Zeytun – Olea europaea L.
Zeytun cinsinin dünya florasının tərkibində 60-a qədər növü yayılmıĢdır. Bu növlərin
əksəriyyəti yabanı, həmiĢəyaĢıl ağac və kol bitkiləridir.
Zeytun – Olea L. dünyanın tropik və subtropik zonalarının əsasən dağlıq ərazilərində
yayılmıĢlar. Bütün yabanı növləri həmiĢəyaĢıl ağac və kol bitkiləridir. Mədəni halda ancaq O.
europaea L. növü məlumdur. Bu mədəni növün yabanı vəziyyəti məlum deyildir. Zeytun cinsi -
Olea L. Afrika, Ərəbistan yarımadasında, Ġran, Hindistan, Qərbi Çin, Avstraliya, Asiya və s.
ərazilərdə təsadüf edilir.
185
Zeytun - Olea europaea L. Bu həmiĢəyaĢıl, 3-7 m, nadir hallarda 10-12 m hündürlükdə olan
ağacdır. Bəzi hallarda gövdəsinin diametri 2 m-ə qədər olur. AĢağıda yerləĢən budaqlar tikanlı və
yaxud tikansız olur. Yarpağının kənarları bütöv olub 3-
8 sm uzunluğa, 1,5 sm enə malikdir. Yarpaqlar
budaqların üzərində tökülmədən 2-3 ilə qədər qalır.
Çiçəkləri ağımtıl, xırda, mürəkkəb çiçə
k qrupuna aid
olub qoltuqda, nadir hallarda gövdənin qurtaracağında
salxımvari yerləĢmiĢdir. Meyvəsi yedəkli, yumurtavari
və yaxud ovalvaridir. Zeytunun yetiĢmiĢ meyvələri
qaramtıl, qırmızı, bənövĢəyi rəngdə olduğu halda, bir
neçə sortunun meyvələri ağ rəngdə olur. Meyvənin lət
hissəsi bütün meyvənin 75-86%-ni təĢkil edir. Zeytun
uzun ömürlü ağacdir. Tarixi mənbələrdə qeyd edilir ki,
zeytun 1500 ilə qədər yaĢayır.
Zeytunun ən geniĢ əkin sahələri Orta Aralıq dənizi ətrafı ölkələrinin dənizə yaxın ərazilərini
əhatə edir. Zeytunun təsvirini iĢləyib hazırlayarkən S.Ġ.Petyaev əsasən mədəni halda becərilən növ
və sortlarını meyvələrinin formasına, iri və kiçikliyinə görə əsas götürmüĢdür.
Mədəni zeytunun mənĢəyi haqqında mübahisəli fərziyyələr mövcuddur. Bir sıra botaniklər
əsasən O.oleaster növündən, digərləri isə onun O.chryzophyll-dan götürüldüyünü qeyd edirlər.
Bitki növləri arasında müalicəvi əhəmiyyətinə görə öncül yerlərdən birini zeytun tutur.
Zeytunun əmələgəlmə tarixi, yəni mənĢəyi çox qədim tarixə malikdir. O, hələ eramızdan 2500 il
əvvəl misirlilər tərəfindən becərilmiĢdir. Ümumiyyətlə, bu bitkiyə qədim dövrlərdə böyük maraq
vardı. Aralıq dənizi ölkələri xalqlarının həyatı bilavasitə zeytunla sıx bağlı olmuĢdur. Hal-hazırda
da Ġspaniya, Ġtaliya, Yunamstan və s. ölkələrdə zeytun geniĢ plantasiyalar Ģəklində əkilir. Zeytun
əsasən subtropik qurĢağın əlveriĢli sahələrində bitdiyi üçün Azərbaycan, Gürcüstan, Krım,
Türkmənistan, Krasnodar və s. yerlərdə də geniĢ becərilir. Əsasən AbĢerona nə vaxt gətirilib? Bəzi
mənbələrdə qeyd edilir ki, bu qiymətli bitki respublikamıza XVIII-XIX əsrlərdə ġamdan və
Türkiyədən gətirilib. AbĢeron üçün səciyyəvi olan bu bitkinin yaxın tarixdə gətirilməsini inkar edən
mənbələrdə göstərilir ki, Azərbaycanın özü elə zeytunun vətənlərindən biridir. Qədim yunan
tarixçisi və coğrafiyaĢünası Strabon 2000 il öncə Azərbaycanda olarkən, AbĢeronda becərilən
zeytun ağaclarını yüksək dəyərləndirmiĢdir.
Bəs zeytunun bu qədər yüksək qiymətləndirilmesi hansı amillərlə ölçülür? HəmiĢəyaĢıl
yaraĢıqlı zeytun ağacı güclü küləklərin, yağıĢların, zəhərli və çirkli hava cərəyanlarının, duzluluğun
və digər mənfı amillərin təsirindən qoruna bildiyi üçün onun bu xüsusiyyətlərindən dekorativ bəzək
bitkisi kimi istifadə edilir. Qiymətli oduncağa malikdir, məhsuldardır, müalicəvi əhəmiyyətlidir. Biz
ən çox sonuncunun üzərində dayanacağıq.
Zeytun meyvəsinin lət hissəsində 34-78%, toxumunda isə 25-30% keyfiyyətli piyli yağ
vardır. Zeytun yağı olan qliseridlərinin çox (80%) olması ilə digər bitki yağlarından fərqlənir.
Bundan əlavə linol, palmitin (10%), stearin (5-8%), araxis və baĢqa yağ turĢuları, həmçinin, skvalen
karbohidrogen, sterin və s. aĢkar edilmiĢdir. Tərkibindəki alifatik turĢular iqlim Ģəraitindən asılı
olaraq kimyəvi tərkiblərini dəyiĢir. Meyvələrindən yağ istehsal edilir və bu yağdan iaĢədə, konserv
sənayesində, təbabətdə iĢlədilir. Ondan müxtəlif sabun və kosmetik vasitələr, vitaminli
konsentrantlar, dərman preparatları hazırlanır, meyvəsinin tullantılarından mal-qara üçün qiymətli
jımıx əldə edilir.
Xalq təbabətində olduğu kimi elıni təbabətdə də xeyli müddətdir ki, zeytun faydalı dərman
bitkisi kimi istifadə olunur. Bu məqsədlə onun meyvəsi, yağı və yarpağı çox yararlıdır. Belə ki,
zeytun yağı mədə-bağırsaq və öd kisəsi xəstəliklərinin müalicəsində iĢlədilir. Yarpaq və
meyvəsində fitonsidlər olduğundan mikroblara öldürücü təsir göstərir. Zeytun yağı revmatizmdə,
yanıqlarda, göz xəstəliklərində qədim dövrlərdən bəri iĢlədilir. Son illər ürək-damar xəstəliklərində,
xüsusən hipertoniyada dəmləmə və duru spirtli ekstrakt Ģəklində qəbul edilir. Tam yetiĢmiĢ
meyvələrindən alınmıĢ yağ bir sıra dərman preparatlarının, ən çox da yanıq məlhəmlərinin və
iinyeksiya formalı dərman preparatlarının tərkibində yarasağaldıcı, iltihab əleyhinə və ağrıkəsici
186
dərman kimi istifadə olunur. Oynaq ağrılarında, o cümlədən duzlaĢmadan irəli gələn müxtəlif
orqanların xəstəliklərində zeytun yarpaqlarının dəmləməsi təsirli dərman sayılır. Bunun üçün 80-
100 ədəd zeytun yarpağını dərib 3 litrlik ĢüĢə qaba tökür (soyuq suda yuduqdan sonra) və üzərinə
həmin miqdarda qaynar su əlavə edib 10 gün müddətinə qaranlıq yerdə saxlayırlar. Gündə 3 dəfə
olmaqla, hər dəfə 0,5 stəkan daxilə qəbul edilir. ġərq təbabətinə görə, iĢtahanı və cinsi meyli
artırmaq üçün yetiĢmiĢ zeytun meyvəsi yaxĢı vasitədir. O, həzm sistemininin fəaliyyətinə də kömək
edir və mədəni qüvvətləndirir. Yarpağından hazırlanan dəmləmə öskürəyin, zökəmin müalicəsində
faydalıdır. YetiĢməmiĢ meyvəsindən hazırlanan təpitməsi saçdakı kəpəklənməni aradan qaldırır.
Qara ciyər, öd daĢı və böyrək sancılarında zeytun yağı faydalıdır. YaĢıl zeytun ağacının
qatranı hafızəni möhkəmləndiıir. Dəri xəstəliklərində budağını yandırır, əmələ gələn mayeni lazım
olan yerə sürtüb müalicə edirlər. Yarpağından alınan Ģirəsi bədən ağrıları və daxili qanaxmalarda
imalə kimi iĢlədilir. Bu, qızdırma və qan təzyiqinə də xeyirlidir. Duza qoyulmuĢ zeytunu çox
yedikdə adamı arıqladır və yuxusunu pozur.
Son 50 ildə respublikamızda zeytunçuluq sürətlə inkiĢf etmiĢdir. Lakin müstəqillik
qazanandan sonra bir sıra sahələrdə gerilik baĢ verdiyi kimi bu xoĢagəlməz hadisə zeytunçuluğa da
çox ziyan vurmuĢ və vurmaqdadır. Hər gün göbələk kimi «dombalıb» çıxan uca binaları tikən
iĢbazlar zeytun bağlarını kəsib məhv edir və yerində plansız surətdə binalar tikərək ekologiyanı
korlayırlar.
Dostları ilə paylaş: |