ELM, TEXNİKA, ŞƏXSİYYƏT
Elm və şəxsiyyət
Elm, texnika, estetik tərbiyə
Elm, texnika, mənəviyyat
Alim olmaq asandır,
insan olmaq – çətin.
Atalar sözü
Təbiət özü ahəng və gözəllik
prinsipləri ilə qurulubsa, onu öyrənən
elm də bu prinsiplərə sadiq qalmalıdır.
Əbu Turxan
Elm, texnika, şəxsiyyət
573
Elm və insan
Qalib gələcəkmi cahanda kamal?!
S.Vurğun
İnsan gələcək haqqında düşünərkən elmi-texniki tərəqqiyə böyük
ümidlər bəsləyir. Bəs elmi-texniki tərəqqi insanı hara aparır?
Elementar məntiqi təhlil göstərir ki, əgər elmi-texniki tərəqqi insanı
aparırsa, son nəticədə qaranlığa aparacaq. Çünki yüz dəfə işığa doğru get-
mək hələ bir dəfə qaranlığa getmək ehtimalını aradan qaldırmır. Yüz gün
meşədə gəzmək hələ o demək deyil ki, bir gün qurda rast gəlməyəcəksən.
Lakin rast gəldikdə daha gec olur. Qaranlıq dünyaya gedən yol da əbədidir,
oradan geriyə yol yoxdur.
Bir dəfə A.Eynşteyndən üçüncü dünya müharibəsi haqqında nə dü-
şündüyünü soruşurlar. O isə üçüncü dünya müharibəsi haqqında heç nə de-
məyərək, dördüncü dünya müharibəsinin ox və kamanla olacağını söyləyir.
Lakin A.Eynşteynin bu ehtimalı hərbi texnikanın 40 il bundan əvvəlki sə-
viyyəsi üçün doğru sayıla bilər. Müasir dövrdə dağıdıcı və kimyəvi qırğın
silahlarının gücü elə bir həddə çatmışdır ki, müharibədən sonra harada isə
Afrika cəngəlliklərində adamlar qalacağına və bəşəriyyətin keçdiyi bütün
tarixi yolun təzədən təkrar olunacağına da ümid yoxdur. Qarşıda Yer üzə-
rində həyatın ümumiyyətlə qalıb-qalmaması məsələsi durur.
Nüvə müharibəsi təhlükəsi bir yana dursun, ətraf mühitin tədricən,
lakin müntəzəm surətdə zəhərlənməsi toplanıb gözlənilmədən elə bir həd-
də çata bilər ki, elə yeni keyfiyyət halı yaranar ki, insan «ha» eləyib çıxış
yolu düşünənə qədər, öz nəhəng elm maşınının səmtini dəyişənə qədər
artıq gec olar.
Şər deməsən xeyir gəlməz, – deyiblər. Biz də şər ehtimalını nəzərə
almaqdan çəkinmirik. Lakin şər o vaxt labüddür ki, insan elmi-texniki
tərəqqini deyil, elmi-texniki tərəqqi insanı aparır.
Elm haqqında elm
574
Biz elmi-texniki tərəqqiyə, onun gələcəyinə və insan həyatında rolu-
na nikbin yanaşırıq. Lakin bir şərtlə ki, elmi-texniki tərəqqi son məqsədə
çevrilməsin və insan öz ixtiyarını elmin, texnikanın əlinə verməsin. Əksi-
nə, elmi də, texnikanı da cilovlayaraq onlardan yüksək bəşəri ideallara çat-
maq üçün bir vasitə kimi istifadə etsin.
Elmin öz inkişaf imkanları şübhə doğurmadığı halda, bu inkişafın
həmişə məhz müsbət nəticələrə gətirəcəyini hökm etmək mümkün deyil.
Təsadüfi deyil ki, yeni elmi nailiyyətlərin tətbiqi, ikinci təbiətin yaradılma-
sı sahəsindəki fəaliyyət zamanı müəyyən cəhətlərin nəzərdən qaçırıldığı və
bunun bəşəriyyət üçün böyük təhlükəsi yalnız müasir dövrdə aşkar edil-
mişdir. İnsan təbiəti dəyişdirərkən milyon illər ərzində formalaşmış olan
təbii ahəngi, qaydanı pozduğuna fikir verməmişdir. O yalnız təbiət, bunun
müqabilində, qisas aldığı vaxt ayılmış və səhvlərini düzəltməyə başlamış-
dır. Lakin bu gün qlobal miqyas kəsb edən və olduqca təhlükəli xarakter
alan ekoloji problemi uğurla həll etmək insana müyəssər olacaqmı?
Elm elə böyük nüfuz qazanmışdır ki, insan ekoloji problemi də
məhz elmin öz nailiyyətləri sayəsində həll edəcəyinə böyük inam bəsləyir.
Elm doğrudan da, bu problemi həll etmək iqtidarındadır. Lakin yalnız bir
şərtlə ki, elmdən planlı və məqsədəuyğun surətdə, ehtiyatla istifadə edilsin,
təkcə bugünkü nəticələr və şəxsi mənfəət deyil, həm də planetin gələcəyi,
bütün bəşəriyyətin taleyi nəzərə alınsın. Bu isə artıq yeni təfəkkür
deməkdir.
Müasir dövrdə insan özünə elmin vasitəsilə, lakin dialektik təfəkkür
əsasında, zəka işığında yol açmalıdır. Sual oluna bilər ki, məgər zəka elm-
dən kənar bir şeydirmi? Xeyr, zəka, heç şübhəsiz, elmlə də bağlıdır. Lakin
təkcə elmlə yox, həm də əxlaq və incəsənətlə, insanın min illərdən bəri
formalaşmış olan mənəvi idealları ilə, humanist fəlsəfi fikirlə və nəhayət,
onun ən ali metodu olan dialektika ilə bağlıdır. Zəka – bütün bunların vəh-
dəti, insanın intellektual, emosional və mənəvi-əxlaqi inkişaf istiqamətləri-
nin birləşdiyi zirvədir. Bu gün yeni təfəkkür adlandırdığımız düşüncə tərzi
də məhz dialektik zəka, sözün böyük mənasında kamal deməkdir. Cahanda
kamalın qalib gəlməsi üçün əsas şərtlərdən biri isə elmi-texniki tərəqqinin
humanistləşdirilməsi, onun insanın mənəvi ideallarına tabe edilməsidir.
Antik dövrdə praktik biliklər elmdən, elm isə fəlsəfədən hələ tama-
milə ayrılmamışdı. Ona görə də, bütün biliklərin mərkəzində, istər aşkar,
Elm, texnika, şəxsiyyət
575
istərsə də qeyri-aşkar şəkildə insan dayanırdı. Protaqorun sözü ilə desək,
insan hər şeyin meyarı idi.
Orta əsr Şərqində elm praktik biliklərdən ayrılaraq fəlsəfə və ilahiy-
yat ilə daha çox bağlandı və nəticədə elmin ayağı yerdən üzülmüş oldu. Bu
dövrdə elmin humanitarlaşması onun təbii zəmindən ayrılması ilə nə-
ticələndi.
İntibah dövründə praktik biliklər də qanad açıb uçmağa başladı və
«səmada» orta əsr Şərq elminə qovuşdu. Bu vüsal elmin vəznini artırdı və
o, tədricən yerə enməyə başladı.
Yeni dövrdə (kapitalizm cəmiyyətində) F.Bekonun dediyi kimi, «el-
min qanadlarına qurğuşun bağlandı» və o, tamamilə Yerə enərək praktik
fəaliyyətin vasitəsinə çevrildi. Elmi tədqiqatların istiqaməti texniki tələblə-
rə uyğunlaşdırıldı və tədricən vahid elmi-texniki proses formalaşmağa baş-
ladı. Elmin texnika ilə daha çox əlaqələnməsi və riyaziləşməsi onu ilkin
sinkretik başlanğıcdan daha da uzaqlaşdırdı. Elmin insana yadlığı özünü
getdikcə daha çox büruzə verməyə başladı. Rasionalizm və texnisizm
meyllərinin təzyiqi ilə elmdə humanitar çalarlar solğunlaşdı və elmdən in-
sana qarşı, onun emosional və əxlaqi-mənəvi ideallarına qarşı istifadə edil-
məsi ehtimalı artdı. Elmin insan mənəvi ahəngindən kənara çıxaraq onunla
ziddiyyətə girməsi Qərb sivilizasiyasının süqutunun təməlini qoydu.
Bu gün ABŞ-ın ulduz müharibələrinə hazırlıq sahəsindəki texniki
tədbirləri artıq insan nəzarətindən çıxaraq kompüterlərin nəzarətinə əsasla-
nır ki, bu da insanın özünü elmi-texniki tərəqqinin ixtiyarına verməsi de-
məkdir. Elmi-texniki tərəqqinin insanı hara apara biləcəyini isə biz artıq
yuxarıda izah etmişik. Yaranmış vəziyyətin real təhlükəsini bütün tərəqqi-
pərvər qüvvələrin nəzərinə çatdırmaq və bəşəriyyəti bu təhlükədən xilas et-
mək bu gün dünya sosializm sisteminin tarixi vəzifələrindən birinə
çevrilmişdir.
Qlobal miqyaslı yeni təfəkkürə keçidi zəruri edən mühüm səbəb-
lərdən biri məhz elmi-texniki tərəqqidə insan amilinin ön plana çəkilmə-
sinə, onun humanistləşdirilməsinə, elmin hərbi sənayeyə və ümumiyyətlə,
istehsala tətbiqinin mənəvi meyar süzgəcindən keçirilməsinə olan ehtiyac-
dır. Ona görə də, ölkəmizdə yenidənqurmanın həyata keçirilməsi bir tərəf-
dən elmi-texniki tərəqqinin sürətləndirilməsini və onun praktik tətbiqinin
intensivləşdirilməsini tələb edirsə, digər tərəfdən də, bu hadisənin yekun
istiqamətinin insanın yüksək mənəvi ideallarına tabe edilməsini nəzərdə
Elm haqqında elm
576
tutur.
Elm və texnikanın bəşəriyyət üçün daha çox müsbət, yoxsa mənfi
nəticələr törətdiyi barədə mübahisələr yeni deyil. Elmə müxtəlif münasi-
bət, xüsusən iki kənar mövqedən münasibət ictimai fikir tarixində dərin
köklərə malikdir. Hələ XVIII əsrdə Volterlə Russo arasındakı mübahisələr
həmin məsələyə əks münasibətlərin klassik nümunəsi sayıla bilər. Sonralar
Yeni Dövr Qərb fəlsəfəsində dərin kök salmış fəlsəfi cərəyanlardan poziti-
vizm və ekzistensializm arasındakı başlıca fərqlərdən biri də məhz onların
elmə münasibətdə bir-birinə əks olan kənar mövqelər tutmalarıdır.
«Elmi tərənnüm edən» pozitivizm insanın mənəvi fəaliyyətin digər
sahələrinə etinasızlıq göstərdiyi kimi, «incəsənəti tərənnüm edən» ekzis-
tensializm də elmə yalnız onun törətdiyi mənfi nəticələr prizmasından ba-
xır. Elmə bu cür təzadlı münasibət müasir dövrdə ssientizm və antissien-
tizm kimi bir-birinə əks cərəyanların mövqeyində daha aşkar surətdə üzə
çıxır.
Elmin, elmi-texniki tərəqqinin nailiyyətləri artdıqca müasir dövrün
burjua futuroloqları da daha çox dərəcədə bir-birinə əks olan iki cəbhəyə
ayrılırlar. Əgər ssientist futuroloqlar üçün elmi fetişləşdirmək, onun nailiy-
yətlərini həddindən artıq şişirdərək bütün ictimai bəlaları elmlə müalicə
etmək ideyası səciyyəvidirsə, antissientist futuroloqlar müasir burjua cə-
miyyətinin bütün uğursuzluqlarını elmlə bağlamağa, elmin bəşəriyyət üçün
böyük fəlakətlər mənbəyi olduğunu, törətdiyi ziyanların xeyrini üstələdiyi-
ni göstərməyə çalışırlar.
Texnikaya və onun sosial nəticələrinə münasibət baxımından da mü-
asir fəlsəfi konsepsiyaları bir-birinə əks olan mövqelərə bölünərək texni-
sizm və antitexnisizm mövqelərindən çıxış edirlər. Lakin ilk baxışda bir-
birinə zidd olan bu cür kənar mövqelər əslində eyni məqsədə xidmət edir.
Sosial sahədə ortaya çıxan bütün problemləri, ziddiyyətləri elmi-texniki
kontekstə transfer etmək, dövlət idarəçiliyi sistemindəki bütün uğursuz-
luqları təqsirini elm və texnikanın üzərinə atmaq yolunu tutur.
Ssientizm və texnisizm mövqeləri (xüsusi halda texnoloji determi-
nizm, postindustrializm və s.) isə elm və texnikanın inkişafına müasir Qərb
ölkələrini böhrandan xilas edə bilən vasitə, ümid mənbəyi kimi baxır. Belə
çıxır ki, elm və texnikanın yüksək inkişaf səviyyəsi hətta daxili sosial zid-
diyyətləri də aradan qaldırmaq imkanına malikdir. Elmi-texniki tərəqqi ic-
timai inkişafın vasitəsi yox, məqsədi kimi, bütün ziddiyyətləri həll edən
Elm, texnika, şəxsiyyət
577
sehrli çubuq kimi başa düşülə bilməz.
Elmə xilaskar kimi baxmaq, ondan səadət ummaq robotdan mərhə-
mət diləmək kimi bir şeydir. Əslində hər şey onun qabaqcadan insan tərə-
findən necə proqramlaşdırılmasından asılıdır.
Müasir elmin böyük imkanlarına heç kim şübhə etmir. Elmin inki-
şafı və tətbiqi nəticəsində əvvəllər sehr, möcüzə sayılan hadisələr, insanın
əsrlər boyu arzusunda olduğu süni vasitələr indi real həyat həqiqətlərinə
çevrilir. “Bir qalanın sirri” filmində təsvir olunan Göygöz Kosanın sehrli
çubuğunu da, Həkim babanın qadir kəmərini və ecazkar suyunu da bu gün
elm yaradır. Lakin elmin qüdrəti onun kimin əlində olmasından asılıdır.
Həkim babanın əlində o, daşı əridir və çiçəkləndirir, Göygöz Kosanın əlin-
də isə adamı daşa çevirir.
Elm çırağını yandıran kimi, ağ qoçla yanaşı qara qoç da nazil olur.
Zümrüd quşunun dediyi kimi, gərək çalışıb ağ qoça minəsən. Çünki ağ qoç
işıqlı dünyaya aparır – atom elektrik stansiyası neçə-neçə evə işıq gətirdiyi
kimi; qara qoç isə qaranlıq dünyaya aparır – atom bombası Xirosima əha-
lisini əbədi zülmətə qərq etdiyi kimi. Lakin Zümrüd quşu unutmuşdu desin
ki, ağ qoça minmək hələ azdır. Çalış büdrəmə, azca büdrəsən ağ qoç səni
yenə də qara qoçun üstünə atacaq – «Çelencer»-dəki və Çernobıldakı mə-
suliyyətsizliklərin nəticəsi kimi. Lakin Yaponiyadakı son hadisələr (mart
2011-ci il) göstərdi ki, söhbət heç də yalnız layihələrdəki çatışmazlıqlar-
dan, ekoloji amillərin nəzərə alınmamasından getmir. Elmin ən son nailiy-
yətləri əsasında qurulmuş və insan amilini, mümkün ekoloji problemləri
öncədən nəzərə almış yapon texnologiyasının nailiyyəti sayılan nüvə reak-
torları belə təbii fəlakətdən sonra insanlıq üçün təhlükə mənbəyinə çevril-
məsi göstərir ki, söhbət ümumiyyətlə insan yaradıcılığının təbii qüvvələrlə
müqayisədə “rəqabətə” tab gətirməməsindən gedir. Belə ki, təbiət öz sərt
üzünü göstərəndə, insan intellektinin ən böyük uğuru da onun özünə qarşı
çevrilə bilərmiş. Digər tərəfdən, bu dəhşətli təbii fəlakətin. Misli görünmə-
miş zəlzələ və sunaminin məhz yaponları sınağa çəkməsi də təsadüfi gö-
rünmür. Burada biz insan tərəfindən idarə oluna bilməyən təbiət hadisələri-
nin bəşər sivilizasiyası üçün hələ də böyük təhlükə törətmək imkanlarının
insanın öz əməlləri ilə mütənasib olmasının şahidi olduq. Belə ki, nə qədər
böyük təbii enerji süni surətdə bir lokal məkana toplanırsa, bəşəriyyət üçün
bir o qədər böyük təhlükə mənbəyi hazırlanmış olur.
Yaponiyadakı təbii fəlakət nə qədər ağır nəticələrə; böyük insan itki-
Elm haqqında elm
578
lərinə və dağıntılara gətirsə də, onun səbəb olduğu radiaktiv şüalanma özü-
nü daha böyük və daha qorxunc bir təhlükə kimi göstərdi. Lakin dərindən
araşdırdıqda məlum olur ki, bu təhlükənin əsl səbəbi təbii fəlakət yox, in-
sanların özünün quraşdırdığı nüvə reaktorlarıdır. Yəni insan özü bu təhlü-
kəni potensial halda öncədən yaratmışdı. Təbii fəlakət sadəcə bu potensia-
lın realizasiyası üçün başlanğıc oldu. Məsələnin ikinci tərəfi isə bundan
ibarətdir ki, müəyyən bir ölkədə düzəldilən elmi-texniki qurğuların insan
həyatı üçün yaratdığı təhlükə həmin ölkənin hüdudlarından kənara çıxır.
İstər Çernobılda, istərsə də Fukuşimada baş verən fəlakətlər nəinki qonşu
ölkələrə, hətta çox uzaqlarda olan ölkələrə belə sirayət etməklə bu cür nə-
həng texniki konstruksiyaların ölkənin daxili işi olmadığını göstərdi və on-
ların tikilməsinə hansı isə ümumbəşəri qurumların icazə verməsi məsələsi-
ni daha da aktuallaşdırdı. Düzdür, MAQATE görünür məhz bu məqsədlər
üçün yaradılmışdır, amma onun fəaliyyəti çox vaxt subyektiv amillərlə
müşayiət olunur. Əsas məqsəd isə radiaktiv qurğuların miqyasına və nə də-
rəcədə böyük potensial təhlükə törətdiyinə diqqət yetirmək olmalıdır. Miq-
yas bəzən o dərəcədə böyüyür ki, təhlükə sözün əsl mənasında qloballaşır
və bütün bəşəriyyətin taleyi gündəmə gəlir.
Sivilizasiyanı din kontekstində təhlil edən bəzi tədqiqatçılar belə he-
sab edirlər ki, Bibliyaya uyğun olaraq təbiət insana xidmət üçün yaradıl-
mışdır və ona görə də insanın özünün təbiət üzərindəki hakimiyyətini qur-
mağa haqqı var.
7
1
Lakin Passmorun fikrincə, insanın təbiətlə məsuliyyətsiz
rəftarı özünü doğrultmaya bilər.
7
2
L.Uayt özünün Oldos Xaksli ilə son gö-
rüşünü xatırlayır və deyir ki, ömrünün sonunda bu böyük mütəfəkkiri ən
çox narahat edən insanın təbiətə təmənnalı münasibəti idi.
7
3
Bununla belə,
L.Uayt təbiətə bu cür münasibəti xristianlığın mövqeyi ilə izah edir: “Xris-
tianlıq nəinki insan və təbiətin dualizmindən çıxış edir, həm də o, belə bir
mövqedə israrlıdır ki, insanın öz maraqları naminə təbiəti istismar etməsi
Tanrının iradəsidir”.
7
4
1
R.Attfield. The Ethics of Environmental Concern. New York, Columbia Univ. Press,
1983, p.22.
2
J.Passmore. Man’s responsibility for Nature. Ecological Problems and Western
Traditions. London, 1974, p. 5.
3
Л.Уайт – мл. Исторические корни нашего экологического кризиса // Глобаль-
ные проблемы и общечеловеческие ценности, М., Прогресс, 1990, с. 188.
4
Yenə orada, s. 197.
Elm, texnika, şəxsiyyət
579
İslami dəyərlərə görə, insan ona verilmiş imkanlardan ifrata varma-
dan, müəyyən ölçü hüdudunda istifadə etməlidir. Əgər bu ölçünü, hüdudu
müəyyənləşdirmək istəsək, belə bir nisbətin gözlənilməsini şərt kimi qeyd
edə bilərik: insan təbiət qüvvələrini o dərəcədə, o ölçüdə konsentrə edə bi-
lər ki, böhran vəziyyəti yarandıqda qarşıya çıxan təhdidlərdən xilas üçün
də yetərincə intellektual və texnoloji potensialı olmuş olsun.
Əsrimiz raket əsridir, – deyirlər. Lakin raketlər bizi yalnız o vaxt
işıqlı sabaha aparır ki, onun sükanında humanist mənəviyyat, yeni təhsil
paradiqması dayanmış olsun! Sabah elmin necə idarə olunacağı, ondan
hansı məqsədlər üçün istifadə ediləcəyi bu gün təhsilin məzmununda texni-
ki və humanitar aspektlərin tarazlaşdırıla bilməsindən asılıdır.
Yəqin buna görədir ki, XXI əsrdə təhsil sistemində yeni paradiqma-
ya keçid ilk növbədə təhsilin humanitarlaşdırılması ilə əlaqələndirilir.
Elm, bir tərəfdən, insanların mənəvi ehtiyaclarını, intellektual ma-
raqlarını ödəyirsə, digər tərəfdən, insanların praktik ehtiyaclarının ödənil-
məsinə yönəlmiş praqmatik bir fəaliyyət sahəsidir.
Birinci mənada elm hər bir insana lazım olub, həyata, dünyaya şüur-
lu münasibət bəsləməyin, dərk olunmuş bir həyat yaşamağın, ətrafda baş
verən hadisələri anlamaq və bunun sayəsində azadlıq əldə etməyin bir va-
sitəsidir. Bu yol elmdən elmi dünyagörüşünə və fəlsəfəyə gedən yoldur.
Bu yol mədəniyyətdən keçir.
Mədəni insanı barbardan fərqləndirən ikinci əsas əlamət isə onun
məlumatlılığı, geniş bilik dairəsinə malik olmasıdır. Elmi biliklərə yiyələn-
mək mədəniliyin göstəricilərindən biri olduğu kimi, elm özü də bu mənada
mədəniyyət hadisəsi kimi çıxış edir.
İkinci funksiyası baxımından elm nəticə etibarı ilə iqtisadiyyatın bir
halqasına çevrilir. Elmin sivilizasiya ilə bağlılığı hər iki funksiyanı əhatə
edir.
Elmi biliyin maddi qüvvəyə çevrilməsi təbiətlə mübarizədə insanı
daha güclü edir. Lakin insanın maddi gücü-qüdrəti artdıqca bu gücü düz-
gün yönəldə bilmək üçün onun mənəvi kamillik səviyyəsi də artmalıdır.
Zira elm əhli olmaq, hələ kamal əhli olmaq deyil. Kamalın qələbəsi üçün
yüksək elmi-texniki səviyyə ona uyğun gələn yüksək mənəvi-əxlaqi
səviyyə ilə tamamlanmalıdır.
Bəzən elm adamları ümumiyyətlə elmin, abstrakt elmin inkişafı pro-
sesində bu və ya digər dərəcədə iştirakları ilə fəxr edirlər. Onlar ancaq
Elm haqqında elm
580
müstəqil elm haqqında, yeni elmi biliklər haqqında düşünürlər. Bəs bizim
ixtiraçılar, konstruktorlar və müasir elmi nailiyyətləri tətbiq etmək səviy-
yəsində olan mühəndislər harada və necə hazırlanır?
Böyük elmin dəyirmanına su tökməyə çalışırıq, amma bu dəyirma-
nın kimin üçün üyütdüyünü və hazır məhsullardan kimin faydalandığını,
yaxud əksinə, kimin başında çatladılacağını bilirikmi? Alim deyə bilər ki,
bu daha mənim işim deyil, bunu da qoy bir başqası düşünsün. Amma bu
«bir başqaları» kimdir və onlardan bizdə varmı? Bax, bu məqamda texno-
krat alimlərin yadına salmaq istəyirik ki, bu «başqa məsələlər» məhz icti-
mai elmlərin predmetinə daxildir. Təhsil – Elm – Texnika – Texnologiya –
Sənaye – İstehlak zəncirində hər bir mərhələ tam müstəqil bir dəyər olma-
yıb, həmin böyük zəncirin tərkib hissəsi olmaqla, müəyyən ideoloji yönə
malikdir. Bu ideoloji yönü müəyyənləşdirən, cəmiyyətin makrostrukturu-
nu, daxili proseslərin qarşılıqlı nisbətini təhlil edən onların müvafiq bey-
nəlxalq proseslərlə qarşılıqlı əlaqəsini öyrənən və dövlət üçün təkliflər
paketi hazırlayan da məhz ictimai elmlər olmalıdır.
İndiyədək ictimai elmlər öz üzərinə düşən bu məsul vəzifələri yerinə
yetirməyibsə, bu o demək deyildir ki, bu elmlərə ehtiyac yoxdur. Biz təbiət
elmlərindən real iqtisadi səmərə gözlədiyimiz kimi, ictimai elmlərdən də
dövlətin strateji inkişaf xətti üçün elmi-metodoloji baza rolunu oynamaq
və ictimai praktikaya xidmət etmək mənasında səmərəlilik gözləyirik.
Lakin əlbəttə, ictimai gerçəklik və dövlət siyasəti ilə müvafiq elm sahələri
arasında əks-əlaqə sisteminin yaradılması təkcə elm adamlarından asılı de-
yil. Bunun üçün müvafiq dövlət orqanlarının və ictimai qurumların da
təşəbbüs göstərməsi tələb olunur.
“Elmin inkişaf səviyyəsi cəmiyyətin inkişaf səviyyəsinin müəyyən-
ləşdirilməsinə kömək edir – heç də təkcə elmi kəşflərin tətbiqi nəticəsində
iqtisadiyyatda baş verən dəyişikliklərlə deyil, həm də yeni elmi kəşflərin
ümumiyyətlə fikrin konturlarına təsiri ilə”.
7
1
Yəni düşüncə tərzi dəyişir.
Nəyə görə insan bütün böyük ümidlərini elmlə bağlayır, qarşısına çı-
xan çətinliklərdən, təhlükələrdən xilas yolunu elmdə axtarır? Məgər bu
gün bəşəriyyət üçün ən böyük təhlükə olan nüvə silahını da, ekoloji böhra-
nı da və onları daşımaq üçün yaxın, orta və uzaq məsafəli raketləri də elm
yaratmamışdırmı? Bütün bunları alimlər düzəltmədilərmi? Ya, ola bilsin
1
Дж. Бернал. Наука в истории общества, с. 7.
|