Elm və təhsil
677
1. Ali məktəblərin elmi bazasının möhkəmləndirilməsi və burada
alimlərin elmi tədqiqat işinin iqtisadi cəhətdən stimullaşdırılması.
2. Akademiya, ali məktəb və sahə elmlərinin qarşılıqlı əlaqəsinin
möhkəmləndirilməsi, müəllim-alimlərin Akademiya və sahə elminin baza-
sından istifadə etməsi üçün şərait yaradılması. Birgə elmi tədqiqat işlərinin
genişləndirilməsi.
3. Aspirant və tələbələrin eyni hüquqlu kadr kimi birgə elmi təd-
qiqatlara cəlb edilməsi.
4. Bir sıra elmi tədqiqat institutlarının universitet tabeliyinə keçiril-
məsi və ya ali məktəblə tədqiqat institutlarının inteqrasiyası.
5. Ali məktəbin istehsalla bilavasitə əlaqəsinin gücləndirilməsi, bu
məqsədlə yeni təşkilati formalardan, xüsusən təsərrüfat hesablı müqavi-
lələrdən geniş istifadə olunması.
6. Tədris–Elm–İstehsal birliklərinin yaradılması. İstehsal müəssisə-
lərinin təcrübə bazası kimi ali məktəblərin sərəncamına verilməsi.
Müasir dövrdə, elmi-texniki tərəqqinin sürətləndirilməsi ölkəmizin
sosial-iqtisadi inkişafının strateji əsasına çevrildiyi bir şəraitdə, hər hansı
bir elmi potensialdan səmərəli surətdə istifadə edilməsi mühüm əhəmiyyə-
tə malikdir. Bu baxımdan, ali məktəblərdə çalışan və əsas vəzifəsi, əlbəttə,
tədris fəaliyyəti olan külli miqdarda alimin elmi yaradıcılıq imkanları bö-
yük maraq doğurur. Elmlər Akademiyasından, elmi-tədqiqat müəssisələ-
rindən fərqli olaraq, ali məktəblərdə müəllim-alimlərin əməyindən iki isti-
qamətdə: həm pedaqoji, həm də elmi sahədə istifadə olunması elə bir opti-
mal yolun tapılmasını tələb edir ki, bu istiqamətlər bir-birinə mane olmaq-
dansa, bir-birini gücləndirsin, bir-birini tamamlasın.
Ali məktəbdə elmi tədqiqat işlərinin başqa elmi müəssisələrdəki təd-
qiqatları təkrarlamaması üçün, potensialın az işlənmiş sahələrə yönəldil-
məsi üçün onun işi Akademiya və sahə institutları ilə əlaqələndirilir, habe-
lə ümumölkə miqyaslı vahid kompleks planlara daxil edilir.
Əsas İstiqamətlərdə ali məktəb elminin bilavasitə maddi istehsalın
ehtiyaclarına yönəldilməsi üçün tədbirlər müəyyən edilmişdir. Lakin bu
heç də o demək deyil ki, ayrıca ali məktəblə istehsal müəssisəsinin əmək-
daşlığı tam sərbəstdir; bu məsələdə pərakəndəliyə, təkrarçılığa yol verilmə-
sin deyə, müstəqil təşəbbüslər ümumi dövlət planlarına uyğunlaşdırıl-
malıdır.
Elm haqqında elm
678
Dövlət təhsil sistemində ali məktəb müəllimləri yalnız müəllim ki-
mi, pedaqoji fəaliyyətinə görə, həm də bu fəaliyyətin keyfiyyətindən asılı
olmayaraq maaş alırlar. Standart maaş sistemindən uzaqlaşmaq və alimlə-
rin elmi fəaliyyətinin elmi və praktik dəyərinin düzgün qiymətləndirilməsi,
ali məktəbdə çalışan alimlərə öz elmi ideyalarının praktik tətbiq imkanı
yaradılması günün aktual tələblərindəndir. Bu zaman onların elmi işi də
geniş vüsət almış olar. Yeni meyarlar tətbiq etmək, təsir vasitələri və sti-
mullar sistemini təkmilləşdirmək, müəssisələri eksperiment bazası kimi ali
məktəblərə vermək lazımdır. Bundan biz ikiqat fayda götürərik: bir tərəf-
dən, elmi-texniki potensialımızı artırar və ondan istifadə olunması səmə-
rəliyini yüksəldər, digər tərəfdən, hələ ali məktəbdə oxuyarkən istehsalın
təkmilləşdirilməsi ilə bağlı yaradıcılıq işinə geniş cəlb ediləcək mütəxəs-
sislərin daha keyfiyyətlə hazırlanması üçün şərait yaradılır.
Yaxın gələcəkdə xalq təsərrüfatının müxtəlif sahələrində çalışmalı
olan kadrların peşəkar hazırlıq səviyyəsi bugünkü tədrisin keyfiyyəti ilə
müəyyən olunur. Buna görə, tədris işi də nəticə etibarilə iqtisadi siyasətin
həyata keçirilməsinə, elmi-texniki tərəqqinin sürətləndirilməsinə xidmət
edir. Həm də gələcəkdə elmi-texniki kadrlar qarşısında daha çətin və
mürəkkəb vəzifələr duracağını nəzərə alsaq, elmi-texniki tərəqqinin pers-
pektivinin bugünkü təhsil sisteminin vəziyyəti ilə, tədrisin səviyyəsi və
müəllimlərin elmi hazırlıq dərəcəsi ilə bağlılığını daha aydın təsəvvür et-
mək olar. Bununla yanaşı, elmi-texniki tərəqqinin sürətləndirilməsi işində
elmi tədqiqat vərdişlərinə malik yüksək ixtisaslı kadrların bilavasitə iştira-
kını təmin etmək və bunun üçün müvafiq metod və formalar axtarıb tap-
maq dövlətimizin iqtisadi siyasətinin ən aktual və mühüm aspektlərindən
birini təşkil edir.
Elmi-texniki tərəqqinin perspektiv tələbləri əsasən tələbə gənclərin,
gələcək kadrların sabahkı fəaliyyəti və ixtisas dərəcəsi ilə əlaqədardırsa,
cari ehtiyaclar daha çox bugünkü alim-müəllimlərin elmi fəaliyyət sahəsin-
dəki imkanlarının səfərbər olunmasını tələb edir. Bu sahədə irəliyə doğru
uğurlu addım ata bilmək üçün isə əvvəlcə keçilmiş yola tənqidi surətdə nə-
zər salmaq, müvəffəqiyyətli və qüsurlu cəhətləri aşkar etmək lazımdır.
Müşahidə və təhlil göstərir ki, Elmlər Akademiyasının 1 il ərzində
aldığı elmi nəticələr və iqtisadi səmərə ali məktəblərin müvafiq göstəricilə-
rindən xeyli yüksəkdir. Əlbəttə, elmi tədqiqat işi EA-nın yeganə əsas vəzi-
fəsidir və buradakı laboratoriyalar daha yaxşı təchiz olunmuşdur. Respub-
Elm və təhsil
679
likamızda elmin inkişafı üçün hər il dövlət büdcəsindən ayrılan vəsait də
daha çox EA-nın payına düşür. Lakin bununla belə, respublikamızdakı
elmi kadrların böyük bir qismi ali məktəblərdə fəaliyyət göstərdiyindən
onların elmi işini daha da canlandırmaq və istehsalatda əlaqəni
gücləndirmək hesabına bu sahədə ciddi irəliləyiş əldə etmək mümkündür.
Ali məktəblərdə elmi tədqiqat işlərinin həcmini artıra bilmək üçün müxtə-
lif ali təhsil müəssisələrinin bu sahədəki iş təcrübəsini dərindən təhlil et-
mək, praktikada özünü doğruldan və daha çox iqtisadi səmərə verən iş
üsullarını inkişaf etdirmək, yeni metod və formalar işləyib hazırlamaq, iqti-
sadi eksperimentə uyğun bu sahədə də təşkilati xarakterli eksperimentlər
keçirmək və optimal yol tapmaq tələb olunur.
Təcrübə göstərir ki, ali məktəb alimlərinin elmi-texniki tərəqqini sü-
rətləndirmək işində bilavasitə iştirak etməsinin ən səmərəli yolları konkret
layihələrin müsabiqə əsasında maliyyələşdirilməsi, təsərrüfat müqaviləsi
və problem laboratoriyalardır. Bu zaman bir tərəfdən elmi tədqiqatları is-
tehsal müəssisəsinin real ehtiyaclarına yönəltmək, digər tərəfdən də, elmi
işçilərin maddi marağını təmin etmək mümkün olur. Bu iş üsulunun ən üs-
tün cəhətlərindən biri də elmi tədqiqatın verdiyi iqtisadi səmərə hesabına
laboratoriyaların məhsuldarlığını daha da artırmaqdır.
Hazırda isə büdcədən ancaq maaş üçün pul ayrılır. Elmi avadanlığa
sərf olunan əlavə vəsait respublika ali məktəblərində layihə üzrə və
təsərrüfat müqaviləli elmi işlərin genişləndirilməsi, xüsusi müəssisələrin,
firmaların sifarişlərinin yerinə yetirilməsi, habelə pullu təhsil hesabına əldə
edilir. Lakin müasir tələblərlə ayaqlaşa bilmək üçün, görünür, bu hələ də
azdır və ali məktəb elminin istehsalata tətbiqini yaxşılaşdırmaq və onun öz
eksperimental bazasını genişləndirmək məqsədi ilə özəl şirkətlərlə müqavi-
lə əsasında müstəqil surətdə aparılan işləri daha da sürətləndirmək lazım-
dır. Bu baxımdan, ali məktəblərin xüsusi müəssisələrlə əməkdaşlıq etməsi
və onların sifarişlərini yerinə yetirməsi perspektivli görünür.
Alimlərin müqavilə əsasında istehsalata cəlb olunmasının və istehsa-
lın texniki cəhətdən yenidən qurulması işində alim-müəllimlərin iki mü-
hüm forması qeyd olunmalıdır. Birincisi, istehsalat müəssisəsi öz daxili
qüvvələri ilə, yerli mühəndis-texniki kadrların səfərbərliyə alınması sayə-
sində həll edə bilmədikləri texniki problemlərlə əlaqədar olaraq sifarişlər
verir və ali məktəbin öz laboratoriyalarında həmin elmi-texniki problemlər
həll olunur; alınmış nəticə, texnoloji prinsiplər və tövsiyələr patentləşdirilir
Elm haqqında elm
680
və ödəniş müqabilində istehsal müəssisinə təqdim edilir. Bu halda iki çə-
tinlik ortaya çıxır. Əvvəla, respublikamızın ali məktəblərinin çoxunda la-
boratoriyaların texniki imkanları çox məhduddur və burada hər cür elmi-
texniki sifarişin yerinə yetirilməsi mümkün deyil. Digər tərəfdən də, elmi
tədqiqat laboratoriyasındakı şərait istehsal müəssisələrindəki, zavodlardakı
şəraitdən fərqlidir və alınmış nəticənin zavod şəraitində təkrar olunması
bəzən yerli xarakterli səbəblərə görə çətinləşir.
Universitetlərdə elmi-praktik işin ikinci yolu isə alimlərin istehsal
müəssisəsi daxilindəki texniki yaradıcılıq qrupu ilə əməkdaşlıq laboratori-
yalarının işinə cəlb olunmasıdır. Bu zaman alim əməyi ilə mühəndis-kons-
truktor əməyi daha üzvi sürətdə birləşdirilmiş olur. Çətinliklər bundan iba-
rətdir ki, əvvəla, universitetlə sahə elmi arasında elmi əməkdaşlığın bu
forması yalnız eyni şəhərdə, yaxın ərazilərdə yerləşən institut və müəssisə
arasında mümkündür. Halbuki bəzən zavod, istehsalat müəssisəsi bir şə-
hərdə yerləşir, müvafiq elmi-texniki problemlər üzrə mütəxəssis olan alim-
müəllimlər isə başqa şəhərlərdə çalışırlar. Digər tərəfdən də, bu zaman
alimin xalis elmi tədqiqat metodlarından başqa, istehsalatla bağlı olan bir
sıra praktik və texniki biliklərə də yiyələnməsi tələb olunur ki, bu da, mə-
sələn, ali məktəb müəlliminin əsas fəaliyyət sahəsi üçün vaxt bölgüsünü
poza bilər. Ən səmərəli yol isə ali məktəb müəllimlərinin elmi fəaliyyətini
istehsalatın tələbləri ilə yanaşı, pedaqoji fəaliyyətin tələbləri il də birləşdir-
məkdir. Bunun üçün isə ali məktəb alimlərinin istehsalata cəlb olunması ilə
yanaşı istehsal müəssisələrinin ali məktəbin sərəncamına verilməsi daha
məqsədəuyğundur. Bu səbəbdən özəl universitetlərin də öz hesabına, lakin
güzəştli şərtlərlə istehsal bazası əldə etməsinə şərait yaradılmalıdır. Ancaq
bu yolla özəl universitetlər Tədris–Elm–İstehsal birliyinə çevrilə bilərlər.
Məsələyə kompleks münasibət bəslənilmədən, problemi hərtərəfli
təhlil etmədən, bu çatışmazlıqları aradan qaldırmağa imkan verən optimal
yol tapmaq mümkün deyil. Elmi, tətbiqi və pedaqoji fəaliyyətlərin üzvi
vəhdətini təmin edən təşkilati formaların tapılması və istifadə olunması
müasir dövrdə qarşıda duran ən aktual vəzifələrdən biridir. Respublikamı-
zın ali məktəblərində müəssisə daxilində kafedra filiallarının açılması Təd-
ris–Elm–İstehsal birliklərinin yaradılması yolunda atılan mühüm addımlar-
dır. Bu təşəbbüs bütövlükdə özünü doğruldur və daha optimal formalar ta-
pılması üçün bir növ sınaq rolunu oynayır. Lakin bu birliklərin miqyası hə-
lə çox kiçikdir və onlar bütöv istehsal müəssisələrinin ali məktəbin sərən-
Elm və təhsil
681
camına verilməsinə gedən yolda yalnız mərhələ kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, bu birliklərin iqtisadi səmərəsi o vaxt daha da artar ki,
alimlər əlverişli təsərrüfat müqaviləsi əsasında işləsin.
Ali məktəblərdə bilavasitə tətbiqi əhəmiyyətə malik tədqiqat işləri-
nin aparılmasında ikinci mühüm rolu problemlər üzrə elmi tədqiqat labora-
toriyaları oynayır. Belə laboratoriyaların açılmasında əsas məqsəd ştatlı iş-
çilərdən daha çox alim-müəllimlərin əməyindən istifadə etməkdir. Başqa
sözlə, problem laboratoriyalar ali məktəblərin elmi potensialından səmərəli
surətdə istifadə olunmasına, pedaqoji kadrların elmi fəaliyyətini gücləndir-
məyə xidmət edir. Hər bir ali məktəbin öz profilinə uyğun olaraq belə
laboratoriyalara böyük ehtiyacı vardır. Təəssüf ki, problem laboratoriyalar-
dan bəzi ali məktəblərdə (BDU-da, Neft Akademiyasında) nisbətən geniş
istifadə olunduğu halda, bu təcrübə başqa ali məktəblər arasında kifayət
dərəcədə yayılmışdır. Burada, görünür, ən çox dövlət büdcəsindən pul ay-
rılması ilə əlaqədar çətinliklər vardır. Bu çətinlikləri aradan qaldırmaq
üçün, bizcə gələcəkdə universitet nəzdində tədqiqat institutları və problem
laboratoriyaların təşkilində təsərrüfat müqavilələrinin üstünlüklərini nəzərə
almaq, hər iki təşkilati formanın uğurlu cəhətlərini özündə əks etdirən
sintetik laboratoriyalar açmaq məqsədəuyğun olardı. Əgər yüksək iqtisadi
səmərə əldə olunarsa, bu səmərənin laboratoriyaya çatan faizindən onu ən
müasir avadanlıqla təchiz etmək və hətta yeni profilli laboratoriyalar aç-
maq məqsədi ilə istifadə etmək olardı.
Elmi-texniki tərəqqinin sürətləndirilməsinə nail olmaq üçün Elmlər
Akademiyası ali məktəb və sahə elmlərinin qarşılıqlı əlaqə və vəhdətini tə-
min etməklə yanaşı, bu tərəflərdən hər birinin strukturunu təkmilləşdirmək
tələb olunur. Bu gün ali məktəb elminin potensial imkanlarının bir daha
nəzərdən keçirilməsi də məhz bu tələbatdan irəli gəlir.
Elm haqqında elm
682
Elmi kadrların yetişdirilməsində
təhsilin rolu
Azərbaycan elminin perspektivləri müasir gəncliyin elmi-tədqiqat
işinə necə cəlb olunmasından, onlar üçün müvafiq elmi mühit yaradıl-
masından asılıdır.
Üstün elmi-tədqiqat istiqamətlərinin düzgün seçilməsi, tələbə, dok-
torant və gənc alimlərin intellektual potensialının ölkəmiz üçün gərəkli
olan problemlərə yönəldilməsi elm təşkilatçılarının, elmi-tədqiqat institut-
ları və ali məktəb rəhbərlərinin başlıca vəzifələrindən biridir.
Yaxın keçmişdə kommunist ideologiyası cəmiyyətşünaslıq sahə-
sindəki tədqiqatları məhdudlaşdırdığından, cəmiyyətin obyektiv tədqiqinə
yol verilmədiyindən bütün intellektual potensial əsasən təbiət elmləri və
riyaziyyata yönəldilirdi. Ona görə də, cəmiyyətin, iqtisadiyyatın, təsərrüfa-
tın elmi əsaslarla idarə olunması, menecmentin, tətbiqi sosiologiyanın bir
elm kimi təşəkkül tapması ancaq kapitalist ölkələrinə xas bir hadisə idi.
İndi ictimai elmlərin həqiqi bir elm kimi inkişafı üçün meydan açılmışdır.
Həm də milli dövlət quruculuğu bu sahədəki tədqiqatların aktuallığını daha
da artırır və intellektual potensialın daha çox bu sahəyə yönəldilməsini
tələb edir.
Bu gün cəmiyyətin öyrənilməsi sahəsində respublika alimlərinin tut-
duğu passiv mövqe, ictimai həyatdakı mənəvi durğunluğun elmə nüfuz et-
məsi alimlərin mütəşəkkil və məqsədyönlü fəaliyyətini çətinləşdirir. Elm
hələ heç cür öz nüfuzunu yüksəltmək və ictimai həyata fəal müdaxilə et-
mək mövqeyini tuta bilmir. Halbuki belə bir şəraitdə respublikamızın cə-
miyyətşünas alimləri təşəbbüsü öz üzərinə götürməli, qarşıda duran çətin
vəzifənin yerinə yetirilməsində öz sözünü deməlidirlər.
Respublikamızın sosial-iqtisadi və mənəvi həyatında uzun illərdən
bəri yığılıb qalmış ciddi problemlərin sistemli şəkildə öyrənilməsi, keçid
Elm və təhsil
683
dövrünün xüsusiyyətlərinin aşkar edilməsi, bu sahədə kompleks tədqiqatlar
aparılması bütün cəmiyyətşünas alimlərin: filosofların, sosioloqların, iqti-
sadçıların, tarixçilərin və s. qarşılıqlı əməkdaşlığını və birgə fəaliyyətini tə-
ləb edir. Bizim hamımızın bir ümumi tədqiqat obyektimiz var. Bu da
ümumdünya kontekstində götürülmüş Azərbaycandır; onun tarixi, mədə-
niyyəti, dili, habelə sosial, iqtisadi, siyasi, ekoloji, demoqrafik problemləri-
dir. Bu problemlərin müxtəlif müstəvilərdə, rakurslarda tədqiqi ilə məşğul
olan alimlərimiz bir-birindən ayrı düşmüş, bir-birini dinləmək, fikir müba-
diləsi aparmaq imkanından məhrum olmuşlar. Hərə öz şöbəsindən, kafed-
rasından, ən yaxşı halda isə öz institutundan kənarda fəaliyyət göstərən
tədqiqatçılardan xəbərsizdir. Alim ziyalılarımız arasındakı pərakəndəlik,
akademiyada, ali məktəblərdə və digər elmi müəssisələrdə çalışan alimlə-
rin tədqiqatlarının əlaqələndirilməməsi, vahid elmi cəbhə yaradılmaması,
elm adamlarının passiv həyat mövqeyi gənc alimlərin formalaşmasına pis
təsir göstərir.
Müasir dövrdə cəmiyyətşünaslığın əsas məqsədlərindən biri ictimai
problemlərin öyrənilməsi sahəsində səyləri birləşdirməklə yanaşı, gənclə-
rin intellektual tərbiyəsi üçün də şərait yaratmaq, onların müstəqil düşüncə
və diskussiya mədəniyyətinə yiyələnməsinə nail olmaqdan ibarətdir.
Müstəqil Azərbaycanın hərtərəfli surətdə öyrənilməsi, kompleks
tədqiqat proqramları yaradılması və bu işə gənc alimlərin cəlb edilməsi,
istedadlı gənclərin intellektindən səmərəli istifadə olunması günün aktual
problemlərindəndir.
Biz yolun hələ lap başlanğıcındayıq. Məqsəd ictimai həyatımızın
aktual problemlərinin tədqiqi sahəsində fayda verə biləcək hər bir adamı,
ixtisasından asılı olmayaraq, bu ümumxalq işinə cəlb etməkdir.
Bu gün xalqımızı, cəmiyyətimizi, respublikamızı narahat edən başlı-
ca məsələləri elm süzgəcindən keçirmək, konkret praktik tövsiyələr hazır-
lamaq tələb olunur. Bu iş yalnız gəncliklə bağlı olmayıb, ümumxalq işidir.
Əgər gənc nəsil belə çətin və mürəkkəb bir vəzifəni öz öhdəsinə götürürsə,
deməli təkcə öz gənclik enerjisinə deyil, həm də dövlətin, bütün ziyalı
ictimaiyyətinin köməkliyinə ümid bəsləyir.
Əslində buradakı «gənc» anlayışı tamamilə şərtidir. Gənc alim de-
dikdə biz elmi axtarış sahəsindəki gənclik təravətini hələ də itirməmiş, ya-
radıcılıq ehtirası hələ sönməmiş elm entuziastlarını nəzərdə tuturuq. Bura-
da «gənclik» elmdə təcrübəsizlik kimi deyil, əksinə, elmi eqoizm və
Elm haqqında elm
684
konservatizm sahəsində «təcrübəsizlik» kimi başa düşülür. Yaşın kiçikliyi
deyil, intellektual potensialın, həvəsin və enerjinin böyüklüyü əsas
götürülür. Gənc alim formalizm və bürokratiya xəstəliyinə tutulmamış,
yaradıcı potensialını hələ itirməmiş alimdir.
Qarşıda duran vəzifələr o qədər böyükdür ki, o qədər problemlər yı-
ğılıb qalıb ki, onları nisbətən qısa müddətdə həll etmək tükənməz enerji və
fantaziya tələb edir. Burada soyuq ağlın, «normal» elmi tədqiqatın on ilə
gördüyü işi yanar zəka bir ilə görməlidir. Burada daha kiçik müddət, daha
böyük sürət mümkün deyil. Çünki elm poeziya deyil. Elmdə tək ilham, tək
entuziazm heç nə edə bilməz. Burada təmkin, səbat ehtirasla, ilhamla bir-
ləşməlidir. İmpulsiv düşüncə, fəhm qığılcımları soyuq ağlın sərt skeptisi-
zm sınağından keçməli və əksinə, səbirlə, inadla, damla-damla yığılan qa-
laq-qalaq elmi material assosiativ təfəkkürün, zəka şöləsinin işığında saf-
çürük edilməli, yüksək nəzəri hazırlığı olan alimlərin köməyi ilə elmi
konsepsiya səviyyəsinə qaldırılmalıdır.
Tədqiqatçılar gənc, problemlər isə qocadır. İlk baxışda təzadlı gö-
rünsə də, burada müəyyən qanunauyğunluq var. Məsələ burasındadır ki, o
problemlər yığılıb qalır ki, onlar elmin hər hansı sahəsində nüfuz sahibi
olan adamlar tərəfindən həll oluna bilmir, hakim təfəkkür tərzinin «norma-
tiv»lərindən kənarda çıxır. Yaşlı nəsil həmin təfəkkür tərzinə möhkəm su-
rətdə bağlı olduğundan yeni həll yolu, yeni baxış tələb edən belə problem-
lər qarşısında aciz qalır. Gənc tədqiqatçılar isə hakim təfəkkür üslubuna,
normal elmin ehkamlarına çox da möhkəm bağlanmadığına görə problemə
bəzən gözlənilməz mövqedən yanaşır, yeni metodlardan istifadə edir. Bu-
rada gəncliyə daha çox xas olan assosiativ təfəkkür də öz müsbət sözünü
deyir. Elm tarixindən buna çox misallar göstərmək olar. Məsələn, XX əsrin
əvvəllərində bir sıra fiziki hadisələr Nyuton mexanikası çərçivəsində izah
edilə bilməyəndə, dövrün bütün görkəmli alimlərinin həll edə bilmədiyi
məsələni 25 yaşlı A.Eynşteyn həll elədi. Bir qədər sonra, mikrohadisələr
üçün klassik mexanika özünü doğrultmayanda yeni kvant mexanikasının
əsas qanununu 26 yaşlı V.Heyzenberq kəşf elədi. Şellinq ilk fəlsəfi əsərini
yazanda 20 yaşı var idi. Biz siyahını davam etdirmək istəmirik. Məqsədi-
miz budur ki, xalqımızın taleyi ilə bağlı olan ciddi cəmiyyətşünaslıq prob-
lemlərinin həllinə məhz gənc alimlərin təşəbbüs göstərməsi heç kəsdə
inamsızlıq doğurmasın.
Elm və təhsil
685
Belə bir cəhət də nəzərə alınmalıdır ki, nəinki problemlər, elmin özü
də getdikcə qocalır. Görkəmli fizik Maks Delbryukun dediyi kimi, elm
qocalır, cəmiyyət isə cavan qalır. Elmin nailiyyətləri üst-üstə toplanır, elmi
informasiya çoxalır, nəhəng elm ağacı bar gətirdikcə başı aşağı əyilir.
Cəmiyyət isə getdikcə yeniləşir, nəsillər bir-birini əvəz edir. Hər yeni alim
nəsli qarşısında daha mürəkkəb, daha ciddi problemlər durur. Belə bir
şəraitdə gərək yeni nəslin tədqiqat imkanları da daim artsın.
Bəs, bu imkanları necə artırmaq olar?
Bəlkə yeni nəslin elmi tədqiqat imkanları genetik yolla artır? Xeyr.
Müşahidələr göstərir ki, insanın intellektual imkanı çox ləng inkişaf edir.
Məsələn, yeni erada bu sahədə nəzərə çarpacaq təkamül hiss olunmur. Qa-
lileyin Aristotelə və ya Eynşteynin Qalileyə nəzərən intellektual üstünlü-
yündən danışmaq üçün heç bir əsas yoxdur. Bununla belə, Qaliley Aristo-
telə, Eynşteyn isə Qalileyə düzəliş vermişdir. Məsələ burasındadır ki, intel-
lektual səviyyəsindən asılı olmayaraq hər sonra gələn nəsil əvvəlki nəsil-
dən miras qalmış biliklərlə yanaşı, həm də yeni biliklərə, daha mükəmməl
elmi aparata və metodlara yiyələnmiş olur. Bu da problemlərə daha dərin
nüfuz eləmək imkanı yaradır. Digər tərəfdən, qabaqcıl ölkələrdə elmin so-
sial strukturu getdikcə təkmilləşir, əmək bölgüsü güclənir, alimlər kənar
qayğılardan azad edilir və elmi mühitlə əhatə olunurlar. Bir sözlə, bioloji
genetika xüsusi rol oynamasa da, sosial-mənəvi genetika inkişafın əsas
hərəkətverici qüvvəsi kimi çıxış edir.
Deməli, elmin inkişafına yönəlmiş dövlət siyasətindən, sosial elm
sisteminin nə dərəcədə səmərəli təşkil olunmasından çox şey asılıdır. Elm
adamı ancaq öz başını dolandırmaq haqqında düşünəndə böyük elmdən
danışmaq çətin olur. Alimin vətəndaşlıq mövqeyini fərdi hadisə kimi başa
düşənlər səhv edirlər. Ayrıca bir alim nə qədər böyük qeyrət sahibi olursa-
olsun, heç bir böyük problemi həll edə bilməz. «Tək əldən səs çıxmaz»
hikməti eyni dərəcədə elmə də aiddir. Adətən böyük kəşflərdən, dünya
miqyaslı elmi nailiyyətlərdən danışarkən gənclərin yadına qeyrət hissini,
milli iftixar hissini də salmağı unutmurlar. Lakin unudurlar ki, elm sosial
hadisədir. Bizim elmi sahədə geri qalmağımız gənclərimizin intellektual
potensialının və ya qeyrət hissinin zəifliyinə dəlalət etmir. Elm meydanı
güləş meydanı deyil. Halbuki, müasir dövrdə hətta güləşdə və boksda da
mübarizənin taleyi rinqdə deyil, bundan xeyli əvvəl – professional məşqçi
məktəbinin müntəzəm fəaliyyətində, kadrların seçilməsi və tərbiyəsi pro-
Elm haqqında elm
686
sesində həll olunur. Elm üçün kadr hazırlığı nəinki aspiranturadan və ya ali
məktəbdən, hətta lap orta məktəbdən, bağçadan başlanır. Ona görə də,
milli elmi kadrların həqiqi yüksəlişini görmək istəyənlər təhsil sistemində
sağlam sosial-mənəvi mühit yaradılması işindən başlamalıdırlar. Lakin
burada çox ciddi əks əlaqə də var. Təhsil sistemindəki vəziyyət də öz növ-
bəsində elmi kadrların intellektual və mənəvi inkişaf səviyyəsindən asılı-
dır. Ona görə də, təhsil siyasətinin təməlində sağlam elmi mühit yaradıl-
ması durmalıdır. Hər hansı bir sahədə atılan yeni bir addım bir bataqlıqdan
başqa bataqlığa, bir xaosdan başqa xaosa gətirib çıxarmasın deyə ciddi
elmi prinsiplərə əsaslanmalıdır. Hazırda elmi, xüsusən ictimai elmləri təm-
sil edən adamlardan böyük əzmkarlıq, vətəndaşlıq və qeyrət tələb olunur.
Lakin bu hələ azdır. Elmi işçilərin ciddi meyar əsasında, prinsipial surətdə
seçilməsi, sağlam qüvvələrin səfərbər edilməsi, onlara qayğı göstərilməsi,
elmin təşkilati strukturunun təkmilləşdirilməsi daha böyük səriştə, daha
böyük vətəndaşlıq və qeyrət tələb edir.
Şəxsiyyət sosial mühitin məhsulu olduğu kimi alim də elmi mühitin
məhsuludur. Təəssüf ki, gənclərimiz məhz bu sarıdan korluq çəkir, əsil
elmi şəraitdə işləmək üçün xarici ölkələrin məşhur mərkəzlərinə ezam
olunmağa çalışır, hansı isə qrantın, sponsorun sayəsində məşhur bir alimin
laboratoriyasına, məktəbinə «düşməyi» üstün tuturlar. Lakin belə əlaqələr
müvəqqətidir və respublikamızda tədqiqatları əsas, mərkəzi problemlərə
yönəltməyə, yerli elmi məktəblər yaratmağa kömək etmir. Bu mənada as-
pirant və doktorantların, ali təhsilli kadrların kənarda hazırlanması
vəziyyətdən əsil çıxış yolu deyil. Hamısı birdir, onlar da qayıdıb elmi mü-
hitdən əsər-əlamət olmayan bir şəraitə düşürlər və yaranmış ziya qığılcım-
ları şölələnmək və başqalarının da yolunu işıqlandırmaq əvəzinə tədricən
sönür. Bu tədbirlər yalnız o zaman səmərə verər ki, respublikanın özündə
elmi fikir ocağı olsun, necə deyərlər, «ümumdünya standartı» səviyyəsində
elmi məktəblər olsun. Onda hər bir qığılcım elm ocağının daha da şölələn-
məsinə səbəb olar.
Sual oluna bilər. Deyək ki, ictimai problemlər elmi şəkildə öyrənil-
di. Bəs əldə olunan biliklər istifadə olunacaqmı və kim tərəfindən? Axı,
bilmək azdır, tətbiqin özü də xüsusi professional mədəniyyət və təşəbbüs-
karlıq tələb edir. Real iş elmi biliklərdən tətbiqi biliklərə, ondan isə əməli
vərdişə keçməyi nəzərdə tutur. Hər bir sahədə düzgün texnologiyaya,
metodikaya əsaslanan əməli vərdişlər əldə etmək çox çətindir.
Elm və təhsil
687
İctimai elmlərin tətbiq sahəsi daha çox cəmiyyətin elmi əsaslarla
idarə olunmasını əhatə edir. İndiyədək bütün elmlər içərisində tətbiq üçün
ən az rəhbər tutulan məhz ictimai elmlər olmuşdur. Öyrənmək və tətbiq
olunmaq hüququ bu elmlərin əlindən alınmış və təbliğat funksiyası ilə əvəz
edilmişdir. Ona görə də, ən yüksək diletantizm məhz idarəetmə sahəsində
özünü göstərir. Rəhbərlik etməyə can atanlar rəhbərlik işinin yüksək
professional hazırlıq tələb etdiyini və bu sahədə ictimai elmlərlə ittifaqın
zəruri olduğunu unudurlar. Unudurlar, çünki uzun illər ərzində idarəetmə
sistemində təşəbbüskarlıq, müstəqillik onsuz da istisna olunurdu. Ona görə
də, əksinə, rəhbərlik işlərinə elmə arxalanan, yaradıcı, təşəbbüskar adamlar
əvəzinə, yaxşı icraçılar cəlb olunurdu. Onlar sadəcə olaraq yüksək rütbəli
rəhbərlərin – yuxarının göstərişi əsasında fəaliyyət göstərirdilər. Onların
elmi biliyə ehtiyacı yox idi.
Bu ənənə hələ tam aradan götürülməmişdir. Ona görə də, bizim
vəzifəmiz yalnız yığılıb qalmış ictimai problemlərin səbəblərini, mahiy-
yətini üzə çıxarmaq və onların həll yollarını tövsiyə etməkdən ibarət ola
bilməz. Biz həm də bu tövsiyələrin həqiqətən nəzərə alınması, həyata
keçirilməsi işində elm adamlarının özünün iştirakını nəzərdə tuturuq.
Elmin əsas funksiyası heç də sadəcə olaraq insanın mənəvi-intel-
lektual maraqlarına deyil, onun dünyanı məqsədyönlü surətdə dəyişdirmək,
öz əməli fəaliyyətini elmi əsaslar üzrə qurmaq məqsədinə xidmət etməkdir.
Bütün əməli fəaliyyət sahələri ancaq elmi əsaslarla təşkil olunduqda
səmərə verir. Buna görə də ixtisasından asılı olmadan bütün fəaliyyət sahə-
lərində çalışan insanlar həmin sahənin elmi əsaslarını öyrənmək məcburiy-
yətindədirlər. Hər bir fəaliyyət sahəsinin öz elmi əsasları olur ki, onların
öyrədilməsi ixtisaslaşmış ali təhsilin məzmununu təşkil edir.
Beləliklə ali təhsilin məqsədi konkret fəaliyyət sahələri üzrə əməli
bilik və vərdişlərlə yanaşı, həmin sahədəki əməli fəaliyyətin elmi əsasla-
rının da mənimsədilməsini təmin etməkdir. Başqa sözlə, elmi əsaslar ali
təhsilin mühüm tərkib hissəsidir.
Bəs elmi əsaslar nədir ?
Çox vaxt elmi əsaslar elmlə qarışıq salınır. Əlbəttə elmi fəaliyyət
üçün də elmi əsaslar lazımdır. Lakin yuxarıda qeyd etdiyimiz kimi elmi
əsaslar təkcə elmin deyil, müvafiq fəaliyyət sahəsinin də tərkibinə daxil-
dir. Yəni ali təhsil alan şəxs elm adamı olmasa da müvafiq fəaliyyət sahə-
sinin elmi əsaslarına yiyələnmiş olmalıdır.
Elm haqqında elm
688
Magistratura daha konkret bir sahə üzrə elmin əsaslarını daha dərin-
dən öyrətməklə yanaşı, həmin dar ixtisas sahəsi üzrə ya elmi nəzəri tədqi-
qat aparmaq, ya da elmi tətbiqi biliklərə yiyələnmək üçündür. Hər iki halda
elmi dünya görüşünün genişləndirilməsi, ümumelmi tədqiqat metodlarının
mənimsənilməsi nəzərdə tutulur. Beləliklə əsas ali təhsil pilləsində müəy-
yən sahə üzrə əməli biliklər və vərdişlər sistemi ilə yanaşı ümumi elmi bi-
liklər sistemi, başqa sözlə, ixtisas sahəsinin elmi əsasları da mənimsədilir.
Lakin hələ elmi yaradıcılıq vərdişləri aşılanmır və elmi praktik biliyin
əməli fəaliyyətə tətbiqi sahəsində də ancaq məlum biliklər öyrədilir. Ma-
gistratura pilləsində isə dar ixtisas sahəsinə aid olan spesifik, diferensial el-
mi biliklər öyrədilir ki, bu da elmin ön cəbhəsinə daha yaxın olmaqla ya
elmi tətbiqi yaradıcılıq üçün, ya da elmi-nəzəri axtarışlar üçün müəyyən
baza yaradır.
Fərdi yanaşma və yaradıcılıq tələb edən diferensiallaşmış ixtisas sa-
hələrindən fərqli olaraq daha geniş fəaliyyət sahəsində çalışmaq üçün la-
zım olan bilik və vərdişlərə daha çox sayda insan yiyələnir. Başqa sözlə,
müəyyən geniş sahə üzrə ən ümumi və zəruri biliklərin mənimsənilməsi
sonralar ixtisaslaşmış mütəxəssis olmaq və ya daha konkret bir problem
üzrə ixtisaslaşaraq elmi tədqiqatlar aparmaq üçün ilkin zəruri şərtdir. Ma-
gistratura və doktoranturaya daxil olmaq üçün əvvəlcə ali təhsil almaq tə-
ləbi də bununla əlaqədardır. Beləliklə elmi biliklərin əsaslarına yiyələnmək
təkcə elm adamı olmaq üçün deyil, bütün fəaliyyət sahələrində çalışmaq
üçün, praktik işçi olmaq üçün də zəruridir.
Elmi biliklər, elmin əsasları müasir dövrdə bütün fəaliyyət sahələri-
nin strukturuna daxildirsə, bəs onda elm digər fəaliyyət sahələrindən nə ilə
fərqlənir? Ümumiyyətlə elm əməli fəaliyyət sahələrindən ayrımı mövcud
olmalıdır ?
Digər tərəfdən, bütün ali məktəblərdə elmin əsasları öyrədilirsə və
gələcək elm adamları da məhz bu təhsil alanlar sırasından çıxmalıdırsa,
elmin ictimai təşkilatlanma forması təhsil sahəsindən kənardamı olmalıdır?
Keçmişdə elm və əməli fəaliyyətlər sahələri ayrı olduqlarına görə,
əməli işlə məşğul olan adamlara əməli bilik və vərdişlər kifayət etdiyinə
görə alimlər ancaq fundamental sahələr və ya fənlər üzrə ixtisaslaşırdı. Yə-
ni bilavasitə əməli fəaliyyətlə bağlı olmayan riyaziyyat, fizika, kimya və s.
fənlər – elm sahələri hesab olunurdu. Müəllimlik, mühəndislik, həkimlik
və s. isə əməli fəaliyyət sahələri və ya peşə hesab olunurdu. Sovet ali təhsil
Elm və təhsil
689
sistemi də əsasən bu prinsip üzərində qurulmuşdu. «Universitetlər» adla-
nan təhsil müəssisələrində hər bir fənn bir fakültə idi və birbaşa deyilməsə
də belə nəzərdə tutulurdu ki, burada elm adamları hazırlanır. Hətta həmin
fənlər üzrə müəllimlər belə başqa ali məktəblərdə – pedaqoji institutlarda
hazırlanırdı.
İkinci dünya müharibəsindən sonra bir sıra qabaqcıl ölkələrdə elm
və praktika arasında münasibət dəyişsə də Sovet İttifaqı öz ənənəsinə sadiq
qalaraq elmi praktikadan ayrı saxlamağa və hətta gələcək elm adamlarını
da ayrıca ali məktəblərdə hazırlamağa çalışırdı. Düzdür, bu sahədə müəy-
yən istisnalar var idi. SSRİ dövləti zamanın tələbi ilə hesablaşaraq bir sıra
texniki sahələrdə də alim hazırlığı ilə məşğul idi. Məsələn, Bauman adına
Texniki Məktəb, Moskva Mühəndis-Fizika İnstitutu, Moskva Fizika-
Texnika İnstitutu və s. Lakin bu məktəblər ancaq Mərkəzdə idi və bütöv-
lükdə SSRİ-nin elmi-texniki qüdrətinin artırılmasına xidmət edirdi. Müttə-
fiq respublikalarda isə «alimlər» əsasən universitetlərdə hazırlanırdı. Mü-
həndis hazırlayan texniki institutların, müəllim hazırlayan pedaqoji insti-
tutların elmi potensialı çox aşağı səviyyədə idi. Bu sahələrdə kadr hazırlığı
əsasən əməli məqsədlərə xidmət etdiyindən «elmin əsasları» da çox aşağı
səviyyədə mənimsədilirdi. Təəssüflər olsun ki, SSRİ dağıldıqdan sonra da
yeni yaranmış müstəqil ölkələrin ali təhsil siyasətində ciddi dəyişiklik baş
vermədi və SSRİ-nin rəqabətə tab gətirə bilməməsinə və dağılmasına gə-
tirib çıxaran ciddi nöqsanlardan biri onun xələfləri tərəfindən böyük müha-
fizəkarlıqla qorunub saxlanmaqdadır. Daha doğrusu dəyişiklik ancaq for-
mada, daha dəqiq desək ancaq adda edildi. Avropa təhsil təcrübəsini mə-
nimsəmək ancaq bütün ali məktəbləri «Universitet» adlandırmaqla məh-
dudlaşdı. Ad dəyişdi, amma məzmun dəyişmədi. Halbuki ali təhsil sahə-
sində zamanın tələbində böyük islahatlar aparılması günün tələbidir.
Avropada universitet dedikdə bütün əsas əməli fəaliyyət sahələrinin
əhatə olunması nəzərdə tutulur. Biz də ayrıca fakültə olan fizika, kimya bu
kimi fənlər isə «fənn» fakültəsində əhatə olunur. Həm də bu fənlərin öyrə-
dilməsi əməli fəaliyyət sahələrindən biri olan pedaqoji sahə olan kadr ha-
zırlığına xidmət edir. Gələcək elm adamları isə əməli fəaliyyət üçün zəruri
olan elmin əsaslarına yiyələndikdən sonra xüsusi yaradıcılıq potensialına
görə seçilərək magistraturada təhsilini davam etdirirlər. Yəni elmi fəaliyyət
üçün kadrlar əsas ali təhsil pilləsindən sonra seçilir və hazırlanır. Yəni elm
digər fəaliyyət sahələri ilə yanaşı duran bir sahə kimi deyil, vertikal şkala-
Elm haqqında elm
690
da hər sahənin xüsusi yüksək səviyyəsi kimi seçilir. Biz də bu cəhətlər hələ
də nəzərə alınmamışdır. Bakı Dövlət Universiteti ənənəvi olaraq yenə də
fənn sahələri üzrə kadrlar hazırlayır. Lakin onların məhz müəllimlik
fəaliyyəti üçün nəzərdə tutulduğunu «boynuna almır» – «Pedaqoji Univer-
sitet» var. Nəticədə BDU-da pedaqoji fənlər az tədris olunur və buranın
məzunlarının statusu məlum olmur. Daha dərin bilik verən BDU və daha
nisbətən aşağı bilik verən amma müəllim hazırlığı üçün zəruri proqramı
yerinə yetirməyə çalışan pedaqoji universitetlər. Hər birinin də öz
magistraturası, doktoranturası.
Magistratura-aspirantura-doktorantura üçlüyündə hansısa pillənin
artıq olub-olmaması barədə mübahisələrin səbəblərindən biri də magis-
tratura pilləsinin məqsədi, statusu və məzmununun hələ də dəqiq müəy-
yənləşdirilməməsidir.
Əslində ikipilləli ali təhsil sisteminə keçid olduqca böyük miqyaslı
və mühüm əhəmiyyətli bir dəyişiklik idi. Bu aktın icrasına artıq iki ildir ki,
başlanmışdır. Lakin, görünür, bu cür islahatlar daha dərin təhlil tələb edir.
Belə ki, hələ iki il keçməsinə baxmayaraq, nə ictimai rəydə, nə də rəsmi
dairələrdə magistratura haqqında birqiymətli təsəvvür yoxdur. Ümumiləş-
dirmə aparsaq, bu barədəki təsəvvürlər iki qrupa ayrıla bilər.
Birinci təsəvvürə görə magistratura, sadəcə olaraq, ali təhsilin ikinci
pilləsidir və bakalavr diplomu verən birinci pillədən ancaq ixtisaslaşma
dərəcəsinə görə fərqlənir. Yəni, ali təhsilin birinci pilləsində daha geniş
profil üzrə, ikinci pilləsində isə nisbətən diferensial ixtisas sahəsi üzrə kadr
hazırlığı gedir. Belə yanaşdıqda bakalavr dərəcəsi almış məzun hələ tam
ali təhsilli mütəxəssis hesab edilmir. Müəyyən konkret sahə üzrə mütəxəs-
sis olmaq üçün mütləq magistratura pilləsini də keçmək tələb olunur. Bu
cür təsəvvür magistraturanın bütün ixtisaslar üzrə geniş şəbəkəsinin yara-
dılmasını və tələbə gənclərin getdikcə daha böyük əksəriyyətinin bu pillə-
də təhsil almasını nəzərdə tutur.
İkinci təsəvvürə görə, bakalavr diplomu verən ali təhsil pilləsi əslin-
də tam ali təhsildir və bu pillənin məzunları ali təhsilli mütəxəssis kimi
xalq təsərrüfatının müvafiq sahələrində (elmdən başqa) istənilən yüksək
vəzifədə çalışa bilərlər. Magistratura isə, həmin ixtisas üzrə elmi yaradıcı-
lıqla məşğul olmaq istəyənlər üçündür. Ona görə də, magistraturada təh-
silini ancaq gələcəkdə ali məktəblərdə dərs demək və elmi tədqiqatla
Elm və təhsil
691
məşğul olmaq istəyənlər davam etdirməlidirlər. (Əlbəttə, magistraturanı
bitirənlər də sonradan praktik fəaliyyətə keçə bilərlər. Lakin bunun üçün
magistraturanı bitirmək zəruri şərt sayılmır). Magistratura belə başa düşül-
dükdə, onun proqramına dar ixtisaslaşma ilə bağlı fənlərdən başqa, elmi
yaradıcılıqla, elmi tədqiqatın metodları ilə bağlı fənlər də daxil edilməlidir.
Bir zaman aspiranturada fəlsəfədən və xarici dildən «namizədlik minimu-
mu» adlanan imtahanların verilməsi də elmi tədqiqat üçün zəruri baza ya-
radılmasına xidmət edirdi. İndi bu tələblər prinsipcə magistratura
pilləsində də ödənilə bilər.
Sovet modelində «elmlər namizədi» dərəcəsi almaq üçün lazım olan
təhsil pilləsinin – aspiranturanın analoqu Qərb ölkələrində yoxdur. Elmi
dərəcə almaq üçün bu ölkələrdə məhz tədqiqat işinin yerinə yetirilməsi
tələb olunur. Elmi yaradıcılıq üçün zəruri olan biliklərin tədrisi və imtahan
verilməsi isə bir təhsil pilləsi kimi əvvəlcədən magistraturada keçilmiş
olur. Magistratura bir təhsil pilləsi olaraq aspiranturanı tam əvəz edir, lakin
bir tədqiqat pilləsi olaraq əvəz etmir. Belə ki, magistraturada müdafiə olu-
nan tədqiqat işinə qoyulan tələblər aşağı olur. Bu, bir növ ciddi yazılan
diplom işinə uyğun gəlir. Əsas ağırlıq isə təhsil tərəfinə düşür.
Məhz buna görədir ki, magistratura (master degree) pilləsindən son-
ra təhsilə bənzər bir pilləyə ehtiyac qalmır. Və ya əgər qalırsa da, bu, fərdi
qaydada müəyyənləşdirilir və əvvəlki təhsil pillələrinin tamamlanması
yolu ilə həll olunur.
Yəni iddiaçı dissertasiyanın mövzusuna uyğun olan müəyyən ixtisas
fənnindən imtahan verməyibsə, bunu fərdi qaydada həll edib aşağı təhsil
pilləsində oxuyanlarla bir yerdə imtahan verə bilər.
Bir sözlə, Qərb ölkələrində magistraturadan sonrakı pillə təhsilə
yox, tədqiqata uyğun gəlir. Bu isə sovet modelində doktorluq dissertasiya-
sının yazılma prosedurasını xatırladır.
Beləliklə, Qərb modelində formaca magistratura aspiranturanı, dok-
torluq dərəcəsi almaq üçün keçilən tədqiqat mərhələsi isə sovet modelin-
dəki doktoranturanı xatırladır. Yazılan tədqiqat işinin səviyyəsi baxımın-
dan yanaşdıqda isə bu uyğunluq bir pillə sürüşür; Qərb modelində magis-
traturada yazılan tədqiqat diplom işinə, doktorluq işi isə namizədlik disser-
tasiyasına uyğun gəlir. Sovet sistemindəki doktorluq dissertasiyasının mü-
dafiəsi isə Qərb modelində sadəcə olaraq mövcud deyil. Görünür, artıq
alim adını almış adamın yenidən kürsüyə çıxarılaraq imtahan edilməsinə
Elm haqqında elm
692
ehtiyac duyulmur. Bəzi ölkələrdə «elmlər doktoru» dərəcəsinə adekvat
olan yüksək doktorluq dərəcəsi müdafiə prosedurası olmadan, tədqiqat işi
əsasında Elmi Şura tərəfindən verilir. Yeri gəlmişkən, Elmi Şuranın
qərarının başqa bir instansiyada təsdiqlənməsinə də ehtiyac duyulmur.
Sovet təhsil sistemində ali ixtisas təhsili almaq istəyənlərin hamısı
üçün ümumi olan beş illik ali təhsildən sonra elmi yaradıcılıq yolunu se-
çənlər üçün üç illik aspirantura təhsili nəzərdə tutulurdu. Aspirantura təhsi-
lin ən yüksək pilləsi idi. Düzdür, namizədlik dissertasiyasını müdafiə et-
dikdən sonra daha bir dissertasiya yazıb müdafiə etmək – «elmlər doktoru»
adını almaq mümkün idi. Lakin bunun üçün xüsusi bir təhsil pilləsi yox
idi. «Doktorantura» sözü formal xarakter daşıyırdı və görünür, Qərb dün-
yasında aspiranturaya adekvat təhsil pilləsi «doktorantura» adlandırıldıq-
dan sonra bu söz bizdə də leksikona daxil olmuş, lakin başqa mənada
işlənmişdir. Bu söz doktorluq dissertasiyası adı ilə səsləşdiyindən, guya as-
piranturadan sonrakı təhsil təsəvvürü yaradırdı. Əslində isə belə təhsil pil-
ləsi heç sovet dövründə də yox idi. Doktorluq dissertasiyasını bir qayda
olaraq ali məktəblərdə dərs deyən və ya elmi-tədqiqat institutlarında elmi
işçi kimi çalışan elmlər namizədləri müstəqil surətdə yazırdılar. Bunun
üçün sadəcə olaraq dissertasiya mövzusunun Elmi Şurada təsdiq olunması
kifayət idi. «Doktorantura» imitasiyasını yaradan isə çox vaxt bir illik
yaradıcılıq məzuniyyətləri və ya paytaxtdakı tədqiqat mərkəzlərinə müxtə-
lif müddətli yaradıcılıq ezamiyyətləri olurdu. Bu isə, təbii ki, təhsil pilləsi
kimi başa düşülə bilməzdi. Çünki doktorluq dissertasiyasının yazılması
dövründə iddiaçıya nəinki dərslər keçilməsi nəzərdə tutulmurdu, həm də
müəllim-şagird münasibətini xatırlada biləcək rəhbər-iddiaçı münasibəti də
yox idi. Başqa cür ola da bilməzdi. Artıq elmi yaradıcılıq vərdişi qazanmış
və alimlik dərəcəsi almış adama yenə də rəhbərlik etmək, ona tədqiqat yo-
lunu göstərmək sadəcə olaraq, onun elmi yaradıcılıq müstəqilliyinin əlin-
dən alınması olardı.
Elmi-tədqiqat sahəsində bizdən xeyli irəlidə gedən Avropa ölkələ-
rində, ABŞ-da və Yaponiyada öyrətmək adı ilə tədqiqatçını daha çox çərçi-
vələrə salmaq deyil, tədqiqatçıya daha çox müstəqillik vermək, onun sər-
bəstlik dərəcəsini artırmaq üçün yollar axtarılır. Bu ölkələrdə elmi dərəcə-
lərin verilməsi səlahiyyəti də bizdəki kimi çoxpilləli bürokratik struktur-
lara deyil, Elmi Şuraların kompetensiyasına aiddir. Elmi dərəcələr və adlar
Elm və təhsil
693
bütün ölkə miqyasında vahid standartlar və meyarlar əsasında eyni bir
komissiya tərəfindən deyil, müxtəlif universitetlərin Elmi Şuraları
tərəfindən verildiyindən iddiaçı seçim imkanına malikdir. Belə ki, hər
hansı bir komissiya, Elmi Şura iddiaçının nailiyyətini qiymətləndirmirsə və
burada subyektiv amillər varsa, iddiaçı başqa universitetdə, başqa komis-
siya qarşısında öz şansını reallaşdırmaq imkanına malikdir.
Əgər biz inkişaf etmiş Qərb ölkələrinin təcrübəsini və ya sovet təhsi-
linin üstün cəhətlərini tətbiq etmək istəyiriksə, bunun üçün sadəcə təqlidçi-
lik azdır. Təqlid üzərində «yaradıcılıq» edərək yeni kombinasiyalar hazır-
lamaq isə ikiqat yolverilməz haldır. Əsas məsələ, mahiyyətlərin düzgün
dərk olunmasıdır. Əgər formaya yox, təzahürlərə yox, mahiyyətə diqqət
yetirsək görərik ki, sovet təhsil sistemi də, Qərb modelləri də eyni mahiy-
yətin müxtəlif təzahürləridir. Sovet dövründə beş il ərzində ali təhsilli mü-
təxəssislər hazırlandıqdan sonra onların arasında elmi iş üçün seçilən mə-
zunlar aspiranturada məhz bu məqsədə xidmət edən əlavə təhsil alır və
həm də müəyyən mövzu üzrə elmi-tədqiqat işi apararaq, «dissertasiya» ad-
lanan elmi əsər yazırdılar. Əgər iddiaçı yazdığı əsərdəki elmi müddəaları
Elmi Şura qarşısında müdafiə edə bilirdisə, onlara elmi dərəcə verilirdi.
İkinci elmi dərəcə almaq, «elmlər doktoru» olmaq üçün isə heç bir təhsil
pilləsi tələb olunmurdu.
Qərb ölkələrində elmi işə magistratura pilləsində başlanır və ona gö-
rə də elmi yaradıcılıqla bağlı biliklər də bu pillədə verilir. İddiaçı elm ada-
mı üçün lazım olan bilik və vərdişlərə yiyələndikdən və özünün ilk müstə-
qil tədqiqat işini yazaraq, Elmi Şura qarşısında müdafiə etdikdən sonra ona
ilk elmi dərəcə verilir. Bundan sonra elm yolunu davam etdirmək istəyən-
lər üçün bu və ya digər elmi-tədqiqat müəssisəsində (xarici ölkələrdə bir
qayda olaraq, universitetlərin nəzdindəki tədqiqat institutlarında) doktorluq
dissertasiyası yazmaq üçün imkan verilir, şərait yaradılır. Amma bu pillə
klassik mənada təhsil pilləsi hesab olunmur. Bu artıq elmi yaradıcılıq pillə-
sidir. Doktor adını alanlar bir qayda olaraq, ali təhsil müəssisələrində çalı-
şaraq, professor assistenti, yaxud dosent vəzifəsini tuturlar. Tam professor
ştatına keçmək istəyənlər isə bundan sonra hələ çox tədqiqat işləri yazmalı,
müvafiq elm sahəsində görkəmli mütəxəssis olmalı, universitet daxilində
nüfuz qazanmalı və müsabiqə əsasında universitet Elmi Şurasının qərarı ilə
bu vəzifəyə seçilməlidir. Bəzi ölkələrdə professor olmaq üçün birinci dok-
Elm haqqında elm
694
torluq (fəlsəfə doktoru) adından sonra daha bir müsabiqədən keçmək və
yüksək qabiliyyət doktoru (doctor habilitasion) olmaq tələb olunur. Başqa
ölkələrdə isə bu tələblər ancaq professorluq vəzifəsinə qoyulur.
Mahiyyətcə bu sistem eynilə sovet sistemini xatırladır. Sadəcə ola-
raq, sovet sistemində ciddi tələblər ikinci dissertasiya müdafiəsinə (elmlər
doktoru dərəcəsinin alınmasına) qoyulurdu. Ali məktəblərdə doktor olduq-
dan sonra professor vəzifəsini tutmaq isə çox adi və labüd prosedura idi.
Bir sözlə, təzahürlər fərqlənsə də, mahiyyət eynidir.
Bəs onda biz nəyin üstündə mübahisə edirik? Formanınmı, təzahür-
lərinmi, yaxud, sadəcə olaraq, sözlərinmi? Belə düşünmək olar ki, heç bir
narahatçılıq üçün səbəb yoxdur. Hansı söz, hansı forma, hansı variant qə-
bul olunursa-olunsun... Təəssüf ki, belə deyil. Mahiyyət özü anlaşılmadıq-
da, forma məzmuna, təzahür mahiyyətə uyğun seçilmədikdə, olduqca zi-
yanlı nəticələr hasil ola bilər.
Əvvəla, nəyin təhsilə, nəyin elmi yaradıcılığa aid olduğunu mütləq
nəzərə almaq lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, elmi yaradıcılıq
prosesinin öz spesifikası vardır və o, Təhsil Qanunu ilə deyil, Elm Qanunu
ilə tənzimlənməlidir. Elmi adların və elmi dərəcələrin verilməsi qaydaları
da daha çox elmi fəaliyyət sahəsi ilə bağlı olduğundan Elm Qanununda
təsbit olunmalıdır. Lakin, bununla belə, məsələnin təhsillə əlaqədar tərəflə-
ri də vardır. Belə ki, elmi adlar verilərkən, iddiaçının bu məqsədlə təhsil al-
ması deyil, təhsil prosesində subyekt kimi iştirakı nəzərdə tutulur. Burada
elmi fəaliyyət, elmi yaradıcılıq göstəriciləri ilə yanaşı, təhsil subyekti kimi
fəaliyyət, yüksək səviyyəli mühazirələr oxumaq səriştəsi və təcrübəsi,
habelə tədrisin metodikasına dair tədqiqatlar tələb olunur.
Sovet sistemində iddiaçının təhsil prosesində iştirakı və tədrisin me-
todikası sahəsindəki xidmətləri ön plana çəkilirdi və bəzən elmi nailiyyət-
lərsiz və müvafiq elmi dərəcəsiz də professor adı verilirdi. Nəticədə ali
məktəblərdə çalışan doktorların sayı ilə professorların sayı eyniləşirdi və
hətta bəzən professorlar daha çox olurdu.
Qərb ölkələrində elm adamları bir qayda olaraq, universitetlərdə ça-
lışdığından elmi dərəcəyə qoyulan tələblər də çox vaxt professor rütbəsinə
qoyulan tələblərə daxil edilir. Belə ki, xüsusi elmi nailiyyətləri olmayan
adamlar professor vəzifəsinə seçilə bilməzlər.
Keçmiş sovet sistemində isə, elmi-tədqiqat institutlarının böyük bir
qismi universitetdən kənarda müstəqil surətdə (akademiya sistemi çərçi-
Elm və təhsil
695
vəsində) fəaliyyət göstərdiyindən «professor» rütbəsindən fərqli olan
yüksək elmi dərəcə müəyyən edilməsinə böyük zərurət var idi. Akademiya
sistemi daxilində təhsillə bağlı fəaliyyət ancaq aspiranturada dərs demək
və elmi rəhbər olmaq formasında həyata keçirilirdi. Professor adı da bu
sahədəki fəaliyyətə görə verilirdi. Aspirant yetişdirməklə az məşğul olan,
lakin, böyük elmi nailiyyətləri olan alimlər isə heç vaxt professor adı al-
mırdı. Və bu qəbahət sayılmırdı. Çünki, «elmlər doktoru» ilə professor ara-
sında səviyyə fərqi yox idi. Bir daha təkrar edirik ki, bu ancaq sovet sis-
temində idi. Xarici ölkələrin əksəriyyətində isə, doktorluq və professorluq
arasında səviyyə fərqi də vardır. Həm də bu fərq kifayət qədər böyükdür.
Doktorlar çoxdur, professorlar isə azdır.
Beləliklə, Qərb ölkələrində və sovet sistemində elmi dərəcə və adla-
ra qoyulan tələblər arasındakı fərq əslində bütövlükdə elm və təhsilin təş-
kilati strukturu arasındakı fərqdən irəli gəlir. Yəni, Qərb dünyasında aka-
demiya sisteminə daxil olan müstəqil elmi-tədqiqat institutlarının olmama-
sı nəzərə alınmalıdır. Və biz elm və təhsili Qərb modelinə uyğunlaşdırmaq
istəyiriksə, birinci növbədə akademiyalar və universitetlər arasındakı nis-
bət və münasibət məsələsini aydınlaşdırmalıyıq. Bu hal müstəqil Azərbay-
can Respublikasının vahid elm-təhsil konsepsiyasının yaradılması zərurəti
haqqındakı fikrimizi bir daha aktuallaşdırır.
Elm haqqında elm
696
Dostları ilə paylaş: |