edən və 

onu daha da inkişaf etdirən elm adamı gətirdiyi bu məfhumları öz dilində 

adlandırmaqda məsuliyyət daşıyır. Ona görə də, elmin ön cərgələrində vu-

ruşan, dünya elm meydanında qurşaq tutmalı olan elm adamı lazımi əcnəbi 

dil və ya dillər qədər öz dilinin strukturunu, söz və termin yaratma 


Elm haqqında elm 

 

 

 

638



qaydalarını çox yaxşı bilməlidir.”

7

1



 

Milli elmi-fəlsəfi dilimizin inkişafı üçün ilk növbədə azərbaycanlı 

alimlərin və filosofların orijinal tədqiqat nümunələrinə böyük ehtiyac var-

dır. Necə ki, Dantenin, Şekspirin, Drayzerin, Tolstoyun Azərbaycan dilinə 

tərcümələri milli bədii dilin inkişafındakı rolu baxımından M.F.Axun-

dovun, C.Cabbarlının, M.S.Ordubadinin, Səməd Vurğunun orijinal bədii 

yaradıcılığı ilə müqayisə oluna bilməz, eləcə də xarici dillərdə yazılmış el-

mi-fəlsəfi kitabların Azərbaycan dilinə tərcüməsinin dilin inkişafına təsiri 

bu dilin öz daxili potensialı hesabına meydana gələn, milli dillə milli təfək-

kürün vəhdətinin ifadəsi olan orijinal tədqiqat  əsərlərinin yerini verə 

bilməz. 

Lakin bununla belə elmi-fəlsəfi dil bədii dildən fərqli olaraq milli 

çərçivələr daxilində deyil, daha çox ümumbəşəri elmi-fəlsəfi fikir prosesi-

nin təsiri altında formalaşır. Fundamental elmi əsərlər təkcə müəllifin mən-

sub olduğu millətin yox, bütün bəşəriyyətin intellektual sərvətinə çevrilir. 

Burada aparıcı olan ümumbəşəri elmi təfəkkürdür ki, o da ilk dəfə bu elmi 

yaradan xalqın dilində ifadə olunur, həmin dilin qəlibinə salınır. Başqa 

xalqlar isə orijinalda deyilmiş fikirləri ilkin dil qəlibindən çıxardaraq öz dil 

qəliblərinə salmaq və müstəqil yaradıcılıqla yox, tərcümə ilə bağlı «baş 

sındırmaq» məcburiyyətində qalırlar. 

Ancaq tərcümələr sayəsində inkişaf etmək istəyən dillər kənar təsir-

lərə  məruz qalır, təbii inkişaf meyllərindən, immanent xüsusiyyətlərindən 

uzaqlaşmış olur və nəticədə dildə özgələşmə prosesi gedir. Lakin əgər an-

caq sözlər yox, həm də elmi mətnin ümumi ruhu milli dilə çevrilirsə  və 

milli dilin potensialı buna imkan verirsə, – ancaq bu zaman dil özgələşmə-

dən xilas ola bilər və milli elmi dil üslubu formalaşmış olar. Bunun üçün 

isə əsas yük, ağırlıq mərkəzi dilin üzərinə yox, elmi-fəlsəfi fikir prosesinin 

üzərinə düşməlidir. 

Azərbaycanda nəinki dilçilər, heç fəlsəfəçilər də ümumi dilçilik, di-

lin fəlsəfəsi sahəsində müasir tələblər səviyyəsində elmi tədqiqat aparma-

dığından, dilşünaslarımız bu sahədə dərslik yazarkən ancaq rus mənbələri-

nə istinad etmək məcburiyyətində qalırlar. Lakin Rusiyada da dilşünaslıq 

əsasən öz məcrasında inkişaf etdiyindən müasir fəlsəfi tədqiqatlarla əlaqə 

yaradılmamışdır. Düzdür, «ümumi dilçilik» məsələləri, «dilin mahiyyəti», 

                                                 

1

 Oktay Sinanoğlu. Bir Nev-York Rüyası. “Bye-bye” Türkce. İstanbul, “Otopsi”, 1997, s. 21. 



Elm və dil 

 

 

 

639



 

«dil və nitq», «dil və təfəkkür» kimi problemlər əsasən fəlsəfi ədəbiyyata 

istinadla işıqlandırılır, lakin burada başlıca olaraq klassik fəlsəfi irs nəzərə 

alınır. Halbuki, XX əsrin ikinci yarısında dilin fəlsəfi məsələləri bilavasitə 

fəlsəfənin aparıcı tədqiqat istiqamətlərindən birinə çevrilmiş və bu təməldə 

tənqidi rasionalizm, analitik fəlsəfə, linqvistik analiz, strukturalizm, her-

menevtika və s. təlimlər inkişaf tapmışdır. Lakin filosoflar bu problemlə 

dilçilik kontekstində deyil, məhz fəlsəfənin  əsas məsələsi kimi məşğul 

olduqlarından, görünür, dilçilərin bu prosesə müdaxiləsi o qədər də asan 

deyil. Hər halda dilşünaslığın rus dilli mənbələrində bu baryer keçilmədi-

yindən, Azərbaycan dilşünaslarından bunu gözləmək sadəlövhlük olardı. 

Azərbaycanda fəlsəfi fikrin də səviyyəsi ən azı yarım əsr geri qaldı-

ğından fəlsəfi fikirlə dilşünaslıq arasında müəyyən bir paritet əmələ  gəl-

mişdir. Həm də etiraf etmək lazımdır ki, bu paritet hərdən bir pozulursa, 

onu yenə də fəlsəfəçilər yox, dilçilər pozur, çünki fəlsəfəçilər bu mövzuya 

daha az müraciət edirlər. 

Azərbaycan dilinin müasir mərhələdəki inkişaf yolu milli-elmi fəlsə-

fi dil üslubunun formalaşmasından keçir. 



Elm haqqında elm 

 

 

 

640



 

 

 



 

 

Dil, təfəkkür və elmi bilik 

 

 

Dillə təfəkkürün əlaqəsi heç kimdə şübhə doğurmur və bu mövzuda 



yüzlərlə tədqiqat əsəri yazılmışdır. 

V.Humboldt dil və nitqi müqayisə edərək belə hesab edir ki, dilə heç 

də maddi yox, ideal varlıq kimi baxılmalıdır. Nitq isə dildən törəyən maddi 

məhsuldur.

7

1

 Biz Humboldtun dil haqqındakı mövqeyini qəbul etməsək də, 



nitqin məhz maddiləşmə prosesi olduğunu inkar etmək olmaz. Lakin nəyin 

maddiləşməsi, nəyin üzə  çıxması? Daxili olan, immanent olan əslində 

nədir ki, o nitq vasitəsilə, nitq şəklində üzə  çıxır? Söhbət fikrin, müha-

kimənin maddi təzahüründən, nitqlə ifadə olunmasından getməlidir. Hum-

boldt isə dili təfəkkürün də əsası kimi götürdüyündən, ondan əvvəl hesab 

etdiyindən, daxili, ideal varlıq olaraq məhz dili götürür: «Dil daxili varlı-

ğın orqanıdır, hətta bu varlığın özüdür».

7

2



  Sən demə, «təfəkkür özü dilin 

sayəsində mövcud imiş».

7

3

 Bu mövqe fəlsəfə klassikləri arasında daha çox 



dərəcədə Aristotelin mövqeyinə uyğun gəlir. F.Bekon müxtəlif filosofların 

bu məsələdə baxışlarını müqayisə edərək yazırdı ki, antik dövrün materia-

listləri «zəkanı şeylərin təbiətindən asılı hesab edirdisə, Platon dünyanı fik-

rə, Aristotel isə fikri sözə tabe edirdi».

7

4

 



Fikrin nitq vasitəsilə ifadə olunması mexanizmini təsəvvür etmək 

üçün ən münasib model iki sistem, iki çoxluq arasında adekvat uyğunluq 

və ya riyazi dillə desək, iki çoxluğun kəsişməsi (yaxud hasili) prosesidir.  

Belə ki, hər bir konkret fikir heç də boş yerdə yaranmayaraq, insana 

məlum olan biliklər sistemindən qopub ayrılır və ya onun bazasında 

yaranır. Eləcə də, məhz həmin konkret fikri ifadə etməli olan sözlər sadəcə 

                                                 

1

 В.Гумбольдт. Избранные труды по языкознанию. М., «Прогресс», 1984. с.158, 329. 



2

 Yenə orada, s. 47. 

3

 Yenə orada, s. 325 



4

 Ф.Бэкон. Сочинение в 2-х томах. Том 2. М., 1972. с. 306. 



Elm və dil 

 

 

 

641



 

bu fikrin, anlayışların söz halına, səs halına keçməsi, obyektivləşməsi kimi 

deyil, başqa bir sistemdən, qabaqcadan formalaşmış və əhatə dairəsi, ifadə 

etdiyi mənaları öncədən məlum olan söz sistemindən – dildən həmin fikrə 

adekvat olan bir parçanın  seçilməsi  şəklində həyata keçir. Lakin təbii ki, bu 

seçmə dilə sadəcə söz yığını kimi deyil, diskursiv sistem kimi baxdıqda müm-

kün olur. 

 

          



Sxem 12. 

 

Söhbət bir hadisənin (konkret fikir) başqa formaya (cümlə) keçmə-



sindən, obyektivləşməsindən yox, bir tam daxilindəki hissəyə (alt sistemə) 

başqa tam daxilində adekvat hissə seçilməsindən və bu seçimin izomorf və 

ya homomorf olmasından gedir. Söhbət dil sahəsindəki (çoxluğundakı) 

elementlər arasında elə  əlaqə seçilməsindən gedir ki, o, fikir sahəsindəki 

əlaqələrin xarakterinə adekvat olsun, onu düzgün əks etdirsin. 

Dilin tarixən formalaşması prosesi, hansı isə yeni anlayışları əks et-

dirən yeni sözlərin yaranması bir şeydir, artıq yetkin bir dildən müəyyən 

bir fikri daha yaxşı əks etdirən müəyyən sözlərin seçilib cümlə halına sa-

lınması (daha doğrusu, cümlənin strukturuna daxil edilməsi) başqa şeydir.  

Dil və nitqin nisbəti əyani şəkildə sxemdə əks etdirilmişdir. Birinci 

sistemdən götürülmüş konstruksiyaya (fikrin strukturu) ikinci sistemdə 

adekvat konstruksiya (nitqin strukturu) seçilir. Müqayisə söz və anlayış sə-

viyyəsində aparılırsa, birinci çoxluqdakı hər bir ünsürə ikinci çoxluqda bir 

və ya bir neçə ünsür uyğun gələ bilər (omonimlər).  

Hər hansı anlayışa uyğun söz seçilməsi

7

1



 və anlayışlar arasında mü-

                                                 

1

 Bir  çox  nəzəriyyələrə görə söz ilə anlayış  vəhdətdədir, hətta müəyyən mənada 



eyniyyət təşkil edir; belə olan halda bizim təklif etdiyimiz model özünü doğrultmazdı. 

Lakin biz fikir və nitqin, anlayış və sözün nisbi müstəqilliyindən çıxış edirik və məqalədə 

bu məsələyə də aydınlıq gətirməyə çalışacağıq. 

Nitq 


Potensial

bilik-fikir 

sistemi 

Dil 


Elm haqqında elm 

 

 

 

642



əyyən  əlaqəni ifadə edən fikir konstruksiyasına uyğun cümlə quruluşu 

seçilməsi nitq fəaliyyətinin müxtəlif səviyyələridir. Daha yüksək struktur 

səviyyəsində isə  mətnə uyğun cümlələrin seçilməsi gəlir. Lakin belə ar-

dıcıllıq yalnız prosesin səviyyələrini təsvir etmək üçündür. Real fikir və 

nitq prosesində isə struktur səviyyələri mürəkkəbdən sadəyə doğru düzü-

lür. Müəyyən bir fikri ifadə edən, yaxud hansı isə dildə artıq ifadə olunmuş 

bir cümləni və ya mətni başqa dilə  tərcümə edən  şəxs hissələri yox, bü-

tövü, elementləri yox, konstruksiyanı ön plana çəkməlidir. Fikrin anlayış-

lara parçalanması və hər bir anlayışa uyğun sözlər tapılması, yaxud tərcü-

mə zamanı mətndəki hər bir sözün qarşılığının axtarılması və sözlər tapıl-

dıqdan sonra bunların müəyyən cümlələrdə yerləşdirilməsi hərfi tərcümə 

kimi dəyərləndirilməklə  təfəkkürün və nitq fəaliyyətinin yetkin olmayan 

bir nümunəsini əks etdirir. Yetkin nitq fəaliyyəti isə hissədən tama; sözdən 

cümləyə, cümlədən mətnə deyil, tərsinə (daha doğrusu, düzünə), mətndən 

cümləyə, cümlədən sözə doğru yönəlir. Yəni, əvvəlcə fikrin bütöv mənzə-

rəsi «canlandırılmalı», ümumi konstruksiya müəyyən edilməli, ancaq bun-

dan sonra diqqət onun detallarına yönəldilməlidir. Düzdür, bu proses fikir-

də (və daxili nitqdə) gedir, nitqə çevriləndə isə hər şey yenə sadədən mü-

rəkkəbə doğru düzülür. 

 

Dilin fəlsəfi məsələləri qismində aparılan tədqiqatlar bir qayda ola-



raq müəyyən ənənəvi mövzuları əhatə etmişdir. Ən çox «dil və təfəkkür», 

«söz və  məfhum», «hökm və cümlə» paralellərinə diqqət yetirilmiş, bu 

mövzulara yüzlərlə müxtəlif tədqiqatlar, kitablar həsr olunmuşdur. «Daxili 

dil», «daxili nitq» anlayışlarının ortaya çıxması, fikrin dillə ayrılmaz surət-

də bağlı olması və hətta dilin təfəkkürün əsasında dayanması kimi hipotez-

lər fikrin, düşüncənin, təfəkkürün mahiyyəti və mexanizmi ilə bağlı olan 

fəlsəfi problemləri dilşünaslığa transfer etmişdir. Nəticədə «ümumi dilçi-

lik» istiqamətlərindəki tədqiqatlar istər-istəməz fəlsəfi məzmun və mündə-

ricə kəsb etmişdir.  

Məntiqlə dil arasında paralellər aparılması  təbiidir. Çünki hər ikisi 

mücərrəd təfəkkürlə sıx surətdə əlaqəlidir.  

Fikrin, düşüncənin mexanizmini təsəvvür etmək, anatomiyasını aç-

maq, modelləşdirmək təşəbbüsləri həmişə olmuşdur. Lakin çox mürəkkəb, 

hərtərəfli, zəngin bir prosesi bütün konkretliyi ilə öyrənmək, izah etmək 

çətin olduğundan, burada rasional model vermək yalnız müəyyən mücər-


Elm və dil 

 

 

 

643



 

rədləşmə sayəsində mümkün olmuşdur. Xeyli sadələşdirilmiş bu model 

məhz «mücərrəd təfəkkür», «məntiqi təfəkkür» və ya «rasional idrak» adı 

altında öyrənilmişdir. Lakin qeyri-mütəxəssislər təfəkkürün bu sxematik, 

mücərrəd, formal, cansız modelini ümumiyyətlə təfəkkürlə, «təfəkkür» an-

layışı ilə eyniləşdirdiklərindən məsələnin qoyuluşu xeyli təhrif olunmuş-

dur. Nəticədə dilşünaslıqda dilin «mücərrəd təfəkkür» modeli ilə, «məntiqi 

təfəkkürlə», «formal məntiqlə» müqayisəsi ümumiyyətlə «dil və təfəkkür» 

adı altında təqdim olunur ki, bu da bir sıra dolaşıqlıqlar yaradır. 

Təfəkkürün «məntiqi təfəkkürə» nisbətən daha mürəkkəb bir proses 

olması onun dillə münasibətlərinin öyrənilməsini çətinləşdirir. Real təfək-

kür «məntiqi təfəkkürdən», «rasional idrakdan» başqa «irrasional idrakın» 

bütün aspektlərini, «bədii təfəkkürü», təsəvvür vasitəsilə düşünməyi və 

«məntiqəqədərki təfəkkürün» digər məqamlarını da əhatə edir. Bizim fikri-

mizcə, «məntiqəqədərki təfəkkür» heç də yalnız tarixi bir hadisə olmayıb, 

müasir insanın düşüncə strukturunda mühüm rol oynamaqda davam edir. 

Obrazlı düşüncə isə təkcə bədii yaradıcılığın yox, həm də elmi axtarışların 

mühüm tərkib hissəsi kimi çıxış edir. Bizim milli mentalitetimizi də nəzərə 

alsaq, onda təfəkkürün strukturunda bədiilik məqamları rasionallığa 

nisbətən heç də az diqqət yetirilməmişdir.  

Hər halda dilşünasların təfəkkür dedikdə məhz «məntiqi təfəkkürü» 

nəzərdə tutduqlarını, onun da öz növbəsində formal məntiqlə eyniləşdiril-

diyini nəzərə alsaq, onun dillə münasibətinin öyrənilməsi xeyli sadələşmiş 

olur. Bununla belə, dilin nə üçün ümumiyyətlə idrak prosesi kontekstində 

nəzərdən keçirilməməsi təəccüblü görünür. Axı, biz məhz konkret şeylərin 

və hadisələrin – təkcələrin təsvirini verərkən, dilin üzərinə daha böyük yük 

düşür. Və burada bədii düşüncəyə daha çox ehtiyac yarandığından dil də 

məntiqdən ayrılaraq «bədii təfəkkürlə» ittifaqa girir və burada bədii dil 

üslubu formalaşır.  

Müasir Azərbaycan fəlsəfi fikri və dilşünaslığı dilin formal təfəkkür-

lə müqayisəsindən o tərəfə gedə bilməsə də, Qərbdə bu sahədə son vaxtlar 

bir sıra dəyərli tədqiqatlar ortaya çıxmışdır və bu tədqiqatlar kontekstində 

dilin təfəkkürlə eyniyyəti məsələsi absurd görünür. Məsələn, Dayana Xal-

pern «Tənqidi təfəkkürün psixologiyası» kitabında «təfəkkürü daha geniş 

miqyasda nəzərdən keçirir». «İnformasiyanın ötürülməsi və araşdırılması» 

ilə yanaşı  təfəkkür anlayışı  həm də «simvolların, obrazların və sözlərin 



Elm haqqında elm 

 

 

 

644



şüurlu və təhtəlşüur səviyyəsində istifadəsini» əhatə edir.

7

1



 

Problemin bu aspektinin nə  dərəcədə önəmli olduğunu sadəcə vur-

ğulamaqla kifayətlənərək, yenidən dilin idrak prosesi ilə  əlaqəsi məsələ-

sinə qayıdaq.  

İdrak prosesinin keçmiş sovet məkanında, o cümlədən Azərbaycan-

da qərarlaşmış ənənəvi modelinə görə o, hissi və rasional olmaqla iki pillə-

yə ayrılır. Hər şey obyektiv gerçəkliyin inikasından başlanır. Yəni idrakın 

əsasında praktika, əməli təcrübə dayanır. Obyektiv gerçəkliklə münasibət-

dən qaynaqlanan, onu əks etdirən hissi obrazlar, təsəvvürlər bu təcrübənin 

minlərlə dəfə təkrarı sayəsində ümumiləşərək anlayışları əmələ gətirir. De-

məli, nəticə etibarilə anlayışlar da gerçəkliyin inikasıdır, lakin təsadüfi cə-

hətləri və  məqamları deyil, həmişə  təkrarlanan, sabit, zəruri cəhətləri və 

əlaqələri əks etdirir. Anlayışlar sözlə ifadə olunduqdan sonra hər bir kon-

kret  şeyin, hadisənin ayrıca bir sözlə  işarə olunmasına ehtiyac aradan 

qalxır. Çünki daha artıq hər bir konkret hadisə bu ümumi cəhətlər, xassələr 

və  əlaqələr vasitəsilə, anlayışlarla izah oluna bilər. Beləliklə, sözlər hissi 

obrazların, təkcələrin deyil, ümumilərin fonetik işarəsi kimi ortaya çıxır. 

Bu model dil və  təfəkkürün  əlaqəsindən danışıldıqda da çox vaxt 

əsas kimi götürülür. Lakin unudulur ki, anlayışların formalaşması, biliklə-

rin mənimsənilməsi müasir dövrdə şəxsi təcrübədən daha çox bəşəriyyətin 

fikir və bilik xəzinəsindən hazır şəkildə istifadə etməklə həyata keçir. Dilin 

təfəkkürə nəzərən ilkinliyi haqqındakı fikirlər fərdi planda həqiqətə uyğun 

olmasa da, sosial müstəvidə ciddi əsasa malikdir. Belə ki, hər bir şəxsin 

təfəkkürü, bilik əldə etməsi təcrübə ilə yanaşı, əvvəlki nəsillərin təcrübəsi-

ni əks etdirən biliklər sisteminə də istinad edir. Və bu biliklər əvvəlcədən 

dil qəlibində olduğundan, öncə dili öyrənmədən onları mənimsəmək müm-

kün deyil. Lakin dilin öyrənilməsi şəxsi hissi təcrübə ilə üzvi əlaqədə həya-

ta keçir və buna görə  də  hətta sosial planda dilin, yoxsa təfəkkürün ilkin-

liyini mütləqləşdirmək düzgün olmazdı.  

Anlayışların, sözlərin və biliklərin məhz ictimai praktikanın məhsu-

lu olması haqqındakı fikir yeni deyil. Lakin nədənsə idrak prosesinin mo-

delləşdirilməsi zamanı  fərdi təcrübə  əsas tutulur. Belə bir səhv təəssürat 

yaranır ki, bütün konkret hallarda da biliklərə gedən yol hissi təcrübədən 

keçir. Lakin əslində, bu model ancaq adi həyati biliklərin qazanılması 

                                                 

1

 Д.Халперн. Психология критического мышления. СПб., «Питер», 2000, с. 30. 



Elm və dil 

 

 

 

645



 

prosesini əks etdirir. Doğrudan da, hər bir uşaq adi həyati bilikləri, məişət 

biliklərini xeyli dərəcədə öz şəxsi təcrübəsində  mənimsəyir. Gündəlik 

həyatda, məişətdə rast gəlinən şeylər haqqındakı ilkin biliklər hissi obraz-

lardan keçərək formalaşır. Lakin bu proses də xalis şəkildə, müstəqil olaraq 

həyata keçmir; valideynlərin müdaxiləsi buna imkan vermir.  

Əvvəlki nəsillərin əldə etmiş olduğu hazır biliklər yeni nəslə qəbul 

etdirilir. Çətini dilin özəyini öyrənənə kimidir. Danışmaq qabiliyyəti və 

minimal söz ehtiyatı inkişaf etdikcə biliklərin mənimsənilməsi prosesi və 

deməli, idrak prosesi əvvəlkindən fərqli olan yeni model üzrə gedir. Bu 

model yuxarıda təsvir etdiyimiz və  fəlsəfə  dərsliklərində  həmişə yer alan 

ənənəvi idrak modelindən xeyli fərqlidir.  

Məsələ burasındadır ki, hər bir fərd öz şəxsi həyatında bəşəriyyətin 

keçmiş olduğu tarixi yolu təkrarlaya bilmir. O, daha artıq sadəcə  təbiətlə 

üz-üzə dayanmır. Onun qarşısında indi min illər ərzində insanların yarat-

dığı «ikinci təbiət», mürəkkəb texniki sistemlər və bir də geniş və hərtərəf-

li biliklər sistemi, simvollar dünyası dayanır. Uşaq daha artıq ancaq şəxsi 

təcrübədən çıxış edərək fikirləşmir, bütün bilikləri özü qazanmır;  əvvəlki 

nəsillərin əldə etdiyi düşüncə metodlarını, fəaliyyət prinsiplərini və biliklə-

ri hazır şəkildə götürür. Lakin bu «götürmənin», mənimsəmənin mexaniz-

mi necədir? Burada əvvəlki nəsillərin yaratdığı bütöv mədəniyyət sistemi-

nin, hazır biliklərin və nəhayət, dilin rolu nədən ibarətdir? Hazır dil, hazır 

simvolikalar, hazır idrak metodları, hazır nəzəri sistemlər, mətnlər və s. 

Söhbət daha artıq bir insan miqyasındakı proseslərdən getmir. Müasir 

təfəkkür, fikirləşmə prosesi ənənəvi olaraq qəbul olunduğu kimi duyğuların, 

hissi obrazların, təsəvvürlərin ümumiləşdirilməsi, anlayışların formalaşması 

və anlayışlar arasındakı zəruri əlaqələri üzə çıxarmaqla hökm verilməsi şək-

lində həyata keçmir. Bu – geniş, hərtərəfli ictimai fikirləşmə prosesinin sadə, 

abstrakt modelidir. Bu halda fikrin subyekti olaraq fərd yox, cəmiyyət 

götürülür. 

Fikirləşmə prosesinin, təfəkkürün ictimai xarakter daşıması – əvvəl-

ki nəsillərin formalaşdırdığı anlayışların, fikirləşmə aktlarının və onların 

nəticələrinin hər bir insanın yeni fikir aktında iştirak etməsi deməkdir. 

Burada fikirlərin özünəməxsus şəkildə toplanmasından da danışmaq olar.  

İnsan düşünərkən təkcə öz şəxsi təcrübəsindən, şəxsi hissi dünyasın-

dan, malik olduğu təsəvvürlər sistemindən istifadə etmir. Onun istifadə-

sində olan, kənardan onun istifadəsinə verilən informasiyalar sistemi və bu 


Elm haqqında elm 

 

 

 

646



informasiyadan istifadənin hazır metod, vasitə  və mexanizmləri insanın 

fikir qabiliyyətini və imkanlarını sadəcə artırmır, burada biz tamamilə yeni 

keyfiyyətli və yeni mahiyyətli hadisə ilə üzləşirik. 

Əvvəlki nəsillərin düşüncəsinin (əslində yenə də ictimai düşüncənin 

kollektiv, ümumbəşəri) məhsulları biliklər sistemi şəklində bir tərəfdən 

insanların  şüurunda, hafizələrində saxlanılırsa, digər tərəfdən daha böyük 

miqyaslarda kitablarda – yazılı halda saxlanılır. Üçüncü bir tərəfdən isə 

ictimai praktikanın və biliklərin tətbiqinin nəticəsi olaraq ikinci təbiətdə, 

texniki sistemlərdə və s. saxlanılır. Hər bir insan bu ictimai sərvətdən isti-

fadə etmək imkanına malikdir (müəyyən sosial baryerləri nəzərə almasaq – 

idealizasiya halında). Hərə öz fərdi intellektual imkanlarından və konkret 

sosial situasiyadan asılı olaraq bu sərvətdən bu və ya digər dərəcədə 

bəhrələnir, pay alır.  

Və burada «palaza bürünüb, elnən sürünən», yaşadığı  cəmiyyətə 

adekvat olan, hamının bildiklərini bilən, cəmiyyətdə  qəbul olunmuş me-

yarlar və normalar sistemini mənimsəyən və onlara əməl edən insanla – 



normal insanla daha çox dərəcədə öz fərdiyyətinə, genetik potensialına, 

şəxsi istəyindən, hissiyyatından, təcrübəsindən qaynaqlanan şəxsi fikirləri-

nə üstünlük verən insan – orijinal, yaradıcı insan arasında müəyyən uyğun-

luqlar yaranır. 

Əslində isə real insanlar fərdi ilə ictimainin sintezi kimi mövcud-

durlar. Sadəcə  bəzi adamlarda birincinin, bəzilərində isə ikincinin xüsusi 

çəkisi çoxdur. 

Hazır biliklər sistemindən öyrənən, əvvəlki nəsillərin təcrübəsini və 

biliklərini qəbul edən insanın düşüncə prosesi daha çox dərəcədə 

mənimsəmə prosesidir. Burada hafizə əsas rol oynayır.  

Elm hazır biliklərlə kifayətlənməyərək hər bir problemi məhz özünün 

əmin olduğu  şəxsi hissi təcrübə  və  qəbul etdiyi aksiomlar əsasında,  şəxsən 

izah etməyə çalışan insanların sayəsində inkişaf edir. 

Belə bir insan təsəvvür edək ki, bütün bəşəriyyətin biliklər sistemi, 

bütün ictimai təcrübənin nəticələri, bütün hazır idrak metodları və s. onun 

hafizəsindədir və bu ictimai təcrübəni davam etdirməklə yeni biliklər al-

mağa çalışır. (Müasir kompüterlər bu yolla gedir). Real insanlar isə biliklər 

sisteminə qismən yiyələnmiş olurlar. Dilləri də qismən bildiklərindən, bu 

biliklərin ifadə olunmasında həmişə naqislik vardır. Lakin hazır biliklər 

sistemi ilə hazır dil sistemi (xüsusən elmi biliklər, terminlər və s.) arasında 



Elm və dil 

 

 

 

647



 

bir adekvatlıq vardır. Yeni biliklərin dillə ifadə olunması isə daha çətindir. 

Digər tərəfdən, yeni biliyin əldə edilməsi prosesində də dillə bağlı (əgər dil 

fikirləşmə prosesində iştirak etsəydi) çətinliklər ortaya çıxa bilər.  

 

Bir sıra müasir fəlsəfi cərəyanlarda dilə həddindən artıq önəm veri-



lir, onun tədqiqi ön plana çıxarılır və sanki «dil maddi gerçəkliyin, ha-

disələr aləminin özündən daha önəmli bir şey imiş» mövqeyi ortaya çıxır.  

İdrak prosesinin ənənəvi mücərrəd modelindən kənara çıxıb hər bir 

insan düşüncəsində  iştirak edən ictimai amilləri nəzərə alsaq və hazır 

biliklərin mənimsənilməsi mexanizmini ön plana çəksək burada dilin 

həqiqətən çox mühüm rol oynadığının şahidi olarıq.  

Lakin dil özü bir vasitədir. Dil biliklərin saxlanması, ötürülməsi və 

mənimsənilməsi üçün vasitədir. Dili bilməyən adam həmin dildə saxlanmış 

bilikləri də  mənimsəyə bilməz. Burada şəxsi hissi təcrübə,  ənənəvi idrak 

prosesi heç bir rol oynaya bilmir, çünki min illər ərzində insanların, bəşə-

riyyətin  əldə etdiklərini bir fərdi ömür hüdudunda təkrar etmək mümkün 

deyil. Ona görə də müasir insanın idraki fəaliyyətində məhz hazır biliklər 

sisteminə bələd olmaq və onların üzərində fikri əməliyyatlar aparmaq pro-

sedurları ön plana çıxır. «Hazır biliklər» isə artıq dil qəlibinə salınmış fi-

kirlərdir. Məhz bu mənada, məhz buna görə idrak dillə  sıx surətdə bağ-

lanmış olur. 

Dillə  təfəkkürün  əlaqəsini araşdıran klassik dilçi və  fəlsəfəçilərin 

başlıca nöqsanı dilin rolunu idrakın  ənənəvi modeli çərçivəsində  dəyər-

ləndirmək təşəbbüsündədir. Söz, dil anlayışın, fikrin önünə keçirildikdə is-

tər tarixi idrak prosesində, istərsə də hər bir fərdin ənənəvi idrak qabiliyyə-

tinin formalaşmasında zaman ardıcıllığı, səbəbiyyət əlaqəsi pozulmuş olur.  

Anlayışların əmələ gəlməsində həmin anlayışın adı, onu ifadə edən 

söz necə iştirak edə bilər? 

Fikrimizə aydınlıq gətirmək üçün iki kənar halı əks etdirən fikri eks-

periment aparaq. Əvvəla, fərz edək ki, insan heç bir dil bilmir (lal-kar), la-

kin cəmiyyətdə böyümüşdür. Belə olan halda onun ünsiyyəti dildən fərqli 

şərti işarələrlə  həyata keçir. Burada ancaq konkret hadisələr, təkcələrmi 

işarələnir, yoxsa müəyyən bir ümumiləşdirmə aparılırmı? Dilsiz düşüncə 

necə həyata keçir? (Uşaqlarda anlayışların formalaşması və onların sözlər-

lə işarələnməsi proseduru ilə analogiya…).  

İkincisi,  əvvəlki nəsil bütün ümumiləşdirmələri aparmış  və bütün 


Elm haqqında elm 

 

 

 

648



müvafiq anlayışları sözlərlə ifadə etmişdir. İnsan daha artıq öz şəxsi təcrü-

bəsindən çıxış edərək ümumiləşdirmələr aparmağa və özü üçün anlayışları 

formalaşdırmağa ehtiyac hiss etmir. Hər bir anlayışın adı və izahı var. Və 

bunları izahlı lüğətlərdən tapmaq mümkündür. Lakin bu halda bir anlayış 

başqa anlayışlar vasitəsilə, bir söz başqa sözlər vasitəsilə izah olunur. Hər 

anlayışın (sözün) açılışında iştirak edən digər sözlərin də öz açılışları, izah-

ları vardır. Həm də bir çox hallarda dairə qapanır və bazis rolunu oynamalı 

olan sözlərin açılışında izah olunan sözdən istifadə olunur, tavtologiya 

yaranır.  

Anlayışların məhz başqa anlayışlar vasitəsilə izahı, sözlərin başqa 

sözlər vasitəsilə açılması çox mürəkkəb kombinasiyalar, labirintlər yaradır 

ki, sonradan giriş və çıxış yollarını, əvvəli və axırı tapmaq qeyri-mümkün 

olur. 

İdrakın ənənəvi modelindən kənara çıxıb, hazır biliklər və anlayışlar 



vasitəsilə yürüdülən fikirlərin təhlilini apardıqda ilkin prinsiplərin, bazis 

anlayışların müəyyənləşdirilməsi məsələsi bir problem kimi ortaya çıxır.  



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin