Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə19/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   15   16   17   18   19   20   21   22   ...   55
Elm və elmşünaslıq 

 

 

 

245



 

sələn, F.Qurbanovdan sonra bu mövzuya müraciət edən C. Əhmədli, 

Z.Məmmədəliyev, Ə.Məmmədov, V.İsmayılov və s. də əsasən rusdilli ədə-

biyyata müraciət edərək, həmin sahədə ölkəmizdə aparılan heç bir tədqiqa-

tı, o cümlədən, F.Qurbanovun yuxarıda adını çəkdiyimiz əsərlərini nəzərə 

almırlar.

 

3

1



   

Bunu da qeyd etmək yerinə düşərdi ki, elmi idrakın forma və metod-

ları ilə əlaqədar uzun müddətdir ki, tədqiqat aparan professor Əziz Məm-

mədov son kitabında elmin rasional idrakla bağlı aspektlərini kifayət qədər 

geniş işıqlandırsa da, elm anlayışına, onun mahiyyətinə və yaranması tari-

xinə aid mülahizələrində köhnəlmiş, artıq çoxdan təkzib olunmuş mülahi-

zələri təkrar edir,

3

2



 bəzən yenə də marksizm ənənələrindən, sinfilik prinsi-

pindən, “ictimai inkişafın antoqonist xarakterindən” çıxış edir.

3

3

 Halbuki, 



Azərbaycanda elm haqqında düşüncələrin və öz dilimizdə  nəşr olunmuş 

məqalə və kitabların ümumiləşdirilməsi və tənqidi-təhlil süzgəcindən keçi-

rilməsi, bu problematikaya bizim öz baxış bucağımızın formalaşması mə-

qamı artıq çoxdan çatmışdır. Bu baxımdan, H.Quliyevin Azərbaycan ger-

çəkliyini nəzərə alan son monoqrafiyası xüsusi əhəmiyyətə malikdir.

3

4



 Mü-

əllif bu kitabda əvvəlcə ümumiyyətlə elmdən, müasir dövrdə onun əhəmiy-

yətindən, elmilik meyarlarından; rasionallıqdan, obyektivlikdən, elmin in-

kişaf qanunauyğunluqlarından bəhs edir, sonra isə onun bir ictimai sistem 

kimi, habelə bir mədəniyyət hadisəsi kimi xüsusiyyətlərini araşdırır, – bir 

sözlə, Azərbaycan oxucusunda elm haqqında hərtərəfli təsəvvür yaratmağa 

çalışır.  

H.Quliyev haqlı olaraq göstərir ki, biz nəinki “böyük elmə”, heç “ki-

çik elm”in fəaliyyət dairəsinə də daxil olmağa hazır deyilik. Çünki “böyük 

elm”in tələbləri bizim təsəvvür etdiyimizdən qat-qat böyükdür. Əlbəttə, 

səbəb yalnız maliyyə imkanları ilə bağlı deyil. Hətta dövlət büdcəsində 

elmə ayrılan pul bir neçə  dəfə artırılsa belə, bu ölkəmizdə  həqiqi elmi 

                                                 

1

 Bax, məs.: C.Əhmədli. Nəzəriyyə, onun tipləri və funksiyaları. Bakı, Diplomat, 2008; 



Z.Məmmədəliyev. Fəlsəfə və elm // İqtisadiyyat fəlsəfəsi. Bakı, İqtisad Universiteti, 2009, s. 

13-60;  Ə.B.Məmmədov, V.İ.İsmayılov, F.Ə.Məmmədov. Rasionallıq və qeyri-rasionallıq

Bakı, “Elm”, 2010.  

2

 Ə.B.Məmmədov, V.İ.İsmayılov, F.Ə.Məmmədov. Rasionallıq və qeyri-rasionallıq



Bakı, “Elm”, 2010, s. 289. 

3

 Yenə orada, s. 291. 



4

 Г.Гулиев.  Научная  стратегия  малых  стран  (поиски  азербайджанской  модели). 

Баку, Текнур, 2007 


Elm haqqında elm 

 

 



 

246


mühit yaradılması üçün yetərli deyil. Ona görə yox ki, bu pul azlıq edər; 

ona görə ki, ictimai rəydə və ictimai şüurda elmə münasibət kifayət qədər 

aktuallaşmamışdır. Və bunun bir səbəbi də elmin optimal təşkilati struktu-

runun olmamasıdır.  

Müəllif elmin yüksək dərəcədə inkişaf etdiyi ölkələrdə elmə və ali-

mə münasibəti, elm adamlarının səciyyələndirilməsini, Azərbaycandakı və 

ümumiyyətlə postsovet məkanındakı münasibətlə müqayisə edir. Keçmiş 

Sovetlər İttifaqında elmin bit tərəfdən dövlət inhisarında, digər tərəfdən də 

ideoloji kontekstdə olması, alim obrazının düzgün formalaşmaması da öz 

təsirini göstərməkdədir. Tədqiqatçı  məsələyə başqa rakursda yanaşaraq, 

müsəlman dünyasında elmə münasibət məsələsinin tarixini nəzərdən keçi-

rir və müasir Azərbaycanda, bir tərəfdən sovet, digər tərəfdən islam ənənə-

vi münasibətlərinin izlərini aşkar edir.  

Lakin təəssüf ki, bu kitab da rus dilində yazılmışdır. Ümumiyyətlə, 

bu sahədə ölkəmizdə çap olunan əsərlərin çoxu yenə də rus dilindədir

3

1



 ki, 

bu da milli fəlsəfi fikrin inkişafında “elm fəlsəfəsi” və elmşünaslıq aspekt-

lərinin təşəkkülünə xidmət etmir və ya çox az xidmət edir. Bu baxımdan, 

Cəmil Əhmədlinin son illərdə elm fəlsəfəsinə dair yazdığı bəzi məqalələr, 

elmi nəzəriyyə problemi ilə bağlı çap etdirdiyi ayrıca kitab xüsusi əhəmiy-

yətə malikdir.

3

2

  



Yaxşı ki, elmin sosial sistem kimi öyrənilməsi üçün də müəyyən 

baza yaranmış, mürəkkəb sosial sistemlərin tədqiqatı kontekstində elmin 

tədqiqi üçün də metodoloji tövsiyələr işlənib hazırlanmışdır.

3

3



 Bundan baş-

qa, elmi idrak, onun Şərqdə və Qərbdə xüsusiyyəti, təfəkkürün inkişaf yo-

lu, elm və  təfəkkür mövzularında aparılan tədqiqatlar da ölkəmizdə elm 

haqqında təsəvvürlərin formalaşmasında müəyyən rol oynamışdır. 

3

4

  



                                                 

1

 Bax, məs.: Н.Мамедов. Моделирование и синтез знаний. Баку, Элм, 1979; З.Ма-



медалиев. Наука, истина, современная цивилизация // «Fəlsəfə və sosial-siyasi elmlər» 

jurnalı, 2003, № 1-2, с. 40-61; А.Асадов. Мышление. Творчество. Эпоха. Баку, Текнур, 

2009 və s.  

2

 C.Əhmədli.  Elmi biliyin inkişaf qaynaqları // “Dünyaya baxış” jurnalı, 2007, № 6; 



Elmlərin inteqrasiyası, biliyin sintezi // Fəlsəfə. Elmi-nəzəri jurnal, 2009, № 2, s. 11-24; 

C.Əhmədli. Nəzəriyyə, onun tipləri və funksiyaları. Bakı, Diplomat, 2008.  

3

 А.Аббасов. Сложность. Время. Синергетика: общетеоретический анализ проблем 



сложности и развития сложных систем. Баку, Элм, 1991. 

4

 A.Əsədov. Təfəkkürün fəlsəfəsi: epoxal təfəkkür cəmiyyətin və  təbiətin qarşılıqlı 



münasibətləri kontekstində. Bakı, Qanun, 1997.  

Elm və elmşünaslıq 

 

 

 

247



 

Ötən  əsrin 90-cı illərində bu sətirlərin müəllifinin bilavasitə elm-

şünaslığa aid edilə biləcək bir neçə monoqrafiyası da işıq üzü görmüşdür.

3

1



  

Son illərdə  məhz Azərbaycanda elm və onun infrastrukturu, sosial 

və təşkilati məsələləri üzrə də bəzi tədqiqat işləri çap olmuşdur.

3

2



 Və nəha-

yət, İslam Şərqinin bəzi böyük elm adamlarının elm haqqında fikirlərinin, 

tədqiqatlarının toplanaraq bir kitab halında çap etdirilməsi elmə türk-islam 

düşüncəsi kontekstində baxılması  və müvafiq elmşünaslıq materiallarının 

toplanması istiqamətində mühüm addım sayıla bilər.

3

3



  

Göründüyü kimi, elmin öz tarixi ilə yanaşı, artıq elmşünaslığın da 

tarixi formalaşmaqdadır. Elmşünaslıq nisbətən yeni yaranmış olsa da, bu 

sahədə son əlli ildə kifayət qədər tədqiqat aparıldığına görə, burada da 

müəyyən bir inkişaf yolu və tendensiyalar üzə çıxarmaq mümkündür.  

Lakin elmlə bağlı tədqiqatlar hələ də vahid bir fəndə sintez olunma-

dığından, elmin tarixi, metodologiyası, fəlsəfəsi, sosial və iqtisadi aspekt-

lərdə tədqiqi çox vaxt bir araya gətirilmədən, nisbi müstəqil şəkildə inkişaf 

edir. L.A.Markova tarixi aspektdə olan tədqiqatları “elmin tarixşünaslığı” 

adı altında qruplaşdırır.

3

4

 Lakin elmin tarixi istər-istəməz elmi idrakın və 



ümumiyyətlə  təfəkkürün tarixi ilə  sıx surətdə bağlı olduğundan, bu sahə-

dəki tədqiqatları tam ayırmaq mümkün deyil.  

Elmin tədqiqinin məntiqi-qnoseoloji aspektləri sahəsində  də 80-ci 

illərdə Azərbaycanda araşdırmalar aparılmış, J.Sarton və R.Mertonun el-

min tarixi inkişaf modelinə, K.Popper, İ.Lakatos və J.Aqassinin məntiqi 

rekonstruksiya təliminə, T.Kun, S.Tulmin, P.Feyerabendin sosial-psixoloji 

rekonstruksiya, habelə kumulyativistik epistemoloji təliminə münasibət 

bildirilmişdir.

3

5

 Söhbət bu sətirlərin müəllifinin elm fəlsəfəsinə dair ilk dəfə 



Azərbaycan dilində çap olunmuş iki məqaləsindən gedir. Bu məqalələr 

həm də sadəcə məlumat xarakteri daşımayıb mübahisəli məsələlərə Azər-

                                                 

1

 S.Xəlilov.  Elmi-texniki tərəqqi və onun sosial-iqtisadi nəticələri. Bakı, “Elm”, 1996; 



С.Халилов.  Основания  научно-технического  прогресса.  Логико-методологический 

анализ (Послесловие академика А.Д.Урсула). Москва, «Экономика и информатика», 

1997; S.Xəlilov. Elmdən texnikaya və mənəviyyata. Bakı, «Azərbaycan Universiteti”, 1998.  

2

 Г.Гулиев.  Научная  стратегия  малых  стран  (поиски  азербайджанской  модели). 



Баку,  Текнур, 2007; S.Xəlilov. Azərbaycanda elm və onun təşkilati formaları. Bakı, 

“Oskar”, 2010. 

3

 Elm adamları elm haqqında, Bakı, Çaşıoğlu, 2010.  



4

 Л.А.Маркова. Наука. История и историография XIX-XX вв. М., Наука, 1987.  

5

 S. Xəlilov.  Elmin tədqiqinin məntiqi-qnoseoloji aspekti // Azərbaycan SSR EA 



Xəbərləri. “Tarix, fəlsəfə və hüquq” seriyası, 1986, № 1 və № 2. 

Elm haqqında elm 

 

 



 

248


baycan elmşünaslığı mövqeyindən alternativ baxış kimi də  dəyərləndirilə 

bilər. Müəllifin müstəqil elmşünaslıq konsepsiyası onun sonrakı  əsərlə-

rində  də inkişaf etdirilmiş, elm fəlsəfəsində mövcud olan müxtəlif təlim-

ləri, habelə elmin sosial və məntiqi-epistemoloji aspektlərini ortaq məxrəcə 

gətirmək təşəbbüsləri davam etdirilmişdir. 

Ciddi mübahisə mövzularından biri olan elmin kumulyativist inkişaf 

modeli və antikumulyativist baxışlar heç cür bir araya gətirilə bilmirdi. 

Əslində bir tərəfdə Karnap və Popper, digər tərəfdə Kun və Lakatos ol-

maqla uzun sürən konseptual qarşıdurmadan çıxış yolları da ilk dəfə məhz 

bizim tərəfimizdən göstərilmişdir. Bunun üçün məsələyə daha geniş fikir 

müstəvisində, həm də yeni toplanma qanunları kontekstində baxılmasına 

ehtiyac var idi. Ənənəvi toplanma təsəvvürlərinə əsaslanan kumulyativizm 

yaranmış ziddiyyətləri həll etmək iqtidarında deyildi. Ona görə  də, biz 

problemin həlli üçün alternativ toplanma qaydaları təklif etmişik ki, bunun 

da sayəsində inkişaf sadəcə artım prosesi kimi yox, həm də alternativlərin 

yaranması kimi izah olunur.  

Qərbdə elm fəlsəfəsi və elmin metodologiyasına dair tədqiqatlar 

sonrakı illərdə də intensiv surətdə inkişaf etməkdədir. Bu sahədə təkcə rus 

dilinə tərcümə olunmuş əsərlərin siyahısı göstərir ki, Avropada elm fəlsə-

fəsi və elmşünaslıq məsələləri aktual olaraq qalmaqdadır.

3

1

 Lakin təəssüf 



ki, bizim tədqiqatçılar hələ də XX əsrin ikinci yarısında geniş yayılmış tə-

limlər barədə səthi məlumat verməklə kifayətlənərək, ən müasir diskussi-

yalara qatıla bilmirlər. Rusiyadakı həmkarlarımız isə əsasən bu müzakirə-

lərdə  fəal surətdə  iştirak etməyə çalışırlar. Sovet dövründə onlar bu işi 

“burjua nəzəriyyələrinin tənqidi” adı altında görürdülər.

3

2



  İndi isə  mə-

                                                 

1

 Bax,  məs.:  Приобретение  знаний.  Под  ред.  С.Осуги,  Ю.Саэки.  М.,  Мир, 1990; 



Современная философия науки: знание, рациональность, ценности в трудах мыслите-

лей Запада. Хрестоматия. М., Логос, 1996; Эволюционная эпистемология и логика со-

циальных наук: Карл Поппер и его критики, М., Эдуториал УРСС, 2000; М.Томпсон. 

Философия науки, М., Гранд, 2003; Поппер К. Предположения и опровержения. Рост 

научного  знания.  М.,  АСТ, 2004; П.  Фейерабенд.  Наука  в  свободном  обществе.  М., 

АСТ, 2010;  

2

 Məs.: Критика буржуазных концепций науки, Киев, Наукова думка, 1986; Кри-



тика  современных  немарксистских  концепций  философии  науки.  М.,  Наука, 1987; 

П.П.Гайденко. Социологические аспекты анализа науки // Ученые о науке и ее разви-

тии. М., Наука, 1971, с. 232-258; Н.С.Юлина. Проблема науки и метафизики в амери-

канской  философии  ХХ  в. // Философия  в  современном  мире.  Философия  и  наука. 


Elm və elmşünaslıq 

 

 

 

249



 

sələləri daha obyektiv mövqedən işıqlandırmaq imkanı əldə etdiklərinə gö-

rə, bu sahədəki icmal və  tədqiqatların elmi dəyəri daha yüksəkdir.

3

1



 Bu 

mövzuda Rusiyada ayrıca jurnal nəşr edilməsi də problemə olan xüsusi 

diqqətin göstəricisidir.

3

2



  

Elmin fəlsəfəsi və metodologiyası bütün bəşəriyyət miqyasında təd-

qiq edildiyi halda, elmin təşkilati məsələləri ayrı-ayrı ölkələrin timsalında 

öyrənilir: bu sırada inkişaf etmiş Qərb ölkələrinin, habelə Yaponiyanın təc-

rübəsi, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti böyük maraq doğu-

rur.


3

3

 Bununla belə, bizim üçün Şərq ölkələrində  və inkişaf etməkdə olan 



ölkələrdə elmə münasibət, elm quruculuğu məsələləri, bu sahədə  tətbiq 

olunan modellərin, uyğun təcrübələrin təhlili heç də az əhəmiyyət kəsb 

etmir.

3

4



  İslam dünyasının görkəmli alimi, Nobel mükafatı laureatı  Əbdüs-

Səlam “islamın qızıl dövründə” elmlərin yüksək dərəcədə inkişafı ilə bəra-

bər müasir mərhələdə dini və elmi təfəkkürün yeni ittifaq formalarının ta-

pılmasına olan ehtiyacdan bəhs edir və islam dünyasında təbiət elmlərinin 

                                                                                                                

М.,  Наука, 1972, с. 249-298; Н.Ф.Наумова.  Буржуазная  социология  и  философия // 

Философия в современном мире. Философия и наука. М., Наука, 1972, с. 298-339. 

1

 Bax,  məs.:  Наука  и  кризисы.  Историко-сравнительные  очерки.  СПб., 2003; 



С.А.Лебедев. Современная философия науки. М., Академ. проект, 2008; Е.А.Мамчур. 

Образы науки в современной культуре: Научная монография. М., Канон+, Реабилита-

ция 2008; Наука: от методологии к онтологии / Отв. ред.: А.П. Огурцов, В.М. Розин. 

М.,  ИФ  РАН 2009; С.А.  Глузман.  Наука  и  философия:  Жизнь  в  искривленном  про-

странстве.  СПб.,  Алетейя. 2010; А.М.Новиков,  Д.А.Новиков.  Методология  научного 

исследования. М., Либроком 2010; А.О.Карпов. Современная теория научного обра-

зования: проблемы становления // Вопросы философии. М., Наука, № 5, 2010, с. 15-

25. 

2

 Эпистемология & философия  науки.  Научно-теоретический  журнал  по  общей 



методологии  науки,  теории  познания  и  когнитивным  наукам.  Москва,  Российская 

Академия Наук. 

 

3

 Н.В.Шелюбская.  Научно-техническая  политика  Великобритании,  М.,  Наука, 



1990; Япония: проблемы научно-технического прогресса, М., Наука, 1986; Я.Накасо-

нэ. Политика Японии в области науки и техники // Государственная стратегия японии 

в ХХI в. М., NOTA BENE, 2001; Г.И.Чуфрин, В.Н.Курзанов, Г.С.Шабалина. Наука и 

техника  в  странах  АСЕАН,  М.,  Наука, 1990; М.Уолкер.  Наука  в  послевоенной 

Германии // Наука  и  кризисы.  Историко-сравнительные  очерки.  СПб., 2003, с. 908-

922;  С.Лесли.  Наука  и  политика  в  Америке  во  времена  холодной  войны // Наука  и 

кризисы, с. 923-950; К.Као. Наука и ученые во время культурной революции в Китае 

// Наука и кризисы, с. 951-975 

4

 Е.Б.Рашковский. Науковедение и Восток. М., Наука, 1980; Е.Б.Рашковский. На-



учное знание, институты науки и интеллигенция в странах Востока, М., Наука, 1990. 

Elm haqqında elm 

 

 



 

250


yenidən təkamülünü, renessansını zəruri hesab edir.

3

1



 Məhz bu yeni renes-

sans idealı Əbdüs-Səlamı islam gənclərinə ünvanlanmış çağırışa sövq edir: 

“Orta əsrlərdə elmin ağırlıq mərkəzi islam dünyasında idi... Tarix səhifələ-

rini vərəqləyib, görəsən, elmdə liderliyə nail ola bilərikmi?.. Gənclərimiz, 

bunu özlərinə məqsəd kimi qarşıya qoymalıdırlar”.

3

2



 Amma müasir dövrdə 

islam dünyasında fəlsəfi fikir və ictimai elmlər müstəqil surətdə inkişaf 

edə bilmədiyindən və əksər hallarda ilahiyyatın təhrif olunmuş və təriqət-

ləşmiş  təlimlərinin təsiri altına düşdüyündən bir növ böhran mərhələsini 

yaşayır. Beynəlxalq İslam Düşüncəsi İnstitutunun aparıcı alimlərindən biri 

Əbdül-Həmid  Əbu Süleymanın yazdığına görə, indiki dövrdə islam 

aləmində elmlərə, xüsusən ictimai elmlərə böyük etinasızlıq vardır.

3

3



  

Bəs çıxış yolu nədədir? 

Bunun üçün əlbəttə, islam dünyasının orta əsrlərdə indiki Qərb ölkə-

lərinə nisbətən çox irəlidə olmasına rəğmən, onun tədricən geri qalmasının 

səbəblərini müəyyənləşdirmək lazımdır. Elmin ön cəbhəsində ayrı-ayrı nü-

munələr, yəni müsəlmanların normal elmi mühitdə çalışarkən heç kimdən 

geri qalmayaraq böyük uğurlar qazanması faktları göstərir ki, hər şey icti-

mai mühitlə bağlıdır. Yəni söhbət islami dünyagörüşünün guya elmin inki-

şafı üçün əlverişli olmaması haqqında yaradılmış mifin dağıdılmasından 

gedir. Problem cəmiyyətin təşkilatlanması və onun strukturunda elm üçün 

normal şərait yaradılması ilə bağlıdır.  

Azərbaycanda da son illərdə elmi tədqiqatların qiymətləndirilməsin-

də meyar axtarışı, dünya praktikasından istifadəyə ehtiyac haqqında tənqi-

di məqalələr çıxır, bir növ həyəcan təbili çalınır.

3

4

 Bununla belə, ölkəmizdə 



daha çox dərəcədə məhz ictimai və humanitar elmlərin vəziyyəti ilə əlaqə-

dar müzakirələr aparılır. Akademik Ramiz Mehdiyev müasir dövrdə icti-

mai elmlərin rolunun daha da artdığını nəzərə alaraq ölkəmizdə bu sahədə 

aparılan tədqiqatların səviyyəsindən qane olmadığını  və daha intensiv və 

məqsədyönlü araşdırmalara ehtiyac olduğunu qeyd etmiş, bu sahədə yaxın 

                                                 

1

 Muhammad Abdus Salam. Renaissance of sciences in Islamic countries. Edited by H. 



R. Dalafi, Mohamed Hassan, World Scientific, 1994. 

2  


Abdüs-Salam.  İdealler və gerçekler, İstanbul, Yeni Asya Yayınları, 1991 // Elm 

adamları elm haqqında, s. 41. 

3

 Abdul Hamid A.  Abu Sulayman. Crisis in the Muslim Mind. Trans. by Yusuf Talal 



DeLorenzo. International Institute of Islamic Thought, Herndon, Virginia USA, 1997, p. 43. 

4

 F.Əliyev,  Ş.Ağayev. Elmi kadr hazırlığının problemləri // «Azərbaycan» qəzeti, 26 



noyabr, 2009;  

Elm və elmşünaslıq 

 

 

 

251



 

gələcəkdə görülməli olan işlərin  əsas istiqamətlərini müəyyənləşdirmiş-

dir.

3

1



  Bəli, ictimai elmlər sahəsində  vəziyyət həqiqətən qənaətləndirici 

deyil. Amma bu, heç də o demək deyil ki, ictimai elmlər sahəsində bizdə 

heç bir nailiyyət yoxdur; sadəcə tələbat daha böyükdür.  

XXI  əsrdə elmlərin təsnifatında məhz ictimai elmlərin xüsusi yer 

tutması və prioritetliyi məsələsi getdikcə özünü daha bariz surətdə göstərir. 

Gələcəkdə humanitar sahənin daha da inkişaf etdirilməsi, elmin bütün nai-

liyyətlərinin insana, onun təkcə maddi yox, həm də mədəni-mənəvi tələba-

tının ödənməsinə yönəldilməsi üçün indi daha geniş imkanlar açılmışdır. 

Məhz bu səbəbdəndir ki, bir sıra tədqiqatçılar bu məqsədlə təfəkkürün yeni 

strategiyasını hazırlamaq vəzifələrini qarşıya qoyurlar.

3

2

 Bu da təsadüfi de-



yil ki, indi T. Kunun tədqiqatlarında da məhz ictimai elmlərə münasibət 

məsələsinə və Kun konsepsiyasının ictimai fikrin inkişafına tətbiqinə xüsu-

si diqqət yetirilir.

3

3



  

Müasir elmi metod və texnologiyaların sayəsində ictimai elmlər qar-

şısında yeni perspektivlər açılır. Belə ki, uzun müddət riyaziyyat ancaq tə-

biət elmlərinə tətbiq oluna bilirdi. İndi isə cəmiyyətin dəqiq elmlərin pred-

metinə çevrilməsi və uyğun olaraq cəmiyyətşünaslığın riyaziləşməsi prose-

si başlanmışdır. Amma bunun səbəbi təkcə ictimai elmlərin məntiqi-episte-

moloji strukturlara uyğunlaşması deyil, həm də  məhz cəmiyyət üçün ke-

çərli olan yeni modellərin, yeni məntiqin və yeni riyaziyyatın forma-

laşmasıdır. Və burada, heç şübhəsiz, təməli Lütfi Zadə tərəfindən qoyulan 

qeyri-səlis məntiq təliminin açdığı yeni imkanlar aparıcı rol oynayır.  

İctimai proseslərin yeni metodologiya əsasında öyrənilməsinə dair 

bütün dünyada axtarışlar aparıldığı bir zamanda azərbaycanlı tədqiqatçıla-

rın da bu marafona qatılması təqdirəlayiq haldır və bizdə ictimai elmlərin 

inkişaf potensialının heç də itmədiyini göstərir. Biz ilk növbədə Tahirə Al-

lahyarovanın sinergetika və qeyri-səlis məntiq kontekstində ictimai elmlər 

üçün yeni metodologiya axtarışını nəzərdə tuturuq.

3

4

 Bu axtarışlara Əhməd 



                                                 

1

 R.Mehdiyev.  İctimai və humanitar elmlər: zaman kontekstində baxış. Bakı, Oskar, 



2010. 

2

 М.Эпштейн.  Знак  пробела:  о  будущем  гуманитарных  наук.  М.,  Новое  лит. 



Обозрение, 2004. 

    


3

 B. Barnes.  T. S. Kuhn ve sosyal bilimler.  Türkçesi: Hüsamettin Arslan, İstanbul, 

Paradigma Yayıncılık, 2008. 

4

 T.B. Allahyarova. Fəlsəfə, ictimai elm və metodologiya. Vəhdət fəlsəfəsi metodoloji 



ideal kimi. Bakı, Elm, 2005. 

Elm haqqında elm 

 

 



 

252


Qəşəmoğlunun tədqiqatlarında da rast gəlmək mümkündür.

3

1



 Burada da 

mürəkkəb sosial sistemlərin öyrənilməsində sistem-struktur təhlil metodu 

və elmi idarəetmənin prinsipləri araşdırılır. Düzdür, bu sahədə tədqiqatlar 

ölkəmizdə hələ ötən əsrin 70-ci illərindən başlanmışdır,

3

2

 amma araşdırma-



ların davam etdirilməsinə böyük ehtiyac vardır.  

Xüsusilə tarixin həm bir elm sahəsi kimi, həm də elm üçün informa-

siya bazası kimi yenidən nəzərdən keçirilməsinə  və ictimai proseslərlə 

məntiqi-epistemoloji, kulturoloji, habelə texniki və texnoloji proseslərin 

vahid tarix kontekstində yenidən, müqayisəli təhlil metodu ilə öyrənilməsi-

nə, daha doğrusu, təbii-tarixi, ictimai-tarixi və  mədəni-tarixi aspektlərin 

eyni məxrəcə gətirilməsinə ehtiyac daha çox artır. Əslində elmin inkişafını 

onun daxil olduğu sosial-mədəni mühit kontekstində araşdıran Kun təlimi-

nin elmi daha çox epistemoloji sistem kimi nəzərdən keçirən Popper təli-

mindən əsas fərqi də məhz bundadır; elm dövrün düşüncə tərzi və dünya-

görüşü səviyyəsində qərarlaşmış baxışlarla əks-əlaqə şəraitində öyrənilir.  

                                                 

1

 Ə.Qəşəmoğlu. Sosial idarəetmənin fəlsəfi, sosioloji problemləri. Bakı, Səda, 2008.  



2

 С.Халилов. Системно-структурный анализ научно-технического прогресса. Баку, 

БГУ, 1976; Ш.С.Алиев. Методологические аспекты проблемы управления. Баку, Элм, 

1980.  


Elm və elmşünaslıq 

 

 

 

253



 

 

 



 

 

 

Elmin elmi əsaslarla yenidən qurulması –  

rekonstruksiya cəhdləri 

 

 



Müasir dövrdə elm çox müxtəlif mənalarda və struktur səviyyələrin-

də nəzərdən keçirilir.  

Elmin sosioloji, iqtisadi, məntiqi-qnoseoloji, metodoloji aspektlərdə 

tədqiqi bir-birindən köklü surətdə fərqlənir. Elmi biliklər sistemi kimi qə-

bul edən, diqqəti elmi biliyin həqiqiliyi məsələsinə yönəldən tədqiqatçılar-

dan fərqli olaraq, elmə bir fəaliyyət sahəsi kimi baxan, diqqəti bu fəaliyyə-

tin daha səmərəli təşkilinə yönəldən araşdırmaçılar da vardır ki, onlar elmi 

tədqiqat müəssisələrinin, elmi kommunikasiyanı  təmin edən vasitələrin 

səmərəsi və effektivliyi barədə söhbət açırlar. 

3

1



   

Məhz elmşünaslıq adı altında ortaya çıxan ilk tədqiqatlar isə elmin 

bu və ya digər aspektdə ölçülməsi, onun öyrənilməsinə kəmiyyət metodla-

rının və qrafik üsulların tətbiqi ilə əlaqədardır. Yəni əgər biz ilk dəfə Kant 

tərəfindən söylənilən, sonralar Marksın da təkrar etdiyi məşhur «hər bir 

elm riyaziyyatın tətbiq oluna bildiyi dərəcədə elmdir» kəlamını yada sal-

saq, onda asanlıqla görmək olar ki, elmşünaslıq da məhz elmin bir tədqiqat 

obyekti kimi riyazi metodlarla öyrənilməsi mümkün olandan sonra müstə-

qil fənn kimi formalaşmağa başlamışdır. Riyazi üsulların ilk tətbiqləri isə 

əsasən elmin daxili məzmununa deyil, onun zahiri göstəricilərinə, sosial 

struktur komponentlərinə, məhsullarına, yəni elmi ideyaları  və  nəticələri 

özündə əks etdirən nəşrlərin, elmi məqalələrin, patentlərin, texniki realiza-

                                                 

1

 Bax, məs.: О.М.Сичивица. Факторы научного прогресса. Воронеж, Изд-во ВГУ, 



1974; Ю.Б.Татаринов. Проблемы оценки эффективности фундаментальных исследо-

ваний, М., Наука, 1986; Коммуникация в современной науке. М., «Прогресс», 1976; 



С.Г.Кара-мурза.  Проблемы  интенсификации  науки:  технология  научных  исследо-

ваний. М., Наука, 1989; В.П. Рассохин. Механизм внедрения достижений науки. М., 

Наука, 1985; И.Д.Андреев. Пути повышения эффектности научного труда. М., Наука, 

1985. В.В.Писляков. Методы оценки научного знания по показателям цитирования // 

Социологический журнал, № 1, 2007. 


Elm haqqında elm 

 

 



 

254


siyaların, elmi konfransların, məruzə və hesabatların, habelə kitab və mo-

noqrafiyaların sayına, həcminə, elmi tədqiqatlara yönəlmiş xərclərin miq-

darına, bir sözlə, elmin kəmiyyət göstəricilərinin inkişaf dinamikasının 

öyrənilməsinə yönəlmişdir. Bu cür tədqiqatlar çox vaxt “elmin ölçülməsi” 

(rusca – наукометрия) adı altında qruplaşdırılır.

3

1



  

 

Elm təşkilatlandıqca, sosial sistemə çevrildikcə, bu sistemin maddi 



göstəriciləri də ortaya çıxır. Dünyanı ehtiva etmək istəyən elmin öz lokal 

maddi cüssəsi, qişası yaranır. Necə ki, ruhla bədən arasında bir uyğunluq 

olur (“sağlam ruh sağlam bədəndə olar” kimi), eləcə də elmin intellektual-

evristik məzmunu ilə onun ictimai-maddi qişası (“bədəni”) arasında da sıx 

bir  əks-əlaqə münasibəti yaranır. Məhdud miqyaslı elmi-texniki bazada, 

eləcə  də kifayət dərəcədə strukturlaşmamış, bəsit ictimai-təşkilati üstqu-

rum şəraitində mürəkkəb elmi tədqiqat sistemi “yerləşməz”. Dövlətin ye-

ritdiyi elmi siyasət daha çox dərəcədə elmin təşkilati strukturu və maddi 

bazasının təkmilləşdirilməsinə yönəldilir. Onun adekvat daxili məzmunu 

isə öz-özünə formalaşmır. Bunun üçün elm adamlarının, elmi ictimaiyyətin 

yeritdiyi bir “elm siyasəti” də olmalıdır. Hər iki “siyasət”in elmi təməlləri 

isə ancaq elmşünaslıq  əsasında qurula bilər. Elmi prioritetlərin müəyyən 

edilməsi və elmi entuziazma əsaslanan spontan elmi axtarışların müəyyən 

bir məcraya yönəldilməsi bir növ kristallaşma prosesini xatırladır. Əgər il-

kin kristal zərrəsi olmasa, heç bir ciddi-cəhdlə amorf sistemdən kristallik 

struktur alına bilməz. Eləcə də nə vaxtsa və harada isə həqiqi elmi yaradı-

cılığa köklənmiş, elmin ruhunu mənimsəmiş  və öz ətrafında elmi mühit 

formalaşdırmaq iqtidarına malik böyük alimlər olmasa, heç bir maliyyələş-

mə və dövlət qayğısı ilə mükəmməl elm sistemi qurula bilməz. Elm şab-

lona sığmır.  

Hətta ideyanın elmi kommunikasiya sisteminə daxil olması, bir bilik 

kimi özgələşməsi və maddiləşməsi, hansı isə elmi jurnalda və ya kitabda 

çap olunması onun aktual elmə daxil olmasına dəlalət etmir. Əsas şərtlər-

                                                 

1

 Хайтун  С.Д.  Наукометрия:  состояние  и  перспективы.  М.,  Наука, 1983; М.М. 



Карпов.  Закон    ускоренного  развития  естественных  наук   // Вопросы  философии, 

1963,  № 4; В.В.Налимов.  Количественные  методы  исследования  процесса  науки // 

Вопросы  философии,  № 12, 1966; А.Л.Дроздов.  Наукометрия  и  наука  в  России // 

Вестник  ДВО  РАН,  № 2, 2004; Nicola De Bellis. Bibliometrics and Citation Analysis. 

From the Science Citation Index to Cybermetrics. Toronto, the Scarecrow Press, 2009.  


Elm və elmşünaslıq 

 

 

 

255



 

dən biri irəli sürülən ideyanın, yeni elmi biliyin məhz həmin ixtisas üzrə 

nüfuz qazanmış, söz və ixtiyar sahibi olan elmi elitaya çatdırılmasıdır. 

Yoxsa kim isə, harada isə böyük bir kəşf edib onu öz auditoriyasında, öz 

ölkəsinin məhəlli jurnalında çap etdirirsə və bununla işini bitmiş sayırsa, o, 

həmin kəşfin müəlliflik hüququnu itirə bilər. Əslində bəlkə də məhz hüqu-

qi baxımdan nə vaxtsa isbat edə bilər, ancaq artıq “qatar getdikdən sonra”. 

Elm tarixində belə faktlar az deyil. H.V.Vyatt yazır ki, molekulyar biolo-

giyanın təməli heç də hamının qəbul etdiyi kimi 1953-cü ildə C.Uotson və 

F.Krik tərəfindən deyil, bundan təqribən 10 il əvvəl O.Everi, Ç.Makleot və 

Makkarti tərəfindən çap olunmuş  məqalədə qoyulmuşdur. Lakin onlar öz 

ideyalarını “Eksperimental tibb jurnalı”nda çap etdirdiklərindən bu məqalə 

əsasən tibb kitabxanalarına paylanmış  və elmi araşdırıcılar üçün bir növ 

gizli qalmışdır. Nəticədə onlar Nobel mükafatından məhrum olmuşlar.

3

1

 



Düzdür, H.V. Vyatt bu faktı informasiyanın biliyə çevrilməsi zərurəti kimi 

dəyərləndirir, bizcə, burada “informasiya” və bilik anlayışlarının fərqləndi-

rilməsi deyil, yeni biliyin (ideyanın, informasiyanın) məhz lazım olan ün-

vana, elmin ön cəbhəsinə çatdırılması zərurəti vurğulanmalıdır. Bu faktda 

həm də fənlərarası əlaqələrin zəifliyi üzə çıxır.  

Elmi ideyanın, yeni elmi biliyin materiallaşması və elmi ictimaiyyə-

tin, yaxud tətbiq sahəsində çalışanların ixtiyarına verilməsi elmin zəruri 

şərtlərindən biridir. Digər tərəfdən, bu fakt elmi yaradıcılıq aktı ilə böyük 

elm anbarı arasında fərqin vurğulanmasını tələb edir. Belə ki, əslində elmi 

yaradıcılıq fərdi hadisədir. Uzaqbaşı lokal qrup miqyasında olan bir hadi-

sədir. “Elm anbarı” və ya “böyük elm cəsədi” adlandırdığımız materiallaş-

mış sistem isə bütöv bəşəriyyət miqyasındadır. Yəni bu halda hamının isti-

fadə edə biləcəyi hazır məhsullardan söhbət gedir. Yaradıcılıq isə, təkrar 

edirəm ki, fərdi intellektual aktdır. Alim öz yeni ideyasını, öz kəşfini bə-

yan etməsə, materiallaşdırmasa, ümumi anbara daxil etməsə, heç kim bu 

kəşfdən xəbər tuta bilməz.  

Sual ortaya çıxır ki, elmin mahiyyəti daha çox dərəcədə həmin fərdi 

yaradıcılıq prosesindəmi, yoxsa ümumictimai elm sistemindəmi təzahür 

edir? Maraqlıdır ki, bu çox ciddi məsələ elmşünasların diqqətindən yayınır. 

Onlar ayrıca olaraq elmi yaradıcılıqdan və ayrıca olaraq ümumictimai elm 

                                                 

1

 H.V.Wyatt. When Does Information Become Knowledge? – “Nature”, vol. 235, 1972, 



№ 5333, p. 86-89; Г.В.Вайятт.  Когда  информация  становится  знанием? // 

Коммуникация в современной науке, М., «Прогресс», 1975, с. 375.  



Elm haqqında elm 

 

 



 

256


sistemindən bəhs etdikləri halda, onların necə əlaqələnməsi məsələsi yad-

dan çıxır. Məhz elmşünaslıq adı altında aparılan tədqiqatların böyük qismi 

elmi biliyin ictimailəşməsi məsələlərinə  həsr olunsa da, burada daha çox 

dərəcədə zahiri amillər, sayıla, ölçülə bilən kəmiyyətlər və onlara istinadla 

qurulan riyazi modellər üstünlük təşkil edir.   

Lakin elm əslində elə bir mürəkkəb sistemdir ki, əsasən texniki sis-

temlərin izahı üçün yetərli olan riyazi modellər burada pozitiv nəticə ver-

məyə də bilər. Yəni biz riyaziyyatın tətbiqi naminə mürəkkəb sistemin öl-

çülə bilən tərəflərini önə  çəksək, mahiyyəti ifadə edən hadisələr kölgədə 

qala bilər. Müasir dövrün ən böyük riyaziyyatçılarından olan Lütfi A.Zadə 

belə mürəkkəb sistemlərin öyrənilməsi ilə əlaqədar yazır: “Dərin kök atmış 

elmi düşüncə ənənələrinə görə, hər hansı bir hadisənin dərk olunması onun 

kəmiyyət baxımından təhlil oluna bilmək imkanları ilə eyniləşdirilir. İcti-

mai sistemləri mexaniki sistemlərə xas olan fərqləndirmə diferensial və ya 

inteqral tənliklərin dili ilə təhlil etmək cəhdlərinin artdığı bir dövrdə belə 

meyllərin doğruluğunu şübhə altına almaq “xaric not götürməyə” bənzəyir. 

Biz məhz belə bir not səsləndirəcəyik”.

3

1



 İctimai sistemlərin və sosial elm-

lərin məntiqi  əsaslarının öyrənilməsi ilə  əlaqədar neopozitivizmin və elm 

fəlsəfəsinin görkəmli nümayəndələrinin də ciddi tədqiqatları vardır.

3

2



 Bu-

nunla belə, nə mənəvi həyat, nə də ictimai həyat ənənəvi məntiq və riya-

ziyyat qəliblərinə  sığmır. Lütfi Zadənin  əsas xidmətlərindən biri düzxətli 

düşüncənin və formal məntiqin bu sahələrə  tətbiq cəhdlərinin səmərəsiz 

olduğunu göstərməklə yanaşı, mürəkkəb ictimai sistemlər üçün yeni mo-

dellər təklif etməsidir. Zadə yazır: “Bizim əsas tezisimiz bundan ibarətdir 

ki, mahiyyəti etibarilə adi riyazi təhlil metodları nəinki humanitar sistemlə-

rə, ümumiyyətlə mürəkkəbliyinə görə bu sistemlərlə müqayisə oluna bilə-

cək istənilən sistemə  tətbiq edilə bilməz... Sistemin mürəkkəblik dərəcəsi 

artdıqca, onun özünü necə aparacağına dair praktik əhəmiyyətli dəqiq 

mülahizələr yürütmək imkanları azalır”.

3

3



  

Sivilizasiyanın əsas şərtlərindən biri ayrı-ayrı adamların yaradıcı po-

tensialının toplanaraq bütövlükdə bəşəriyyətin inkişafı üçün təməl ola bil-

                                                 

1

 L.A.Zadeh.  Outline of a New Approach to the Analysis of Complex Systems and 



Decision Processes. – IEEE Trans. Syst., Man. Cybern., vol. SMC-3, Jan., p. 28.  

2

 К.Поппер.  Логика  социальных  наук // Эволюционная  эпистемология  и  логика 



социальных наук: Карл Поппер и его критики, М., Эдуториал УРСС, 2000, с. 298-313. 

3

 L.A. Zadeh. Outline of a New Approach..., р.28.  



Elm və elmşünaslıq 

 

 

 

257



 

məsidir. Lakin insanların heç də bütün sahələrdəki fəaliyyəti toplana bil-

mir. İnsanın könül xoşluğu üçün və ya maddi təminatı üçün çalışmasının, 

ailə-məişət problemlərini həll etməsinin, təbii ki, sivilizasiyaya dəxli yox-

dur. Müasir dövrdə bilavasitə sivilizasiyaya aidiyyəti olan ən mühüm sahə-

lərdən biri elmi və elmi-texniki fəaliyyətdir. Elm kumulyativlik prinsipini 

ödədiyinə görə, ayrı-ayrı elmi tədqiqat aktları toplanaraq ictimai miqyaslı 

elmi-tədqiqat fəaliyyətinin əsasını təşkil edir. Lakin bu ayrıcaların toplan-

ması  və ictimailəşməsi prosesi elmin öz spesifikasından kənara çıxaraq, 

mürəkkəb ictimai sistemlərin fəaliyyət dairəsinə aiddir. Elmlə bağlı ən çox 

yayılmış ictimai fəaliyyət vahidləri elmi laboratoriyalar və elmi tədqiqat 

institutlarıdır.  

Elmi tədqiqat institutu nədir? Belə bir müəssisəni formal olaraq hö-

kumətin sadəcə bir qərarı ilə, ona bina və büdcədən vəsait ayrılması, işə 

adamlar götürülməsi ilə qurmaq mümkündür. Amma onu hərəkətə  gətir-

mək, elmi potensialın maksimum dərəcədə reallaşmasına nail olmaq asan 

məsələ deyil.  

Sözün böyük mənasında elm və ya elm sistemi elmi biliklərdən və 

ayrı-ayrı elmi araşdırmalardan, tədqiqatlardan nə ilə fərqlənir? 

Orta  əsrlərdə islam dünyasında elmin lokal sistemləri artıq var idi; 

amma o, bir tərəfdən, sosial sistem kimi formalaşa bilmədi, digər tərəfdən, 

Təhsil-Elm-İqtisadiyyat zəncirinə bir halqa kimi girə bilmədi. Bu pərakən-

də elm hadisələri bütöv kəsilməz proses halına Yeni Dövrdə – kapitalizmin 

əmələ  gəlməsi ilə düşdü və bu bütövləşmə tendensiyası indi də davam 

etməkdədir. Böyük elmin formalaşması üçün böyük ictimai-iqtisadi təməl, 

geniş infrastruktur lazımdır.  

Elmin sosiologiyası və iqtisadiyyatı onun daxili məzmunu ilə bilava-

sitə bağlı olmasa da, elmin tarixi, metodologiyası və epistemoloji tədqiqat-

lar onun daxildən öyrənilməsini tələb edir. Yəni bu iş bilavasitə elm 

(science – dəqiq elmlər) adamlarının öz üzərinə düşür. Bununla belə kon-

kret elmi problemlərlə, bu və ya digər fənnin daxili məsələləri ilə məşğul 

olan ixtisaslaşmış elm adamları elmin ümumi inkişaf qanunauyğunluqları-

nı üzə çıxara bilməzlər. Bunun üçün elmin daxili məzmununa da bütöv bir 

proses kimi kənardan baxmaq, onu böyük məkan və zaman kontiniumunda 

nəzərdən keçirmək tələb olunur. Yəni elmdən başı çıxan, elmin dilini bilən 

tədqiqatçı yalnız konkret elmi məsələlərin həlli ilə məşğul olmayaraq, elm 

sferasından kənara çıxır və onu sanki kənardan müşahidə edir. 


Elm haqqında elm 

 

 



 

258


Demək olar ki, bütün böyük elm adamları, hansılar ki, öz dar ixtisas 

problemlərinə sığmır, bütövlükdə elm haqqında, onun mahiyyəti, məqsədi, 

funksiyaları, metodları haqqında fikirlər söyləmiş, bəzən bu sahədə böyük 

əsərlər qoyub getmişdilər. Yəni hərə öz tədqiqat sahəsinin metodologiyası-

na və epistemoloji əsaslarını öyrənmək istiqamətində  də müəyyən işlər 

görmüşdür. Bu sırada A.Puankare, A.Eynşteyn, N.Bor, M.Born, V.Hey-

zenberq və s.-in elm fəlsəfəsinə dair əsərlərini xüsusi qeyd etmək olar.

3

1



 Bir 

sıra böyük elm adamları isə yaradıcılığının ikinci mərhələsini bütövlükdə 

fəlsəfəyə, ilk növbədə elm fəlsəfəsinə  həsr etmişdir. Məsələn, B.Rassel, 

A.N.Uaythed, V.İ.Vernadski, İ.Priqojin, N.Moiseyev və s.-in son tədqiqat-

ları mahiyyəti etibarilə ən çox fəlsəfəyə yaxındır.

3

2



 Fəlsəfi problematikaya 

keçmiş olan adamlar dönüb yenə də elm haqqında nə isə yazarkən, məsələ-

yə bir qayda olaraq yeni rakursda baxırlar və elm bütövlükdə  fəlsəfənin 

predmetinə çevrilir.  

Elmin daxili məzmununun öyrənilməsi özü də diferensiallaşmış  və 

dörd nisbi müstəqil tədqiqat istiqamətinə ayrılmışdır.  



Birinci istiqamətə elm tarixi, elmi biliklərin toplanaraq yeni fənlər 

əmələ  gələnə  qədər strukturlaşması  və  əvvəlcə  fəlsəfədən, daha sonra isə 



ana elmdən ayrılaraq müstəqillik əldə etməsi – yəni elmin genezisi və inki-

şafı  məsələləri aiddir.

3

3

 Elmi nəzəriyyələrin yaranması, fundamental elmi 



                                                 

1

 Bax, məs.: А.Пуанкаре. О науке. М., Наука, 1990; А.Эйнштейн. Физика и реаль-



ность.  М.,  Наука, 1965; Г.А.Лоренц.  Старые  и  новые  проблемы  физики.  М., 1970; 

Э.Шредингер.  Новые  пути  в  физике.  Статьи  и  речи.  М.,  Наука, 1971; М.Борн.  Моя 

жизнь  и  взгляды.  М., «Прогресс», 1973; Н.Бор.  Избранные  произведения.  М., 1976; 



В.Гейзенберг. Физика и философия. Часть и целое. М., Наука, 1989; В.Вайскопф. Фи-

зика в двадцатом столетии. М., Атомиздат, 1977 və s.  

2

 Bax,  məs.:  В.И.Вернадский.  Философские  мысли  натуралиста,  М.,  Наука, 1988; 



В.И.Вернадский.  Научная  мысль  как  планетное  явление,  М.,  Наука,1991;  Б.Рассел. 

Мудрость Запада. М., Республика. 1998; А.Н.Уайтхед. Избранные работы по филосо-

фии.  М., «Прогресс», 1990; В.Гейзенберг.  Шаги  за  горизонт.  М., «Прогресс», 1987; 

И.Пригожин, И.Стенгерс. Порядок из хаоса. М., «Прогресс», 2000; Н.Н.Моисеев. Че-

ловек и ноосфера. М., Мол. Гвардия, 1990; А.Мигдал. Поиски истины. М., Мол. Гвар-

дия, 1983 və s. 

3

 Bax,  məs.:  Дж.Бернал.  Наука  в  истории  общества;  В.И.Вернадский.  Труды  по 



всеобщей  истории  науки.  М.,  Наука, 1988; М.Льоцци.  История  физики.  М.,  Мир, 

1970; Г.Н.Волков. У колыбели науки. М., Мол. гвардия, 1971; Н.К.Вахтомин. Генезис 

научного  знания.  М., 1973; П.П.Гайденко.  Эволюция  понятия  науки.  Становление  и 

развитие первых научных программ. М., Наука, 1980; П.ПГайденко. Эволюция поня-

тия науки. (XVII-XVIII вв.) М., Наука, 1987; В.П.ГайденкоГ.А.Смирнов. Западноев-


Elm və elmşünaslıq 

 

 

 

259



 

təlimlərdən çıxan nəticələrin təcrübi yoxlanması, nəzəri və empirik biliklər 

arasında davamlı rabitənin qurulması və s. bu kimi məsələlər də birinci is-

tiqamətə aiddir. 



İkinci istiqamətə elmi biliklərin spesifikasının, yəni onun digər bilik-

lərdən fərqinin və onlarla qarşılıqlı nisbətinin öyrənilməsi, biliklərin təs-

nifatı (müasir dövrdə elmlərin təsnifatı da bura daxil edilir), müxtəlif elmi 

bilik sahələri arasında qarşılıqlı  əlaqə, fənlərarası münasibət məsələləri, 

elmlərin inteqrasiyası və diferensiallaşması və s. bu kimi məsələlər aiddir.

3

1



  

Üçüncü istiqamətə elmi biliklə gerçəklik arasındakı münasibət, bilik 

və  həqiqət problemi, həqiqi biliyin meyarları, elmilik şərtləri – demarka-

siya məsələləri, elmi bilikdə obyektiv və subyektiv amillər və s. bu kimi 

fəlsəfi-epistemoloji və  fəlsəfi-ontoloji məsələlər daxildir. Bunlar adətən 

elmin fəlsəfəsi adı altında öyrənilir.

3

2



  

Dördüncü istiqamətə isə  riyaziyyat və elm probleminin, ümumelmi 

və spesifik elmi-tədqiqat metodlarının, habelə bütövlükdə elm metodologi-

yasının öyrənilməsi aiddir.

3

3



  

                                                                                                                

ропейская наука в средние века: Общие принципы и учение о движении. М., Наука, 

1989 və s. 

1

 Bax, məs.: Аль-Фараби. Слово о классификации наук // Философские трактаты. 



Алма-Ата,  Наука, 1970; И.Фихте.  Наукоучение.  М.,  АСТ,  Мн.,  Харвест, 2000; 

Г.Спенсер.  Классификация  наук // Опыты  научные,  политические  и  философские. 

Минск,  Современный  литератор, 1998; Б.Рассел.  Знание  вещей  и  знание  истины // 



B.Russell.  The Problems of Philosophy. New York, Oxford University Press, 1997; 

К.Р.Поппер. Объективное знание. М., Эдуториал УРСС, 2002; П.В.Копнин. Гносеоло-

гические  и  логические  основы  науки.  М., «Мысль», 1974; Классификация  научных 

направлений. Естественные и общественные науки. М., 1986.  

2

 Bax,  məs.:  Ф.  Бекон.  Великое  восстановление  науки // Сочинения  в 2-х  томах, 



т.1, М., «Мысль», 1971; Э.Гуссерль. Кризис европейских наук и трансцендентальная 

феноменология. СПб., Изд-во «Владимир Даль», 2004; М.Хайдеггер. Наука и осмыс-

ление // Время и бытие. М., Республика. 1993; Г.Башляр. Новый научный дух // Но-

вый рационализм. М., «Прогресс», 1987; К.Р.Поппер. Логика научного исследования. 

М.,  Республика. 2004; В.С.Степин. Философия  науки.  Общие  проблемы. М., Гарда-

рики, 2007;  

3

 Bax, məs.: Д.Томсон. Дух науки. М., «Знание», 1970; Н.Винер. Кибернетика или 



управление и связь в животном и машине. М., Наука, 1983; С.Л.Франк. Непостижи-

мое в сфере предметного знания // Сочинения, М., «Правда», 1990; Г.Вейль. Матема-

тическое мышление.  М.,  Наука, 1989; Тосака  Дзюн.  Теория  науки,  М.,  Наука, 1983; 

М.Клайн.  Математика.  Утрата  определенности.  М.,  Мир, 1984; В.С.Степин.  Теоре-

тическое знание. М., Прогресс-Традиция, 2000 və s.  



Elm haqqında elm 

 

 



 

260


Lakin elmşünaslığın predmeti elmin daxili məzmunu ilə bitmir. 

Buraya elmin infrastrukturu, onun mədəniyyət sistemində yeri və bəlkə də 

ən başlıcası, ictimai-iqtisadi həyatda oynadığı rol da daxil edilməlidir.  

Elmin bir mədəniyyət hadisəsi kimi, mədəniyyətlə qarşılıqlı əlaqədə 

öyrənilməsi həm onun mahiyyətinin daha düzgün anlaşılması üçün, həm 

də mədəniyyətin özünün bütöv mənzərəsinin yaradılması üçün xüsusi əhə-

miyyətə malikdir.

 

3



1

  

Mədəniyyətlə qarşılıqlı  əlaqə başqa kontekstdə  də özünü göstərir. 



Belə ki, mədəniyyət özü də elmin predmetinə daxil olur və mədəniyyətşü-

naslıq bir elm hadisəsi kimi ortaya çıxır. Klassik mənada elm (science) tə-

biətin öyrənilməsini ehtiva edir, mədəniyyətin elmi səviyyədə öyrənilməsi 

isə elmlərin təsnifatında xüsusi bir bölmədə  əhatə olunur. H.Rikkert özü-

nün məşhur “Təbiət haqqında elmlər və mədəniyyət haqqında elmlər” əsə-

rində elmin əsasən təbiətşünaslıq kimi başa düşülməsini qəbul etməklə ya-

naşı, ona sanki əks qütb olan və insanın öz yaratdıqlarının tədqiqat pred-

metinə çevrilməsindən doğan mədəniyyət elmlərini də təsnifata daxil edir.

3

2

 



Mədəniyyətin elmi və  fəlsəfi aspektdə araşdırılmasına sovet elmşünaslı-

ğında da geniş yer verilmişdir.

3

3

  



Elmin ictimai rolunun artması  və ona getdikcə daha böyük diqqət 

göstərilməsi onun dəyərlər sistemində yerinin müəyyənləşdirilməsinə  də 

ehtiyac yaradır.

3

4



 Digər tərəfdən, elmin insan həyatına daha aktiv müdaxi-

ləsi, bu müdaxilənin hüdudları barədə düşünməyə, elmin etik aspektlərini 

                                                 

1

 Bax,  məs.:  Наука  и  культура  (отв.  ред.:  В.Ж.Келле).  М.,  Наука, 1984; М.Коул, 



С.Скрибнер.  Культура  и  мышление.  Психологический  очерк.  М., «Прогресс», 1977; 

Наука  и  ее  место  в  культуре  (отв.  ред.:  А.Н.Кочергин).  Новосибиск,  Наука, 1990; 



В.И.Григорьев.  Наука  и  техника  в  контексте  культуры.  М.,  Изд-во  УДН, 1989; 

В.В.Лапицкий. Наука в системе культуры. Псков, 1994; В.С.Библер. От наукоучения – 

к логике культуры. М., Политиздат, 1991 və s. 

2

 Г.Риккерт. Науки о природе и науки о культуре. М., Республика, 1998, с. 45-46. 



3

 В.А.Лекторский. Научное познание как феномен культуры // Культура, человек 

и картина мира, М., Наука, 1987.  

4

 Х.Лейси. Свободна ли наука от ценностей? Ценности и научное понимание. М., 



Логос, 2001; Ценностные аспекты развития науки (отв. ред.: Н.С.Злобин, В.Ж.Келле). 

М.,  Наука, 1990; Человек  в  системе  наук  (отв.  ред.:  И.Т.Фролов).  М.,  Наука, 1989; 



И.Т.Касавин. Миграция. Креативность. Текст. Проблемы неклассической теории поз-

нания. СПб., РХГИ, 1998; Г.Ф.Хильми. Поэзия науки, М., Наука, 1970, Г.Гачев. Гума-

нитарный комментарий к физике и химии. М., Логос, 2003  


Elm və elmşünaslıq 

 

 

 

261



 

müəyyən etməyə sövq edir.

3

1

 E.Aqassi belə hesab edir ki, elmə yalnız bilik-



lər sistemi kimi baxılması və məntiqi ziddiyyətsizliyin əsas şərt kimi götü-

rülməsi kifayət deyil; elmiliyin başqa şərtləri – «sadəlik, zəriflik” də vardır 

ki, bunlar elmin aksiologiyasını təşkil edirlər. Ona görə də, o, “intellektual 

dürüstlük” və “intellektual saflıq” anlayışlarını daxil edir.

3

2

  



Elmşünaslığın müstəqil bir tədqiqat istiqaməti kimi formalaşmasın-

da elmin ictimai sistem kimi nəzərdən keçirilməsinin də xüsusi rolu olmuş-

dur. Belə ki, elm bir sosial sistem olaraq sosiologiyanın predmetinə daxil 

olur və burada da artıq bilik və idrak məsələləri deyil, spesifik ictimai mü-

nasibətlər və onların obyektivləşməsindən doğan nisbi müstəqil, dayanıqlı 

sosial orqanizmlər önə  çəkilir. Sosiologiyanın bir elm kimi formalaşdığı 

ilk dövrlərdən başlayaraq elmin və biliyin sosiallaşması məsələləri diqqət-

də olmuşdur. Lakin bu mövzunun xüsusi tədqiqat obyektinə çevrilməsi 

nisbətən yaxın dövrə təsadüf edir. Düzdür, biliyin sosiologiyası məsələləri-

nə  hələ Manxeymin

3

3

, Maks Veberin



3

4

  tədqiqatlarında rast gəlmək 



mümkündür, amma bilik və elmin sosioloji kontekstdə diferensial surətdə 

nəzərdən keçirilməsi XX əsrin ikinci yarısında aktuallaşmışdır.

3

5

 Türkiyədə 



hələ ötən  əsrin 80-ci illərində elm sosiologiyasına dair ayrıca kitablar və 

məqalələr çap olunmuşdur.

3

6

   



                                                 

1

 Альберт Швейцер. Культура и этика. М., «Прогресс», 1973; Г.Волков. Сова Ми-



нервы.  М.,  Мол.гвардия, 1973; В,Т.Ганжин.  Нравственность  и  наука.  К  истории  ис-

следования  проблемы  в  европейской  философии,  М.,  Изд-во  Моск.  ун-та.  1978; 



М.Г.Лазар, И.И.Лейман. НТР и нравственные факторы научной деятельности. Очер-

ки этики науки. Ленинград, Наука, 1978; И.Т.Фролов, Б.Г.Юдин. Этика науки. Проб-

лемы и дискуссии. М., «ЛИБРОКОМ», 2009.  

2

 Э.Агацци. Почему у науки есть и этические измерения? // Вопросы философии. 



2009, № 10, c. 94-95.  

3

 К. Манхейм. Социология знания // Диагноз нашего времени. М., Юрист, 1994, с. 



219-276.  

4

 М.Вебер. Теория науки // См.: Р.Арон. Этапы развития социологической мысли. 



М., «Прогресс», 1992, с. 489-501. 

5

 Г.Н.Волков.  Социология  науки;  Н.Яхиел.  Социология  науки.  Теоретические  и 



методологические  проблемы.  М., «Прогресс», 1977; М.Малкей.  Наука  и  социология 

знания. М., «Прогресс», 1983; В.Ж.Келле. Наука как компонент социальной системы. 

М.,  Наука, 1988; B. Barnes.  Bilimsel bilginin sosyolojisi, Türkçesi: Hüsamettin Arslan, 

Ankara, Vadi Yayınları, 1990. K.Tuna. Batılı Bilginin Eleştirisi Üzerine. İstanbul, Da 

yayıncılıq, 2004.  

6

 İ.Armağan. Bilgi Toplumbilimine Giriş. İstanbul, Doğruluk Matbaası, 1982; Armağan 



M. Bilgi Sosyolojisi ve İdeolojik Yanlılığın Kökenleri // Yönelişler, 1984, № 31-32; Tuna 

Elm haqqında elm 

 

 



 

262


Elmin mahiyyətinin müəyyənləşdirilməsi, hətta onun genezisi ilə 

bağlı ruhi-intellektual mühitin düzgün təsəvvür edilməsi üçün elm ilə din 

arasında ümumi və fərqli cəhətlərin ayırd edilməsi, onların qarşılıqlı müna-

sibətinin tarixi təkamülü və s. bu kimi məsələlər də böyük önəm daşıyır. 

Elmin ictimai şüur formaları ilə  əlaqəsi, əlbəttə, elmi dünyagörüşü, elmi-

kütləvi biliklərin yayılması ilə yanaşı, həm də alimlərin əqidəsi ilə sıx su-

rətdə bağlıdır. Bütün bu məsələlər elmşünaslıq çərçivəsində və onun hüdu-

du xaricində geniş tədqiq olunmuşdur.

3

1

  



Elmin ictimai-iqtisadi kontekstdə öyrənilməsi, Elm–Texnika–İsteh-

sal zəncirində elmin yerinin müəyyənləşməsi də elmşünaslıq üçün mühüm 

qaynaq istiqamətlərindən biridir. Bu sahədə ən ciddi tədqiqatlar K.Marksa 

məxsusdur.

3

2

 K.Marks elmə iqtisadiyyat kontekstində baxmış və onu məh-



suldar qüvvə kimi nəzərdən keçirmişdir. Amma XX əsrdə də elmin texnika 

və istehsalla qarşılıqlı münasibətlərinə dair geniş miqyaslı  tədqiqatlar 

aparılmışdır.

 

3



3

  

Elmin texnika ilə qarşılıqlı əlaqəsi və texniki elmlərin xüsusi statusu 



haqqında aparılan tədqiqatlar da elmşünaslığın mühüm mənbələri sırasına 

daxildir.

3

4

  



Beləliklə, elmşünaslığın qarşısında duran vəzifə  əslində sosioloqla-

rın, iqtisadçıların, fəlsəfəçilərin, elm təşkilatçılarının tədqiqat predmetinə 

və fəaliyyət sahələrinə daxil olan müxtəlif xarakterli biliklərin bir araya gə-

tirilməsi və daha mürəkkəb bir sistemdə birləşdirilməsidir. Ancaq bu halda 

elmin inkişafını proqnozlaşdırmaq onu bir tərəfdən mədəniyyətin digər tə-

                                                                                                                



K. Bilgi, Toplum ve İthal Bilgi Üzerine // Sosyoloji Dergisi, 1991, dizi 3, № 2. H. Arslan

Epistemik cemaat: bir bilim sosyolojisi denemesiİstanbul, Paradigma Yayınları, 1992.  

1

 Д.Х.Брук. Наука и религия. Историческая перспектива. М., ББИ, 2004; Ю.А.Ки-



мелев, Н.Л.Поляков. Наука и религия. Историко-культурный очерк. М., Наука, 1988;  

2

 К.Маркс. Капитал // К.Маркс и Ф.Энгельс. Сочинения. Изд.второе, тт. 23, 46, 47, 



48; Г.Й.Зандкюлер. Критика и позитивная наука // Историко-философскй ежегодник 

(отв.ред.: Н.В.Мотрошилова). М., Наука, 1991.  

3

 А.И.Анчишкин. Наука-техника-экономика. М., Экономика, 1986; И.А.Майзель. На-



ука, автоматизация, общество. Ленинград, Наука, 1972; Философия и социология науки 

и техники. Ежегодник 1988-1989 (отв. ред.: И.Т.Фролов). М., Наука, 1989; С.Д.Бешелев, 



Ф.Г.Гурвич.  Нововведения  и  мы.  М.,  Наука, 1990; А.Н.Кочергин,  Е.В.Семенов, 

Н.Н.Семенова. Наука как вид духовного производства. Новосибиск, Наука, 1981.  

4

 Bax,  məs.:  Б.И.Иванов,  В.В.Чешев.  Становление  и  развитие  технических  наук. 



Ленинград,  Наука, 1977; Философские  вопросы  технического  знания.  М.,  Наука, 

1984;  Философия  техники  в  ФРГ.  М., «Прогресс», 1989; Г.Е.Смирнова.  Критика 

буржуазной философии техники. Лениздат, 1976.  


Elm və elmşünaslıq 

 

 

 

263



 

rəfdən iqtisadiyyatın strukturunda yerini müəyyən etmək, bütöv elm siste-

minin öz alt sistemlərinin  əlaqəsini habelə  hər bir alt sistemin öz daxili 

quruluşunu üzə çıxarmaq mümkün ola bilər. 

Elmin bir ictimai sistem kimi cəmiyyətdə tutduğu yeri araşdırmaq 

istəsək onun ən çox qarşılıqlı əlaqə və vəhdətdə olduğu tərəf müqabilləri-

nin təhsil, mədəniyyət və maddi istehsal olduğunu görmək çətin deyil. Bu 

üç sahə öz aralarında da sıx surətdə bağlıdır. Lakin elmin onların məhz əla-

qələndiyi sosial məkanda, yəni kəsişmə sahəsində axtarmaq düzgün olmaz-

dı. Çünki elmin özünün də yuxarıda adlarını çəkdiyimiz fəaliyyət sahələ-

rindən heç birinə aid olmayan spesifik, özəl tərəfləri vardır və onun əsl 

mahiyyəti məhz burada təzahür edir.  

 

 

 



Şərti işarələr: I – Elm; II – Təhsil; III – Mədəniyyət; IV – Maddi 

istehsal. 

Sxem 5. 

 

Elmin təhsillə əlaqəsinə biz ayrıca bir fəsil həsr etsək də, burada iki 



müxtəlif  əlaqə formasını  fərqləndirmək istərdik. Birincisi, təhsil müasir 

elmin təməlində dayanır; ikincisi, təhsil oturuşmuş elmi biliklərin 

mənimsədilməsini nəzərdə tutur. Elm üçün təhsil nisbətən məhdud 

xarakter daşıyır. Belə ki, təhsil alanların ancaq çox az bir qismi gələcəkdə 

özünü elmə həsr etmək, alim olmaq istəyir. Daha doğrusu burada istəkdən 

öncə xüsusi istedaddan söhbət getməlidir. Yəni ancaq yaradıcı  təfəkkür 

qabiliyyəti olanlar elmlə  məşğul ola bilərlər. Düzdür, elm üçün kadrların 

seçilməsində konkret meyarlar müəyyənləşdirmək çox çətindir. Ona görə 

də, bu prosesdə istək amili və onu şərtləndirən sosial mühit də mühüm rol 

oynayır. Bu mənada elmin sosiallaşması, ictimai mühitdən asılı  vəziyyəti 

ilk növbədə elmi kadrların seçilməsi prosesindən başlanır. Lakin bu prose-

sə təsir edən amillər içərisində yuxarıda adlarını çəkdiyimiz iki sosial hadi-

  

  



 

     III 

     II  

 

       IV 



  

Elm haqqında elm 

 

 



 

264


sənin: mədəniyyət və iqtisadiyyatın da rolu böyükdür. Maddi istehsal pro-

sesinin səviyyəsi, onun texniki təchizat dərəcəsi, ölkədə yeridilən iqtisadi 

siyasətin xarakteri elmə sosial sifarişi şərtləndirən əsas amillər sırasındadır. 

Digər tərəfdən, mədəni-mənəvi mühit, ictimai şüurun səviyyəsi  əhalinin 

mədəni inkişaf səviyyəsində intellektual komponentin nisbi payı  və s. bu 

kimi amillər də elm üçün əlverişli mühitin göstəriciləridir.  

İndi nəinki doktorantura və magistraturada, ali təhsilin bakalavr pil-

ləsində, hətta orta məktəbdə də təlimin əsasında elmi biliklər dayanır. Nə 

vaxtsa usta yanında şagird kimi əməli bilikləri vərdiş hesabına mənimsət-

məkdən fərqli olaraq müasir məktəblərdə  hətta  ən adi biliklər də elm 

prizmasından keçmək  şərti ilə öyrədilir. Yəni elm ixtisasdan asılı 

olmayaraq bütün sahələrdə təhsil üçün baza rolunu oynayır. 

Orta məktəbdə mənimsədilən biliklər və düşüncə vərdişləri eyni za-

manda intellektual mədəniyyətin formalaşmasına xidmət edir. Bütövlükdə 

elm sistemi yox, elmi biliklərin ictimai həyatda və müxtəlif fəaliyyət sahə-

lərində yararlı ola biləcək aşağı pilləsi – təməl biliklər mədəniyyətin də tər-

kib hissəsi olmaqla elm və mədəniyyətin ortaq sahəsini təşkil edir. Buraya 

biliklərdən başqa düşüncə tərzi də aiddir. Belə ki, elmin artıq neçə əsrlərdir 

ki, formalaşmış metodları  mənimsənilərkən insanlar bu metodlardan öz 

peşə sahələrində və hətta məişətdə də problemlərin çözülməsində istifadə 

edə bilirlər. Söhbət düşüncənin daha dəqiq, daha rasional olmasından, 

mövqeyin əsaslandırılması, arqumentli surətdə izah olunmasından, seçim-

lərin birtərəfli, mücərrəd, emosional təsirlərdən uzaqlaşaraq kompleks mü-

nasibət formasında həyata keçirilməsindən gedir.  

Təəssüf ki, elm və mədəniyyət arasında münasibət hələ də yetərincə 

tədqiq olunmamışdır. Ona görə də bu münasibət özü çox vaxt qeyri-elmi 

müddəalarla ifadə olunur. Tədqiqatçıların bir qismi elmi bütövlükdə mədə-

niyyətə daxil etmək, onun komponentlərindən biri kimi öyrənmək mövqe-

yindən çıxış edirlər ki, bu da məsələnin mahiyyətini düzgün anlamamaq-

dan irəli gəlir. Məsələn, kulturologiya üzrə Rusiyada buraxılan ensiklope-

dik lüğətdə elmin tərifi belə verilir: “Elm – təbiət, cəmiyyət və insan haq-

qında biliklər sisteminin yaradılması üzrə ixtisaslaşmış  fəaliyyətlə bağlı 

olan mədəniyyət sahəsidir.”

3

1



 Bu tərifdən belə çıxır ki, elm nə biliklər siste-

mi, nə də onları əldə etmək üçün fəaliyyət sahəsi olmayıb, sadəcə bu fəa-

                                                 

1

 Кулътурология. XX Век. Словаръ. Санкт-Петербург, 1997, s. 296. 



Elm və elmşünaslıq 

 

 

 

265



 

liyyətlə bağlı olan mədəniyyət sahəsidir. Yəni elmi onun elmşünaslıqda 

qəbul olunmuş anlayışından fərqli olaraq, elmin mahiyyəti ilə bağlı bütün 

əsas amillər xaricində “izah etmək” təşəbbüsü göstərilir. Halbuki Rusiya-

nın filosof alimləri bir qədər başqa fikirdədirlər. Yeni fəlsəfə ensiklopedi-

yasında akademik V.S.Styopinin elmə verdiyi tərifdə onun mahiyyəti kimi 

məhz yeni elmi biliklərin  əldə edilməsinə yönəldilmiş idraki fəaliyyətin 

özü götürülür.

3

1

 Kulturoloqların tərifindəki “bununla bağlı mədəniyyət ha-



disəsi” ifadəsi isə heç nəyi izah etmir.  

Yaxud Novosibirskdə buraxılmış “Elm və onun mədəniyyətdə yeri” 

adlı kollektiv monoqrafiyanın əksər müəllifləri elmi ancaq mədəniyyət çər-

çivəsində, onun bir komponenti kimi təqdim etməyə çalışırlar. A.N. Koçer-

ginin yazdığına görə, elm də din və əxlaq kimi mədəniyyət hadisəsi olmaq-

la onun tərkibinə daxildir

3

2

. N.N.Semyonova da elmdən bir mədəniyyət ha-



disəsi kimi bəhs edir və elmi müasir dövrdə mədəniyyətin aparıcı kompo-

nenti kimi dəyərləndirir.

3

3

 V.P.Tışenko isə elmi mədəniyyətin mərkəzi ele-



menti hesab etməklə yanaşı məsələyə dialektikcəsinə yanaşaraq, mədəniy-

yətin də elmin mərkəzində olması zərurətini bir prinsip kimi irəli sürür.

3

4

  



Bütün bu yaxınlaşmalar elm, mədəniyyət və sivilizasiya anlayışları-

nın müəlliflər tərəfindən düzgün anlaşılmadığını göstərir. Yəni elm olsa-

olsa sivilizasiyanın mərkəzi ünsürü və aparıcı qüvvəsi sayıla bilər. Mədə-

niyyət isə insan həyatının və onun bütün əməli fəaliyyət sahələrinin vacib 

tərəfi olaraq qazanılmış vərdişlər, avtomatlaşmış (yəni qeyri-şüuri struktur 

səviyyəsində yerləşərək simasızlaşmış) və ya ictimai şüur səviyyəsində 

oturuşmuş biliklər kompleksini ehtiva edir. Onun elmlə ümumi cəhəti olsa-

olsa bu dərəcədədir. Elmi yaradıcılıq prosesi, elmin metodları və formaları, 

elmin ön cəbhəsində olan yeni elmi biliklər və s. – bütün bunların mədə-

niyyətə heç bir aidiyyəti yoxdur. Yaxud məsələyə başqa planda baxsaq, 

çox böyük bir elm adamı  mədəniyyətsiz (yəni, həyatda, məişətdə, sənətə 

münasibətdə, siyasətdə  və s.) və  əksinə, elm sferasında çalışmayan, yəni 

elm sisteminə daxil olmayan hansı isə bir şəxs yüksək dərəcədə mədəni ola 

                                                 

1

 В.С.Степин.  Наука // Новая  философская  энциклопедия.  Т. 3, М., «Мысль», 



2010, с. 23. 

2

 А.Н.Кочергин. Наука и ее место в культуре как комплексная проблема // Наука и 



ее место в культуре, Новосибирск, 1990, с. 12-17. 

3

 Н.Н. Семенова. Наука как явление культуры // Наука и ее место в культуре, с. 



51-57. 

4

 В.ПТыщенко. Культуру – в центр науки // Наука и ее место в культуре, с. 121. 



Elm haqqında elm 

 

 



 

266


bilər. Sonuncuya bütövlükdə elm yox, onun sıravi adam üçün zəruri olan 

bir sıra nəticələri, adətən humanitar biliklər kifayət edir.  

 

Elmin geniş miqyasda: mədəniyyət və sivilizasiya kontekstində öy-



rənilməsi elmşünaslığın predmetinə daxil deyil. Belə ki, ictimai şüur səviy-

yəsində kütləviləşən, intellektual mədəniyyətin tərkib hissəsinə çevrilən 

oturuşmuş bilik və düşüncə formaları nə vaxtsa elmin məhsulu olsalar da, 

indi daha elm sisteminə daxil edilmir. Elmşünaslıq daha çox dərəcədə 

məxsusi elm sistemini öyrənir ki, bura da əsasən elmi yaradıcılığın ön cəb-

həsində istifadə olunan biliklər daxildir. Bunlara ixtisaslaşmış elmi biliklər 

deyilir. Yəni ancaq müəyyən bir dar ixtisas sahəsində bütün bilikləri mə-

nimsəmiş olan və bu bazada yeni elmi biliklərin əldə edilməsi istiqamətin-

də iş görən şəxslər elmi işçi hesab olunurlar. Elmi yaradıcılıq fəaliyyəti də 

ancaq yeni elmi bilik axtarışı ilə bağlıdır. Məlum elmi biliklərin mənim-

sənilməsi hələ elm adamı olmaq üçün yetərli deyil. Hər bir alim, əgər o, 

həqiqi elm adamıdırsa, elmin ümumi xəzinəsinə öz payını verməlidir.  

 


 

 

 



 

 

 



 

 

 



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin