221
Balqabaq yabanı halda Meksika, Cənubi Amerika, Qvatemala, Honduras və s. ölkələrin
ərazilərində yayılmıĢdır. Qafqazda, o cümlədən də Azərbaycanda bir neçə növü, onlarla sortları
mədəni halda becərilir.
Bizim eradan 3 min il əvvəl Meksika ərazisində balqabaq bitkisinin toxumlarının qabıqları
aĢkar olunmuĢdur. Bu da onu göstərir ki, 3 min il əvvəl balqabaqdan qida bitkisi kimi istifadə
etmiĢlər. Balqabağın bir neçə növünü misirlilər də əkib-becərmiĢlər.
Balqabaq faydalı qida bitkilərindəndir. Onun yumĢaq meyvəsinin tərkibində 4,34-7,85%
Ģəkərli maddələr (2,31-5,17% saxaroza, 1,7-2,68% monosaxaridlər) vardır. Bəzi sortlarının
tərkibində 10-15%-ə qədər Ģəkər olur. Bəzi sortları karotinoidlə zəngindir. Toxumunun tərkibində
36,0-52,22%-ə qədər keyfiyyətli qida yağı saxlayır. Balqabaq çiy halda yeməli deyildir. Onu
buxarda biĢirilmiĢ, sıyıq halında və yaxud yağda qızaıdılmıĢ halda yeyirlər. Qafqazda, o cümlədən
də Azərbaycanda ən çox əkilib-becərilən növü müĢk balqabağıdır.
Toxumlarında fıtosterin, qatran maddəsi, üzvi turĢular vardır. Balqabağın 92%-ni su, makro-
və mikroelementlərdən - kalsium, kalium, manqan və dəmir təĢkil edir. Bundan baĢqa bitkinin ətli
hissəsində C, B
1
, B
2
, PP vitaminləri, nikotin turĢusu və s. aĢkar edilmiĢdir.
Toxumlarının tərkibində 4,33% kül, mq/q olmaqla: K - 10,20, Ca - 0,40, Mg - 5,80, Fe -
0,07 makroelementləri, mkq/q olmaqla: Mn - 0,11, Cu - 0,61, Zn - 0,85, Mo - 0,60, Cr - 0,02, Se -
38,90, Ni - 0,24, Pb - 0,02, I - 0,07, B - 0,60 mikroelementləri aĢkar edilmiĢdir.
Dostları ilə paylaş: