ELM FƏLSƏFƏSİ
VƏ ELMİN METODOLOGİYASI
Elmi və fəlsəfi düşüncə:ayrılmalar, kəsişmələr və
qovuşmalar
Elm: fəlsəfənin bətnindəki dövr
Elmi dünyagörüşün fəlsəfi əsasları
Yeni Dövrün epistemologiyası
Elmi dünyagörüşü və paradiqmalar
Fəlsəfədən ayrılıb çox uzaqlara gedən elm
özünü dərk etmək üçün yenə fəlsəfənin bətninə
qayıtmağa möhtacdır.
Əbu Turxan
Elm fəlsəfəsi və elmin metodologiyası
269
Elmin məntiqi-qnoseoloji tədqiqinə dair
Elmi məntiqi-qnoseoloji aspektdə uğurla tədqiq edə bilmək üçün əv-
vəlcə onu bütöv dinamik bir sistem kimi təsəvvür etmək və elmi səciyyə-
ləndirən müxtəlif hadisələr çoxluğu içərisində məntiqi təhlilin spesifik ob-
yektini müəyyənləşdirmək lazımdır.
Elm bilavasitə idrakla bağlı olduğuna görə, onun öyrənilməsində
məntiqi-qnoseoloji aspekt mühüm yer tutur. Lakin elm ayrıca bir fərdin de-
yil, ictimai fəaliyyətin məhsulu olduğundan, cəmiyyətə xas olan müəyyən
xüsusiyyətlər elm hadisəsində də öz əksini tapır. Hər hansı bir dövrdə və
hər hansı bir ölkədə elmi fəaliyyətin özünəməxsus cəhətləri, elmin qarşı-
sında qoyulan məqsəd və vəzifələr, elmi-tədqiqat istiqamətləri, elm adam-
larının şəxsi keyfiyyətləri, bu və ya digər elmi axtarışa ictimai maraq və
bundan asılı olaraq elmi axtarışların ağırlıq mərkəzinin dəyişməsi həmin
dövrdə və həmin ölkədəki ictimai quruluşun xarakterindən, ümumi mədəni
inkişaf səviyyəsindən də asılıdır və bu göstərir ki, yalnız məntiqi təhlillə
elmin inkişaf qanunauyğunluqlarını aşkar etmək mümkün deyildir. Buna
görə də elmin sistemli tədqiqi zamanı bir tərəfdən məntiqi ilə tarixinin vəh-
dətindən çıxış etmək, digər tərəfdən də elmi mürəkkəb tədqiqat obyekti ki-
mi götürmək, onun həm qnoseoloji, həm də sosioloji en kəsiklərini nəzərə
almaq mühüm şərtdir.
Təəssüf ki, bir sıra hallarda elmin tədqiqindəki bu və ya digər aspekt
mütləqləşdirilir, yalnız bir mövqeyi rəhbər tutaraq elmin mahiyyətini mü-
əyyənləşdirmək cəhdləri göstərilir. Maraqlıdır ki, müəyyən qrup əsərlərdə
elm yalnız məntiqi-qnoseoloji aspektdə öyrənildiyi halda, başqa qrup əsər-
lərdə yalnız sosial aspektdə öyrənilir. Bu, elmin diferensial surətdə tədqiq
olunması baxımından, şübhəsiz ki, məqbul üsuldur. Lakin həm birinci,
həm də ikinci qrup tədqiqatçıların təkcə öz mövqelərindən çıxış edərək bü-
töv elm sistemini, onun strukturunu və mahiyyətini izah etmək cəhdləri,
Elm haqqında elm
270
bizcə, birtərəfli təşəbbüsdür və uğurla nəticələnə bilməz.
3
1
Elmin mahiyyəti
yalnız müxtəlif tədqiqat aspektlərinin müqayisəli və sintetik surətdə nə-
zərdən keçirilməsi, ümumiləşdirilməsi sayəsində müəyyənləşdirilə bilər.
Dialektik məntiq və idrak nəzəriyyəsi vəhdətdə olduğundan elmin
məntiqi tədqiqi bütövlükdə elmi idrakın tədqiqi ilə üst-üstə düşür ki, fəlsəfi
ədəbiyyatda bu istiqamət çox vaxt elmin ümumi metodologiyası adlandırı-
lır. Elmşünaslıqda elm onun daxili məzmunundan asılı olmayaraq öyrənil-
diyi halda, elmin metodologiyası onun məzmunu ilə sıx surətdə bağlıdır.
Görünür, həm buna görə, həm də ənənəvi olaraq elmşünaslıq problemləri
və elmin metodologiyası bir-birindən asılı olmayan müstəqil tədqiqat sahə-
ləri kimi inkişaf edir. Sovet fəlsəfi ədəbiyyatında elmin metodologiyasına
geniş yer verilsə də, həmin sahənin elmşünaslıq aspekti və ya tərsinə, elm-
şünaslığın məntiqi-metodoloji aspekti nisbətən kölgədə qalmışdır.
Qərb fəlsəfəsi, xüsusən pozitivizm, elmi formal məntiqi sxemlər
əsasında təhlil etdiyi halda, marksizm fəlsəfəsi onu daha çox konseptual
planda tədqiq edir, elmin yalnız dilini deyil, məzmununu da nəzərə alır.
Digər tərəfdən də müasir sosiologiya elmə bütöv sosial sistem kimi baxır
və onun sosioloji problemləri hərtərəfli surətdə tədqiq olunur. Lakin arada
elə bir sahə vardır ki, hələ çox az öyrənilmişdir: bu, bütöv elm sisteminin,
ümumictimai elmi fəaliyyət prosesinin məntiqi strukturunun açılmasıdır.
Keçmiş sovet fəlsəfəsinin ən nüfuzlu nümayəndələrindən biri akade-
mik B.M.Kedrov elmin inkişaf konsepsiyasından danışarkən 11 aspekt
göstərirdi: iqtisadi, sosial, mədəni-mənəvi, əxlaqi-etik, səhiyyə və ekoloji,
psixoloji, təbiətşünaslıq və texniki, elmşünaslıq, elmlərin qarşılıqlı təsiri,
dünyagörüşü, dialektik-məntiqi aspekt.
3
2
Bu aspektlərdən heç biri elmin
məntiqi-qnoseoloji tədqiqini əhatə etmir. Sonuncu, «dialektik-məntiqi as-
pekt, – müəllifin öz yazdığına görə, – dialektikanın əsas qanun və kateqori-
yalarının dialektik metodun özünün işlənib hazırlanması və zənginləşdiril-
məsi məqsədilə tədqiq olunur».
3
3
Göründüyü kimi, burada dialektik mənti-
1
Bax: məs.: П.В.Копнин. Гносеологические и логические основы науки. М., 1974;
Анализ системы научного знания. М., 1976; А.С. Кармин. Природа научного позна-
ния: логико-методологический аспект. Минск, 1979; Логико-методологический ана-
лиз научного знания. М., 1979; В.С.Швырев. Научное познание как деятельность. М.,
1984; Ст.Тулмин. Человеческое понимание, Благовещенск, 1998; К.Р.Поппер.
Объективное знание.
2
Б.М.Кедров. Ленин, наука, социальный прогресс. М., Политиздат, 1982, с. 137-148.
3
Yenə orada, s. 148.
Elm fəlsəfəsi və elmin metodologiyası
271
qin elm sisteminin öyrənilməsinə tətbiqindən deyil, onun özünün elmin bir
sahəsi kimi tədqiqindən söhbət gedir. Elmşünaslıq aspekti isə elmin sosial
sistem kimi nəzərdən keçirilməsi ilə məhdudlaşdırılır. Yalnız «təbiətşünas-
lıq və texniki aspektdə» elmi inqilabların da əhatə olunduğu nəzərdə tutu-
lur. Bu, elmin məntiqi-qnoseoloji aspektinə aid olsa da, onun çox məhdud
bir sahəsidir. B.M.Kedrovun təsnifatında elmin məntiqi qnoseoloji aspekti-
nə xüsusi yer ayrılmaması müəyyən mənada eksternalizmə uymaq meyli
kimi qiymətləndirilə bilər.
Qərb fəlsəfəsində elmin məntiqi-qnoseoloji aspekti əsasən epistemo-
logiya adı altında öyrənilir və buraya ən çox demarkasiya problemi elmili-
yin meyarı və ya başqa sözlə, elmi biliyin qeyri-elmi bilikdən, xüsusən fəl-
səfədən fərqləndirilməsi məsələsi, nəzəri və empirik biliklərin əlaqəsi, nə-
zəriyyənin həqiqiliyinin yoxlanması həqiqət problemi və s. daxil edilir.
Qərb elmşünaslarının bu sahədəki pozitiv xidməti daha çox dərəcədə elm
tarixinin məntiqi təhlili, elmi inqilabların strukturunun öyrənməsi ilə bağlı-
dır.
3
1
Həm də bu pozitiv xidmət məhz pozitivizm mövqeyindən uzaqlaş-
maq, elmin qeyri-kumulyativist modellərini qurmaq sayəsində mümkün
olmuşdur.
Müasir fəlsəfi ədəbiyyatda baxdığımız aspekt ən çox elmin meto-
dologiyası, elmi idrakın məntiqi tədqiqi adı altında öyrənilir və buraya ən
çox elmi idrakın pillələri: nəzəri və empirik idrakın qarşılıqlı əlaqəsi, elm-
lərin inteqrasiyası və diferensiasiyası, elmi idrakın metod və formaları, nə-
zəriyyə və eksperiment, nəzəriyyənin forma və strukturu kimi məsələlər
daxil edilir. Bu qəbildən ədəbiyyatda «elm» anlayışı altında bir qayda ola-
raq biliklər sistemi nəzərdə tutulur və elmin əhatə etdiyi iki bilik səviyyəsi-
nin: empirik və nəzəri biliklərin qarşılıqlı əlaqəsi obyektiv gerçəkliyin ini-
kası hadisəsinin müvafiq mərhələləri arasında əlaqə kimi götürülür. Empi-
rik bilik obyektiv gerçəkliklə bilavasitə qarşılıqlı təsirin nəticəsi olduğu
halda, nəzəri bilik ən çox mücərrəd təfəkkür sayəsində elmi idrakın məlum
metodlarından istifadə edərək aldığımız bilikləri əhatə edir ki, onun da ən
mühüm forması nəzəriyyədir. Buna uyğun olaraq, biliyin həqiqiliyi proble-
mi də iki mərhələdə nəzərdən keçirilir. Birinci, empirik biliklərin obyektiv
gerçəkliyə uyğunluğu; ikinci, nəzəri biliklərin, nəzəriyyənin ilkin empirik
1
Bax: məs.:
Т.Кун. Структура научных революций. М., 1977; Структура и разви-
тие науки. Из Бостонских исследований по философии науки. М., 1978; К.Поппер.
Логика и рост научного знания. Избранные работы. М., 1983.
Elm haqqında elm
272
materiala və nəticə etibarilə, yenə də obyektiv gerçəkliyə uyğunluğu. Qərb
fəlsəfəsində, xüsusən pozitivizmin müxtəlif qollarında yalnız ikinci mərhə-
lənin birinci hissəsi problem kimi qoyulur; belə ki, obyektiv gerçəkliyə uy-
ğunluq məsələsi, ümumiyyətlə obyektiv gerçəkliyin qəbul olunması məsə-
ləsi metafizik (fəlsəfi) problem olduğundan, pozitivistlər onu elmi məsələ
hesab etmirlər.
Beləliklə, elm fəlsəfəsində, həm də ümumiyyətlə, Qərb fəlsəfəsində
elmin məntiqi tədqiqinin çox ciddi aspektlərindən biri nəzəriyyənin həqiqi-
liyinin yoxlanması problemidir. Neopozitivizm verifikasiya prinsipini, se-
mantik fəlsəfə elmi dilin məntiqi təhlilini, postpozitivizm falsifikasiya
prinsipini və s. həqiqətin əsas meyarı hesab edir. Marksizm isə bu proble-
min yeganə düzgün həllini praktika nəzəriyyəsində görürdü.
Elmlərin, elmi bilik sahələrinin təsnifatı məsələsinə həm pozitivizm-
də, həm də fəlsəfədə geniş yer verilsə də biliklərin struktur səviyyələrinə
görə bölgüsü çox az tədqiq olunmuşdur. Lakin bununla belə məhz elmi bi-
liyin digər biliklərdən fərqi demarkasiya problemi müasir Qərb fəlsəfəsi-
nin, xüsusən postpozitivizmin başlıca problemlərindən biridir. K.Popper və
onun davamçılarının bir çox əsərləri bilavasitə bu məsələyə həsr olunmuş-
dur. Qərb aləmində bu problemin aktuallığını artıran və ön plana çəkən isə
elmi fəlsəfədən ayırmaq cəhdidir. Əslində müasir pozitivistlər demarkasiya
problemini heç də elmi tədqiq etmək naminə deyil, klassik pozitivizmin
fəlsəfəyə inkarçı münasibətini «yeni vasitələrlə əsaslandırmaq» üçün da-
vam etdirirlər.
Elmiliyin meyarı problemi elmin məntiqi-qnoseoloji aspektinə və ya
epistemologiyaya aiddir. Lakin «elm» və «elmilik» anlayışları müxtəlif
əhatə dairələrinə malikdir. Məsələ burasındadır ki, elmilik şərti Qərb fəlsə-
fəsində bir qayda olaraq yalnız biliklə əlaqədar olaraq işlədilir, yəni bilik-
lərin elmiliyindən və ya başqa sözlə, elmi bilikdən söhbət gedir. Halbuki
«elmi fəaliyyət», «elmi mübahisə», «elmi jurnal», «elmi müəssisə», «elmi
işçi» və s. bu kimi çox müxtəlif obyekt və hadisələr üçün də elmilik meya-
rından danışmaq olar və bütün bu hadisələr «elm» anlayışında əhatə olun-
duğundan onun həcmi çox genişdir. Elmin müxtəlif en kəsiklərində, müx-
təlif aspektlərdə tədqiqinə ehtiyac da buradan irəli gəlir.
Yuxarıda biz elmin B.M.Kedrov tərəfindən göstərilək tədqiqat as-
pektlərini saydıq. Bu siyahını daha da genişləndirmək, zənginləşdirmək
mümkündür. Lakin söhbət elmin mahiyyətindən gedəndə ikinci dərəcəli
Elm fəlsəfəsi və elmin metodologiyası
273
məsələlər deyil, bilavasitə elmin təbiətindən irəli gələn ən ümumi istiqa-
mətlər nəzərdə tutulmalıdır. Elmin bu cür mühüm en kəsikləri və buna uy-
ğun olan tədqiqat istiqamətləri əsasən ikidir: məntiqi-qnoseoloji və sosial.
Bütün digər aspektlər bu iki mühüm istiqamətin qol-budaqları kimi qiy-
mətləndirilə bilər.
Müasir Qərb fəlsəfəsində bu aspektlərdən birinin və ya o birisinin ön
plana çəkilməsi, məsələnin birtərəfli qoyuluşu elmin əsl mahiyyətini açma-
ğa imkan vermir. Xüsusən pozitivizmin bütün formaları elmi yalnız episte-
moloji aspektdə tədqiq edir və sosial aspekti nəzərə almır. Bu mövqe idea-
list fəlsəfə üçün tamamilə səciyyəvidir. Belə ki, müvafiq sosial problemlər
elmin obyektiv ictimai hadisələrlə bağlılığından irəli gəlir və onların qəbul
olunması həmin məsələdə materialist mövqeyə uyğundur.
Qərb elmşünaslığı, çox yerdə elmi dilin məntiqi təhlili ilə və ya
«elm fəlsəfəsi» ilə üst-üstə düşür, problemin sosial aspekti isə ya işlənmir,
ya da çox vaxt ayrıca, tam müstəqil bir məsələ kimi öyrənilir: elmin mənti-
qi-qnoseoloji tədqiqi ilə sosial (əslində yalnız statistik sosioloji) tədqiqatlar
arasında heç bir əlaqə yaradılmır. Elmin başlıca vəzifəsi mütləq həqiqətlə-
rin əldə olunması kimi başa düşüldüyündən məsələ tezliklə həqiqət proble-
mi ilə eyniləşir.
Real vəziyyət göstərir ki, əksər filosofların əsərlərində Yeni Dövr
fəlsəfəsinin ənənəvi müddəaları, o cümlədən, kumulyativ epistemologiya-
nın, xüsusən Kant epistemologiyasının bəzi tezisləri tənqidi surətdə nəzər-
dən keçirilmədən, özlüyündə məlum bir şey kimi qəbul edilmişdir. Belə
ənənəvi müddəalardan biri və ən çox yayılanı elmin biliklər sistemi kimi
qəbul edilməsidir. Bu mövqe nəinki monoqrafik ədəbiyyatda ən çox rast
gələn mövqedir, həm də kütləvi ədəbiyyata və dərsliklərə nüfuz etmiş, də-
rin kök salmışdır. Kumulyativist epistemologiyanın müddəalarına əsasla-
nan bu mövqe elmin sosial aspektini nəzərə almağa imkan vermir və inter-
nalizmə uyğun gəlir.
Əslində elm və bilik sistemləri yalnız müəyyən ümumi sahədə kəsi-
şir, qalan sahələrdə isə bir-birindən fərqli məzmunlara malikdir. Bu ümumi
sahə – elmi bilikdir. Elmi bilik «elm» sisteminə daxildir. «Bilik» anlayışı
elmi bilikdən başqa, əməli biliyi də əhatə edir ki, sonuncu «elm» sisteminə
daxil deyildir. Yaxud da «elm» anlayışının əhatə etdiyi maddi tərəflər (el-
mi tədqiqat institutları, laboratoriyalar, «elmi texnikası» və s.) və yaradıcı-
lıq axtarışları «bilik» sisteminə daxil deyil.
Elm haqqında elm
274
Biliklər sistemi özündə fəaliyyət momentini əks etdirmir. Elm isə
məhz elmi axtarışlar, yaradıcılıq, tədqiqat prosesində – elmi fəaliyyət
zamanı cəmiyyətin tərkib hissəsi kimi, ictimai hadisə kimi qarşıya çıxır.
Beləliklə, elmə biliklər sistemi kimi baxmaq və elmi biliyin digər bi-
liklərə nəzərən özünəməxsus cəhətini, elmilik meyarını axtarmaq «elm»
sisteminin öyrənilməsi üçün kifayət deyil. Nəinki elmin bütöv bir sistem
kimi öyrənilməsi, həm də onun məntiqi-qnoseoloji aspektdə tədqiqi də bu
çərçivəyə sığmır, müəyyən şərtləri ödəyən biliklər sistemi ilə yanaşı,
ümumictimai və fərdi elmi fəaliyyət proseslərinin də nəzərə alınmasını tə-
ləb edir.
XX əsrin əvvəllərində ilk qeyri-kumulyativ konsepsiyalar C.Sarton,
Q.Başlyar, A.Koyre tərəfindən irəli sürülmüşdür.
C.Sarton elm hadisəsinə elmi biliklərlə yanaşı insan amilini də daxil
etmiş, elmi fəaliyyətin subyekti olan insanların – elmi işçilərin dünyagörü-
şünü, mədəniyyətini, ictimai vəziyyətini də nəzərə almağa çalışmışdır. Sar-
tona görə, elm ümumi mədəni inkişaf fonunda, sosial kontekstdə öyrənil-
məlidir. Təsadüfi deyil ki, elm tarixşünaslıqda mədəni-tarixi istiqamət kimi
tanınır. Mədəni-tarixi istiqamət elmin sosial tədqiqinin mühüm aspektlə-
rindən biridir.
XX əsrin 30-40-cı illərinə qədər Qərbin «elm fəlsəfəsində» və elm-
şünaslığında kumulyativ epistemologiya ənənəvi olaraq hakim mövqe tu-
turdu. Kumulyativ epistemologiyaya görə elmin inkişafı elmi biliklərin
müntəzəm olaraq artması, köhnə biliklərin yeni biliklərlə tamamlanması,
eninə genişlənməsi yolu ilə həyata keçir.
Elmin inkişafının bu cür yekrəng mənzərəsi həqiqətə bir o qədər də
uyğun deyil. Elmdə eninə genişlənmə hadisəsi doğrudan da vardır. Lakin
elmin inkişafı yalnız bu cür düzxətli yolla həyata keçmir. Xüsusən XIX-
XX əsrlər elmdə inqilablar dövrü kimi səciyyələnir və elmi inqilablar ku-
mulyativizm çərçivəsinə sığmır. Təbii ki, bu vəziyyət Qərb filosoflarının
da diqqətini cəlb etmişdir və artıq XX əsrin əvvəllərindən başlayaraq elmi
inkişafı xarakterizə etmək üçün yeni, qeyri-kumulyativist modellər təklif
olunmuşdur.
Lakin kumulyativist konsepsiyalar Yeni Dövr fəlsəfəsinin ənənələri
ilə sıx surətdə bağlı olduğundan uzun müddət fikir meydanından sıxışdırı-
lıb çıxarılmamışdır və neopozitivizmin istinad proqramlarından biri olaraq
qalır.
Elm fəlsəfəsi və elmin metodologiyası
275
Elmi biliyin inkişafının kumulyativ modeli aşağıdakı cəhətləri
özündə əks etdirir:
1. Dəyişməyən, əbədi, mütləq həqiqətlər vardır və elmin məqsədi
tədricən bu həqiqətləri aşkar etməkdən ibarətdir.
2. Yanılma elmi biliyin tərkib hissəsi olmadığına görə elmə aidiyyatı
yoxdur. Belə ki, elm – biliklər sistemi olduğuna və elmi biliklər mütləq hə-
qiqəti əks etdirdiyinə görə yanılma məqamları və bu mənada uğurla nəticə-
lənməyən bütün elmi axtarışlar elmə daxil deyil.
3. Elmin müəyyənləşdirilməsində demarkasiya problemi mühüm
amil sayılır. Belə ki, elmin qeyri-elmi biliklərdən fərqləndirilməsi və bütün
kənar hadisələrlə, o cümlədən də fəlsəfə ilə elm arasında sərhəd çəkilməsi
zəruri hesab olunur. Elm tam müstəqildir və hər cür «metafizik prinsiplər-
dən» təmizlənməlidir.
4. Əvvəllər əldə olunmuş elmi biliklər elmin sonrakı inkişafı zamanı
dəyişilməz qalır, çünki onların inkişaf etdirilməsi daha mümkün deyil
(mütləq həqiqətdirlər). Elmin inkişafı yalnız daha çox mütləq biliyin top-
lanması, yığılması kimi başa düşülür.
3
1
Bu konsepsiya Yeni Dövr fəlsəfəsində Dekart, Leybnis, Kant və
Fixte tərəfindən inkişaf etdirilmişdir və xüsusən, klassik pozitivizmin
(O.Kont, C.S.Mill, H.Spenser və s.) başlıca konsepsiyası olmuşdur.
Nisbi və mütləq həqiqətlərin dialektikası haqqında təlim kumul-
yativizmin heç də yeganə mümkün elmi konsepsiya olmadığını göstərdi.
İlk baxışda, С.Sarton elmə internalist baxışdan uzaqlaşır və elmdə
humanitar aspektin rolunu nəzərə almaqla onun cəmiyyətlə, ictimai mühit-
lə əlaqəsini qəbul edir. Lakin daha dəqiq təhlil göstərir ki, Sarton əslində
elmin humanizasiyası dedikdə təbiətşünaslıqla humanitar elmlərin və mü-
vafiq elm adamlarının ittifaqından, bu iki elm sahəsinin vəhdətindən danı-
şır. Lakin Sarton qəti əmindir ki, elmi ideyalar sosial amillərlə təyin olun-
mur, elmi biliklər sosial əhatədən asılı deyil.
3
2
Sartona görə intellektual fəaliyyət tarixi dövrlərin spesifikasından
asılı olmayan müəyyən sosial-psixoloji invariantlarla şərtlənir.
1
В поисках теории развития науки (Очерки западноевропейских и американских
концепций ХХ века). М., 1982; Т.И.Хилл. Современные теории познания (пер. с англ.)
М., 1965 вя с.
2
Л.А.Маркова. Идея гуманизации науки в работах Дж.Сартона // В поисках
теории развития науки. М., 1982, с. 66.
Elm haqqında elm
276
Sarton konsepsiyasına görə, sosial amillər elmin daxili məntiqinə tə-
sir etmir və elmi bilik sosial xarakter daşımır. L.A.Markova yazır: «Bu tip
sosial təsirlər elmin inkişafına təkan verir və ya onu ləngidir, lakin xarici
təsir olmaqla elmi biliyin daxili məntiqini, strukturunu təyin etmir. Bura-
dan çox vaxt elmi biliyin ümumiyyətlə qeyri-sosial xarakter daşıması qə-
naətinə gəlirlər… Sarton da bu qənaətə gəlir».
3
1
Sarton konsepsiyası, doğ-
rudan da, qüsursuz deyildir. Lakin məhz bu məsələdə – elmi biliyin qeyri-
sosial xarakter daşıması, sosial amillərlə şərtlənməsi fikrinə görə, Sartonun
nə üçün tənqid olunduğu aydın olmur. Görünür, L.A.Markova hər bir
dövrdə və sosial şəraitdə məhz hansı istiqamətdə axtarışlar aparılması və
hansı sahəyə dair yeni biliklər alınmasının həmin şəraitdən, dövrün tələ-
bindən, texniki imkanlardan və s. asılılığını nəzərdə tutur. Lakin bunların
elmi biliyin daxili məntiqi və strukturu ilə həqiqətən əlaqəsi yoxdur.
L.A.Markova özünün fikrini K.Marksa əsaslanaraq isbata yetirmək
istəyir. K.Marks «İqtisadi-fəlsəfi əlyazmaları»nda deyirdi: «…Hətta o vaxt
ki, mən elmi fəaliyyətlə məşğulam, – elə fəaliyyətlə ki, onu mən çox nadir
hallarda başqaları ilə bilavasitə ünsiyyətdə həyata keçirə bilərəm, – hətta
onda da mən ictimai fəaliyyətlə məşğulam, çünki mən insan kimi hərəkət
edirəm. Mənə ictimai məhsul şəklində yalnız mənim fəaliyyətim üçün ma-
terial, – hətta mütəfəkkirin işlətdiyi dil özü, – verilməyib, mənim öz varlı-
ğım da ictimai fəaliyyətdir; ona görə də o şeyi ki, mən özümdən düzəl-
dirəm, özümü ictimai mövcudluq kimi başa düşməklə, özümdən cəmiyyət
üçün düzəldirəm».
3
2
Lakin L.A.Markova K.Marksa istinad edərkən, bizcə,
iki məsələni qarışdırır: əmək, əməli fəaliyyət və onun məhsulu harada isə
eyniləşdirilir və əslində yalnız elmi fəaliyyətə aid edilməli olan sosial
şərtlənmə elmi biliyə, alınmış yeni elmi ideyalara və s. də aid edilir.
Elmi fəaliyyətin ictimai xarakterinə baxmayaraq, elmi biliyin qeyri-
ictimai xarakteri sovet fəlsəfə məktəbində də etiraf edilmişdir. Elmi biliyin
cəmiyyətlə əlaqəsi və ictimai amillərlə şərtlənməsi yalnız onun öz məzmu-
nundan doğa bilər. Yəni cəmiyyət hadisələrini əks etdirən elmi biliklər so-
sial amillərlə şərtləndiyi və sinfi xarakter daşıdığı halda, təbiət hadisələrini
əks etdirən biliklər öz məzmunu etibarilə və məntiqi quruluşu etibarilə ic-
timai amillərdən asılı deyil. Beləliklə, L.A.Markova C.Sartonu interna-
1
Yenə orada, s. 72.
2
К.Маркс и Ф.Энгельс. Из ранних произведений. М., 1956, с. 590.
Elm fəlsəfəsi və elmin metodologiyası
277
lizmdə təqsirləndirmək istəyərkən özü eksternalizm mövqeyinə enir. Bu
cür halların aradan qaldırılması və burjua filosoflarının yalnız həqiqətən
qüsurlu olan fikirlərinin tənqidi, mütərəqqi fikirlərin isə pozitiv planda
işıqlandırılması müasir dövrdə elmşünaslığın birgə səylərlə inkişaf etdiril-
məsi üçün çox mühümdür.
Prof. A.F.Zotovun başqa bir Qərb filosofuna və onun elm konsepsi-
yasına münasibətində isə tamamilə əks mövqe müşahidə olunur. Yəni
Q.Başlyarın fəlsəfi mövqeyindəki açıq-aşkar antimarksist mövqe az qala
müsbət planda şərh edilir (o dövr üçün belə bir mövqedə durmaq özü də
cəsarət tələb edirdi). Belə ki, Q.Başlyarın «realizm»ə tənqidi münasibəti
müdafiə olunur, halbuki realizm adlandırdığı mövqeyi ona görə tənqid edir
ki, burada nəzəri sxemlər reallığın özünə xas olan xassə və tərəflərin ade-
kvat ifadəsi hesab olunur, biliklərin məzmunu ilə obyektiv reallığın üst-
üstə düşdüyü qəbul edilir.
3
1
Bu isə əslində materialist, həm də yalnız sadə-
lövh materializmə deyil, marksist materializmə də xas olan bir mövqedir.
A.F.Zotovun dialektik materializmi Q.Başlyarın «realizm»indən fərqlən-
dirmək cəhdləri isə inandırıcı görünmür. Yəqin Q.Başlyar özü belə bir
fərqləndirmə mövqeyindən çıxış etməzdi. Əks təqdirdə o öz təsnifatına
dialektik materializmin mövqeyini də ayrıca olaraq daxil edərdi.
XX əsrin 30-cu illərindən etibarən elmi bəşər mədəniyyətinin ümumi
kontekstindən kənarda və statik müstəvidə öyrənən neopozitisizmdən nis-
bətən mütərəqqi olan iki qol ayrılıb inkişaf etməyə başlamışdır. Elmi inki-
şafın sosial-psixoloji rekonstruksiyası mövqeyindən çıxış edən T.Kun,
S.Tulmin, P.Feyerabend və s.-in postpozitivizmi və K.Popper, İ.Lakatos,
J.Aqassi və s.-in elmi inkişafın məntiqi rekonstruksiyası mövqeyi.
Bu iki qol arasında bir sıra ümumi cəhətlər vardır: hər ikisi nəzəriy-
yəni empiriyadan üstün tutur, elmi idrakın və elmi inkişafın dinamikasını
nəzərə alır, real elmi praktikaya istinad edir, fəlsəfə ilə elmin əlaqəsini
qəbul edirlər.
Birinci istiqamətin başlıca nümayəndəsi T.Kundur. O, kəsilməz,
müntəzəm «elmi tərəqqi» anlayışının əleyhinədir. Paradiqmalar nəzəriyyə-
sini irəli sürür ki, bunun da məğzi aralarında müntəzəm keçid olmayan
mərtəbələr sistemidir; bir sistemdən (paradiqmadan) digərinə sıçrayış elmi
1
А.Ф.Зотов. Концепция науки и ее развитие в философии Г.Башляра // В поисках
теории развития науки, М., 1982, с. 83.
Elm haqqında elm
278
inqilab hesab olunur. Paradiqmaların «dilləri» müxtəlif olduğundan bir
paradiqma digər paradiqma mövqeyindən anlaşılmazdır.
Kun konsepsiyasının əsas nailiyyəti: «normal elm» və elmi inqilab
bölgüsünün nəzərə alınmasıdır. Kuna görə əsil elm «normal elm»dir; sıçra-
yış məqamları sosial-psixoloji sferada – elmdən kənar faktorlar baxımın-
dan izah olunmalıdır.
İkinci istiqamətin başlıca nümayəndəsi K.Popperdir. O, özünün «El-
mi kəşfin məntiqi», «Obyektiv bilik», «Təsdiq və inkar» və s. fundamental
əsərlərində elm fəlsəfəsinin alternativ modelini yaratmışdır.
Birinci istiqamətin əksinə olaraq, K.Popper sıçrayışları deyil, təka-
mülü əsas götürür; «elmi tərəqqi» anlayışı qəbul olunur.
K.Popper «kafi əsas» ideyasına əsaslanan klassik epistemologiyadan
fərqli olaraq relyativizmə əsaslanan tənqidi rasionalizm mövqeyindən çıxış
edir, «üçüncü dünya» nəzəriyyəsini irəli sürür.
Onun fikrinə görə, biliklər təbiətdən və insan aləmindən fərqli, nisbi
müstəqil üçüncü bir dünya təşkil edir. Bu dünyanın öz sakinləri, daxili əla-
qələri, saxlanma və “yaşayış” üsulları vardır. İnsan bilik əldə etmək üçün
bilavasitə hissi təcrübəyə müraciət etmədən, əvvəlki nəsillərin yığıb-top-
lamış olduğu bu bilik dünyasına müraciət edə bilər.
K.Popper elmi informasiyanın toplanmasını, saxlanmasını və qab-
laşmasını simvolik olaraq “badya” anlayışı ilə ifadə edir. Söhbət müəyyən
bir sahəyə aid biliklər üçün mənbə rolunu oynaya biləcək bütün faktların,
təəssüratların, hisslərin, qavrayışların toplandığı qabdan – badyadan gedir.
K.Popper biliyin mənbəyini ancaq təcrübədə görən, hiss orqanları vasitəsi-
lə əldə edilmiş bütün informasiyanın cəmi kimi başa düşən kumulyativ ya-
naşmanı “badya təlimi” adlandırır və epistemologiyada geniş yayılmış olan
bu sadəlövh yanaşmanın tənqidini verməyə çalışır. Belə ki, təcrübədən gə-
lən ilkin informasiyanı bir fakt kimi qəbul edərək bizim aldığımız nəticə-
lərdəki səhvləri ancaq intellektual həzm mərhələsində axtarmaq təşəbbüs-
ləri ən azı ona görə qüsurludur ki, badyada olan məlumatın özünü kor-
koranə olaraq düzgün başlanğıc kimi götürmək özü bir təhrifdir
3
1
.
K.Popperə qədər pozitivizmdə (neopozitivizm mərhələsi) əsas prin-
sip verifikasiya prinsipi hesab olunurdu. Yəni əgər hər hansı bir ideya təc-
rübədə təsdiq olunursa, bu onun həqiqiliyinə dəlalət edir. Təcrübi yox-
1
К.Р.Поппер. Объективное знание. Эволюционный подход, с.66-68.
Elm fəlsəfəsi və elmin metodologiyası
279
lanması mümkün olmayan bütün fikirlər qeyri-elmi hesab olunurdu. Xüsu-
silə təbiətşünas alimlər bu mövqeni dəstəkləyirdilər və indi də dəstəklə-
yirlər. Görkəmli nəzəriyyəçi-fizik R.Feynmanın yazdığına görə, “bizim
bütün biliklərin məhək daşı təcrübədir. Təcrübə, eksperiment elmi “həqi-
qətin” yeganə hakimidir.”
3
1
Fəlsəfədə isə bu baxışlar F.Bekon və C.Lokk
tərəfindən sistem halına salınan, “ağ lövhə” təlimi kimi məşhurlaşan empi-
ristik idrak nəzəriyyəsinə uyğun gəlir. Hətta İ.Q.Fixte kimi subyektiv idea-
list filosoflar da idrak məsələlərində məhz bu mövqedən çıxış edirdilər:
“Şüurlu varlıq təcrübədən kənarda heç nəyə malik deyil; təcrübə onun
təfəkkürünün bütün materialını özündə saxlayır”.
3
2
Lakin Popper nəzərə alır ki, müəyyən bir biliyin təcrübədə özünü
doğrultması da həqiqilik və elmilik meyarı kimi yetərli deyil. Xüsusilə nə-
zərə alsaq ki, o, cismani dünyanın hadisələrinə real şeylər kimi deyil, fikri
obrazlar kimi baxırdı və bu obrazların şeylərlə eyniyyətini iddia edən sadə-
lövh realizmdən çox uzaq idi, onda, deməli, “təcrübə” də son instansiya
ola bilməz. K.Popper öz “intellektual tərcümeyi-halında” yazır ki, “bizim
nəzəriyyələr daha çox şüurumuzun məhsuludur və reallıq tərəfindən təlqin
olunmur; ona görə də onlar bizim “təcrübəmizin” sərhədlərini keçirlər”
4
3
.
Məhz bu səbəbdən də K.Popper elmi biliyin həqiqiliyini yoxlamaq üçün
başqa bir meyarı: məntiqi surətdə təkzib oluna bilmək imkanını – falsifika-
siya olunanlıq prinsipini irəli sürür. Əslində məqsəd bütün elmi ideyalara
inamsızlıq göstərmək və onları təkzib etmək deyil. Söhbət prinsipcə təkzib
oluna bilməkdən gedir. Yəni nəzəriyyənin məntiqi quruluşu buna yol ver-
məlidir.
Əslində Popperin falsifikasiya olunanlıq prinsipi də verifikasiya
prinsipi kimi biliyin həqiqiliyini yoxlamaq üçün kafi şərt deyil. Elmilik
tələbini ödəmək üçün bir sıra zəruri şərtlər var ki, onlar ödənmirsə, deməli,
bu müddəa, təlim, nəzəriyyə elmi deyil. Lakin “elmi deyil” hökmündən be-
lə nəticə çıxarılmamalıdır ki, deməli, yalnışdır. Xeyr, elmilik şərti ödən-
mirsə, ya onun tətbiqi üçün mühit-situasiya şərtləri məhdudlaşdırılmalı və
1
Р.Фейнман, Р.Лейтон, М.Сэндс. Фейнмановские лекции по физике, вып. 1. М.,
«Мир», 1965, с. 22.
2
И.Г.Фихте. Первое введение в наукоучение // Сочинения в двух томах, т. 1,
СПб., Мифрил, 1993, с. 451.
3
K.R.Popper. Unended quest. An Intellectual Autobiography. London and New York,
1999, p.82.
Elm haqqında elm
280
konkretləşdirilməlidir, ya da onun qeyri-elmi bilik formalarından birinə aid
olub-olmadığı yoxlanmalıdır. Belə ki, dini hökmlər, fəlsəfi müddəalar,
məişət bilikləri, əxlaqi dəyərlər elmi deyil, amma bu, heç də onların həqiqi
olmadığını və ya dəyərsizliyini göstərmir.
K.Popper elmi metafizika ilə qarşılaşdırır və bu iki fərqli bilik sahəsi
arasında dəqiq sərhəd çəkməyə (demarkasiya) çalışır.
4
1
Bəli, Popper fəlsəfi
ontologiya sahəsində biliklərin elmiliyini inkar edir. Amma bu o demək
deyil ki, Popper ümumiyyətlə biliklərin əhatə dairəsini məhdudlaşdırmağa
çalışır. Əksinə, onun terminologiyasında “bilik” anlayışı olduqca geniş bir
diapazonu əhatə edir. O hətta heyvanların və bitkilərin biliyindən bəhs et-
məklə, istənilən orqanizmin nəyə isə yönəli olmasını, bəkləntisini (gözlə-
məsini) biliklər sisteminə daxil edir.
4
2
İnsanı heyvandan fərqləndirən
sadəcə biliyə yox, dərk olunmuş biliyə malik olmasıdır. Bu baxımdan,
Popperin mövqeyi Təyyar de Şardenlə üst-üstə düşür. O yazır: “Təbii ki,
heyvan da bilir. Amma, şübhəsiz, o nə bildiyini bilmir”.
4
3
Məhz insana aid
olan biliklər həm bütün dərk olunmamış – gizli bilikləri, həm də dərk
olunmuş – verballaşan bilikləri əhatə edir.
Elmin arxitektonikasını biliklər üzərində qurmaq və ya başqa sözlə,
ayrı-ayrı biliklərdən onun müəyyən qayda üzrə təşkil olunmuş sisteminə
doğru addım atmaq üçün əvvəlcə bazis kimi, tikinti materialı və ya hətta
bu tikintinin kərpicləri kimi istifadə oluna biləcək biliklərin mötəbərliyinə,
mükəmməlliyinə, sınanmışlığına əmin olmaq lazımdır. Yəni qurulan kons-
truksiyada daha effektli struktur seçməzdən əvvəl, ilk növbədə elementlər-
dən arxayın olmaq, yəni onların dəyişməzliyinə, sabitliyinə güvənə bilmək
tələb olunur. Bu ehtiyac epistemologiyada biliklərin həqiqiliyi problemini
daha da aktuallaşdırır. Nəticədə müasir elm fəlsəfəsində bu problem o
dərəcədə önə çıxmışdır ki, sanki hər şey məhz həqiqiliyin şərtlərini düzgün
müəyyənləşdirməkdən asılı imiş. Təsadüfi deyil ki, elmiliyin meyarları
içərisində də ən əsas şərt əksər hallarda alınan elmi nəticənin, yeni biliyin
həqiqiliyini müəyyənləşdirmək qaydaları hesab olunur. Lakin məsələnin
bu cür qoyuluşundan kənara çıxdıqda, yəni elm sistemini kristallik qəfəs
1
К.Поппер. Предположения и опровержения. Рост научного знания. М., АСТ,
2004, с. 423.
2
К.Поппер. К эволюционной теории познания // Эволюционная эпистемология и
логика социальных наук: Карл Поппер и его критики. М., 2000, с.194-201.
3
Т. де Шарден. Феномен человека. М., Наука, 1987, с. 137.
Elm fəlsəfəsi və elmin metodologiyası
281
modelinə uyğun olaraq, təpə nöqtələrində mütləq, dəyişməz biliklər daya-
nan konfiqurasiya kimi təsəvvür etməyin yeganə yol olmadığı, gerçək elmi
yaradıcılıq proseslərinin təsviri üçün fərqli modellərə ehtiyac yarandığı
bəlli olduqdan sonra alternativ epistemoloji konsepsiyalar irəli sürüldü.
Ənənəvi modelə birinci zərbə mütləq və ya həqiqi bilik axtarışları-
nın şübhə altına alınması oldu. Yəni elmi inkişaf prosesində həmişə sabit
qalan, toxunulmaz mütləq bilik axtarışının əbəs olduğu getdikcə daha çox
dərəcədə özünü göstərdi. Nəticədə bir çox elmşünaslar elmin yeni informa-
sion modelini hazırlayarkən, onu sabit kəmiyyət kimi yox, dəyişkən kom-
ponent kimi götürməyə üstünlük verirlər. V.Sadovski və E.Mirskinin qeyd
etdiyi kimi, biliyi tədqiqat obyekti kimi fiksə etmək, kvantlamaq çox çətin
olduğundan, elmdə informasiyanı proses halında götürmək lazım gəlir.
4
1
Təyyar de Şarden şeylərin təməlini, atomları nəzərdə tutaraq yazır: “Əv-
vəlcədən biz təcrübənin belə bir əsaslı şərti ilə qarşılaşırıq ki, hər şeyin
başlanğıcına getdikcə, onun duyğularla qavranılması qeyri-mümkünlüyə
çevrilir”.
4
2
Eyni mülahizəni biz elmi konstruksiyaların: nəzəriyyə, təlim, hi-
potez və s. təşkil olunduğu elementar biliklərin – koqnitiv atomların haq-
qında da söyləyə bilərik. Yəni təlimin ideyası, epistemoloji strukturu, ehti-
va etdiyi alt sistemlər – lokal nəzəriyyə və müddəalar, konseptlər özlüyün-
də aydın olsa da, onların hamısının əsasında duran ilkin biliklər və anlayış-
ların konturlarını kəskin cizgilərlə çəkmək mümkün olmur. Elə lap təməl-
dəcə bir yayınıqlıq, qeyri-səlisliklə rastlaşırıq. Təmələ yaxınlaşdıqca, ay-
dınlıq itir. Və əksinə, çox aydın təməl prinsiplərdən çıxış etməklə mükəm-
məl bir nəzəri konstruksiya qurmaq çətinləşir. Səbəbi isə budur ki, ancaq
rasional, məntiqi yolla qurulan bir nəzəriyyədə istifadə olunan ilkin biliklər
– atomlar guya özlüyündə məlum, qapalı, bölünməz, dəyişməz bir şey kimi
götürülür. Və məhz sabitlərin üzərində konstruksiya qurulur. Məntiq ancaq
strukturu açır. Təpə nöqtələrindəki atomar biliklər isə riyazi nöqtə kimi
idealizə olunur. Formal məntiqin və hər cür riyaziyyatın şərtlərindən biri
təməl nöqtələri maddi müstəvidə bir heç kimi, sıfır kimi götürməkdir. La-
kin əgər biz bu konstruksiyanı qurduqdan sonra təməl nöqtələrin – atomar
biliklərin üzərinə getsək və onları açmağa çalışsaq, bir qeyri-müəyyənliklə
rastlaşacağıq. Burada müəyyənlik yaratmaq istəsək və bu biliklərin öz
1
Э.М. Мирский, В.Н.Садовский. Проблемы исследования коммуникации в науке //
Коммуникация в современной науке. М., «Прогресс», 1976, с. 9.
2
Т. де Шарден. Феномен человека. М., Наука, 1987, с. 80.
Elm haqqında elm
282
strukturunu nəzərə almağa çalışsaq isə, onda bütöv təlim üçün qurduğu-
muz makrostruktur, ümumi konfiqurasiya pozulacaqdır. Dediyimiz prinsip
əslində Heyzenberqin məşhur qeyri-müəyyənlik prinsipini xatırladır. Bu
epistemoloji kontekstdə, idrak fəzasında qeyri-müəyyənlik prinsipidir!
Bu prinsip əslində həm də rasional və irrasionalın tam uyğunlaşma-
sının qeyri-mümkünlüyü prinsipidir. Belə ki, biliklərin tam aydınlığı ancaq
intuitiv şəkildə, irrasional yolla mümkündür. Və həmin biliklər üzərində
qurulmuş rasional konstruksiya atomar biliklərin həqiqiliyini izah edə bil-
mir. İstər-istəməz nə isə aprior şəkildə qəbul olunmalıdır.
Burada formal məntiqin və rasionalizmin biliklərimizin hüdudunu
məhdudlaşdırması faktı ilə də razılaşmaq lazım gəlir. Məhz bu ehtiyacdan-
dır ki, qeyri-səlis məntiq yaranmışdır.
4
1
Əslində elmi biliyin iki əsas formasına münasibət də fərqlidir. Söh-
bət elmi fakt-dan və elmi nəzəriyyə-dən gedir. Birincinin həqiqiliyi təcrübə
vasitəsi ilə, ikincinin həqiqiliyi riyazi-məntiqi üsulla isbata yetirilmiş sayı-
lır. Və burada təcrübənin özünün nə dərəcədə güvənli olması, həm də mən-
tiqin və riyaziyyatın güvən şərtləri gündəmə gəlir. Digər tərəfdən də, müa-
sir yanaşmalara görə, fakt ancaq obyektiv bir hadisə kimi, gerçəyin ade-
kvat inikası kimi götürülə bilməz. Çünki təcrübədən gələn informasiya
nəinki tədqiqatçının müvafiq ilkin bilikləri və dünyagörüşü ilə, habelə
onun konkret bəkləntisi (gözləməsi) ilə sıx surətdə bağlıdır. Hələ Platon-
dan gələn məlum yanaşmaya görə, insan məhz görmək istədiyini görür.
K.Bernarın dediyi kimi, nə axtardığını öncədən bilməyən alim nə tapdığını
da anlaya bilməz.
4
2
Məlum biliklər sistemindən və ya elm tarixindən hansı
isə fikir və ya bilik istifadə olunarkən hər dövrün nümayəndəsi, hər bir
konkret alim öz maraq dairəsinə və dünyagörüşünə uyğun material seçir.
Molekulyar biologiyanın yaradıcılarından biri olan C.Uotson yazır: “İki
adam eyni hadisəni həmişə fərqli görür. Bu mənada heç kim DNT-nin
strukturunun kəşfinin son qəti tarixini yaza bilməz”.
4
3
C.Uotson bunu belə
1
Bax: B. Bishop. Shades of Reality. How the New Fuzzy Philosophy will Change Your
World View. Glenbridge Publishing Ltd, 1998; F.Zadə. Qeyri-səlis məntiqin atası….Bakı,
Qafqaz, 2006.
2
С.Р.Микулинский. Несколько замечаний об анализе концепций развития наук //
В поисках теории развития науки/ Очерки западноевропейских и американских кон-
цепций ХХ века. / М., 1982, с. 7-8.
3
Дж.Д. Уотсон. Двойная спираль. Воспоминания об открытии структуры ДНК.
М., «Мир», 1969, c.10.
Elm fəlsəfəsi və elmin metodologiyası
283
izah edir ki, ən azından müxtəlif iştirakçılar bu hadisəni fərqli formalarda
yadda saxlayırlar. O, dediklərini ümumiləşdirərək və insan amilinin rolunu
nəzərə alaraq belə qənaətə gəlir ki, elmi tədqiqatın yolları da insan xarakte-
ri kimi müxtəlifdir.
4
1
V.İ.Vernadskinin dediyi kimi, hər bir elmi nəsil keçmişdən yeni ça-
larlar əxz edir.
4
2
Zaman keçdikcə, sanki keçmiş özü də dəyişir və özünü hər
dəfə yeniləşdirir. Xüsusilə əvvəlki dövrlərdə əldə olunmuş biliklərin o vaxt
bəlli olmayan yeni dəyərləri ortaya çıxır. Lakin yeni zamanın aşkar etdiyi
təkcə yeni dəyərlər deyil, həm də çatışmazlıqlar, nöqsanlardır. Yəni əvvəl
mütləq həqiqət kimi qəbul olunan biliklər min illərin sınağından keçib gəl-
sələr də, günlərin bir günü yeni bir situasiyada şübhə obyektinə çevrilə
bilər.
Əsas məsələlərdən biri məlum bir biliyin hansı yeni kontekstə daxil
edilməsidir. Çünki müəyyən bir biliklər sistemində özünü çox rahat hiss
edən, başqa biliklər tərəfindən tamamlanaraq öz mötəbərliliyini daha da
artıran konkret bir müddəa, tezis, postulat başqa bir ideya kontekstində eti-
barlı görünməyə bilər; çünki hər hansı bir bilik daxil olduğu yeni sistemdə
aparıcı fikirlərlə və təməl kimi qəbul olunmuş biliklərlə uyğunlaşa bilmir-
sə, deməli, onun öz həqiqiliyi də şübhə altına düşür.
Müasir elm fəlsəfəsində kontekstdən çıxarılmış, ayrılıqda götürül-
müş bir biliyin həqiqiliyi məsələsinə ciddi yanaşılmır. Belə ki, biliyin həqi-
qiliyi ancaq təcrübə ilə yoxlanıla bilməz; o, həm də başqa sınaqdan çıxmış
biliklərlə vahid bir sistemdə özünə yer etmiş olmalıdır. Bu sistem daha bö-
yük bir nəzəriyyə, təlim, paradiqma, düşüncə tərzi və metodologiya ola bi-
lər. Ona görə
də, hər bir yeni ideya
elmdə artıq qəbul olunmuş əvvəlki ide-
yalardan, metodlardan, metodoloji prinsiplərdən, alimlər birliyinin rəyin-
dən, yəni ənənəviləşmiş meyarlardan asılı vəziyyətdə olur. Hər hansı bir
uyğunsuzluq yarandıqda, yaxud yeni ideya təcrübədə özünü doğrultmadıq-
da, onun arxasında durmaq çətinləşir. Və alim öz ideyasından könülsüz də
olsa, əl çəkməli olur. Halbuki, yanılan təcrübə də ola bilər, ənənəvi fikir və
qəliblər də. Ola bilsin ki, müəyyən bir şəraitdə yeni ideyanı təsdiq etməyən
eksperiment, başqa şəraitdə və bir az başqa yöndə qoyulduqda, tam əksinə
dəlalət edəcəkdir. Yaxud ənənəvi baxışlar sistemi və elmi birliyin qəbul
1
Yenə orada, s.11.
2
В.И. Вернадский. Избранные труды по истории науки. М., 1981, с.191
Elm haqqında elm
284
etdiyi təsəvvürlər fonunda yad ünsür təsiri bağışlayan və qüsurlu hesab
edilən yeni ideya fərqli baxışlar sistemində doğma görünsün və paradiqma-
nın özünün dəyişilməsi üçün stimul yaratsın.
Pol Feyerabend yeni ideyaya mane olan, çəpər çəkən hər hansı bir
ənənəvi metodu, qaydaları, meyarları, hətta alimlər birliyinin rəyini inkar
edərək tam bir epistemoloji azadlıq mövqeyindən çıxış edir. O, həm kon-
septual, həm də sosial məhdudlaşdırıcı amillərin aradan qaldırılması və
elm adamının heç olmazsa, müəyyən bir müddət ərzində bu amillərdən,
mühitin təlqin etdiyi şablonlardan xilas olaraq tam azad düşünmək imka-
nına bir zərurət olduğunu əsaslandırmağa çalışır.
Bəzi elmşünas alimlər nəinki bilik anlayışını, hətta elm anlayışını da
çox geniş mənada götürürlər. Xüsusilə Şərqdə əksər hallarda biliklə elm
arasında ciddi fərq qoyulmamışdır. Bu ənənə üstüörtülü şəkildə indi də da-
vam edir. Yaponiya və Çində bu ad altında ümumiyyətlə yazılı ədəbiyyat
nəzərdə tutulur. Sənət, poeziya, fəlsəfə nəinki biliyin sahələri kimi qəbul
olunur, bir çox təsnifatlarda elm anlayışına da daxil edilir.
4
1
Nəticədə “el-
milik” anlayışı ilə elm anlayışının əhatə dairəsi fərqləndirilməli olur. Belə
ki, geniş mənada bir elm adı altında əhatə olunan bir çox sahələr elmilik
şərtlərini ödəmir.
Elmi biliklər həm verifikasiya, həm də falsifikasiya olunanlıq prin-
siplərini ödəməlidir. Verifikasiya prinsipinin ödənilməsi həqiqiliyin isbatı
üçün ona görə yetərli sayılmır ki, yüz dəfə təcrübədə təsdiqlənmək hələ
yüz birinci dəfədə kənaraçıxma ola biləcəyini istisna etmir. Eyni şeyi falsi-
fikasiya olunanlıq prinsipi haqqında da demək olar. Yəni Popper nə qədər
deduktivliyə meyl etsə də, əslində hər iki prinsip induktivdir. Ayrı-ayrı
halların həqiqiliyindən ümumiləşmiş prinsip çıxarmaq olmaz. Daha doğru-
su, ümumiləşmiş hökm ancaq müəyyən ehtimalla verilə bilər. R.Feynman
öz mühazirələrində həqiqətə gedən yolu belə təsvir edir: “Təbiətin öyrənil-
məsində hər addım – həmişə həqiqətə doğru yaxınlaşmağın bir pilləsidir”.
4
2
Falsifikasiya olunanlıq prinsipinin ödənməsi də fikrin birinci, ikinci
və ya yüzüncü dəfə alternativ variantlarını tapmağın mümkünlüyünü, prin-
sipcə təkzib oluna bilməsini, amma hər dəfə təkzib olunmadığını göstərir.
Əgər fikir hər dəfə sınaqdan çıxırsa və onu məntiqi planda təkzib etmək
1
Bax: Тосака Дзюн. Теория науки. М., Наука, 1983, с. 13-14.
2
Р.Фейнман, Р.Лейтон, М.Сэндс. Фейнмановские лекции по физике, c. 22.
Elm fəlsəfəsi və elmin metodologiyası
285
cəhdi uğursuzluğa düçar olursa, bu hələ o demək deyil ki, həmin fikir, nə-
zəriyyə, təlim yüz birinci təkzib variantında da sınaqdan çıxa biləcəkdir.
Yəni günlərin bir günü elə arqumentlər irəli sürülə bilər ki, təlim buna tab
gətirə bilməz, çat verər və ya tamamilə “yıxılar”. Beləliklə, verifikasiya
prinsipi təcrübi yoxlamanın induktivliyini ifadə edirdisə, falsifikasiya olu-
nanlıq prinsipi də məntiqi yoxlamanın induktivliyini ifadə edir. Bax, bu
mənada Popperin bütün cəhdlərinə baxmayaraq, onun demarkasiya şərtləri
məntiqi-induktiv yanaşmanın məhdudiyyətindən xilas ola bilmir.
Beləliklə, elmi yaradıcılıq prosesinin mürəkkəbliyini kifayət dərəcə-
də nəzərə almayanlar və elmilik meyarlarını məntiqi çərçivə ilə məhdud-
laşdırmağa çalışanlar, elmin həqiqi mənzərisini yarada bilməzlər. Elm
empirizm çərçivəsinə sığmağı kimi, rasionalizm çərçivəsinə də sığmır.
İlkin mənbəyindən asılı olmayaraq, məlum olan biliklərdən yeni bi-
liklərin, məlum anlayış, mühakimə, qanun və nəzəriyyələrdən yeni nəzəriy-
yələrin rasional yolla alınması mexanizmi elmşünaslıqda ən çox dis-
kussiyaya səbəb olan məsələlərdən biridir. Elə bil ki, çox böyük fikir ehti-
yatı – material vardır ki, bunlardan müxtəlif sistemlər düzəldilə bilər.
«Fikir» sözü çox ümumi və mücərrəd olduğuna görə, qeyd edək ki,
biz burada elmi ədəbiyyatda artıq istifadə olunan anlayışları, istilahları, qa-
nun və hipotezləri, nəzəriyyələri, hətta bütöv fənləri nəzərdə tutmaqla ya-
naşı, yeni təcrübələrdən alınan ilkin empirik bilikləri, habelə qeyri-elmi
mənşəli fikirləri də nəzərdə tuturuq. Prinsipial əhəmiyyətə malik məsələ-
lərdən biri yeni empirik biliyin məlum nəzəriyyələrə daxil edilməsidir. Ye-
ni bilik məlum nəzəriyyəyə uyğun gəlmədikdə isə, onu ehtiva edə bilən,
habelə köhnə nəzəriyyələrin üstün cəhətlərini özündə saxlayan – uyğunluq
prinsipi – yeni nəzəriyyələr, nəzəri sistemlər yaratmaq lazım gəlir ki, bu-
nun üçün tədqiqatçıdan müəyyən yaradıcılıq və individual yaxınlaşma tə-
ləb olunur.
Bizim işlətdiyimiz «fikir ehtiyatı, material» ifadəsinin bir növ analo-
qu olan «elmi nəzəriyyənin inşaat meşələri» (ENİM-SLENT) ifadəsi fəl-
səfi və təbii-elmi ədəbiyyatda artıq işləndiyindən, biz onun qısaca şərhini
vermək istəyirik. Sovet fəlsəfi ədəbiyyatında ilk dəfə E.M.Çudinov tərə-
findən işlədilən bu ifadə
4
1
M.D.Axundov və L.Bajenov tərəfindən bir ter-
1
Идеалы и нормы научного исследования. Минск, 1981.
Elm haqqında elm
286
min kimi təklif olunmuşdur.
4
1
Bu müəlliflərin fikrincə, «SLENT-ə ilk növ-
bədə nəzəriyyənin formalaşmasında evristik rol oynayan, lakin son formu-
lirovkaya düşməyən elmi ideyalar daxildir».
4
2
Müəlliflər SLENT-ə elmin
digər ictimai şüur formaları ilə əlaqəsini açmaq üçün bir vasitə kimi ba-
xırlar. Belə ki, son nəticəyə daxil olmayan, lakin nəzəriyyənin formalaş-
masına xidmət edən müəyyən metaelmi fikirlər – metodoloji, fəlsəfi, tarixi
biliklər, habelə müəllifin dini-əxlaqi, siyasi mövqeyi və s. yalnız SLENT-
in tədqiqi zamanı ortaya çıxarıla bilər.
Diqqətlə yanaşıldıqda SLENT ideyasını K.Popperin “badya” ideyası
çox yaxın olduğu və eyni bir zərurətdən meydana çıxdığı aydınlaşar.
Bu və ya digər bir sistemin təşkil edilməsi, yaradılması tədqiqatçıla-
rın individual mövqe və keyfiyyətləri də əlavə olunmaqla həmin dövrdə
məlum olan elmi idrak metod və formalarından, onların mükəmməllik də-
rəcəsindən, hakim təfəkkür tərzindən, tədqiqatçıların çıxış etdiyi metodolo-
ji mövqedən və deməli, ümumiyyətlə metodologiya və fəlsəfi fikir sahəsin-
də gedən mübahisələrin nəticələrindən, mövcud sosial şərait və hakim dün-
yagörüşündən və s. asılıdır. Marksizm fəlsəfəsinə görə, bunlardan əlavə ən
böyük təsiredici amil praktik ehtiyac, istehsalatın qoyduğu tələblərdir. Mü-
əyyən bir nəzəri sistemin sistemlilik şərti özünü bunda göstərir ki, burada
bir sıra «elementar biliklər» vahid qanunauyğunluq kimi, müəyyən bir
strukturun təpə nöqtələrini təşkil edir; bu struktura həmin qanunauyğunlu-
ğa müvafiq gələn, lakin əvvəllər təcrübədən məlum olmayan yeni biliklər
də daxil olur. Onların təcrübi yoxlanması imkanı (verifikasiya prinsipi),
nəzəri izahın təklif olunması hələ onun məlum fikir materialı əsasında qu-
rulmuş yeganə, mümkün sistem olduğunu göstərmir. Əksinə, məsələn,
K.Popperə görə, ikinci belə bir nəzəriyyə irəli sürmək mümkün deyilsə, bi-
rinci nəzəriyyənin doğruluğu həmişəlik şübhə altında qalır.
4
3
Əslində, Pop-
per heç də demək istəmir ki, hər hansı bir mühakimə, fikir, nəzəriyyə inkar
olunursa – elmidir. K.Popperə görə, nəzəriyyə, mühakimə prinsipcə inkar
oluna bilmək imkanını özündə saxlamalıdır. Yəni mühakimə məntiqi quru-
luşuna görə elə olmalıdır ki, onu inkar edən başqa mühakimə də irəli sür-
mək mümkün olsun. Ancaq belə alternativ nəzəriyyə və ya mühakimə
1
М.Д.Ахундов, Л.Б.Баженов. О понятии «СЛЕНТ»-а. – Структура и развитие
научного знания. Системный подход к методологии науки. М., 1982.
2
Yenə orada, s. 87.
3
К.Поппер. Логика и рост научного знания, с. 94.
Elm fəlsəfəsi və elmin metodologiyası
287
təcrübədə özünü doğrultmursa, onda birinci mühakimənin həqiqiliyindən
danışmaq olar. Lakin yuxarıda artıq göstərdiyimiz kimi, həqiqiliyin isbatı
üçün bu şərt də yetərli deyil. Görünür, məhz bu səbəbdəndir ki, Şərq (is-
lam) filosofları həqiqətin ancaq vergi və sezgi sayəsində; ilham, vəcd, kəşf
və nəhayət, vəhy məqamında, yaxud işraqilik termini ilə desək, nurlanma
yolu ilə əldə edilə bilməsi haqqında təlimdə israrlıdırlar.
Əksər materialist filosoflara görə, elm – növlərin dərk olunması,
ümumilər arasında əlaqə yaradılmasıdır.
4
1
Məsələnin bu cür qoyuluşu əslin-
də Aristoteldən gəlir. Onun fikrinə görə, tərif verərkən şeylərin hansı növə
aid olduğu müəyyənləşdirildiyi kimi, hər bir elm də ancaq növləri, ümumi-
ləri öyrənir.
4
2
Buna uyğun olaraq məntiqi pozitivizm (Rassel, Uaythed və
s.) məntiqdə ciddi universal mülahizələri elmi mülahizə sayırlar. Popper
həmin mövqeyi davam etdirir: «Təbiətşünaslıq nəzəriyyələri, həmçinin tə-
biət qanunları, məntiqi forma baxımından, ciddi universal mülahizə şəklin-
də olurlar. Buna görə də, onlar ciddi ekzistensional mülahizələrin inkarı
formasında ifadə oluna bilərlər».
4
3
Ekzistensional mülahizəyə misal olaraq
Popper «Qara qarğalar mövcuddur» mülahizəsini gətirir. Bu fikri «heç ol-
masa bir dənə qara qarğa var» şəklində də ifadə etmək olar. Popper göstə-
rir ki, ekzistensional mülahizələrin inkarı universal mülahizələrlə üst-üstə
düşür. Və ya tərsinə, ciddi universal mülahizələrin inkarı ciddi ekzistensio-
nal mülahizəyə ekvivalentdir.
4
4
Ciddi universal mülahizə «bütün qarğalar
qaradır» şəklində olur. Onun inkarı isə «bütün qarğaların qara rəngdə ol-
ması düz deyil» – olacaqdır. Bu mülahizə isə yuxarıda ekzistensional mü-
lahizəyə misal gətirilən «heç olmazsa bir dənə qara qarğa var» mülahizə-
sinə ekvivalentdir.
K.Popper ciddi universal və ciddi ekzistensional mülahizələr arasın-
dakı bu əlaqəni, habelə elmi mülahizələrin ciddi universal xarakteri haq-
qındakı fikri mütləqləşdirərək belə qənaətə gəlir ki, elmi mülahizələr, xü-
susən təbiət qanunları falsifikasiya imkanını özündə saxlamalıdır.
4
5
Falsifikasiya prinsipi demarkasiya şərti kimi «isbat edildikdən» son-
ra isə Popper marksizmi bu prinsipi ödəmədiyinə görə qeyri-elmi ad-
1
Л.Фейербах. Избранные философские произведения, т.2, М., 1955, с. 30.
2
Аристотель. Метафизика, c. 273.
3
К.Поппер. Логика и рост научного знания, с. 94.
4
Yenə orada.
5
Yenə orada, s. 95.
Elm haqqında elm
288
landırır.
4
1
Lakin bir sıra sovet filosofları da öz növbəsində Popperin möv-
qeyini məhz marksizm mövqeyindən təhlil edərək onu qeyri-elmi hesab
edirdilər.
4
2
Qərb fəlsəfi ədəbiyyatında bu və ya digər elmi nəzəriyyənin obyek-
tiv həqiqiliyi məsələsinə bir qayda olaraq, mənfi cavab verilir. Ən çox ya-
yılmış nəzəriyyələrdən biri (bu cür relyativist mövqedən) konvensiona-
lizmdir. Əsasən A.Puankare tərəfindən formulə olunan bu mövqe neopozi-
tivizm və praqmatizm nümayəndələri arasında geniş yayılmışdır və hətta
özlüyündə aydın bir şey hesab olunur.
Praqmatizmin banilərindən olan Ç.Pirsin mövqeyinə görə, habelə bu
məsələdə onunla həmfikir olan neopozitivist N.Kempbellə görə, elm – «elə
mühakimələrin öyrənilməsidir ki, onlara dair ümumi razılıq əldə edilə bi-
lər».
4
3
Göründüyü kimi, «ümumi razılıq» kimi subyektiv bir amil elmiliyin
kriteriyası, meyarı kimi götürülür (Qərbdə demarkasiya probleminin
Popperə qədərki həlli). Belə asan üsullardan istifadə edilməsi təsadüfi de-
yil; onun qnoseoloji kökləri, görünür, daha ciddi fəlsəfi sistemlərdə elmili-
yin meyarı kimi götürülən obyektiv həqiqətin aşkara çıxarılması kriteriya-
sındakı məntiqi çətinliklərlə bağlıdır. Belə ki, nəzəriyyə mürəkkəb sistem
olduğuna görə, onu təşkil edən elementar biliklərin bir və ya bir neçəsinin
təcrübi olaraq (praktikada) yoxlanması kifayət deyildir.
Birincisi, bunun üçün bütün belə elementar biliklərin təcrübi yoxlan-
ması tələb olunur. Lakin mürəkkəb nəzəri sistemlərdə bu nəzəriyyənin ya-
radılması üçün material olmuş ilkin elementar biliklərlə yanaşı, sonradan –
nəzəriyyədən alınan potensial-verifikativ biliklər də vardır. Mümkündür ki,
elmi nəzəriyyə təzə irəli sürüldüyü vaxtlarda bu nəticələrin hamısını almaq
və yoxlamaq üçün böyük «qara» iş bir qayda olaraq həyata keçirilmir və
ya praktik tələbatın inkişaf istiqamətinə uyğun olaraq sonralar həyata
keçirilir. A.L.Nikiforov haqlı olaraq qeyd edir ki, elmi təlimin bütövlükdə
və prinsipcə təcrübi yoxlanması və ya gerçəkliklə müqayisə olunması
1
Yenə orada, s. 29, 240-290.
2
Т.И.Ойзерман. Некоторые проблемы научно-философской теории истины. //
Вопросы философии, 1982, №7, с.71-80; И.С.Нарский. Методология и эпистемология.
К.Поппера в их существе и следствиях. // «Критический рационализм». М., 1981, с.
110-114 və s.
3
Структура и развитие науки. Из Бостонских исследований по философии науки
(пер. с.англ.), М., 1978.
Elm fəlsəfəsi və elmin metodologiyası
289
mümkün deyil.
4
1
Bundan çıxış edərək tədqiqatçı ümumiyyətlə həqiqətin
elmilikdə bir meyar və prinsip kimi saxlanıb-saxlanmaması məsələsini irəli
sürür. Düzdür, sonrakı mühakimələrində özü də bu qənaətə gəlir ki, “hə-
qiqət” meyarı itərsə, ümumiyyətlə elmin tərəqqisindən danışmaq mümkün
olmaz, hər halda, məsələnin bu cür qoyuluşu elm fəlsəfəsində böhrandan
xəbər verir.
4
2
İkincisi, nəzəri sistemin təpə nöqtələrində duran elementar biliklər
heç də hamısı verifikativ xarakter daşımaya bilər. (Buraya ilk növbədə
analitik mühakimələr aiddir. Analitik mühakimələr üçün dekarmasiya
problemi neopozitivizmin başqa bir aspekti – linqvistik fəlsəfə, semantika
və ümumiyyətlə, məntiqi pozitivizm üçün xarakterikdir).
Üçüncüsü, hər hansı bir nəzəriyyə həm verifikasiya prinsipini, həm
də dil qanunlarını ödəmək baxımından özünü doğrultsa da, müvafiq ele-
mentar bilikləri əhatə edən və müəyyən zəruri şərtləri ödəyən elə yeni nə-
zəriyyələr irəli sürülə bilər ki, onlar elmi istifadə baxımından daha əlverişli
olsun. Məsələn, riyazi olaraq daha kompakt ifadə edilə bilsin, əyani təsəv-
vür üçün daha əlverişli olsun və ən başlıcası, daha çox elementar biliyi və
əvvəllər sınaqdan keçmiş nəzəriyyələri əhatə etsin. Bax, bu son səbəbdən
də «mümkün nəzəriyyələr» içərisindən bu və ya digər bir nəzəriyyənin el-
mi istifadəyə daxil edilməsi məsələsində alimlərin «sazişçi» mövqeyi, doğ-
rudan da, böyük rol oynayır.
Konvensionalizm müasir postpozitivist konsepsiyalarda da zəruri bir
tərkib hissəsi kimi saxlanılır. Məsələn, K.Popper elmdə elmi ictimaiyyətin
rəyi məsələsini «açıq elm» konsepsiyasında daha da inkişaf etdirmişdir.
Lakin «saziş» (əslində heç bir aşkar sazişdən söhbət getmir, bu və ya
digər nəzəriyyənin kortəbii yolla, elmin təbii inkişafı prosesində özünə yer
etməsindən, üstünlük qazanmasından, rəqabətdə qalib gəlməsindən söhbət
getməlidir) subyektiv xarakter daşıdığından, nəzəriyyənin obyektiv gerçək-
liyi nə dərəcədə düzgün inikas etdirdiyi yox, onun həmin dövrdə aktual gö-
rünən məsələlərin şərhi və izahı üçün nə dərəcədə sərfəli olduğu ön plana
çəkildiyindən, bəzən elmin inkişafına böyük ləngidici təsir də göstərir.
Beləliklə, istər demarkasiya probleminin, istərsə də elmin məntiqi-
qnoseoloji tədqiqində ortaya çıxan digər konkret problemlərin yalnız sis-
1
А.Л. Никифоров. Философия науки: история и методология. М., Дом интел.кни-
ги, 1998, с. 226.
2
Yenə orada, s. 227-228.
Elm haqqında elm
290
temli tədqiqi elmin bütöv bir fenomen kimi öyrənilməsi, onun məntiqi
strukturunun keçdiyi tarixi inkişaf yolunun izlənilməsi və müasir dövrdə
onun ümumi inkişaf meyllərinin müəyyənləşdirilməsi üçün real imkan ya-
radır. Elmin tədqiqi şablonlaşdırıldıqda, çərçivəyə salındıqda və ya hər
hansı bir – izm tərəfindən təhrif edildikdə elmin adekvat modelinin yaradıl-
ması onun inkişaf meyllərinin öyrənilməsi və ictimai həyatın tələbləri ilə
əlaqələndirilməsi imkanı da aradan qalxmış olur.
Elm fəlsəfəsi və elmin metodologiyası
291
Elmi və fəlsəfi düşüncə:
ayrılmalar, kəsişmələr və qovuşmalar
Fizikanın onu ümumiləşdirən və adi
danışıq dilində ifadə edən fəlsəfəyə ehtiyacı
vardır.
Dostları ilə paylaş: |