Elmi biliklər üst-üstə yığılarkən bəzən


Elm və təhsil sistemində islahat üçün



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə52/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   47   48   49   50   51   52   53   54   55

Elm və təhsil sistemində islahat üçün 

layihə 

 

 

1. Elm və təhsil sahələrində vəziyyət haqqında 

 

Ölkəmizdə orta təhsil sistemində iki alternativ təhsil forması arasın-



da rəqabət getdikcə artmaqdadır. Təhsilin ikiləşməsinə səbəb orta məktəb-

də ənənəvi tədris üsulu və tələbə qəbulu zamanı tətbiq olunan test sistemi 

arasındakı uyğunsuzluqdur. Yəni qəbula hazırlaşan abituriyent üçün test 

proqramları daha önəmli olduğuna görə, onlar məktəbdən yayınaraq və ya 

məktəblə paralel surətdə repetitor kurslarına gedirlər. Nəticədə yuxarı 

siniflər üçün orta məktəb dərslikləri ilə yanaşı, testlərə hazırlıq kitabları da 

çap olunur. Yəni bütün göstəricilər üzrə ikiqat və ya alternativ təhsil prose-

si gedir ki, bunlardan biri rəsmi, digəri isə qeyri-rəsmi surətdə həyata keçi-

rilir. Lakin bu qeyri-rəsmi təhsil artıq o dərəcədə geniş yayılmış və institut-

laşmışdır ki, onun ya dövlət səviyyəsində tənzim olunmasına, ya da parça-

lanmış təhsilin yenidən birləşdirilməsi üçün tədbirlər görülməsinə ehtiyac 

yaranmışdır.  

Ali məktəblərdə də ənənəvi tədris və qiymətləndirmə sistemi dəyiş-

diyindən (Bolonya sisteminə kortəbii keçid sayəsində) professor-müəllim 

heyətinin yüksək peşəkarlıq keyfiyyətləri, müəllimlik məharəti və gənclərə 

yaradıcı  təfəkkür aşılanması istiqamətindəki fəaliyyəti məhdudlaşır və 

müəllimlər nabələd olduqları bir formalizm mühitinə düşürlər.  

Ali məktəblərdə kurikulum islahatları o dərəcədə geniş miqyas al-

mışdır ki, müəllimlərin elmi fəaliyyəti arxa plana keçmişdir. Ümumiyyətlə, 

ali məktəblərdə elmi tədqiqat işinin səviyyəsi həddindən artıq aşağı düş-

müş  və  əsasən formal hesabat xarakteri daşıyır. Tək-tək istisnalar isə ali 

məktəblərdəki vəziyyəti bütövlükdə qiymətləndirmək üçün yetərli deyil.  

Müxtəlif universitetlərdə eyni elmi istiqamətlər üzrə kafedralar və 


Elm və təhsil 

 

 

 

697



 

laboratoriyalar fəaliyyət göstərir və bunların hər birində müvafiq elmi baza 

yaratmaq qeyri-mümkündür. Ona görə də sahələr üzrə mərkəzləşmiş elmi 

tədqiqat sistemləri yaradılmasına böyük ehtiyac vardır.  

Avropada ali təhsilin ikipilləli olması ən çox magistratura pilləsinin 

xüsusi təyinatı ilə əlaqədardır. Yəni burada ya müəyyən bir fəaliyyət sahəsi 

üzrə yüksək dərəcədə ixtisaslaşmış  və elmi-praktik fəaliyyət vərdişləri 

qazanmış kadrlar yetişdirilir, ya da elmin ilk pilləsi olmaqla burada elmi 

fəaliyyətin metodologiyası öyrədilir və konkret elmi tədqiqat vərdişləri 

aşılanır. Təəssüf ki, ölkəmizdə magistratura pilləsi hələ lap yaradılışından 

indiyədək öz təyinatına və funksiyasına uyğun gəlmir. Eləcə də ali təhsilin 

ilk pilləsində daha geniş profilli kadrlar hazırlamaq  əvəzinə, buraya yenə 

də 5 illik ali təhsil dövründə olduğu kimi, bütün dar ixtisas sahələri üzrə 

tələbə qəbulu aparılır. Nəticədə bakalavr dərəcəsi almış məzun magistratu-

rada, demək olar ki, eyni müəllimlər tərəfindən eyni dərsləri təkrar keçməli 

olur. Burada yeganə dəyişiklik isə ondan ibarətdir ki, birinci pillədə müəl-

lim 50-100 nəfər tələbəyə mühazirə deyirdisə, ikinci pillədə 1-3 nəfərə 

«mühazirə deyir». Yəni  əslində «mühazirə» öz mahiyyətinə yabançı bir 

formaya salınır. Həm də dərs yükü süni surətdə azı 10 dəfə şişirdilmiş olur 

ki, bu da dövlət büdcəsinə israfçı münasibət deməkdir. Halbuki ən varlı 

ölkələrdə də magistraturada mühazirə dərslərinə azı 10-15 tələbə cəlb olu-

nur. Bizdə belə vəziyyətin yaranması magistratura təhsilində mərkəzləşmə-

nin olmaması, elmi potensialının yetərli olub-olmamasına baxmayaraq, bü-

tün ali məktəblərə universitet və ya akademiya statusu verilməsi və onların 

hamısının magistratura və  hətta doktorantura pilləsinə malik olması ilə 

bağlıdır. Halbuki, hər bir ixtisas sahəsində ölkədə bir və ya uzaqbaşı iki el-

mi mərkəz yaradılması  və elmi kadr hazırlığının ancaq bu mərkəzlərdə 

aparılması daha məqsədəuyğun olardı.  

Bütün ölkə miqyasında elmi fəaliyyət qurumlarının reyestri, mövcud 

durumun ölkəmizdə elmin inkişaf konsepsiyasına uyğunluq dərəcəsinin 

dəyərləndirilməsi, elmi institutların yenidən bölüşdürülməsi və sistemləş-

dirilməsinə böyük ehtiyac vardır. 

 Elmi tədqiqat işi bir şeydir, onun idarə olunması, ölkənin ictimai-iq-

tisadi həyatı ilə əlaqələndirilməsi, sosial tələbatın nəzərə alınması, optimal 

maliyyə sisteminin tətbiqi və s. bu kimi məsələlər tamamilə fərqli şeylər-

dir. Ona görə də, bu sonuncuların elmi tədqiqat müəssisəsinin özünə həva-

lə edilməsi tamamilə müxtəlif xarakterli fəaliyyət sahələrini eyni mərkəz-


Elm haqqında elm 

 

 

 

698



dən idarə etmək təşəbbüsüdür ki, bu da çətin ki, müsbət nəticə versin. Bu-

nu nəzərə alan ölkələr elmin idarə olunması üçün ayrıca inzibati qurumlar 

yaradırlar. Əksər ölkələrdə Elm və Texnika Komitələri, Elm və Təhsil Na-

zirliyi, Elm Nazirliyi yaradılmışdır. Azərbaycan SSRİ tərkibində olanda el-

mi fəaliyyətlərin, elm və texnikanın  əlaqələndirilməsi, habelə elmin icti-

mai-iqtisadi funksiyalarının tənzimlənməsi SSRİ Nazirlər Kabinetinin Elm 

və Texnika Komitəsi tərəfindən həyata keçirilirdi. SSRİ EA isə ancaq elmi 

tədqiqatların daxili məzmunu ilə bağlı məsələləri əlaqələndirirdi. Azərbay-

can müstəqillik  əldə edəndən sonra elmi-texniki fəaliyyət sahəsinin idarə 

olunması üçün Dövlət Elm və Texnika Komitəsi yaradıldı. Amma bu 

qurumun fəaliyyəti hələ kifayət qədər formalaşmamış ləğv edildi. Bundan 

sonra uzun müddət elmi idarəçilikdə bir boşluq özünü göstərdi. Nazirlər 

Kabinetinin şöbəsi təbii ki, belə bir geniş miqyaslı funksiyanı yerinə yetirə 

bilməzdi. Çıxış yolu kimi Elmlər Akademiyasının səlahiyyətləri genişlən-

dirildi və AMEA-nın Nizamnaməsinə görə, bütün ölkə miqyasında elmi 

fəaliyyətin  əlaqələndirilməsi işi ona tapşırıldı. Lakin təbii ki, Akademiya 

elmi müəssisə olmaqla və əsas funksiyası elmi fəaliyyət olduğuna görə, öz 

təbiətinə uyğun olmayan belə bir idarəçilik funksiyasını yerinə yetirə bil-

mədi. Hətta o bunu etmək istəsə  də, bu məqsədlə Akademiyaya geniş 

çeşiddə ştat vahidləri və xüsusi təşkilati qurum tələb olunur. 

Əlbəttə, AMEA nüfuzlu bir təşkilatdır. Və dövlətimiz elmə hörmət, 

sayğı və qayğı ilə yanaşdığı üçün, onun təklif və iddialarını da ciddi qəbul 

edir. 

AMEA-nın öz daxili qüvvələrinin hazırladığı  əsasnamə (və Ni-



zamnamə) çox iddialıdır və üzərinə gücü çatmayacaq dərəcədə böyük yük 

götürür. Dövlət isə onu elmi bir təşkilat olaraq ciddi qəbul edir və təsdiqlə-

yir. Lakin reallıqda AMEA-nın bu səlahiyyətləri icra etmək üçün 

bürokratik potensialı və elmi təşkilatçılıq vərdişləri yoxdur.  

Bəs AMEA-da hansı sahələrdə bilik və təcrübə potensialı var?  

Ayrı-ayrı ixtisaslaşmış elmi sahələr (fənlər) üzrə. Məsələn, fizika, 

riyaziyyat,  ədəbiyyat və s. Və bunların heç biri elmin idarə olunması 

sahəsində zəruri olan bilik və təşkilati təcrübəni ehtiva etmir. 

Digər tərəfdən, AMEA adekvat təşkilati formaya və bürokratik 

struktura malik deyil. Belə ki, elmi tədqiqat institutları bu və ya digər icti-

mai fəaliyyət sahəsinin idarə olunması üçün deyil: onlar ancaq elmi-təd-

qiqat işləri ilə məşğul olur. Elmşünaslıq və Elm təşkilatçılığı üzrə kadrlar 



Elm və təhsil 

 

 

 

699



 

ya yoxdur, ya da tək-tük belə adamlar varsa, pərakəndə halda institutlara 

səpələndiyi üçün mobil bir qrup halında fəaliyyət göstərə bilmir.  

Hazırda AMEA-nın strukturunda təşkilati işlə  və ölkə miqyasında 

elmin  əlaqələndirilməsi ilə  məşğul olan yeganə bir şöbə var ki, onun da 

cəmi 9 nəfər işçisi var. 

Qalan şəxslər bu işə ictimai əsaslarla qoşulur. Məsələn, Problem Şu-

rasının rəhbərləri, katibləri və s. Amma bu adamlar elm adamlarıdır, hərə-

sinin öz elmi-tədqiqat işi var və onlar öz işini buraxıb bürokratik işlə məş-

ğul ola bilməzlər.  

 

Bəli, AMEA spesifik bir struktura malikdir. Onun üst qurumu – aka-



demiklər birliyidir. Yəni Akademiyanın ümumi yığıncağı və onun seçdiyi 

İdarə Heyəti. 

Lakin yığıncaq da, İdarə Heyəti də əslində idarəçilik işi ilə məşğul 

olmaq iqtidarında deyil. Çünki əvvəla, bu ictimai bir birlikdir. Hərənin öz 

iş yeri və öz əsas fəaliyyət sahəsi var.  

Kim isə Riyaziyyat institutunun direktorudursa, onun elə riyaziy-

yatla bağlı yetərincə işi var və ölkənin sosial elm institutunu idarə etmək 

üçün nə vaxtı, nə də elmin idarəçiliyi üzrə ixtisaslaşmış bilikləri çatır.  

O biri göstəriciləri isbat etməyə ehtiyac qalmasın deyə, elə  vaxt 

amili üzərində dayanaq.  

Çünki vaxt yoxdursa və müvafiq sahədə köməkçilər,  ştatlı  işçilər 

yoxdursa, nəyi və necə idarə etmək olar?  

Onu da nəzərə alsaq ki, AMEA-nın Rəyasət Heyətinin orta yaşı 75-

80-dən yuxarıdır, onda idarəçiliyin vəziyyətini də  təsəvvür etmək çətin 

deyil. 


*** 


 

Sual ortaya çıxır ki, bəs onda indiki halda AMEA-nı hansı inzibati 

qurum idarə edir?  

Digər tərəfdən, AMEA adlandırdığımız belə bütöv bir qurum varmı?  

Əslində AMEA adı altında tamamilə fərqli mahiyyətə malik olan üç 

struktur mexaniki və kor-təbii surətdə birləşdirmişdir: 

1.

 

Akademiklər birliyi və onun Rəyasət Heyəti. 



2.

 

Elmi tədqiqat institutları və onların Elmi Şuraları. 



3.

 

Ümumelmi və elmi-kütləvi xarakterli qurumlar: məsələn, Milli 



Ensiklopediya, Mərkəzi Elmi kitabxana, nəşriyyat və s.  

Elm haqqında elm 

 

 

 

700



Lakin bu qurumlar heç biri elmin bir sosial institut kimi təşkilatlan-

masına, elmi idarəçiliyə xidmət etmir. Əlbəttə, Akademiyada maliyyə-

təsərrüfat fəaliyyətinə dair “idarəedici” qurumlar var, lakin onların elmi 

idarəçiliyə heç bir dəxli yoxdur.  

Bəs Akademiyada elmin əlaqələndirilməsi, vahid təşkilati mexanizm 

yoxdursa, o, bu işin öhdəsindən necə gəlir? Bax, bu cür məsul bir fəaliyyət 

növü ancaq ictimai əsaslarla həyata keçirilir; tək bir şöbədən başqa: Elmi 

Təşkilat  şöbəsi. Halbuki, mərkəzi aparatın bütün fəaliyyəti məhz bu 

funksiyanın yerinə yetirilməsindən ibarət olmalıdır.  

Akademiyada hər bir elmi tədqiqat institutu fərqli bir profil üzrə fəa-

liyyət göstərdiyindən, AMEA-nın Rəyasət Heyəti onların işini hətta elmi 

meyarlar baxımından da qiymətləndirmək iqtidarında deyil. Bu vəzifənin 

öhdəsindən gəlmək üçün Akademiyada bölmələr yaradılmışdır. Yəni yaxın 

elmi sahələr bir bölmədə birləşir və bu bölməyə rəhbərlik edən büro insti-

tutların işinə guya istiqamət verir, onların qərarlarını təsdiqləyir, hesabatla-

rını dinləyir və s. Lakin elmin yüksək dərəcədə diferensiallaşmış olduğu 

müasir  şəraitdə  bölmədə oturanlar institutların daxili “mətbəx”indən xə-

bərdar ola bilməzlər.  

Artıq çoxdan vaxtı çatmışdır ki, elmi işlərin dəyərləndirilməsi 

beynəlxalq ekspertiza yolu ilə həyata keçirilsin. Ən azı ölkə daxilində hər 

bir dar ixtisas sahəsi üzrə  ən yüksək səviyyəli ekspertlərin xidmətindən 

istifadə olunmalıdır.  

AMEA – əgər o, Dövlət Elm və Texnika Komitəsinin funksiyalarını 

yerinə yetirməyə  məsul edilibsə, onda AMEA-nın nəzdində  məhz bu 

məqsədə xidmət edən elmi-bürokratik qurum fəaliyyət göstərməlidir. Ali 

Attestasiya Komissiyasında da elmi ekspertiza işi ictimai əsaslarla həyata 

keçirilir ki, bu da işin yüksək səviyyədə icrasına imkan vermir. Ölkədə 

vahid mərkəzləşmiş ekspertiza sistemi olarsa, həm AAK-ın, həm AMEA-

nın, həm də Elmin İnkişafı Fondunun sifarişlərini yerinə yetirə bilər.  

 

 



2. Elm və təhsil sahəsində başlıca problemlər 

 

Elm və təhsil 

 

 

 

701



 

1.

 



Orta təhsilin ikiləşməsi. Biliklərin tədrisi və yoxlanması arasında 

uyğunsuzluğun kortəbii surətdə təşkilatlanması və TQDK ilə Təhsil Nazir-

liyi arasında yaranmış ixtilafın kökləri.  

2.

 



Əsas təhsil və tam orta təhsil arasında keyfiyyət və struktur 

fərqinin nəzərə alına bilməməsi. 

3.

 

Texniki peşə və orta ixtisas təhsillərinin mahiyyəti və təyinatı üzrə 



qurula bilməməsi. 

4.

 



Ali təhsildə ikipilləli sistemə keçidin kortəbii surətdə həyata keçi-

rilməsi və magistratura pilləsinin öz təyinatına uyğun surətdə qurula bilmə-

məsi.  

5.

 



Ali məktəblərdə elmi tədqiqatın formal xarakter daşıması. Elm və 

təhsilin koordinasiyası üçün tələb olunan təşkilati strukturların pərakəndə-

liyi.  

6.

 



Doktorantura pilləsi: terminlərin avropalaşdırılması, strukturun isə 

keçmiş sovet modeli üzrə qurulmasından yaranan absurd vəziyyət.  

7.

 

AMEA ilə universitetlər arasında  əlaqələrin formal və sistemsiz 



xarakteri. 

8.

 



Sahə elmlərinin Akademiya və Universitet elmi ilə  əlaqələn-

dirilməsində formal vəziyyət.  

9.

 

Elmi ekspertiza sistemi ictimai əsaslarla, pərakəndə  şəkildə  və 



keyfiyyətsiz haldadır.  

 

 



3. Təkliflər 

 

Elm və  təhsilin təşkilati strukturunu optimallaşdırmaq üçün aşağı-



dakı islahatlara ehtiyac vardır:  

1.

 



Savadlandırma və maarifçilik işinin spesifikasını  nəzərə almaqla 

müstəqil Maarif Nazirliyi yaradıla bilər. Bu qurumun məktəbəqədərki 

təlim və tərbiyə, ibtidai təhsil, orta təhsil, texniki-peşə təhsili və tam orta 

təhsil: təmayüllü liseylər, gimnaziyalar, ixtisaslaşmış orta təhsil kollecləri 

və s.-i əhatə etməsi nəzərdə tutulur.  

2.

 



Ali təhsilin elmin müasir nailiyyətləri səviyyəsində həyata keçiril-

məsi, habelə yüksək ixtisaslı elmi kadrlardan həm elmi fəaliyyətə, həm də 

tədris işinə  cəlb olunması üçün bu iki sahənin inteqrasiyasına nail olmaq 


Elm haqqında elm 

 

 

 

702



və onları vahid mərkəzdən idarə etmək məqsədilə Elm və Ali Təhsil Nazir-

liyi yaradılması.  

3.

 



Tələbə  Qəbulu üzrə Dövlət Komissiyası  təkcə  tələbələrin deyil, 

habelə dövlət qulluğunun müxtəlif sahələrinə kadr seçilməsi işini də təşkil 

etdiyinə görə, onun Prezident yanında Biliklərin Qiymətləndirilməsi Komi-

təsi kimi yenidən qurulması məqsədəuyğun olardı. Bu halda həmin qurum 

orta məktəb və ali məktəb məzunlarının biliklərini mərkəzləşmiş qaydada 

qiymətləndirməklə, orta və ali təhsil haqqında sənədlərin verilməsi üçün 

dövlət komissiyası rolunu yerinə yetirmiş olar. Şagird və tələbələrin giriş-

də deyil, çıxışda yoxlanması bu və ya digər təhsil müəssisəsində  təhsilin 

keyfiyyəti haqqında da müəyyən təsəvvür yaradar.  

Tələbə  qəbulu isə bütün dünyada olduğu kimi, orta təhsilin nəticələri 

haqqında Biliklərin Qiymətləndirilməsi Komitəsinin verdiyi sənəd əsas gö-

türülməklə və ixtisasın spesifikasına uyğun olaraq əlavə göstəriciləri nəzə-

rə almaqla ali məktəblərin özü tərəfindən həyata keçirilə bilər. Ali mək-

təbin keyfiyyət göstəricisi isə onun məzunlarının səviyyəsi ilə, məzunların 

neçə faizinin testlərdə müsbət nəticə qazanması ilə müəyyənləşdirilə bilər.  

4.

 

İndi AMEA-nın təşkilati strukturuna daxil olan Elmi tədqiqat ins-



titutlarının inzibati, təsərrüfat və maliyyə idarəçiliyi Elm və Ali Təhsil 

Nazirliyinə verilə bilər. AMEA isə ancaq elmi planda rəhbərliyi davam 

etdirə bilər. Elmi institutların ikiqat tabeçiliyi əslində elm sisteminin ikili 

strukturu ilə bağlı olub, elmi yaradıcılıq fəaliyyəti ilə sosial-iqtisadi və 

inzibati işlərin fərqləndirilməsi ehtiyacından irəli gəlir. 

5.

 



İkili idarəçilik sisteminə nümunə əslimdə vardır. Məsələn, Səhiyyə 

Nazirliyi sistemində məqsədi əhaliyə xidmət olan kütləvi xəstəxanalardan 

fərqli olaraq, həm də elmi tədqiqat funksiyasını daşıyan institutlar vardır. 

Məsələn, Oftalmologiya institutu, Onkologiya İnstitutu, Travmatologiya 

institutu. Bu qurumlarda əhaliyə xidmət işinə baş həkim, elmi tədqiqat işi-

nə isə institutun direktoru rəhbərlik edir.  

6.

 

AMEA yüksək elmi nailiyyətlərinə görə seçilən alimlərin (akade-



miklərin) ictimai birliyi olmaqla qismən büdcədən maliyyələşən qeyri-hö-

kumət təşkilatıdır. Bu baxımdan, onun fəaliyyəti yaradıcı  təşkilatlar haq-

qında bu yaxınlarda qəbul olunmuş qanun əsasında tənzimlənməlidir. Yəni 

Azərbaycan Yazıçılar Birliyi kimi, bir növ Azərbaycan Alimlər Birliyi də 

ola bilər. Bu ictimai təşkilatın statusu, funksiyaları  və  səlahiyyəti onun 

yeni nizamnaməsi əsasında müəyyənləşdirilə bilər.  



Elm və təhsil 

 

 

 

703



 

7.

 



AMEA-nın prezidenti inzibati işçi olmayıb böyük bir elm adamı, 

ziyalı kimi daha çox dərəcədə elmi meyarların qarantı kimi çıxış edə bilər.  

8.

 

AMEA-nın nəzdində elmlərin  əlaqələndirilməsi, elmi nailiyyətlə-



rin ekspertizası, fənlərin təsnifatı, elmi tədqiqatın prioritetləri və s. bu kimi 

ümumelmi və  fənlərarası  məsələləri  əhatə edən elmşünaslıq mərkəzi 

fəaliyyət göstərməlidir.  

9.

 



AMEA bir tərəfdən Prezident nəzdində Elmin İnkişaf Fondu, digər 

tərəfdən Elm və  Təhsil Nazirliyi ilə  sıx  əməkdaşlıq  şəraitində çalışmaqla 

yanaşı, bir ictimai təşkilat kimi nisbi müstəqilliyə malik olur və ölkədə 

elitar intellektual potensialın, ziyalı mühitinin təmsilçisi qismində 

Azərbaycanın digər yaradıcı təşkilatları ilə iş birliyi qurur.  

10.


 

Nazirliyin yaradılması ilə  əlaqədar AMEA-nın  əmlakına yenidən 

baxılır və Akademiyanın öz yeni funksiyalarını icra edə bilməsi üçün onun 

əmlak və maddi-texniki baza ilə təchizatı yaxşılaşdırılır.  

11.

 

Ölkədə elmi təfəkkür mədəniyyətinin və elmi dilin inkişafı, elmi-



kütləvi biliyin yayılması, elmi terminologiyanın formalaşması, akademik 

və elmi-kütləvi nəşrlər, qriflərin verilməsi, elmi jurnalların dəyərləndiril-

məsi, elmi-tədqiqat layihələrinin təqdimatı  və maliyyələşdirilməsi, elmi 

nailiyyətlərin qiymətləndirilməsi və mükafatlandırılması  və s. bu kimi 

məsələlər elmi təşkilatların birgə səyi ilə həyata keçirilir. 

12.


 

 AMEA-nın nəzdində olan elmi-tədqiqat institutları ilə universitet-

lərin müvafiq fakültələri arasında inteqrasiyanın, AMEA ilə Nazirlik ara-

sında səlahiyyət bölgüsünün həyata keçirilməsi üçün xüsusi proqram 

işlənib hazırlanır.  

 

 



Elm haqqında elm 

 

 

 

704



 

 

 



 

 

 



 

 

Əsas nəticələr



 

 

 



Elmşünaslıqda elmin əsasən sosial və təşkilati aspektləri, fəlsəfi ədə-

biyyatda isə – məntiqi-qnoseoloji aspektləri araşdırılır. Müasir fəlsəfədə, o 

cümlədən Qərbin “elm fəlsəfəsi”ndə ilk növbədə elmiliyin meyarları, elmi 

biliyin həqiqiliyi məsələsi öz əksini tapmışdır. Bəzi tədqiqatlarda elm 

yalnız məntiqi-qnoseoloji aspektdə, digərlərində isə – yalnız sosial 

aspektdə nəzərdən keçirilir. Bizim fikrimizcə, bu, elm sisteminin çoxölçülü 

olmasından irəli gəlir. Elmi çoxölçülü bir sistem kimi dərk etmək üçün biz 

onun müxtəlif aspekt və rakurslarının bir araya gətirilməsinə, ümumi 

metodoloji araşdırma prinsiplərindən çıxış etməyə çalışmışıq. 

Əsərdə məntiqi ilə tarixinin vəhdəti prinsipi də elmin bütöv bir kon-

sepsiyasının yaradılmasının, onun məntiqi-qnoseoloji və sosial aspektləri-

nin üzvi şəkildə birləşdirilməsinin zəruri şərti kimi götürülür. Bu mövqe-

dən elmin internalist və eksternalist konsepsiyaları, həmçinin Qərb fəlsəfə 

ədəbiyyatında elmiliyin demarkasiyası problemi üzrə  əsas nəzəriyyələr, o 

cümlədən K.Popperin falsifikasiya olunanlıq prinsipi, Sarton və Kunun  

sosial-tarixi  şərtlənmə, Lakatosun “tədqiqat proqramları”, Feyerabendin 

metod anarxizmi, Xoltonun “mövzu təhlili” modeli təhlil edilmişdir. 

Qərarlaşmış  ənənəyə uyğun olaraq eyni bir “elm” anlayışı ilə  həm 

yeni elmi biliklərin “istehsalı” üzrə fərdi fəaliyyət, həm fərdi elmi əsərlərin 

vahid ictimai tama gətirilməsinə – elmi kommunikasiyaların yaranmasına 

xidmət edən sosial təsisat, həm də ki, elmi biliklər sisteminin simasızlaşdı-

rılmış inkişafı – “obyektivləşdirilmiş biliklər dünyasının” özüinkişaf prose-

si ifadə olunur. Əsərdə bu hal elmin iyerarxik strukturu, onun müxtəlif sə-

viyyələrdə nəzərdən keçirilməsi ilə izah olunur. 

Bütöv elm sisteminin bir hissəsi olan ümumictimai elmi fəaliyyət  

ayrı-ayrı kiçik miqyaslı prosedurların müxtəlif birləşmələrindən təşkil 

olunmuş kifayət qədər mürəkkəb bir prosesdir. Ona görə də, ümumictimai 

elmi fəaliyyəti öyrənmək üçün əvvəlcə elmi fəaliyyətin konkret prosesləri-

nin strukturu öyrənilmiş, yəni müvafiq məntiqi-qnoseoloji təhlil aparılmış-



Elm haqqında elm 

 

 

 

706



dır. Digər tərəfdən, hər bir konkret qrupun elmi cəhətdən araşdırılması 

alınmış nəticələri sözlə ifadə etdikdən sonra daha geniş miqyaslı bir elmi 

fəaliyyətin hissəsinə çevrildiyindən, elm sistemi ikiölçülü fəzada konsen-

trik çevrələr, üçölçülü fəzada isə “matryoşka” modeli ilə  təqdim olun-

muşdur.  

Tədqiqat göstərir ki, hələ nə qədər ki, bütöv elm nə vahid sosial, nə 

də vahid epistemoloji sistem kimi formalaşmayıb, biz onun ümumi mode-

lindən danışmaqdansa, müxtəlif bölgələrdə, müxtəlif inkişaf səviyyəli öl-

kələrdə paralel surətdə mövcud olan müxtəlif strukturlardan və müxtəlif 

modellərdən bəhs etməliyik. Fərqli təşkilati modellər vahid elmin sanki 

dünyanın müxtəlif coğrafi məkanlarına paylanmış nisbi müstəqil elmlərin 

mövcuduğunu xatırladır. Aşağı inkişaf səviyyələrində aparıcı olan məsələ 

elmi maarifçilik, ictimai şüurda elmə münasibətin pozitiv yöndə transfor-

masiyası, elmin infrastrukturunun formalaşdırılmasıdır. Burada universitet 

təhsilinin yüksək səviyyədə  təşkil olunması  və elm üçün kadr hazırlığı 

problemi də önə  çıxır. Nisbətən yüksək inkişaf səviyyəsində, harada ki, 

yuxarıda sadalanan məsələlər öz həllini  əsasən tapmışdır, elm daha çox 

dərəcədə  tədqiqat prosesindən, yeni elmi biliklər axtarışından ibarət olur. 

Daha yüksək səviyyədə  əvvəlkiləri də ehtiva etməklə yanaşı, dövlətin və 

sosial-siyasi gücün təsiri ilə elmin dünya miqyasında idarə olunması, öz el-

mi nailiyyətlərindən istifadə edə bilməyən xalqların elmi potensialını  sə-

fərbər etmək, yaradıcı potensiala malik alimləri vahid elm mərkəzlərinə 

toplamaq, daha böyük miqyaslı layihələri həyata keçirməklə Elm-Texnika-

İstehsal zəncirində elmin aparıcı rolunu təmin etmək və s. bu kimi 

vəzifələr qarşıya çıxır.  

Hərdən bir qayıdıb elmin keçdiyi inkişaf yoluna ümumi nəzər sal-

maq, dünyanın elmi mənzərəsinin yenidən formalaşması prosesində başlı-

ca tendensiyaları üzə çıxarmaq, elmin inkişafını ümumelmi metodologiya 

və  fəlsəfə kontekstində izləmək, elmdə prioritet mövzuların, keçmişdən 

qalan və yeni üzə  çıxan problemlərin bir araya gətirilməsi və universal 

metodların tətbiq edilməsinə nail olmaq – bütün bunlar böyük elm 

adamlarının, alim-filosofların preroqativinə daxildir.  

Elmin inkişaf qanunauyğunluğu araşdırılarkən özünəməxsus bir es-

tafet prinsipi tətbiq olunmuşdur. Belə ki, elmi tədqiqatların yeni dövrəsi ilk 

ideya müəlliflərinə istinad edilsə də, artıq yeni alimlər tərəfindən və fərqli 

şəraitdə həyata keçirilir. Deməli, elmi fəaliyyətin hər bir budağı təkcə mən-



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin